Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Daşlı torpaqdakılar

    “Daşlığa düşənlər isə onlardır ki, kəlamı eşitdikdə sevinclə qəbul edirlər. Lakin kökləri olmadığından bir müddət iman edirlər və imtahan zamanı imandan dönürlər”.HD 22.2

    Daşlı torpağa düşmüş toxum dərinə getmir. Tez cücərməyinə baxmayaraq, daşların arasında kök atmadığı üçün inkişaf etmək qüvvəsi almadan çox tezliklə quruyur. Dini qəbul etmiş adamların bir çoxu daşürəkli çıxırlar. Nazik torpaq qatının altında gizlənmiş qaya kimi, insan ürəyinə xas olan özünəməhəbbət hissi də onun yaxşılıq etmək arzu və istəklərinin əsasını təşkil edir. Özünəməhəbbət hissi dəf olunmayıb. İnsan öz “mən”inin günahkarlığını görmədən ürəyini Allaha tabe etmir. Belə insanlar təbliğlə tez maraqlanırlar, təsirə tez düşürlər. Zahirən onlar imanlılar cəmiyyətinə daxil olmalarına çox sevinirlər, lakin həqiqətdə imandan uzaqdırlar.HD 22.3

    Bu şəxslərin dindən tezliklə uzaqlaşmalarına səbəbin İlahi Kəlamı çox tez, asanlıqla və böyük həvəslə qəbul etmələri olduğunu güman etmək düzgün deyil. Matta da Xilaskarın çağırışını eşidən kimi hər şeyini atıb, Onun dalınca getdi. Allah istərdi ki, biz Onun sözlərini dərhal, bizim ürəyimizə toxunan an qəbul edək və bu sözlərin sevinclə qəbul edilməsi tərifəlayiqdir. “Göydə tövbə edən bir günahkara görə... daha çox sevinc olacaqdır” (Lk.15:7). Məsihə iman gətirmiş insan qəlbi də sevinclə dolur. Ancaq məsəldə deyildiyi kimi, “Kəlamı dərhal qəbul edən” kəslər bunun nəyin bahasına başa gələcəyini bilmirlər. Allah Kəlamının onlardan nə tələb etdiyini nəzərə almırlar. Onlar bu Kəlamdan özlərinin keçmişdən qalan vərdişləri və adətlərini ləğv etmək və bütünlüklə Allahın iradəsinə tabe olmaq üçün istifadə etmirlər.HD 23.1

    Bitkinin kökləri torpağın dərinliklərinə baş vurur və gözlə görünməyən maddələr bitkiyə həyat bəxş edir. Məsihçinin həyatı da buna bənzəyir; onun ruhlu həyatı da qəlbin Məsihlə gözəgörünməz ittifaqı və iman vasitəsilə qidalanır. Lakin ürəkləri daşlı torpağa bənzəyən dinləyicilər Məsihə iman gətirmək əvəzinə, yalnız öz güclərinə güvənirlər. Onlar öz yaxşı əməllərinə arxalanırlar, öz doğruluqlarına şübhə etmirlər. Onlar Rəbbin gücündən qidalanmamış və Onun qüdrəti ilə möhkəmlənməmişdirlər. Belələri “köksüzdürlər”, çünki Məsihlə bir deyillər.HD 23.2

    İsti yay günəşi dərin kök salmış cücərtiləri canlandıraraq, kök atmamışları yandırıb qurudur. Həmin vəziyyət “özündə kök olmayan”, “qərarsız olan” və “çətinliyə düşən kimi Kəlamdan imtina edən” şəxslərlə baş verir. Çoxları Xoş Xəbəri günahdan azad olmaq üçün yox, əziyyətlərdən qurtarmaq üçün qəbul edirlər. Onlar dinin onları çətinliklərdən azad edəcəyini güman edərək, bir müddət xoşbəxt olurlar və həyatları çətinliksiz keçən müddətdə bu adamlar həqiqi məsihçi təsəvvürü уагаdırlar. Lakin imtahan qarşısında onlar aciz olurlar. Məsihə iman gətirdikləri üçün edilən məzəmmətlərə dözmürlər. İlahi Kəlam onların günahlı vərdişlərini ifşa edib, onlar üçün əziz olan şeyləri qurban verməyi tələb edəndə, bu tələblərə əməl etmək iqtidarında olmurlar. Həyatlarını qəti dəyişmək onlar üçün imkansız görünür. Onlar bugünkü narahatçılıq və çətinliklərə baxırlar və əbədi dəyərləri unudurlar. İsanı tərk etmiş şagirdləri kimi, onlar belə deyirlər: “Bu, çətin sözdür. Onu kim dinləyə bilər?” (Yəh. 6:60).HD 23.3

    Özlərini Allaha iman gətirmiş hesab edənlərin çoxu Onu dərk etmək yolunda şəxsi təcrübələri olmayan adamlardır. Onların Allahın iradəsinə uyğun yaşamaq arzuları Müqəddəs Ruhun təsiri altında yox, özlərinin istəkləri və səyləri ilə həyata keçirilir. Onların həyatı İlahi Qanunla tənzimlənmir. Məsihi özlərinin şəxsi Xilaskarı kimi qəbul etsələr də, günahlarından azad olmaq üçün onlara güc verəcəyinə inanmırlar. Diri Xilaskarla şəxsi dərin ünsiyyətə girmədikləri üçün onlarda irsi və sonradan qazanılmış qüsurlar qalmaqdadır.HD 24.1

    Müqəddəs Ruhun təsirinə ümumi tərzdə inanmaq və Onun ifşaedici təsiri altında tövbə etmək bir-birindən fərqli anlayışlardır. Bir çox insanlar Allahdan uzaq olduqlarını dərk edir və Ondan daha çox öz günahlarına bağlı olduqlarını anlayırlar. Onlar bu vəziyyəti dəyişmək üçün müəyyən işlər görürlər və səylər göstərirlər, ancaq bununla yanaşı, öz “mən”lərini ləğv etmirlər. Özlərini Məsihə tam tabe etmirlər ki, Allahın qüdrəti Öz iradəsini icra edə bilsin. Xasiyyətlərinin İlahi səviyyədə dəyişməsini istəmirlər. Çatışmayan cəhətlərini ümumiyyətlə etiraf etsələr də, ayrı-ayrı günahlardan əl çəkmirlər. Hər səhv addımla köhnə günahkar təbiətləri onları uçuruma aparır.HD 24.2

    Bu insanların yeganə ümidi Məsihin Nakdimona dediyi sözlərdəki həqiqəti özləri üçün dərk etmələrindədir: “Yenidən doğulmalısınız”. “Bir kimsə yenidən doğulmasa, Allahın Səltənətini görə bilməz” (Yəh. 3:7, 3).HD 24.3

    Həqiqi müqəddəslik insanın özünü bütövlüklə Allaha həsr etməsindədir. Həqiqi məsihçi həyatının əsas şərti bundan ibarətdir. Məsih bizdən tam tabeçilik, fədakarlıq və ürəyin, şüurun, qəlbin və bütün qüvvənin sərf olunmasını gözləyir. Öz “mən”ini qorumaq lazım deyil. Yalnız öz mənafeyi üçün yaşayan şəxs məsihçi ola bilməz.HD 25.1

    İnsanın bütün hərəkətlərinin əsasında məhəbbət hissi durmalıdır. Allahın göylərdəki və yerdəki üsul-idarəsinin əsasını məhəbbət təşkil edir və məsihçinin xasiyyəti məhz onun üzərində qurulmalıdır. Yalnız məhəbbət onu cəsarətli və dönməz edə bilər. Yalnız bu hiss məsihçinin müxtəlif çətinliklər və imtahanlardan çıxmasına kömək edər.HD 25.2

    Məhəbbət qurbanla nümayiş etdirilir. Xilas planının əsasında qurban dayanırdı — bu qurban o qədər geniş, dərin və yüksəkdir ki, heç bir ölçüyə sığmaz. Məsih bizim xilasımız naminə hər şeyini verdi və Ona həqiqətən iman edənlər də Xilaskar naminə hər şeylərindən imtina etməyə hazırdırlar. Onun məhəbbəti və həqiqəti onlar üçün daim birinci yerdədir.HD 25.3

    Əgər biz İsanı seviriksə, Ona həsr olunmuş həyatı da sevəcəyik, Ona öz minnətdarlığımızı bəxş edəcəyik və Onun üçün çalışacağıq. Bu işin özü bizim üçün asan olacaqdır. Onun uğrunda biz ağır imtahanları, ağrı və qurbanları sevinclə qəbul edəcəyik. Yalnız bu yolla biz Onun insanları xilas etmək istəyini dərk etmiş oluruq. Yalnız bu yolla Onun insan qəlbinə nə qədər incə yanaşdığını başa düşmüş oluruq.HD 25.4

    Həqiqi məsihçilik bundan ibarətdir. Bundan qeyri hər şey yalandır. Heç bir kənar nəzəriyyə, yaxud həvarilik bir nəfər insanı da xilas edə bilməz. Məsihə tam təslim olmayınca, biz Onunku ola bilmərik. Məhz məsihçi həyatındakı yarımçıqlıq məqsədyönlü və qərarlı olmağı imkansız edir. Eyni zamanda həm özünə, həm də Məsihə xidmət etmək cəhdi insan ürəyini daş edir ki, bu daşın üzərində İlahi Kəlam bitə bilməz, çünki imtahanlar qarşısında acizdir.HD 25.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents