Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Əkinçi və toxumlar

    Əkinçi haqqında məsəl ilə Məsih insanlarda Göylər SəltənətiHD 12.1

    və böyük Əkinçi haqqında təsəvvür yaradır. Torpaq sahə-HD 12.2

    sindəki əkinçi kimi, Allah Öz həqiqətinin toxumlarını səpmə-HD 12.3

    yə gəldi. Bu toxumlar Onun məsəlləri idi ki, Onun lütfü haqqında qiymətsiz həqiqətləri çatdırırdılar. Sadə olduğu üçün əkinçi haqqında məsəl lazımınca qiymətləndirilmir. Torpağa səpilən adi toxum haqqında danışaraq, Məsih bizim nəzərimizi insanı Allaha yaxınlaşdıran İlahi toxumlara cəlb edir. Xırdaca toxum haqqında məsəl Söyləyən — Göylərin Padşahıdır və həm torpağa səpilən toxumların, həm də həqiqət toxumlarının böyüməsi eyni qanunla idarə olunur.HD 12.4

    Qalileya dənizinin sahilində İsanı görmək və dinləmək üçün camaat toplaşmışdı. Bunlar həqiqəti sevən və axtaran insanlar idilər. Onların arasında sağalmaq ümidi ilə İsaya pənah gətirmiş ağır xəstələr də vardı. Məsih günahkar bəşəriyyəti qəmdən qurtarmaq üçün Allahdan güc almışdı və burada O, xəstələrə şəfa verərək, hamıya həyat, sağlamlıq və sülh bəxş edirdi.HD 12.5

    Adamların sayı artdıqca, Məsihə yaxınlaşmaq mümkün olmurdu. O zaman O, balıqçı qayığına minib sahildən bir qədər uzaqlaşandan sonra sahildəkilərə müraciət etdi.HD 13.1

    Cəmaatın arxasında uzaqlarda gözəl Genisaret düzənliyi uzanırdı və sonra isə təpəciklər yüksəlirdi. Dağın ətəklərində və vadidə toxum səpən və ilk məhsul yığan əkinçilər görünürdürlər. Bu mənzərəni seyr edərək, Məsih dedi: “Budur, bir əkinçi toxum səpməyə çıxdı. Səpərkən toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onu dimdiklədilər. Bəzisi torpağı çox olmayan daşlıq yerlərə düşdü və tez bitdi, çünki torpağın dərinliyi yox idi; günəş doğandan sonra soldu və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar çıxıb, onu boğdu. Başqaları isə bərəkətli torpağa düşdü; bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi”.HD 13.2

    Məsih nə demək istəyirdi? O, missiyasının zəmanəsinin adamları tərəfindən dərk edilmədiyini görürdü. Onun gəlişi insanların ümidlərini doğrultmurdu. Rəbb İsa yəhudi həyatının əsasını təşkil edirdi. Keçirdikləri təntənəli ibadət xidmətləri İlahi məqsəd daşıyırdı. Bunların hamısı bir zaman gələcək Şəxs haqqında söyləməli idi. Lakin sitayişin formasını saxlayaraq, yəhudilər bu mərasimlərin mahiyyətini və məqsədini nəzərdən qaçırmışdılar. İnsanların vacib saydıqları qanunlar, adət-ənənələr və mərasimlər Allahın onların vasitəsilə çatdırmaq istədiyi dərsləri unutdurmuşdu. Köhnəlmiş, dəyişməyən sitayiş qanunları və həyat qaydaları həqiqətin dərk edilməsinə və həyata keçməsinə mane olurdu. Nəhayət, Məsihin simasında əsl Həqiqətlə qarşılaşan zaman onlar illər boyu sürən mərasimlərin və simvolların Onda reallaşdığını dərk edə bilmədilər. Həqiqəti qəbul etməyərək, onlar artıq mənasız olan simvol və mərasimlərdən əl çəkmədilər. Allah Oğlu gəlmiş olduğu halda, onlar Onun gəlişini təsdiq edən dəlil axtarırdılar. “Tövbə edin, çünki Göylərin Padşahlığı yaxınlaşıb” çağırışına onlar möcüzə tələb edirdilər (Mat.3:2). Məsih haqqında Xoş Xəbər onlar üçün büdrəmə daşı oldu, çünki onlar Xilaskar əvəzinə əlamət tələb edirdilər. Onlar gözləyirdilər ki, Məsih həqiqəti güc işlətməklə, fəth etmək yolu ilə təsdiq edəcəkdir və Öz hakimiyyətini dünya dövlətlərinin xarabalıqları üzərində quracaqdır. Onların məhz bu ümidlərinə cavab olaraq, Məsih əkinçi haqqında məsəli söyləyir. İlahi Səltənət silah və dağıdıcı fəthlər yolu ilə deyil, yeni həyat prinsiplərinin səbirlə insanların qəlbində cücərdilməsi yolu ilə qurulmalı idi.HD 13.3

    “Yaxşı toxumu səpən İnsan Oğludur” (Mat. 13:37). Məsih padşah kimi deyil, əkinçi kimi gəlmişdi. O, dövlətlər fəth etmək üçün deyil, toxum səpmək üçün gəlmişdi. Öz davamçılarına asan qələbə və milli yüksəliş vəd etməyərək, itkilər və büdrəmələrlə dolu olan və yalnız sonunda gözlənilən məhsulu verən uzun yolu səbirlə getməyi öyrədirdi.HD 14.1

    Fəriseylər Məsihin məsəlinin mənasını başa düşsələr də, onların məqsədlərinə uyğun olmadığı üçün onu eşitməməzliyə saldılar. Dinləyicilərin əksəriyyətinə isə qəlblərini oxşayan, lakin ümidlərini doğrultmayan məsəl yeni Müəllimin məqsədini daha da sirli etdi. Onlar təklikdə İsanın yanına gəlir və izah etməsini xahiş edirdilər.HD 14.2

    Məsih onlarda həqiqətə maraq oyatmaq istəyirdi ki, qarşılarına daha aydın məqsədlər qoysun. O, məsəlin mənasını onlara izah etdi, Onu səmimi qəlblə axtaran hər kəsə də Öz sözlərini eyni şəkildə izah etməyə hazırdır. Bu Sözün mənası Müqəddəs Ruh üçün açıq qəlblə Allahın Kəlamına müraciət edənlərin heç birinə gizli qalmayacaq. Məsih deyir: “Kim Onun iradəsini yeritmək istəyərsə, öyrətdiklərimin Allahdanmı olduğunu, yoxsa Özümdənmi söylədiyimi biləcək” (Yəhya 7:17). Həqiqəti daha aydın başa düşmək üçün Məsihə müraciət edən hər kəs istədiyinə nail olur. O, Göylərin Padşahlığının sirlərini onlara açacaqdır və həqiqəti axtaran qəlblər üçün bu sirlər aydın olacaqdır. Göylərdən gələn nur insanın qəlbini işıqlandıracaqdır və bu işıq onun ətrafındakılara qaranlıqda yanan şam kimi nur saçacaqdır.HD 14.3

    “Əkinçi toxum səpməyə çıxdı” (Mat.13:3). Həmin zamanlar Şərqdə həyat təlatümlü və həyəcanlı idi, düşmən hücumlarının qorxusu o qədər güclü idi ki, adamlar yalnız divarlarla əhatələnmiş şəhərlərdə məskunlaşırdılar. Torpaqda işləyənlər isə hər gün işləmək üçün şəhərdən kənara çıxırdılar. Göylərin Əkinçisi Məsih də eləcə, Özünün sülh və əmin-amanlıq içərisində olan Evini, hələ dünya yaranmazdan əvvəl Atanın yanında olan izzətini, kainat taxtındakı yerini tərk edib əkinə çıxdı; O, əzab və imtahanlara düçar olmuş insan kimi çıxdı, təkbaşına çıxdı; çıxdı ki, Öz göz yaşları ilə itirilmiş dünyaya həyat toxumları səpsin, Öz qanı ilə onları suvarsın.HD 15.1

    Davamçıları da Onun kimi əkinçi olmalıdırlar. Həqiqəti yaymaq üçün seçildiyi zaman İbrahim peyğəmbərə də buyrulmuşdu: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get” (Yar.12:1). “O haraya getdiyini bilməyərək, yola çıxdı” (İbr.11:8). Həvari Pavelə də Yerusəlim məbədində dua etdiyi zaman Allah buyurdu: “Get, Mən səni uzağa, qeyri-yəhudilərin yanına göndərəcəyəm” (Həv.iş. 22:21). Bunlar kimi, Məsihlə birləşməyə çağırılmış hər bir kəs hər şeydən imtina edib, cəsarətlə Onun dalınca getməlidir. Bunun üçün hər şeydən, həyatdakı planlardan və yerdəki ümidlərdən tamamilə imtina etmək gərəkdir. Böyük həqiqətin toxumları zəhmət və göz yaşları, tənhalıq və qurbanlar hesabına əkilməlidir.HD 15.2

    “Əkinçi Allahın Kəlamını səpir” (Mk. 4:14). Məsih dünyaya həqiqəti səpmək üçün gəlmişdi. İnsanın günaha düçar olduğu andan bəri, iblis yalan toxumlarını səpməkdə davam edir. Yalan vasitəsilə o, insanı özünə tabe edə bildi və həmin vaxtdan Göylərin Padşahlığının yerdə bərqərar olmasına mane olmağa çalışır. Böyük Əkinçi Məsih isə həqiqət toxumlarını səpmək üçün gəldi. Allahın Müqəddəs dərgahında olan Məsih insanlara canlı həqiqət toxumlarını gətirdi. İnsanların günaha düçar olduqları andan Məsih həqiqəti açmaqdadır. Onun vasitəsilə insanlara çürüməyən, “əbədi diri olan Allah Kəlamı” çatdırılır (1Pet.1:23). Günahkar bəşəriyyətə hələ Ədəmdə olarkən vermiş olduğu Öz ilk əhdində Məsih Xoş Xəbər toxumlarını səpirdi. Lakin əkinçi haqqında məsəl bilavasitə Məsihin və şagirdlərinin insanlar arasında gördükləri işlərə aiddir.HD 15.3

    Allah Kəlamı toxumdur. Hər bir toxumda cücərmək üçün qüvvə vardır. Onda bitkinin həyatı gizlənmişdir. Beləliklə, Allah Kəlamı da həyat mənbəyidir. Məsih buyurur: “Sizə söyləmiş olduğum sözlər həqiqi ruh və həyatdır” (Yəh.6:63). “Mənim sözümü dinləyib Məni Göndərənə iman edənin əbədi həyatı vardır” (Yəh.5:24). Allah Kəlamının hər bir əhdində və əmrlərində bir qüvvə, Allahın qüdrəti vardır ki, Onun gücü ilə bütün əmrlər yerinə yetirilə və əhdlər reallaşa bilər. Allah Kəlamını inamla qəbul edən şəxs Allahın həyatına qoşulur və Onun qüdrətindən qidalanır.HD 16.1

    Hər toxum özünəməxsus meyvə yetişdirir. Toxumu münbit şəraitdə səpsək, o, mütləq bir bitkiyə çevriləcəkdir. Allah Kəlamının toxumunu da inamla qəlbimizə səpsək, o, mütləq bizim xasiyyətimizdə və bütün həyatımızda Allahın varlığını nümayiş etdirəcəkdir.HD 16.2

    İsrailin müəllimləri Allah Kəlamının toxumlarını səpmirdilər. Həqiqət Müəllimi kimi Məsihin təlimi zəmanəsinin kahinlərinin təliminin əksini təşkil edirdi. Onların təlimi adət-ənənələrə və insanların nəzəriyyəsinə arxalanırdı. Bu zaman tez-tez Allah Kəlamını onun barəsində yazılanlarla əvəz edirdilər. Onların təlimi insanların qəlblərini möhkəmləndirmək iqtidarında deyildi. Məsihin təliminin əsas mövzusu və məqsədi isə məhz Allah Kəlamı idi. Ona sual verən insanlara O, belə cavab verirdi: “Belə yazılmışdır”, “Müqəddəs Kitab belə deyir”, “Bildiyimiz kimi”. Dost, yaxud rəqibdə oyanmış hər hansı bir maraqdan istifadə edərək, Məsih İlahi Sözün toxumlarını səpirdi. Yol, Həqiqət və Həyat olanın Özü Müqəddəs Kitaba istinad edərək buyurur: “Onlar Mənim haqqımda şəhadət edirlər”. Öz şagirdləri ilə söhbət zamanı “Musa ilə bütün peyğəmbərlərdən başlayaraq bütün Müqəddəs Yazılarda Özü haqqında olan şeyləri onlara izah etdi” (Yəh.5:39; Lk.24:27).HD 16.3

    Məsihin davamçıları da Onun kimi yaşamalıdırlar. Bu gün də, keçmişdəki kimi, Allah Kəlamının həyati həqiqətləri tez-tez insan nəzəriyyələri ilə əvəz edilir. Hətta din xadimlərinin böyük qismi Müjdəni təbliğ etmələrinə baxmayaraq, bütövlükdə Müqəddəs Kitabı Allahdan ilhamlanmış Kəlam kimi qəbul etmirlər. Müdriklərin biri onun bir hissəsini, başqası o biri hissəsini şübhə altına alır. Onlar Müqəddəs Kitab haqqında özlərinin düşüncələrini Allah Kəlamından üstün tuturlar, beləliklə, təbliğ etdikləri Kəlam onların şəxsi düşüncələrinə uyğun tərzdə söylənilir. Müqəddəs Kitabın İlahi həqiqiliyi təhrif olunur. Bu yolla şübhə toxumları geniş səpilir və insanlar nəyə inanmaq gərəkdiyini bilmirlər. İnsanların şüurunun qəbul edə bilməyəcəyi bir çox inanclar mövcuddur. Məsihin zamanında kahinlər Müqəddəs Kitabın çox hissəsini özlərinin qondarma mistik düşüncələri ilə əvəz edirdilər. İlahi Kəlamın aydın nəzəriyyəsi onların niyyətlərini ifşa etdiyi üçün təhrifə yol verirdilər. Bu hal bu günə kimi davam edir. Allah Kəlamını çox vaxt sirli və anlaşılmaz kimi qələmə verirlər. Bu onun təhrifinə bəraət qazandırmaq və Allahın qanununu pozmaq üçün edilir. Məsih Öz təlimində bu hallara yol vermirdi. O buyururdu ki, Allah Kəlamı hər kəsə aydın olmalıdır. O, Müqəddəs Kitaba şəksiz mənbə kimi istinad edirdi və biz də ondan nümunə götürməliyik. Müqəddəs Kitab nəhayətsiz Allahın Kəlamı, təzadların sonu və imanın mənbəyi kimi qəbul olunmalıdır.HD 17.1

    İnsanlar Müqəddəs Kitabdakı qüdrəti gizlədiblər və bu gün qarşılaşdığımız ruhlu düşkünlük bunun nəticəsidir. Kafedralardan ucalan moizələr artıq şüuru və qəlbi oyada bilən İlahilik daşımır. Çox hallarda dinləyicilər belə söyləyə bilmirlər: “O, yolda bizimlə danışarkən və Müqəddəs Yazıları bizə izah edərkən, bizim ürəklərimiz alışıbyanmırdımı?” (Lk.24:32). İnsanlar isə, əvvəlki kimi, diri olan Allahı eşitmək, Onun varlığını hiss etmək istəyirlər. Fəlsəfi nəzəriyyələr və yaxud ədəbi əsərlər nə qədər parlaq olsa da, insan qəlbini dəyişib onu Allaha təslim edə bilmir. Bu yerdə insan təxəyyülü və ixtiraları gücsüzdür. Qoy insanlara Allah Kəlamı danışsın. Qoy bu günə qədər yalnız insanların adətləri, nəzəriyyə və qanunları barəsində eşitmiş adamlar onların qəlbini əbədiyyət üçün Hazırlayanın sözünü dinləsinlər.HD 17.2

    Məsihin ən çox sevdiyi mövzusu Allahın insanlara olan məhəbbəti və hədsiz lütfü haqqında bəhs etmək idi; O, Allahın və Onun qanununun müqəddəsliyindən danışırdı və Özünün Yol, Həqiqət və Həyat olduğunu deyirdi. Bu mövzular Məsihin davamçılarının da moizələrinin əsasını təşkil etməlidir. İnsanlara həqiqəti İsanın göstərdiyi kimi çatdırın. Qanunun və Müjdənin tələblərini aydın və səlis izah edin. İnsanlara Məsihin əzab-əziyyətlərlə dolu həyatı, təhqir olunması və öldürülməsi, dirilib göylərə ucalması və Allahın yanında bizlər üçün şahidlik etməsi və nəhayət, “Təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm” (Yəh.14:3) əhdindən danışın.HD 18.1

    Yanlış nəzəriyyələri müzakirə etmək və ya Müjdənin əleyhdarlarına qarşı mübarizə aparmaqdansa, Məsihin nümunəsinə əsasən davranın. Qoy Allahın xəzinəsinin həqiqət toxumları özləri parlayıb insanları cəlb etsin. “Allahın Kəlamını təbliğ edin”, “Bütün sulu torpaqlarda toxum əkin”, “Sözüm nazil olan adam onu dəqiq danışsın. Daha buğdanın yanında saman nədir?”, “Allahın hər bir sözü pakdır... Sözünə heç nəyi əlavə etmə, yoxsa yalanını üzə çıxarar, səni tənbeh edər” (2 Tim. 4:2; Yeş. 32:20; Yer. 23:28; Məs. 30:5, 6).HD 18.2

    “Əkinçi Allahın kəlamını səpir”. Burada һәг bir tədris işinin əsası qoyulub. “Toxum Allah Kəlamıdır”. Lakin bugünkü təhsil ocaqlarının çox qismi Allah Kəlamını kənarlaşdırıblar. Müasir adamların şüurları tamam başqa mövzularla məşğuldur. Bugünkü təhsil sistemində ateist müəlliflərin dərsliklərinin tədrisi əsas yer tutur. Dərsliklərin çoxu öldürücü bədbinliklə doludur. Müasir elmi tədqiqatlarda çox vaxt həqiqəti gizlədirlər, çünki onların nəticələri təhrif olunmuş şəkildə cəmiyyətə aşılanır. Allah Kəlamı elmi nəzəriyyə adlanan təxəyyüllərlə müqayisə edilir və nəticədə etibarsız və ümidsiz mənbə kimi elan edilir. Beləliklə, gənclərin şüu- runa şübhə toxumu səpilir və çətin anlarda o, bədbinlik gətirir. Allah Kəlamına inam itəndə isə insan qəlbi rəhbərliyini itirir və günah qarşısında müqavimətsiz qalır. Gənclər Allahdan və əbədi həyatdan uzaqlaşdıran yola düşürlər.HD 18.3

    Dünyamızda günahın bu qədər artmasını da yuxarıda deyilənlərlə izah etmək olar. Allah Kəlamı həyatımızdan kənarlaşdırılanda onun günahkar qəlbimizi dəyişmək qüdrəti də təsirsiz qalır. İnsan yalnız cismani toxumlar səpir və fani cücərtilər alır.HD 19.1

    Bundan əlavə, şüurumuzun zəifləməsi və qabiliyyətsizliyi də bununla izah olunmalıdır. Allah Kəlamından uzaqlaşaraq, Ondan ilhamlanmamış adamların yazdıqları ilə yaşayaraq, insanın təfəkkürü get-gedə zəifləyir və işıqsız olur. O, əbədi həqiqətin əsasları ilə əlaqələnmir. Getdikcə təfəkkür çoxdan tanış olduğu əşyalarla yaşayır və şüurun yalnız onlara bağlanması onu get-gedə zəiflədir, imkanlarını daraldır və bunun nəticəsində o, bilik sahəsini genişləndirmək qabiliyyətini tamamilə itirir.HD 19.2

    Yalançı təhsilin nəticəsi belə olur. Hər bir müəllimin məqsədi gənclərin şüurunu İlahi Kəlamın həqiqətlərinə cəlb etmək olmalıdır. Bugünkü və gələcək həyat üçün məhz belə təhsil gərəkdir.HD 19.3

    Belə bir təhsilin elmlərin öyrənilməsinə mane olacağı və təhsil səviyyəsinin aşağıya düşməsinə səbəb olacağı yalandır. İlahi bilik göylər qədər yüksək və kainat qədər böyükdür. Bizim əbədi həyatımıza aid məsələlər haqqında düşünməkdən daha ali və heyrətamiz vəzifə yoxdur. Qoy gənclər Allahın həqiqətlərini öyrənməyə çalışsınlar, çünki bu onların şüurunu işıqlandırıb, onları daha da qabiliyyətli edəcəkdir; bu, həqiqətlərə sadiq olan hər kəsi təsviredilməz bir səviyyəyə qaldıracaqdır.HD 19.4

    Müqəddəs Kitabın tədqiqi zamanı əldə edilmiş biliklər xilas planının təcrübədəki izharıdır. Bunlar isə insan qəlbində Allahın təzahürünü yaradır. Bu biliklər insan təfəkkürünü şeytan hiyləsinə qarşı güclü və məğlubedilməz edir; həqiqəti bilənlər Məsihin əməkdaşı və Onun mərhəmət işinin dünyada yayılmasında iştirakçı olurlar. Məsihçi təhsili insanı Göylərin Padşahlığının üzvü və müqəddəslərlə birgə əbədi həyatın varisi edir.HD 19.5

    Lakin müqəddəs həqiqətləri təbliğ edən şəxs yalnız öz şəxsi təcrübəsindən keçirdiyi şeylərlə bölüşə bilər. “Əkinçi öz toxumlarını səpmək üçün çıxdf’. Məsih həqiqəti təbliğ edirdi, ona görə ki, Özü həqiqət idi. İsanın düşüncələri, xasiyyəti və həyat təcrübəsi Onun təlimində təsdiqləndiyi kimi, Allah Kəlamını təbliğ edən Məsihin davamçıları da bu Kəlamı həyatları ilə təsdiq etməlidirlər. Məsihi qəlbinə buraxan şəxslər onlara xilas, paklıq, müdriklik və doğruluq bəxş etmiş Şəxsi özləri dərk etməlidirlər. İlahi Kəlamı yayarkən, onlar bunu şübhə ilə etməməli və açıqlamasını da bir neçə haldan biri kimi irəli sürməməlidirlər. Onlar həvari Peter kimi imanla deməlidirlər: “Çünki biz hiyləgərcəsinə uydurulmuş nağıllara uymadıq, ancaq Rəbbimiz İsa Məsihin ehtişamının şahidləri olaraq, sizə Onun qüdrətini və zühurunu bildirdik” (2 Pet.1:16). Məsihin davamçılarının hər biri, Onun zəmisində çalışan hər kəs, Onun sevimli şagirdi Yəhya kimi, söyləyə bilməlidir: “Həyat izhar olundu. Biz də gördük, şəhadət edirik və Atada olub, bizə izhar olunan bu əbədi həyatı sizə elan edirik” (1 Yəh. 1:2).HD 20.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents