Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    “Get, bütün yolları və çəpərləri axtar”

    (Lk. 14:1, 12-24)

    Xilaskara bir fəriseyin evində qonaq olmaq vaqe oldu. O həm yoxsulların, həm də zənginlərin dəvətini qəbul edirdi və Öz adətinə görə, gördüklərini tədris etdiyi həqiqət dərsləri ilə bağlayırdı. İbranilərin müqəddəs bayramları dövlət və dini təntənələrin birillik dövrü ilə bir vaxta düşürdü. Bu bayramlar onlar üçün əbədi həyat xeyir-duasının simvolu rolunu oynayırdılar. Onlar özlərini böyük ziyafət içində, İbrahimin, İshaqın və Yaqubun əhatəsində təsəvvür edirdilər, həmin vaxt bütpərəstlər xaricdə qalaraq, bütün bunları yalnız acgözlüklə müşahidə edəcəkdilər. Bu onların ləzzət aldıqları təsvir idi. Məsih onlara bu dəfə vermək istədiyi xəbərdarlığı və öyüdü o böyük ziyafət haqqında məsəllə təsvir elədi. İbranilər əmin idilər ki, həm bu, həm də gələcək həyatdakı Allahın xeyir — duaları yalnız onlar üçün nəzərdə tutulubdur. Bütpərəstlərin də Allahın mərhəmətinə layiq olduqlarını onlar qəbul etmirdilər. Öz məsəlilə Məsih ibraniləri əmin etməyə cəhd etdi ki, bununla onlar mərhəmətin dəvətini rədd edir və həqiqətdə Allahın Padşahlığından imtina edirlər. O deyirdi ki, ibranilərin beləliklə rədd etdikləri dəvət o kəslərə yönələcəkdir ki, ibranilər onlara nifrət edir, o kəslərə ki, yanlarından keçdikləri zaman, cüzamlıdan çəkinən kimi, paltarlarını yığışdırırdılar.HD 163.1

    Verdiyi ziyafətə qonaqları dəvət edərkən, fərisey özünün eqoist istəklərini rəhbər tuturdu. Məsih isə ona dedi: “Əgər günorta, yaxud axşam ziyafət düzəltsən, nə öz dostlarını, nə öz qardaşlarını, nə öz qohumlarını, nə öz zəngin qonşularını dəvət et ki, onlar da səni çağıraraq sənə əvəzini versinlər. Fəqət ziyafət düzəldəndə yoxsulları, əlilləri, topalları, korları dəvət et, onlar sənə əvəzini ödəyə bilmədiklərinə görə sən bəxtiyar olacaqsan, zira salehlərin dirildiyi zaman sənə əvəz veriləcəkdir”.HD 163.2

    Burada Məsih Musa vasitəsilə Onun İsrailə verdiyi əmri təkrar edir. Rəbb buyururdu ki, onların müqəddəs bayramlarında “qəriblər, yetimlər və dul qadınlar gəlib bundan doyuncan yesinlər” (Qan.tək.14:29). Buna bənzər qonaqların dəvət edilməsi İsrail üçün ənənəvi hal idi. Həqiqi qonaqpərvərliyin sevincini dərk edərək, insanlar bütün il boyunca kasıb və məzlumlara qayğı göstərməyi öyrənməli idilər. Lakin bu şənliklər daha böyük məna daşıyırdı. İsrailə bəxş edilmiş ruhlu xeyir-dualar yalnız onlar üçün nəzərdə tutulmamışdı. Allah onlara həyat çörəyini ondan ötrü vermişdi ki, onlar onu bütün dünya ilə bölüşdürsünlər.HD 164.1

    Ancaq onlar bunu yerinə yetirmədilər. Məsihin sözləri onların mənliyinə töhmət oldu. Belə sözləri eşitmək fəriseylərin xoşuna gəlmirdi. Söhbəti başqa səmtə yönəltmək istəyən bir fərisey riyakarcasına nida etdi: “Allahın Padşahlığında çörək yeyən, nə bəxtiyardır!” Bu elə lovğalıqla ifadə olundu ki, sanki Allahın Padşahlığında onun yeri artıq hazır idi. Onun əminliyi bu gün özünün Məsihdə xilas olmasından sevinclə danışaraq, bu xilasın şərtlərini yerinə yetirməyənlərin əminliyinə bənzərdir. Onun ruhu Balaamın dua etdiyi zaman malik olduğu ruha bənzəyirdi: “Saleh insanların ölümü ilə ölüm, sonum onlarınkı kimi olsun” (Say. 23:10). Bu fərisey özünün səma üçün yararlı olduğunu yox, səmaya gəldiyi zaman həzz alacağı şeyləri düşünürdü. Öz atmacası ilə o, ziyafət üzvlərinin düşüncələrini onların bugünkü vəzifələrindən yayındırıb, fikirlərini real həyatdan salehlərin diriləcəyi uzaq zamanlara yönəltmək istəyirdi.HD 164.2

    Məsih bu riyakarın ürəyini oxuyurdu və Öz nəzərini ona yönəldərək, bütün toplaşanların qarşısında artıq bu gün onların malik olduqları imtiyazların mənasını və vacibliyini açdı. Onlara göstərdi ki, gələcəyin xeyir-duasını bölüşdürmək üçün artıq bu gün görüləsi işləri vardır.HD 165.1

    “Bir adam, — O sözə başladı, — böyük axşam ziyafəti düzəltdi və oraya çoxlu qonaq çağırdı. Yemək vaxtı gələndə ağa öz qulunu dəvət olunanların yanına göndərdi ki, onlara desin: “Buyurun, çünki artıq hər şey hazırdır”. Lakin bu dəvətə qəribə etinasızlıq göstərildi. “Və hamı birdən üzr istəməyə başladı. Birincisi ona dedi: “Mən bir torpaq sahəsi almışam, gedib ona baxmalıyam, səndən xahiş edirəm, məni bağışla”. Digəri dedi: “Mən beş cüt öküz satın almışam və onları sınaqdan keçirməyə gedirəm; səndən xahiş edirəm, məni bağışla”. Üçüncüsü dedi: “Mən evlənmişəm, buna görə də gələ bilmərəm”.HD 165.2

    Bu səbəblərin heç biri bəraət üçün kifayət deyildi, çünki həqiqi zərurətdən doğmamışdı. Öz torpağına “gedib baxmaq” niyyətində olan adam onsuz da artıq onu almışdır. Gedib ona baxmaqdan ötrü ona görə tələsir ki, onun şüuru bütövlüklə bu nailiyyətə cəlb edilmişdir. Öküzlər də artıq alınmışdılar. Onları sınaqdan keçirmək yalnız alıcının marağını ödəməkdən ötrü idi. Üçüncü üzr də imtina etmək üçün ciddi səbəb deyildi. Nəzərdə tutulan qonağın evlənməsi onun ziyafətdə iştirak etməsinə mane olmurdu. Onun xanımı da orada sevinclə qarşılanardı. Lakin onun öz planları var idi və onun nəzərində iştirak edəcəyini vəd etdiyi ziyafətdən cazibəli idi. O, artıq ləzzəti onu dəvət etmiş ağa ilə ünsiyyətdən deyil, başqa cəmiyyətdə almağı vərdiş etmişdir. O üzr istəmir və hətta imtina edərkən adi ədəb qaydalarına riayət etmir. “Gələ bilmərəm” sözləri “mən gəlmək istəmirəm” həqiqətini güclə örtür.HD 165.3

    Dəvət olunanların imtina üçün gətirdikləri bu səbəblərin hamısı onların şüurlarının əl çəkmək istəmədikləri başqa maraqlar üzərində cəmləşdiyini göstərir. Onların əvvəl qəbul etdikləri dəvət sonradan rədd edildi və səxavətli dost onların belə saymazlıqları ilə təhqir edildi.HD 165.4

    Məsihin məsəlindəki böyük ziyafət Müjdənin təqdim etdiyi xeyir-duaları təsvir edir. Ziyafət üçün hazırlanmış yeməklər — Məsihin Özüdür. O, göylərdən enmiş çörəkdir; xilasın mənbəyi Ondadır. Rəbbin müjdəçiləri Xilaskarın gözlənən gəlişini ibranilərə çoxdan xəbər vermişlər; onlar Məsihə “dünyanın günahını ortadan qaldıran” Allahın Quzusu kimi işarə edirdilər (Yəh. 1:29). Allahın hazırladığı ziyafətdə O, insanlara səmavi ənamların ən böyüyünü, hədsizini təklif edir. Onun üçün tükənməz ehtiyatlar hazırlayaraq, Allahın məhəbbəti bu şənliyi yaratdı. “Bu Çörəkdən yeyən, — Məsih deyir, — əbədi yaşayacaqdır” (Yəh. 6:51).HD 166.1

    Ancaq bu Şad Xəbər bayramına dəvəti qəbul etmək üçün insanlar öz dünyəvi maraqlarını bir məqsədə — Məsihi və Onun salehliyini qəbul etməyə tabe etməlidirlər. Allah hər şeyini insana vermişdir və ondan xahiş edir ki, Ona etdiyi sitayişi hər cür dünyəvi və eqoist maraqlarından üstün tutsun. O, ikiləşmiş ürəyi qəbul edə bilmir. Dünyanı sevməyə sərf edilən ürək Allaha təslim edilə bilməz.HD 166.2

    Bu məsəlin verdiyi dərs bütün dövrlər üçün əhəmiyyətlidir. Allahın Quzusu hara getsə, biz Onun dalınca getməliyik. Bizə Onun rəhbərliyini seçmək lazımdır. Onun dostluğu dünyəvi dostların cəmiyyətindən üstün tutulmalıdır. Məsih deyir: “Atasını və ya anasını Məndən artıq sevən Mənə layiq deyil; oğlunu və ya qızını Məndən artıq sevən Mənə layiq deyil” (Mt. 10:37).HD 166.3

    Məsihin dövründə ailə masası arxasında öz gündəlik çörəklərini yeyən zaman çoxları bu sözləri təkrar edirdilər: “Allahın Padşahlığında çörək yeyən nə bəxtiyardır”. Məsih isə göstərdi ki, əslində bu qiymətsiz masaya qonaq tapmaq nə qədər çətindir. Onun sözlərini dinləyənlər dərk edirdilər ki, Mərhəmətin çağırışına nahaq səs vermədilər. Dünyəvi var-dövlət, qazanc və nəşələr yanğısı onları tamamilə öz əsarətinə almışdı və hamısı yekdilliklə dəvəti rədd etdilər.HD 166.4

    “Həyat çörəyi Mənəm. Atalarınız səhrada manna yedilər və öldülər; göylərdən gələn çörək isə elədir ki, onu yeyən ölməz. Göydən enmiş olan diri çörək Mənəm” (Yəh. 6:48-51).HD 166.5

    Təəssüf ki, bu gün də biz eyni mənzərəni müşahidə edirik. Məsəldəki axşam ziyafətinə dəvət olunanların bəhanələri bizim günlərdə Müjdəni qəbul etməkdən imtina edənlər tərəfindən yenidən səslənir. İnsanlar bəyan edirlər ki, Müjdənin tələblərini qəbul etmək naminə onlar özlərinin dünyəvi planlarını təhlükə altına qoya bilməzlər. Onlar hesab edirlər ki, onların dünyəvi maraqları əbədi dəyərlərdən daha çox əhəmiyyətlidir. Hətta onların Allahdan aldıqları xeyir-dualar da onların qəlblərini Yaradan və Bağışlayandan ayıran səddə dönür. Bəziləri hətta müvəqqəti də olsa öz dünyəvi işlərindən yayınmaqdan qorxaraq, mərhəmət elçisinə deyirlər: “İndilik get, münasib vaxt tapdıqda, səni çağırtdıraram” (Həv. iş. 24:25). Digərləri Allahın çağırışına itaət etdikləri zaman vətəndaşlıq münasibət və əlaqələrində çətinliklər ola biləcəyinə istinad edirlər. Bu adamlar deyirlər ki, yaranmış qohumluq və dostluq bağlarının ahəngini poza bilməzlər. Bununla da onlar özlərini İsanın danışdığı məsəldəki əsas surətlərə bənzədirlər. Onların aciz, zəif bəhanələrini ziyafətin Sahibi Öz dəvətinə qarşı nifrət təzahürü hesab edir.HD 167.1

    “Mən evlənmişəm, buna görə də gələ bilmirəm” deyən adamın timsalında nəhəng insan kütləsi durur. Öz xanımlarının, yaxud ərlərinin sözünə baxaraq, Allahın çağırışına səs verməyən nə qədər insan var dünyada. Ər bəzən deyir: “Mənim xanımım bunun əleyhinə olduğu halda, mən Allaha münasibətdə öz məsləklərimə riayət edə bilmərəm. Onun təsiri mənim öz əqidəmə uyğun hərəkət etməyimi son dərəcə çətinləşdirəcəkdir”. Yaxud arvad rəhmli dəvət alır: “Gəlin, zira artıq hər şey hazırdır”, lakin belə cavab verir: “Xahiş edirəm, məni bağışla, mənim ərim mərhəmət dəvətindən imtina edir. O deyir ki, onun iş qayğıları buna mane olur. Mən hər şeydə ərimlə bərabər olmalıyam, buna görə də gələ bilmirəm”. Çox zaman uşaqların ürəkləri daha həssas olur. Onlar İsanın çağırışına getmək istəyirlər. Lakin onlar öz ata və analarını sevirlər və bir halda ki, valideynləri Müjdənin dəvətinə lazımi diqqət göstərmirlər, övladlar hesab edirlər ki, onların da getməyi vacib deyildir. Onlar da bəyan edirlər: “Bağışla məni”.HD 167.2

    Bu adamların hamısı Xilaskarın dəvətindən imtina edirlər, çünki ailənin bölünməsindən qorxurlar. Onlar hesab edirlər ki, Allaha xidmətdən əl çəkməklə, evdə sülhü və əmin-amanlığı qoruyurlar, ancaq bu, yanılma, xülyadır. Eqoizm əkən insanlar onu da biçəcəkdirlər. Məsihin məhəbbətini rədd edərək, onlar insan məhəbbətinə paklıq və möhkəmlik gətirən yeganə məfhumu rədd etmiş olurlar. Bu insanlar yalnız səmanı itirməyəcəkdirlər, ancaq naminə səmanı qurban gətirdiyindən də həqiqi həzz almayacaqdırlar.HD 168.1

    Məsəldə axşam yeməyi verən adam onun dəvətinin necə qarşılandığını görüb qəzəblənərək “öz nökərinə dedi”: “Tez get, şəhərin küçələrində və səkilərində olan yoxsulları, əlilləri, topalları və korları buraya gətir”.HD 168.2

    Ev yiyəsi qonaqpərvərliyini və səxavətini inkar edənlərdən üz çevirdi və həddən artıq yoxsulları, evləri və torpaq sahələri olmayanları dəvət elədi. O, yoxsulları və acları, onun səxavətini dəyərləndirə bilənləri çağırdı. “Vergiyığanlar və fahişələr, — Məsih dedi, — Allahın Padşahlığına sizdən qabaq girirlər” (Mt. 21:31). Bu, yaxud digər insan digərlərinin nifrətlə ondan üz çevirdikləri qədər günahkar olsa da, heç zaman o qədər düşkün, o qədər yararsız olmayacaqdır ki, Allahın diqqət və məhəbbətindən məhrum edilsin. Məsih arzu edirdi ki, Onun yanına əldən düşmüş, yorğun, məzlum adamlar gəlsinlər. O, adamlara başqa heç yerdə əldə edə bilməyəcəkləri işıq, sevinc və sülh vermək istəyirdi. Günahkarların ən pisləri Onun dərin, səmimi şəfqətinə və məhəbbətinə malik olurdular. O Öz Müqəddəs Ruhunu göndərib, onları Özünə cəlb etmək üçün çağırır.HD 168.3

    Yoxsulları və korları gətirən ağasına dedi: “Ağa! Sənin əmrin yerinə yetirildi, hələ artıq yer də vardır”. Ağası qula dedi: “Get, bütün yolları və çəpərləri axtar və insanları gəlməyə məcbur et ki, evim dolsun”. Burada Məsih Müjdənin yəhudi dininin hüdudlarından çıxaraq, dünyanın ən ucqar yerlərinə qədər yayılmasına işarə edirdi.HD 168.4

    Bu əmrə itaət edərək, Pavel və Barnaba cəsarətlə ibranilərə dedilər: “Allahın Kəlamı əvvəlcə sizə təbliğ olunmalı idi. Madam ki siz onu rədd edirsiniz və əbədi həyata layiq olmadığınıza hökm verirsiniz, budur, biz də digər millətlərə tərəf dönürük. Çünki Rəb bizə belə əmr etmişdi: “Səni digər millətlər üçün işıq olaraq qoydum ki, yerin uclarına qədər xilas gətirəsən”” (Həv. iş. 13:46-48).HD 168.5

    Məsihin həvariləri tərəfindən bəyan edilən Müjdə Onun dünyaya İlk gəlişindən xəbər verir və insanlara Ona iman etməklə xilas edilməyin şad xəbərini çatdırırdı. O, eyni zamanda, Məsihin Öz xalqını xilas etmək üçün böyük izzət içində baş verəcək İkinci gəlişinə işarə edirdi və insanlara iman və itaət vasitəsilə müqəddəslərin mirasında iştirak edəcəklərinə ümid verirdi. Bu xəbər bu gün də insanlara verilibdir və o, Xilaskarın İkinci gəlişinin yaxın olduğunu xəbər verir. Bir zamanlar Öz gəlişinin əlamətləri haqqında Onun xəbər verdikləri artıq baş vermişdir və İlahi Kəlamı öyrənərək görərik ki, Rəb artıq qapıdadır.HD 169.1

    Vəhy Kitabında Yəhya Məsihin İkinci gəlişi haqqında müjdəni qabaqcadan xəbər verir. O, “göyün ortasında uçan bir mələk” görür. “Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, һәг qəbiləyə, hər dilə və һәг xalqa təbliğ etsin. Və O, yüksək səslə deyirdi: Allahdan qorxun! Ona izzət verin! Çünki hökmünün vaxtı gəldi” (Vəh. 14:6, 7).HD 169.2

    Bu peyğəmbərlikdə məhkəmə haqqında xəbərdarlıq digər xəbərlərlə ahəngdarlıqda İnsan Oğlunun səma buludlarında zühur etməsini qabaqcadan xəbər verir. Hökm haqqında xəbər onu göstərir ki, Məsihin İkinci gəlişi yaxındadır. Xəbərin adı isə əbədi Müjdədir. Beləliklə, Məsihin İkinci gəlişinin təbliği və bu zühurun yaxında olmasının bəyan edilməsi Müjdə xəbərinin ayrılmaz hissələridir.HD 169.3

    Müqəddəs Kitab xəbər verir ki, axır zamanlarda insanlar dünyəvi nemətlər, əyləncələr və qazanc dalınca qaçacaqdırlar. Onlar əbədi dəyərlərə qarşı kor və kаг olacaqdırlar. Məsih deyir: “Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də o cür olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə insanlar yeyib, içib, evlənib, ərə gedirdilər və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır”.HD 169.4

    Həqiqətən də bu gün belədir. Adamlar qazanc və öz ehtiyaclarını ödəmək dalınca elə qaçırlar ki, sanki nə Allah, nə göylər, nə də gələcək vardır. Nuhun dövründə gələcək tufan haqqında qabaqcadan xəbərdarlıq edilmişdi ki, onlar günahkar olduqlarını dərk edib tövbə etsinlər. Eynilə Məsihin yaxın olan İkinci gəlişi haqqındakı xəbər insanları dünyəvi faniliyə qapılmaqdan saqındırmağa çağırmışdır. Bu xəbər onları əbədi dəyərləri dərk etmələri üçün oyatmalıdır ki, insanlar Rəbbin dəvətinə səs verib, Onun süfrəsində iştirak edə bilsinlər.HD 170.1

    Müjdənin dəvətnaməsi bütün dünyaya, “hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa” aid edilmişdi (Vəh. 14:6). Saqındırma və rəhmin sonuncu xəbəri bütün yer üzünü öz izzəti ilə nurlandırmalıdır. O һәг kəsin qulağına çatmalıdır: varlı və kasıbların, əsilzadə və sadələrin. “Get, bütün yolları və çəpərləri axtar, — deyir Məsih, — və insanları gəlməyə məcbur et ki, evim dolsun”.HD 170.2

    Dünya İlahi Kəlamın aclığını çəkərək, Müjdənin çatışmazlığından məhv olur. İnsanların çox az bir qismi insan rəvayətləri ilə qarışdırılmamış təmiz İlahi Kəlamı təbliğ edirlər. Buna görə də insanlar Müqəddəs Kitabı əldə etsələr də, Allahın Yazılarda onlar üçün yerləşdirdiyi xeyirduaları almırlar. Rəbb Öz qullarını Onun xəbərini insanlara çatdırmağa çağırır. Günahlar içində məhv olan insanlara əbədi həyat Kəlamı bəxş edilməlidir.HD 170.3

    “Yollar və çəpərlərlə” getməyə vadar edərək, Məsih bu vəzifəni Öz adı naminə xidmət etməyə dəvət etdiyi hamının qarşısında qoyur. Məsihin xidmətçiləri üçün bütün dünya fəaliyyət meydanıdır. Bütün bəşər ailəsi onların xidmətinə mənsubdur. Rəbb istəyir ki, Onun lütf kəlamı hər qəlbə çatdırılsın.HD 170.4

    Bu xidmət xeyli dərəcədə şəxsi fəaliyyətlə yerinə yetirilməlidir. Məsihin üsulu belə idi. Onun Özü çox zaman məhz hər bir canla şəxsi ünsiyyət vasitəsilə insanlara xidmət edirdi. Yalnız bir dinləyici ilə söhbətə də böyük əhəmiyyət verirdi. Çox zaman tək bir can vasitəsilə xəbər minlərlə başqalarına çatırdı.HD 171.1

    Biz insanların bizim yanımıza gəlməsini gözləməməliyik; özümüz onların olduğu yerlərə getməliyik. Kəlam kafedradan səsləndiyi zaman iş yenicə başlayır. Əgər onlara çatdırmasaq, insanların böyük bir hissəsi Müjdəni eşitməyəcəkdir.HD 171.2

    Ziyafətə dəvət ilk öncə bəşəriyyətin müəllimi və öndəri olacaq Məsihin gəlişindən xəbər verən peyğəmbərliklərə malik olan və Xilaskarın gələcək missiyasına dəlalət edən simvolik ibadətin etibar olunduğu ibrani xalqına verilmişdir. Kahinlər və xalq səmavi çağırışı dinləsəydilər, onlar Müjdə xəbərinin bütün dünyaya yayılmasında Məsihin elçiləri ilə birləşərdilər. Onlara başqaları ilə bölünəcək həqiqət etibar edilmişdir. Onlar bu çağırışı rədd etdikdən sonra o, dilənçilərə, əlillərə, topallara və korlara göndərildi. Vergiyığanlar və günahkarlar da bu dəvəti qazandılar. Müjdə dəvəti bütpərəstlərə verildiyi zaman da eyni məqsədi daşıyırdı. Müjdə xəbəri əvvəl “yollara” — yəni bu dünyada mühum rol oynayan şəxslərə, xüsusilə müəllimlərə və xalqın liderlərinə ünvanlanır.HD 171.3

    Rəbbin elçiləri bunu unutmamalıdırlar. Pastorların, Allahın seçdiyi müəllimlərin Müjdənin ilk olaraq yayılması haqqında sözlərə çox ciddi yanaşmaları gərəkdir. Onlar cəmiyyətin ali təbəqəsinə mənsub olan adamlara xüsusi diqqət və qardaşcasına hörmətlə yanaşmalıdırlar. Biznes nümayəndələri, cəmiyyətdə yüksək vəzifələr tutan adamlar, yaradıcılıq və elm xadimləri, zəkalı və istedadlı adamların hamısının şüurları bu gün üçün xüsusi əhəmiyyət kəsb edən həqiqətlər üçün hələ dəvət almamışdır, onlar Allahın dəvətini öncə eşitməlidirlər.HD 171.4

    Bu dünyanın zənginlərinə də Allahın dəvətini çatdırmaq çox vacibdir. Onlarda göylərin bəxş etdiyi nemətlərə görə məsuliyyət hissi oyatmaq lazımdır. Onlara xatırlatmaq lazımdır ki, dirilərin və ölülərin Hökmdarına malik olduqları sərvətlərin xərclənməsi haqqında hesabat verməli olacaqlar. Zəngin insan sizin Allah qorxusu və məhəbbət ilə gördüyünüz işə möhtacdır. Çox tez-tez o, başının üstünü almış təhlükəni hiss etmədən, öz dövlətinə güvənir. Onların nəzərini fani olmayan dəyərlərə yönəldib, həqiqi səadətin gücünü dərk etmələrinə kömək etmək lazımdır, o səadətin ki dəvət edib deyir: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və sizə Mən rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; zira Mən həlim və qəlbdən təvazökaram; və canlarınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Mt. 11: 28-30).HD 172.1

    Öz təhsilinə, varına, yaxud da vəzifəsinə görə dünyada yüksək mövqelərə sahib olan adamlara onların xilas olmalarına aid şəxsi sual ilə az-az müraciət edirlər. Məsihçi xidmətçilərin çoxu belə adamlar arasında iş aparmaqdan çəkinirlər. Ancaq bu, belə olmamalıdır. İnsan suda boğulduğu zaman biz onun vəkil, tacir, yaxud hakim olduğuna görə dayanıb, məhv olmasını laqeydliklə müşahidə etmirik. Əgər biz uçuruma tərəf qaçan insan görürüksə, onu yubanmadan, hansı vəzifə sahibi olduğundan asılı olmayaraq, saxlayırıq. Biz heç vaxt insanları onların canları üçün təhlükəli olan şeylərdən çəkindirməkdə tərəddüd etməməliyik.HD 172.2

    Açıqca dünyəvi dəyərlərə üstünlük verən insana da laqeyd olmaq düzgün deyildir. Cəmiyyətdə yüksək mövqelərə sahib olanların çoxusu malik olmadıqları qəlb rahatlığına ehtiyac duyurlar. Onlar şöhrətpərəst vurnuxmadan və ürək boşluğundan yorulublar. Cəmiyyətin ən yüksək təbəqələrində xilas üçün susayan və yanğı çəkənlər vardır. Əgər Rəbbin xidmətçiləri şəxsən, xoş niyyətlərlə və Məsihin yumşaltdığı ürəklə onlara yaxınlaşmış olsaydılar, onların çoxu ümid əldə etmiş olardılar.HD 172.3

    Təbliğatın müvəffəqiyyəti nitqlərin elmliliyindən, bəyanat və şəhadətlərin parlaqlığından, sübutların inandırıcı və dərin olmasından deyil, Xəbərin sadəliyindən, onun susamış qəlb üçün anlaşıqlı və aktual olmasından asılıdır. “Mən xilas olmaqdan ötrü nə etməliyəm?” — hər qəlbin ehtiyacı budur.HD 173.1

    Minlərlə insan üçün ən sadə və adi sözlər tam inandırıcı ola bilər. Həqiqi fitri istedada malik olan yüksək intellektli insanlar çox vaxt ürəklərinə təskinlik və dəstəyi məhz Allahı sevən və bu məhəbbətdən yalnız ən maraqlı şeydən danışdığı kimi bəhs edən adamların sadə kəlmələrində tapırlar.HD 173.2

    Çox zaman qabaqcadan böyük səy ilə hazırlanmış cümlələr çox zəif təsir bağışlayır. Lakin Allah övladının səmimi inandırma, təbii sadəliklə bağlı olan sözü artıq çoxdan və sanki həmişəlik Məsih və Onun məhəbbəti üçün qapanmış ürəkləri açmaq gücünə malikdir.HD 173.3

    Qoy Məsihin işçisi bilsin ki, öz şəxsi qüvvəsilə işləmir. Qoy o, Allahın taxtı önünə Onun xilas etməyə qadir olduğuna iman edərək qapansın. Qoy o, dualarda Allahla mübarizə etsin və sonra da Allahın bəxş etdiyi bütün qabiliyyətlərdən istifadə edərək çalışsın. Müqəddəs Ruh onun fəal qüvvəsi olacaqdır. Qoruyucu mələklər onun yanında olacaqdırlar ki, onun müraciət etdiyi insanların ürəklərinə təsir edib həqiqət toxumu əksinlər.HD 173.4

    Əgər Yerusəlimdə xalq ağsaqqalları və müəllimlər Məsihin onlara gətirdiyi həqiqəti qəbul etsəydilər, onların şəhəri necə bir missioner mərkəzinə çevrilə bilərdi! O zaman üz çevirmiş İsrail xalqı geri dönərdi. Rəbb üçün nəhəng ordu toplana bilərdi. Necə böyük sürətlə o, Şad Xəbəri dünyanın hər ucuna çatdıra bilərdi! Eləcə də indiki gündə yüksək mövqeyə və böyük istedada malik olan adamlar Məsihin xidmətinə cəlb olunsa idilər, yıxılmışları qaldırmaq, rədd edilmişləri toplamaq, hər yerdə xilas haqqında xəbərləri yaymaq üçün necə nəhəng iş görülə bilərdi. Allahın dəvəti çox tez bir vaxtda hər kəsə çatdırılardı və qonaqlar Rəbbin süfrəsinə toplaşardılar.HD 173.5

    Ancaq biz yalnız dahiləri və istedadlıları düşünərək, yoxsulları unutmamalıyıq. Məsih öz elçilərinə eyni zamanda küçə və çəpərləri axtararaq, bu dünyanın yoxsul və məzlumlarının yanına getməyi əmr etmişdi. Böyük şəhərlərin həyət və səkilərində çoxlu sayda ailələr və ayrı-ayrı insanlar, ola bilsin, yad torpaqda qərib olan adamlar vardır ki, onların imanlılar cəmiyyətinin olmasından heç xəbərləri də yoxdur və öz tənhalıqlarında özlərini Allah tərəfindən unudulmuş hesab edirlər. Onlar xilas olmaq üçün nə edəcəklərini bilmirlər. Onların çoxları günah çirkabında boğulurlar. Çoxları ümidsizliyə qapılıblar. Onlar öz əzabları, ehtiyacları, imansızlıqları və qəmləri içində sarsılıblar. Cürbəcür xəstəliklər onların bədənlərinə və qəlblərinə zərbə endirir. Öz bəlaları içində təskinlik tapmaq istədikləri zaman iblis onları çürüməyə və ölümə aparan ehtiras və tamahla sınağa çəkir. Şeytan onlara ağızda toza çevrilən Sodom almalarını uzadır. Onlar öz pullarını çörək olmayana və öz səylərini həqiqi səadət gətirməyənə sərf edirlər.HD 174.1

    Bu məzlumların simasında biz Məsihin xilas etdiklərini görməliyik. Onun çağırışı bunlara aiddir: “Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz — parasız alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. Qulaq asın, Mənim yanıma gəlin, dinləyin ki, sağ qalasınız” (Yeş. 55:1-3).HD 174.2

    Qərib və səfillərə, bütün ruhlu qüvvələrini itirmiş bədbəxt insanlara Allah xüsusi diqqət və qayğı ilə yanaşmağı əmr edir. İman məsələlərinə tamamilə biganə görünənlərin çoxları ürəklərinin dərinliyində sülh və qəlb rahatlığı üçün susayıblar. Onlar günah çirkabının lap dibinə düşmüş olsalar da, onların xilas olmalarına ümid vardır.HD 174.3

    Məsihin davamçıları Ona bənzəməlidirlər. O, bir yerdən başqasına getdiyi zaman məzlumlara təskinlik verir və xəstələri sağaldırdı. Bundan sonra isə O onlara Öz Padşahlığının böyük həqiqətlərini açırdı. Onun davamçıları da belə etməlidirlər. Yalnız insanın bədəninin əzablarını yüngülləşdirdikdən sonra siz onun qəlbinin də ehtiyaclarını ödəmək imkanına malik ola bilərsiniz. Siz ona çarmıxa çəkilmiş Xilaskarı göstərərək dahi Təbibin məhəbbətindən danışa bilərsiniz, yalnız O yenidən yaratmaq və bərpa etmək qüdrətinə malikdir.HD 175.1

    Yoxsul, ruhdan düşmüş və azmışlara deyin ki, onlar ümidsiz olmamalıdırlar. Onlar yıxılsalar da, düzgün xasiyyət tərbiyə etməsələr də, Allah onları bərpa edib, Öz xilasının sevincini onlara verməkdən həzz alır.HD 175.2

    O, ilk baxışda yararsız görünən və üzərində artıq iblisin öz işini görmüş olduğu xammalı götürüb, onları Öz aşıb-daşan lütfünün obyektinə çevirməyə şaddır. Allah onları itaətsizlərin üzərinə enəcək qəzəbdən xilas edə bildiyinə görə onların sağalmaq və təmizlənmək imkanı vardır. Onların hər biri üçün Rəbbin süfrəsi arxasında yer vardır. O onları se-HD 175.3

    vinclə qarşılamaqdan ötrü gözləyir.HD 175.4

    Yollar və çəpərlərlə gedənlər öz xüsusiyyətləri olan müxtəlif insanlara rast gələcəklər, o kəslərə ki, yenə yardıma möhtacdırlar. Bunlar o kəslərdirlər ki, malik olduqları işığa müvafiq yaşayır, Allaha bıldıkləri səviyyədə ibadət edirlər. Ancaq onlar başa düşürlər ki, həm onların özləri Üçün, həm də onları əhatə edən insanlar üçün daha böyük iş görülməlidir. Onlar Allah haqqında daha artıq biliyə malik olmaq istəyirlər, çünki dərk edirlər ki, böyük işığın onlar yalnız ilk şüalarını görməyə nail olublar. Onlar gözləri yaşlı Allaha dua edirlər ki, O onların iman vasitəsilə uzaqdan sezdikləri xeyir-duaları göndərsin. Böyük şəhərlərin insafsızlığı və günahkarlığı içərisində belə adamlara çox rast gəlmək olar. Onların çoxu sıxıcı şəraitdə yaşadıqları üçün dünya tərəfindən tapılmırlar. Onların çoxusu imanlılar cəmiyyətinə və onun xidmətçilərinə məlum deyildirlər. Lakin onlar yoxsulluq və rəzillik içində yaşayan insanlardan ötrü Rəbbin şahidləridirlər. Onlar, ola bilsin ki, az işığa malikdirlər və təbliğat üçün xüsusi istedadları yoxdur, lakin aclıq, soyuq və rəzillik dünyasında onlar fədakarlıqla başqalarına xidmət edirlər. Qoy çoxçeşidli İlahi lütf evini tikənlər bu fədakar insanları axtarsınlar, onların evlərinə getsinlər və Müqəddəs Ruhun yardımı ilə onların ehtiyaclarını yüngülləşdirsinlər. Onlarla bərabər Müqəddəs Kitabı tədqiq edin və Müqəddəs Ruhun sizə öyrətdiyi sadəliklə onlarla bir yerdə dua edin. Məsih Öz qullarına onların qəlbləri üçün səmavi çörək olacaq xəbəri verəcəkdir. Qiymətli xeyir-dua qəlbdən-qəlbə, ailədən — ailəyə keçiriləcəkdir.HD 175.5

    Məsihin məsəldə səslənən “Gəlməyə məcbur et” nəsihəti bəzən yanlış şərh edilir. Bəziləri onu insanların zorla döndərilməsinə çağırış hesab edirlər. Əslində isə burada dəvətin inadlı və inandırıcı təsirə malik olmasının vacib olduğu qeyd edilir. İnsanları Məsihə gətirmək üçün Müjdə heç zaman güc işlətmir. O yalnız çağırır: “Ey bütün susamışlar, gəlin su başına!” (Yeş. 55:1). “Ruh və gəlin də deyirlər: “Gəl!” Susayan qoy gəlsin, arzu edən qoy həyat suyunu müftə götürsün” (Vəh. 22:17). Allaha gəlməyə bizi Onun məhəbbətinin və lütfünün gücü vadar edir.HD 176.1

    Xilaskar deyir: “Budur, Mən qapı qarşısında durub, onu döyürəm: kim səsimi eşidib qapını açarsa, Mən onun yanına girəcəyəm və Mən onunla, o da Mənimlə axşam yeməyini yeyəcəkdir” (Vəh. 3:20). Saymazlıq, imtina, nifrətlə qarşılandığı zaman O geri dönmür, lakin yorulmadan azmışları axtararaq, deyir: “Səni necə tərk edim?” (Huş. 11:8). Sərtləşmiş ürək Onun məhəbbətini rədd etsə də, O təkrar-təkrar dönərək, ona daha böyük inadla yalvarır: “Budur, Mən qapı qarşısında durub, onu döyürəm”. Onun qalib gələn məhəbbətinin gücü canları Ona dönməyə vadar edir və onlar Məsihə belə cavab verirlər: “Köməyinlə məni yüksəltdin” (Məz.18:35).HD 176.2

    Məsih Özünün qeyb olmuşların axtarışı zamanı rəhbər tutduğu titrək məhəbbətdən Öz elçilərinə də verəcəkdir. “Gəlin” demək azdır. Bu çağırışın ünvanlandığı insanların arasında elələri vardır ki, eşitmə qabiliyyətini itirdiklərinə görə bu sözlərin mənasına varmırlar. Onlara göstərilən xeyirxahlığı görməkdən ötrü görmə qabiliyyətləri çox zəifdir. Çoxları öz düşkünlüklərinin dərinliyini dərk edirlər. Onlar deyirlər: “Mən yardıma layiq deyiləm, tərk edin məni”. Lakin Məsihin döyüşçüləri geri çəkilməməlidirlər. Səmimi, qızğın məhəbbət və şəfqətlə məsum və taqətsizləri də dəstəkləyə bilərlər. Öz cəsarətinizin, ümidinizin və gücünüzün bir hissəsini onlarla bölüşün. Onların Məsihə dönmələri üçün xeyirxahlıqla təkid edin. “Və tərəddüd edən bəzilərinə qarşı mərhəmətli olun; digərlərini isə oddan qaparaq xilas edin” (Yəhuda 22,23).HD 177.1

    Əgər Allahın qulları iman içində Onunla bərabər olsalar, O onların müjdəsinə güc verəcəkdir. Onlar İlahi məhəbbəti elə təsvir edə biləcək və Onun lütfünün rədd edilməsinin təhlükəli olduğunu elə göstərəcəklər ki, insanlar Müjdəni məcburən qəbul edəcəklər. Əgər insanlar yalnız Allahın onlara tapşırdığı işi yerinə yetirsələr, Məsih möcüzələr уагаdacaqdır. Keçən əsrlərdə müşahidə olunan böyük yenidənqurma bizim günlərdə də insan ürəklərində baş verə bilər. Con Bunyan küfr və sərxoşluq məclislərindən, Con Nyuton isə qul alqı-satqısından çağınlmışdır ki, çarmıxa çəkilmiş Xilaskar haqqında bəyan etsinlər. Buna bənzər bunyanlar və nyutonlar bugünkü insanların içindən də çağırıla bilərlər. İlahi qüvvə ilə birləşmiş insan boruları vasitəsilə bir çox yoxsul, rədd edilmiş adamlar dönəcəklər ki, öz növbələrində Allahın surətini digər adamlarda bərpa etsinlər. Bir çox adamlar var ki, doğru yol ilə getmək üçün imkanı olmamışdır, yanlış yollarla yalnız ona görə gedirdi ki, o zaman yaxşısını tanımırdı, lakin işıq şüaları onlara da çatacaqdır. İlahi Kəlam onlara Məsihin Zəkkaya dediyi söz kimi gələcəkdir: “Bu gün Mən sənin evində qalmalıyam” (Lk. 19:5); ümidsiz günahkar görünənlərin ürəkləri uşaq qəlbi kimi incə olacaqdır, çünki Məsih Öz lütfkarlığı ilə onları seçmişdi. Çoxları dəhşətli yanılmalardan və günahdan dönərək, hər cür imkanlara və imtiyazlara malik olan, lakin onları lazımınca dəyərləndirməyən adamların yerini tutacaqdırlar. Onlar Onun dəyərli mirası hesab olunacaqlar, Allahın seçilmişləri sayılacaqlar; Məsih Öz Padşahlığını qəbul edən zaman onlar Onun taxtının önündə duracaqlar.HD 177.2

    Ancaq “diqqətli olun, Danışanı rədd etməyin” (İbr. 12:25). İsa dedi: “Dəvət olunanlardan heç biri mənim axşam ziyafətimdən dadmayacaqdır”. Onlar dəvəti rədd etdilər və heç biri yenidən dəvət olunmayacaqdır. Məsihi rədd etməklə, yəhudilər öz ürəklərini bərkitdilər və özlərini şeytanın əsarətinə saldılar; buna görə də onlar Allahın lütfünü qəbul etməyə qadir olmadılar. Həmin hadisəni biz bu gün də görürük. Əgər Allahın məhəbbəti bizim tərəfimizdən layiqincə dəyərləndirilmirsə, əgər o bizim qəlbimizi yumşaldan və itaətli edən rəhbər prinsipə çevrilmirsə, biz həmişəlik ölmüş sayılırıq. Rəbb artıq bizə verdiyi Öz məhəbbətinin təzahüründən çox bir şey verə bilməz. Əgər İsanın məhəbbəti ürəyimizi təslim etmədisə, başqa heç bir şey artıq bizə kömək edə bilməyəcəkdir.HD 178.1

    Siz mərhəmət çağırışından hər dəfə imtina edəndə imansızlığınızı möhkəmlədirsiniz. Siz öz ürəyinizin qapısını Məsihə açmaqdan hər dəfə imtina edəndə Onun səsini eşitmək qabiliyyətini itirirsiniz. Siz mərhəmətin son çağırışına səs vermək şansınızı azaldırsınız. Qoy sizin haqqınızda da qədim İsrail haqqındakı kimi yazılmasın: “Efrayim bütlərindən yapışdı. Burax onu!” (Huş. 4:17).HD 178.2

    Qoy Məsih sizdən ötrü də, Yerusəlim üçün ağladığı kimi, yenə də ağlayıb deməsin: “Toyuq öz cücələrini qanadları altına topladığı kimi, Mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, fəqət siz istəmədiniz! Budur, eviniz sizə tənha buraxılır” (Lk. 13:34, 35).HD 178.3

    Biz o dövrdə yaşayırıq ki, bəşər övladı üçün həqiqət, sonuncu lütf çağırışı, son dəvət səslənir. “Get, bütün yolları və çəpərləri axtar” əmri çox tez bir zamandan sonra qəti yerinə yetiriləcəkdir. Məsihin dəvəti hər bir adama veriləcəkdir. Onun elçiləri çağırırlar: “Gəlin, zira hər şey hazırdır”. Səma mələkləri hələ də öz səylərini insanların səyləri ilə birləşdirirlər. Müqəddəs Ruh özünün bütün təsirindən istifadə edir ki, bizi gəlməyə vadar etsin. Məsih gərgin halda və ümidlə izləyir ki, bizim ürəyimizin rəzələri çəkilib, qapısı Ondan ötrü aralansın. Mələklər gözləyirlər ki, yeni bir azmış günahkarın tapılması haqqında xəbəri də göylərə çatdırsınlar. Səma sakinləri gözləyirlər ki, öz arfalarının simlərinə toxunaraq, Quzunun axşam ziyafətinə dəvətini qəbul etmiş yeni bir can üçün sevinc nəğməsi ucaltsınlar.HD 178.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents