Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Tikanlar arasına səpilmişlər

    “Tikanlar arasına düşənlər isə onlardır ki, Kəlamı eşidirlər; lakin getgedə bu həyatın qayğıları, zənginliyi, zövqlərilə boğulur və yetkin səmərə vermirlər”.HD 26.1

    Xoş Xəbər toxumu çox zaman tikanlıqlar və barsız otlar arasına düşür və əgər insanın qəlbində ruhlu dəyişiklik baş vermirsə, köhnə vərdişlər və əvvəlki günahkar həyat tərzi tam dəyişməyibsə, şeytani hisslər insanın qəlbindən tam kənar edilməyibsə, yaxşılıq cücərtiləri bitməyəcəkdir. Bu insanın məhsulu tikanlar olacaq və yaxşılıq cücərtilərini məhv edəcəkdir.HD 26.2

    Lütf yalnız daim müqəddəs həqiqətləri qəbul etməyə hazırlanan ürəkdə yer tapır. Günah otları baxılmayan torpaqda da sürətlə cücərir, onlara xidmət etmək lazım deyil, lütfü isə böyük qayğı ilə bitirmək lazımdır. Tikanlı otlar həmişə bitməyə hazır olduqları üçün onları daim qoparmaq lazımdır. Ürək daim Allahın təsiri altında olmayınca və Müqəddəs Ruh onu təmizləyib, insanın xasiyyətini daim gözəlləşdirməyincə, əvvəlki günahlı vərdişlər və qüsurlar mütləq onun həyatında özünü göstərəcəkdir. İnsan öz inamından sevinclə danışa bilər, lakin Xoş Xəbərlə ziyalanmayıbsa, onun dedikləri gücsüzdür. Əgər o, günah üzərində tam qələbə əldə etməyibsə, günah ona qalib gələcəkdir. Kəsilmiş, lakin kökündən çıxarılmamış alaq otları sürətlə bitərək bütün sahəni bürüyə bilər.HD 26.3

    Məsih insanların nəzərini qəlbi izləyən təhlükələrə cəlb edir. Markın yazdığına görə, bunlar bu günün qayğıları, var-dövlət həvəsi və başqa ehtiraslardır. Luka qayğılara, var-dövlətə və həyat ehtiraslarına diqqət yetirir. Bunların hamısı İlahi Kəlamı unutdurur və həqiqət toxumlarının bitməsinə imkan vermir. Qəlb Məsihin qidası ilə qidalanmadığı üçün Ruh insan ürəyini tərk edir.HD 26.4

    “Bu həyatın qayğıları”. Bu qayğılardan heç kim azad deyil. Kasıbın qayğıları ağır zəhmət, ehtiyac və yoxsulluq təhlükəsidir. Varlının qayğısı isə yığdığı var-dövləti itirmək qorxusundan ibarətdir. Məsihin davamçılarının çox hissəsi tarladakı çiçəklərdən götürməli olduqları dərsi unudurlar. Bu adamlar Onun daimi qayğısına etibar eləmirlər. Məsih isə Ona tam etibar etməyincə, onların qayğılarını yüngülləşdirə bilməz. Beləliklə, təbii olan həyat qayğıları insanları Məsihdən kömək almaq üçün Ona yönəltmək əvəzinə, Ondan uzaqlaşdırmış olur.HD 27.1

    Allaha xidmət etməkdə faydalı ola biləcək bir çox insanlar öz güclərini var-dövlət toplamağa sərf edirlər.Onların bütün enerjisi iş fəaliyyətinə həsr olunduğu üçün ruhlu dəyərlərdən imtina etməyi zəruri hesab edirlər. Beləliklə də, onlar Allahdan uzaqlaşırlar. Müqəddəs Kitab bizi işləməyə və “səydə zəifləməməyə” çağırır (Rom. 12:11). Biz işləməliyik ki, ehtiyacı olanlara yardım edə bilək. Məsihin davamçısı mütləq işləməlidir və o, elə bir işlə məşğul ola bilər ki, günaha yol verməsin. Çoxlarını isə iş fəaliyyətləri o dərəcədə cəlb edir ki, dua etməyə, Müqəddəs Kitabı öyrənməyə, Allaha ibadət etməyə və Ona sərf etməyə vaxtları qalmır. Hərdən belə qəlbdə də müqəddəs və göylərdən gələnə ehtiyac oyanır, lakin gündəlik qayğılardan ayrılıb, Müqəddəs Ruhun söylədiyi ən əsas, ümdə olanı eşitməyə vaxt qalmır. Əbədiyyət onların nəzərində ikinci dərəcəli, dünyəvi işlər isə birinci dərəcəli məsələdir. Bu vəziyyətdə isə İlahi Kəlamın toxumları bar verə bilməz, çünki qəlb dünyəvi toxumları cücərtməklə məşğuldur.HD 27.2

    Həyatda müxtəlif məqsədlər güdən insanların çoxu belə bir yalanla yaşayırlar. Onlar hətta insanların xeyri üçün ürəkdən çalışırlar və hesab edirlər ki, bu işlər onları Allaha ibadət etməkdən azad edir. Dua etmək və İlahi Kəlamı təhlil etmək vasitəsilə Allahla ünsiyyətə girməkdən imtina edərək, onlar Məsihin bu sözlərini unutmuş olurlar: “Mənsiz heç bir şey edə bilməzsiniz” (Yəh. 15:5). Onlar Məsihsiz yaşayırlar, həyatları Onun lütfü ilə işıqlanmır və xasiyyətlərində də şöhrətpərəstlik duyulmaqdadır. Nəticədə, onların ibadəti şöhrətpərəstliyə, birinci olmaq arzusuna və ürəkdəki eqoist istəklərə çevrilir. Məsihçi ibadətində uğursuzluğun ən mühüm səbəbi bundan ibarətdir. Buna görə də onun nəticələri çox cüzi və nəzərəçarpmaz olur.HD 27.3

    “Varlanma həvəsi”nin insana çox güclü təsiri vardır. Dünyanın vardövlət sahibləri tez-tez unudurlar ki, bu sərvətlərin qazanılması üçün güc verən Allahdır. Onlar belə deyirlər: “Biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” (Qan. tək. 8:17). Sahib olduqları var-dövlət onları Allaha şükür etməyə yox, öz “mən”lərini yüksəltməyə doğru aparır. Onlar Allahdan asılı olduqlarını və yaxınlarına münasibətdə daşıdıqları vəzifələrini unudurlar. Sahibi olduqları var-dövlətin Allah tərəfindən bəxş edildiyini dərk etmək və buna görə də ondan Onun adının izzətləndirilməsi və insanların mənafeyi üçün istifadə etmək əvəzinə, onlar var-dövlətlərinə özlərini ucaltmaq vasitəsi kimi baxırlar. Bu məqsədlə sərf olunan var-dövlət insana İlahi keyfiyyətləri aşılamaq əvəzinə, onda şeytani hisslər oyadır. Bu halda da İlahi Kəlamın toxumları alaq otları ilə basılır.HD 28.1

    İnsan üçün böyük təhlükə doğuran cəhətlərdən dünyəvi ləzzətləri və “həyatın zövqləri”ni göstərmək lazımdır ki, onları şəxsi ehtirasları ödəmək üçün sevirlər. İnsanı gücdən salan, onun şüurunu dumanlandıran və ruhlu həqiqətləri dərk etmək qabiliyyətini kütləşdirən vərdişlər və qüsurlar “cana qarşı döyüşən cismani ehtirasların” nümunəsidir (1 Pet. 2:11).HD 28.2

    Məhvedici ehtiraslara öz — özlüyündə günahlı olmayan, lakin Allahın Səltənətindən üstün tutulanda təhlükəli olan işlər də aid edilməlidir. Bizim şüurumuzu Allahdan yayındıran, hisslərimizi Məsihdən uzaqlaşdıran hər şey qəlbimiz üçün öldürücüdür.HD 28.3

    Şüurun gənc, fəal və sürətli inkişafı zamanı insanın öz mənliyini inkişaf etdirmək və özünə pərəstiş etmək meyli güclü olur. Bu vaxt işləri uğurlu gedərsə, onu vicdanının səsini boğub, xasiyyətin həqiqi gözəlliyini görmək qabiliyyətini unutmaq təhlükəsi gözləyir. Zamanla həyat şəraitinin özü insanı Allah Kəlamına zidd inkişaf etməyə vadar edir.HD 28.4

    Övladlarının yetkinlik dövründə valideynlərin məsuliyyəti daha da artıq olur. Bu dövrdə bütün qüvvələr gənclərdə həyata düzgün baxış və həqiqi müvəffəqiyyət haqqında fikir formalaşdırmağa yönəlməlidir. Ancaq bu gün valideynlərin çoxu öz səylərini bu məqsəd əvəzinə, övladlarının günahkar dünya həyatında çiçəklənməsinə yönəldirlər. Onların tanışlıq əlaqələri məhz bu məqsədə xidmət edir. Öz övladlarını kübar cəmiyyətə üzv etmək üçün bu valideynlər böyük şəhərlərə köçürlər. Onlar uşaqlarını elə mühitə salırlar ki, bu onlarda şöhrət və qürur hisslərinin aşılanmasına gətirib çıxarır. Belə bir mühitdə qəlbin və təfəkkürün təbii inkişafı pozularaq, ali məqsədlər itirilir. Allaha təslim olub əbədi həyat varisi olmaq fikri dünyəvi həyat mənafeyi ardınca qaçarkən unudulur.HD 29.1

    Valideynlərin çoxu hesab edirlər ki, övladlarının əyləncələrinə yol verməklə, onları xoşbəxt edirlər. Onlar övladlarının idman azarkeşliyini, şən məclislər aludəçiliyini dəstəkləyərək, onların ehtiraslarına və qürurlarına rəvac verirlər. Lakin ehtiraslar təmin edildikcə, onlara maraq güclənir. Belə gənclərin maraqları get-gedə yalnız əyləncədən ibarət olur. Zaman keçdikcə əyləncələr onların həyatının əsas məqsədinə çevrilir. Nəticədə, insan öz ehtiraslarının, ərincəkliyin və qeyri-ciddiliyinin köləsinə çevrilir ki, bunlar da onun həqiqi məsihçi olmaq imkanını yox edir.HD 29.2

    Təəssüf ki, həqiqətin təməli və dirəyi olmaq əvəzinə, imanlılar cəmiyyəti də bəzən əyləncəyə qarşı eqoist məhəbbətə rəvac verir. Dini məqsədlərə vəsait toplamaq üçün imanlılar cəmiyyətləri nə kimi vasitələrdən istifadə etmirlər? Onlar mərhəmət məqsədi ilə bazarlar, şam axşamları, geyim yarmarkaları və hətta lotereya və digər tədbirlər təşkil edirlər. Çox vaxtlar hətta Allaha ibadət üçün ayrılmış yerlər də ticarət, şənliklər və başqa əyləncələrlə murdarlanır. Bunun nəticəsində isə gənclərin Allahın məbədinə və müqəddəs ibadətə hörməti böyük dərəcədə itirilir. İnsanın özünü idarə etmək səyləri nəticəsiz qalır. Özünəpərəstiş, qarınqululuq, qeybət etmək kimi keyfiyyətlər insana hakim kəsilir və onların qarşısı alınmazsa, təhlükəli dərəcədə vüsət alırlar.HD 29.3

    Həzz almaq və əyləncə dalınca getmək şəhərlərdə daha güclüdür. Valideynlərin çoxu övladları üçün şəhər həyatı seçərək, onlara böyük üstünlüklər verdiklərini düşünürlər, lakin nəticədə bağışlanmaz səhv və gecikmiş təəssüf hissi keçirirlər. Müasir şəhərlər sürətlə Sodom və Homorraya bənzəyirlər. Çoxsaylı istirahət və bayram günləri yalançı bayram əhval-ruhiyyəsi yaradırlar. Həyəcanlı əyləncələr — teatrlar, at yürüşləri, qumar oyunları, içki məclisləri və ziyafətlər güclü emosional gərginlik əmələ gətirir. Gənclər də bu ümumi axına qoşulurlar. Beləliklə, yalnız əyləncə naminə əylənənlər şeytan vəsvəsəsinə düşmək üçün qəlblərini açırlar. Onlar öz vaxtlarını qayğısız şənliklərə və mənasız həyat tərzinə sərf edirlər. Özləri kimi aldadıcı xoşbəxtlik və ləzzətlər axtaranların arasında onlar bu nəşəli təsirə düçar olurlar. Onlar doyana qədər, başlıcası isə artıq şüurlu və faydalı həyat tərzi keçirmək imkanından məhrum olana qədər bu əyləncələrdən ayılmaq istəmirlər. Onların dini ehtiyacları sönür və ruhlu həyatları qaranlığa qərq olur. Qəlbin bütün gözəl keyfiyyətləri və insanın ruhlu dünya ilə hər hansı bir bağlılığı itir.HD 30.1

    Bu zavallıların bəziləri müəyyən anlarda özlərinin acınacaqlı vəziyyətlərini görüb, təəssüflənib tövbə edə bilərlər. Allah onları һәг an bağışlaya bilər. Lakin onlar öz qəlblərinə o qədər ziyan vurublar ki, həyatlarının sonuna kimi təhlükə altında olacaqlar, çünki bu insanlarda yaxşı və pis anlayışlarını fərqləndirmək qabiliyyəti yox dərəcəsindədir. Artıq nə Müqəddəs Ruhun yönəldici səsini eşidir, nə də şeytanın kələklərini ayırd edə bilirlər. Hər bir çətin, təhlükəli anda Allahı itirə bilərlər. Əyləncələr dalınca qaçmaq həyatı gələcəkdə əvəzolunmaz itkilərə gətirir.HD 30.2

    İnsanların qəlbini cəlb etmək üçün şeytan öz hiyləgər oyununda qayğılardan, var-dövlətdən və həzlərdən istifadə edir. Bizə xəbərdarlıq edilib: “Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevərsə, onda Atanın məhəbbəti yoxdur. Çünki dünyada olan hər şey, yəni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır” (1 Yəh. 2:15, 18). İnsanların ürəklərini açıq kitab kimi oxuyan Allah buyurur: “Amma diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın” (Lk. 21:34). Müqəddəs Ruhdan ilham almış həvari Pavel isə belə yazıb: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mənasız və ziyanverici ehtiraslara qapılırlar. Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bəziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər” (1 Tim. 6:9, 10).HD 30.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents