Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Mirvari

    (Mt. 13:45, 46)

    Xilaskarımız xilasedici məhəbbətin xeyir-duasını qiymətli mirvari ilə müqayisə edir. O Öz nəsihətini qəşəng mirvarilər axtaran bir tacir haqqında məsəllə təsvir edir, “o, dəyəri çox böyük olan bir mirvari taparaq, gedib bütün varını satıb onu satın aldı”. Ən böyük dəyəri olan mirvari — Məsihin Özüdür. Allahın bütün izzəti və dolğunluğu Onda cəm olmuşdur. O, Allahın izzətinin parıltısı və Onun şəxsiyyətinin təcəssümüdür. İlahi keyfiyyətlərin izzəti Onun xasiyyətində izhar edilmişdir. Müqəddəs Yazının hər sətri Onun işığı ilə parıldayır. Məsihin paklığı cüzi bir ləkəsi və qüsuru olmayan ağ mirvaridir. Heç bir insan əməli Allahın böyük və dəyərli ənamını əvəz edə bilməz. Onda heç bir qüsur yoxdur. “Hikmətin və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir” (Kol. 2:3). O, “bizim üçün Allahın müdrikliyi, salehliyi, qüdsiyyəti və xilası oldu” (1 Kor. 1:30). İnsan qəlbinin həm bu, həm də gələcək həyatdakı ehtiyaclarını ödəyəcək hər şeyi biz Məsihdə tapırıq. Bizim Xilaskarımız o qədər dəyərli bir mirvaridir ki, Onunla müqayisədə başqa hər şey çox solğun görünür.HD 77.1

    Məsih “Öz yurduna gəldi və Öz xalqı da Onu qəbul etmədi” (Yəh. 1:11). Lakin Allahın nuru dünyanın qaranlığında parladı “və qaranlıq onu dərk etmədi” (Yəh. 1:5). Fəqət Səmanın ənamına hamı biganə olmadı. Məsəldəki tacir səmimiyyətlə həqiqəti axtaran adamları təcəssüm etdirir. Müxtəlif xalqların içində zəkalı, ciddi adamlar mövcuddurlar ki, onlar ədəbiyyatda, elmdə və bütpərəst dünyasının dinlərində qəlblərinə xəzinə ola biləcək bir varlıq axtarırlar. Yəhudilərin içərisində də hələ malik olmadıqları şeyə çatmaq istəyənlər var idi. Formal dindən ümidlərini üzərək, onlar ruhlu və yüksək olanı axtarırdılar. Məsihin seçdiyi şagirdləri Kornelius və həbəş hərəmağası məhz həqiqəti qəlblərinə xəzinə etmək istəyən insanlar idilər. Onlar həqiqətə ehtiyac duyaraq, Səma nurunun göndərilməsi üçün dua edirdilər; Məsih onlara aşkar olan kimi Onu sevinclə qəbul etdilər.HD 77.2

    Məsəldə mirvari ənam kimi təsvir edilmir. Tacir malik olduğu hər şeyi sataraq, onu satın alır. Çoxları bunda ziddiyyət görürlər, çünki Yazıda Məsihin Özü ənam kimi təsvir olunub. Həqiqətdə məsəl Yazının ümumi məntiqindən kənar deyildir. Məsih həqiqətən də ənamdır, lakin o kəslər üçün ki, onlar canlarını, qəlblərini və ruhlarını son damlasına kimi Ona verirlər. Allaha itaətli həyat yaşayaraq, Onun buyurduqlarına sevinclə tabe olmaq üçün biz bütövlüklə özümüzü Məsihə təslim etməliyik. İbarət olduğumuz hər şey, bütün qabiliyyət və istedadlarımız Allaha məxsusdur və Ona səcdə üçün istifadə edilməlidir. Biz bu tərzdə tamamilə Məsihə təslim olduğumuz zaman, O da Özünü səmanın bütün sərvətləri ilə birlikdə bizə vermiş olur. Beləliklə, biz ən qiymətli mirvariyə malik oluruq.HD 78.1

    Xilas azad seçilən ənamdır, lakin eyni zamanda o alınıb satılmalıdır. Bunu düzgün başa düşmək lazımdır. İlahi mərhəmətlə idarə edilən bazarda dəyərli mirvarinin qiyməti yoxdur və pulsuz alınır. Bu bazarda hər kəs, hətta ən yoxsul kasıb da səmanın varına malik ola bilər. Həqiqət mirvarilərini burada hər kəs ala bilər. “Budur, Mən sənin üzünə qapı açmışam, — deyərək Rəb nida edir, — onu heç kim bağlaya bilməz”. Bu qapının ağzını heç bir qılınc kəsmir. İçəridən gələn səs dəvət edir: “İçəri gir”. Xilaskarın səsi əzmlə və məhəbbətlə bizi dəvət edir: “Sənə məsləhət görürəm, Məndən odla təmizlənmiş qızıl al ki, zəngin olasan” (Vəh. 3:8,18).HD 78.2

    Məsih haqqında Müjdə hər bir kəsin malik ola biləcəyi xeyir-duadır. Kasıb da xilası ənam ala bilər, çünki o, dünya nemətlərinə satılmır. Onu könüllü itaətlə, Məsihin Öz qanı bahasına satın aldığı canlar kimi, Ona təslim olmaqla əldə etmək olar. Ən kamil və əsaslı təhsil belə, insanı Allaha yaxınlaşdıra bilmir. Fəriseylər özlərinin bütün dünyəvi və ruhlu üstünlükləri ilə öyünərək, fəxrlə bəyan edirdilər: “Mən zənginəm və varlanmışam, heç nəyə ehtiyacım yoxdur”; lakin bununla bərabər onların hər biri “zavallı, yazıq, yoxsul, kor və çılpaq” idi (Vəh. 3:17). Məsih onlara ən böyük dəyərə malik mirvari təklif elədi, lakin onlar onu qəbul etmədilər və O onlara belə dedi: “Vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər” (Mat. 21:31).HD 79.1

    Biz əməllərimizlə xilas ola bilmərik, lakin ona elə bir yanğı və əzmlə can atmalıyıq ki, onun əldə edilməsi üçün dünyanın hər şeyindən imtina etməyə hazır olaq.HD 79.2

    Biz dəyərli mirvarini axtarmalıyıq, lakin dünya bazarında və dünyəvi yollarla deyil. Onun qiyməti qızıl və gümüşlə ölçülmür, çünki bu mirvari Allaha məxsusdur. Dünyəvi, yaxud ruhlu üstünlüklərin və xidmətlərin sayəsində xilas olacağınızı düşünməyin. Allah sizdən könüllü itaət gözləyir. O, günahlarınızdan əl çəkməyinizi xahiş edir. Məsih bəyan edir: “Mən qalib gəlib, Atamla bərabər Onun taxtında necə oturdumsa, qalib gələnə də icazə verəcəyəm ki, Öz taxtımda Mənimlə eləcə otursun” (Vəh. 3:21).HD 79.3

    İlk baxışdan göründüyü kimi, bəzi adamlar bütün həyatlarını səma mirvarisini əldə etməyə həsr ediblər. Ancaq bununla bərabər onlar özlərinin zərərli vərdişlərindən əl çəkmirlər. Onlar özləri üçün ölmürlər ki, Məsih onlarda yaşaya bilsin. Buna görə də onlar dəyərli mirvarini tapa bilmirlər. Onlar öz günahkar istəklərinə qalib gəlməyiblər, dünyəvi ehtirasların əsarətindən çıxmayıblar və çarmıxı götürüb Məsihin imtinalar və qurbanlarla dolu olan yolu ilə getmirlər. Az qala məsihçi olub, ancaq hələ də tam məsihçi olmayaraq, onlar Səma Padşahlığına yaxın kimi görünürlər, lakin daxil ola bilmirlər. Xilasa yaxın olub, lakin tam xilas olmayaraq, tamamilə itmiş olurlar.HD 79.4

    Qəşəng mirvarilər axtaran tacir məsəli ikili məna daşıyır: o, yalnız Göylərin Padşahlığına nail olmaq istəyənləri deyil, həm də Öz itirilmiş varisini axtaran Məsihi təsvir edir. Qəşəng mirvarilər axtaran Səma taciri Məsih itirilmiş bəşəriyyətin simasında qiymətsiz mirvari görürdü. O, günah tərəfindən murdarlanmış və pozulmuş insanlarda xilas imkanlarını görürdü. Allahla iblisin döyüş meydanı olmuş və məhəbbətin qüdrəti ilə xilas edilmiş ürəklər Xilaskar üçün heç zaman sıxıntı keçirməmiş ürəklərdən daha çox dəyərlidir. Allah bəşəriyyəti ümidsiz və heç nəyə yararsız saymırdı; O, ona Məsihdə baxır və onu xilaskar məhəbbətin sayəsində ola biləcəyi kimi görürdü. O, Öz kainatının bütün sərvətlərini toplayıb bu mirvarini satın almaq üçün verdi. İsa onu alıb Öz tacında qiymətli daş kimi yerləşdirdi. “Onlar Onun torpağında tac daş-qaşı kimi parıldayacaqlar” (Zək.9:16). “Ordular Rəbbi deyir: “Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq” (Mal. 3:17).HD 80.1

    Buna baxmayaraq, biz ilk növbədə yadda saxlamalıyıq ki, dəyərli mirvari Məsih Özüdür və bu mirvariyə malik olmağımız bizim ən böyük nailiyyətimizdir. Müqəddəs Ruh bizə Mirvarinin dəyərini açıqlayır. Müqəddəs Ruhun təsiri məhz səma ənamının axtarışları xüsusən inadlı və əzmli olduğu zaman görünür. Məsihin zamanında Müjdəni çoxları eşitmişdi, lakin şüurları yalan təlimlərlə tutulduğundan, onlar qalileyalı sadə Müəllimdə Allahın Elçisini görə bilmədilər. Ancaq Məsihin səmaya yüksəlib Allahın taxtına əyləşərək, vəsatətçilik xidmətinə başlaması Müqəddəs Ruhun göndərilməsi ilə əlamətdar oldu. Ruh Əllinci gündə göndərildi. Məsihin şahidləri ölülərdən dirilmiş Xilaskarın qüdrətini bəyan eləməyə başladılar. Səmanın nuru Məsihin düşmənlərinin aldatdıqları insanların qaranlıq şüurlarına da daxil oldu. Artıq onlar da Onda “İsrailə tövbə və günahların bağışlanmasını vermiş Rəis və Xilaskarı” görürdülər (Həv. iş. 5:31). Onlar Onu səma izzəti ilə əhatə edilmiş, əllərində itaətsizlikdən imtina etmiş һәг bir şəxsə veriləcək saysız-hesabsız sərvətlər tutmuş gördülər. Həvarilər vahid Oğulun izzətini bəyan etdikləri zaman üç min qəlb iman etdi. Bu adamlar özlərinin günahkar və natəmiz olduqlarını görüb, Məsihin simasında özlərinə Dost və Xilaskar tapdılar. Həvarilərə verilmiş Müqəddəs Ruhun vasitəsilə Məsih yüksəldildi və izzətləndirildi. İman edən insanlar Onun Simasında hər şeyi — alçaldılmanı, əzabları və ölümü qəbul edərək, onları ölümdən qurtarıb əbədi həyat vərən Şəxsiyyəti görürdülər. Müqəddəs Ruhun işi sayəsində Məsihin xasiyyəti onların qarşısında açıldı, Onun qüdrətinin və böyüklüyünün həqiqi dərk edilməsinə gətirərək, onları imanlı sevinclə əllərini Ona uzadıb “Mən iman edirəm” deməyə vadar etdi.HD 80.2

    Bundan sonra dirilmiş Xilaskar haqqında Müjdə dünyanın ən ucqar məntəqələrinə çatdı. İmanlılar cəmiyyəti çoxsaylı iman etmələrin şahidi oldu. Adamlar hər tərəfdən огауа axışdılar. İmanlılann çoxu təkrarən vəftiz olunurdular. Bütpərəstlər də məsihçilərə qoşulub ən böyük sərvətlərə malik olmağa çalışırdılar. Peyğəmbərin sözləri yerinə yetdi: ən gücsüz adam “Davud kimi oldu”, Davudun evi isə “Rəbbin mələyi kimi oldu” (Zək. 12:8). Hər bir məsihçi öz qardaşında xeyirxahlığın və məhəbbətin İlahi bənzərini görürdü. Hamı bir məqsədə qulluq edirdi. Bu məqsəd başqalarının da həyatına daxil oldu. Bütün ürəklər ahəngdar döyünürdü. Bütün imanlıların məqsədi Məsihin xasiyyətinə nail olaraq, Onun Padşahlığını genişləndirmək naminə çalışmaq idi. “İman edənlərin cəminin isə bir ürək və bir canı var idi... Həvarilər böyük qüdrət ilə Rəbb İsa Məsihin dirilməsinə şəhadət etdilər və Allah hamısına böyük lütflər yağdırdı” (Həv. iş. 4:32, 33). “Rəbb də xilas edilənləri gündən günə cəmiyyətə əlavə edirdi” (Həv. iş. 2:47). Məsihin Ruhu imanlılar cəmiyyətinə həyat verirdi; çünki bu adamlar ən böyük dəyərə malik olan mirvarini tapmışdılar.HD 81.1

    Bu, təkrar olunmalıdır, ancaq daha böyük qüdrətlə. Əllinci gündə Müqəddəs Ruhun göndərilməsi yalnız ilk yağmur idi; son yağmur isə daha bol olacaqdır. Ruh bizdən ancaq vüsətli çağırış və qəbuletmə gözləyir. Müqəddəs Ruhun qüdrəti ilə Məsih yenidən Öz dolğunluğu ilə insanlara açılmalıdır. İnsanlar yenidən səma mirvarisinin tükənməz dəyərini görərək, həvari Pavel ilə birlikdə deyəcəklər: “Mənə üstünlük təmin edən hər şeyi Məsih naminə zərər saydım. Və hətta uğrunda hər şeyin zərərini çəkdiyim Rəbbim Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edirəm” (Flp. 3:7, 8).HD 81.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents