Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Əvvəl ot, sonra sünbül”

    (Mk. 4:26-29)

    Əkinçi haqqında məsəl dinləyicilərdə çoxsaylı suallar doğurdu. Onların bir qismi başa düşdü ki, Məsih yer üzündə Öz padşahlığını qurmaq üçün gəlməyib, çoxlarını isə məsəl çaş-baş saldı. Onların çaşdıqlarını görən Məsih başqa bənzətmə gətirərək, onların fikrini yerdəki padşahlıqdan ayırıb, Allahın lütfünün insanın qəlbində gördüyü gərgin işə yönəltdi.HD 37.1

    “Və dedi: Allahın Səltənəti yerə toxum səpən adam kimidir. Gecəgündüz yatar, durar və toxum bitər, böyüyər, özü isə bunun necə olduğunu bilməz. Çünki torpaq öz-özünə əvvəl otu, sonra sünbülü, daha sonra isə sünbüldə dolu dəni verir. Məhsul yetişdiyi zaman, dərhal orağı işə salar. Çünki biçin vaxtı gəlmişdir”.HD 37.2

    “Məhsul yetişdiyi zaman, dərhal orağı işə salan” Məsihin Özü olacaqdır. Qiyamət günü məhz O, yer üzündə məhsul biçəcəkdir. Lakin məsəldə bəhs olunan əkinçi Məsih üçün zəhmət çəkəni göstərir. Məsəldə deyilir ki, toxum səpən onun “necə bitib, böyüməyini bilməz”, bu, əlbəttə ki, Məsihə aid deyildir. Məsih yatıb dincəlmədən gecə-gündüz Öz xalqına nəzarət edir və toxumların necə böyüməsi məhz Ona əyandır.HD 37.3

    Toxum haqqında məsəl bizə onu açır ki, Allah təbiətdə Öz işini görməkdədir.Toxumun bitmək qanunu və imkanları ona Allah tərəfindən verilmişdir. Lakin təkbaşına bitmək üçün onda güc yoxdur. Buna görə bu prosesdə müəyyən iş insana məxsusdur. O, torpağı hazırlayıb, peyinləyib, toxumları səpməlidir. Alaq otlarını da o təmizləməlidir. Lakin elə hədd var ki, insan ondan o yana keçə bilmir. Öz gücü və təffəkkürü ilə insan heç vaxt toxumu bitməyə məcbur edə bilməz. Bacardığı işləri gördükdən sonra o, qalan şeylərdə Öz yenilməz qüdrəti ilə əkini və biçini möcüzəli ardıcıllıqla Birləşdirənə arxalanmalıdır.HD 37.4

    Toxumda həyat gizlənmişdir, torpaqda isə onu canlandıran qüvvə var, lakin gecə və gündüz müddətində onun üzərində Allahın sonsuz qüdrəti işləmədən, toxum bar gətirməz. Qurumuş zəmilər yağışla islanmalıdır, günəşlə isinməlidir, səpilmiş toxum qidalanmalıdır. Yaradanın toxuma verdiyi həyatı yalnız Özü canlandıra bilər. Yalnız Allahın gücü ilə hər bir toxum cücərib boy atır.HD 38.1

    “Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında salehliyi və həmdi belə yetişdirəcək” (Yeş. 61:11). Ruhlu həyatda da toxumla təbiətdə baş verən vəziyyət alınır: həqiqət müəllimi ürəkləri yumşaldıb toxum səpməlidir, lakin onu canlandıran güc yalnız Allaha məxsusdur. Elə hədd var ki, ondan sonra insan səyləri əbəsdir. Biz Kəlamı təbliğ etsək də, qəlbi oyadıb onda paklıq və şükür etmək cücərtiləri bitirə bilmərik. Kəlamın təbliğində insanın imkanlarından qat-qat üstün olan qüvvə iştirak etməlidir. Yalnız Allahın Ruhu sayəsində Kəlam canlı və qüdrətli olub, insan qəlbini əbədi həyata qaytara bilər. Məsih Öz şagirdlərinin məhz bu məsələni dərk etməsini istəyirdi. O deyirdi ki, səylərinin müvəffəqiyyətli olması üçün onların özlərində heç bir şey yoxdur və yalnız Allahın möcüzələr yaradan qüdrəti Onun Kəlamını güclü edir.HD 38.2

    Əkinçinin əməyi həmişə imanlı zəhmət olub. Toxumun cücərməsinin, sonra isə böyüyüb inkişaf etməsinin sirri ona məlum deyil. Lakin əkinçidə bitkiyə həyat verən Allahın qüdrətinə iman var. İlk baxışdan əkinçi toxumları torpağa ataraq, onun ailəsinə çörək verə bilən qiymətli dənləri itirmiş kimi görünür. Həqiqətdə isə o, əlindəki neməti artıqlaması ilə əldə etmək üçün torpağa atır. Eyni ilə Məsihin davamçıları da zəhmət çəkmə lidirlər ki, səpdikləri toxumların məhsulunu yığa bilsinlər.HD 38.3

    Bərəkətli toxum soyuq, qürurlu, dünyəvi ürəkdə bir müddət həyat əlaməti olmadan, kök atmadan qala bilər. Lakin sonra, Allahın Ruhu qəlbə həyat verdiyi zaman, gizlənmiş toxum oyanacaq, cücərəcək və boy ataraq axırda Allahın şərəfinə səbirsizliklə gözlənilən məhsulu verəcəkdir. Öz gündəlik işimizdə biz hansının — bunun, yoxsa digərinin arzu edilən nəticə verəcəyini çox vaxt bilmirik. Bizə bunu bilmək vacib də deyil. Biz yalnız öz işimizi görməliyik, onun səmərəsi isə Allahdan asılıdır. “Toxumunu səhər vaxtı səp, axşama qədər də əlin boş durmasın’’ (Vaiz 11:6). Allahın mərhəmətli əhdində deyilir: “Dünya durduqca əkin-biçin, isti-soyuq, yay-qış və gecə-gündüz sona yetməyəcək” (Yar. 8:22). Bu əhdə iman edərək, əkinçi torpağı şumlayır və toxum səpir. Onun əhdinə sadiq qalaraq, biz də ruhlu zəmidə zəhmət çəkirik: “Ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş, icra olunsun deyə, həyata keçirər” (Yeş. 55:11). “Ağlaya-ağlaya toxum daşıyıb əkən sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək” (Məz. 126:6).HD 39.1

    Toxumun cücərməsi ruhlu həyatın başlanğıcını göstərirsə, onun boy atması məsihçinin inkişafını nümayiş etdirir. Təbiətdəki kimi, burada da inkişafsız həyat yoxdur. Torpağın altından çıxmış bitki ya böyüyür, ya da ölür. Onun böyüməsi sakit və gözəçarpmaz keçsə də, daimidir. Məsihçi qəlbinin inkişafı da belədir. İnkişafımızın hər bir mərhələsində həyatımız həmin an üçün kamil olsa da, hətta Allahın bizimlə bağlı məqsədlərinin hansısa biri yerinə yetmiş olsa belə, daimi olan inkişafımız davam edir. Paklaşmaq bütün ömrün zəhmətidir. İmkanlarımız artdıqca təcrübə və biliklərimiz genişlənir. Biz öz çiyinlərimizə daha böyük məsuliyyət götürməyə qadir oluruq və həll edilən məsələlərin qəlizləşməsi ilə yanaşı, kamilliyimiz də artır.HD 39.2

    Bitki Allahın onun inkişafı üçün göndərdiyi qida ilə böyüyür; o, torpaqda kök atır, günəşin şüalarını qəbul edir, şeh və yağışla sulanır və havadakı həyatverici maddələri udur. Eyni ilə məsihçi də Allahın gücünə arxalanaraq ruhlu aləmini inkişaf etdirir. Gücsüz olduğumuzu bilərək, biz gərək bütün keyfiyyətlərimizdən istifadə edib, Allaha daha yaxın olaq. Bitki torpaqda kök atdığı kimi, biz də Məsihdə dərin kök salmalıyıq. Günəş şüalarını, şeh və yağışı qəbul edən bitki kimi, biz də qəlblərimizi Müqəddəs Ruha açıb Ondan qida almalıyıq. “Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən, — deyir Ordular Rəbbi” (Zək. 4:6). Əgər biz təbiətimiz və canımızla Məsihə ümid etsək, “O, hökmən dan yeri kimi doğacaq, yağış kimi — torpağı sulayan yaz yağışı, kimi yanımıza gələcək” (Huş. 6:3). Bizim üçün “şüalarında şəfa olan salehlik günəşi kimi doğacaq” (Mal. 4:2). Biz “zanbaq kimi çiçək açacağıq”, “buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacağıq” (Huş. 14:5,7). Məsihi bizim şəxsi Xilaskarımız kimi qəbul edib, hər şeydə Ona arxalansaq, sonsuz olaraq Onda böyüyəcəyik.HD 40.1

    Taxıl “əvvəl otu, sonra sünbülü, sonra da sünbüldə dəni” yetişdirir. Əkinçinin toxum səpib, onu becərməyində əsas məqsəd ağır və çoxsaylı dənlər əldə etməkdir. Əkinçiyə ac olanlar üçün çörək və gələcək toxum səpini üçün toxum lazımdır. İlahi Əkinçi də Öz zəhməti və qurbanı əvəzində mükafat kimi biçin vaxtını gözləyir. Məsih Özünü insanların qəlblərində bərqərar etmək istəyir və bunu Ona iman gətirmişlərin vasitəsilə edir. Məsihçinin həyatının məqsədi bar verməkdir — imanlı insanda Məsihin xasiyyətini bərpa edib, sonra da bu xasiyyəti digər insanlarda bərqərar etməkdir.HD 40.2

    Taxıl “əkinçiyə toxum, yeyənə çörək vermək” üçün cücərir, böyüyür və bar verir (Yeş. 55:10). Eynilə insan da özü üçün yaşamamalıdır. İmanlı şəxs dünyada Məsihi nümayiş etdirir ki, başqalarını da xilas yoluna gətirsin.HD 40.3

    İnsan yalnız özünü düşünərsə, onun həyatında ruhlu inkişaf və həqiqi səmərə olmaz. Məsihi öz şəxsi Xilaskarımız kimi qəbul edərkən, biz özümüzü unudaraq başqalarına yardım etməliyik. Məsihin məhəbbətindən danışın, Onun xeyirxahlığı və həssaslığından bəhs edin. Üzərinizə düşən bütün vəzifələri yerinə yetirin. Başqalarının ağrılarına ürəkdən yanaraq, əlinizdən gələn vasitələrlə itirilmişləri xilas etməyə çalışın. Məsihin Ruhunu — təmənnasız məhəbbət və başqalarına xidmət Ruhunu qəbul etdiyiniz zaman, siz özünüz də kamilləşib səmərə verəcəksiniz. Sizin xasiyyətinizdə Ruhun tərifəlayiq səmərəsi özünü büruzə verəcək. Sizin imanınız artacaq, etimadınız möhkəmlənəcək, məhəbbətiniz isə daha da kamil olacaqdır. Siz getdikcə pak, lütfkar və gözəl olan hər şeydə Məsihə bənzəyəcəksiniz.HD 41.1

    “Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbirlilik, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” (Qal. 5:22, 23). Bu səmərə heç vaxt ölməyəcəkdir, əksinə, əbədi həyat üçün özünə bənzər olan yeni səmərəyə səbəb olacaqdır.HD 41.2

    “Məhsul yetişdiyi zaman, dərhal orağı işə salar. Çünki biçin vaxtı gəlmişdir”. Məsih Öz xasiyyətinin imanlılar cəmiyyətində izhar olunmasını sonsuz həvəslə gözləyir. Məsihin xasiyyəti tam şəkildə Onun xalqında əks olunan zaman O gələcək ki, onları Özününkülər elan etsin.HD 41.3

    Hər bir məsihçinin əsas vəzifəsi yalnız Rəbbimiz İsa Məsihin zühurunu gözləmək deyil, həm də Onun gəlişini sürətləndirməkdir (bax. 2 Pet. 3:12). Əgər Onun adını çəkən һәг bir kəs Onun izzəti naminə səmərə vermiş olsa idi, Xoş Xəbər toxumları yer üzünə necə sürətlə yayılardı. Sonuncu böyük məhsul yığımı vaxtı tez yetişərdi və Məsih yetişmiş buğdaları yığmaq üçün gələrdi.HD 41.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents