Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Zəhmətin mükafatı

    Heç kim heç zaman düşünməməlidir ki, onun üçün aydın olmayan heç nə qalmamışdır. Hər cür insan zəkasının dərinliyini təyin etmək olar; dünyəvi müəlliflərin işlərini mənimsəmək mümkündür; lakin ən yüksək, ən dərin və ən geniş zəka və insan təsəvvürü Allahı tam dərk edə bilməz. Bizim dərk edə biləcəklərimizdən kənarda daim dərk olıınmayan sonsuzluq qalır. Biz İlahi izzətin, sonsuz bilik və müdrikliyin yalnız xırda parıltısını görə bilirik; sanki qızıl mədəninin üstündə dururuq və o, dərinlikdə olan sərvətlərini yalnız daim qazıntı işləri aparan şəxslərə verəcək. Qazıntılar get-gedə dərinləşərək, nəticədə böyük xəzinəyə çıxaracaqdır. Həqiqi iman vasitəsilə insan İlahi biliklər əldə edəcək.HD 74.5

    Məsihin ruhunda tədqiq edənlərin heç biri mükafatsız qalmayacaqdır. Əgər insan Yazılara öyüd almaq istəyən bir uşaq kimi yanaşır və özünü tamamilə Allaha təslim edirsə, Onun Kəlamının həqiqətini mütləq tapacaqdır. İnsanlar Allaha itaətdə olsaydılar, Onun dünyanı idarə etmək planını başa düşərdilər. Səma aləmi özünün lütf və izzət xəzinəsini onlar üçün açardı. İnsanlar indikindən tamam fərqli olardılar, çünki həqiqət mirvarilərini axtararaq xeyirxahlaşardılar. Xilasın sirri, Məsihin zühür etməsi, Onun xilasedici qurbanı indiki qədər qaranlıq qalmazdı. Onlar aydın başa düşülməkdən əlavə, həm də daha yüksək qiymətləndirilərdilər.HD 75.1

    Allaha Öz duasında Məsih dünyaya yaddaşlarda və ürəklərdə həkk olunmalı dərs verdi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəh. 17:3). Həqiqi təhsil məhz budur. İnsana həqiqi qüvvəni bu verir. Allahı və Onun göndərdiyi İsa Məsihi həqiqətən tanımaq — insanı Allahın surətinə və bənzərinə uyğun yeniləşdirir. Bu, insanı öz üzərində hakim olmağa və günahkar təbiətinin hər cür istək və ehtiraslarını şüurun ali məqsədlərinə təslim etməyə gətirir. Allahı dərk etmək insanı Allahın övladı və səmanın varisi edir. O, Nəhayətsizin dərgahı ilə təmasa girir və kainatın tükənməz sərvətləri onun üçün açılır.HD 75.2

    Allah Kəlamının tədqiq edilməsi sayəsində əldə edilən bilik məhz belə bilikdir. Bu xəzinənin əvəzində dünyanın bütün nemətlərindən imtina edən һәг kəs onu tapa biləcəkdir.HD 75.3

    “Sən idrakı həqiqətən çağırsan, səs ucaldıb dərrakəni səsləsən, bunları gümüş kimi axtarsan, gizli xəzinə kimi arasan, onda Rəbb qorxusunu anlayarsan, Allahı tanıyarsan” (Məs. 2:3-5).HD 76.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents