Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Evin Quruluşu

    Allah gözəlliyi sevir. O, səmanı və yeri gözəlliklərlə əhatələmişdir və böyük Ata məhəbbətilə Onun yaratdıqlarından aldığımız zövqü izləyir. O istəyir ki, bizim evlərimiz təbiətin gözəllikləri ilə əhatələnsin.XAS 27.1

    Evinizi sadə, istifadə etmək üçün çətinlik törətməyən, təmiziliyini saxlamaq və heç bir itkiyə yol vermədən dəyişmək mümkün olan əşyalarla təchiz edin. Zövqünüzü nümayiş etdirərək, siz ən sadə evi cazibəli edə bilərsiniz. Bunun üçün əsas şərt orada məhəbbətin və sevincin mövcud olmasıdır. Yaxşı təşkil edilmiş evin quruluşu nə qədər sadə olsa, ailə bir o qədər xoşbəxt olar.XAS 27.2

    Həyat sevincini itirmək olarmı? Bir çox insanlar dünya ilə ayaqlaşmaq üçün özlərini lazımsız işlərlə yükləyirlər, ona görə də həyat onlara məyusluq və yorğunluq gətirir. Müasir dəbə uyğunlaşmaq problemi onları daim narahat edir. Gözlə görünən zərəri olmasa da, lakin artıq hesab edilən şeylərə çoxlu pul, qayğı və qüvvə sərf edilir. İnsanlar dəbdəbəli həyat avadanlıqlarına daha çox can atırlar və onları əldə etmək üçün öz sağlamlıqlarını, qüvvələrini və vəsaitlərini qurban verirlər. Evin sakinləri həyatın müxtəlif sferalarının moda tələbatıyla ayaqlaşmağa çalışaraq, daim gərginlik vəziyyətində olan zaman, “ev” sözü artıq təhrif olunmuş şəkildə səslənir, onun mənası “dörd divarla məhdudlaşan, nəfis mebel və bəzək əşyaları ilə dolu yer” kimi şərh edilir.XAS 27.3

    Bütün diqqətlərini yalnız xarici görünüşə yönəldən insanlar ailə həyatında xoşbəxt ola bilmirlər. Onlar tanışlarında xoş təəssürat yaratmaq və onların tərifinə layiq olmaq üçün çoxlu pul xərcləyir və səylə çalışırlar, əslində isə tanışlar nə onların özləri, nə də xoş güzəranları ilə maraqlanırlar. Ev üçün vacib avadanlıq adı altında bir-birinin ardınca çoxlu əşyalar alırlar, gözə xoş, qürur və şöhrət aclığını doyura biləcək çoxlu dəbdəbəli bəzək əşyaları və mebellər peyda olur, lakin onların heç biri evə cüzi də olsa, rahatlıq gətirə bilmir.XAS 28.1

    Bu dünyada çoxları, bəlkə də öz-özlüyündə yaxşı olan şeylərə bağlılıq göstərirlər, lakin bununla məhdudlaşaraq, insanlar Allahın onlara vermək istədiyi daha yüksək və böyük nemətlərə çatmaq istəmirlər.XAS 28.2

    Maddi şeylərə aludə olanlar həyat sevincini itirirlər. Belə bir nəticəyə gəlirlər ki, malik olduqları var-dövlət onları ümid etdikləri kimi razı sala bilmir. Gələn qonaqların və yad adamların xoşuna gəlməsi üçün evi daha necə bəzəmək lazım olduğu haqqında daimi narahatçılıqlar və bitibtükənməyən qayğılar - boş yerə sərf olunmuş vaxt və vəsait deməkdir. Daşımaq üçün çox ağır olan qul boyunduruğunu insan özü könüllü surətdə boynuna keçirir.XAS 28.3

    Rahatlığın yaradılması üçün təmizlik və intizam vacibdir, lakin bu işləri elə səviyyəyə çatdırmaq lazım deyil ki, həyat bitib-tükənməyən və darıxdırıcı əməyə çevrilsin və ailə üzvləri də yazıq görkəm alsınlar. İntizamsızlıq kimi, mebel və əşyaların yerləşdirilməsindəki məcburi dəqiqlik də xo- şagəlməzdir. Evdəki təmizlik və intizamla bağlı həddindən artıq xırdaçılıq, həqiqətən xoşbəxt ailə yaratmaq istəyən insanı onun üçün lazım olan istirahətdən məhrum edir.XAS 28.4

    Yaxın dostlarımızın evinə qonaq gedərkən, ev yiyəsini əlində süpürgə və ya əsgi ilə görsək, yəqin ki, xoşumuza gəlməz. Yaxud da dostlarımız bizimlə ünsiyyət əvəzinə, elə gözümüz önündəcə dərindən yır-yığış etmək və ya künc-bucaqdakı toz və hörümçək torlarını axtarmaq fikrinə düşsələr, narazı qalarıq. Bu, onların bizə qarşı hörmətindən irəli gəlsə də, dostlarımızın öz evlərindəki təmizliyi bizimlə ünsiyyətdən daha çox qiymətləndirdiyini düşünmək çox ağrılıdır.XAS 29.1

    Evdəki şəraitin sadəliyi. Rahat ev heç də çoxlu əşyalarla dolu olmalı deyil. Yaxşı işıqlandırılmış və təmiz havası olan otaqlar bahalı bəzək əşyalarından daha vacibdir. Qoy evdəki əşyaların yerləşdirilməsindəki cansıxıcı tələbkarlıq xoşagələn müxtəlifliklə əvəz edilsin. Kreslo və stullar ailə üzvlərinin hər birinin rahatlığı üçün nəzərdə tutulmalıdır. Hər şey səliqəli və cazibəli olmalıdır, lakin “heç nəyə əl vurma” xəbərdarlığı kimi görünən tələbkarlıqdan uzaq durmaq lazımdır.XAS 29.2

    Bir çox evlərin xoşagəlməz xüsusiyyəti olan həddindən artıq tələbkarlıq və intizam böyük təbiət planı ilə uyğun gəlmir. Allah çəmənlikdəki güllərə əmr etməmişdi ki, onlar düzgün formaya salınmış ləklərdə bitsinlər, əksinə O, onları qiymətli daşlar kimi yaşıl otların arasına səpələmişdir və onlar forma və rəng müxtəlifliyi ilə yeri bəzəyirlər. Meşədə bitən ağaclar düzgün sıra ilə düzülməmişdir. Sevinc və sakitlik üçün hər şeydən yaxşısı təbiət mənzərələrini, meşələri, təpələri və vadiləri, düzənlikləri və çayları seyr etmək; ağacları, kolları və çiçəkləri təbii bağa çevirərək, gözəl mənzərə yaradan tükənməz forma, cizgi və rəng müxtəlifliyindən həzz almaq lazımdır. Uşaqlar, gənclər və yaşlı nəsil burada rahatlıq əldə edə və məmnun qala bilərlər.XAS 29.3

    Bu cür rəngarənglik qanununa ailədə də müəyyən dərəcədə əməl etmək olar. Evin dəhlizində çiçəklərin harmoniyası və əşyaların uyğunluğu yaradılmalıdır; lakin otaqdakı əşyaların dizaynı, hazırlandığı material və üzlüyünün eyni olması heç də yaxşı zövqün olmasından xəbər vermir; əksinə, ahəngdar rəngarənglik gözə daha xoş görünür.XAS 30.1

    Ev nə qədər gözəl və ya sadə olsa içindəki avadanlıqlar bahalı və ya ucuz olsa əgər onun sakinləri Allahın iradəsinə uyğun yaşamırlarsa, onun divarları arasında xoşbəxtlik mövcud olmayacaq. Hər bir evdə sevinc hökm sürməlidir. Uşaqların evdə özlərini məmnun və xoşbəxt hiss etmələri üçün dəbdəbəli və bahalı avadanlıqların olması vacib deyil, ən əsası valideynlərin öz övladlarını sevmələri və onların qayğısına qalmalarıdır. Əgər ailədə qarşılıqlı anlaşma və məhəbbət yoxdursa, dörd divar və içindəki mebel onu “ev” edə bilməz.XAS 30.2

    Sadəlik, xeyirxahlıq və həqiqi bağlılıq ən adi evi cənnətə çevirir. Sülh və sevincdən məhrum olmaqdansa, yaşayış şəraitinin çətinliklərinə mətinliklə dözmək yaxşıdır.XAS 30.3

    Lkl Nəfər Ücün Dua

    Үа Rəbb, Sənin Evin bizimki olmazdan qabaq, bizim evimizi Səninki et. Amin.XAS 30.4

    “Uşaqların tərbiyəsini və təhsilini öhdəsinə götürmək istəməyənlər onları dünyaya gətirməməlidirlər”. Platon.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents