Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Nəzakət Və Xeyirxahliq

    “Bir-birinizə qarşı xeyirxah, şəfqətli davranın” prinsipi (bax. Rom. 12:10) ailə xoşbəxtliyinin özülünü təşkil edir. Hər bir evdə nəzakət hökm sürməlidir. Bu, o qədər də baha başa gəlmir, lakin ən sərt və kobud təbiətləri yumşaltmaq gücünə malikdir. Daimi nəzakəti dəstəkləmək, başqaları ilə özümüzə rəva bildiyimiz tərzdə davranmağa can atmaq bir çox həyat çətinliklərini aradan qaldırmağa kömək edəcəkdir.XAS 133.1

    Əgər uşaqlarımızı xeyirxah və nəzakətli görmək istəyiriksə, bunu öz nümunəmizdə nümayiş etdirməliyik. Hətta ən əhəmiyyətsiz şeylərdə belə bir-birinizə qarşı ədəbli və xeyirxah davranın. Kobud danışığa yol vermək lazım deyil; sizin evdən sərt kəlmələr eşidilməməlidir.XAS 133.2

    Hər kəs şən görünə və mülayim davrana bilər. Xeyirxah və şən davranış uşaqları tez cəlb edir. Onlarla xeyirxah və nəzakətli davranın, onlar da əvəzində sizə və bir-birlərinə qarşı bu münasibəti göstərəcəklər. Yalnız sözlə söyləməkdən daha çox ədəbli və təmkinli davranışınız uşaqlarınızın xarakterinə böyük təsir göstərəcək.XAS 133.3

    Uşaqlarla mülayim danışmaqla, nəyisə düzgün etməyə çalışdıqları zaman onlar tərifləməklə, valideynlər övladlarının səylərini dəstəkləyə, onları xoşbəxt edə və ailədə mülayim ab-hava yarada bilərlər. Bu isə qaranlıq olan hər nə varsa, siləcək və evi sevinc işığına bürüyəcək. Yumşaq davranış, həvəsləndirici sözlər və məhəbbətdən yoğrulmuş əməllər uşaqlarla valideynlərin ürəklərini incə məhəbbət telləri ilə bağlayacaq.XAS 133.4

    Qarşılıqlı xeyirxahlıq və təmkin ailəni cənnətə çevirər və müqəddəs mələkləri ailə ocağma cəlb edər; lakin onlar kobud kəlmələrin səsləndiyi, əsəbilik və mübahisənin, fıkir ayrılığmın hökm sürdüyü evi tərk edəcəklər. Sərtlik, narazılıq və qəzəbin hökm sürdüyü evin qapıları Allah üçün bağlıdır.XAS 134.1

    Gündəlik həyatda izhar olunan nəzakət və ailə üzvlərinin bir-birinə bağlılığı ətraf mühitlə şərtlənməli deyil. Нәг bir işdə ifadə olunan mülayim səs tonu, yumşaq davranış tərzi və səmimi rəğbət əməksevərlik, səliqəlilik və qənaətcilliklə müşayiət olunan zaman hətta kasıb bir daxma da ən xoşbəxt evə çevrilə bilər.XAS 134.2

    Yad adamlara və qonaqlara qarşı süni nəzakət nümayiş etdirməkdənsə, ailələrimizdə bizimçün əziz olan insanlara səmimi məhəbbət və rəğbət bəsləmək daha vacibdir.XAS 134.3

    Səmimi nəzakətin məğzi başqalanna hörmətdir. Gənclərə valideynlərinə hörmətlə yanaşmağı, malik olduqları üstünlükləri qiymətləndirməyi, çatışmazlıqlara səbirlə yanaşmağı öyrətməyən, onların ehtiyaclarına köməklik göstərməyən, onları gənclərə, qocalara və bədbəxtliyə düçar olmuş insanlara qarşı qayğıkeş və nəvazişli, xeyirxah və faydalı, һәг bir insana münasibətdə nəzakətli etməyən mədəniyyət yalançı mədəniyyətdir.XAS 134.4

    Etiket üçün ən yaxşı dərslik. Müqəddəs Kitabda cəmiyyət və ailədaxili əlaqələrlə bağlı bir çox vacib qaydalar verilmişdir. Bu əxlaqın ən yaxşı və təmiz nümunəsi olmaqla bərabər, nəzakətliliyin ən qiymətli kodeksidir. Qızıl qanun: “İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin” (Lk. 6:31) kimi, həvari öyüdü: “Təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın” (Flp. 2:3) də ailəniz üçün bir qanuna çevrilməlidir. Qızıl qanun - İsanın həyatında və xarakterində bütünlüklə izhar olunmuş həqiqi nəzakət prinsipidir. Məsih hətta Onu təqib edənlərlə də nəzakətli davranırdı. Dünyadakı bütün həqiqi xeyirxahlıq və məhəbbət, hətta Onu tanımayanar arasında belə, Məsihdən izhar olunmuşdur.XAS 134.5

    Nə vaxtsa yazılmış olan etiket traktatları içərisində ən yaxşısı - Xilaskarın Özünün verdiyi qiymətli öyüdlər və Müqəddəs Ruhun həvari Pavel vasitəsilə söylədiyi sözlərdir ki, onlar bütün insaların, cavanların və yaşlıların yaddaşına əbədi olaraq həkk olunmalıdır:XAS 135.1

    “Sizi sevdiyim kimi siz də bir-birinizi sevin”XAS 135.2

    (Yəh. 13:34).

    “Məhəbbət səbirli, xeyirxahdır.
    Məhəbbət paxıllıq etməz.
    Məhəbbət lovğalanmaz, öyünməz,
    Kobud davranmaz, öz mənfəətini axtarmaz,
    Tez hirslənməz, pislik etməyi düşünməz,
    Haqsızlığa sevinməz, həqiqətə isə şadlanar;
    Hər şeyə qatlaşar, hər şeyə inanar,
    Hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər.
    Məhəbbət əsla tükənməz”
    XAS 135.3

    (1 Kor. 13:4-8).

    Məhəbbət sifəti nurlandırır və səsi yumşaldır; o, insanı bütünlüklə təmizləyir və ucaldır. O, insanı Allahla barışığa gətirir.XAS 135.4

    Etiket qaydalarına sadəcə əməl etməklə həqiqi nəzakəti öyrənmək mümkün deyil. Həqiqi ədəblilik öz prinsiplərini şərtiliyə qurban verməyi tələb etmir. O, ayrı-seçkiliyi tanımır. O, insana özünə hörmət etməyi, başqalarının ləyaqətinə hörmətlə yanaşmağı və böyük insan qardaşlığının bütün üzvləri ilə sülhdə yaşamağı öyrədir.XAS 136.1

    Hər cür əsəbilikdən və mülahizələrdəki sərtlikdən yaxa qurtarmaq üçün zahiri qaydalara ən səyli şəkildə əməl etmək kifayət etmir. Öz eqoist “mən”imizi əsas məqsəd kimi diqqət mərkəzinə çəkməyi tərgitməliyik. Məhəbbət ürəkdə yaşamalıdır. Xoş Xəbər formal nəzakəti deyil, ürəyin həqiqi mərhəmətindən irəli gələn nəzakəti dəstəkləyir.XAS 136.2

    İnsarılarm can atdıqları və qiymətləndirdikləri şeylər içində heç nə Allahın gözündə təmiz ürək, nəcib ruh və mənəvi həyat kimi bu qədər böyük vaciblik kəsb etmir.XAS 136.3

    Allahın planı müxtəlif xarakterə malik insanların birləşməsini nəzərdə tutur. Bu plana əsasən, ailənin hər bir üzvü başqalarının fikrinə yüksək yanaşmalı və onların hüquqlarına hörmət etməlidir. Bu cür davranış qarşılıqlı hörmət və təmkinə yol açacaq, ziddiyyətli fikirlər yumşalacaq və xarakterin kobud cəhətləri düzələcək. Razılıq əldə ediləcək, müxtəlif xarakterlərin uyuşması isə ailənin üstünlüyünə çevriləcək.XAS 136.4

    Gülərüzlülük. Çətinliklərin və gündəlik qaygıların həyatınızı tutqunlaşdırmasına yol verməyin. Həmişə sizi incidən və qəzəbləndirən şeylər tapılacaq. Bizim həyatımız qurduğumuz kimidir və nəyə can atırıqsa, onu əldə edirik. Əgər biz həyatda yalnız kədər və həyəcan görürüksə, əgər kiçicik problemləri şişirtməyə meylliyiksə, onda çoxlu sayda problemlərlə üzləşəcək və durmadan onlar haqqında fikirləşəcək və danışacağıq. Qəlbə əziyyət verən və xoşagəlməz şeylər haqqında uzun-uzadı fikirləşməyə dəyməz. Emosional əzginlik sağlamlığa böyük ziyan vurur. Kədər və qorxu şəri aradan qaldırmağa kömək edə bilməzlər. Lakin həyatın işıqlı tərəfinə daha çox diqqət yetirmiş olsaq, bizi gülərüz və xoşbəxt edən şeyləri kifayət qədər əldə etmiş olarıq. “Ürək sevinci cana ən yaxşı məlhəm olar, könlün sınması sümükləri qurudar” (Məs. 17:22).XAS 136.5

    Hər bir kəs bədbəxtliklə üzləşə bilər, bu, insan taleyi üçün qaçılmazdır. Günün olduqca kədərli, tutqun olmasına baxmayaraq, qoy sizin ürəyiniz səbir, minnətdarlıq və məhəbbət nuruna boyansın.XAS 137.1

    Əgər kiməsə təbəssüm bəxş ediriksə, bu təbəssüm özümüzə qayıdacaq; əgər insanlara xeyirxah, xoş kəlmələr söyləyiriksə, bizə də bu cür kəlmələr söyləniləcək.XAS 137.2

    Hərdən insanlar belə hesab edirlər ki, gülərüzlülüklə məsihçi ləyaqəti bir агауа sığan deyillər, lakin bu, səhv fikirdir. Səma sevinc məskənidir. Əgər bizim ürəklərimiz səma sevinci ilə dolur və bu sevinc sözlərimizdə və əməllərimizdə izhar olunursa, bu, bizi qəmli və ümidsiz görməyi sevməyən Səmavi Atamıza da xoş gəlir.XAS 137.3

    Ey valideynlər, gülümsəyin; ey müəllimlər, gülümsəyin. Əgər ürəyinizdə kədərlisinizsə, büruzə verməməyə çalışın. Qoy məhəbbətli, minnətdar ürəkdən süzülən nur simanızda şəfəq saçsın.XAS 137.4

    Vacib saydığınız şeylərin tələbindən azad olun, uşaqlarınızın ehtiyaclarını görməyə çalışın və onların məhəbbətini qazanın. Əgər həqiqət toxumlarını onların ürəklərində əkmək istəyirsinizsə, onların rəğbətini qazanmalısınız.XAS 137.5

    Gülərüz olun və heç vaxt kobudluğa və nəzakətsizliyə yol verməyin. Əgər nə isə sizi qıcıqlandırırsa, bu, özünüzdən çıxma üçün sizə bəraət qazandırmır. Əgər valideynlər uşaqlarında xoş davranış inkişaf etdirmək istəyirlərsə, heç vaxt onlarla kobud danışmalı deyillər.Simanızdakı xoş ifadəni saxlamağı öyrənin və səsinizin mümkün qədər mülayim olmasına çalışın. Allahın mələkləri həmişə uşaqlarınızın yanında olurlar və sizin sərt, yüksək və əsəbi səs tonunuz onlara xoş gəlmir.XAS 137.6

    Hər şeyə sevinclə yanaşın, qəlbinizi bürüyən zülmət torlarını cırıb atmağa çalışın. İnsanlara rəğbətlə yanaşın. Qoy sizin eviniz həyat eşqi, xeyirxahlıq və məhəbbətlə dolu olsun.XAS 138.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents