Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    51- ci fəsil
    YOXSULLARA ALLAH QAYĞISI

    Xalqı dini ibadətdə iştiraka daha çox cəlb etmək üçün bütün gəlirdən yoxsulların xeyrinə ikinci onda bir pay təyin edildi. Birinci haqda Rəbb demişdir: “Levililərə isə İsraildə olan bütün varidatın onda birini irs olaraq verdim” (Saylar 18:21). Lakin ikincisi haqda O əmr etmişdir: “Daima Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını, Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin” (Qanunun təkran 14: 23; bax 14: 29; 16:11-14). Bu onda bir payı və yaxud ona bərabər miqdarda pulu insanlar iki il ərzində məbədə gətirməli idilər. Allaha təşəkkür töhfələrini və kahinə xüsusi payı gətirdikdən sonra qalan hissəsini insanlar levililərin, qəriblərin, yetimlərin və dulların iştirak etdikləri dini bayram üçün istifadə edirdilər. Bu onun üçün edilirdi ki, insanlar hər illik bayramlar zamanı təşəkkür töhfələri gətirərək və süfrəbr açaraq kahinbrin, levililərin cəmiyyətində olmaq və ibadət zamanı gümrahlıq almaq imkanına malik olsunlar.AP 473.1

    Hər üç ildən bir 2-ci onda bir pay levililri və yoxsullan qonaq etmək üçün istifadə olunurdu, Musanın dediyi kimi; “... onlar da yeyib-doysunlar” (Qanunun təkrarı 26:12).Bu onda bir pay xeyriyyəçilik məqsədilə və qonaqpərvərlik göstərmək üçün xərcbnirdi.AP 473.2

    Yoxsullara köməklik göstərmək üçün başqa tədbirlər də nəzərdə tutulmuşdu. Musa tərəfindən veribn qanunlar yoxsullara münasibətdə azadlıq ruhu, mehriban qayğı və səxavət ib xüsusib fərqbnirdi. Allah öz xalqına bol bərəkət verməyi vəd etsə də, O elə etmək istəmirdi ki, onlar tamamilə ehtiyac tammasınlar. O demişdir ki, yerdə yoxsullar həmişə olacaqdır. Onun xalqının arasında isə mərhəmət, qayğı və xeyirxahlıq göstərən insanlar həmişə tapılacaqdır. Onda da indiki kimi insanlar bədbəxtliklərə, xəstəliklərə məruz qalırdılar, öz mülkiyyətlərini itirirdilər, lakin nə qədər ki onlar Allah tərəfindən verilən əmrləri yerinə yetirirdilər onların arasında nə dilənçi, nə də ac qalan olurdu.AP 473.3

    Allah Qanununa əsasən, yoxsulun yerin verdiyi məhsulun müəyyən hissəsinə haqqı var idi. Ac olanda insan öz qonşusunun bağına, tarlasına və yaxud üzümlüyünə girib oradan yemək üçün taxıl və meyvə götürmək hüququna malik idi. Bu icazəyə uyğun olaraq İsanın şagirdləri şənbə günü tarladan keçərkən sünbülləri qoparıb dənini yemişdilər.AP 474.1

    Tarlada, bağda və ya üzümlükdə qalanların hamısı yoxsullara məxsus idi. Musa demişdi: “Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın...Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın...Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun. Misir torpağında kölə olduğunuzu xatırlayın” (Qanunun təkrarı 24:19-22; bax Levilibr 19:9,10).AP 474.2

    Hər yeddinci il yoxsullar üçün xüsusi güzəştlərlə əlamətdar idi. Şənbə ib adlanan il biçindən sonra başlanırdı. Məhsul yığımından sonra əkin vaxtı çatanda insanlar əkib səpməməli, üzümlükbri təmizləməməli və ya hər hansı məhsul gözləməməli idilər. Yerin özbaşına verdiyi məhsulu onlar təzə halda yeyə bibrdilər, lakin heç nəyi yığmağa və öz anbarlarında saxlamağa ixtiyarları yox idi. Həmin ilin məhsulunu yığmağa yalnız qəriblərin, yetimlərin, dulların və hətta çöl heyvanlarının ixtiyarı var idi (bax Çıxış 23:10,11; Levilibr 25:5).AP 474.3

    Lakin əgər yer adətən xalqın yalnız ehtiyaclannı təmin etmək üçün kifayət qədər məhsul verirsə, bir il məhsulsuz necə yaşamalı? Bu barədə Allah əhdində deyilmişdir: “Altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək. Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin” (Levililər 25:21,22).AP 474.4

    Şənbə ilinə riayət edilməsi həm torpaq, həm də xalq üçün bərəkət olmalı idi. Bir il ərzində dincələn torpaq nəticədə bol məhsul verirdi. İnsanlar bu zaman ağır çöl işlərindən dincəlirdilər və xalq başqa işlə məşğul olsa da, hamı qüvvələrini gələcək üçün bərpa etməyə imkan verən boş vaxta sevinirdi. Düşünmək üçün, dualar üçün, Rəbbin tövsiyə və tələbləri ilə tanış olmaq üçün və öz evlərinə daha çox diqqət yetirmək üçün onların daha çox vaxtı olurdu.AP 474.5

    Şənbə ilində ibrani qullar azad edilirdilər və onlar boş əllə buraxılmırdılar. Rəbbin əmrində deyilirdi: “Azad edərkən onları əliboş yola salmayın. Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahımz Rəbb sizə necə bərəkət veribsə siz də, onlara elə verin” (Qanunun təkrarı 15:13,14).AP 475.1

    Əmək haqqı ləngidilmədən ödənməli idi. “Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin. Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb” (Qanunun təkran 24:14,15).AP 475.2

    Qaçmış qullarla necə rəftar etmək xüsusi göstərilirdi: “Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın. Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin” (Qanunun təkrarı 23:15,16).AP 475.3

    Yoxsul üçün yeddinci il borclardan azad olma ili idi. İbranilərə ehtiyacları olan qardaşlanna faizsiz borc verməklə həmişə kömək etmək əmr edilmişdi. Yoxsuldan faiz və ya başqa gəlir almaq ciddi qadağan edilmişdi: “Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın. Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin. Ona nə sələmlə pul vermə, nə də mənfəətini güdmək üçün yemək vermə” (Levililər 25:35-37). Əgər borc azadedici ilə qədər ödənilməmiş qalırdısa, onda o bağışlanırdı, xalqa isə ciddi xəbərdarlıq edilirdi ki, buna görə onlar öz ehtiyacı olan qardaşlarına kömək etməyə etiraz etməməlidirlər. “Soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Məzlum soydaşınıza qarşı əliniz bağlı olmasın. Nəbadə “yeddinci il - borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa məzlum soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. ölkədə həmişə kasıblar olacaq, buna görə də sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun. Nəyə ehtiyacı varsa, ona lazımınca borc verin” (Qanunun təkrarı 15:7,9,11,8).AP 475.4

    Heç kim ehtiyat etməməli idi ki, səxavət onu yoxsullaşdıracaqdır. Allahm əmrlərinə itaət özü ilə bol bərəkət gətirirdi. “Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək” (Qanunun təkrarı 15:6).AP 476.1

    “Yeddi dinclik ilindən”, “yeddi dəfə yeddi ildən” sonra Azadlıq ili -böyük yubiley ili gəlirdi. “Yeddinci ayda... yüksək səslə şeypur çaldırmaqla əllinci ili təsdiq edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın” (Levililər 25:9,10).AP 476.2

    “Yeddinci ayın onuncu günündə, Kəffarə günündə” azadlıq borusu səslənirdi. İbrani xalqının yaşadığı hər yerdə bütün Yaqub övladlarını azadlıq ilini salamlamağa dəvət edən bu səs eşidilirdi. Böyük Kəffarə günündə İsrailin günahları bağışlanırdı və xalq şad ürəklə azadlıq ilini salamlayırdı.AP 476.3

    Şənbə ilində olduğu kimi bu il də nə əkirdilər, nə də biçirdilər və torpaq nə verirdisə, yoxsulların qanuni malı sayılırdı. İbrani qulların müəyyən qrupu - şənbə ilində azadlıq almayanlar - indi azad idilər. Lakin azadlıq ilini xüsusilə ayıran o idi ki, bütün torpaq mülkiyyəti əvvəlki sahiblərinə qaytarılırdı. Allahın xüsusi göstərişinə uyğun olaraq torpaq püşklə bölünmüşdü. Bölgüdən sonra heç kimin öz mülkiyyətini satmağa haqqı yox idi, lakin ehtiyac bunu etməyə məcbur edəndə, əgər qohumlarından kimsə və ya sahibin özü torpağı geri almaq istəsəydilər, alan şəxs onu satmağa etiraz etməməli idi; əgər torpaq geri alınmamış qalırdısa, onda azadlıq ilində birinci sahibinə və ya onun varislərinə qaytarılırdı.AP 476.4

    Rəbb İsrailə demişdi: “Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz” (Levililər 25:23). İnsanlar dark etməli idilər ki, müvəqqəti olaraq onlann istifadə etməsinə icazə verilən torpaq Allaha məxsusdur və O, onun əsl, tam hüquqlu sahibidir və yoxsulların da varlılar kimi Allahın dünyasında yer hüququ vardır.AP 476.5

    Yurdsuzlann və ümidsizbrin iztirablarını yüngülbşdirmək, onların həyatlarına hər hansı bir ümid şüası və işıq qığılcımı gətirmək üçün rəhmli Yaradan bax bunu etmişdir.AP 476.6

    Rəbb insanların xüsusiyyətçiliyə və hakimiyyətə həddən artıq sevgisini məhdudlaşdırmaq istəyirdi. Bir təbəqə tərəfindən başqasının yoxsullaşması hesabına yığılan sərvət həmişə böyük bədbəxtliklərə gətirib çıxarardı Əgər varlıların hakimiyyəti müəyyən surətdə məhdudlaşmasa idi, Allahın gözündə daha qiymətli olan yoxsullara öz varlı qardaşları tərəfındən etinasızlıq olardı. Bu cür ədalətsizliyin dərk edilməsi yoxsul xalqda hiddət doğurardı, ümidsizlik və çıxılmazlıq isə mənəviyyatın düşkünləşməsinə gətirib çıxarardı və hər cür cinayətə qapı açardı. Vasitələrin Allah tərəfindən göstərilən qaydaya salınması insanları bərabərliyə gətirirdi. Şənbə və xüsusilə də azadlıq ilinin təşkil olunması millətin sosial və siyasi həyatında sonrakı illərdə baş vermiş ixtilafları aradan qaldırırdı.AP 476.7

    Bu əmrdə olan bərəkət varlılar üçün kasıblar üçün olduğundan az deyildi. Bu onları xəsislikdən, özləri haqda yüksək fikirdə olmaqdan saxlamalı, xeyirxah xeyriyyəçilik, könüllülük və insanlar arasında etibar ruhunun inkişafına kömək etməli, ictimai qaydanı və dövlət quruluşunun möhkəmlənməsini təmin etməli idi. Biz hamımız ayrıca saplar kimi insanlığın böyük parçasına hörülmüşük və biz başqalarının rifahı naminə hər nə etsək xeyir-dua şəklində özümüzə qayıdacaqdır. Qarşılıqlı asılılıq qanunu cəmiyyətin bütün təbəqələrinə yayılır. Yoxsullar varlılardan varlıların yoxsullardan asılı olduğundan çox asılı deyillər. Yoxsullar Allahın onların zəngin qonşularına bəxş etdiyi bərəkətləri bölüşdürmək istədikləri halda, zənginlər onların sədaqətli xidmətinə, əqli və fiziki qüvvələrinə möhtacdırlar, - bu, yoxsulların kapitalıdır.AP 477.1

    Əgər İsrail Allahın əmrlərinə itaət edəcəkdir, ona bol bərəkət vəd edilmişdi: “Sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin. Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız. Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölməkdən qovacağam və müharibə üzü görməyəcəksiniz... Mən həm aranızda yaşayıb, sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız... Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz... əhdimi pozsanız... toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək. Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız” (Levililər 26:4-6;12,14-17).AP 477.2

    Çoxları xüsusilə təkid edirlər ki, bütün insanlar Allahın müvəqqəti xeyir-dualarından eyni dərəcədə istifadə etməlidirlər. Lakin bu, Yaradanın niyyətləri ilə üst-üstə düşmür. Həyat şəraitlərinin müxtəlifliyi insanı sınamaq və onun xarakterini inkişaf etdirmək üçün Allahın istifadə etdiyi vasitələrdən biridir. Lakin O istəyir ki, dünyəvi sərvətlərə malik olanlar özlərini yalnız Onun nemətlərinin idarəçiləri hesab etsinlər və onlardan iztirab çəkənlər və ehtiyacı olanlar üçün istifadə etsinlər.AP 478.1

    Məsih demişdir ki, bizim aramızda həmişə yoxsullar olacaqdır və O, Öz maraqlarını Öz iztirab çəkən övladlarının maraqları ilə birləşdirir. Bizim Zəmanətçimizin qəlbi Onun dünyəvi övladlarından ən yoxsuluna və təvazökarına mərhəmətlə doludur. O, onları bizim aramızda yerləşdirmişdir ki, bizim qəlbimizdə iztirab çəkənlərə və məzlumlara Özünün onlara bəslədiyi mərhəməti oyatsın. Onlara göstərilən mərhəmət və rəhm Məsih tərəfindən Onun Özünə göstərilmiş kimi qəbul olunur. Onlara göstərilən qəddarlıq və etinasızlığı O, Öz hesabına qəbul edir.AP 478.2

    Allah tərəfındən yoxsullar haqqında verilən qanun əgər indi də qüvvədə qalsa idi, bizim dünyanm mənəvi, ruhani və maddi halı nə qədər də başqa olardı! Xudbinlik və məğrurluq indiki kimi çiçəklənməzdi, lakin hər kəs başqalarının xoşbəxtliyinə və xoş güzəranına xoş hisslərlə yanaşardı; bu gün bir çox ölkələrdə gördüyümüz kimi belə ehtiyac olmazdı.AP 478.3

    Allah tərəfindən qoyulan prinsiplər bütün əsrlər boyunca zənginlərin yoxsulları sıxışdırmasından və yoxsulların zənginlərə nifrət və inamsızlığıdan törəyən dəhşətli şərin qarşısını almalı idi. Böyük sərvətlərin toplanmasına və hədsiz dəbdəbəyə uymağa mane olmaqla onlar, hesablarına bu nəhəng sərvətlərin yarandığı on minlərlə yazıq, yoxsul qulların yoxsulluğunun və alçalmasının qarşısını alardılar. Onlar bu gün dünyanı anarxiyaya və qan tökülməsinə aparmaqla hədələyən problemlərin sülhlə həll olunmasına kömək edərdilər.AP 478.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents