Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Kiçik Köməkçilər

    Uşaqlarınızın ailənin tam hüquqlu üzvləri olduqlarını və buna görə də ailədə öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli olduqlarını onlara başa salın. Valideynlər uşaqlarını yedizdirməyə, geyindirməyə və tərbiyə etməyə, onların qayğısına qalmağa, uşaqlar isə öz növbələrində ev işlərinin bir hissəsini görərək və ailəyə xoşbəxtlik gətirərək, sevinc və səmimi sədaqətlə valideynlərinə kömək etməyə borcludurlar.XAS 90.1

    Validenylərə kömək. Qoy uşaqlar bilsinlər ki, onlara verilmiş kiçik tapşırıqları yerinə yetirməklə ata-analarına kömək etməlidirlər. Onlara hansısa işi yerinə yetirməyi tapşırın, yerinə yetirdikdən sonra onları tərifləyin və oynamaga icazə verdiyinizi söyləyin.XAS 90.2

    Uşaqlar canlı təfəkkürə malikdirlər və onları intizama və cavabdehliyə öyrətmək vacibdir. Yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə vermək düzgün deyil. Valideynlər uşaqların məşğuliyyətlərini nəzarət altında saxlamalıdırlar.XAS 90.3

    Əgər uşaqlar valideynlərə kömək borcunu başa düşmürlərsə, onlara belə bir sual verin. Valideynlər uşaqlarının ehtiyaclarını ödəməyi dayandırsalar, uşaqlar bu hal- dan xoşlanarlarmı? Valideynlərinə kömək məqsədilə onlara tapşırılmış vəzifələrdən (bu, çox da xoşagələn iş olmasa belə) boyun qaçırmaqla, uşaqlar daha vacibini, gələcəkdə cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmək üçün vacib olan tərbiyəni əldə etmək imkanından məhrum olurlar.XAS 90.4

    Vəzifələr. Valideynlər uşaqlarının quluna çevrilərək və hər şeylərini onlara qurban verərək, onların laqeyd böyüməsinə, gündəlik ailənin iş və qayğılarında iştirak etməmələrinə yol verməməlidirlər. Uşaqları erkən yaşlarından faydalı əməyə alışdırmaq lazımdır ki, özlərinə qulluq etməyi və başqalarına kömək etməyi öyrənsinlər. Belə olarsa, onlar kiməsə fayda gətirdiklərini dərk edərək, məmnun qalacaqlar. Heç vaxt uşaqlarınızın yanında deməyin ki, onların işləyib işləmədiklərinin heç bir əhəmiyyəti yoxdur. Beyinlərinə yeritməyə çalışın ki, onların köməyi sizin üçün lazımdır, onların vaxtı qiymətlidir və siz onlara güvənirsiniz.XAS 91.1

    Uşaqları bədbəxt etməyin ən yaxşı yolu onları bütün vəzifələrdən azad etmək, boş, məqsədsiz həyat keçirmələrinə yol vermək, onları nəyisə etməyə məcbur etməmək, yaxud da yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə verməkdir. Uşaq təfəkkürü tez qavrayan və fəaldır, ona görə də onları yaxşı və faydalı işlərlə məşğul etməsəniz, hökmən pis işlərə can atacaqlar. İstirahətə ehtiyacları olması fikri doğrudur. Lakin eyni zamanda onları zəhmətə alışdırmaq, fiziki əməyə, həmçinin bədii qiraət və digər məşguliyyətlərə də vaxt ayırmaq lazım olduğu da doğrudur. Diqqət yetirin ki, məşğuliyyətlər uşaqların yaşlarına uyğun şəkildə seçilsin və onlar faydalı və maraqlı kitablardan bilik əldə edə bilsinlər.XAS 91.2

    Valideynlər başa düşməlidirlər ki, uşaqlarına öyrətməli olduqları ən vacib dərs ev işlərinin bir hissəsini yerinə yetirməkdir. Valideynlər uşaqlara həyata saglam fikirlə yanaşmağı və cəmiyyətə fayda verməli olduqlarını dərk etməyi öyrətməlidir. Oğlanlar və qızlar gündəlik vəzifələrini yerinə yetirmək haqqında ilk öyüdləri ailədə müdrik analardan almalıdırlar.XAS 91.3

    Əməyin faydalı təsirləri. Uşaqları faydalı əməyə alışdırmaq vacibdir. Onlar təbiətən fəal və məşğuliyyət axtarmağa meyllidirlər, bu fəallığı idarə etmək və düzgün istiqamətə yönəltmək olar. İlk yaşlarında onlara gündəlik, çox da çətin olmayan işləri yerinə yetirməyi öyrətmək lazımdır, hər bir uşağa konkret iş tapşırmaq olar, o, bu işə görə cavabdehlik daşımalıdır. Kiçik tapşırıqları yerinə yetirmək uşaqlara məmnunluq və sevinc bəxş edə bilər. Onlar əməyə vərdiş edəcəklər və vaxtlarının çox hissəsini faydalı işə sərf etsələr, özlərini xoşbəxt hiss edəcəklər. Sizin tapşırığınızı yerinə yetirdikdən sonra öz əyləncələrindən böyük həzz alacaqlar.XAS 92.1

    Əmək əzələləri və idrakı möhkəmləndirir. Onlara verilmiş tapşırıqları yerinə yetirməklə, uşaqlar öz yaddaşlarını inkişaf etdirə, həmçinin özlərində dəyişməz xarakter və hər bir işin öhdəsindən tez gəlmək bacarığını tərbiyə edə bilərlər. Kiçik vəzifələrlə dolu gün düşünmək, hesablamaq və iş planı tələb edir. Uşaqlar böyüdükcə, onlardan daha çox şey tələb etmək olar. Onları yormaması üçün əmək yorucu olmamalı və uzun müddət tələb etməməlidir. İşi seçərkən çox diqqətli olmaq lazımdır ki, o, uşağın fiziki və əqli inkişafına və xarakterinə müsbət təsir göstərsin.XAS 92.2

    Əgər uşaqları həddindən çox yükləməsəniz, yorğunluğun heç bir ziyanı olmaz. Yorulmaqla əldən düşmək arasında böyük fərq var. Uşaqlar böyüklərdən daha tez-tez məşğuliyyətlərini dəyişməli və istirahət etməlidirlər; lakin onlar lap erkən yaşlarından işləməyi öyrənə bilərlər və ətrafdakılara fayda gətirdiklərini dərk etmək onlara böyük sevinc bəxş edəcək. Sağlam əməkdən sonra şirin yuxuyla yataraq, sabah yenə işləmək üçün qüvvələrini bərpa edəcəklər.XAS 92.3

    Əməkdaşlıq prinsipi. Ailə tərbiyəsində əməkdaşlıq prinsipi böyük qiymətə malikdir. Evin böyük uşaqları validenylərinin planlarında iştirak edərək və ev işlərini onlarla bölüşdürərək, onlara kömək etməlidirlər. Uşaqlarınızı öyrətmək üçün vaxt ayırın, göstərin ki, onların əməyini qiymətləndirirsiniz, sizə etibar etmələrini istəyirsiniz, onlarla ünsiyyətdən həzz alırsınız. Onda uşaqlar dərhal səsinizə səs verəcəklər. Nəticədə, siz öz iş və qayğlarınızda yüngüllük, uşaqlarınız isə əhəmiyyətli dərəcədə vacib olan praktiki hazırlıq əldə etməklə bərabər, ailə bağları və uşaqların artıq formalaşmaqda olan xarakteri möhkəmlənəcək.XAS 93.1

    Onlar ildən-ilə uşaqlığın təcrübəsizliyindən ayrılıb böyüməyə can ataraq, yavaş-yavaş böyüyüb yetkinləşərək, möhkəm irəliləyiş əldə etməlidirlər.XAS 93.2

    Heç də çətin olmayan ev işlərini könüllü surətdə yerinə yetirərkən, oğlanlar və qızlar əqli, mənəvi və ruhi kamilliyin özülünü yaradırlar.XAS 93.3

    Uşaqlar praktiki əməksevərlik və intizam dərslərindən daha vacib şeylər öyrənə bilərlər, nəinki kitablardan.XAS 93.4

    Bəzi analar deyir: “Kömək etmək istəyəndə, uşaqlarım mənə mane olurlar”. Mənim uşaqlarımla da bu hal baş verirdi. Lakin necə fikirləşirsiniz, bunu hiss etmələri üçün onlara şərait yaratdımmı? Öz uşaqlarınızı tez-tez tərifləyin.XAS 93.5

    Həftəlik Əmək Cədvəli

    Bu sadə metod uşaqlarınızda artıq səs-küy və qarışıqlıq yaratmadan ev işlərində iştirak etməyə həvəs yaradacaq.XAS 94.1

    Cədvəli hazırlayın və görünən yerdən asın. Hər gün yerinə yetirilən işin qarşısına ulduz işarəsi qoymaqla qeyd edin.XAS 94.2

    MƏNİM İŞLƏRİM 1 2 3 4 5 6 7XAS 94.3

    Yaxşı əhval-ruhiyyədə oyanmaqXAS 94.4

    Anam yadıma salmazdan qabaq dişlərimi yumaqXAS 94.5

    Anam yadıma salmazdan qabaq yatagımı yığışdırmaqXAS 94.6

    Məktəbdən qayıdanda məktəbli formasını yerinə qoymaqXAS 94.7

    Iti yedizdirmək və gəzintiyə aparmaqXAS 94.8

    Oyuncaqlarımı yığışdırmaqXAS 94.9

    Validenylərim məndən nəyisə xahiş edəndə sözə baxan olmaqXAS 94.10

    Dərslərimi öyrənməkXAS 94.11

    Vaxtında yatmaqXAS 94.12

    GÜNÜN NƏTİCƏSİXAS 94.13

    HƏFTƏNİN NƏTİCƏSİXAS 94.14

    Şəraitə uyğun şəkildə şəxsi siyahınızı düzəldin.XAS 95.1

    Mükafatlandırma nümunəsi: 200 ulduzun əvəzində - meşədə gəzinti. (Daha maraqlı şeylər fikirləşib tapmağa çalışın).XAS 95.2

    Uşaqlarınız öz öhdələrinə götürə biləcəkləri ev işlərinin siyahısını tərtib edin.XAS 95.3

    Uşaqları elə tərbiyə etmək lazımdır ki, atanı və ananı coşqun məhəbbətlə sevsinlər və qayğısına qalsınlar.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents