Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Nitq

    Nitq bizə etibar olunmuş qabiliyyətdir, ondan yaxınlarımıza kömək etmək, təsəlli vermək və ruhlandırmaq üçün istifadə etmək lazımdır. Mələklər evdə səslənən hər bir sözü eşidirlər. Ona görə də heç vaxt deyinməyin.XAS 139.1

    Həqiqi rəğbət və məhəbbət izhar edərək xeyirxah kəlmələr söyləyin; lakin eyni zamanda öz prinsiplərinizdə möhkəm və sarsılmaz olun. Əgər uşaqlarınızla sərt davransanız, onları sevmədiyinizi düşünə bilərlər. Ədalət və mərhəmət yanaşı mövcud olmalıdırlar və heç bir tərəddüdə və ya qeyri-iradi hərəkətlərə yol verilməməlidir.XAS 139.2

    Nitq һәr şeydən əvvel təmiz, xeyirxah və düzgün olmalıdır. Bu cür dili öyrənmək üçün ən yaxşı məktəb - ailədir.XAS 139.3

    Xoş kəlmələr - qəlb üçün şeh və sakit yağış kimidir. Müqəddəs Yazıda deyilir ki, Məsihin dodağından yalnız lütf kəlmələri səslənirdi, O, kədərli insana lazımi sözü vaxtında deməyi bacarırdı. Rəbb bizi də dəvət edir: “Qoy sözünüz həmişə nəvazişli olsun” (Kol. 4:6). Sərt və qəzəbli kəlmələr Allahın gözündə küfrün birforması kimi qəbul edilir. Allah deyir: “Ölüm və həyat dilin əlinə düşər” (Məs. 18:21).XAS 139.4

    Ailə üzvlərinə nitq mədəniyyəti və natiqliyi öyrətmək vacibdir. Valideynlər uşaqlarına elə aydın danışıq tərzini öyrətməlidirlər ki, qulaq asan hər kəs onların dedikləri hər bir sözü başa düşə bilsinlər. Nitqin təmizliyini qoruyun. Kobud və amiranə deyil, mülayim və inandırıcı səs tonunu inkişaf etdirin. Uşaqlarınızda düzgün nitq qabiliyyəti tərbiyə edin ki, sınaqlarla üzləşən zaman, onların ağzından qeyriixtiyari sərt kəlmələr çıxmasın.XAS 139.5

    Kobud, əsəbi, deyingən kəlmələrin eşidildiyi evdə uşaqlar tez-tez ağlayır və bədbəxtlik və ixtilaflar onların zərif psixikasında öz izini buraxır. Daha çox gülümsəməyə çalışın və uşaqların ağılları və ürəkləri sizin üzünüzün ifadəsini güzgü kimi əks etdirəcəklər.XAS 140.1

    Ailənizdə mübahisə və münaqişələrə yol verməyin. Yumşaq tonda danışın. Heç vaxt səsinizi yüksəltməyin və kobud danışmayın. Sakitliyinizi qoruyun və tənələrdən uzaq olun. Biz özümüzü cilovlamalı və nitqimizi idarə etməliyik.XAS 140.2

    Sərt danışmaq vərdişi üzündən ədavət hissi baş qaldırır və xoşbəxtlik ailəni tərk edir. Bu cür səs tonu ilə danışan şəxs ailə üzvlərinin hörmətini itirir. Lakin o, öz hisslərini cilovlamağı bacarsaydı, hamının etibar və rəğbətini qazana bilərdi.XAS 140.3

    Bir şəxsin əsəbi səs tonu ilə danışması qarşıdakı şəxsi də bu cür tonda cavab verməyə məcbur edir. Kobud və qəlbə toxunan kəlmələr həyatı dəhşətə çevirir, çünki bu acı kəlmələr təkrar-təkrar yada düşərək, qəlbi zəhərləyir.XAS 140.4

    Öz əməllərinizdə, düşüncələrinizdə və sözlərinizdə kobudluğa yol verməyin. Kobud ifadələr, nalayiq zarafatlar və nəzakətsizlik sizin ikinci təbiətinizə çevriləcək. Ailə o qədər müqəddəsdir ki, onu qarşılıqlı mühakimələr və münaqişələrlə murdarlamaq olmaz. Evdə tənqid və irad ruhu mövcud olmalı deyil. Bir-birinizin çatışmayan cəhətlərini axtarmaqdan və düşüncəsiz, sərt danışıqdan əl çəkin.XAS 140.5

    Evdə mənasız, axmaq söhbətlərə yol verməyin. Hətta ən azyaşlı uşaqlar da “ağıllı fikir”dən faydalanırlar. Bütün ailə üzvlərinin istifadə etdikləri ədalətli, səmimi, düzgün və ciddi sözlərin bəhrəsi saleh əməllər olduğu halda, ata-ananın bir-birlərinə söylədikləri boş, axmaq kəlmələr uşaqların da bu cür danışıq tərzini mənimsəməsinə gətirib çıxarır.XAS 140.6

    Əgər hər bir insan öz evində mehriban danışmağı vəd etsəydi və məhəbbət qanununa onun nitqini idarə etməyə icazə versəydi, çox yaxşı olardı. Ey valideynlər, məzəmmət üçün tələsməyin! Əgər uşaqlarınız səhvə yol verirlərsə, düzəltməyə çalışın, lakin qoy sizin ağzınızdan çıxan hər bir kəlmə məhəbbət və nəvazişlə dolu olsun. Hər dəfə deyingənliyə aludə olan zaman, övladlarınıza səbir və təmkin dərsi vermək üçün əlinizdə olan gözəl imkanı itirmiş olursunuz. Qoy hər dəfə övladlarınızın səhvlərini düzəldəndə ürəkləriniz məhəbbətlə idarə olunsun.XAS 141.1

    Unutmayın ki, siz özünüz də kövrək qəlbə maliksiniz və nədəsə təqsirləndirilməkdən xoşunuz gəlmir; bir az düşünsəniz görəcəksiniz ki, uşaqlarınız da sizə oxşayırlar. Əgər siz məzəmmət və təqsirləndirmələrə dözə bilmirsinizsə, onda sizdən daha zəif olan və həddindən çox acı çəkmək iqtidarında olmayan uşaqlarınız da bundan xoşlanmırlar.XAS 141.2

    Öz Nikahinizin Potensialini Qiymətləndirin

    Aşağıda verilmiş hər bir fikri 0-dan 10-a qədər rəqəmlərlə qiymətləndirin. Sizin cavablarınız hisslərinizə uyğun gəlməlidir.XAS 141.3

    1. Məqsəd və dəyərlərimizin üst-üstə düşməsi (arzular, planlar, mənəvi və əxlaqi dəyərlər və s.).XAS 141.4

    2. Şəxsi səviyyəmizi və ailəmizin səviyyəsini saxlamaq bacarığımız.XAS 142.1

    3. Səmərəli ünsiyyət yaratmaq bacarığımız.XAS 142.2

    4. Baş qaldırmış problemlərin həllinə yaradıcı və müsbət yanaşmaq bacarığımız.XAS 142.3

    5. Bir-birimizə hörmət və bağlılığımızı ifadə etmək bacarığımız.XAS 142.4

    6. Vəzifələri bölüşdürmək bacarığımız.XAS 142.5

    7. Əməkdaşlıq ruhumuz.XAS 142.6

    8. Ailənin maliyyə işlərini idarə etmək bacarığımız.XAS 142.7

    9. Uşaqlarımıza tərbiyə və təhsil vermək bacarığımız.XAS 142.8

    10. Birlikdə qərar qəbul etmək bacarığımız. Cavablarınızı bir-birinizlə bölüşün, analiz edin və hər iki tərəfin fikrini müzakirə edərək, razılığa gəlməyə çalışın. Sent Ekzüperinin sözlərini yadınıza salın: “Sevmək - birbirinə baxmaq deyil, birlikdə eyni istiqamətdə baxmaqdır”.XAS 142.9

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents