Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Valideyn Olmaq

    Uşaqsız ev - boş evdir. Onun sakinlərinin qarşısında eqoistləşmək, şəxsi asudəliklərinin qayğısına daha çox qalmaq və yalnız öz arzuları və mənfəətləri üçün çalışmaq kimi qorxulu təhlükələr durur. Onlar ətrafdakılara az, özlərinə isə çox diqqət yetirirlər.XAS 31.1

    Şəraitdən və xasiyyətdən asılı olaraq müxtəlif şəkildə baş qaldıran eqoizm hər vəchlə aradan qaldırılmalıdır. Ailədə uşaqlar dünyaya gələrkən, böyüklərin şüuru onları özlərindən imtina edərək, uşaqların qayğısına qalmağa, onları doğru yola yönəltməyə və onlar üçün nümunə olmağa təhrik edir. İki ailə quran şəxsin övladı yoxdursa, səbir, təmkin və həqiqi məhəbbəti inkişaf etdirmək bir qədər çətindir. Ona görə də onlar daim ayıq olmalıdırlar ki, eqoizm onları üstələməsin və yalnız öz üzərlərində cəmləşərək, başqalarına yetirməli olduqları diqqəti, qayğını və marağı özləri üçün tələb etməsinlər. Bir çoxlarının fiziki və əqli cəhətdən xəstə, mənəvi cəhətdən zəif olması diqqətlərini yalnız öz üzərlərində cəmləşdirməkdən irəli gəlir. Sağlam həyat eşqi və uşaqların tükənməz enerjisi sayəsində onları bu süstlük vəziyyətindən azad etmək mümkündür.XAS 31.2

    Uşaqlarla ünsiyyət üçün vacib olan mehribanlıq, səbir və məhəbbət hər bir evə xeyir-dua gətirir. Bu xüsusiyyətlər daha şən və sakit olmağa ehtiyacı olan һәг kəsin хагакterini yumşalda və ram edə bilər. Evdə uşağın olması evin ab-havasını xoşagələn və saf edir. Bizdən asılı olan uşaqlara qayğı və bağlılıq, təbiətimizdəki kobudluğu aradan qaldırırvə bizi məhəbbətli və mehriban edir.XAS 32.1

    Uşaqlar bahalı mülk kimi valideynlərinə etibar edilmişdirlər və bir gün Allah onları valideynlərin əlindən təhvil alacaqdır. Biz uşaqlarımızı vaxtımızın çoxunu onlara ayıraraq və onların qayğısına qalaraq tərbiyə etməliyik və onları düzgün yola yönəltməliyik.XAS 32.2

    Sizin oğul və qızlarmız Rəbb ailəsinin kiçik üzvləridirlər. O, onları sizin himayənizə etibar etmişdir ki, onları tərbiyə edərək, səma üçün hazırlayasınız. Öz müqəddəs borcunuzu necə yerinə yetirdiyiniz barədə Ona hesabat verməlisiniz.XAS 32.3

    Ailə üzvlərinin sayı. Valideynlər övladlarının gələcəyinin qayğısına qalmalı olurlar. Onların xatirinə və ailəni lazım olan hər şeylə təmin etmək üçün işləməli olurlar.XAS 32.4

    Valideynlərin üzərinə qoyulmuş məsuliyyəti nəzərə alaraq, əvvəlcədən düşünmək lazımdır ki, uşaqların qayğısına qalmaq üçün ananın kifayət qədər gücü varmı, yaxud ata onlara düzgün tərbiyə və təhsil verə biləcəkmi? Hərdən valideynlər övladlarının taleyi haqqında çox az düşünürlər. Allah istəyir ki, valideynlər şüurla hərəkət etsinlər və elə həyat tərzi keçirsinlər ki, hər bir uşaq lazımınca tərbiyə ala bilsin. Ər və ata elə etməldir ki, qadın və ana həddindən artıq yük altında həm fiziki, həm də mənəvi cəhətdən əyilməsin və ruhdan düşməsin.XAS 32.5

    Maddi imkanlar. Valideynlər uşaqların yaxşı qayğı və tərbiyə alacaqlarına əmindirlərsə, onda ailəni genişləndir- mək haqqında fikirləşə bilərlər. Övladları üçün nə edə biləcəklərini əvvəlcədən düşünüb-daşınmalıdırlar. Heç kimin cəmiyyət üçün yükə çevriləcək övladları dünyaya gətirməyə ixtiyarı yoxdur. Valideynlərin başqalarına zəhmət vermədən öz ailələrini saxlamaq imkanı varmı? Əgər yoxdursa, onda uşaqlarına qayğı, yemək və paltar kasadlığından əziyyət verərək, cinayət işlədirlər. Ailəsinin qayğısına qala bilməyən kəs uşaq dünyaya gətirməməlidir.XAS 32.6

    İrsilik. Valideynlərin fiziki və əqli vəziyyəti onların övladlarına da ötürülür. Bu hala lazımi diqqət yetirilmir. Əgər valideynlər sağlamlıq qanununa zidd vərdişlərə malikdirlərsə, onların öz orqanizmlərinə vurduqları ziyan gələcək nəsillərdə özünü büruzə verir. Valideynlərdən asılı olan şey çoxdur. Övladlarının həyatının xeyir-duaya və ya lənətə çevrilməsi valideynlərin sürdükləri həyat tərzindən asılıdır.XAS 33.1

    Valideynlərin xeyirxah məqsədləri, əqli və ruhi qabiliyyətləri nə qədər yüksək olsa, fiziki inkişafları nə qədər yaxşı getsə, öz övladlarına ötürəcəkləri həyati biliklər bir o qədər zəngin olacaqdır. Malik olduqları bütün yaxşı cəhətləri kamilliyə yüksəldərək, valideynlər cəmiyyətin formalaşmasına və gələcək nəsillərin inkişafına böyük təsir göstərirlər. Minlərlə insanın fiziki və əxlaqi sağlamlığını pozan dövrün əxlaqsızlıqlarına qarşı göz yummayan valideynlər qəti istehkamlar qurmalıdırlar. Əgər hər gün baş verən cinayətlərin əsl səbəbini axtarsaq görərik ki, bu, hər şeyə qarşı bağışlanılmaz dərəcədə etinasız yanaşan ataanaların cəhalətindən irəli gəlir.XAS 33.2

    Həm sözlə, həm də şəxsi nümunələrilə uşaqlara lazımi tərbiyə verməyən valideynlər acı nəticələr üçün Allah qarşısında cavab verməli olacaqlar.XAS 33.3

    Bu acı nəticələr yalnız onların övladlarında əks olun- mayacaqdır. Onlar nəsildən-nəsliə ötürüləcəkdir. Səhrada bitmiş qanqal çoxalaraq ətrafa necə yayılırsa, eləcə də sizin etinasızlığınız təsirinə məruz qalan insanların hamısında fəlakətli izlər buraxacaq.XAS 33.4

    İrsilik qanununu üstələyərək. Ata-analar çox vaxt övladlarında şəxsi xarakter cəhətlərini aşkar edə bilərlər. Əgər öz mənfi cəhətlərini ogul və qızlarında görürlərsə, bu dərslər onlar üçün dözülməz dərəcədə ağır olur. Övladlarına irsən keçmiş şərə meyli aradan qaldırmaq və doğru yola yönəltməyə çalışarkən, valideynlər xüsusi təmkin, inadkarlıq və məhəbbət izhar etməlidirlər.XAS 34.1

    Əgər uşaqda valideynlərindən irsən keçmiş mənfi cəhətlər özünü büruzə verirsə, valideynlər öz çatışmazlıqlarının nəsildə əks olunduğuna görə məyus olmalıdırlarmı? Qətiyyən yox! Valideynlər hər cür kobudluq və sərtlikdən uzaq duraraq özlərinə qarşı diqqətli olmalıdırlar ki, bu çatışmazlıqlar bir daha uşaqlarda üzə çıxmasın.XAS 34.2

    Ərköyünlük edən uşaqlarla ünsiyyət edərkən xeyirxah olun. Həmişə yadda saxlayın ki, bu inadkarlıq onlara valideynlərindən keçmişdir. Sizin xarakter cəhətlərinizi mənimsəmiş uşaqlara qarşı güzəştə getməyi öyrənin. Övladlarınıza ötürülmüş mənfi meylləri aradan qaldırmaqda bütünlüklə Allaha güvənin.XAS 34.3

    Atalar və analar, övladlarınıza təmkinlə yanaşın! Çox vaxt sizin əvvəlki laqeydliyiniz uşaqlarınızın tərbiyəsi işini çətinləşdirir. Lakin Allaha güvənsəniz, O, sizə güc verəcəkdir. Uşaqlarla ünsiyyətdə müdrik və ehtiyatlı davranın.XAS 34.4

    Ailə çərçivəsini müqəddəs yer, səmanın simvolu kimi qiymətləndirmək vacibdir.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents