Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Bu Gün Və Gələcək Üçün Hədiyyə

    Əgər valideynlər uşaqlarına lazımi tərbiyəni verirlərsə, öz səyli əməklərinin bəhrəsini onların xarakterlərində sevinclə müşahidə edə biləcəklər. Onlar Allah üçün ali xidməti yerinə yetirirlər.XAS 152.2

    Uşaqlarınıza intellektual mədəniyyət aşılayın və əxlaqi tərbiyə verin. Onların cavan beyinlərini möhkəm, təmiz prinsiplərlə bərkidin. Nə qədər ki imkan var, müsbət хагакter cəhətlərinin özülünü qoyun. Sizin bu əməyiniz yüz qat artığına ödəniləcək.XAS 152.3

    Səma və yer indi bir-birindən həmin gecə Beyt-Lehemdə çobanlar mələklərin nəğməsini eşitdikləri zaman oldugundan daha uzaq deyillər. O vaxt, adi əməklə məşğul olan sadə insanların gündüz vaxtı mələkləri qarşıladıqları, üzüm bağlarında və tarlalarda səma elçiləri ilə söhbət etdikləri vaxtda olduğu kimi, indi də Allah insanlara həmin qayğını göstərir. Bizim gündəlik həyat qayğılarımızın hamısında səma bizim yanımızda ola bilər.XAS 152.4

    Yerdəki həyat səma həyatının başlanğıcıdır, yerdəki tərbiyə səma prinsiplərinin təlimidir, yerdəki əmək səmadakı əməyə hazırlıqdır. İndi necə olmağımız, xarakter və arzulanmızın пөсә olması, gələcəkdə пөсә olacağımızın dəqiq göstəricisi ola bilər.XAS 152.5

    Müdrik valideynlərin əməyi bu dünya tərəfindən qəbul edilməyəcək, lakin səmadakı qeyd kitabları açılan zaman onların işləri Allahın gördüyü kimi olacaq və insanlar və mələklər qarşısında mükafatlandırılacaq. O zaman öz borclarına sadiq qalan valideynlərin tərbiyə etdikləri uşaqların dünyanın nuruna çevrildikləri açıq görünəcək. Bu uşaqların xarakterləri üzərində sərf edilən əmək göz yaşları, narahatçılıq və yuxusuz gecələr bahasına başa gəlmişdir, lakin valideynlər bu vəzifəni müdriklik və ləyaqətlə yerinə yetirdilər, nəticədə Rəbbin tərifinə layiq olacaqlar.XAS 153.1

    Uşaqlara öyrətmək lazımdır ki, onlar öz düşüncələrini təmiz və gözəl fikirlər üçün açanda və xeyirxah, faydalı işlərlə məşğul olanda, İlahi xarakterin gözəl donuna bürünmüş olurlar. Bu qiyafə onları bu dünyada gözəl və sevimli edir, gələcəkdə isə Padşahın sarayına girmək üçün imkan yaradır. Onun əhdində deyilir: “Onlar Mənimlə ağ paltarda yeriyəcəklər, çünki layiqdirlər” (Vəh. 3:4).XAS 153.2

    Ən yaxşı ev. Eden bağı onun gözəl torpaqlarında gəzmək insana qadağan olunandan sonra hələ uzun müddət yer üzündə qaldı. Günaha batmış insan nəslinə hələ uzun müddət mələklərin müdafiə etdikləri günahsız evə baxmağa icazə verildi. Kəruvların qoruduğu cənnətin qapısı önündə Allahın izzəti açılırdı. Adəm və onun oğulları Allaha səcdə etmək üçün buraya gəlirdilər. Onlar burada qanuna əməl edəcəkləri haqda əhdlərini təzələyirdilər. Bu, o qanun idi ki, Adəm və Həvva onu pozduqları üçün Edendən qovulmuşdular. Qanunsuzluq dünyanı başına alan və insanların asiliyi daşqın sularında ölümlə cəzalandırılan zaman Edeni yerləşdirən əl onu yerdən götürdü. Lakin son bərpa zamanı, “yeni bir səma və yeni bir уөг qurulan zaman, Eden bağı əvvəlkindən daha gözəl bəzənmiş olacaq.XAS 153.3

    Sonra Allahın qanunlarına əməl edənlərə həyat ağacının altında ölməzlik gücü veriləcək; tükənməz əsrlər boyunca günahsız dünyaların sakinləri bu füsunkar bağda Allahın günahdan uzaq kamil işinin nümunəsini görəcəklər. İnsan Yaradanın müdrik planını yerinə yetirsəydi, o zaman yer üzü həmin nümunəyə uyğun olardı.XAS 154.1

    Böyük xilas planı Allahın lütfünü bütünlüklə dünyaya qaytarır. Günah üzündən nə itirilmişdisə, qaytarılacaq. Təkcə insan deyil, bütün yer üzü xilas olunub ki, Allaha itaətlilərin əbədi məskəni olsun. Altı min il ərzində şeytan yeri ələ keçirmək üçün mübarizə aparıb. İndi isə Allahın Öz yaratdıgı barədə əvvəlcədən düşündüyü plan həyata keçəcək.XAS 154.2

    Alacağımız mirasın həddindən artıq maddi şəkildə təsəvvür ediləcəyi qorxusu bir çoxlarını təhrik etmişdir ki, miras alacağımız şeylərə real ev kimi baxmaqda bizə kömək edən həqiqətləri sırf mənəvi planda şərh etsinlər. Məsih Öz şagirdlərini əmin etmişdi ki, Atasının evində onlar üçün yaşayış məskəni hazırlamağa gedir. İnsan təxəyyülü salehlərin alacağı mükafatı təsvir etmək iqtidarında deyil. Bunu yalnız onu görənlər başa düşə biləcəklər. Bizim məhdud idrakımız İlahi cənnətin izzətini dərk etmək qabiliyyətindən məhrumdur.XAS 154.3

    Müqəddəs Kitabda xilas olmuşların mirası ölkə kimi adlandırılmışdır. Orada Çoban Öz sürüsünü qaynayan bulaqların yanına gətirir. Həyat ağacı hər ay bəhrə verir və onun yarpaqları xalqlar üçün məlhəmdir. Orada büllur kimi şəffaf, heç vaxt qurumayan sular axır. Orada geniş düzənliklər gözəl təpələr və dağlarla, başı göylərə çatan yüksəkliklərlə sıralanır. Uzun-uzadı səyahətə çıxmış Allah xalqı bu sakit düzənliklərdə, çayların sahilində özünə sıgınacaq yeri tapacaq.XAS 154.4

    Allah haqqında bizim üçün qaranlıq qalan nə varsa, gələcək dünyada aydınlaşacaq. Başa düşülməsi çətin olan şeylərin izahı veriləcək. Lütfün sirləri bizim üçün açıqlanacaq. İndi bizim məhdud idrakımızın çaş-baş qaldığı və yalnız həyata keçməyən ümidlərimizi gördüyümüz halda, o zaman kamil və heyrətamiz ahəngin şahidi olacağıq. Başa düşəcəyik ki, bizim üçün çox çətin görünən həyat şəraitlərini tükənməz məhəbbət idarə edirdi. O zaman hər şeyi bizim xeyrimiz üçün Edənin nəvazişli qayğısını hiss edəcəyik.XAS 155.1

    Bizim səmavi evimiz var. Bizi sevdiyi üçün uğrumuzda canın verən Məsih bizdən ötrü şəhər ucaldıb. Rəbbin şəhərində qəm, kədər olmayacaq. Orada heç zaman acı göz yaşları axmayacaq və doğrulmayan ümidlər üçün acıma səsləri eşidilməyəcək. Tezliklə kədər və qəm qiyafələri toy qiyafələri ilə əvəz olunacaq.XAS 155.2

    Qoy yerdəki evimizdə olan hər bir şey şəffaf sulu çayları və yaşıl çəmənlər, qollu-budaqlı ağacları və axar suların qaynaqlarını, nur saçan şəhəri - rəssamın yarada bilməyəcəyi və insanın təsvir edə bilməyəcəyi gözəllik dünyasını yadımıza salsın. ‘’Allahın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi duymuşdur” (1 Kor. 2:9).XAS 155.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents