Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Valideynlər Üçün Əhdlər

    Allah məhəbbət və anlayışla sizin hərəkətlərinizi izləyir, sizin dualarınızı eşitməyə və ehtiyacınız olduğu şeylərdə sizə kömək etməyə hazırdır. O, hər bir ürəyin dərdlərini bilir və bütün fövqəladə anlarda ən yaxşı Dost kimi Özünü göstərir. Onun əbədi əlləri bizə dəstək verir. İsa yer üzündə yaşayan zaman Onun çoxsaylı həyəcan, qayğı və çətinliklərdən keçərək, kasıbçılıqla mübarizə aparan anası var idi. Bu gün də O, hər bir ananın qayğı və çətinliklərinə kömək əlini uzatmağa hazırdır. Qızı cinə tutulmuş qadının narahat ürəyini sakitləşdirmək üçün uzun yol qət etmiş Xilaskar hər bir ananın dualarını eşidəcək və uşaqlarını xeyir-dualayacaq.XAS 51.1

    Basdırılmağa aparılan yeganə oğlunu anasına qaytaran Kəs bu gün də yaxınlarını itirmiş anaların ağrılarını başa düşür. Lazarın qəbri üstündə kədərli göz yaşları axıdan və ölmüş qardaşlarını yenidən Marta və Məryəmə qaytaran, Məcdəlli Məryəmi bağışlayan, çarmıxda əzab çəkən zaman anasını xatırlayan, ağlayan qadınlara görünən, dirilmiş Xilaskar haqqında xoş müjdəni birinci olaraq çatdırmaları üçün onları Öz elçisi edən - həmin Kəs bu gün də qa- dınların ən yaxşı Dostudur və bütün həyat şəraitlərində onlara kömək etməyə hazırdır.XAS 51.2

    Qadın öz yükünü Onun ayaqları yanına qoya və Ondan güc ala bilər. Bu güc ən çətin anlarda onu dəstəkləyəcək, ona gümrahlıq, ümid, cəsarət və müdriklik bəxş edəcək. Qayğılardan əziyyət çəkən ananın bütün həyat çətinliklərində ona kömək etməyə hazır olan bu cür Dostunun olmasını dərk etmək necə də şirindir! Əgər analar tez-tez Məsihə can atsaydılar və Ona daha çox etibar etsəydilər, onların həyatı daha rahat olar və qəlbləri dinclik tapardı.XAS 52.1

    Allahın köməyi olmadan uşaqlarınızı düzgün tərbiyə edə bilməzsiniz.XAS 52.2

    Valideynlər uşaqlarının tərbiyəsində İlahi göstərişlərə əsaslanan zaman köməyi yuxarıdan alırlar. Uşaqları öyrədə-öyrədə özləri də öyrənirlər. Onların uşaqları Allahın iradəsini dərk etməklə qələbə çalacaqlar.XAS 52.3

    Ey valideynlər, öz uşaqlarınız üçün tükənməz enerji ilə çalışırsınızmı? Səmavi Ata sizin qayğıkeşliyinizi, səylərinizi və daimi diqqətinizi nəzərdən qaçırmır. O, sizin dualarınızı eşidir. Öz uşaqlarınızı hövsələ və nəvazişlə Allah üçün böyüdün. Bütün Səma sizin işinizlə maraqlanır. Allah səylərinizi müvəffəqiyyətlə qiymətləndirərək, sizinlə birləşəcək.XAS 52.4

    Müjdənin həqiqətlərini uşaqlarınıza açıqlayan və onları Məsihə yönəldən zaman mələklər sizin yanınızda olacaqlar. Rəbbimiz ata-analara lütf bəxş edir ki, öz uşaqlarını həqiqətən də dünyanın ümidi olan Beytlehemli Körpə haqqında qeyri-adi əhvalatla maraqlandıra bilsinlər.XAS 52.5

    Öz vacib işlərini həyata keçirərkən, valideynlər AUahdan kömək istəməlidirlər və onu alacaqlar.XAS 52.6

    Hətta əgər valideynlərin adət və vərdişləri dogru nümunəyə əsasən formalaşmamışdırsa, əgər uşaqlıqda və gənc yaşlarında aldıqları dərslər xarakterin yanlış inkişafına gətirib çıxarmışdırsa, yenə də məyusluğa qapılmamalıdırlar. Rəbbin dəyişdirici qüvvəsi irsi və sonradan qazanılmış meylləri dəyişdirməyə qadirdir, zira Məsihin dini insanı yüksəldir.XAS 52.7

    Əgər Rəbbə səslənsəniz, cavab verəcək. O deyəcək: “Budur Mənəm; səninçün nə etməyimi istəyirsən?” Səma yerlə elə bağlıdır ki, hər bir ürək öz işini həyata keçirə bilər. Rəbb uşaqları sevir və istəyir ki, onlar öz yüksək vəzifələrini dərk edərək tərbiyə olunsunlar.XAS 53.1

    Birləşmiş səylər. İnsanın səyləri olmadan İlahi səylər mənasızdır. Allah o vaxt gücünü işə salacaq ki, valideynlər öz üzərlərinə düşən cavabdehliyi dərk edəcək və uşaqlarını düzgün tərbiyə etməyə çalışacaqlar. Rəbb o valideynlərlə əməkdaşlıq edəcək ki, Ondan asılılıqlarını dərk edərək, uşaqlarını qayğı və dua ilə böyüdürlər.XAS 53.2

    Yalnız insani cəhdlər uşaqlarınızın səma üçün kamil xarakter qazanmasına kömək edə bilməyəcək, lakin Allahm köməyilə böyük və müqəddəs iş yerinə yetirilə bilər.XAS 53.3

    Ata və analar üçün ən vacib iş uşaqlarının xarakterinin kamilləşməsinə yönəlmiş iş olmalıdır. Bu iş İlahinin köməyinə arxalanaraq, insanın bütün qüvvəsini sərf etməklə həyata keçirilməlidir.XAS 53.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents