Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Ailə Təsərrüfati

    İşdə düzgünlüyün və həqiqi uğurun əsasında Allahın mülkiyyət hüququnun etirafı durur. Hər şeyi yaradan əsl Sahibdir. Nəyimiz varsa, bizə Allah tərəfindən etibar edilmişdir ki, bu mülkiyyətdən Onun tapşırıqlarına uyğun şəkildə istifadə edək. Allah bizə istedad və qabiliyyətlər verdi və dünyaya gətirdi ki, Onun təyin etdiyi işi yerinə yetirək. Pul və maddi şeylər bizə məxsus deyil. Biz qərib zəvvarlarıq. Həyatımız və sağlamlıgımız üçün vacib olan şeyləri Allahdan bəxşiş kimi alırıq. Yer üzərində bizə verilmiş xeyirduaların əvəzində Allah bizi sınağa çəkir ki, əbədi xəzinəni bizə etibar etməyin mümkün olub-olmadığını öyrənsin. Əgər bu sınaqdan çıxa bilsək, bizə məxsus olacaq mülkiyyəti - şöhrət və ölməzliyi əldə edəcəyik.XAS 118.1

    Pul yalnız lənət ola bilməz. O, böyük qiymətə malikdir və ondan düzgün istifadə edilərsə, fayda gətirə bilər. Lakin israfçılıq və düşüncəsiz istifadə zamanı pul bədxərc adam üçün tələyə çevrilir. Puldan öz qürurunu və şöhrətpərəstliyini təmin etmək üçün istifadə edən adam onu xeyirduaya deyil, lənətə çevirir. Pul bağlandığımız şeylərin daim yoxlanışdan keçirilməsidir. Əgər Allahın verdiyi qanunlara daim əməl olunsaydı, dünyanın əxlaqi, ruhi və vətəndaşlıq cəhətdən vəziyyəti kökündən dəyişmiş olardı. O zaman indiki kimi özünü sevmə və özündən razılıq kimi hisslər or- taya çıxmazdı və hər kəs başqalarının xoşbəxtliyi və xoş güzəranı üçün çalışardı.XAS 118.2

    Tərifə layiq olan bir müstəqillik vardır. Öz yükünü özü çəkmək və özgə çörəyini yeməmək - tərifə layiqdir. Müstəqil olmaq arzusunu idarə edən canatmalar çox gözəl və nəcib hisslərdir. Hər kəs özündə əməksevərliyi və qənaətcilliyi inkişaf etdirməlidir.XAS 119.1

    Borclar. Bir çox ailələr ona görə kasıb yaşayırlar ki, aldıqları pulu dərhal xərcləyirlər. Pulu qazanmamışdan qabaq götürmək və xərcləmək tələdir. İşi elə aparmaq lazımdır ki, borc götürməyə ehtiyac qalmasın. Kiməsə borclu olduğunu dərk edəndə adam özünə inamını itirir. Hətta bu haqda fikirləşmək adamı özündən çıxarır. Qazaqdığınızdan çox xərcləməmək vərdişini özünüzdə inkişaf etdirə bilərsiniz və buna qətiyyətli şəkildə səy göstərməlisiniz.XAS 119.2

    Əksəriyyət insanlar o qədər də savadlı deyillər və xərclərinin gəlirlərini üstələməməsini nizamlaya bilmirlər. Onlar şəraitə uyğunlaşmağı öyrənə bilmirlər və borc çirkabında üzənə qədər təkrar-təkrar borc götürürlər, nəticədə isə özlərinə inamı itirirlər və ruhdan düşürlər.XAS 119.3

    Öz-özlüyünüzdə qərar verin ki, bir də heç vaxt borc götürməyəcəksiniz. Borca girməkdənsə, minlərlə şeydən imtina etmək daha yaxşıdır. Kiməsə borclu qalmaq - lənətdir. Bu işdən yoluxucu xəstəlik kimi uzaq qaçın. Borclarınızı ödəyin və qərar verin ki, hətta su və çörəklə yaşamalı olsanız belə, bir daha borca girməyəcəksiniz. Yenidən heç kimə borcu olmayan azad insana çevrilən zaman böyük qələbə çalacaqsınız.XAS 119.4

    Qənaətcillik. Tədbirlilik hissinin olmaması və təcrübəsizlik pul kisəsinin daim boşalmasına səbəb ola bilər, lakin insan yenə də fikirləşə bilər ki, o, öz arzularını və uşaqlarının arzularını məhdudlaşdırmağa alışmadığı və ev işlərini planlaşdırmağı və tədbirliliyi bacarmadığı üçün ən düzgün hesab etdiyi yolla hərəkət edir. Ona görə də bu cür ailəni saxlamaq üçün, eyni sayda ailə üzvləri olan digər daha qənaətcil ailəni saxlamaq üçün lazım olandan iki dəfə artıq vəsait tələb oluna bilər.XAS 119.5

    Hər kəs ailənin mühasibat işlərini aparmağı öyrənməlidir. Bəziləri bu işi ikinci dərəcəli hesab edərək, ona etinasız yanaşırlar, lakin bu, doğru deyil. Bütün xərcləri təyin etmək vacibdir.XAS 120.1

    Əgər siz bədxərcliyə meyllisinizsə, bu vərdişdən qəti şəkildə yaxa qurtarmaq lazımdır. Qənaətcilliyə, əməksevərliyə və mülayimliyə canatma uşaqlarınız üçün zəngin mirasdan daha yaxşı paydır.XAS 120.2

    Heç vaxt uşaqlarınızın beyninə yeritməyin ki, sizin məhəbbətiniz onların bütün arzularını həyatakeçirməklə izhar olunmalıdır. Pul xərcləmək üçün yeni üsullar kəşf etməyin. Öz ixtiralarınızı qənaətcil yaşamaq üçün istifadə edin.XAS 120.3

    Gənclərə xas olan təbii cəhətlərdən biri qənaətə etinasız və yüngül yanaşmaqdır. Onlar onu zərər verənlik və məhdudiyyətlə səhv salırlar. Lakin qənaət ən geniş və liberal baxışlar və fikirlərə uyğun gəlir; qənaət olmayan yerdə həqiqi mərhəmət ola bilməz. Heç kəs qənaətcilliyi öyrənməyi öz ləyaqətindən aşağı saymalı deyil.XAS 120.4

    Qənaət - xəsislik deyil, vəsaitlərin ağıllı şəkildə istifadəsi deməkdir.XAS 120.5

    Vəsaitlərdən ağıllı şəkildə istifadə. Ailədə rahatlığın və sülhün olması üçün çox şey lazımdır. Ev işlərinin təşkilində lazımi intizam və sistemin olmaması məhvə məhkum nəticələrə və böyük itkilərə gətirib çıxarır. Cır-cındır geyinməklə və rahatlıq və komfort üçün lazım olan hər şeydən ailəmizi məhrum etməklə ürəyimizi daha da paklaşdıra və müqəddəsləşdirə bilmərik. Allah özümüzü sağlamlıq və rahatlıq üçün həqiqətən də vacib olan şeylərdən məhrum etməyimizi bizdən tələb etmir, lakin O, bədxərcliyə də bəraət qazandırmır.XAS 120.6

    Pulu nə vaxt saxlamaq, nə vaxt xərcləmək lazım gəldiyini təyin etməyi öyrənmək lazımdır. Hərdən qırılmış ilmələri yerinə bərkitməyə, nəyisə yamamağa, sökülmüş şeyləri yenidən bərpa etməyə dəyər. Siz əyləncələrə sərf etdiyiniz bütün xırda xərcləri hesablamalısınız. Zövqünüzü doyurmaq və dəbin tələbləri ilə ayaqlaşmaq üçün sərf etdiyiniz xərclərlə, arzularınızı həyata keçirmək üçün sərf etdiyiniz xərcləri qeyd edin. Mənasız işlərə sərf edilən pullardan evinizdəki komfortu və şəraiti yaxşılaşdırmaq üçün istifadə etmək olardı. Siz kasıb olmalı deyilsiniz; siz həm özünüzə, həm də yaxınlarınıza qarşı vicdanla davranmalısınız. Simiclik Allahın səxavətini təhqir etmək deməkdir. Lakin bədxərclik də eyni cür təhqirdir. Sizin nəzərinizdə kiçik görünən, xatırlatmağa dəyməyən xərclər üçün axırda hesabat vermək lazım gələcək.XAS 121.1

    Qənaətə rəğbət bəsləyin. Bir dəfə Məsih Öz şagirdlərinə qənaətcillik barədə böyük diqqətə layiq bir dərs verdi. Onu dinləmək üçün gələn ac insanları doyurmaq üçün möcüzə göstərdi; lakin hamı yeyib doyduqdan sonra, O, artıq qalan qırıntıları atmağa icazə vermədi. Öz İlahi qüdrəti sayəsində minlərlə insanı yedizdirən Şəxs indi Öz şagirdlərini məcbur etdi ki, itkiyə yol vermədən bütün qırıntıları bir yerə toplasınlar. Bu dərs həm Məsihin dövründə yaşayanlara, həm də bizə verilmişdir. Allah Oğlu müvəqqəti həyatın ehtiyaclarının qayğısına qalır. Baxmayaraq ki, O, bu cür süfrəni istədiyi yerdə təşkil edə bilərdi, lakin həmin süfrənin qırıntılarına laqeyd yanaşmadı. İnsan nəslinin üzərinə düşən məyusluq, çətinlik və bədbəxtlikləri hiss etmək və başa düşmək üçün Məsih böyük əzablara və təhqirlərə dözdü. O, davamçılarını Özünün keçdiyi həyat yolunu keçməyə səsləyir.XAS 121.2

    Hər bir kəs eqoistik, düşüncəsiz arzularını doyurmaq kimi çətin sınaq qarşısında dayanır. Lakin gəlin unutmayaq, həyat və izzət Rəbbi bu dünyaya insanlara özünüməhrumetmə dərsini öyrətmək üçün gəldi.XAS 122.1

    Bir çoxları belə hesab edirlər ki, bu və ya digər əyləncəyə yol verə bilərlər və öz arzularını həyata keçirmək üçün bütün gəlirlərini əhəmiyyətsiz şeylərə xərcləyərək, ayaqlarını yorğanlarına görə uzatmaqdan imtina edirlər. Allah istəyir ki, biz bu məsələdə daha ləyaqətli davranaq. Əgər yalnız ərzaq, içki və paltar ehtiyacımızı ödəyiriksə, özümüzə qarşı günah işlətmiş oluruq. Allah üçün daha ali şeylər var. Öz pullarınızı lazımsız şeylərə sərf etməyin. Siz o qədər də böyük əhəmiyyət kəsb etməyən kiçik məbləği boş şey hesab edə bilərsiniz, lakin çoxsaylı kiçik məbləğlər üst-üstə gələndə çox böyük məbləgə çevrilir. “Bu, elə bircə qəpikdir”, “bu, kiçik məbləğdir” fikrilə lazımsız şeylərə sərf etdiyiniz pullar az kimi görünür; lakin bu kiçik məbləği ildəki günlərin sayına vurun, sonra isə illərin sayına vurun, ağlasığmaz bir məbləğ alınacaq. Əgər şərait imkan verirsə, biz lazımsız şeylərə və eqoist “mən”imizə xərclədiyimiz vəsaitlərdən qənaətlə istifadə etməliyik.XAS 122.2

    Biz ətrafımızdakı insanların əziyyətləri haqqında çox az bilirik; lakin əgər imkanımız çatırsa, çətin vəziyyətdə olanlara dərhal yardım əlimizi uzatmağa hazır olmalıyıq. Ətrafımızda yeməyə və paltara ehtiyacı olan çox sayda adamlar var. Hər əl kasıblara kömək göstərə bilər. Bütün mümkün imkanlardan istifadə edərək, insanların dərdlərini yüngülləşdirməyi Allah bizim üzərimizə borc kimi qoymuşdur.XAS 122.3

    Pulun qədrini bilməyi uşaqlara necə öyrətməli. Valideynlər öz uşaqlarını özünüidarə ruhunda böyütməli, təlim və tərbiyə etməlidirlər, onları bahalı şeylərə can atmadan sadə həyatla yaşamağa alışdırmalıdırlar. Onları pulla ərköyün etmək lazım deyil ki, tükənməyən pul ehtiyatının olduğunu və bütün istəklərini həyata keçirmək üçün ondan istifadə edə biləcəklərini düşünməsinlər. Pula Allahın bəxşişi kimi yanaşmaq lazımdır.XAS 123.1

    Uşaq və gənclər pulu heç bir ciddi cəhd göstərmədən, asanlıqla əldə edəndə onun qiymətini bilmirlər. Gündəlik cib xərclərinin haradan qazanıldığını, yedikləri ərzağın və paltarın necə əldə edildiyini, ailəni saxlamağın nəyin bahasına başa gəldiyini başa düşən gənclərin vəziyyəti daha təhlükəsizdir.XAS 123.2

    Bəzən uşaqlar düşüncəsiz şəkildə kömək göstərirlər. Sərbəst şəkildə özünə həyat yolu tapan kəs qabiliyyətlərini daha yüksək qiymətləndirir, nəinki özgə cibindən pul alan kəs. Uşaqlarımızın bütün problemlərini onların əvəzinə həll edərək, onları başqalarından asılı köməksiz şəxslərə çevirməli deyilik.XAS 123.3

    Uşağın düşdüyü şərait ona valideynin göstərdiyi nümunədən daha çox təsir göstərir. Elə adamlar var ki, öz gənclik illərində necə olublarsa, uşaqlarının da o cür olacağına ümid bəsləyirlər və uşaqları onların ümidlərini doğrultmadıqda, zəmanənin pisliyindən şikayətlənirlər. Lakin əgər onlar özlərinin gənclik illərində yaşadıqları şəraiti uşaqları üçün yaratmırlarsa, bunu uşaqlarından tələb etməyə haqları yoxdur. Atalar səylə çalışırlar ki, uşaqlarını maddi cəhətdən təmin etsinlər, onlarçün özlərinin yaşadıqlarından daha yaxşı həyat şəraiti yaratsınlar. Bu çox geniş yayılmış bir səhvdir. Uşagın bütün arzuları həyata keçirilir. Onun atasının xarakteri hətta ən kiçik şeylərin də layiqincə qiymətləndirildiyi sərt qənaətcillik şəraitində formalaşmışdır. Onun oglunun meylləri və xarakteri isə yüngül yanaşma və güzəştlər arasında formalaşacaq. Əgər hər şey kifayət qədərdirsə, ondan necə imtina etmək olar?XAS 123.4

    Valideynlərin öz uşaqlarına verə biləcəkləri ən yaxşı miras, onların faydalı əməyə alışdırılması və gözütoxluq və səxavətlə müşayiət edilən həyat təcrübəsidir.XAS 124.1

    Bu cür həyat tərzi ilə onlar, yalnız xeyirxah məqsədlər, şəxsi ehtiyacların və başqalarının təlabatlarının ödənilməsi üçün istifadə edilməli olan pulun həqiqi qiymətini nümayiş etdirirlər.XAS 124.2

    Uşaqlarıma xəsisliyə varmadan qənaətcil olmağı necə öyrdə bilərəm?XAS 124.3

    “Məsihçi üçün düzgünlük ən yaxşı, həm də yeganə siyasətdir”. Harri Blançard.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents