Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Müqəddəs Ruhun ənamları

    Məsihin Öz imanlılar cəmiyyətinə etibar etdiyi talantlar Müqəddəs Ruhun bəxş etdiyi ənam və xeyir-duaları təsvir edir. “Ruh birinə hikmət kəlamı, digərinə isə eyni Ruh bilik kəlamı verir; başqasına isə eyni Ruh iman verir; bir başqalarına da eyni Ruh şəfa hədiyyələri verir; birinə möcüzələr yaratmaq məharəti, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək məharəti, bir başqasına müxtəlif dillər, digərinə də dilləri izah etmək məharəti verir. Bütün bunları isə eyni Ruh icra edir və istədiyi kimi hər birinə şəxsən bölüşdürüb verir” (1 Kor. 12:8-11). İnsanların heç biri eyni hədiyyələr almırlar, fəqət Rəbbin hər bir quluna Ruhun hansısa ənamı vəd edilmişdir. Öz şagirdlərini tərk etdikdən əvvəl Məsih “onlara üfürdü və: Müqəddəs Ruhu qəbul edin, — dedi” (Yəh. 20:22). Yenə də deyir: “Mən Öz Atamın vəd etdiyini üzərinizə göndərəcəyəm” (Lk. 24:49). Lakin yalnız Məsih yüksəldikdən sonra bu ənam tam dolğunluğu ilə onlara verildi. Müqəddəs Ruhun göndərilməsi yalnız o zaman baş verdi ki, şagirdlər iman və dua vasitəsilə özlərini tamamilə Ona xidmət etməyə həsr etdilər. Bu zaman xüsusi mənada səmavi mülkiyyət Məsihin davamçılarına tapşırıldı. “Yüksəyə qalxdı və bir ordu əsiri də Özü ilə apardı. O, insanlara hədiyyələr verdi” (Ef. 4:8). “Hər birimizə isə lütf Məsihin ehsanının ölçüsü ilə bəxş edilmişdi” (Ef. 4:7). “Bütün bunları isə eyni Ruh icra edir və istədiyi kimi hər birinə şəxsən bölüşdürüb verir” (1 Kor. 12:11). Hədiyyələr artıq Məsihdə bizimdir, lakin həqiqətən onlara malik olmağımız bizim İlahi Ruhu qəbul etməyimizdən asılıdır.HD 251.5

    Ruhun vədi lazımınca dəyərləndirilmir, buna görə də o mümkün olduğu qədər icra olunmur. Müjdə xidmətini tamamilə gücsüz edən Müqəddəs Ruhun olmaması bunda büruzə edilir. İnsan əla təhsilə, istedadlara, nitqə, müxtəlif təbii ənamlara və əldə edilən qabiliyyətlərə malik ola bilər, lakin İlahi Ruhun iştirakı olmadan heç bir ürəyə toxunulmayacaq, heç bir günahkar Məsih üçün alınmayacaq. Digər tərəfdən, Məsihlə bir olaraq, Ruhun hədiyyələrini qəbul edərək, Onun davamçılarının ən zəif və savadsızı ürəkləri fəth edən qüvvəyə malik olacaqdır. Allah belə adamları Kainatda ən güclü təsir keçiricilərinə çevirir.HD 252.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents