Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    29-cu fəsil
    ŞEYTANIN QANUNA QARŞI DÜŞMƏNÇİLİYİ

    Şeytanın səma sakinləri arasında Allah Qanununu devirmək üçün birinci cəhdi bir müddətə sanki uğur qazanmışdı. Az mələk yoldan çıxarılmadı, lakin şeytanın ötəri təntənəsi məğlubiyyətlə qurtardı. O, Allahdan uzaqlaşdırıldı və Səmadan qovuldu.AP 283.1

    Münaqişə yerdə təkrar başlayanda şeytan yenidən sanki qələbə qazandı. İnsan günah edərək onun əsiri oldu və insanın yerdəki hökmranlığı böyük üsyançının hökmranlığına çevrildi. Onda sanki şeytanın önündə öz müstəqil padşahlığını qurmaq və Allaha, Onun Oğluna müharibə elan etmək imkanı açıldı. Lakin xilas planı insana yenidən imkan verdi ki, Allahla əlaqəni bərpa etsin, Onun qanununu icra etsin və nəhayət, insan kimi yer də hiyləgərin hökmranlığından xilas edilsin.AP 283.2

    Şeytan yenidən uğursuzluğa düçar oldu və öz uğursuzluğunu qələbəyə çevirmək ümidi ilə yenidən yalana əl atdı. Günaha batmış nəslin arasında qəzəb ruhu oyatmaq üçün hiyləgər ədalətsizlikdə Allahı ittiham etməyə çalışırdı ki, O, insanın Onun qanununu pozmasına imkan vermişdir. “Niyə, - mahir hiyləgər inandırırdı, - Allah, günahın nəticələrini bilə-bilə, yol verdi ki, insan sınağa düçar olsun, günah etsin və özünü iztirablara və ölümə düçar etsin?” İbrahimin övladları onlara başqa şans verən Allahın çoxsəbirli mərhəmətini unudaraq və şeytanın üsyanı nəticəsində Səma Padşahının verdiyi heyrətamiz, lakin dəhşətli qurbana baxmayaraq, azdıncının pıçıltılarını dinlədilər və onları şeytamn öldürücü hakimiyyətindən xilas etməyə qadir olan yeganə Şəxsdən gileyləndilər.AP 283.3

    Bu gün də minlərcə can Allaha qarşı həmin üsyançı çıxışlara züy tuturlar. Onlar dərk etmirlər ki, seçmək azadlığını insandan almaq onu qarət etmək, şüurlu varlıq olmaq hüququndan məhrum etmək və robota döndərmək deməkdir. Allah mənəvi cəhətdən azad varlıq kimi yaradılan insanın iradəsini buxovlamaq istəmir. Başqa dünyaların sakinləri kimi onun da itaəti sınağa məruz qalmalı idi, lakin O, insanı heç vaxt elə vəziyyətlərə salmır ki, bu şəraitlər onu mütləq günaha tabe olmağa məcbur etsinlər. O yol verməz ki, Onun məxluqu dözülməz sınağa məruz qalsın. Rəbb insanın şeytanla mübarizədə heç vaxt məğlub olmaması üçün ona zəruri olan hər şeyi bəxş etmişdi.AP 284.1

    İnsanlar yer üzündə yayılanda, demək olar ki, bütün dünya üsyankar ruha bürünmüşdü. Yenə, elə bil ki, şeytan qalib gəlmişdi. Lakin qadir qüvvə yenə də qanunsuzluğu kəsdi və yer böyük daşqının suları ilə şərəfsizlikdən təmizləndi.AP 284.2

    Peyğəmbər deyir: “Hökmbrin уег üzündə həyata keçdikcə dünyanın sakinbri doğruluğu öyrənir. Pis Adama rəhm etsələr də, o, doğruluğu öyrənməz,... Rəbbin böyüklüyünü görməz” (Yeşaya 26:9,10). Böyük daşqından sonra beb oldu. Allahın cəzasından xilas olandan sonra yerin sakinbri yenidən Rəbbə qarşı üsyan etdibr. Allahın əhdi və Onun qanunları iki dəfə dünya tərəfındən inkar edildi. Nuhun törəməbri də daşqından əvvəlki dünya kimi Rəbbin hakimiyyətini rədd etdibr. Onda Allah İbrahimb əhd bağladı və Onun qanununun qoruyucuları ola biləcək xalqı seçdi. Lakin şeytan bu xalqı azdırmaq və məhv etmək üçün dərhal öz fıtnələrinə başladı. Yaqubun övladları yoldan çıxıb bütpərəstlərlə nigah bağladılar və onların allahlarına səcdə etdibr. Lakin Yusif Allaha sadiq qaldı və onun sədaqəti əsl imanın daimi sübutu oldu. Bu işığı söndürmək üçün şeytan Yusifın paxıl qardaşlarından istifadə etdi, onları Yusifı bütpərəst ölkəsinə köbliyə satmağa təhrik etdi. Lakin Allah hadisələrə eb istiqamət verdi ki, Misir xalqına Özü haqqında bilik versin. Potifərin evində də, zindanda da Yusif eb təcrübə aldı ki, bu təcrübə Allah qorxusu ib birgə onu Misirin rəisi vəzifəsi üçün hazırladı. Onun təsiri fironun sarayından bütün ölkəyə yayıldı və bununla yanaşı Allah haqda bilik də hər yerə yayıldı. İsrail xalqı da Misirdə çiçəkləndi və xoş güzaran sürdü, sadiq olanlar isə ətrafdakılara Allah haqqında xeyirxah təsir göstərdilər. Bütpərəst kahinlər xalqın meyl etdiyi yeni dinin inkişafını həyəcanla izləyirdilər. Onlara Allaha qarşı öz xüsusi nifrətini təlqin edən şeytan tərəfındən qızışdırılaraq onlar bu işığı söndürməyi qərara aldılar. Onlara taxt-tacın varisini tərbiyə etmək həvalə edilmişdi və Allaha qarşı bu barışmaz düşmənçilik ruhu və bütpərəstliyə can atmaq gələcək monarxın xarakterini formalaşdırdı və ibranilərə qarşı qəddarlığa, zülmə gətirib çıxartdı.AP 284.3

    Musanın Misirdən qaçmasından sonra qırx il ərzində sanki qələbə bütpərəstliyin tərəfində idi. İsrailin ümidi hər il getdikcə daha çox sönürdü. Padşah da, xalq da öz qüdrətlərindən qızışırdılar və İsrailin Allahını söyürdübr. Bu, nəhayət, Musanın qarşı durduğu fironda ən yüksək nöqtəsinə çatdı. İbrani xalqının rəhbəri İsrailin Allahı Tanrı tərəfindən xəbərlə fironun yanına gələndə fironun dediyi sözlər: “Rəbb kimdir ki, Onun səsinə qulaq asıb....Rəbbi tanımıram” - ona şəhadət etmirdi ki, o, əsl Allahı tanımır, ona şəhadət edirdi ki, o, Allahın qüdrətinə qarşı müharibə elan edir. Lap əvvəldən son ana qədər fironun İlahi əmrə müqaviməti onun xəbərsizliyinin nəticəsi deyil, nifrətinin və təkəbbürünün nəticəsi idi.AP 285.1

    Misirlilər uzun müddət ərzində Allah haqqında bilik işığını rədd etsələr də, Rəbb hələ də onlara tövbə etmək imkanı göndərirdi. Yusifin günlərində Misir İsrail üçün sığınacaq yeri olmuşdu. Allah Öz xalqına göstərdiyi mehribanlıqla şöhrətlənmişdi və indi də çoxsəbirli, gec qəzəbbnən və mərhəmətlə dolu olan Allah Özünün hər bir cəzasının yerinə yetməsi vaxtını bngidirdi; misirlibr məhz səcdə etdikləri şeybrdən əzab çəkərək Tanrının qüdrəti haqqında sübut aldılar və kim istəsəydi Allaha təslim olub Onun cəzasından qurtarardı. Fironun fanatikliyi və inadkarlığı Allah haqda biliyin yayılmasına səbəb oldu və bir çox misirliləri özünü Allaha xidmətə həsr etməyə təhrik etdi.AP 285.2

    İsraillibr bütpərəstlərə çox yaxın olduqları və bütpərəstliyə uyduqları üçün Allah eb etdi ki, onlar Yusifin təsiri güclü olduğu və onların seçilmiş xalq kimi qalmalan üçün yaxşı şərait olan Misirə yola düşdübr. Misir dininin kobud bütpərəst formaları, misirlilərin ibranilərə göstərdikləri qəddarlıq və zorakılıq onlarda bütpərəstliyə qarşı ikrah oyatmalı və onlan öz atalarının Allahında sığınacaq axtarmağa təhrik etməli idi. Allahın bu qabaqgörənliyindən şeytan öz xüsusi məqsədləri üçün istifadə etdi, israillilərin şüurunu bulandırmağa və onları bütpərəst ağalarının adətlərini yamsılamağa məcbur etməyə çalışdı. Misirlilərin heyvanları müqəddəs hesab etmələrindən ibranilər özlərinin köblikdə olduqları bütün vaxt ərzində qurban gətirə bilmədilər. Bu ona səbəb oldu ki, onların qəlbləri böyük Qurbana can atmadı və imanları zəiflədi. İsrail xalqının qurtuluş vaxtı gələndə isə şeytan var qüvvəsilə Allahın niyyətlərinə müqavimət göstərdi. O, möhkəm qərara gəldi ki, bu çoxsaylı xalqı (iki milyondan artıq adamı) nadanlıqda və mövhumatda saxlasın. Allahın xeyir-dua verməyi və artırmağı vəd etdiyi, yer üzündə qüdrətli qüvvə etməyi vəd etdiyi xalqı, vasitəsilə Allahın Öz iradəsi haqqında biliyi açmalı olduğu xalqı, Onun qanununun qoruyucusu olmaq üçün nəzərdə tutulan xalqı şeytan var gücü ilə zülmətdə və köləlikdə saxlamağa çalışırdı ki, onun şüurundan Allah haqqında bütün xatirələri silsin.AP 285.3

    Fironun önündə möcüzələr ediləndə şeytan döyüş meydanına gəldi ki, onların təsirini kiçiltsin və fıronun qadir Rəbb haqda bilik almasına və Onun əmrlərinə tabe olmasına mane olsun. Şeytan bütün məharətini göstərdi ki, Rəbbin işlərini təqlid etsin və beləliklə Onun iradəsinə müqavimət göstərsin. Lakin onun bütün səyləri ona xidmət etdi ki, İlahi gücün və şöhrətin böyük təzahürü üçün yol açıldı və onda israillilər və bütün Misir əsl canlı Allahın varlığı və ali hakimiyyəti haqqında daha çox bildilər.AP 286.1

    Rəbb Öz gücünün qüdrətli təzahürü və bütün Misir allahlarını cəzalandırması ilə İsraili xilas etdi. “O xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı... Qoy Rəbbin qaydalarına riayət etsinlər, qanunlanna əməl eləsinlər” (Məzmur 105:43-45). O onları köblikdən azad etdi ki, onlar üçün düşməndən sığınacaq kimi hazırladığı xoş torpağa göndərsin; onlar orada Onun kölgəsi altında yaşaya bilsinlər. O, onları Özünə cəlb etmək və əbədi olaraq Öz ağuşunda saxlamaq istəyirdi, Onun bütün mehribanlığma və mərhəmətinə cavab olaraq isə onlar Onun, canlı Allahın önündə başqa allahlara malik olmamalı idibr və Onun adını bütün dünyada ucaltmalı və izzətləndirməli idilər. Misirdəki köblik illəri ərzində israillibrin çoxusu İlahi prinsipləri bütpərəst adət və ənənələri ilə qanşdıraraq Allah Qanunu haqda biliyi çox itirmişdibr. Allah onları Sinaya gətirdi və orada Özü Öz qanununu elan etdi.AP 286.2

    Şeytan və şər mələkləri bütün baş verənlərdə iştirak edirdilər. Hətta Allah Öz xalqına qanun verəndə də şeytan onu günaha necə sövq etməyi düşünürdü. Səma önündə şeytan istəyirdi ki, Allahın əlindən Onun seçdiyi xalqı qoparsın. İsrailliləri bütpərəstliyə sövq etməklə hiyləgər bütün ibadət sistemini dağıtmaq istəyirdi: çünki insan onun özündən uca olmayan və simvolunu öz əlilə düzəltdiyi şeyə səcdə etməklə necə ucala bilər? Əgər insanı o dərəcədə kor etsə ki, o, nəhayətsiz Allahın gücünü, qüdrətini və şöhrətini konkret bir surətdə, üstəlik də heyvan və sürünənlər surətində yaratsın; əgər insanlar öz İlahi başlanğıclarını bu qədər unutsalar, öz Yaradanlarına bənzər yaradıldıqlarını unutsalar, bu murdar cansız əşyalara səcdə etsələr, onda alçaq özbaşınalığa yol açılacaq, pis istəklər sərhəd tanımayacaq və şeytan insanlar üzərində tam hakimiyyət əldə edə biləcəkdir.AP 287.1

    Buradaca, Sinanın ətəyində, Allah Qanununun inkar edilməsi üçün şeytan öz planlarını həyata keçirməyə başladı, Səmada başladığı fıtnələri davam etdirdi. Musa dağda Allahla birgə olduğu qırx gün ərzində şeytan insanlarda şübhə oyatmaqla məşğul oldu və onları dönüklüyə və üsyana itələdi. Onunla əhd bağlayan xalqa təqdim etmək üçün Allah Öz qanununu yazanda israillilər Tanrıya sədaqətlərini pozaraq qızıl allahcığazlar tələb etdilər. Musa İlahi şöhrətin əzəmətli hüzur yerini tərk edərək insanların yerinə yetirməyi and içdikləri qanunun göstərişləri ilə onların yanına qayıdanda gördü ki, onlar tamamilə Onun tələblərini rədd etmişlər və pərəstişlə qızıl bütə baş əyirlər.AP 287.2

    İsraili küfrə və Tanrıya qarşı təhqiramiz hərəkətə təhrik etməklə, şeytan insanları ölümə düçar etmək istəyirdi. Onlar özlərinin belə pozğun və Allah tərəfındən onlara təklif olunan üstünlüklərə və xeyir-dualara layiq olmadıqlarını göstərdikləri üçün, həm də özlərinin təntənəli sədaqət andlarını pozduqlan üçün şeytan ümid edirdi ki, Allah onları Özündən rədd edəcək və məhv edəcəkdir. Bu yolla şeytan İbrahimin toxumunu kəsmək istəyirdi, o əhd olunan toxumu ki, canlı Allah haqda biliyi saxlamalı idi və ondan həqiqi toxum, Məsih törəməli idi və Məsih də şeytana qalib gəlməli idi. Böyük qiyamçı İsraili məhv etməyi və beləliklə Allah planlarını pozmağı fıkirləşirdi. Lakin o, yenə məğlub oldu. İsrail xalqı necə günah etsə də, tam məhv edilmədi. Şeytanın inadkar tərəfdarları məhv edildikləri zaman itaət edən və peşman olan xalq rəhmlə bağışlandılar. Bu cinayətin tarixi, cinayətkarlığın və bütpərəstliyin cəzalanmasınm, ədalətin və Allahın çoxsəbirli rəhmdilliyinin əbədi sübutudur.AP 287.3

    Sinada baş verən hadisələri bütün Kainat izləyirdi. İki qarşıduran qüvvənin toqquşması Allah idarəsi və şeytan idarəsi arasındakı fərqi üzə çıxartdı. Yenə başqa dünyaların günahsız sakinləri şeytanın dönüklüyünün nəticələrini gördülər və başa düşdülər ki, əgər şeytan bunu edə bilsəydi, onun Səmada istədiyi idarə necə olardı.AP 288.1

    İnsanları ikinci əmri pozmağa məcbur etməklə şeytan onların İlahi Varlıq haqda təsəvvürlərini kiçiltmək istəyirdi. Dördüncü əhdi kənarlaşdırmaqla o, insanlan Allahı tamam unutmağa məcbur etməyə çalışırdı. Rəbb istəyirdi ki, insanlar Onu bütpərəst allahlarından yüksəklərə ucaldaraq Ona səcdə və ibadət etsinlər; bu tələblər ona əsaslanır ki, O, Yaradandır və bütün başqa varlıqlar öz varlıqları üçün Ona borcludurlar. Müqəddəs Kitab buna şəhadət edir. Yeremya peyğəmbər deyir: “Rəbb haqq Allahıdır. Var olan Allahdır, əbədi Padşah Odur... Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq. Rəbb qüdrəti ilə yer üzünü yaratdı, hikməti ilə dünyanı qurdu, dərrakəsi ilə göyləri yaydı”. “Hər kəs ağılsız oldu, bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, çünki onun tökdüyü büt puçdur, onda nəfəs yoxdur. Onlar boş şey, masqaraçılann işidir. Cəza vaxtı məhv olacaqlar. Yaquba Nəsib Olan isə onlara bənzəməz, çünki hər şeyi yaradan Odur” (Yeremya 10:10-12; 14-16). Şənbə, Allahın yaradıcı qüvvəsinin əlaməti kimi, Onun göyün və yerin Yaradıcısı olduğunu göstərir. Deməli, Şənbə Onun varlığının, Onun əzəmətinin, Onun müdrikliyinin və Onun Məhəbbətinin daimi şahididir. Əgər Şənbəyə lazımi surətdə riayət olunsaydı, dünyada bir nəfər ateist, yaxud bütpərəst olmazdı.AP 288.2

    Öz başlanğıcını Edemdən götürən şənbənin bayram edilməsi bizim dünyadan heç də az qədim olan qanun deyildir. Ona başlanğıcdan bütün ulular tərəfindən riayət edilmişdir. Misirdəki köləlik zamanı nəzarətçilər israilliləri şənbəni pozmağa məcbur edirdilər və onlar şənbənin müqəddəsliyi haqda biliklərini xeyli dərəcədə itirmişdilər. Sinada qanun elan ediləndə dördüncü əhdin ən birinci sözləri: “Şənbə gününü yadda saxlayıb, müqəddəs gün kimi say...”, onu göstərirdi ki, şənbə bundan əvvəl təşkil edilmişdir, onun mənşəyi bizi yaradılış günlərinə apanr. İnsanlan Allahı unutmağa məcbur etmək üçün şeytan bu böyük günü ləğv etmək istəyirdi. Əgər o, insanları Yaradanı unutmağa məcbur edə bilsəydi, onlar düşmən qüvvəyə müqavimət göstərməkdə tamamilə gücsüz olardılar və onun şikarı olardılar.AP 288.3

    Şeytanın Allah Qanununa düşmənçiliyi onu On qanunun hər bir hökmünə qarşı mübarizə etməyə məcbur etdi. Öz valideynlərinə oğul və qız məhəbbəti və itaəti prinsipi hamının Atası Allaha məhəbbətinin və sədaqətinin böyük prinsipi ilə sıx bağlıdır. Valideyn nüfuzuna hörmətsizlik istər-istəməz Allah nüfuzuna hörmətsizliyə aparacaqdır. Buna görə də şeytan var gücü ilə çalışır ki, beşinci əhdə göstərilən borc hissini boğsun. Bütpərəst xalqlar bu prinsipə az əhəmiyyət verirdilər. Bir çox qəbilələrin adətinə görə ixtiyar yaşına çatmış və özlərini yedirtməyə qadir olmayan valideynləri taleyin ixtiyanna buraxırdılar, yaxud öldürürdülər. Ailədə anaya etinasız münasibət göstərirdilər, onun əri öldükdə isə o, öz böyük oğlunun tabeçiliyinə keçirdi. Övladların valideynlərə itaəti Musa tərəfindən qanunlaşdırılmışdı, lakin israillilər Allahı unutduqda başqa qanunlarla birlikdə bu da inkar edildi.AP 289.1

    Şeytan “başlanğıcdan qatil idi” (Yəhya 8:44); insan nəsli üzərində hakimiyyət əldə edən kimi isə Allahın nüfuzunu daha özbaşınalıqla tapdamaq üçün insanları yalnız bir-birlərinə nifrət etməyə və öldürməyə təhrik etmədi, həm də onları altıncı qanunun pozulmasını öz dinlərinin bir hissəsi etməyə məcbur edirdi.AP 289.2

    İlahi keyfıyyətlər haqda təhrif olunmuş təsəvvür bütpərəst xalqları bu inama gətirib çıxartdı ki, allahlan mərhəmətə gətirmək üçün insan qurbanları zəruridir və bütpərəstlik örtüyü altında ən dəhşətli cinayətlər baş verdi. Bunlar arasında uşaqlan bütlər önündə oddan keçirmək adəti də yayılmışdı. Uşaqlardan hansısa bu dəhşətli sınaqdan sonra salamat qalanda xalq inanırdı ki, onların qurbanları qəbul edilmişdir və bu cür uşağa allahların xüsusi mərhəmətinə malik olan kimi baxırdılar. Ona çoxlu hədiyyələr bəxş edirdilər və xüsusi hörmət göstərirdilər; nəticədə isə o nə cinayət edirdisə, hamısı cəzasız qalırdı. Lakin uşaqlardan hansınınsa odun içindən keçərkən yanığı olardısa, onun taleyi həll olunurdu. Çünki xalq inanırdı ki, belə halda allahların qəzəbindən yalnız bu bədbəxti qurban gətirməklə qurtarmaq olar və əlbəttə ki, belə də edirdilər. Böyük dönüklük dövründə bu cür murdarlıqlar müəyyən dərəcədə İsrail xalqı arasında da baş verirdi.AP 289.3

    Yeddinci qanun də din naminə pozulurdu. Bütpərəst ibadətləri çox hissəsi murdar, mənəviyyatsız ayinlərdən ibarət idi. İnsanların səcdə etdikləri allahlar natəmizlər kimi təsvir edilirdilər və onların tərəfdarlan müxtəlif alçaq ehtiraslara qapılırdılar. Dəhşətli qüsurlar çiçəklənirdi və dini bayramlar açıq ümumi işrətlə seçilirdi.AP 290.1

    Çoxarvadlılıq bəşər tarixinin ilkin dövrlərindən adət halını alırdı. Bu, böyük daşqına qədərki dünyaya Allahı qəzəbləndirən cinayətlərdən biri idi. Lakin daşqından sonra bu qanunsuzluq yenidən geniş yayıldı. Şeytan xüsusi səy göstərirdi ki, nikah ittifaqını təhrif etsin, onun vəzifələrini zəiflətsin və onun müqəddəsliyini məhv etsin; çünki Allah surətini insanda təhrif etmək üçün və iztirablara, qüsurlara qapı açmaq üçün daha etibarlı üsul yox idi.AP 290.2

    Böyük mübarizənin lap əvvəlindən şeytan daim çalışırdı ki, Rəbbin xarakterini yanlış təsvir etməklə Onun qanununa qarşı üsyana təhrik etsin və onun bu niyyətləri sanki uğur qazanırdı. Çoxları şeytam dinləyir və Allaha qarşı üsyan edirlər. Lakin hökm sürən şər arasında Allahın niyyətləri durmadan yerinə yetməyə yaxınlaşır. Bütün yaradılmış şüurlu varlıqlara O, ədalət və mehribanlıq göstərir. Şeytanın azdırmalarına uyaraq bütün insan nəsli Allah Qanununu pozdu, lakin Onun Oğlunun qurbanı sayəsində Allaha qayıdış yolu açılmışdır. Məsihin lütfü vasitəsilə insanlar yenidən Atanın qanununa itaətkar ola bilərlər. Beləliklə hər bir vaxtda ətrafdakı dönüklük zülməti arasında Allah Ona sadiq olan xalqı - qəlbində Onun qanunu olan xalqı toplayır (bax Yeşaya 51:7).AP 290.3

    Şeytan yalanla mələkləri yoldan çıxartdı. O, insanların arasında həmişə də bu cür hərəkət etmişdir və axıradək də belə edəcəkdir. Əgər o, Allaha və Onun qanununa qarşı açıq müharibə etsəydi, onda insanlar ehtiyat edərdilər, lakin o maskalanır və həqiqəti yalana qarışdırır. Ən təhlükəli yalan odur ki, həqiqətlə qanşmışdır. Cam köləliyə və məhv edən yanılmalara bu yolla qəbul etdirilir. Bu yolla şeytan dünyanı öz arxasınca cəlb edir. Lakin onun təntənəsinə həmişəlik son qoyacaq gün yaxınlaşır.AP 290.4

    Rəbb üsyanla elə rəftar edəcəkdir ki, bu qədər vaxt gizlin törədilən fıtnələr tamamilə ifşa olunacaqlar. Şeytan idarəsinin nəticələri, İlahi qanunların kənarlaşdırılmasının bəhrələri bütün yaradılan varlıqlar önündə açılacaqdır. Allah Qanunu tamamilə haqq qazanacaqdır. Hamı görəcək ki, Rəbbin fəaliyyətləri Onun xalqının və Onun yaratdığı dünyaların yalnız əbədi xeyrinə olmuşdur. Şeytan özü bütün Kainat önündə Allah idarəsinin ədalətini və Onun qanununun salehliyini etiraf edəcəkdir.AP 290.5

    Allahın Öz tapdanmış nüfuzunu bərpa etmək üçün qalxacağı saat uzaq deyil. “Çünki, budur, Rəbb уег üzünün sakinlərini qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir” (Yeşaya 26:21). “Ancaq kim onun gələcəyi günə kim tab gətirə bilər? O zühur edəndə kim davam gətirə bilər?” (Malaki 3:2). Allah Öz qanununu elan etmək üçün dağa enəndə İsrail xalqına onun günahkarlığına görə dağa yaxınlaşmağa icazə verilmədi, çünki Onun hüzurunun gözqamaşdırıcı şöhrəti insanları məhv edə bilərdi. Əgər Allahın qüdrəti Onun qanununun elan edilməsi üçün seçilən yerdə belə təzahür etmişdisə, O bu müqəddəs qanunları yerinə yetirmək üçün gələndə Onun məhkəməsi necə dəhşətli olacaqdır! Onun hakimiyyətini tapdalayanlar həmin böyük son qisas günü Onun şöhrəti önündə necə dayanacaqlar? Xalqın Sinada yaşadığı qorxu insanların şüumnda məhkəmə səhnələri haqda təsəvvür doğurmalı idi. Воru səsi İsraili Allahla görüş üçün çağınrdı. Mələyin səsi və Allahın borusu bütün dünyada diriləri və ölüləri Hakimin önündə toplayacaq. Ata və Oğul çoxlu sayda mələklərin müşayiəti ilə dağa enəcəklər. Böyük məhkəmə günü Məsih “Atasının izzətində Öz mələklərilə” gələcəkdir (Matta 16:27). Onda O, Öz şöhrət taxtında oturacaq və bütün xalqlar Onun önündə toplaşacaqlar.AP 291.1

    Sinada İlahi hüzur görünəndə Rəbbin şöhrəti bütün İsrailin gözlərində hər şeyi udan oda bənzəyirdi. Lakin Məsih müqəddəs mələklərlə birlikdə şöhrətlə gələndə bütün yer Onun hüzurunun dözülməz işığı ilə işıqlanacaqdır. “Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, ətrafında şiddətli tufan qopar. O, xalqını mühakimə etmək üçün göyü, yeri şahid çağırır” (Məzmur 50:3,4). Onun önündə od çayı axacaqdır, o, bütün canlıları külə döndərəcəkdir, уег də, insanların bütün yaratdıqları da yanacaqdır. “Bu, Rəbb İsanın qüdrətli mələklərilə bərabər alovlu atəş içərisində göydən zühur etdiyi zaman olacaqdır. Rəbbimiz İsa, Allahı tanımayan və Özü barəsindəki Mücdəyə itaət etməyənlərə cəza verəcəkdir” (2 Saloniklilərə 1:7,8).AP 291.2

    İnsan yaradıldığı vaxtdan, Sinada qanun elan edilərkən olduğu kimi İlahi qüdrətin bu cür təzahürünün heç vaxt şahidi olmamışdı. “Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda yer lərzəyə gəldi, göydən yağış töküldü” (Məzmur 68:8). Təbiətin dəhşətli titrətmələri arasında buluddan Allahın səsi boru kimi gəlirdi. Dağ əsasından zirvəsinə qədər titrəyirdi və rəngi qaçmış, qorxudan titrəyən bütün İsrail xalqı yerə döşənmişdi. Səsi yeri titrədən elan etdi: “Bir daha yalnız yeri deyil, göyü də sarsıdacağam” (İbranilərə 12:26). Yazı deyir: “Rəbb uca yerdən nərə çəkəcək, müqəddəs məskənindən gürlayacaq”; “göy və yer sarsılacaq” (Yeremya 25:30; Yoel 3:16). Həmin böyük gələcək gün göylər “bükülən tumar kimi” çəkilib gedəcək (Vəhy 6:14). Hər bir dağ və ada öz yerindən tərpənəcək. “Dünya sərxoş kimi yırğalanacaq, külək əsəndə talvar kimi silkələnəcək, asiliyin ağırlığı altında yerə yatacaq, bir daha qalxa bilməyəcək” (Yeşaya 24:20).AP 292.1

    “Buna görə hamının əlləri yanına düşəcək, hər kəs qorxub ürəyini yeyəcək” “və hamının bənizi solacaq”, “hər bir Adamı dəhşət bürüyəcək, dərd və iztirab içində boğulacaq, doğan qadın kimi ağrı çəkəcək, çaşqın-çaşqın bir-birinə baxacaq”. “Pisliyə görə dünyanı, günahlarına görə pis adamları cəzalandıracağam, - Rəbb deyir, -təkəbbürlülərin qürurunu qıracağam, zalımların məğrurluğunu alçaldacağam” (Yeşaya 13:7,8,11; Yeremya 30:6).AP 292.2

    Musa əhd lövhələrini alaraq Allahın önündən qayıtdıqda günahkar İsrail onun üzünü işıqlandıran nura dözə bilmirdi. Allah Oğlu Allahın qanununu pozanlan və Onun barışığını rədd edənləri cəzalandırmaq üçün bütün səma ordusunun əhatəsində Atasının şöhrəti ilə zühür edəndə, allahsızlar Ona daha az baxa biləcəklər. Allah Qanununu inkar edənlər və Məsihin qanını tapdalayanlar, “dünyanın padşahları və əyanları, varlıları və minbaşıları, güclüləri” dağların mağaralarında və dərələrində gizlənəcəklər və onda dağlara və daşlara deyəcəklər: “Üstümüzə yıxılın, bizi taxtda Oturanın üzündən və Quzunun qəzəbindən gizlədin! Çünki Onun qəzəbinin böyük günü gəldi və kim dayana bilər?” (Vəhy 6:16-17). “O gün insanlar səcdə etmək üçün düzəlmiş qızıl və gümüş bütlərini götürüb, köstəbək və yarasaların qabağına atacaqlar ki, Rəbb yeri sarsıtmağa qalxarkən, onun zəhminin üzündən, ehtişamının əzəmətindən qaçmaq üçün qayalıqdakı çatlaqlara, uçurumlardakı yanqlara girsinlər” (Yeşaya 2:20,21).AP 292.3

    Onda hamı görəcəkdir ki, şeytanın Allaha qarşı üsyanı şeytanın özünün və könüllü olaraq ona tabe olanların hamısının məhvi ilə qurtardı. O, insanları inandırırdı ki, qanunu pozmaqla onlar çox şey udacaqlar, lakin onlar görəcəklər ki, “günahın əvəzi ölüm”dür (Romalılara 6:23). “Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaqlar. Gələn o gün onlan yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq” (Malaki 4:1). Şeytan hər bir günahın köküdür və bütün qanunsuzlar onun budaqlarıdır, onlar tam məhv ediləcəklər. Günaha və onun gətirdiyi bütün fəlakət və bədbəxtliklərə son qoyulacaqdır. Zəbur oxuyan deyir: “Sən millətləri məzəmmət, pisləri yox etdin, adlannı əbədilik sildin... bir nişanə qalmadı” (Məzmur 9:5,6).AP 293.1

    Lakin İlahi məhkəmənin tufanı Allah övladlarını qorxutmayacaqdır. “Rəbb öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq” (Yoel 3:16). Allah Qanununu pozanlara ölüm və dəhşət gətirən gün, itaət edənlər üçün “təsviredilməz və izzətli bir sevinclə” olacaqdır. “Hüzuruma möminlərimi, qurban verib Mənimlə əhd bağlayanları yığın! Göylər ədalətini bəyan edir, çünki hakim Allahın Özüdür” (Məzmur 50:5,6).AP 293.2

    “O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz” (Malaki 3:18). “Ey salehlikdən xəbərdar olanlar, qanunumu qəlblərində saxlayan xalq, Mənə qulaq asın!” “Budur, sərxoşluq kasasını əlindən almışam... sən artıq içməyəcəksən”. “Sizə təsəlli verən Mənəm, Mən” (Yeşaya 51:7, 12, 22). “Dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, sülh əhdim sarsılmaz, bunu sənə rəhm edən Rəbb deyir” (Yeşaya 54:10).AP 293.3

    Böyük əfv planı yerə İlahi iltifatın tam qayıtması ilə nəticələnəcəkdir. Günahkar həyat üzündən itirilən hər şey bərpa ediləcəkdir. Yalnız insan deyil, yer də əfv ediləcək ki, itaətkarların əbədi mirası olsun. Altı min il ərzində şeytan yeri ələ keçirmək üçün mübarizə etmişdir. İndi Allahın yeri yaradarkən malik olduğu başlanğıc məqsədi həyata keçəcəkdir. “Sonra padşahlığı Allah-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq” (Daniel 7:18).AP 293.4

    “Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir!” (Məzmur 113:3). “Rəbb bütün dünyanın Padşahı olacaq. O gün yalnız Rəbb və Onun Adı ucalacaq” (Zəkəriyyə 14:9). Yazı deyir: “Ya Rəbb, sözün əbədidir, göylərdədir, dəyişməzdir”, “əllərinin işləri sədaqət və həqiqətdir, onun bütün qayda - qanunları etibarlıdır. Onlar əbədidir, möhkəmdir, sədaqətdən, düzlükdən yaranmışdır” (Məzmur 119:89; 111:7,8). Şeytanın nifrət etdiyi və məhv etməyə çalışdığı müqəddəs qanunlar bütün günahsız Kainatda yüksələcəklər. “Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında salehliyi və həmdi belə yetişdirəcək” (Yeşaya 61:11).AP 293.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents