Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ürəklərin Tarlasi

    Allah valideynlərə təntənəli və müqəddəs bir işi etibar edib. Onlar ürəklərin tarlasında işləməlidirlər. Allah onlardan öz uşaqlarının qəlbində böyük səy və qayğı ilə bağ salmalarını, xeyir toxumları səpmələrini və hər cür alaq otunu qətiyyətlə təmizləmələrini qözləyir. Xarakterdəki hər hansı çatışmazlıqları və nöqsanları düzəltmək lazımdır, çünki xarakterin gözəlliyinə ləkə vururlar.XAS 49.1

    Dünyada belə bir tendensiya mövcuddur ki, gənclərə öz təbii meyllərinə uyğun hərəkət etməyə icazə verilir. Onların həddindən artıq tərbiyəsizliyi özünü büruzə verəndə isə valideynlər deyirlər ki, bu, qorxulu deyil - onlar bir müddətdən sonra nizamlı davranacaqlar və on altı-on səkkiz yaşlarına çatanda özlərilə bağlı düzgün nəticəyə gələcək, köhnə meyllərini arxada buraxacaq və nəhayət insanlar üçün fayda verəcəklər. Necə də səhv düşüncədir! Valideynlər yalan prinsiplərin inkişafına illərlə şərait yaratmışlar və hər dəfə bu cür böyümüş uşaqların düzgün yola qaytarılması üçün olunan cəhdlər boşa çıxır. Onlar valideynlərinin icazəsiylə formalaşmış xarakterlərini nümayiş etdirirlər.XAS 49.2

    Gənclər heç nəyə fərq qoymadan hər şeyi öyrənməli deyillər. Qoy valideynlər xeyirin nə vaxtsa üstün gələcəyinə və şərin gücdən düşəcəyinə arxayın olmasınlar. Şər xeyirdən daha sürətli inkişaf edəcək. Ola bilsin ki, uzun illərdən sonra əyriliklər həqiqətən də aradan qalxsın, lakin kim buna zəmanət verə bilər? Uşaqların ürəklərində təmiz, xeyirxah toxumlar səpmək, alaq otları ilə mübarizə aparmaqdan daha asan və təhlükəsizdir. Gənclərin düşüncəsində kök salmış fikirləri məhv etmək çox çətindir. Buna görə də gənclərin düşüncələrinin düzgün olması və zərif qabiliyyətlərinin düzgün istiqamətə yönəldilməsi çox vacibdir.XAS 49.3

    Əkmək və becərmək. Hələ ilk yaşlarından uşağın ürəyinin torpağını hazırlamaq, sonra isə ehtiyatla həqiqət toxumlarını səpmək və onlara qulluq etmək lazımdır. Onun üçün edilmiş hər bir işi qiymətləndirən Allah isə bu toxuma həyat verəcəkdir; Əvvəlcə yaşıl cücərti baş qaldıracaq, sonra sünbülə çevriləcək, ən sonda isə sünbülün içi buğda ilə dolacaq.XAS 50.1

    Tarlanı baxımsız qoysaq, çox tezliklə alaq otları baş qaldırar və onları məhv etmək çox çətin olar. Ona görə də yeri yaxşıca belləmək və alaq otlarına cücərmək imkanı vermədən təmizləmək lazımdır. Əgər valideynlər qiymətli toxumlar səpmək qayğısına qalmır, lakin qiymətli buğda əldə etməyə ümid edirlərsə, məyusluga düçar olacaqlar, çünki onların yığdıqları tikan və qanqal olacaq.XAS 50.2

    Uşaqlarımıza münasibətdə yorulmaz diqqət və qayğı göstərməliyik. Hələ ilk yaşlarından şər onların xarakterləri və iradələri üzərində işləməyə başlayır və bunun üçün müxtəlif yollara əl atır. Uşaqların təhlükəsizliyi valideynlərin müdrikliyindən və daimi qayğısından asılıdır.XAS 50.3

    Əgər valideynlər uşaqlarının tərbiyəsində İlahi göstərişlərə uyğun hərəkət edirlərsə, köməyi yuxarıdan alırlar.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents