Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    36-ci fəsil
    SƏHRADA

    İsrail xalqı qırx ilə qədər səhrada zülmətdə dolaşdı. Musa deyir: “Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı. Onlan ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu” (Qanunun təkrarı 2:14, 15).AP 357.1

    Bütün bu illər ərzində xalq heç vaxt unutmadı ki, öz üzərində Allah cəzasmı daşıyır. Kadesdəki üsyan zamanı israillilər Allahı rədd etdilər və O da öz növbəsində onları müvəqqəti rədd etdi. Onlar Onun əhdinə sədaqəti pozduqları üçün əhd əlamətini, sünnət mərasimini ala bilmədilər. Yenidən köləlik torpağına qayıtmaq niyyəti onu göstərdi ki, onlar azadlığa və Pasxa sirlərinə layiq deyillər. Pasxa onların köləlikdən azad olması xatirəsinə həsr edilmişdi, buna görə də bu bayram onlar tərəfindən qeyd edilmirdi.AP 357.2

    Lakin məbəddəki daimi ibadət ona şəhadət edirdi ki, Allah Öz xalqını tamamilə tərk etməmişdir. Onun qabaqgörənliyi onların ehtiyaclarınm qayğısına qalırdı. Onların səfər tarixini xatırlayaraq Musa demişdi: “Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində Allahınız Rəbb sayəsində heç nəyə ehtiyacınız olmayıb” (Qanunun təkrarı 2:7). Levililərin Nehemya tərəfındən yazılan vəsf himni hətta bu rədd və didərginlik illərində də Allahın İsrailə qayğısını canlı tərənnüm edir. “Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlanndan əskik etmədin. Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin. Qırx il onları səhrada bəslədin... nə paltarları köhnəldi, nə ayaqları şişdi” (Nehemya 9: 19-21).AP 357.3

    Xalqın səhrada dolaşması yalnız üsyançıların və araqarışdıranların cəzası deyildi, o, böyüyən nəsil üçün yaxşı məktəb idi, əhd olunan torpağa daxil olmaq üçün hazırlıq idi. Musa onlara dedi: “İnsan öz övladına necə tərbiyə verirsə, Allahımz Rəbb də sizə elə tərbiyə verir ki, ... qürurunuzu qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. ... O, sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər” (Qanunun təkrarı 8: 5, 2, 3).AP 358.1

    “Onu quraq bir torpaqda, uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, onu göz bəbəyi kimi qorudu”. “Onlar əziyyət çəkdikdə O da əziyyət çəkdi. Hüzurundan gələn mələk onları xilas etdi. Məhəbbəti və mərhəməti ilə onları satın aldı. Bütün keçmiş günlərdə onlan götürüb apardı” (Qanunun təkrarı 32: 10; Yeşaya 63: 9).AP 358.2

    Lakin onların səhradakı didərgin həyatı haqqında Allaha qarşı üsyandan başqa heç nə şəhadət etmir.Qorahın qaldırdığı qiyam on dörd mindən artıq israillinin məhvi ilə qurtardı. İlahi hakimiyyətə qarşı bu cür etinasızlıq ruhu bir neçə dəfə göstərilmişdir.AP 358.3

    Bir dəfə israilli qadının və Misirdən İsraillə birlikdə çıxan misirli kişinin oğlu onun kimiləri üçün aynlan yeri tərk edərək israillilərin yanına düşərgəyə gəldi və burada öz çadırım qurmaq hüququ haqda elan etdi. Misirlilərin törəmələrinin üçüncü nəslə qədər İsrailə birləşməsini qadağan edən İlahi qanuna əsasən onun bunu etməyə haqqı yox idi. Onunla hansısa israilli arasında mübahisə başladı və iş hakimlərin mühakiməsinə təqdim edildi, hakimlər mübahisəni qanun pozucusunun xeyrinə həll etmədilər.AP 358.4

    İşin bu cür nəticəsindən çox inciyərək o, hakimləri lənətlədi və nifrətinin coşan zamam Allahın adını təhqir etdi. Dərhal onu Musanın yanına apardılar. Belə bir hökm mövcud idi: “Atasını yaxud anasını söyən adam öldürülməlidir” (Çıxış 21:17). Lakin bu cür hal tamamilə nəzərdə tutulmamışdı. Cinayət elə dəhşətli idi ki, Allahın xüsusi göstərişinə birbaşa zərurət yaranmışdı. Rəbbin iradəsinin necə olacağını gözləyərək təqsirkan həbsdə saxladılar. Allah Özü hökmü elan etdi və İlahi əmrə əsasən küfr danışan düşərgədən çıxarılıb daşqalaq edildi. Bu günahın şahidi olanlar öz əllərini onun başına qoydular, bununla təntənəli surətdə şəhadət etdilər ki, cinayətkar ədalətli cəzasmı daşıyır. Sonra onlar birinci olaraq daş atdılar və kənarda dayanan xalq onlara qoşuldu ki, hökmü icra etsinlər.AP 358.5

    Bu hadisədən sonra belə hallar üçün qanun verildi: “Allahına lənət edən hər kəs öz günahının cəzasmı çəkəcək; Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir” (Levililər 24:15,16).AP 359.1

    Elə adamlar var ki, qəzəblənən anda deyilən söz üçün belə sərt cəza təyin edən Allahın məhəbbətini və ədalətini şübhə altma qoyurlar. Lakin məhəbbət də, ədalət də bunu bilməyi tələb edir ki, şərin Allaha qarşı doğurduğu təhqir böyük günahdır. Birinci küfr edənin düçar olduğu qisas başqalarına da xəbərdarlıq idi ki, Allahın adı pərəstişlə çəkilməlidir. Lakin əgər bu hadisə cəzasız qalsa idi, onun öldürücü təsiri çox həyatları məhv edərdi.AP 359.2

    İsraillilərlə birlikdə Misirdən çıxan yadqəbiləlilər daimi azğınlıq və həyəcan mənbəyi idilər. Onlar deyirdilər ki, bütpərəstliyi tərk etmişlər və həqiqi Allaha səcdə edirlər. Lakin onların əvvəllər aldıqları tərbiyə və təhsil onlann vərdişlərini və xarakterlərini formalaşdırmışdı və onlar az və ya çox dərəcədə bütpərəstlikdən korlanmış insanlar idilər və Allaha pərəstiş göstərmirdilər. Çox hallarda onlar birinci olaraq şikayət etməyə başlayırdılar və öz bütpərəst adətləri və Allaha qarşı narazılıqlan ilə bütün düşərgəni çaxnaşdırırdılar.AP 359.3

    Xalq səhraya yenidən qayıtdıqdan tezliklə sonra şənbə pozulmuş oldu, həm də elə pozuldu ki, bu günahı xüsusi olaraq ağırlaşdırdı. Allahm İsraili vərəsə hüququndan məhrum etməsi haqqında İlahi qərar xalqda üsyan yaratdı. Hansı bir adamsa Kənana girmədiklərindən kədərlənərək Allah Qanununa etinasızlıq göstərməyi qərara aldı, dördüncü hökmü açıq pozaraq, şənbə günü odun yığmağa çıxdı. Səhrada səfərləri zamanı yeddinci gün ocaq yandırmaq sərt qadağan edilmişdi. Bu qadağan Kənan torpağına aid deyildi, çünki oranın sərt iqlim şəraiti tam əksini tələb edirdi, lakin səhrada buna ehtiyac yox idi. Bu adamın hərəkəti özbaşınalıq idi, dördüncü hökmün qəsdən pozulması idi - bu, bilməməzlikdən və düşüncəsizlikdən baş verən günah deyil, özünə arxayınçılıqdan baş verən günah idi.AP 359.4

    O, cinayət yerində tutuldu və Musanın yanına gətirildi. Hələ əvvəllər elan edilmişdi ki, dördüncü hökmün hər bir pozulması ölümlə cəzalandırılır, lakin hələ aydın deyildi ki, bu cəza necə yerinə yetirilməlidir. Musa Rəbdən soruşdu və ona əmr verildi: “Bu adam öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün” (Saylar 15:35). Küfr danışmaq günahı və şənbənin özbaşına pozulması eyni cür cəzalandırıldılar, çünki Allah hakimiyyətinə etinasızlığı ifadə etməkdə bərabər idilər.AP 360.1

    Bizim günlərimizdə çox insanlar şənbəni yəhudi qanunu kimi rədd edirlər və deyirlər ki, əgər ona riayət olunmalıdırsa, onda onun pozulması ölümlə cəzalandırılmalıdır. Lakin biz görürük ki, küfr danışmaq da şənbənin pozulması kimi cəzalandırılırdı. Məgər biz buna əsaslanaraq təsdiq edə bilərikmi ki, üçüncü hökm də ləğv edilir, çünki yalnız yəhudilərə aid olmuşdur? Axı üçüncü, beşinci və demək olar ki, bütün hökmlərin pozulması dördüncü hökmün pozulması kimi ölümlə cəzalandırılırdır. Allah indi Öz qanununun pozulmasına görə bütün hallarda cəzalandırmasa da, Onun Sözü aydın deyir ki, günahın cəzası ölümdür və son məhkəmə günündə çoxlarına aydın olacaq ki, müqəddəs qanunları pozanların cəzası ölüm olmuşdur.AP 360.2

    Səhrada bütün qırx illik sərgərdanlıq ərzində möcüzəli surətdə göydən düşən manna həmişə yahudilərə şənbə gününə müqəddəs hazırlıq borcunu xatırladırdı. Lakin bu da onları itaətə gətirmədi. Onlar dərhal cəzalanmaqdan qorxaraq bu qanunu açıq pozmağa cəsarət etməsələr də, dördüncü hökmə riayət edilməsində böyük ehtiyatsızlıq göstərdilər. Allah peyğəmbər Yezekel vasitəsilə deyir: “Mənim Şənbə günlərimə məhəl qoymadılar” (Yezekel 20:13,24). Bu, birinci nəslin əhd olunan torpağa buraxılmamasının səbəblərindən biri idi. Lakin onların övladları özləri üçün dərs almadılar. Onlar da qırx il ərzində şənbə gününə riayət edilməsinə ehtiyatsız yanaşdılar və Allah onların Kənana girməsinə mane olmasa da, dedi ki, onlar orada məskən salanda bütpərəstlərin arasına səpələnəcəklər.AP 360.3

    Qadeşdən İsrail xalqı yenidən səhraya qayıtdı, onun sərgərdanlığı qurtaranda isə “Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar” (Saylar 20: 1).AP 360.4

    Məryəm burada öldü, onu burada da dəfn etdilər. Allah qələbəsini bayram edərək israillibrin beb sevincb oxuyub-oynadıqlan Qırmızı dənizin sahilbrindən onların ömürlük sərgərdanlığınm qurtardığı səhradakı məzarlara qədər - bu cür xoş ümidbrb Misirdən çıxan milyonlarla insanın taleyi bu idi. Günah onların dodaqlarından xeyir-dua kasasını qopardı. Lakin sonrakı nəsil bütün bunlardan özləri üçün lazımi dərs alacaqmı?AP 361.1

    “Bununla beb, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar... ölənləri görüb Allahı axtardılar, yadlarına düşdü ki, Allah onların qayası idi. Allah-Taala onların Satınalanı idi” (Məzmur 78:32-35). Lakin onlar səmimi səylə Ona müraciət etmədibr. Düşmənlərlə əhatə olunmuş olaraq, təhlükə dəqiqələrində onları xilas edə bilən Allaha müraciət etsələr də, lakin yenə də “Qəlblərində Ona qarşı dönük olmuşdular, əhdinə vəfasız çıxmışdılar. Allah isə rəhmlidir, günahı bağışlayır, günahkarı yox etmir. Dəfəbrlə qəzəbini saxlayır, hiddətini tamamib oyanmağa qoymayır. Yada saldı ki, onlar yalnız bəşəridir. Onlar əsən, geri döməyən küləyə bənzəyir” (Məzmur 78: 37-39).AP 361.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents