Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ailədə Dostluq

    Bəzi valideynlər öz övladlarını başa düşmürlər və onları, sözün əsl mənasında, tanımırlar. Valideynlərlə uşaqlar arasında münaqişələr az-az baş vermir. Əgər böyüklər uşaqlarının keçirdikləri hissləri və onların ürəklərindəkiləri daha yaxşı başa düşməyə çalışsaydılar, bu, onlara müsbət təsir edərdi. Ata və ana övladları üçün dost olmalıdırlar. Uşaqların məhəbbətini və etibarını qazanmaq və onları doğru yola yönəltmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.XAS 40.1

    Valideynlərə etibar. Körpə yaşlı uşaqlar dostcasına münasibəti çox xoşlayırlar və tək qalmaqdan nadir hallarda razı qalırlar. Onlar mehribanlıq və xeyirxahlıgı çox sevirlər. Mənim üçün xoş olan şey anam üçün də xoş olacaq, - deyə düşünürlər və öz kiçik sevinclərini onunla bölüşməyə tələsirlər. Sizin üçün əhəmiyyətsiz görünən, lakin körpəniz üçün çox vacib olan şeylərə etinasız yanaşaraq onun kövrək ürəyini yaralamayın. Sizin rəğbətiniz və mehribanlığınız onun üçün əvəzolunmaz qiymətə malikdir. Təqdiredici baxış, ruhlandırıcı sözlər və təriflər onun ürəyini günəş şüaları kimi işıqlandırar və evdəkilərin hamısını xoşbəxt edər.XAS 40.2

    Uşaqları sizə etibar etməyə, öz dərdlərini, gündəlik qayğılarını və narahatçılıqlarını sizinlə bölüşməyə ruhlandırın. Onlarla mülayimcəsinə davranaraq öyüd verin və öz ürəyinizi də onlar üçün açın. Bu dövr uşaqlar üçün böhranlı dövrdür. Onlar öz üzərlərində sizdən ayrılmaq qorxusu yaradan təsirlər hiss edirlər, siz buna qarşı mübarizə aparmalısınız. Onlar üçün etibarlı şəxs olmağa çalışın.XAS 41.1

    Uşaqlar valideynlərlə yaxın münasibətlərdə olsaydılar, bir çox təhlükələrdən uzaq olardılar. Valideynlər övladlarını ruhlandırmalıdırlar ki, onlar açıq və səmimi olsunlar, öz çətinlikləri haqqında valideynlərə danışsınlar və onlardan kömək istəsinlər, yaxud hansısa məsələ onları narahat edirsə və çıxış yolu tapmağa çalışırlarsa, valideynlərdən məsləhət alsınlar. Sevən valideynləri kimi başqa kim övladını gözləyən təhlükələri bu dərəcədə duya və onu xəbərdar edə bilər? Başqa kim uşağın xarakterinin xüsusi cəhətlərini bu dərəcədə görə bilər? Hələ körpə yaşlarından uşağın inkişafının hər bir addımını izləyən ana onun təbii meylləri ilə tanışdır, məhz buna görə də o, öz övladına hamıdan yaxşı məsləhət verə bilər.XAS 41.2

    Əgər vaxtınız azdırsa. “Mənim vaxtım yoxdur, - ata deyir, - mənim öz uşaqlarımı tərbiyə etməyə, ümumi və ailə şənliklərinə vaxtım yoxdur. Əgər belədirsə, onda ailə qurmaq və onun üçün cavabdehliyi öz üzərinə götürməyə dəyməz. Əslində uşaqlarınıza məxsus olan vaxtı onlara ayırmaqdan imtina edərkən, siz onları almalı olduqları tərbiyədən məhrum edirsiniz. Ata da ana ilə bərabər uşağın xarakterinin düzgün formalaşması üzərində çalışmalıdır.XAS 41.3

    Bir çox analar şikayətlənirlər: “Mənim övladlarımla keçirməyə vaxtım olmur”. Onda Allah xatirinə, özünüzə az vaxt sərf edin. Paltar, kosmetika, qonaq getmək, müxtəlif xörəkləri bişirmək kimi işləri ixtisara salmaq olar. Lakin heç vaxt uşaqlarınızla ünsiyyəti ixtisara salmayın. Qoy sizinlə uşaqlarınız arasında heç bir maneə olmasın.XAS 41.4

    Çoxsaylı qayğılarla yüklənmiş analar hərdən dərk edirlər ki, öz uşaqlarına hövsələ ilə yol göstərmək üçün vaxt tapa, onlara məhəbbət və rəğbətlərini izhar edə bilmirlər. Lakin onlar yadda saxlamalıdırlar ki, əgər uşaqlar öz evlərində və valideynlərində lazımi mehribanlığı və ünsiyyəti tapa bilmirlərsə, bunun üçün başqa mənbələrə müraciət edə bilərlər. Bu da onları çox böyük təhlükələrə məruz qoya bilər.XAS 42.1

    Boş vaxtlarınızın bir neçə saatını uşaqlarınıza ayırın, işlərində və əyləncələrində yanlarında olun, etibarlarını qazanın və dost olmağa çalışın. Ötən günün qayğılarını, anlaşılmazlıqlarını və dərdlərini bir kənara qoyun və bu axşamı öz ailənizə həsr edin.XAS 42.2

    Gənclərlə yaşlılar arasında konfliktlər. Həddindən çox tələbkarlıq və hökm irəli sürən valideynlər və müəllimlər böyük təhlükə qarşısında dururlar. Çünki öz uşaqları və şagirdləri ilə dost münasibəti qurmaq onlar üçün çox çətin olur. Çox vaxt böyüklər özlərini çox təmkinli aparır və acıqlı və ikrah doğuran davranışları ilə öz avtoritetlərini büruzə verirlər. Bu isə uşaqların və şagirdlərin ürəklərini ələ almağa mane olur.XAS 42.3

    Əgər böyüklər uşaqlarla sıx yaxınlaşsaydılar, öz sevgilərini onlara göstərsəydilər, onların atdıqları bütün yeni addımlarda yaxından iştirak etsəydilər, hətta bəzən özləri də uşaqlara bənzəsəydilər, bu yolla uşaqların məhəbbətini və etibarını qazana bilər və onları xoşbəxtliyə doğru aparardılar. Onda onların uşaqları könüllü surətdə öz valideynlərinin və müəllimlərinin avtoritetinə hörmət edər və onları sevərdilər.XAS 42.4

    Valideynlərlə uşaqlar arasında heç bir sərhədə, soyuqluğa və qapalılığa yol verilməməlidir. Valideynlər öz uşaqlarının daxili aləminə girməyə, onların zövqlərini və meyllərini, hisslərini və arzularını başa düşməyə can atmalıdırlar. Qoy uşaqlarınız görsünlər ki, siz onları sevirsiniz və onların xoşbəxtliyi üçün əlinizdən gələni əsirgəmirsiniz. Əgər bu cür hərəkət etsəniz, sizin tələbləriniz onlar üçün böyük əhəmiyyət daşıyacaqdır. Öz uşaqlarınızla nəvazişli davranın və hər işdə onların yanında olmağa çalışın.XAS 43.1

    Müdrik və sevən rəhbərlik altında böyüyən uşaqlar əyləncə və ünsiyyət axtarışıyla heç vaxt evi tərk etməyəcəklər. Evdə hökm sürən ab-hava onların xarakterini formalaşdıracaq; onlar elə vərdiş və prinsiplər qazanacaqlar ki, ata ocağını tərk edərək dünyada öz yerlərini tutan zaman onların dayağı və müdafiəsi olacaqdır.XAS 43.2

    Usaqlarinizla Ünsiyyətinizi Qiymətləndirin

    Sizin fikrinizlə daha çox üst-üstə düşən cavaba uyğun rəqəmi seçin.XAS 43.3

    1 - tez-tez, 2 - hərdən, 3 - heç vaxt.XAS 43.4

    1. Ailəmizdə mövcud problemləri həll etmək üçün vaxt ayırırıq.XAS 43.5

    2. Uşaqlarımın fikrilə razılaşmasam da, hörmətlə yanaşıram.XAS 43.6

    3. Öz fikrimi bildirməzdən qabaq onların fikrini dinləyirəm.XAS 43.7

    4. Uşaqlar mənimlə danışarkən onların gözlərinə baxıram.XAS 43.8

    5. Mənimlə sərbəst söhbət etmələri və sual vermələri üçün uşaqlarıma şərait yaradıram. Öz həyat yoldaşınızla bu suallara cavab verin və nəyi daha da yaxşılaşdırmağın mümkün olduğunu müzakirə edin.XAS 43.9

    Uşaqlarımın etibarını, rəğbətini və dostluğunu qazanmaq və ya yenidən əldə etmək üçün nə edə bilərəm.XAS 44.1

    “Məhəbbət - ailə xoşbəxtliyinin açarıdır”.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents