Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Səmavi sərvətlər necə gizlədilmişdir

    Müjdənin sərvətləri gizlədilmiş adlanır. Öz müdrikliyinə arxalanan, ruhsuz məktəb fəlsəfəsinin əsarətində olan insanlar üçün xilas planının gözəlliyi, gücü və sirri gizli qalır. Çoxları gözləri var ikən görmür, qulaqları var ikən eşitmir və şüurları var ikən həqiqi sərvətləri seçə bilmirlər.HD 66.3

    İnsan xəzinə basdırılmış yerin üstündən keçib gedə bilər. Böyük ehtiyac və yoxsulluq içində yaşayan bir adam ağacın altında oturub dincələrkən, onun kökləri altında yatan xəzinədən xəbərsiz ola bilər. İbranilər də belə idilər. Qızıl həqiqətlər xəzinəsi ibrani xalqına etibar edilmişdi. Özündə Səmanın möhürünü daşıyan yəhudi həyat tərzi Məsihin Özü tərəfindən tərtib edilmişdi. Yəhudilərin rəmzlərində xilasın ali həqiqətləri gizlədilmişdi. Nəhayət Məsih gəldiyi zaman isə ibranilər obraz və simvolların dəlalət etdiyi Şəxsi tanıya bilmədilər. İlahi Kəlama malik olduqları halda, nəsildən-nəslə ötürülən adətlərə və Müqəddəs Yazının insanlar tərəfindən şərhinə qapılaraq, Məsihdə izhar olunmuş həqiqəti görmədilər. Müqəddəs Yazıların ruhlu mənası itirilmişdi. Hər cür biliyin xəzinəsi onlar üçün açıq olduğu halda, onlar onu tanımadılar.HD 66.4

    Allah Öz həqiqətini insandan gizlətmir. Ancaq insanlar öz əməlləri ilə onu özləri üçün anlaşılmaz edirlər. İsa ibranilərə Məsih olduğunu təsdiq edən kifayət qədər sübut gətirmişdi. Lakin Onun təlimi həyat tərzində qəti dəyişikliklər etməyi tələb edirdi. Yəhudilər başa düşürdülər ki, Məsihi qəbul etdikdə, öz eqoizmlərindən, çox əzizlədikləri qaydalardan və ənənələrdən, habelə öz vicdansız adətlərindən imtina etməlidirlər. Əbədi və dəyişməz həqiqətin qəbul edilməsi qurban tələb edirdi. Buna görə də Məsihə iman etmələri üçün Allahın verdiyi hər cür şəhadətdən üz çevirirdilər. Onlar Əhdi-Ətiqdə yazılanlara iman etdiklərini bildirirdilər, eyni zamanda da Məsihin həyatı və xasiyyəti haqqında ondakı şəhadətləri qəbul etmirdilər. Onlar bunu gördükləri zaman iman edəcəklərindən qorxurdular, çünki bu təqdirdə özlərinin köhnə yalanlarından əl çəkməli idilər. Müjdənin xəzinəsi, Yol, Həqiqət və Həyat olan İsa onların yanında idi, onlar isə Göylərin verə biləcəyi ən böyük ənamı rədd etdilər.HD 67.1

    “Bununla bərabər rəislərdən bir çoxları da Ona iman etdilər; fəqət havradan qovulmasınlar deyə fəriseylərdən ötrü imanlarını açıq bildirmirdilər” (Yəh. 12:42). Onlar hətta əmin oldular; iman etdilər ki, İsa Allahın Oğludur; lakin Onu təbliğ etmək öz şöhrətpərəst istəklərindən imtina etmək demək idi. Onlar səma xəzinəsinə sahib olmaq üçün lazım olan imana malik deyildilər. Dünya xəzinəsilə həddindən çox məşğul idilər.HD 67.2

    Bu gün də adamlar dünya sərvətlərinə malik olmaq üçün hərisliklə çalışırlar. Onların şüurları eqoist, şöhrətpərəst fikirlərlə qidalanır. Fani dünya varına, şöhrətinə və hakimiyyətinə malik olmaq üçün onlar bəşəri qanunları, ənənələri və tələbləri Allahın tələblərindən üstün tuturlar. Belələri üçün Onun Kəlamının sərvətləri gizli qalır.HD 67.3

    “Nəfsani adam, Allahın Ruhuna dair həqiqətləri qəbul etmir, çünki o bunları ağılsızlıq hesab edir və anlaya bilmir. Çünki bunlar ruhən dərk edilir” (1 Kor. 2:14).HD 67.4

    “Və əgər Müjdəmiz örtülüdürsədə, həlak olanlar üçün örtülüdür. Onlara gəlincə, bu əsrin tanrısı imansızların zehinlərini kor etmişdir ki, /görünməz/ Allahın surəti olan Məsihin izzəti haqqındakı Müjdənin nuru onları aydınlatmasın” (2 Kor: 4:3, 4).HD 68.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents