Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Sosial Təlabatlar

    һәг bir insan özünə dost tapır. Dostların bir-birinə göstərdiyi təsir xeyir və ya şər onların dostluğunun gücündən asılıdır. Нәг bir insanın öz ünsiyyət dairəsi vardır ki, burada o, bir tərəfdən başqalarına təsir göstərir, digər tərəfdən isə özü təsir altına düşür.XAS 143.1

    Allah Kəlamında ünsiyyətin insanlara göstərdiyi təsir xüsusi vurğulanır. Uşaq və gənclərin təfəkkür və xarakterlərinin formalaşmasında ünsiyyətin rolu çox böyükdür. Ünsiyyət etdikləri insan dəstələri, mənimsədikləri prinsiplər, qazandıqları vərdişlər onların bu həyatda nə dərəcədə faydalı olacaqlarını həll edir və gələcək talelərini müəyyən edir.XAS 143.2

    Gənclər dərhal özlərinə yoldaş tapırlar və qaçılmaz şəkildə onların təsiri altına düşürlər. Qəlbləri birləşdirən gizli əlaqə mövcuddur. Birinin ürəyi digərinin çağırışına səs verir. Biri digərinin ideyalarını, fikirlərini və ruhunu mənimsəyir. Bu cür ünsiyyət ya xeyir-duaya, ya da lənətə çevrilə bilər.XAS 143.3

    Doğru deyiblər: “Dostunu mənə göstər, sənin kim olduğunu deyim”. Yoldaşların seçilməsinin xarakter və nüfuza göstərdiyi böyük təsiri gənclər başa düşmürlər. Hər kəs zövqləri, vərdişləri və meylləri ilə onunkuyla üst-üstə düşən adamlarla ünsiyyət etməyə can atır.XAS 143.4

    Əgər gəncləri əxlaqi cəhətdən təmiz, qayğıkeş, xeyirxah insanlarla ünsiyyət etməyə yönəltsəydilər, onlara göstərilən təsir çox yaxşı nəticə verərdi. Digər tərəfdən, əxlaqi cə- hətdən şübhəli görünən kəslərlə ünsiyyət edənlər özləri də tezliklə bu yola düşəcəklər. Skeptiklərlə ünsiyyət edən kəs özü də tezliklə skeptik olacaq; rəzil adamlarla oturub-durmağa üstünlük verən isə heç şübhəsiz alçaq bir insana çevriləcək.XAS 143.5

    İlk vaxtlar gəncin prinsipləri ünsiyyət can atdığı insanların prinsiplərindən tamamilə fərqli ola bilər; lakin bu insanlarla yaxınlaşdıqca onun fikir və duyğuları dəyişməyə başlayır. O, öz əqidəsini qurban verir və dərk etmədən, lakin labüd şəkildə yoldaşlarının səviyyəsinə enir. Su axını axdığı yerin torpağını yuyub apardığı kimi, gənclərin düşdükləri dairələr də onların prinsip və vərdişlərinə təsirini buraxmadan yan keçmir.XAS 144.1

    Təhlükəsiz ünsiyyət. Girdiyimiz qarşılıqlı münasibətlər nə qədər məhdud olmağından asılı olmayaraq, bizə müəyyən təsir göstərir. Ünsiyyət etdiyimiz kəslərlə yaxınlığımızın dərəcəsi, ünsiyyətimizin daimiliyi və onlara olan məhəbbət və hörmətimiz bu təsirin gücünü təyin edir.XAS 144.2

    Yaşlı nəsilə nisbətən gənclər təsir altına daha tez düşürlər. Hər şey - baxdıqları üzlər, eşitdikləri səslər, getdikləri yerlər, ünsiyyət etdikləri insan dəstələri və oxuduqları kitablar onlarda təəssürat yaradır. Bizim üçün, xüsusilə də övladlarımız üçün lazımi ünsiyyət dairəsinin seçilməsinin vacibliyini başqa cür qiymətləndirmək olmaz, çünki bizim bu dünyadakı və gələcək həyatdakı taleyimiz bu seçimdən asılıdır.XAS 144.3

    Valideynlərin məsləhətləri. Gənc oğlan və qızlar təbiətən düşüncəsiz hərəkət etməyə meyllidirlər. Odur ki, erkən yaşlarında, hələ xarakterləri formalaşmazdan və həddi-büluğa çatmazdan qabaq, əksər hallarda onlara mənfi təsir göstərən insanlarla ünsiyyətə üstünlük verirlər. Bununla bağlı mən valideynləri xəbərdar etmək istərdim ki, dost seçimində uşaqlarının arzularına güzəştə getməsinlər.XAS 144.4

    Uşaqlarınızı bu şəkildə qoruyun. Heç vaxt sizin xəbəriniz və razılığınız olmadan istədikləri vaxt getmələrinə və istədikləri vaxt gəlmələrinə icazə verməyin. İndiki dövrümüzdə uşaqlara məhdudiyyətsiz azadlığın verilməsi, bir çoxlarının məhvə sürüklənməsinə səbəb olur. Uşaqların axşamlar küçədə çox qalmalarına icazə verirlər, hətta bəzən valideynlər onların kiminlə dostluq etdiklərilə maraqlanmağı lazım bilmirlər. Əksər hallarda uşaqlar yalnız onları yoldan çıxartmaqla məşğul olan adamları özlərinə dost seçirlər.XAS 145.1

    Əgər oğul və ya qız evdə gecələməyibsə, ondan hökmən izahat tələb etmək lazımdır. Valideynlər uşaqlarının hansı dairələrdə vaxt keçirdiklərini və hansı evdə gecələdiklərini bilməlidirlər.XAS 145.2

    Ata-analar çox tez-tez uşaqlarının özlərinə əyləncə, dost və məşğuliyyət tapmalarına yol verirlər. Bu da gözləməli olduğumuz nəticələri verir. Tarlanı becərməmiş saxlayın, orada tikanlar bitəcək. İyrənc alaq otlarının arasında gözəl çiçəklər görə bilməyəcəksiniz. Yararsız alaq otu heç bir qayğı olmadan qol-budaq atıb böyüyür, lakin qiymətli, faydalı və gözəl bitkinin böyüməsi üçün ciddi qulluq lazımdır. Gənclərlə də bu cürdür. Onlarda faydalı meyllər oyatmaq və ürəklərində ədalət prinsiplərini möhkəmləndirmək üçün ciddi iş aparmaq vacibdir. Pis vərdişləri aradan qaldırmaq üçün səy və inad gərəkdir.XAS 145.3

    Məhdudiyyətlər möhkəm olmalı, lakin xeyirxah məqsədə qulluq etməlidir. Valideynlər uşaqlarının zərərli meyllərinə güzəştə getməli deyillər, əksinə, məhəbbət və nəva- zişlə onları bu yoldan çəkindirməlidirlər. Uşaqların öz arzularının axını ilə üzməsinə və uçuruma doğru getməsinə yol vermək olmaz. Bunu dərk etməyən və hər cür xəbərdarlıq və məsləhətləri rədd edən adamı gözləyən təhlükə başqa heç bir kəsi gözləmir.XAS 145.4

    Uşaqları elə öyrətmək və tərbiyə etmək lazımdır ki, özlərini ələ almağa və çətinliklərə sinə gərməyə hazır olsunlar. Əgər onlar bilə-bilə özlərini təhlükəyə məruz qoymasalar, onda təsadüfən pis adamların arasına düşəndə kifayət qədər güclü xarakterə malik olaraq, öz prinsiplərinə sədaqəti saxlaya biləcəklər.XAS 146.1

    Qonaqpərvərlik. Müqəddəs Kitab qonaqpərvər olmağı zəruri şəkildə məsləhət görür. “Qonaqpərvər olmağı unutmayın. Çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər” (İbr. 13:2).XAS 146.2

    Bəziləri səhhətlərini bəhanə gətirirlər. Əgər ayaq üstündə durmağa gücləri çatsaydı, çox böyük sevinclə qonaq qəbul edərdilər. Səhhəti zəif olanlar üçün əlac var: “Öz çörəyini ac olanla bölüş, yurdsuz səfilləri öz evinə gətir; çılpaq görəndə üstünü ört, öz ətindən olandan qaçıb gizlənmə. O zaman işığın dan yeri kimi açılar və yaraların tez sağalar” (Yeş. 58:7, 8). Xeyirxah əməllər xəstəlik üçün ən yaxşı dərmandır.XAS 146.3

    Özünə qapılan, qonaq qəbul etməyi xoşlamayan kəs bir çox xeyir-dualardan məhrum olur. Qonaqpərvərlik ruhu ölən zaman ürək eqoizm xəstəliyinə tutulur.XAS 146.4

    “Allah istirahəti işləyənlər üçün yaradıb “. Atalar sözü.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents