Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Lütfün mükafatı

    (Mt. 19:16-30; 20:1-16; Mk. 10:17-31; Lk. 18:18-30)

    Azad lütf ənamı haqqında həqiqət yəhudilər tərəfindən, demək olar ki, unudulmuşdu. Kahinlər öyrədirdilər ki, Allahın rəhmini qazanmaq gərəkdir. Salehlik xeyirxah işlər əvəzində mükafat kimi əldə edilə bilər. Deməli, onların Allaha xıdmətlərı mənfəət və fayda ruhu ilə şərtlənirdi. Bundan hətta Məsihin şagirdləri də azad deyildilər və Xilaskar hər imkandan istifadə edirdi ki, onlara səhvlərini göstərsin. Məhz işçilər haqqında məsəli danışmazdan əvvəl bir hadisə baş verdi ki, Ona şagirdlərinə həqiqət prinsiplərini nümayiş etdirməyə imkan verdi.HD 310.1

    Yol gedən zaman Ona bir gənc adam rast oldu və yaxınlaşıb qarşısında diz çökərək sayğı ilə Ona müraciət etdi. “Yaxşı Müəllim, - o dedi, — əbədi həyatım olsun deyə nə yaxşılıq etməliyəm?”HD 310.2

    Bu hakim Məsihə, sadəcə olaraq, hörmətli bir Müəllim kimi müraciət edərək, Onun simasında İlahinin Oğlunu görmürdü. Xilaskar ona dedi: “Nə üçün Məni yaxşı adlandırırsan? Allahdan başqa yaxşısı yoxdur”. Nəyə görə Məni yaxşı adlandırırsan? Yalnız Allah yaxşıdır. Əgər sən Məni Allah sayırsansa, sən Məni Onun Oğlu və təmsilçisi olaraq qəbul etməlisən.HD 310.3

    “Əgər sən həyata qovuşmaq istəyirsənsə, - O əlavə etdi, - əmrlərə riayət et”. Allahın xasiyyəti Onun qanununda ifadə olunubdur; Allahla razılıqda olasan deyə sənin hər bir hərəkətin Onun qanununa uyğun olmalıdır.HD 310.4

    Məsih qanunun tələblərini azaltmır. Birmənalı şəkildə O, qanuna itaəti əbədi həyatın şərti kimi nümayiş etdirir — bu, Adəmin günah etməsinə qədər ondan tələb olunan şərtdir. Rəbb indi də bizdən Ədəmdə insandan tələb etdiyindən — tam itaət, qüsursuz salehlikdən az tələb etmir. Bu tələb, lütfün yeni əhd dövründə də hələ Ədəmdə irəli sürülmüş tələb qədər çoxşaxəli olmaqdadır; o, müqəddəs, saleh və yaxşı olan İlahi Qanunla harmoniyanı nəzərdə tutur.HD 311.1

    “Əmrlərə riayət et” sözlərinin cavabında gənc adam soruşdu: “Hansı əmrlərə?” O güman edirdi ki, söhbət hansısa mərasimlərin icrasından gedir, Məsih isə Sina dağında verilmiş qanunun icrasını nəzərdə tuturdu. O, ikinci lövhənin bir neçə əmrlərini sadalayır və axırda onların hamısını yeganə bir prinsipdə cəmləşdirir: “Qonşunu özün kimi sev”.HD 311.2

    Gənc adam tərəddüd etmədən cavab verdi: “Bütün bunlara mən gəncliyimdən riayət edirəm; daha nəyim çatışmır?” Onun qanun haqqında təsəvvürü hələ də zahiri və dayaz idi. İnsan ölçüsü ilə götürsək, o, qüsursuz xasiyyətə malik idi və onu ləkəsiz saxlamışdı. Zahirən onun həyatı böyük dərəcədə günah və təqsirdən azad görünürdü; o, səmimiyyətlə güman edirdi ki, itaəti kamildir. Yenə də o, gizli bir qorxu hissi keçirirdi ki, qəlbinin Allahla münasibətində hər şey o qədər də doğru və düzgün deyildir. Onun sualına səbəb də məhz bu idi: “Daha nəyim çatışmır?”HD 311.3

    “Əgər kamil olmaq istəyirsənsə,dedi Məsih,get nəyin varsa sat və yoxsullara payla, göylərdə xəzinən olacaqdır. Fəqət gənc adam bu sözü eşitdikdə kədərlənib getdi, çünki çox malı var idi”.HD 311.4

    Özü və mənfəəti üzərində cəmləşmiş bu adam artıq qanunun pozucusudur. Məsih gənc adama məhz bunu açmaq istəyirdi və O onu elə sınağa çəkdi ki, bu sınaq ona ləkəsini göstərdi. Gənc adam öz qəlbinin daim maariflənməsinə çalışmırdı. O öz qəlbində büt bəsləyir və ona sitayiş edirdi; onun ilahisi dünya və dünyəvi mənfəətlər idi. O güman edirdi ki, əmrlərə riayət edir, lakin bütün qanunun ruhunu və canını təşkil edən yeganə bir təməldən məhrum idi. Onda Allaha və insana qarşı həqiqi məhəbbət çatışmırdı. Bu çatışmazlıq onun həqiqətən Səmavi Padşahlığa girə biləcəyini təsdiq edə bilən qalan şeylərin çatışmazlığını göstərirdi. Özünə məhəbbətində və dünyəvi şeylərə bağlılığında o, səma prinsipləri ilə harmoniyadan məhrum idi.HD 311.5

    Bu zəngin gənc İsaya yaxınlaşdığı zaman Xilaskarın ürəyini öz səmimiyyəti və yanğısı ilə fəth etdi. “İsa ona baxdı, onu sevdi...” Bu gəncdə O, salehlik vəzçisini gördü. O bu ağıllı və nəcib gənci məmnuniyyətlə qəbul edərdi, necə ki artıq Onun ardınca gedən yoxsul balıqçıları qəbul etmişdi. Əgər bu zəngin gənc adam öz qabiliyyətlərini insanların xilas edilməsinə yönəltsə idi, o, Məsihin əzmkar və uğurlu işçisi ola bilərdi.HD 312.1

    Lakin bundan əvvəl ona şagird ola biləcəyi şərtləri qəbul etmək lazım idi. O özünü bütövlüklə Allaha həsr etməli idi. Xilaskarın çağırışı ilə Yəhya, Peter, Matta və onların yoldaşları hər şeylərini ataraq Onun ardınca getdilər (Lk. 5:28). Gənc varlıdan da özünü belə həsr etmək tələb olunurdu. Bununla bərabər, Məsih Özünün verdiyi qurbandan böyüyünü tələb etmirdi. “O, zəngin olduğu halda, sizin uğrunuzda yoxsullaşdı ki, siz Onun yoxsulluğu ilə zənginləşəsiniz” (2 Kor. 8:9). Gəncdən yalnız Məsihin getdiyi yol ilə getmək tələb olunurdu.HD 312.2

    Məsih gənc adama onun qəlbini fəth etmək arzusu ilə baxırdı. O onu insanların yanına xeyir-dua vermək üçün yollamaq istəyirdi. Gəncin imtina etdiyi şeyin əvəzində ona Özü ilə əməkdaşlıq etmək şərəfini təklif edirdi. “Ardımca gəl”, — O dedi. Belə bir şərəfli təklif Peter, Yaqub və Yəhya tərəfindən sevinclə qarşılanmışdı. Gənc də Məsihə heyrətlə baxırdı. Onun ürəyi Xilaskara cəlb edilirdi. Lakin o, Məsihin dediyi fədakarlığa hazır deyildi. Gənc adam öz dünyəvi var-dövlətini İsadan üstün tutdu. O, əbədi həyata malik olmaq istəyirdi, lakin hələ də həqiqi həyat olan fədakar məhəbbəti öz qəlbinə sığışdıra bilmirdi, ürəyində kədərlə o, Məsihdən uzaqlaşdı.HD 312.3

    O uzaqlaşandan sonra İsa Öz şagirdlərinə dedi: “Zəngin adam Göylərin Padşahlığına çətinliklə girəcəkdir”. Bu sözlər şagirdləri heyrətləndirdi. Onları var-dövlətə göylərdən göndərilmiş xeyir-dua kimi baxmağa öyrədirdilər; onların özləri də Məsihin padşahlığı qurulduğu zaman dünyəvi hakimiyyət və var-dövlət əldə edəcəklərini düşünürdülər; əgər varlılara bu padşahlığa girmək çətindirsə, başqa adamlar nəyə ümid etsinlər?HD 313.1

    “İsa şagirdlərinə dedi: Doğrusun sizə deyirəm ki, zəngin adam Goylərin Padşahlığına çətinliklə girəcəkdir. Yenə sizə deyirəm: Dəvənin iynə deşiyindən keçməsi zəngin adamın Allahın Padşahlığına girməsindən daha asandır. Onlar isə həddindən çox təəccüblənirdilər”. İndi dərk etdilər ki, bu sözlərdən gələn xəbərdarlıq həm də onlara aiddir. Xilaskarın sözlərinin işığında özlərinin də var-dövlətə və hakimiyyətə gizli istəkləri onlara aşkar edildi. Öz üzərlərindəki təhlükəni hiss edərək, onlar nida etdilər: “Bəs kim xilas ola bilər?”HD 313.2

    “İsa onlara baxıb dedi: İnsanlar üçün bu imkansızdır, fəqət Allah üçün hər şey mümkündür”.HD 313.3

    Zəngin adam öz-özlüyündə Göylər Padşahlığına girmək iqtidarında deyildi. Onun yerdəki mövqeyi ona səma nurunda müqəddəslərin mirasını almaq hüququ vermirdi. Yalnız bizim qazanmadığımız Məsihin lütfü və rəhmi vasitəsilə insanlar İlahi şəhərə girmək hüququ əldə edə bilərlər.HD 313.4

    Müqəddəs Ruhun “Siz özünüzə məxsus deyilsiniz; zira siz çox baha qiymətə alınmısınız” (1 Kor. 6:19, 20) sözləri yalnız yoxsullara deyil, onlarla bərabər həm də varlılara aiddir. İnsanlar bunu lazımınca dərk etdikləri zaman başa düşürlər ki, onların mülkiyyəti onlara yalnız ondan ötrü etibar olunubdur ki, ondan məhv olanların xilası və iztirab çəkənlərin və yoxsulların dəstəyi üçün Allahın göstərişləri əsasında istifadə etsinlər. İnsan üçün bu, imkansızdır, çünki onun ürəyi dünyəvi sərvətlərə bağlıdır. Mammona xidmət etməyə öyrənmiş qəlb ehtiyacı olan bəşəriyyətin yalvarışlarına kardır. Allahla isə hər şey mümkündür. Qarşısmda Məsihin hədsiz məhəbbətini görərək, özünü sevən ürək yumşalır və tabe olur. Zəngin gənc o məqama hələ gətiriləcəkdi ki, fərisey Şaul kimi desin: “Fəqət mən üstünlük təmin edən hər şeyi Məsih naminə zərər saydım. Və hətta, uğrunda hər şeyin zərərini çəkdiyim Rəbbim Məsih İsanı dərk etməyin üstünlüyündən ötrü hər şeyi ziyan hesab edir və zibil sayıram ki, Məsihi əldə edim” (Flp. 3:7, 8). Bu zaman onlar malik olduqları heç nəyi öz şəxsi əmlakları hesab etməyəcəklər. Özlərinə Allahın çoxsaylı lütfünün idərəçisi və Onun adı naminə bütün insanlar üçün qul kimi baxaraq onlar sevinəcəklər.HD 313.5

    Xilaskarın sözlərinin şagirdlərində yaratdığı təəssüratdan Peter birinci özünə gəldi. Böyük məmnuniyyətlə o özünün və həmqardaşlarının Məsih naminə verdiyi şeylər haqqında düşünürdü. “Budur, — dedi o, — biz һәг şeyi buraxdıq və Sənin ardınca gəldik”. Məsihin zəngin gəncə Onun ardınca getdiyi halda “Göylərdə xəzinən olacaqdır” vəd etdiyini xatırlayaraq, Peter soruşur ki, o və yoldaşları verdikləri qurbanlar əvəzində nə ilə mükafatlandırılacaqlar.HD 314.1

    Xilaskarın cavabı bu qalileyalı balıqçıların ürəklərini heyrətə saldı. Onların qarşısında hər bir arzularından üstün olan izzət və şərəf açıldı: “Doğrusun sizə deyirəm ki, İnsan Oğlu hər şeyin yenilənməsində, izzətli taxtına oturacağı zaman, Mənim ardımca gələn sizlər də İsrailin on iki nəsil budağına hökm etmək üçün on iki taxt üzərində oturacaqsınız”.HD 314.2

    O əlavə edir: “Və hər kəs Mənim adım naminə evlər, qardaşlar, bacılar, ata, ana, uşaqlar və yaxud tarlalar buraxarsa, yüz dəfə artıq alacaq və əbədi həyatı miras götürəcəkdir”.HD 314.3

    Lakin Peterin “Bizim nəyimiz olacaq?” sualı Məsihin şagirdlərində elə fikirlər aşkar etdi ki, vaxtında kənar edilməsəydi, onlara Məsihin elÇiləri olmağa mane olardı; çünki belə fikirlər könüllü qula yox, muzdlu işçiyə məxsusdur. Onun şagirdləri İsanın məhəbbəti ilə cəlb olunsalar da, hələ də fəriseylikdən tamamilə azad deyildilər. Onlar hələ də öz səylərinə müvafiq olacaq mükafat arzusu ilə işləyirdilər. Onlara hələ də özündən razılıq və özünü ucaltma ruhu yad deyildi; onlar özlərini bir-biri ilə müqayisə edirdilər. Onlardan biri nədəsə büdrəyəndə, digərləri özlərini ondan üstün sayırdılar.HD 314.4

    Şagirdlərinin Müjdə prinsiplərini duymaları üçün Məsih onlara Allahın Öz qulları ilə necə rəftar etdiyini təsvir edən və Onun onlarda hansı ruhu görmək istədiyini nümayiş etdirən bir məsəl danışır.HD 315.1

    “Zira Göylərin Padşahlığı, — O deyir, — səhər erkən düşüb öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzər”. O dövrün adətinə görə, iş tapmaq istəyən adamlar bazar meydanlarında gözləyirdilər, çünki işverənlər işçi tutmaq üçün ora gəlirdilər. Məsəldə sahibkar işçi tutmaq üçün günün müxtəlif vaxtlarında çıxan adamı təsvir edir. Erkən saatlarda işə girən adamlar bütün gün ona müəyyən məbləğə işləməyə razılaşdılar; sonralar işə girənlər isə sahibkarın müəyyən etdiyi qədər almaq ümidində idilər.HD 315.2

    “Axşam olduqda bağ sahibi öz eşikağasına dedi: İşçiləri çağır və sonunculardan başlayaraq birincilərə kimi muzdlarını ver! On birinci saat radələrində işə başlayanlar düşündülər ki, daha çox alacaqlar; lakin onlar da adam başına bir dinar aldılar”.HD 315.3

    Öz üzüm bağında işçilərlə hesablaşan sahibkar, bu məsəldə Allahı Onun bəşər ailəsi ilə münasibətlərində təsvir edir. Bu münasibətlər adi insan qaydalarına uyğun deyildir. Dünyəvi işlərdə həmişə mükafat görülmüş işin miqdarına uyğun olur. İşçi yalnız qazandığını alır. Məsəldə isə Məsih açıq şəkildə Öz Padşahlığının — bu dünyadan olmayan padşahlığın prinsiplərini göstərir. O hər hansı bir bəşəri prinsiplərə istinad etmir. Rəbb deyir: “Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil... Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir” (Yeş. 55:8, 9).HD 315.4

    Məsəldə birinci işçilər danışılmış məbləğə işləməyə razılaşdılar və onlar vəd ediləni aldılar, ondan artıq yox. Sonradan işə girənlər sahibkarın vədinə inandılar: “Nə düşəcək, onu alacaqsınız”. Onlar ödənişin miqdarı haqda sual verməyərək, özlərinin ona etibarlarını nümayiş etdirdilər. Onlar onun ədalətinə, qərəzsizliyinə inandılar. Onlar mükafatlandırıldılar — işlərinə müvafiq yox, sahibkarın səxavətinə müvafiq.HD 316.1

    Beləcə, Allah da istəyir ki, biz Ona etibar edək, O, günahkarı da bağışlayır. Onun mükafatı dəqiq olaraq bizim xidmətlərimizə uyğun deyil, lakin Onun şəxsi məqsədinə, dünya yaranandan əvvəlki təyinatına uyğun, “Rəbbimiz İsada Allahın icra etdiyi əzəli məqsədə görə” verilir (Ef. 3:11). “Salehliklə görə biləcəyimiz işlərdən dolayı deyil, Öz mərhəmətinə görə bizi xilas etdi” (Tit. 3:5).HD 316.2

    Bizim Allah üçün gördüyümüz işin dəyərini O, zəhmətin miqdarına, yaxud onun gözəgörünən nəticələrinə görə deyil, onu gördüyümüz ruha görə qiymətləndirir. Üzüm bağına saat on birdə gələnlər işləyə biləcəklərinə görə minnətdar idilər. Onların ürəkləri işverənə qarşı minnətdarlıqla dolu idi; günün sonunda sahibkar onlara bütün günün əmək haqqını verəndə, onlar çox təəccübləndilər. Sahibkarın xeyirxahlığı onları sevindirdi. Onlar heç zaman öz əməklərinə görə bu qədər səxavətli mükafatı unutmayacaqlar. Layiq olmayaraq Sahibkarın üzüm bağına on birinci saatda girən günahkarla da belə olur. Ona elə gəlir ki, xidmət etmək üçün qalmış ömrü o qədər qısadır ki, o, dəyərli bir mükafata layiq deyildir; lakin sevinc içindədir ki, Allah ümumiyyətlə onu qəbul etmişdir. O, Məsihin həmişçisi olmaq imkan və şərəfinə minnətdar olaraq, etibar və təvazökarlıqla çalışır. Belə işçinin ruhunu Allah mükafatlandırmağa şaddır.HD 316.3

    Rəbb istəyir ki, biz mükafatımızın miqdarı haqqında düşünməyərək, Onda olaq. Qəlbdə Məsih olan zaman mükafat haqqında fikir əsas olmur. Mükafat bizim xidmətimizin əsas vadaredici səbəbi deyildir. Biz, əlbəttə ki, mükafat almaq imkanına malik olduğumuz üçün minnətdar olmalıyıq və heç vaxt onu unutmamalıyıq. Allah istəyir ki, biz Onun vəd etdiyi xeyir-duaları dəyərləndirək. Ancaq O istəmir ki, biz məhz və yalnız mükafata can ataq və hesab edək ki, hər bir işə görə mükafat almalıyıq. Biz saleh işləri mükafat almaq üçün deyil, heç bir mükafatın fərqinə varmadan könüllü etməyə can atmalıyıq. Bizim bütün hərəkətlərimizin əsas səbəbi hər şeydən əvvəl Allaha və öz qonşularımıza məhəbbət olmalıdır.HD 316.4

    “Əkən də, sulayan da heçdir, böyüdən Allahdır. Əkən və sulayan isə mahiyyətcə eynidirlər; amma hər biri öz əməyinə görə mükafat alacaqdır. Zira biz Allahın həmişçiləriyik... zira heç kim qoyulan təməldən, yəni İsa Məsihdən başqa, ayrı təməl qoya bilməz... Hər kəsin işi zahir olacaqdır... Kimin inşa etdiyi iş davam gətirərsə, o, mükafat alacaqdır” (1 Kor. 3:7-14).HD 317.1

    Bu məsəl iş üçün birinci dəvəti eşidib, lakin Rəbbin üzüm bağına getməyənlərə aiddir. Ev sahibi meydana on birinci saatda gəlib orada boş dayanmış işçiləri görən zaman onlara dedi: “Nə üçün burada bütün gün avara durursunuz?” Onlar cavab verdilər: “Çünki kimsə bizi tutmadı”. Gec işə girənlərin heç biri səhər erkən meydanda yox idi. Onlar işə dəvətdən qaçmırdılar, sadəcə olaraq, orada deyildilər. Öncə xidmətə dəvəti rədd edən adamlar isə hər halda peşman olurlar və sonra düşünərək, əlbəttə ki, düzgün hərəkət edirlər, lakin mərhəmət çağırışına belə sadəlövh yanaşmaq təhlükəlidir.HD 317.2

    Üzüm bağındakı işçilərin hər biri “bir dinar” aldıqda səhərdən işə başlayanlar incidilər. Məgər biz bütövlüklə on iki saat işləmədikmi? deyə onlar düşünürdülər. Məgər biz ədalət naminə günün sərin vaxtında cəmi bir saat işləyənlərdən artıq almamalıyıqmı? “Bu sonuncular bir saat işlədilər və sən onları günün ağırlığını və istiliyini çəkən bizlərlə bir cərgəyə qoydun”.HD 317.3

    “Dostum! — deyə sahibkar onlardan birinə cavab verdi, — mən sənə haqsızlıq etmirəm, sən mənimlə bir dinara razılaşmadınmı? Özünə yetəni al, get; bu sonuncuya sənə verdiyim kimi vermək istəyirəm. Malımla istədiyimi etməyə səlahiyyətim yoxdurmu? Bəlkə sən mənim comərdliyimə pis gözlə baxırsan?”HD 318.1

    “Beləcə də sonuncular birinci və birincilər sonuncu olacaqlar; zira dəvətli çox, seçilmiş isə azdır”.HD 318.2

    Bu məsəldə birinci işə girmişlər o adamları təsvir edirlər ki, onlar başqalarının içində birinci olmağı iddia edir və xüsusi xidmətləri müqabilində onlara düşən mükafat olaraq onların üzərində yüksəlməyə çalışırlar. Onlar öz işlərinə özünü təsdiq etmək vasitəsi kimi baxaraq, xidmətlərində özündən imtina, fədakarlıq ruhunun mövcud olmasına səy göstərmirlər. Ola bilsin ki, onlar həqiqətən də öz ömürləri boyunca həssaslıqla Allaha xidmət edirlər, mümkündür ki, onların üzərinə digərlərindən daha çox çətinliklər, məhrumiyyətlər və sınaqlar düşmüşdür və buna görə də daha böyük mükafat istəməklərində sanki haqlıdırlar. Lakin əfsus! Məsihin qulları olmaq üstünlük və şərəfindən daha çox mükafat haqqında düşünürlər. Onların fikrincə, verdikləri zəhmət və qurbanlar onlara daha böyük şərəf hüququ verir və onların bu hüququ başqaları tərəfindən etiraf və təsdiq olunmayanda inciyir, özlərini talan edilmiş sayırlar. Onlar öz işlərinə məhəbbət və etibar ruhu daxil etsəydilər, həqiqətən birinci ola bilərdilər; lakin deyingən, daim narazı xislətləri qeyri-məsihçi olaraq onları etibarsız qullar kimi ifşa edir. Bu hissləri onlardakı gizli şöhrətpərəstlik yanğısını, Allaha etibarsızlıqlarını, öz həmqardaşlarına qarşı qısqanclıq və paxıllıq ruhunu büruzə verir. Rəbbin xeyirxahlığı, Onun başqalarına qarşı da səxavətli olması onlara deyinmək üçün yalnız səbəb olur. Bu onu göstərir ki, onların qəlbləri ilə Allah arasmda canlı, möhkəm bağlılıq yoxdur. Onlar Yaradan ilə həqiqi əməkdaşlıq sevincini dərk etməmişlər.HD 318.3

    Allah üçün belə dar mənfəət ruhundan təhqiramiz heç nə yoxdur. O, belə keyfiyyətləri olan insanlarla əməkdaşlıq edə bilmir. Onlar Müqəddəs Ruhun təsirinə qarşı hissiyyatsızdırlar.HD 318.4

    İbranilər birinci olaraq Rəbbin üzüm bağına dəvət olunmuşdular və bu onlarda qürura səbəb oldu və özlərinin seçilmiş xalq olduqları və xüsusi salehlik haqqında fikirlər doğurdu. Uzun müddət xidmət etməklərini onlar öz imtiyazları saydılar, bu isə onlara digərlərindən daha çox mükafat almağı təyin edirdi. Bütpərəstlərin də Allahın işində onlarla bərabər hüquqlara malik olmaları yəhudiləri һәг şeydən çox hiddətləndirirdi.HD 319.1

    Məsih birinci olaraq Öz ardınca getməyə çağırdığı şagirdlərinə özlərində belə rəqabət ruhu bəsləməyin təhlükəsi haqqında xəbərdarlıq edirdi. O görürdü ki, şəxsi salehlikləri ilə razılıq imanlılar cəmiyyətinin zəifliyi və lənəti olacaqdır. İnsanlar düşünə bilərlər ki, müstəqil olaraq Göylər Padşahlığında yer qazana bilərlər. Onlar güman edə bilərlər ki, hansısa mühüm işlərdə şəxsi təşəbbüs göstərdikdə Rəbb yalnız onlara köməyə gələcəkdir. Beləliklə, aydın surətdə öz “mən”imizin rolunun çoxalması və İsanın rolunun azaldılması müşayiət edilir. Allaha xidmət işində yalnız bir neçə addım atmış bir çox adamlar qürrələnərək özlərini başqalarından yüksək tuturlar. Onların səyləri az qiymətləndiriləndə qısqanclıq hissi keçirir və öz ünvanlarına tərifi sevirlər. Öz məsəlini söyləyərkən Məsih şagirdlərini məhz bu təhlükədən saqındırmaq istəyir.HD 319.2

    Hər cür özünüöymə, şəxsi xidmətlərin şişirdilməsi tamamilə yersizdir. “Müdrik müdrikliyi ilə öyünməsin, igid öz gücü ilə öyünməsin, varlı öz sərvəti ilə öyünməsin. Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram” (Yer. 9:23, 24).HD 319.3

    Mükafat insandan törəmir; o, Allahın lütfündən törəyir və insanlara öyünmək lazım deyildir. “Bəs bədənə görə atamız olan İbrahim haqda nə deyək? O, nə əldə etdi? Əgər İbrahim əməllərilə saleh sayıldısa, onun öyünməyə haqqı vardır; fəqət Allah qarşısında deyil. Zira, Yazı nə deyir? “İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı”. Əməl edənə əvəz lütf deyil, borc sayılır. Lakin əməl etməyib, fəqət allahsızı saleh sayana iman edənin imanı salehlik sayılır” (Rom. 4:1-5). Buna görə bir kimsənin digəri üzərində yüksəlməsinə, yaxud bir-birinə paxıllıq etməsinə səbəb yoxdur. Heç kəs digərlərindən daha imtiyazlı vəziyyətə qoyulmamışdır və heç kim öz mükafatını tamamilə qazanılmış hesab edə bilməz.HD 319.4

    Həm birinci, həm də axırıncı əbədi böyük mükafatı bölüşdürür və birinci axırıncını sevinclə salamlamalıdır. Başqasının mükafatına paxıllıq edən unudur ki, onun özü də yalnız lütf sayəsində xilas edilmişdir. İşçilər haqqında məsəl hər cür qısqanclıq və şübhəni pisləyir. Məhəbbət həqiqətdə öz sevincini tapır və kinayəli rəqabətdən uzaqlaşır. Məhəbbətə malik olan şəxs yalnız Məsihin ecazkarlığı ilə öz kamil olmayan xasiyyətini müqayisə edir.HD 320.1

    Bu məsəl bütün işçilər üçün, onların xidmət müddətindən və gördükləri işlərdən asılı olmayaraq, xəbərdarlıqdır; məsəl bütün insanlara deyir ki, öz həmqardaşlarına məhəbbətsiz, Allah qarşısında itaətsiz olanlar heç nəyə yaramırlar. Özünüyüksəltmə həqiqi dinin prinsiplərinə uyğun deyildir. Şöhrətlənməyi özünə məqsəd edən şəxs özünü Məsihə xidmət üçün yararlı edə biləcək yeganə lütfdən məhrum edir. Harada insan öz qüruruna və özündən razılığa rəvac verirsə, iş zəifləyir.HD 320.2

    Bizim işimiz Allah tərəfindən uzunmüddətli olduğuna görə deyil, lakin bu işdə bizim hazırlığımız və sədaqətimizə görə dəyərləndirilir. Həqiqi xidmət bizim “mən” imizin bütövlüklə Allaha verilməsini tələb edir. Ən kiçik vəzifələrin icrasında göstərilən səmimi və fədakar səylər Allaha daha məqbuldur, nəinki nəhəng, lakin özünü təsdiq etmək istəyi ilə görülmüş işlər. O bizim xidmətimizdə görmək istəyir ki, biz nə dərəcədə Məsihin Ruhuna malikik və nə dərəcədə bizim işimizdə Ona bənzərliyimiz aşkar edilir. O bizim gördüyümüz işin həcmini bu işin görülməsində izhar etdiyimiz məhəbbət və sədaqət qədər dəyərləndirmir.HD 320.3

    Yalnız o zaman ki özünəməhəbbət ləğv edilir, üstünlüyə can atmaq yox olur bizim ürəyimiz minnətdarlıq hissi ilə dolur və məhəbbət bizim həyatımizı ətirli edir, onda yalnız Məsih birdəfəlik bizim qəlbimizdə məskunlaşır və biz Allahla bərabər işçi sayılırıq.HD 321.1

    İş nə qədər ağır olsa da, həqiqi işçi onu özünə yük hesab etmir. O özünü işə həsr etməyə hazırdır və ağırlığına baxmayaraq, iş ona sevinc gətirir, şən ürəklə yerinə yetirilir. Allahda sevinc İsa Məsih vasitəsilə ifadə edilir. Onların sevinci Məsihin qarşısında duran sevincdir ki, “Məni Göndərənin iradəsini yeritsin və Onun işini tamamlasınlar” (Yəh. 4:34). Onlar izzət Rəbbi ilə əməkdaşlıq edirlər. Təkcə bunu düşünmək bütün smaqları yüngülləşdirir, güc verir, ruhumuzu möhkəmləndirir və bizi gözləyən hər şeyə dözmək qabiliyyəti verir. Ürəyimizdə Məsihlə bölüşdürdüyümüz nəcibləşmiş iztirablar və təvazökarlıqla işləyərək, Onunla ümumi istiqamətə malik olub, Onun işlərində iştirak edərək, Allahın əzmkar işçiləri Onun sevincinin çoxalmasına səbəb olur və Onun uca adına yeni şərəf və izzət gətirirlər.HD 321.2

    Аllаһа hər cür həqiqi xidmətin ruhu belə olmalıdır. Belə ruhun olmaması səbəbindən xidmətdə birinci görünən əslində axırıncı olacaqdır; belə xidmət ruhu ilə yaşayan isə birinci olacaqdır, baxmayaraq ki, insanlar arasında axırıncı sayılır.HD 321.3

    Bir çox adamlar vardır ki, Məsihə təslim olmuşdurlar, lakin özləri üçün Onun naminə böyük bir iş görmək, yaxud Onun adı naminə hansısa bir mühüm qurban vermək imkanları görmürlər. Bu adamlar bilməlidirlər ki, Allahdan ötrü yalnız əzabkeşin fədakarlığı mühüm deyildir və səma kitablarında birinci olaraq mütləq, bəzi missionerlərin həyatlarında olduğu kimi, daim həyat üçün təhlükə ilə müşayiət olunan xidmət yazılmır. Ən sıravi məsihçi, əgər onun gündəlik şəxsi həyatı daima fədakarlıqla, məqsəd və fikirlərinin paklığı ilə əlamətdardırsa, əgər təmkinlik və dözümlülük onu hər cür təlatümlü vəziyyətlərdə tərk etmirsə, əgər o həmişə iman və xeyrxahlıq içindədirsə, ən kiçik işlərində belə Allaha sadiqdirsə və əgər onun ailə həyatında Məsihin xasiyyəti nümayiş edilmişdirsə, o, Rəbbin gözündə daha çox hörmətli və ləyaqətli ola bilər, nəinki bütün dünyada məşhur missioner, yaxud əzabkeş.HD 321.4

    İnsanın xasiyyətinin ölçülməsində insanların və Allahın ölçüləri nə qədər fərqlidir. Rəbb Allah insanın başqalarının, dünyanın, hətta ən yaxın dostlarının da gözlərindən gizli saxladığı sınaqlara — evində və ürəyində baş verən sınaqlara necə məruz qaldığını görür. Allah insanın öz zəifliyi ilə ağırlaşmış təvazökarlığını görür; onun hətta günahkar saydığı fikirlərində tövbəni də görür. Allah təmiz ürəklə Ona həsr edilən xidməti də görür. Rəbb insanın öz “mən”i ilə bir çox döyüş saatları haqqında bilir, o döyüş haqqında ki, Onun Özü artıq qalib çıxmışdır. Bütün bunlar Allaha və mələklərə məlumdur. Onun qarşısında yazılan xatirə kitabı Rəbbdən qorxan və Onun adına hörmət edənlər haqqında yazılır.HD 322.1

    Müvəffəqiyyətimizin sirri bizim təhsilimizdə, mövqeyimizdə, gücümüzdə, yaxud bizə etibar olunmuş istedadlarda, bizim iradəmizdə gizlənməyibdir. Öz zəifliyimizi hiss edərək, biz fikrimizlə Məsihə müraciət edirik və bütün qüvvələrdən yüksək Olanın, bütün fikirlərdən uca Olanın köməyi ilə qələbə ardınca qələbə qazanırıq.HD 322.2

    Bizim xidmətimiz nə qədər kiçik də olsa, gördüyümüz iş nə qədər sadə də olsa, əgər biz Məsihin ardınca sadə imanla gediriksə, peşiman olmayacağıq, layiqli mükafat alacağıq. Hətta ən dahi və müdriklərə verilməyəni ən zəif və sadələr alacaqlar. Göylərin qızıl darvazası özlərini yüksək tutanların qarşısında açılmır. 0, ruhən qürurlu olanlar qarşısında qalxmayacaqdır. Fəqət əbədi girişlər körpənin zəif toxunuşundan geniş açılacaqdır. Sadə iman və məhəbbətlə Allah üçün çalışanlara lütfün mükafatları xeyir-dualı olacaqdır.HD 322.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents