Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Həyat Dərsləri

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Yol kənarına düşən toxum kimi olan qəlb

    Əkinçi haqqındakı məsəldə əsasən toxumun bitməsinə səpildiyi torpağın təsirindən bəhs edilir. Bu məsəldə Məsih bunları demək istəyir: “Mənim işlərimi tənqid etdiyiniz və Mənim işlərim sizin istəklərinizə uyğun olmadığı üçün təhlükə içindəsiniz”. Sizin üçün ən vacib sual budur: “Mənim müjdəmə siz necə münasibət göstərirsiniz? Sizin əbədi aqibətiniz Mənim Kəlamımı qəbul və yaxud rədd edəcəyinizdən asılıdır”.HD 20.2

    Yol kənarına düşmüş toxumdan danışaraq, O, belə dedi: “Yol kənarına düşənlər isə kəlamı eşidənlərdir ki, sonra iblis gəlir və iman etməyib, xilas olmasınlar deyə, kəlamı onların ürəyindən götürüb aparır’’ (Lk. 8:12).HD 20.3

    Yol kənarına düşmüş toxum İlahi Kəlamın etinasız qəlbə düşməsini nümayiş etdirir. İnsan və heyvanların get-gəlindən tapdanmış cığır kimi, belə qəlb də dünyanın ehtirasları, ləzzətləri və günahları üçün açıqdır. Eqoist məqsədlərə və günahkar təbiətə uyaraq, belə qəlb “günahın hiyləsi ilə inadkar olur” (İbr. 3:13). İnsanın ruhlu keyfiyyətləri məhv olur. O, Kəlamı eşitsə də, onu dərk etmir. O başa düşmür ki, bu Kəlam məhz ona aiddir. O özünün həqiqi ehtiyacını, başı üzərindəki təhlükəni hiss etmir. O, Məsihin məhəbbətinə cavab vermir, Onun lütfü haqqında xəbəri eşitmir və bunların ona aid olmadığını güman edir.HD 21.1

    Yol kənarına düşmüş toxumları dənləyən quşlar kimi, şeytan da İlahi həqiqət toxumunu insan qəlbindən aparmağa hər zaman hazırdır. O qorxur ki, İlahi Kəlam hətta ən etinasız insanı da oyadıb, onun daşlaşmış qəlbini dəyişər. Şeytan və onun əlaltıları Xoş Xəbərin təbliğ olunduğu yerə gəlirlər. Mələklər insan qəlbinə İlahi Kəlamı aşılamaq istədikləri zaman, bəşəriyyətin düşməni hər an hazırdır ki, bu Kəlamın gücünü azaltsın və Onun insana olan gözəl təsirini məhv etsin. Yalnız ona xas inadla Müqəddəs Ruhun işinə mane olmağa çalışır. Məsih Öz məhəbbəti ilə insan qəlbini Özünə yönəltmək istəyən zaman, Xilaskara yönəlmiş hər qəlbi şeytan Ondan yayındırmağa çalışır. O, insanda məhvə sürükləyən tənqidçilik ruhu yaradır, ona inamsızlıq, bədbinlik və ümidsizlik aşılayır. Vəzçinin hərəkəti və yaxud danışıq tərzi dinləyicinin xoşuna gəlməyən zaman, o məhz bu çatışmazlıqlara diqqət yetirir. Allah tərəfindən göndərilmiş və ona vacib olan həqiqətlər isə lazımınca dərk olunmur.HD 21.2

    Şeytanın köməkçiləri də çoxdur. Bəzi insanlar özlərini məsihçi hesab edərək, başqalarının qəlbindən həqiqət toxumlarını qəsb etməkdə şər qüvvəyə yardım edirlər. İlahi Kəlamı dinləyənlərin bir qismi isə öz evlərində onu tənqid mövzusu edirlər. Onlar təbliğə adi bir məruzə, ya- xud siyasi çıxış kimi münasibətlər bəsləyirlər. İlahi Kəlam kimi qəbul edilməli ikən, təbliğ onlar üçün yüngül zarafat və yaxud istehzalı iradlar obyektinə çevrilir. Vəzçinin xasiyyəti, onun motivləri və hərəkətləri, həmçinin, imanlılar cəmiyyətinin üzvlərinin davranışı da həmin adamlar tərəfindən təhqiramiz şəkildə müzakirə edilir. Bu vaxt tez-tez düşünülməmiş iradlar, qeybətlər və yaxud böhtanlar eşidilir və bunların hamısı imanda olmayanların yanında baş verir. Valideynlər tez-tez öz övladlarının yanında bu cür söhbətlərə yol verirlər. Beləliklə, Allahın Müjdəsini yayanlara və onların söylədiklərinə etibarsızlıq və hörmətsizlik yaranır. Bunun nəticəsində isə çoxları İlahi Kəlamın özünə belə sadəlövhlüklə yanaşırlar.HD 21.3

    Nəticədə, belə ailələrdə gənclər imana gəlmirlər. Övladlarının Xoş Xəbərlə maraqlanmamaqları və Müqəddəs Kitabın həqiqətlərini etinasızcasına danmaqları isə valideynləri çaş-baş salır. Əxlaqi və dini təsirin gəncləri maraqlandırmaması onlarda təəccüb doğurur. Onlar dərk etmirlər ki, məhz özlərinin təsiri övladlarının qəlbini sındırır. Yaxşılıq toxumu kök atmadığı üçün şeytan onu qəsb edir.HD 22.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents