Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Qəlbin Sağlamliği

    Allah insanlara göz verib ki, Onun möcüzəli işlərini görsünlər. O, insanlara qulaq verib ki, Onun haqqındakı müjdəni eşitsinlər. İnsanlara nitq qabiliyyəti verib ki, onlar Məsih haqqında günahları bağışlayan Xilaskar kimi danışsınlar.XAS 128.1

    Həvari Pavel imanlılara öyrətməyə çalışırdı ki, idrakı qadağan olunmuş mövzulardan və əqli qüvvəni əhəmiyyətsiz məsələlərə sərf etməkdən qorumaq çox vacibdir. Şər qüvvələrin qurbanına çevrilmək istəməyən insanlar öz qəlblərinin qapısını diqqətlə qorumalıdırlar; onlar beyində pisfikirlər yarada bilən şeyləri oxumaqdan, baxmaqdan və dinləməkdən yan qaçmalıdırlar. Fikirlərinizin qəlbin düşməninin təklif etdiyi hər mövzu üzərində qeyri-ixtiyari cəmləşməsinə yol verməyin. Qəlbi ehtiyatla qorumaq lazımdır, əks halda ətrafdakı şər qeyri-iradi şəkildə qəlbə daxil olaraq, orada kök atacaqdır və həmin qəlb zülmət dünyasında azacaqdır.XAS 128.2

    Biz hər zaman yadda saxlamalıyıq ki, gözəgörünməz xeyir və şər tacirləri bizim idrakımızın idarəsini öz əllərinə almaq üçün durmadan çalışırlar. Onlar gözlə görünməyən, lakin aktiv qüvvədən istifadə edirlər. Xeyirxah mələklər - ürəyə və idraka səmavi təsir göstərən xidmətçi ruhlardır, lakin qəlbin böyük düşməni iblis və onun mələkləri daim bizi məhv etmək üçün çalışırlar. Gözlə görünməyən və birbirindən seçilməyən düşmənləri hiss və dərk edərək, bir şeyə əmin olmalıyıq: bizim razılığımız olmadan onlar bizə zərər toxundura bilməzlər. Əgər biz özümüz qapını açıb, şeytanı içəri dəvət etməsək, o, heç vaxt bizim fikirlərimiz, sözlərimiz və əməllərimiz üzərində hökmranlıq edə bilməz.XAS 128.3

    Qəlbin qidası. Hər addım başı böyük sınaqlarla qarşılaşan uşaqlar üçün narahat olmağa səbəb var. Onlar pis adamların dəstəsilə münasibət yaratmaqdan yan qaça bilmirlər. Onları pozğunlaşdıran şeyləri görür, eşidir və duyurlar və əgər bu təsirdən ciddi surətdə qorunmasalar, о gizlincə, lakin qətiyyətlə onların ürəklərini korlayacaq və xarakterlərini eybəcər şəklə salacaq.XAS 129.1

    İndi idraka günaha müsbət yanaşmağı öyrədirlər. Müasir dövri mətbuat alçaqlığı və həyasızlığı təlqin edir. “Biz bu dünyada yaşayırıq, onu tərk edə bilmərik” - deyəcəksiniz. Lakin, əziz valideynlər, biz yenə də doğru yol seçə bilərik və əgər istəsək, axır zamanda bu qədər sürətlə artan çoxsaylı əxlaqsızlar haqqında düşünməkdən uzaq dura bilərik. Biz çoxsaylı şər əməllərin və cinayətlərin tarixçələrinə qulaq asmaya bilərik.XAS 129.2

    Müasir populyar mətbuat səhifələri sensasiyalı tarixçələrlə zəngindir. Cinayətlərə gəldikdə isə, uşaqlar bu barədə böyüklərə layiq dərəcədə məlumata malikdirlər. Oxuduqları tarixçələr onlarda şərə meyl yaradır. Öz təxəyyüllərində onlar haqqında oxuduqları əməlləri edirlər və onlarda cinayət törətmək və cəzadan qaçmaq arzusu baş qaldırır.XAS 129.3

    Hər şeydən tez təsirlənən uşaqların təfəkküründə gördükləri hər şey həqiqətdə olduğu kimi canlanır. Qanunu pozan və hər şeydə öz iradəsinə uyğun hərəkəti dəstəkləyən əməllər təfərrüatlı şəkildə təsvir olunanda, çoxları bu cür əhvalatların ruhunu qəbul edirlər. İnsanlar əllərinə imkan düşən zaman, sensasiya düşkünü olan müəlliflərin yazdıqlarından daha ağır cinayətlər törətməyə qabil olurlar. Cəmiyyət azğınlaşır və təəccüblü deyil ki, bunun nəticəsində acı bəhrələr - cinayətlər ortaya çıxır.XAS 129.4

    Müqəddəs Kitabın Zəb. 101:3-7-də söylədikləri haqqında düşünün: “Gözümü çəkəcəyəm iyrənc şeylərdən; zəhləm gedir azğınların işlərindən; qoymaram yapışsın məndən. Dönəcəyəm əyri qəlbdən; şəri tanımayacağam mən. Ağzını yumacağam qonşusunun ardınca böhtan atanın mən; yuxarıdan baxan lovğa insana dözə bilmərəm. Gözüm ölkənin sadiqlərindədir, qoy yanımda yaşasınlar; kamillik yolunda olanlar qulluğumda dayansınlar. Fırıldaqçıları sarayımda yaşamağa qoymaram;yalançını hüzurumda dayanmağa qoymaram”.XAS 130.1

    Nəyi oxuyaq? Tez qavrayan və inkişafda olan təfəkkür bilik yanğısı ilə alışır. Bədən kimi, ağıl da aldığı qidadan qüvvələnir. Bir çox insanlar kitabları çox sevirlər. Onlar əllərinə keçən hər şeyi oxuyurlar. Mən bu cür uşaqların valideynlərini onların oxumaga meyllərini nəzarət altına almağa səsləyirəm. Onların stolunun üstünə xarakterin düzgün formalaşmasına kömək edən kitablar qoyun. Uşaqlarınızı bütün xeyirxah işlərə ürəklərinin qapısını açaraq, faydalı biliklər əldə etməyə yönəldin. İdrak üçün zərərli qida ola biləcək kitabları oxumaq arzularının qarşısını alın.XAS 130.2

    Dünyada çox sayda kitablar vardır ki, onları yaymaqdansa, məhv etmək daha yaxşı olardı. Gənclərin gəlir məqsədilə nəşr edilib satılan kitabları oxumasına lüzum yoxdur.XAS 130.3

    Həqiqəti təhrif edən kitablar heç vaxt uşaq və gəndərin əlinə düşməməlidir. Qoy tərbiyə prosesində uşaqlaryalan fikirlərlə qidalanmasınlar.XAS 131.1

    Çap materiallarının və dövri mətbuatın böyük axını ilə qarşılaşan yaşlılar və cavanlar tələsik və ötəri oxumağa vərdiş edirlər və onların idrakı əlaqəli və məqsədyönlü şəkildə düşünmək qabiliyyətini itirir. Bundan əlavə, dövri mətbuatın və kitabların əksər hissəsi nəinki mənasız, boş və açıq-saçıqdır, onlar həm də əxlaqsız və alçaldıcıdır. Bu cür ədəbiyyatın təsiri nəinki əqli dumanlandırır və dağıdır, həm də mənəviyyatı pozur və məhv edir. Məhəbbət hekayələrinin mütaliəsi fikri vacib və ciddi məsələlər üzərində cəmləşdirməyə mane olur. Həyəcan doğuran hekayələri oxumağı sevənlər bəzən gündəlik həyatdakı vəzifələrini yerinə yetirməyi bacarmırlar, çünki qeyri-real, təsəvvürlərində yaratdıqları dünya ilə yaşayırlar.XAS 131.2

    Uşaqların onlara həm məmnunluq, həm də əyləncə bəxş edə bilən, idraklarım korlamayan və bədənlərini taqətdən salmayan mütaliəyə ehtiyacları var. Uşaqlar və gənclər oxumağa bir şey tapacaqlar, əgər onlar üçün kitabı siz seçməsəniz, özləri seçim edəcəklər. Qəlbə məhvedici təsir göstərən kitabları tapmaq çətin deyil və uşaqlar dərhal onlara aludə olacaqlar; Lakin əgər onlara ağıllı və faydalı kitablar təklif etsəniz, zövqləri də bu istiqamətdə inkişaf edəcək. Əqli nizamlamaq, sağlam və faydalı olan hər şeyə qarşı zövqü durmadan inkişaf etdirmək vacibdir. Valideynlər öz uşaqlarını Müqəddəs Kitabla vaxtında tanış etməlidirlər ki, onlarda düzgün düşüncə tərzini inkişaf etdirsinlər.XAS 131.3

    Çox faydalı olan özünü tanımaq vərdişini inkişaf etdirmək üçün gücünüzə heyfiniz gəlməsin. Əgər dalğınsınızsa, fikrinizi cəmləşdirməyi öyrənin. Əgər əqlinizi işə salmaq arzusunda deyilsinizsə, özünüzə güc gəlmək üçün qətiyyətli səy göstərməlisiniz. Düşüncəni düzgün istiqamətə yönəltmək üçün ciddi qaydalara əməl etmək lazımdır.XAS 131.4

    Tarazlıq vəziyyətində olan təfəkkürə az-az rast gəlmək olur, çünki valideynlər özlərinin uşaqlarda xeyirxah xarakter cəhətlərini inkişaf etdirmək və mənfi cəhətlərdən uzaqlaşdırmaq vəzifələrinə çox kobud etinasızlıqla yanaşırlar. Unutmamalıdırlar ki, onların üzərinə çox vacib bir vəzifə düşür - ailədəki hər bir uşağın meyllərinin inkişafını diqqət altında saxlamaq, onlarda müsbət vərdişləri inkişaf etdirmək və düzgün düşüncə tərzini formalaşdırmaq. Yüksək əxlaqı rəğbətləndirin və intellektual qüvvəni inkişaf etdirin.XAS 132.1

    Bizim evimizdə uşaqlar nəyə baxırlar, nə oxuyurlar və nə eşidirlər?XAS 132.2

    “Yaxşılıq etməkdən alınan həzz, sənə edilən yaxştlığın verdiyi həzdən daha böyükdür Epikıır.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents