Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Мауауа bənzəyir

    (Mt. 13:33; Lk. 13:20, 21)

    Qalileyalı Peyğəmbəri dinləməyə bir çox savadlı və nüfuzlu insanlar gəlirdilər. Onların bəziləri Məsihin ətrafında cəmləşmiş insanlara maraqla baxırdılar. Burada yoxsul, savadsız, cırıq paltarlı dilənçini və üzündə günah möhürü olan qulduru, əlili və zinakarı, taciri və əyləncə adamını, yuxarı və aşağı təbəqənin nümayəndələrini, varlı və kasıbları görmək olardı. Bir sözlə, hamı bir-birini sıxışdıraraq, Məsihin sözlərini eşitmək üçün Ona yaxın olmağa çalışırdılar. Bəzi savadlı adamlar belə bir əcaib yığıncağa baxıb, özlərinə sual verirdilər: “Allahın Padşahlığı bunlardan bina edilə bilərmi?” Xilaskar yenidən onlara məsəllə cavab verdi:HD 59.1

    “Göylərin Padşahlığı xəmir mayasına bənzər. Qadın onu götürüb üç ölçü unun içində, bütün xəmir turşuyana qədər saxlayır”.HD 59.2

    Yəhudilərin arasında xəmir mayası bəzən günahın simvolu şəklində işlədilirdi. Pasxa dövründə evdən hər cür mayanı uzaqlaşdırmaq tövsiyə edilirdi ki, bu da qəlblərdən günahı uzaqlaşdırmağı göstərirdi. Məsih də Öz şagirdlərini xəbərdar edirdi: “Fəriseylərin mayasından — yəni ikiüzlülükdən — özünüzü qoruyun” (Lk. 12:1). Həvari Pavel isə “kin və yamanlıq mayasından” bəhs edir (1 Kor. 5:8). Lakin Məsihin məsəlində bəhs edilən maya simvolu Göylərin Padşahlığından xəbər verir. Burada o, Allahın hər cür işi sürətləndirən, hamını birləşdirən qüdrətini nümayiş etdirir.HD 59.3

    Heç kim o qədər yamarı və alçaq könüllü ola bilməz ki, bu qüvvə onda təmizləyici iş apara bilməsin. Özünü Müqəddəs Ruha təslim edən hər adamda yeni həyat prinsipi təsdiq olunacaqdır; itirilmiş Allah təcəssümü insanda bərpa ediləcəkdir.HD 60.1

    Ancaq insan şəxsi iradəsi ilə öz-özünü dəyişə bilməz. O belə bir yeniləşmə etmək üçün lazımi qüvvəyə malik deyil. Hazırlanan qidada istənilən dəyişikliyi əldə etmək üçün ona tamamilə kənardan götürülmüş bir şey — maya əlavə edirlər. Buna bənzər şəkildə, günahkar da izzət padşahlığına layiq olmaq üçün Allahın lütfünü qəbul etməlidir. Dünyada olan heç bir mədəniyyət və təhsil düşgün günah övladını göylərin övladı edə bilməz. Yeniləşdirən enerji Allahdan gəlməlidir. Arzu edilən dəyişiklik yalnız Müqəddəs Ruhun köməyi ilə baş tuta bilər. Yuxarı, yaxud aşağı təbəqədən olmasına baxmayaraq, xilas olmaq istəyən hər kəs məhz bu yeniləşdirici qüvvəyə təslim olmalıdır.HD 60.2

    Xəmirə qatılmış maya içəridən başlayaraq, bütün xəmiri şişirtdiyi kimi, Allahın lütfü də insanın ürəyinə nüfuz edərək, onun bütün həyatında təzahür edir. Heç bir sırf xarici dəyişiklik bizi Allahla barışmağa gətirə bilməz. Çoxları özlərinin bu və ya digər zərərli vərdişini tərgitməklə məsihçi olmaq haqqında düşünürlər. Lakin onlar vacib olan işdən başlamırlar. Hər şeydən əvvəl ürəyin dəyişməsi gərəkdir.HD 60.3

    İmana dildə şəhadət etmək başqa, ürəyi dolduran həqiqətlə yaşamaq isə tam başqadır. Həqiqəti, sadəcə, bilmək kifayət deyildir. Biz belə biliyə malik olsaq belə, təfəkkürümüzün istiqaməti dəyişməz qalır. Ürəyin özünün dəyişməsi və paklaşması gərəkdir.HD 60.4

    Allahın qanunlarına yalnız borcluluq hissindən sadiq olan, yalnız tələb edildiyi üçün onlara riayət edən insan Allaha təslim olmağın həqiqi sevincini duymayacaqdır. Həqiqətdə, bu, imansızlıqdır. Allahın buyurduqları insanın istəklərinə zidd olduğu üçün boyunduruq kimi qarşılananda, belə bir adamın həqiqi məsihçi olmadığına əmin ola bilərik. Allaha həqiqi itaət daxili təməl üzərində qurulmalıdır. O öz əsasını paklığa məhəbbətdən, İlahi Qanuna valehlikdən götürür. Həqiqi paklığın əsasında Xilaskarımıza olan sədaqətimiz durmalıdır. Bu onunla nəticələnəcək ki, biz doğru olanı məhz doğru olduğu üçün həyata keçirəcəyik — çünki doğru olanı etmək Allahı məmnun edir.HD 60.5

    Müqəddəs Ruh vasitəsilə ürəyin dəyişməsinin ali həqiqəti Məsihin Nakdimona dediyi sözlərdən əyan olur: “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz... Bədəndən doğulan bədəndir, Ruhdan doğulan ruhdur. Sənə: “Yenidən doğulmalısınız” — dediyimə təəccüblənmə. Yel istədiyi yerdə əsər, onun səsini eşidərsən, fəqət haradan gəlib, haraya getdiyini bilməzsən; Ruhdan doğulmuş hər adam da belədir” (Yəh. 3:3-8).HD 61.1

    Müqəddəs Ruhdan ilham almış həvari Pavel belə yazır: “Mərhəməti bol olan Allah, bizi sevdiyi böyük məhəbbətdən ötrü, təqsirlərimiz üzündən ölü olduğumuz halda, bizə Məsihlə bərabər həyat verdi (siz Allahın lütfü ilə xilas olmusunuz) və Məsihlə bərabər bizi dirildib, səmavi aləmdə oturtdu ki, gələcək dövrlərdə Öz lütfünün hədsiz zənginliyini İsa Məsihdə bizə göstərdiyi xeyirxahlıqla izhar etsin. Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu sizdən asılı deyil, Allahın ənamıdır” (Ef. 2:4-8).HD 61.2

    Xəmirə daxil edilmiş maya gizli təsir edərək, bütün kütləni turşudur; həqiqət mayası da gözəgörünməz şəkildə təsir edir ki, bu da nəticədə qəlbin yeniləşməsinə gətirib çıxardır. Öldürücü ehtiraslar onun təsiri altında yumşalaraq getdikcə zəifləyir. İnsanda yeni fikirlər, yeni hisslər və yeni istəklər doğulur. Qəlb özünə yeni ideal — Məsihin həyatını seçir. İnsanın şüuru yenidən qurularaq, qabiliyyətləri yeni istiqamətə yönəldilir. İnsan yeni qabiliyyətlər əldə etmir, lakin malik olduğu qabiliyyətlər paklaşır və xeyir-dua alır. Onun vicdanı oyanır. Onun xasiyyəti dəyişərək Allaha xidmət etməyə yönəlir.HD 61.3

    Tez-tez sual olunur ki, nə üçün özlərini İlahi Kəlama iman etmiş hesab edənlərin çoxlarının nə sözlərində, nə ruhlu vəziyyətlərində, nə də xasiyyətlərində yuxarıda göstərilmiş dəyişikliklər baş vermir? Axı nə üçün ətrafımızda bir çoxları istəklərinə və planlarına zidd olan heç nəyi qəbul etmirlər, günahlı ehtiraslara və sərt, amiranə və düşünülməmiş sözlərə yol verirlər? Həqiqətdən tamamilə uzaq olan insanlardakı kimi, aldadıcı dünya həyatına hakim olan özünəpərəstiş, eqoizm, cilovsuz təbiət, məntiqsiz düşüncələr, günahkar ehtiraslar, pozğun xasiyyət kimi cəhətlər yenə də onların həyatında görünməkdədir. Bunun səbəbi ondadır ki, bu adamlar həqiqətdə tamamilə Allaha təslim olmayıblar. Onlar həqiqət mayasını ürəklərinə qəbul etmədikləri üçün o təsirsiz qalmışdır. Onların günaha təbii və sonradan qazanılmış aludəçilikləri həqiqət mayasının yeniləşdirici qüvvəsinə tabe edilməmişdir. Onların həyatında Məsihin lütfü olmadığı üçün, qəlbləri Onun onları dəyişdirə biləcək qüdrətinə imansızlıqla doludur.HD 61.4

    “İman eşitməkdən, eşitmək isə Allahın Kəlamı vasitəsilə olur” (Rom. 10:17). Müqəddəs Yazılar xasiyyətin dəyişməsinin ən ali vasitəsidir. Məsih belə dua edirdi: “Onları həqiqətinlə müqəddəs eylə; Sənin sözün həqiqətdir” (Yəh. 17:17). İlahi Kəlamı öyrənərək onun buyurduqlarına tabe olsaq, o, ürəyimizdə mütləq iş apararaq, xasiyyətimizin müqəddəslikdən uzaq olan hər bir cəhətini zəiflədərək yox edəcəkdir. Vicdan vasitəsilə təsir edən Müqəddəs Ruh günahlarımızı ifşa edir, Məsihin məhəbbətilə ürəyimizdə artan iman isə bizi bədəndə, qəlbdə və ruhda Onun təcəssümü ilə uyğunlaşdırır. Yalnız bu təqdirdə Allah bizdən Öz iradəsinin icrası üçün istifadə edə biləcəkdir. Bizə bəxş edilən qüvvə daxilimizdə təsir buraxır, sonra da xaricə çıxıb bizi malik olduğumuz həqiqəti başqalarına çatdırmağa vadar edir.HD 62.1

    Allah Kəlamının həqiqətləri insanın ən əsas və mühüm ehtiyacına cavab verərək, qəlbin iman vasitəsilə yeniləşməsinə gətirir. Bu böyük prinsiplər gündəlik həyatımıza tətbiq edilmək üçün həddindən artıq pak və müqəddəs hesab edilməməlidir. Bunlar göylərə çatan və əbədiyyəti göstərən həqiqətlərdir, lakin onların təsiri bəşəri təcrübədə həyata keçməlidir. Bu həqiqətlər həyatın hər sahəsinə, ən böyükdən ən kiçiyə qədər hər şeyin dərinliyinə varmalıdır.HD 62.2

    Ürəyə daxil edilmiş həqiqət mayası bizim istəklərimizi idarə edir, fikirlərimizi təmizləyərək istiqamətləndirir və xasiyyətimizi yumşaldır. O, şüuru itiləşdirir və qəlbin enerjisini artırır, mərhəmət və məhəbbət hisslərini güclü edir.HD 63.1

    Məsihə yönəlmiş və Onun prinsiplərini mənimsəmiş insan dünya üçün tapmacadır. Eqoist, pula həris insan yalnız dünyanın var-dövlətini, şöhrətini və ləzzətlərini əldə edə bilər. Əbədiyyət onun məqsədlərinə daxil edilmir. Məsihin davamçıları üçün isə dünya nemətləri öz cazibəsini itirir. Onlar Məsihin adı və Onun izzətlənməsi naminə əzmlə çalışaraq, hələ Məsihi qəbul etməmiş və bu dünyada ümidlərini itirmiş insanların xilas olması üçün fədakarlıq göstərirlər. Günahkar dünya yalnız əbədi sərvətləri həqiqi hesab edən belə insanları başa düşə bilmir. Onların ürəklərində Məsihin məhəbbət dolu xilasedici qüvvəsi yaşayır. Bu məhəbbət insanın bütün başqa istəklərini özünə tabe edib, onu günah içində bogulan dünyadan yüksəyə qaldırır və onun öldürücü təsirindən xilas edir.HD 63.2

    Allah Kəlamı bizim insanlarla hər cür ünsiyyət və əlaqələrimizi paklaşdırır. Həqiqət mayası bizdə rəqabət, şöhrət və birincilik arzusu doğurmur. Həqiqi, Göydən gəlmiş məhəbbət eqoist və etibarsız olmur. O, insanların alqışlarından asılı deyil. Allahın lütfünü qəbul edən insanın ürəyi Allaha və Məsihin Özünü qurban verdiyi adamlara sonsuz sevgi ilə doludur. Onun mənliyi şöhrət axtarmır. O, yaxınlarını ona etdikləri nəvazişə görə, ona yüksək qiymət verdiklərinə görə deyil, hamısı Məsihin qanı ilə xilas aldıqları üçün sevir. İnsanlar onun istəklərini, sözlərini və hərəkətlərini səhv anladıqda isə məyus olmayaraq, əzmlə və təmkinlə işini davam etdirir. O, xeyirxah, qayğıkeş və ləyaqətlidir, eyni zamanda Allahın mərhəmət və məhəbbətinə etibar edərək, daim ümidlə yaşayır.HD 63.3

    Həvari bizə tövsiyə edir: “Sizi çağıran Müqəddəsə bənzəyib, özünüz də hər hərəkətinizdə müqəddəs olun, çünki yazılmışdır: ‘Müqəddəs olun, çünki Mən müqəddəsəm”‘ (1 Pet. 1:15,16). Məsihin lütfü bizə emosiyalarımızı və səsimizi Məsihə məxsus olan tərzdə cilovlamaq qabiliyyəti verir. Allahın lütfünün təsiri bir-birimizlə münasibətlərdə, nəvazişdə, təskinlik verən sözlərdə və qayğıkeşlikdə izhar ediləcəkdir. Belə evdə mələklərin mövcudluğu duyulur. Bu zaman həyatımız Allaha ucalan büxur tüstüsü kimi ətir saçacaqdır. Məhəbbət xeyirxahlıqda, həlimlikdə, mərhəmətli və çoxsəbirli olmağımızda izhar ediləcəkdir.HD 64.1

    İman etmiş adam zahirən də dəyişmiş olur. Qəlbdə mövcud olan Məsih Onu sevib qanunlarına riayət edən insanın üzündəki nurdan əyan olur. Belə sifətə həqiqət möhürü qonur. Onun üzündə zərif səma rahatlığı əks olunur. Bu sifətdə adi insan məhəbbətindən uca olan xeyirxahlıq təcəssümü görünür.HD 64.2

    İnsanda qəti dəyişikliklər edərək, həqiqət mayası ondakı kobudluğu zərifliyə, sərtliyi yumşaqlığa, eqoist hissləri xeyirxahlığa çevirir. Quzunun qanı ilə o, murdar olan hər şeyi yuyaraq paklaşdırır. Öz həyatverici qüvvəsi ilə o, şüuru, qəlbi və insanın bütün gücünü İlahi həyatla ahəngdarlığa gətirir. İnsan öz bəşəri təbiətilə İlahi təbiətin iştirakçısına çevrilir. O öz qüsursuz və kamil xasiyyəti ilə Məsihi izzətləndirir. İnsan müsbət tərəfdən dəyişdiyi zaman mələklər sevinc nəğmələrilə alqış edirlər, Allah və Məsih İlahi təcəssüm almış qəlblər üçün sevinirlər.HD 64.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents