Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Yeni Həyat

    Elə fikirləşirsiniz ki, orada heç nə öyrənməyəcəyik? O zaman orada bizim üçün açılacaq şeylər barədə ən kiçicik təsəvvürümüz belə yoxdur. Allah təbiətin gözəlliyini və izzətini bizim üçün açacaq. Onun bizim üçün Kim olduğunu və bizim Onun üçün kim olduğumuzu göstərəcək. İndi məhdudluğumuz üzündən dərk edə bilmədiyimiz həqiqətləri gələcəkdə öyrənəcəyik. Səma məktəbdir; onun tədqiqat sahəsi Kainatdır, onun Müəllimi Tükənməz Allahdır.XAS 156.1

    Səmanın izzətinə baxdığımız zaman gözlərimiz gözəl dünyanı görəcək.XAS 156.2

    Kainatın bütün xəzinəsi öyrənilmək üçün xilas olunmuşların qarşısında açılacaq.Ölümün pəncəsindən xilas olaraq, onlar yorulmaq bilməyən uçuşla uzaq dünyalara - böyük ürək yanğısı ilə bəşəriyyətin kədərini bölüşdürən və hər bir Rəbbə dönmüş ürəyi şən nəğmələrlə salamlayan dünyalara üz tutacaqlar. Günahdan kənar məxluqlar təsvirəgəlməz məmnunluqla öz hikmət və sevinclərini Yer övladları ilə bölüşəcəklər. Onlar özlərinin bilik xəzinələrini və tükənməz əsrlər boyunca Allahın yaradıcı gücünün şahidi olmaları sayəsində əldə etdikləri böyük müdrikliyi insanlarla bölüşəcəklər. Xilas olmuşlar yorulmadan yaradılışın izzətini - Rəbbin taxt-tacı ətrafında dövrə vuran günəşləri, ulduzları, səma sistemlərini seyr edəcəklər. Bütün yaradılmışların, ən kiçiyindən ən böyüyünə qədər hamısının üzərində Yaradanın adı həkk olunmuşdur və hər bir yaradılmış özündə Allahın gücünün zənginliyini açır.XAS 156.3

    Əbədiyyətdə sürətlə keçən illər Allahın və Məsihin şöhrəti haqqında bütün möhtəşəm həqiqətlər dərk ediləcək. İdrak böyüdükcə, məhəbbət, xeyir-dua və xoşbəxtlik də artacaq. İnsanlar Allahı nə qədər çox tanısalar, bir o qədər çox da Onun xarakteri ilə fəxr edəcəklər.XAS 157.1

    Orada hər bir qabiliyyət inkişaf edəcək, hər bir istedad və bacarıq genişlənəcək və yüksələcək. Ən böyük, alı canatmalar orada həyata keçəcək; orada ən xeyirxah məqsədlərə nail olunacaq. Bununla belə, yenə də əlçatmaz zirvələr meydana çıxacaq, əqlin, ürəyin və bədənin bütün gücünü hərəkətə gətirən yeni tədqiq olunmamış möcüzələr, açılmamış həqiqətlər, yeni suallar və elmlər baş qaldıracaq.XAS 157.2

    Mən sizi Məsihin səma buludları üzərindəki gəlişinə hazırlamağa çağırıram. Məsihlə sıx ünsiyyətdə olmağın nə demək olduğunu şəxsi təcrübənizdə öyrənin. Hazırlaşın ki, Məsih gələn zaman Onu sülh içində qarşılayanların arasında siz də olasınız.XAS 157.3

    Mən Yeni Yerdə yaşamaq istəyirəmmi?XAS 157.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents