Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Əkin haqqında məsəllərdən götürülən başqa dərslər

    oxumların səpilməsi və bitkilərin inkişaf etməsi haqqındakı məsəllərdən ailədə və məktəbdə heyrətamiz dərslər kimi istifadə edilə bilər. Qoy uşaqlar və gənclər təbiət hadisələrində Allahın qüdrətinin təsirini görə bilsinlər ki, iman vasitəsilə əldə olunan təsviredilməz ənamlara sahib olsunlar. Geniş dünyanın ehtiyaclarını ödəyən Allahın heyrətamiz işini dərk edib, Onunla əməkdaşlıq etməyi öyrənərək, gənnc insanlar öz həyatlarında daim Onun qüdrətinə arxalanacaqlar.HD 51.1

    Allah toxumları da, yer kürəsi kimi, Öz Sözü ilə yaratdı. Öz Sözü ilə O, toxuma böyüyüb nəsil vermək qüvvəsini verdi. O buyurdu: “”Qoy yer üzü bitkilər yetirsin; toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun.” Belə də oldu... Allah gördü ki, bu, yaxşıdır” (Yar. 1:11,12). Allahın məhz bu sözü ilə toxum boy atır. Öz cücərtilərini günəşə tərəf yönəldən hər bir toxum “Nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu” Allahın Kəlamının möcüzə yaradan qüdrətini bəyan edir (Məz. 33:9).HD 51.2

    Məsih Öz şagirdlərinə belə dua etməyi öyrədirdi: “Gündəlik çörəyimizi bizə bu gün ver”. O, gülləri göstərib, onlara sübut edirdi: “Əgər tarla otunu Allah belə geyindirirsə, sizi daha çox geyindirməzmi, ey az imanlılar?” (Mt. 6:11, 30). Bu duanı eşidərkən, Məsih Öz sözünü yerinə yetirmək üçün daim hazırdır. Gözə görünməyən qüvvə daim insanın xeyrinə çalışaraq, ona geyim və qida bəxş edir. Allahın can bəxş edən həmin qüvvəsi ilə tarlaya atılmış toxum canlı bir bitkiyə çevrilir. Allah kamil məhsulun yetişdirilməsi üçün hər nə lazımdırsa verir. Bu haqda zəbur oxuyan gözəl söyləmişdir:HD 51.3

    “Yer üzünün qayğısına qalıb su verirsən,
    Onu bol, məhsuldar edirsən.
    Ey Allah, çayın su ilə doludur,
    Torpağı taxıl üçün hazır edirsən.
    Torpağın şırımlarını sulayırsan,
    Aralarını bərkidirsən,
    Gur yağışla torpağını yumşaldırsan,
    Məhsuluna bərəkət verirsən.
    Yay fəslinə gözəllik çələngini geyindirirsən,
    İzlərindən bolluq axır”.
    HD 52.1

    (Məz. 65:9-11).

    Maddi dünya Allahın idarəsi altındadır. Təbiətdə hər şey müəyyən qanunauyğunluqlarla baş verir. Burada hər şey Allah tərəfindən istiqamətləndirilir, Yaradanın iradəsi ilə hərəkət edir. Buludlar və günəş, şeh və yağış, külək və fırtına — hamısı Allahın nəzarəti altındadır və hamısı son nəticədə Onun iradəsinə tam şəkildə tabe olur. Məhz Allah Qanununa tabe olaraq toxum yerin altından cücərir, “əvvəl ota, sonra sünbülə, daha sonra isə sünbül dolu dənə” çevrilir (Mk. 4:28). Bu mərhələlərin hamısından bitki öz vaxtında keçir, çünki Onun iradəsinə müqavimət göstərmir. Bəs nə üçün Allahın surətinə və bənzərinə görə yaradılmış, şüur və nitq bəxş edilmiş insan yaradılanların içində yeganə varlıqdır ki, Onun ənamlarına çox vaxt biganə qalır, iradəsinə müqavimət göstərir. Necə ola bilər ki, məhz şüurlu varlıqlar dünyanın fəlakətlərinə səbəbkar olsunlar?HD 52.2

    İnsanın yaşaması üçün lazım olan hər şeyin əldə olunmasında Allahla insanın səylərinin ahəngdarlığı görünür. İnsan əllərinin toxum əkinində iştirakı olmadan məhsul əldə edilə bilməz. Lakin Allahın bəxş etdiyi günəş işığı və yağışlar, şeh və buludlar olmazsa, məhsul yetişə bilməz. Hər bir başlanğıcda, təşəbbüskarlıq fəaliyyətində də, elmi tədqiqatlarda da belədir. Bu, eynilə ruhlu aləmə də, xasiyyətin formalaşdırılmasına da, məsihçi fəaliyyətinin hər hansı başqa bir növünə də aid edilməlidir. Biz özümüz hərəkət etməliyik, lakin Allahın köməyi olmasa, bizim səylərimiz əbəs olacaqdır.HD 53.1

    Ruhlu aləmdə, yaxud da dünyəvi işlərində insan nəyəsə nail olarsa, heç vaxt unutmamalıdır ki, o bunlara Allahın köməyilə nail olubdur. Allahdan asılı olduğumuzu dərk etmək çox vacibdir. Biz insan imkanlarını həddindən çox yüksəldərək, onun əl işlərinə çox arxalanırıq. Allahın bəxş edə biləcəyi qüvvəyə isə çox az ümid bəsləyirik. “Biz Allahın həmişçiləriyik” (1 Kor. 3:9). Bu işlərdə insanın payı çox cüzidir; lakin onun səyləri Məsihin İlahi əməkdaşlığına arxalanarsa, Onun bəxş edəcəyi qüvvə ilə insan hər şeyə nail ola bilər.HD 53.2

    Toxumun cücərib bitməsi uşaqların tərbiyə işində əyani vəsait ola bilər. “Əvvəl ot, sonra sünbül, daha sonra isə sünbüldə dolu dən”. Bu məsəli bəyan eləmiş Allah həm də xırdaca toxum yaratmış, ona həyat qüvvəsi vermiş və onun inkişafını idarə edəcək qanunlar qoymuşdur. Bu məsəlin bəyan etdiyi həqiqətlər isə Onun Öz həyatının gerçəklikləridir. Məsih Allahın qoyduğu, bitkilərdə müşahidə olunan qanunla fiziki və ruhlu cəhətdən inkişaf edirdi və O istəyirdi ki, gənclərin hamısı buna riayət etsinlər. Məsih Göylərin Hökmdarı və izzət Padşahı olmasına baxmayaraq, Beytlehemdə körpə kimi, ananın qucağında köməksiz bir uşaq kimi dünyaya gəldi. Uşaqlıq dövründə O, sözəbaxan bir uşaq nümunəsi idi. Məsih valideynlərinə hörmət göstərərək, onların iradəsini yerinə yetirərək və Öz uşaq imkanları ilə onlara kömək edərək, böyük kimi deyil, uşaq kimi hərəkət edirdi. Lakin Öz inkişafının hər mərhələsində yüksəkdə duraraq, günahsız insan həyatını təzahür etdirən sadə və təbii xasiyyətə malik idi. Müqəddəs Kitab Onun uşaqlığını belə təsvir edir: “Körpə böyüyür, ruhən qüvvətlənir və hikmətlə dolurdu; Allahın lütfü də Onun üzərində idi”. Onun gəncliyi haqqında isə belə şəhadətimiz var: “İsa isə hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi” (Lk. 2:40, 52).HD 53.3

    Bunun üçün valideyn və müəllimlərin həssas zəhmətləri gərəkdir. Onlar gənclərdə müsbət keyfiyyətləri inkişaf etdirmək məqsədi güdməlidirlər ki, onların inkişafının hər mərhələsi həmin dövrün gözəlliyini əks etdirsin. İnsanın inkişafı təbii, ahəngdar olmalı, bağdakı gülün açmasına bənzəməlidir.HD 54.1

    Öz təbiilikləri və qayğısızlıqlarını itirməyən uşaqlar həmişə cəlbedici olurlar. Uşağın hər hansı bir müvəffəqiyyətinə həddindən çox diqqət yetirərək, bunu onun yanında tez-tez xatırlatmaq gərəksizdir. Uşaq şöhrətpərəstliyinə rəvac verərək, onun gözəlliyini, sözlərini və hərəkətlərini tərifləməkdən çəkinin. Uşağa bahalı və dəbdəbəli paltar geyindirmək düzgün deyil. Bu, körpə qəlbində qürur yaradır və yoldaşlarında paxıllığa səbəb olur.HD 54.2

    Uşaqlar yaşlarına uyğun sadəlikdə tərbiyə olunmalıdırlar. Onlar valideynlərinə kömək məqsədilə gücləri çatan vəzifələri yerinə yetirməyi bilməlidirlər. Uşaqların əyləncə və məşğuliyyətləri yaşlarına uyğun olmalıdır. Uşaqlıq dövrü məsəldəki yaşıl cücərtilərə bənzəyir və yalnız onlara məxsus cazibəyə malikdir. Uşaqların vaxtından tez böyümələrinə rəvac verməyin ki, öz gənc yaşlarının təravət və cazibəsini mümkün qədər çox saxlasınlar.HD 54.3

    Öz yaşlarına uyğun imanla uşaqlar da tam şəkildə xeyirxah məsihçi ola bilərlər. Allah onlardan yalnız bunu istəyir. Onlara ruhlu həqiqətləri aşılamaq lazımdır; valideynlər övladlarında onları Məsihlə daha da yaxınlaşdıra bilən keyfiyyətlərin formalaşması üçün şərait yaratmalıdırlar.HD 54.4

    Allahın qanunlarına uyğun olaraq, təbiətdə səbəbdən sonra mütləq nəticə gəlir. Biçin həmişə əkinin səviyyəsini göstərir. Səhlənkar işçi daim öz zəhmətinin nəticələri ilə ifşa edilir. Məhsulun özü onun əleyhinə şəhadət edir. Ruhlu həyatda da belədir: hər işçinin səyi onun əməyinin nəticələri ilə ölçülür. Onun zəhmətkeş, yaxud səhlənkar əməyinin nəticəsi biçin zamanı açıtır. Gələcək əbədi həyatının taleyi də belə həll olunacaqdır.HD 55.1

    Səpilmiş hər toxum öz növünə uyğun məhsul verir. İnsan həyatında da belədir. Buna görə də biz həssaslıq, qayğıkeşlik və məhəbbət toxumları əkməliyik, çünki nə əksək, onu da biçəcəyik. Eqoizm, özünü sevmək, özü ilə fəxr etmək və qüsurlara rəvac vermək kimi xüsusiyyətlər isə onlara müvafiq məhsul verəcək. Özləri üçün yaşayanlar fani toxum əkirlər, bundan isə çürük məhsul alırlar.HD 55.2

    Allah heç kimi məhv eləmir. Məhv olanların hər biri özü-özünü məhv etmiş olacaq. Vicdanının səsini susduran hər kəs imansızlıq toxumları əkir və onlara müvafiq məhsul götürür. Allahın ilk xəbərdarlığını rədd edən firon inad toxumları əkdi və onların da məhsulunu biçdi. Bunlar böyüyüb məhsul vermiş imansızlıq toxumları idi ki, onları firon qəlbinə özü əkmişdi. O, torpağı viran olana, özünün və səltənətinin ailələrində ilk övladlar ölənə və dənizin suları onun atları, arabaları və əsgərləri üzərində birləşənə qədər inad etdi. Onun tarixçəsi müdrik “Nə əkərsən, onu da biçərsən” (Qal. 6:7) sözlərinin dəhşətli təsdiqidir. İnsanlar bu həqiqəti dərindən dərk etsələr, əkdikləri toxumların seçilməsində çox ehtiyatlı olardılar.HD 55.3

    Əkilmiş toxumun məhsulu yenidən səpilir və beləliklə, məhsul ardıcıllıqla artırılır. Bu qanun bizim öz yaxınlarımızla münasibətlərimizdə də gerçəkləşir. Hər bir hərəkətimiz və sözümüz məhsul verən toxuma bənzəyir. Qayğıkeş xeyirxahlıq, barışıq və təvazökarlıq kimi cəhətlər başqa adamlarda, onların vasitəsilə də qeyrilərində məhsul verəcək. Eynilə paxıllıq, pislik və çəkişmə ilə müşahidə olunan əməllərin toxumları da torpağa düşdükdə, “acı kök” kimi böyüyüb, çoxlarını murdar edəcəkdir (İbr. 12:15). Öz növbəsində bu “çoxları” vasitəsilə isə nə qədər başqaları zəhərlənəcəklər. Beləliklə, xeyir və şər toxumlarının əkini daim davam edərək, həm dünyəvi, həm də əbədi həyat üçün məhsul verəcək.HD 55.4

    Əkinçinin dərsi bizə bir də həm ruhlu, həm də maddi ənamlarda səxavətli olmağı öyrədir. Rəbb buyurur: “Bütün sulu torpaqlarda toxum əkənlər, siz nə xoşbəxtsiniz!” (Yeş. 32:20). “Bunu da deyim ki, az əkən az da biçəcək; çox əkən isə çox da biçəcəkdir” (2 Kor. 9:6). Bütün sulu torpaqlarda əkmək Allahın ənamları ilə daim bölüşmək deməkdir. Bu bizim Allaha xoş olan, bəşəriyyətə humanist köməyimiz deməkdir. Buna bənzər xidmət və yardım bizi kasıb etməyəcəkdir: “Çox əkən çox da biçəcəkdir”. Əkinçi öz toxumlarını tarlaya ataraq, onları artırmış olur. Allahın ənamları ilə bölüşməkdə davamlı olan adamlar da belə qazanırlar. Bunun ilə onlar xeyir-dua alırlar. Allah onlara artıqlaması ilə verəcəyini vəd edir ki, onlar da başqalarına verə bilsinlər. “Verin, sizə də veriləcəkdir: ölçülüb-biçilmiş, silkələnib-basılmış, dolub-daşmış bol bir ölçü ilə sizin ətəyinizə töküləcək” (Luk. 6:38).HD 56.1

    Əkin və biçin bizə bundan da ali olanı öyrədir. Biz dünya nemətlərini yaxınlarımızla bölüşərkən, göstərilmiş qayğı və sevgi onları Allaha şükür etməyə vadar edir. Beləliklə, onların qəlbləri ruhlu həqiqət toxumlarının bitirilməsi üçün hazırlanır. Əkinçiyə toxum verən Allah isə onların böyüyüb əbədi həyatda məhsul verməsi üçün şərait yaradacaq və təminat verəcəkdir.HD 56.2

    Torpağa düşmüş dən bizim xilasımız üçün Məsihin qurbanını göstərir. Məsih deyir: “Buğdanın toxumu yerə düşüb ölməzsə, o yalnız qalar; fəqət ölərsə, çox məhsul verər” (Yəh. 12:24). Belə ki, Məsihin ölümü də Allahın Padşahlığı üçün bərəkətli məhsul verəcəkdir. Bitkilər aləmində olduğu kimi, Onun ölümünün nəticəsi də həyat olacaqdır.HD 56.3

    Məsihlə birgə işləyərək layiqli məhsul vermək istəyən hər adam əvvəl torpağa düşüb ölməlidir. Həyat dünyanın ehtiyaclarının əkin tarlasına atılmalıdır. Özünəməhəbbət və özünəxidmət isə məhv edilməlidir. Bu zaman özünü qurban vermək qanunu — özünü xilas etmək qanunu kimi nəticə verəcəkdir. Torpağa atılan toxum məhsul verir və bu məhsul özü də növbəti əkin üçün istifadə edilir. Yeni biçində məhsul artırılmış olur. Beləliklə, əkinçi öz toxumunu torpağa ataraq, həqiqətdə onu saxlamış olur. İnsanların həyatında da belədir: vermək — yaşamaq deməkdir. Əbədiyyət üçün saxlanılan həyat Allahın və insanların xidmətinə könüllü olaraq həsr edilmiş həyat olacaqdır. Bu dünyada Məsih naminə həyatlarını qurban verən adamlar onu əbədi həyat üçün saxlayacaqlar.HD 56.4

    Deməli, toxum ölür ki, yeni həyat versin. Bunu müşahidə edərək, biz dirilməni dərk edirik. Allahı sevənlərin hamısı yenə göylərdəki Ədəmdə yaşayacaqlar. Qəbirdə çürüyəcək insan bədəni haqqında Allah demişdir: “Fanilikdə əkilir, qeyri-fanilikdə bitir; hörmətsizliklə əkilir, cəlalla dirilir; zəifliklə əkilir, qüdrətlə dirilir” (1 Kor. 15:42).HD 57.1

    Əkinçi və toxum haqqında olan, təbiətin özündən götürülmüş məsəlin çoxsaylı dərslərindən bəziləri bunlardır. Valideyn və müəllimlər uşaqları ali həqiqətlərə yönəltmək, Müjdə dərslərini təcrübədə möhkəmlətmək üçün müxtəlif imkanlardan istifadə etməlidirlər. Qoy uşaqların özləri torpağı hazırlayıb, toxumları əksinlər. İş vaxtı valideynlər, yaxud müəllim müqayisə edərək, xeyir və şər toxumları əkilən ürəkdən söz açaraq deyə bilərlər ki, torpağı əkinə hazırlayan kimi, insan qəlbini də həqiqət toxumlarının kök atıb böyüməsi üçün hazırlamaq lazımdır. Torpağa toxum əkildiyi zaman Məsihin ölümündən, ilk cücərtilər görünəndə isə dirilməyin həqiqiliyindən danışmaq olar. Səpilmiş toxumların sonrakı inkişafı vaxtı da təbii və ruhlu əkin haqqında bənzətməni davam etdirmək olar.HD 57.2

    Gəncləri də bu tərzdə öyrətmək gərəkdir. Onlara torpaqda işləməyi öyrətmək lazımdır. Bunun üçün һәг məktəbin yanında torpaq sahəsi təşkil edib, Allahın şəxsi dərs otağı kimi istifadə etmək məqsədəuyğun olardı. Təbiətdə baş verənlər özünəməxsus bir dərslikdir ki, Onun övladları ondan istifadə etməyi öyrənməlidirlər. Qəlbin tarlasını becərməyi də biz təbiətdən öyrənə bilərik.HD 57.3

    Yenidən əkinçi və toxum haqqında məsələ qayıdaraq, bir mühüm məqama toxunaq. Əkilməmiş torpaqdan heç kim yaxşı məhsul almağı düşünmür. Torpağı əkinə hazırlamaq üçün isə inadla və əzmlə çalışmaq gərəkdir. İnsan ürəyindəki ruhlu iş də belə görülməlidir. İnsanların xilasında uğur qazanmaq istəyən adam onlara Allahın Kəlamını ürəkdən çatdırmaq istəməlidir. Bu zaman o, Müqəddəs Ruhun insanların ürəklərini artıq əkib yumşaltdığını görəcəkdir. Torpağa inadlı əmək sərf edilməyibsə, o, məhsul verməyəcəkdir. Ürəyin tarlasında da belədir: Allahın izzəti üçün məhsul verməkdən ötrü onu Müqəddəs Ruh hazırlamalıdır.HD 58.1

    Torpaqda vaxtaşırı işlədikdə, o, bərəkətli məhsul vermir. O bizdən daimi, gündəlik əmək tələb edir. Onu dərindən və tez-tez əkmək lazımdır ki, xeyirxah cücərtilərdən qidanı qəsb edən alaq otları məhv edilsinlər.Torpağı əkib səpənlər gələcək məhsulu məhz belə hazırlayırlar. Tarlanın ortasında dayanıb yerinə yetməyən ümidlərin necə puç olduğunu müşahidə etmək heç bir bəhrə vermir.HD 58.2

    Torpaqda əzmlə çalışan, eyni zamanda təbiətin ruhlu dərslərini dərk edən adamlara Allah xeyir-dua verir. Torpağı becərməyə başlayan zaman əkinçi nə kimi cəvahirata sahib ola biləcəyini təsəvvür edə bilmir. Əkinçi təcrübəli və ağıllı adamların məsləhətinə qulaq assa da, iş prosesində özünə açılan dərsləri də mənimsəməsi lazımdır. Bu, qəlbin tərbiyələnməsində uğurun inkarolunmaz şərtidir. Torpağın becərilməsi ruhun böyüməsində mühüm rol oynayır.HD 58.3

    Toxumu dirildən, gecə və gündüz onun qayğısını çəkən, inkişaf etməsi üçün ona qüvvət verən Allah Öz övladlarına daha çox qayğı və diqqət göstərir. İnsan özünün dünya həyatı üçün toxum əkirsə, İlahi Əkinçi insanların qəlbində əbədi həyat üçün məhsul verəcək toxumlar əkir.HD 58.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents