Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Xəzinə axtarışları

    Bizim tədrisimizin əsasında Allahın kəlamı dayanmalıdır. Biz öz övladlarımızı da onda açılan həqiqətlərə yönəltməliyik. Yuxarıda deyildiyi kimi, burada tükənməyən bir xəzinə gizlənir, lakin insanlar onun yanından keçirlər, çünki onu axtarmaq istəmirlər. Onların çoxu həqiqəti inadla axtarmaq əvəzinə, onun haqqındakı təxmini təsəvvürlərlə və һәг cür gümanlarla kifayətlənirlər. Bu zavallılar başqalarının dediklərinə asanlıqla inanaraq, İlahi Kəlamda gizli xəzinə axtarışına bənzədilmiş sərbəst və əzmkar işə başlamaqdan qorxurlar. Ancaq insanların həqiqət haqqındakı gümanları nəinki etibarsız, eyni zamanda təhlükəlidir, çünki onlar son nəticədə insanı Allahdan üstün edirlər. “Rəb belə deyir” sözləri əvəzinə, onlar insanların cümlələrinə istinad edirlər.HD 71.1

    Məsih — həqiqətdir. Onun kəlamları doğru və həqiqidir və özündə ilk baxışda göründüyündən daha dərin məna daşıyır. Məsihin kəlamlarının hamısı, öz zahiri sadəliyinə baxmayaraq, çox qiymətlidir. Müqəddəs Ruhla paklanmış və möhkəmlənmiş şüur bu sadə kəlmələrin dəyərini dərk edə bilir. O, gizli olmasına baxmayaraq, qiymətli həqiqət mirvarilərini görməyə qadirdir.HD 71.2

    Bəşəri nəzəriyyə və düşüncələr heç zaman bizi İlahi Kəlamın dərk edilməsinə gətirməyəcəkdir. Fəlsəfəni bir qədər mənimsəmiş adamlar çox vaxt hesab edirlər ki, həqiqətin axtarılmasında və küfrün imanlılar cəmiyyətinə daxil olmasının qarşısının alınmasında onların göstərişləri vacibdir. Lakin məhz onların bu göstərişləri və izahları yalan nəzəriyyələrə və küfrə gətirir. Müxtəlif vaxtlarda insanlar Yazılarda qəliz və başa düşülməyən hesab etdiklərini izah etməyə inadlı cəhdlər edirdilər; lakin əksər hallarda onların bu cəhdləri aydınlaşdırmaq istədiklərini daha çox qəlizləşdirirdi.HD 71.3

    Kahin və fəriseylər hesab edirdilər ki, İlahi Kəlam haqqında öz şərhlərini verərək, müəllim kimi böyük bir iş görürlər, lakin Məsih onların haqqında belə buyurmuşdu: “Siz Yazıları və Allahın qüdrətini anlamadığınıza görə yanılırsınız” (Mk. 12:24). O onları “ehkam olaraq insan əmrlərini öyrətməkdə” ittiham edirdi (Mk. 7:7). İlahi Kəlamın müəllimləri sayılan və güman olunduğu kimi, Yazıları başa düşən adamlar həqiqətdə Onu icra etmirdilər. Allah Kəlamının həqiqi mənasını görməmələri üçün şeytan onların şüurlarını korlaşdırmışdı.HD 71.4

    Bu bizim günlərdə də bir çoxlarına aiddir. Bunda bir çox imanlılar cəmiyyətləri günahkardırlar. Bu gün müdrik insanlar kimi qəbul edilən kəslərin yəhudi müəllimlərinin səhvlərini təkrar etmək təhlükəsi çox böyükdür. Onlar İlahi Kəlamın yalan şərhini verdikləri üçün, çoxsaylı qəlblər çaş-baş qalaraq, qaranlıqda azıb İlahi həqiqətin düzgün mənimsənilməsindən uzaq olurlar.HD 72.1

    Müqəddəs Yazını insan təxəyyülünün və ənənəvi təsəvvürlərin zəif işığında oxumaq doğru deyil. Rəvayət və təsəvvürlərə istinad edərək Yazını izah eləmək cəhdi, günəş şüalarına zəif çıraq işığı əlavə etməyə bənzər. Allahın müqəddəs Kəlamının dünyanın zəif çıraq işıqlarına ehtiyacı yoxdur. Onun Özü qüdrətli işıq mənbəyi, Allahın insanlara açılmış izzətidir və onun yanında hər hansı başqa bir işıq çox zəifdir.HD 72.2

    Allah Kəlamının öyrənilməsi İlahi həqiqətlərin dərin, əzmli və həssas tədqiq edilməsindən ibarətdir. Səhlənkar şüur həqiqətin açıq-aydın görünüşünə heç vaxt nail olmur. Belə ki, hətta dünya nemətlərinə nail olmaq üçün inadlı, səbirli və əzmli səylər tələb olunur. Öz işində müvəffəqiyyət əldə etmək istəyən adam da inadla çalışmalı və nəticəyə inanmalıdır. Eynilə inadlı zəhmətsiz biz ruhlu biliyə də malik ola bilmərik. Əbədi həqiqətlər xəzinəsini aşkar etmək istəyən adam torpaqdakı sərvətləri axtaran çalışqan insan kimi qazıntıya başlamalıdır. Etinasız, səysiz görülən iş burada nəticə vermir. Gənc və yaşlı olan hər insan Allahın Kəlamını yalnız oxumaq yox, onu lazımi əzm və yanğı ilə tədqiq edib, dua edərək həqiqəti aşkar etməlidir. Bu zaman onlar mükafat alacaqlar, çünki Məsih onların idrakını gücləndirəcəkdir.HD 72.3

    Bizim qurtuluşumuz Müqəddəs Yazıda mövcud olan həqiqəti dərk etməyimizdən asılıdır. Allah istəyir ki, biz bu biliyə nail olaq. Axtarın, Müqəddəs Kitabın qiymətli həqiqətlərini öz yanan qəlblərinizlə axtarın. Qızılaxtaran yeri tədqiq edib qızıl mədənini axtardığı kimi, siz də Allah Kəlamını tədqiq edin. Allahla ünsiyyətdə daimiləşənə kimi, Onun sizin haqqınızda olan iradəsini dərk edənə kimi bu axtarışları dayandırmayın. Məsih bəyan eləyir: “Mənim adımla hər nə diləyərsinizsə, onu edəcəyəm; ta ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla bir şey diləyərsinizsə, onu edəcəyəm” (Yəh. 14:13, 14).HD 73.1

    Xeyirxah və qabiliyyətli insan əbədi dəyərləri müəyyən dərəcədə təsəvvür edə bilər; lakin bəzən bu cür insan belə ona əyan olanları dərk edə bilmir, çünki görünən əşyalar Gözəgörünməzin izzətini gizlədir. Gizli sərvətlərə malik olmaq istəyən hər kəs öz axtarışlarında dünya nemətlərindən yuxarıda duraraq, onlardan tamamilə imtina etməlidir. Onun bütün zehni və qabiliyyəti buna həsr edilməlidir.HD 73.2

    İtaətsizlik qapını Yazılardan əldə edilə biləcək böyük həcmdə biliklərin üzünə bağlayır. Anlama Allahın əmrlərinə itaət deməkdir. Yazılar mövhumatçı və qısqanc insanların fikrinə uyğun şərh edilməməlidir. O, yalnız həqiqət haqqında bilikləri səmimi ürəkdən axtaran və ona itaət edən insanlar tərəfindən başa düşülə bilər.HD 73.3

    Siz sual verə bilərsiniz: “Mən xilas olmaq üçün nə etməliyəm?” Yazını tədqiq etməyə başlayarkən, siz sonradan mənimsənilmiş və irsən aldığınız təsəvvürlərinizi kənara atmalısınız. Əgər Yazını öz şəxsi baxışlarınızı təsdiq etməkdən ötrü tədqiq edirsinizsə, heç zaman həqiqətə malik olmayacaqsınız. Rəbbin buyurduğunu dərk etmək üçün Müqəddəs Kitabı tədqiq edin. Bu zaman sizin baxışlarınızın həqiqətlə üst-üstə gəlmədiyi məlum olsa, onu öz nöqteyi-nəzərinizə uyğunlaşdırmağa cəhd etmədən bəxş olunan nuru qəbul edin. Şüurunuzu və ürəyinizi Allahın Kəlamının ecazkar həqiqətlərini mənimsəmək üçün açın.HD 73.4

    Məsihə dünyanın Xilaskarı kimi iman etmək — səmavi sərvətləri dərk etməyə və düzgün qiymətləndirməyə qadir ürəklə idarə olunan paklaşmış şüur tərəfindən həqiqətin qəbul edilməsi deməkdir. Belə bir iman tövbə və xasiyyətin yeniləşməsi ilə sıx bağlıdır. İman etmək — Müjdənin xəzinəsini aşkar edərək, onu tələb etdiyi vəzifələrlə birlikdə qəbul etmək deməkdir.HD 74.1

    “Bir kimsə yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz” (Yəh. 3:3). O, həqiqəti təsəvvür edib, onun haqqında bir gümanda ola bilər, ancaq imanla açılan ruhlu görmə qabiliyyəti yoxdursa, səma xəzinəsini görməyəcəkdir. Bu xəzinəni bizə bağışlamaq üçün Məsih Öz həyatını vermişdir; lakin Onun qanına iman edib yeniləşmədən nə günahların bağışlanması, nə də һәг hansı ölümə məhkum insana həyat vermək mümkündür.HD 74.2

    Beləliklə, Allah Kəlamındakı həqiqətləri görməkdən ötrü bizim şüurumuz Müqəddəs Ruhla işıqlanmalıdır. Təbiətin gözəlliyi yalnız günəş öz şüalarını onun üstünə salan zaman görünür. İlahi Kəlamdakı sərvətlərin dəyərini də onların üzərinə Həqiqət Günəşinin parlaq şüaları düşməmiş tam qiymətləndirə bilmərik.HD 74.3

    Sonsuz məhəbbətin mərhəmətilə göylərdən göndərilmiş Müqəddəs Ruh İlahi keyfiyyətləri özü ilə gətirir və onları Məsihə heç bir şəksiz inanan hər bir qəlbdə məskunlaşdırır. Onun qüvvəsilə xilas üçün vacib olan həyati həqiqətlər imanlı şəxsin hafizəsində həkk olaraq, o qədər aşkar olur ki, həyat yolu tam aydın görünür və bir daha yol axtarmağa ehtiyac qalmır. Yazıları öyrənərək, biz daim Allahın Müqəddəs Ruhunun nuru haqqında dua etməliyik ki, Onun Kəlamının sərvətlərini aydın görərək qiymətləndirə bilək.HD 74.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents