Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Yeni və köhnə”

    (Mt. 13:51, 52)

    Xalqı öyrədərkən, Məsih eyni zamanda Öz şagirdlərini gələcək işə hazırlayırdı. Onun hər öyüdündə onlar üçün də dərsHD 85.1

    var idi. Tor haqqındakı məsəli danışdıqdan sonra O, şagirdlərindən soruşdu: “Bütün bu şeyləri anladınızmı?” Onlar İsaya: “Bəli, Ya Rəb”, — dedilər. Bu zaman yeni bir məsəl gətirərək, O, şagirdlərinin qəbul etdikləri həqiqətlərə məsuliyyətlə yanaşmalarına işarə etdi. “Beləliklə, Göylərin Padşahlığına öyrədilmiş hər din alimi xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzər”.HD 85.2

    Ağıllı ev sahibi öz xəzinəsini gizlətmir. Onu insanların qarşısına çıxarır ki, onlara da onun haqqında bilik versin. Xəzinənin dəyəri ondan istifadə edən zaman çoxalır. Məsih öyrədir ki, Onun şagirdlərinə tapşırdığı həqiqət dünyaya çatdırılmalıdır. Həqiqət haqqındakı biliklər başqalarına çatdırıldıqca çoxalır.HD 85.3

    Müjdə haqqında xəbəri ürəyinə qəbul etmiş hər kəs onu başqalarına çatdırmaq istəyəcəkdir. Məsihin İlahi məhəbbəti öz canlı təcəssümünü tapmalıdır. Məsihi qəbul etmiş kəslər mütləq öz təcrübələrilə bölüşərək, Müqəddəs Ruhun onları apardığı yol haqqında danışacaqlar. Allahın və Onun göndərdiyi İsa Məsihin dərk edilməsi yanğısı, Yazılardakı araşdırmaların nəticələri, yorulmaz dualar və qəlblərindəki alovdan bəhs edəcəklər. Nəhayət, Məsihin onlara yönəlmiş sözləri haqqında şəhadət edəcəklər: “Sənin günahların bağışlandı”. Belə yaşantıları gizlətmək qeyri-təbii olardı və Məsihin məhəbbətilə dolu olanlar, əlbəttə ki, belə etmirlər. Müqəddəs həqiqəti dərk etdikcə, onlarda alınan xeyir-duanı başqaları ilə bölüşmək arzusu çoxalacaq. Başqalarına İlahi lütf xəzinəsindən danışarkən, onlar bu lütfdən daha çox alacaqlar. Onların ürəkləri sadəlövh uşaq ürəyinə bənzəyərək, şərtsiz itaətdə olacaqdır. Onların qəlbləri şövqlə qüdsiyyətə çalışaraq, dünyaya çatdırmaq üçün getdikcə daha çox həqiqət və lütf sərvətlərinə malik olacaqdır.HD 85.4

    Böyük həqiqət xəzinəsi — Allah Kəlamıdır ki, yazılmış kəlamlar, təbiətin kitabı və eləcə də Allahın insan həyatında baş verən işləri ona daxildir. Onun işini yerinə yetirərək, Məsihin davamçıları bu xəzinədən bəhrələnməlidirlər. Onlar həqiqət axtarışlarında insan şüuruna, müdrikliyi Allah qarşısında dəlilik sayılan dahi adamlara deyil, ancaq Allaha arxalanmalıdırlar. Rəbb Onu dərk etməyə çalışan hər kəsə Özünün təyin etdiyi vasitələrlə Özü haqqında bilik çatdıracaqdır.HD 86.1

    Məsihin davamçısı Onun Kəlamına iman edərək, ona uyğun yaşayarsa, onun üçün ətraf aləmdə düzgün qəbul edib, qiymətləndirə bilməyəcəyi heç bir elm qalmayacaqdır. Bu dünyada elə bir şey yoxdur ki, malik olduğu həqiqətlərin başqalarına çatdırılması üçün insana yararlı olmasın. Təbiət elmi Məsihin məktəbində təhsil alan hər bir şagirdin bəhrələnə biləcəyi bilik xəzinəsidir. Təbiətin gözəlliyini müşahidə edərkən, onun sirlərini öyrənərkən, ağac əkərkən, yaxud torpağın, dənizin və səmanın möcüzələrini görərkən, bizə həqiqətin yeni mənası açılır. Allahın insanlara olan münasibəti, Onun müdrikliyi və ədalətliliyi haqqında dərin sirlər bizə agah olur, bu sirlər insan həyatında izhar edilir və onların hamısı səma xəzinəsindəndir.HD 86.2

    Yalnız yazılmış kəlamlarda Allah haqqında biliklər günahkar insana mümkün qədər aydın açılmışdır. Bu, Məsihin tükənməyən sərvətlər xəzinəsidir.HD 86.3

    Bildiyimiz kimi, Allah Kəlamına Əhdi-Ətiq və Əhdi-Cədid daxildir. Onların hər biri digəri olmadan tam deyildir. Məsih Özü bəyan edirdi ki, Əhdi-Ətiqin həqiqətləri də Əhdi-Cədidinki qədər dəyərlidir. Məsih, bugünkü kimi, dünyanın başlanğıcında da insanların Xilaskarı idi. Öz İlahiliyini insan təbiətində təcəssüm etdirib dünyamıza gəlməzdən əvvəl, Müjdə artıq Adəm, Şet, Xənok, Məfusəl və Nuh vasitəsilə verilmişdi. Müjdənin daşıyıcıları Kənanda İbrahim, Sodomda Lut və hər nəsildə Onun gəlişi haqqında xəbər verən müjdəçilər idilər. İbranilərin həyat tərzləri, bütün mərasimləri Məsihin Özü tərəfindən tərtib edilmişdi. Onların bütün qurbanlıq mərasimləri və ibadət sistemlərinin əsasında O dayanırdı. Qurbanlıq mərasimi zamanı axan qan Allahın Quzusunun qurbanını təsvir edirdi. Yalnız simvol olan qurbanlar Məsihdə öz son ifadəsini tapdı.HD 87.1

    Ağsaqqallara izhar edilmiş, qurbanlıq mərasimlərində nümayiş etdirilmiş, qanunda təsvir edilib, peyğəmbər vasitəsilə açılmış Məsih ƏhdiƏtiqin zənginliyini təşkil edir. Öz həyatı, ölümü və dirilməsi ilə izhar edilərək, Müqəddəs Ruh vasitəsilə nümayiş etdirilmiş Məsih Əhdi-Cədidin xəzinəsini təşkil edir. Bizim Xilaskarımız, Allahın izzətinin parıltısı — əbədi Xəzinə, həm Köhnə, həm Təzə Xəzinədir.HD 87.2

    Məsihin həyatı, ölümü və vəsatətçilik xidməti haqqında peyğəmbərlərin qabaqcadan bəyan etdikləri, bütün bunların şahidi olan həvarilərin təbliğinin əsasını təşkil etməli idi. Məsihin təvazökarlığı, paklığı və qüdsiyyəti, təsviredilməz məhəbbəti onların əsas mövzuları olmalı idi. Müjdəni bütün dolğunluğu ilə təbliğ etmək üçün həvarilər yalnız Öz yerdəki həyatı və nəsihətləri vasitəsilə izhar edilmiş Məsihi deyil, eyni zamanda Əhdi-Ətiq peyğəmbərlərinin xəbər verdikləri və qurbanlıq mərasimlərinin təsvir etdiyi Məsihi təbliğ etməli idilər. Öz öyüdləri ilə Məsih insanları köhnə və mənbəyinin Özü olduğu həqiqətlərə qaytarırdı. Nə vaxtsa ağsaqqallar və peyğəmbərlər vasitəsilə bəyan etdiyi bu həqiqətləri, indi O, yeni işıqda göstərirdi. İndi onların mənası nə qədər fərqli təsvir edilirdi! Onun izahlarında işıq və ruhlu qida axını açılırdı. O vəd etdi ki, Müqəddəs Ruh şagirdlərini nurlandıracaq və Allah Kəlamı getdikcə aydınlaşacaq. Onun həqiqətləri onlara yeni gözəllikdə görünəcəkdir.HD 87.3

    İlk dəfə Ədəm bağında xilas vədi verilən vaxtdan bəri Məsihin həyatı, xasiyyəti və vəsatətçi xidməti daim insanları düşündürmüşdür. Müqəddəs Ruhun təsiri altında olan hər bir adam bu mövzuları yeni işıqda görürdü. Xilas həqiqətləri daim inkişaf edib yayılmağa qadirdir. Bu həqiqətlər uzaq keçmişdə açılsalar da, daim yenidirlər və inadkar şüur qarşısında Allahın daha böyük izzətini və daha möhtəşəm qüdrətini açırlar.HD 88.1

    Hər bir əsrdə həqiqət daha da inkişaf edir, Müjdə öz həqiqətləri ilə hər dövrün insanları qarşısında təkrar-təkrar açılır. Lakin bununla bərabər, qədim həqiqətlər də öz əhəmiyyətini itirməyib; yeni həqiqət əvvəlkilərdən ayrı şəkildə müstəqil mövcud olmayıb, onların davamını, inkişafını təşkil edir. Yalnız qədim həqiqətləri tam dərk edərkən, yenilərini həqiqətən başa düşə bilərik. Məsih diriləcəyi haqqında həqiqəti şagirdlərinə açmaq istədiyi zaman, “Musa ilə bütün digər peyğəmbərlərdən başlayaraq, bütün Yazılarda Özü haqqında olan şeyləri onlara izah etdi” (Lk. 24:27). Eyni zamanda aydın başa düşməliyik ki, bu, əvvəlki həqiqəti möhtəşəm edən, yeni mənasını açan işıqdır. Yeni həqiqəti qəbul etməyən, yaxud da inkar edən adam həqiqətdə köhnəyə də malik deyildir. Onun üçün köhnə həqiqət öz həyat qüvvəsini itirərək, yalnız ölü ehkama çevrilir.HD 88.2

    Bir çox adamlar Əhdi-Cədidi qəbul etməyərək, yalnız Əhdi-Ətiqin həqiqətlərinə iman edir və onu təbliğ edirlər. Ancaq Məsihin təlimini qəbul etməkdən imtina etməklə sübut edirlər ki, həqiqətdə ağsaqqalların və peyğəmbərlərin dediklərini inkar edirlər. “Əgər siz Musaya iman etmiş olsaydınız, — Məsih deyir, — Mənə də iman edərdiniz; ona görə ki, o, Mənim haqqımda yazmışdır” (Yəh. 5:46). Bu səbəbdən onların Əhdi-Ətiq təlimində də həqiqi güc yoxdur.HD 88.3

    Eynilə özlərini imanlı adlandırıb, ancaq Müjdəni tədris edən şəxslər də səhvə yol verirlər. Onlar Məsihin: “Mənim haqqımda şəhadət edənlər də onlardır” — deyə bəyan etdiyi Əhdi-Ətiq Yazılarını inkar edirlər (Yəh. 5:39). Köhnə Əhdi inkar etməklə, onlar əslində Yenisini də inkar etmiş olurlar; çünki hər iki Əhd bütövün ayrılmaz hissələridir. Heç kim Allahın Qanununu Müjdəsiz, yaxud Müjdəni Qanunsuz təsəvvür edə bilməz. Qanun — Müjdənin təcəssümüdür, Müjdə isə açıqlanmış qanundur. Qanun — kökdür, Müjdə — bu kökdən bitən ətirli çiçək və bəhərdir.HD 89.1

    Köhnə Əhd Yenisinə işıq salır, Yenisi isə Köhnə Əhdi nurlandırır. Həm bu, həm digəri Allahın Məsihdə açılmış izzətini təsvir edir. Hər ikisi elə həqiqətlər izhar edir ki, onları axtaranlara daim yeni dərinliklər açacaqlar.HD 89.2

    Məsihdə və Məsihin vasitəsilə qazanılan həqiqət ölçüsüzdür. Yazının tədqiqatçısı sanki baxdıqca daha da dərinləşən və genişlənən mədənə baxır. Öz Oğlunu bizim günahlarımızın əvəzinə qurban vermiş Allahın məhəbbətinin sirrini bu həyatda dərk eləmək bizim üçün qeyri-mümkündür. Xilaskarın bizim dünyada həyata keçirdiyi iş daim möhtəşəm mövzu olaraq, bizim ən yüksək təxəyyülümüzlə belə tam dolğunluğu ilə dərk edilməmiş qalacaqdır. Bu sirrin dərinliyini dərk etmək arzusu ilə insan öz şüurunu nə qədər işlətsə də, onun idrakı bu cəhətdən çox acizdir. Ən çalışqan tədqiqatçı burada sahilsiz dəniz görəcəkdir.HD 89.3

    Məsihdə izhar edilmiş həqiqəti qəlblə qazanmaq olar, bütün həyat təcrübəsi ilə hiss etmək mümkündür, lakin izah etmək imkansızdır. Onun ucalığı, genişliyi və dərinliyi bizim dərrakəmiz xaricindədir. Öz təsəvvürümüzü son həddə qədər gərsək belə, göylər qədər uca olan və eyni zamanda bəşəriyyətdə Allahın surətini təcəssüm etdirmək üçün yerə nüfuz edən izahedilməz məhəbbətin yalnız tutqun xətlərini seçə bilərik.HD 89.4

    Ancaq biz İlahi mərhəməti görə bilərik. O, təvazökar, tövbə edən qəlbə açılır. Biz Allahın mərhəmətini Onun bizim uğrumuzda verdiyi qurbanı qiymətləndirdiyimiz qədər dərk etməliyik. Allah Kəlamını təvazökar ürəklə dinlədikdə, bağışlanmanın uca həqiqətini dərk edə bilərik. Onun parlaqlığı, dərinliyi və qüdrəti biz onu dərk etdikcə çoxalacaq.HD 90.1

    Bizim həyatımız Məsihin həyatı ilə bağlı olmalıdır; biz hər zaman göylərdən enmiş canlı Çörəkdən qidalanaraq, öz yanğımızı daim təzə-tər və tükənməz sərvətlərini əsirgəməyən bulaqda söndürməliyik. Daim qarşımızda Rəbbi görüb, Onu izzətləndirib şükür etsək, ruhlu həyatımızda qəlb təravətini saxlamış olarıq. Sanki dostumuzla söhbət edirmiş kimi, biz öz dualarımız vasitəsilə Allahla ünsiyyət yarada biləcəyik. O bizimlə şəxsən danışaraq, Öz sirlərini açacaqdır. Bu zaman biz tez-tez bilavasitə İsanın sevinc bəxş edən iştirakını hiss edəcəyik. Xanokla söhbət etdiyi kimi, O bizə də yaxınlaşdıqda ürəklərimiz od tutub yanacaqdır. Bu hal məsihçinin həyatında həqiqətən mövcud olduğu zaman, onun xasiyyətində sadəlik, ləyaqət və ürək təvazökarlığı kimi keyfiyyətlər büruzə verilir. Bu o deməkdir ki, o, İsa ilə ünsiyyətdə olmuş və Ondan öyrənmişdir.HD 90.2

    Məsihin dini — ona yiyələnmiş һәг bir kəsdə özünü qüdrət, nüfuzedici prinsip, fəal ruhlu enerji şəklində göstərəcək. Onlar daim təravətli, qüvvətli və əbədi gənclik sevincinə malik görünəcəklər. Allah Kəlamını qəbul etmiş ürək nə buxarlanıb sovrulan gölməçəyə, nə də qiymətli yağı axıb gedən sınıq qaba bənzər. Belə qəlb dağlardan axan və tükənməz bulaqlardan güc alan çaya bənzər. Onun pak, şəffaf suları qayaların arası ilə axaraq yorğun, susamış və yükü ağır adamlara sərinlik gətirir.HD 90.3

    Belə təəssüratlar hər bir həqiqət müəlliminə Məsihin təmsilçisi olmaq imkanını verir. Məsıhin təliminin ruhu ona ünsiyyət və dua vaxtı güc və məqsədyönlülük verir. Onun Məsih haqqındakı şəhadəti dar və cansız təlim olmayacaqdır. O, eyni fikirləri təkrar-təkrar söyləməyəcəkdir. Onun şüuru Müqəddəs Ruhla nurlanmaq üçün açıq olacaqdır.HD 90.4

    Məsih demişdir: “Mənim ətimi yeyib, qanımı içənin əbədi həyatı vardır... Diri olan Ata Məni göndərdiyi, Mən də Ata vasitəsilə yaşamaqda olduğum kimi, Məni yeyən də Mənim vasitəmlə yaşayacaqdır... Həyat verən ruhdur... sizə söyləmiş olduğum sözlər ruhdur və həyatdır” (Yəh. 6:54, 57, 63).HD 91.1

    Məsihin ətini yeyib, qanını içdiyimiz zaman, bunda əbədi həyatın əlamətini aşkar edirik. Bu, artıq köhnəlmiş, adi bir hal almış ideyalara rəğbət deyildir. Adət edilmiş mərasimin yerini artıq yeni bir şey tutur. Köhnə həqiqətlər öz gücündə qalırlar, lakin onlar yeni işıqda görünürlər. Həqiqətin yeni dərk edilməsi aşkar edilir, o hamı üçün aydın olan paklıq və ecazkarlıqla görünür. Bunda iştirak etmək imkanına nail olmuş adamlar Müqəddəs Ruhun təsirini qəbul edərlərsə, yeni həyatın canlandıran və bərpa edən qüvvəsini mütləq hiss edəcəklər. Onlarda İlahi Məhəbbət alovu yandırılacaqdır. Onların idrakı o qədər zərif olacaqdır ki, həqiqətin gözəlliyini və böyüklüyünü tam hiss edə biləcəklər.HD 91.2

    Müzakirə etdiyimiz məsəldə müdrik ev sahibinin timsalında uşaqların və gənclərin böyük ehtiyac duyduğu həqiqi müəllim təsvir edilmişdir. Belə bir adamdan ötrü Allah Kəlamı xəzinədirsə, o, aşkar etdiyi həqiqətin yeni gözəlliklərindən həm özü həzz alacaq, həm də onu başqalarına göstərəcəkdir. Belə müəllim dua edərək Allaha arxalanarsa, Məsihin Ruhu onun üzərinə enəcək və Allahın Özü Müqəddəs Ruhla onun vasitəsilə başqalarının şüuruna təsir edəcəkdir. Bu müəllimin şüurunu və ürəyini Ruh xoş ümidlə, cəsarətlə və Müqəddəs Kitab surətlərinin aydınlığı ilə dolduracaq və o bunların hamısını ona etibar edilmiş gənclərə çatdıracaqdır.HD 91.3

    Allahdan ilham almış Yazıların tədqiqatı nəticəsində müəllimə açılmış səmavi rahatlıq və sevincin mənbələri onunla ünsiyyətdə olan hər bir adam üçün qüdrətli xeyir-dua çayına çevriləcəkdir. Onun şagirdləri üçün Müqəddəs Kitab heç vaxt yorucu kitaba çevrilməyəcəkdir. Müdrik nəsihətçi yanında Kəlam hər zaman arzuedilən olacaqdır. O, həyat çörəyi kimi, heç zaman köhnəlib qurumayacaqdır. Onun təravəti və gözəlliyi daim uşaq və gəncləri öz ecazkarlığı ilə cəzb edəcəkdir. Öz şüalarını yerə saçan günəş kimi, Allah Kəlamı işıq və isti saçır və heç zaman tükənmir.HD 91.4

    Onun Kəlamında müqəddəs, nurlandıran İlahi Ruh aşkar edilir. Nur, Yazının hər səhifəsindən yeni və qiymətli nur saçır. Orada dərin həqiqətlər açılır, sözlər və cümlələr isə o qədər aydın və təsvir edilənlərə müvafiq olur ki, sanki İlahi səs bizə müraciət edir.HD 92.1

    Müqəddəs Ruh sevinclə gənclərə müraciət edərək, onların qarşısında Allah Kəlamının sərvətlərini və gözəlliklərini açır. Böyük Müəllimin vədləri hisslərimizi zəbt edərək, Allahdan gələn ruhlu qüvvə ilə qəlblərə şəfa verib, onları dirildir. Açılmış xeyirxah şüurda İlahi həqiqətlərə getdikcə artan yaxınlıq duyulur ki, bu da gələcəkdə insanı müxtəlif imtahanlardan mühafizə edəcəkdir.HD 92.2

    Həqiqət kəlmələrinin əhəmiyyəti getdikcə artaraq, onların mənası elə geniş və dolğun olacaqdır ki, biz bunu güman edə bilməzdik. İlahi Kəlamın gözəlliyi və zənginliyi insanın şüur və xasiyyətinə yeniləşdirici təsir bağışlayır. Səma məhəbbətinin nuru ürəklərimizə ilham verəcəkdir.HD 92.3

    Müqəddəs Kitabı dərk etmək qabiliyyəti onu tədqiq etdikcə çoxalır. Tədqiqatçı onun hansı hissəsinə müraciət etsə, orada Allahın sonsuz müdrikliyi və məhəbbətini tapacaqdır.HD 92.4

    Qədim ibranilərin həyat tərzinin tərtibatının tam mənasını biz hələ dərk etməmişik. Onların adət və mərasimlərində nəhəng və dərin həqiqətlərin əlamətləri gizlənir. Müjdə bu mərasimlərin sirlərini aça bilən açardır. Orada gizlədilmiş həqiqətlərin hamısı qurtuluş planını dərk etdikcə aydınlaşır. Bu ecazkar mövzuları biz başa düşməliyik. Allah haqqındakı dərin həqiqətləri dərk etməliyik. Qəlblərində Allah Kəlamını tədqiq edərək, onu daha geniş və dərindən dərk etmək üçün Allahdan müdriklik istəyən insanlara açılan həqiqətləri mələklər də bilmək arzusundadırlar.HD 92.5

    Biz dünya tarixinin sonuna yaxınlaşdığımız üçün son günlər haqqında peyğəmbərliklərə xüsusi diqqət yetirməliyik. Yeni Əhd Yazılarının sonuncu kitabının dərk edilməsi bizə çox vacibdir. İblis çoxlarının şüurunu tutduğundan, onlar müxtəlif bəhanə ilə Vəhy kitabının tədqiqindən qaçırlar. Lakin Məsih Öz qulu Yəhya vasitəsilə son günlərdə olacaq hadisələri açaraq deyir: “Bu peyğəmbərlik sözlərini oxuyan və dinləyənlər və onda yazılanlara əməl edənlər bəxtiyardırlar” (Vəh. 1:3).HD 93.1

    “Əbədi həyat o deməkdir ki, — Məsih buyurur, — Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəh. 17:3). Bəs nə üçün bu biliyin həqiqi əhəmiyyətini və dəyərini biz dərk eləmirik? Bəs nə üçün Vəhy kitabının böyük həqiqətləri ürəyimizə nur saçmır, dilimizdən eşidilmir və bütün təbiətimizi əhatələmir?HD 93.2

    Bizə Öz Kəlamını bəxş edərək, Allah xilasımız üçün lazım olan həqiqətlərin hamısını ixtiyarımıza verdi. Bu həyat mənbəyindən minlərlə adam ovuclasa da, o tükənmək bilmir. Minlərlə adam qarşısında Rəbbi görür və Ona baxaraq həmin surətə bənzəyir. Onun xasiyyətinin gözəlliyindən, Onun onlar üçün və onların Məsih üçün kim olduqlarından danışarkən alovlanırlar. Lakin İlahi Kəlamın tədqiqatçıları böyük və müqəddəs mövzuları tükətmədilər. Minlərlə yeni insan Yazıların tədqiqatı və xilas edilməyin sirlərinin axtarışına qoşula bilər. Məsihin həyatı və Onun səyahətinin xarakteri barədə düşündüyümüz zaman, həqiqəti dərk etmək üçün yeni cəhdlər edənlərin şüurunu işıq şuaları daha parlaq nurlandırır. Həqiqət axtarışının hər nailiyyəti əvvəlkindən daha dərin və həyəcanlı olacaqdır. Həqiqət tükənməzdir. Məsihin bədəndə gəlməsi, günahın əvəzinə verdiyi qurbanı və vəsatətçilik xidmətini dərk etmək son zamana qədər insan şüurunu narahat etsə də, o, saysız illərin zirvəsindən göylərə baxıb, nida edəcəkdir: “Möminliyin sirri dərk olunmazdır!”HD 93.3

    Burada, günahkar dünyada təxmini anlaya bildiklərimizi biz yalnız əbədiyyətdə tam dolğunluğu ilə dərk edəcəyik. Bitməyən əsrlər boyunса qurtuluş mövzusu xilas edilmiş adamların ürək və şüurlarını məşğul edəcəkdir. Məsihin şagirdlərinin imansızlığı üzündən onlara açılmayan həqiqətləri xilas olmuşlar dərk edəcəklər. Buna görə də daim Məsihin kamilliyi və izzətinin yeni-yeni tərəfləri açılacaqdı. Bitməyən zamanda sadiq Ev Sahibi Öz xəzinəsindən “yeni və köhnəni” çıxaracaqdır.HD 93.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents