Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    54-cfi fəsil
    ŞİMŞON

    (Bu fəsil Hakimlər Kitabının 13-16-cı fəsillərinə əsaslanır)

    Geniş yayılmış dönüklüyə baxmayaraq, Tanrının tərəfdarları İsrailin azad olunması üçün Ona yalvarmaqda davam edirdilər. Onların dualarının cavabsız qaldığı görünə bilərdisə də, qəsbkarın zülmü ildən ilə ağırlaşsa da, Allahın uzaqgörənliyi onlara kömək hazırlayırdı. Artıq fıliştlilərin təcavüzünün birinci illərində bir körpə doğuldu, Allah onun köməyi ilə bu qüdrətli düşmənin gücünü sarsıtmaq niyyətində idi.AP 500.1

    Ölkənin sərhədində kiçik Sora kəndi yerləşirdi, Dan soyundan olan Manoah öz ailəsi ilə burada yaşayırdı, buradakı təpələrdən filiştlilərin düzəngahlarını görmək olurdu. Bu, ətrafdakı ümumi dönüklük içərisində Allaha sadiq qalan az qisim ailələrdən biri idi. Manoahın sonsuz arvadına “Rəbbin Mələyi” görünərək xəbər verdi ki, onun oğlu olacaqdır və bu oğluna Allah tərəfindən İsraili azad etmək üçün vergi verilmişdir. Mələk ona həm də necə həyat tərzi keçirməyi və uşağını necə tərbiyə etməyi izah etdi. “İndidən diqqətli ol: sən nə şərab, nə də başqa içkilər içmə və dilinə heç bir haram bir şey dəyməsin”. Bu cür qadağa uşağa da aid idi, bundan başqa onun saçını da kəsmək olmazdı, çünki o, doğulan gündən Allaha həsr edilmişdi.AP 500.2

    Manoahın arvadı ərinin yanına gələrək ona Mələk haqqında və Onun dedikləri haqqında danışdı. Onlara verilən tapşırıqda hər hansı bir səhvə yol verməkdən ehtiyat edərək Manoah dua etdi: “Ya Xudavənd, yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin”.AP 500.3

    Mələk yenidən gələndə Manoah təlaşla ondan soruşdu: “Sənin sözlərin yerinə yetəndə uşağ həyat tərzi və işi nə olacaq?” Rəbbin mələyi Manoaha dedi: “Arvadın ona tapşırdığım şeylərdən özünü qorusun. Tənəkdən emal olunan şeylərdən heç nə yeməsin. Nə şərab, nə də başqa içkilər içsin və dilinə heç bir haram hey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun”.AP 501.1

    Allah bu niyyətdə idi ki, böyük işi Manoahın əhd olunmuş oğluna həvalə etsin və o, bunu icra etməyə qabil olsun, ona görə də ana və oğulun həyatını xüsusi rejimə tabe etmək lazım idi. “Qoy nə şərab, nə də başqa içkilər içməsin, - Mələyin Manoahın arvadına verdiyi əmrdə deyilirdi, - və heç bir haram şey yeməsin, nə əmr etmişəmsə, hamısına əməl etsin”. Ananın adətləri uşağa yaxşı və ya pis təsir edir. Əgər ana uşaqlarının yaxşılığını arzu edirsə, o, müəyyən prinsipləri gözləməli, mülayimlik göstərməli və fədakar olmalıdır. Ağılsız məsləhətçilər inandınrlar ki, ana öz istənilən arzu və şıltaqlıqlarını təmin edə bilər, ancaq belə bir nöqteyi-nəzər düzgün deyil və zərərlidir. Allahın Özünün əmrinə görə ananın üzərinə hər şeydə öz tələbatını məhdudlaşdırmaq kimi müqəddəs borc qoyulur.AP 501.2

    Bu məsuliyyət anaların üzərinə düşdüyü kimi, ataların da üzərinə düşür. Uşaqlar valideynlərinin əqli və fiziki qabiliyyətlərini, onların meyl və maraqlarını irsən alırlar. Valideynlərin öz nəfslərini saxlamamaları tez-tez ona gətirib çıxarır ki, onlar fiziki cəhətdən də, əqli cəhətdən də, mənəvi cəhətdən də zəif olurlar. Əyyaşlar və papiros çəkənlər uşaqlarını tamahkar arzularla, tündməcazlıqla və əsəbiliklə mükafatlandıra bilərlər və mükafatlandırırlar, əxlaqsız valideynlərdən nəslə alçaq nöqsanlar və pis xəstəliklər keçir. Belə ki uşaqlar valideynlərinə nisbətən nəfsə daha az müqavimət göstərməyə qabil olduqlarından hər yeni nəsil daha da alçalır. Valideynlər iyrənc ehtiraslardan və pozğun meyllərdən daha çox каг, kor və ya kəmağıl doğulmuş minlərlə uşağın bədən qüsurlarına cavabdehdirlər.AP 501.3

    Hər bir ata və ana özünə sual verməlidir: “Bu körpə ilə necə rəftar etməliyik və nə etməliyik?” Çoxları doğuşdan əvvəlki vaxta ciddi məhəl qoymurlar, amma iki dəfə bu qədər aydın və ciddi təkrarlanmış və Göylər tərəfindən ibrani valideynlərə göndərilmiş əmrlər bizə Yaradanın buna necə münasibət göstərdiyini sübut edir.AP 501.4

    Əhd olunmuş uşaq üçün valideynlərindən yaxşı irs almaq kifayət deyildi. Sonra bunun ardınca diqqətli tərbiyə və düzgün adətlərin təşkili gəlirdi. Allah əmr etmişdi ki, İsrailin gələcək hakimi və xilaskarı lap uşaqlıqdan ciddi pəhrizdə tərbiyə almalıdır. O, anadan olandan nəzir (Allaha həsr olunan) olmalı, daha doğrusu şərabdan və nə də başqa içkilərdən istifadə etməməliydi. Uşaqlar lap uşaqlıqdan özünü saxlamağı, fədakarlığı və dözümlülüyü öyrənməlidirlər.AP 502.1

    Mələk tərəfındən verilən qadağalara “haram” da aid idi. Halal və haram arasındakı fərq sadəcə rəsmi deyildi, o, həm də sanitariya prinsiplərinə əsaslanırdı. Bu prinsipə əməl etmək əhəmiyyətli dərəcədə min illər ərzində ibrani xalqının fərqləndiyi möcüzəli uzunömürlülüyün mənbəyi olmuşdur. Pəhrizə spirtli içkilərin qadağan olunmasından daha çox şey daxildir. Fəaliyyət artıran və çətin həzm olunan qidanın istifadəsi sağlamlığa az zərər vermir və çox hallarda əyyaşlığın ilkin səbəbi olur. Həqiqi pəhriz bizə tamamilə bütün zərərli şeylərdən imtina etməyi və faydalı şeylərdən ağılla istifadə etməyi öyrədir. Ancaq az adamlar yemək adətlərinin onların sağlamlığına, xarakterinə, bu dünyada xeyir vermək qabiliyyətinə və əbədiyyətdə iştirakına necə böyük təsir etdiyini başa düşürlər. İştah həmişə ağıla tabe olmalıdır. Bədən ağıla tabe olmalıdır, ağıl bədənə yox.AP 502.2

    Allah tərəfindən Manoaha verilmiş söz öz saatında yerinə yetdi - onun Şimşon adlandırdıqlan oğlu oldu. Oğlanın necə böyüdüyündən aydın olurdu ki, o qeyri-adı fıziki qüvvəyə malikdir. Ancaq bu, Şimşon və onun valideynlərinin yaxşı başa düşdükləri kimi, onun əzəblərinin xüsusiyyətinin nəticəsi deyil, ülgüc dəyməmiş saçlarının rəmzi olduğu nəziriliyinin prinsiplərinin nəticəsi idi. Əgər Şimşon da Allahın əmrlərini öz valideynləri kimi sədaqətlə yerinə yetirsə idi, onun taleyi daha şərəfli və xoşbəxt olardı. Ancaq bütpərəstlərb ünsiyyət onu pozdu. Sora filiştlilərin torpaqlarının yanında yerbşirdi və Şimşon onun əhalisi ilə dostluq əlaqələri yaratdı. Bebliklə gənclikdə yaranmış yaxın münasibətlər nəticədə onun bütün həyatını tutqunlaşdırdı. Filiştli şəhəri Timnada yaşayan gənc qadın Şimşonun xoşuna gəldi və o qərara gəldi ki, onunla evbnsin. Onu bu fıkirdən daşındırmağa çalışan dindar valideynlərinin bütün xahişlərinə o, bir cavab verirdi: “O mənim xoşuma gəlib”. Nəhayət valideynləri onun arzusuna güzəştə getdilər və toy baş tutdu.AP 502.3

    Məhz yetkinlik yaşına çatanda və İlahi missiyanı yerinə yetirməkdə əvvəlkindən də artıq sədaqət göstərməli olduğu vaxtda Samson İsrailin düşmənləri ib birbşdi. O özündən soruşmurdu ki, həyatını seçdiyi qadınla bağlamaqla Allahı lazımi surətdə izzətləndirə biləcəkdirmi və ya əksinə, onun qarşısına qoyulan məqsədi həyata keçirməkdə aciz qalacaqdır. Hər şeydən əvvəl Allahı izzətləndirməyə can atanlara O, müdriklik bəxş etməyi vəd edir, lakin özbaşına hərəkət edənlər üçün əhd yoxdur, onlara heç nə vəd edilməmişdir.AP 503.1

    Necə də çox adamlar özbrini Şimşon kimi aparırlar! Necə də tez-tez allahsızlarla imanlılar arasında nigah bağlanır, yalnız ona görə ki, ər və ya arvad seçəndə insanları ehtiras idarə edir! Beb hallarda nə gələcək ər, nə də arvad Allahdan məsləhət istəmirlər və Onun izzəti haqda düşünmürlər. Məsihçilik nigah tellərinin bağlanmasına təsir göstərməlidir, lakin çox vaxt nigah bağlarının yaranmasına aparan səbəblər məsihçi prinsiplərinə uyğun gəlmir. Şeytan ona məxsus adamlarla ittifaq bağlamağa şirnikləndirərək, Allah xalqına öz təsirini daim gücləndirməyə çalışır və öz məqsədinə çatmaq üçün insanın qəlbində günahkar ehtiraslar oyatmağa səy göstərir. Lakin Rəbb Öz Sözündə Öz xalqına aydın tövsiyə edir ki, Onun məhəbbəti olmayanlarla birləşməsinlər. “Məsih ilə Belial arasında nə uyğunluq ola bilər? Yaxud imanlı ilə imansız arasında nə müştərək şey ola bilər?” (2 Korinflilərə 6:15).AP 503.2

    Toy məclisində Şimşon İsrail Allahına nifrət edənlərlə yaxınlaşdı. Kim beb adamlarla öz istəyi ilə əlaqə yaradırsa, o, müəyyən qədər onların adətlərinə və zövqlərinə uyğunlaşmalıdır. Bu cür keçirilmiş vaxt vaxtı itirməkdən pisdir. Eb fikirbr gəlir, eb sözbr söybnir ki, onlar prinsipləri sarsıda və ürəyin möhkəmliyini zəiflədə bilərlər.AP 503.3

    O qadın ki, onu əldə etmək xatirinə Şimşon Allahın əmrlərinə əməl etmədi, o, eb toy məclisinin axırında ərinə xəyanət etdi. Onun xainliyinə hiddətlənmiş Şimşon onu bir neçə müddətə tərk edib təkcə Sora, evlərinə getdi. Yumşaldıqdan sonra isə nişanlısının yanına qayıtdı, lakin onun başqasına ərə getdiyini gördü. Onun intiqamı onunla ifadə olundu ki, o, filiştlilərin bütün tarlalarını və üzüm bağlarını yandırdı. Baxmayaraq ki, məhz onların hədələri onu düzgün olmayan hərəkət etməyə məcbur etmişdi, bu, onları qadını öldürməyə təhrik etdi, hər şey də elə buradan başlandı. Hələ bundan əvvəl Şimşon yalın əllərlə cavan pələngi və Aşqelondan otuz kişini öldürəndə öz qəribə gücünü göstərmişdi. İndi artıq arvadının vəhşicəsinə öldürüldüyünə görə o, filiştlilərə hücum etdi və onları “böyük məğlubiyyətə” uğratdı. Sonra düşmənlərdən qorunmaq cəhdi ilə o, Yəhuda nəsilinə məxsus olan “Etam qayasının oyuğuna” endi.AP 503.4

    Qaya olduğu yerə qaçdıqda Şimşonu çoxsaylı düşmənləri təqib etdi və təlaşa düşmüş Yəhuda əhalisi ən şərəfsiz surətdə Şimşonu düşmənin əlinə verməyə razı oldular. Beləliklə, Yəhuda nəslindən üç min adam onun yanına getdi. Əgər onlar əmin olmasaydılar ki, o öz həmyerlilərinə pislik etməz, hətta bu cür güc bərabərsizliyində belə ona yaxımlaşmağa cürət etməzdilər. Şimşon imkan verdi ki, onlar onu sarısınlar və filiştlilərə versinlər, ancaq əvvəlcə yəhudalılardan söz aldı ki, onlar özləri onun üstünə düşməyəcəklər və onu onlarla qanlı döyüşə sövq etməyəcəklər. Onu iki təzə kəndir ilə sandılar və sevinc sədalan altında düşmən tərəfə apardılar. Ancaq şən sədalar təpələrdə əks-səda verən zaman “ona Rəbbin ruhu daxil oldu”. Şimşon təzə kəndirləri tikə-tikə etdi. Sanki bu kəndirlər odda yanmışdı. Şimşon əlinə keçən ilk silahdan yapışdı. Bu silah yalnız və yalnız eşşək çənəsi olsa da, Şimşon ondan qılınc və ya nizədən də yaxşı istifadə edirdi. O, filiştlilərlə onlar döyüş meydanında minlərlə meyit qojoıb qaçmağa üz tutana qədər döyüşdü.AP 504.1

    Əgər israillilər bu qələbədən istifadə edib Şimşonla birləşsəydilər, onlar elə onda zülmkarın hakimiyyətindən azad olardılar, ancaq onlar qorxdular və hürkdülər. İsraillilər Allahın onlara həvalə etdiyi vəzifəyə-bütpərəstləri qovmaq vəzifəsinə məhəl qoymadılar, ancaq əksinə, onların alçaq ayinlərini qəbul etdilər, onların qəddarlığına dözdülər və hətta özlərinə zərər etmirdisə, onların ədalətsizliyini müdafiə də edirdilər. Döyüşsüz təslim olmaqla onlar özlərini düşkünlüyə məhkum etdilər. Əgər Allaha boyun əysəydilər, bu düşkünlükdən qaça bibrdibr. Hətta O, onlara xilaskar göndərəndə beb, onlar tez-tez Onu unudur və öz düşmənləri ilə birləşirdilər.AP 504.2

    Bu qələbədən sonra İsraillilər Şimşonu öz hakimləri etdibr və o, iyirmi il ərzində İsraili idarə etdi. Ancaq bir səhv hərəkət ardınca başqasını gətirir. Şimşon fıliştli qadın almaqla Allahın əmrini pozdu və yeni qanunsuz ehtirasına uyaraq indi artıq qatı düşmənlərinin arasında görünməyə cəsarət etdi. Filiştliləri belə dəhşətə gətirən gücünə arxayın olub, o, cəsarətlə Qəzzəyə yerli əxlaqsız qadının yanına yollandı. Şəhər əhalisi onun gəlişindən xəbər tutdu və intiqam hissi onları bürüdü. İndi onların düşməni ən möhkəmlənmiş şəhərlərdən birinin əzəmətli divarları arasında idi və onlar müvəffəqiyyətlərinə əmin halda yalnız səhərin açılmasını gözləyirdilər ki, öz qələbələrindən zövq alsınlar. Ancaq gecəyarısı Şimşon ayıldı. Yadına düşəndə ki, nəziriliyin əhdini pozub, onu üzücü vicdan əzabı bürüdü. Bu günaha baxmayaraq, Allahın rəhmi onu tərk etmədi. Onun müdhiş gücü onu yenə xilas etdi. Şəhər qapılarına gələrək, onları dirəkləri və qıfılları ilə birlikdə qoparıb çiyinlərinə qoydu və Xevron yolundakı dağların zirvəsinə apardı.AP 504.3

    Hətta çətinliklə təhlükədən qaçdığı bu hadisə də Şimşonu ağıllandırmadı. O, artıq filiştlilərin yanına getməyə cəsarət etmirdi, ancaq onu məhvə aparan şəhvani zövqləri axtarmağı davam edirdi. O, anadan olduğu yerin yaxınlığında, Soreq vadisində yaşayan qadını sevdi. Onun adı Delila - “qırıcı” idi. Öz üzümlükləri ilə məşhur olan Soreq vadisi artıq bir dəfə özünü şərabla əyləndirən və bu yolla onu paklığa və Allaha bağlayan daha bir əlaqəni qıran qərarsız nəzirini yoldan çıxartmağa xidmət etdi. Filiştlilər öz düşmənlərinin bütün hərəkətlərini diqqətb izbyirdibr və onun yeni meyli haqqında öyrənib, Delilanın köməyi ib pəhləvanı məhv etməyi qərara aldılar.AP 505.1

    Soreq vadisinə filiştlibrin əyabtlərinin görkəmli nümayəndələrindən ibarət bir dəstə adam göndərilmişdi. Onlar onun fövqəladə gücünü unutmayaraq, Şimşonu tutmağa cürət etmirdibr və əgər mümkün olsa onun gücünün sirrini öyrənməyi niyyət edirdilər. Buna görə də onlar Delilanı ələ aldılar ki, onun sirrini öyrənsin və onlara bu sirri açsın. Satqın qadın Şimşona suallar yağdıranda, o əgər onu müəyyən surətdə sarısalar, onun da bütün adamlar kimi olacağını deyərək, qadını aldatdı. Qadın beb edəndə yalanın üstü açıldı. Onda o, Şimşonu yalançılıqda ittiham edərək dedi: “Ürəyində mənə etibarın yox ikən necə “səni sevirəm” deyirsən? Bununla üçüncü dəfədir ki, məni lağa qoyursan və böyük qüvvənin səndə haradan olduğunu mənə bildirmirsən”. Şimşon üç dəfə əmin olmaq imkanına malik oldu ki, onun sevgilisi filiştlilərlə əlbirdir və onu məhv etmək istəyir, lakin onun planları pozulduqda isə, o hər şeyi zarafata çevirirdi və Şimşon korcasına hər cür qorxunu özündən qovurdu.AP 505.2

    Beləcə günbəgün Delila sorğularla ona əzab verirdi və Şimşonun canı boğazına yığıldı. Lakin hansısa izahedilməz qüvvə onu Delilaya getdikcə daha çox cəlb edirdi. Nəhayət məğlub olan Şimşon sirri ona açdı: “Mənim başıma ülgüc dəyməmişdir, çünki mən ana bətnindən Allahın Nəzirlisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram”. Delila dərhal filiştli rəislərin yanına qasid göndərdi ki, onlar tezcə onun yanına gəlsinlər. İgid döyüşçü yuxuya gedəndə onun saçının qalın telləri kəsildi, sonra əvvəlki üç dəfə olduğu kimi Delila qışqırdı: “Filiştlilər sənin üstünə gəlirlər, Şimşon”! Qəfildən oyanaraq o sıçradı və əvvəlki kimi güc verib düşməni məhv etməyə salışdı, lakin gücsüz qolları sözünə baxmadı və o başa düşdü ki, “Rəbb ondan aynlıb”. Onun saçı qırxılanda Delila onu cırnatmağa və incitməyə başladı ki, gücün həqiqətən onu tərk etdiyinə əmin olsun, çünki filiştlilər ona yaxınlaşmağa cürət etmirdilər, onlar əmin deyildilər ki, o həqiqətən gücsüzləşmişdir. Sonra onu tutdular, gözlərini çıxartdılar və Qəzzəyə gətirdilər. Orada həbsxanada onu zəncirlə qandalladılar və ağır işlər görməyə məcbur etdilər.AP 506.1

    İsrail hakimi və müdafıəçisi olan, indi isə qara köb işi görərək zəif, kor məhbusa çevribn üçün gör necə dəyişikliklər baş vermişdi! O öz müqəddəs İlahi vəzifəsinin şərtbrini hər addımbaşı pozurdu. Allah uzun müddəti bütün bunlara dözdü, lakin Şimşon günahın qüwəsinə təslim olaraq öz sirrini verdikdə, Rəbb ondan döndü. Onun uzun saçlannda heç bir qüvvə yox idi, lakin onlar onun Allahla sədaqətinin rəmzi idi və bu rəmz ehtirasa qurban veribndə, o, bu saçların simvolizə etdiyi xeyir-duanı itirdi.AP 506.2

    Filiştlibrə əybncə olaraq iztirab çəkən və alçaldılan Şimşon həyatında birinci dəfə öz gücsüzlüyünü bütün dərinliyi ilə dərk etdi və kədər onu peşmançılığa gətirdi. Onun saçları uzandıqca qüvvəsi tədricən ona qayıdırdı, lakin düşmənbri əvvəlki kimi onunla köməksiz, zəncirlə qandallanmış məhbus kimi rəftar edərək bundan şübhələnmirdilər. Filiştlilər qazandıqları qələbəni öz allahlarının adına yazırdılar və şənbnərək İsrail Allahını təhqir edirdilər. “Balıqlar allahı”, “dəniz himayədarı” Daqon allahın şərəfınə təmtəraqlı şənlik düzəldildi. Filişt torpağının bütün şəhər və kəndlərindən xalq öz rəisləri ilə birlikdə bu bayrama toplaşdı. Dua edənlər kütbsi nəhəng məbədi və örtülü qalereyaları doldurdu. Hər tərəfdə sevinc və şənlik hökm sürürdü.AP 506.3

    Beləcə günbəgün Delila sorğularla ona əzab verirdi və Şimşonun canı boğazına yığıldı. Lakin hansısa izahedilməz qüvvə onu Delilaya getdikcə daha çox cəlb edirdi. Nəhayət məğlub olan Şimşon sirri ona açdı: “Mənim başıma ülgüc dəyməmişdir, çünki mən ana bətnindən Allahın Nəzirlisiyəm. Əgər başım qırxılsa, o zaman bu qüvvə məndən çıxar və gücdən düşüb adi adam kimi olaram”. Delila dərhal filiştli rəislərin yanına qasid göndərdi ki, onlar tezcə onun yanına gəlsinlər. İgid döyüşçü yuxuya gedəndə onun saçının qalın telləri kəsildi, sonra əvvəlki üç dəfə olduğu kimi Delila qışqırdı: “Filiştlilər sənin üstünə gəlirlər, Şimşon”! Qəfildən oyanaraq o sıçradı və əvvəlki kimi güc verib düşməni məhv etməyə salışdı, lakin gücsüz qolları sözünə baxmadı və o başa düşdü ki, “Rəbb ondan aynlıb”. Onun saçı qırxılanda Delila onu cırnatmağa və incitməyə başladı ki, gücün həqiqətən onu tərk etdiyinə əmin olsun, çünki filiştlilər ona yaxınlaşmağa cürət etmirdilər, onlar əmin deyildilər ki, o həqiqətən gücsüzləşmişdir. Sonra onu tutdular, gözlərini çıxartdılar və Qəzzəyə gətirdilər. Orada həbsxanada onu zəncirlə qandalladılar və ağır işlər görməyə məcbur etdilər.AP 507.1

    İsrail hakimi və müdafıəçisi olan, indi isə qara köb işi görərək zəif, kor məhbusa çevribn üçün gör necə dəyişikliklər baş vermişdi! O öz müqəddəs İlahi vəzifəsinin şərtbrini hər addımbaşı pozurdu. Allah uzun müddəti bütün bunlara dözdü, lakin Şimşon günahın qüwəsinə təslim olaraq öz sirrini verdikdə, Rəbb ondan döndü. Onun uzun saçlannda heç bir qüvvə yox idi, lakin onlar onun Allahla sədaqətinin rəmzi idi və bu rəmz ehtirasa qurban veribndə, o, bu saçların simvolizə etdiyi xeyir-duanı itirdi.AP 507.2

    Filiştlibrə əybncə olaraq iztirab çəkən və alçaldılan Şimşon həyatında birinci dəfə öz gücsüzlüyünü bütün dərinliyi ilə dərk etdi və kədər onu peşmançılığa gətirdi. Onun saçları uzandıqca qüvvəsi tədricən ona qayıdırdı, lakin düşmənbri əvvəlki kimi onunla köməksiz, zəncirlə qandallanmış məhbus kimi rəftar edərək bundan şübhələnmirdilər. Filiştlilər qazandıqları qələbəni öz allahlarının adına yazırdılar və şənbnərək İsrail Allahını təhqir edirdilər. “Balıqlar allahı”, “dəniz himayədarı” Daqon allahın şərəfınə təmtəraqlı şənlik düzəldildi. Filişt torpağının bütün şəhər və kəndlərindən xalq öz rəisləri ilə birlikdə bu bayrama toplaşdı. Dua edənlər kütbsi nəhəng məbədi və örtülü qalereyaları doldurdu. Hər tərəfdə sevinc və şənlik hökm sürürdü. Təntənəli qurbangətirmə mərasimindən sonra musiqi sədaları altında şən qonaqlıq başladı. Sonra qüdrətli Daqonun ən görkəmli şikarı kimi Şimşonu kef edənlərin yanına gətirdilər. Onun görünməsi heyrət qışqırıqları ilə qarşılandı. Xalq və rəislər onun miskin vəziyyətinə rişxənd edirdilər və onların torpaqlarının məhvedicisini sarsıdan allahı vəsf edirdilər. Bir qədər keçdikdən sonra Şimşon guya yorularaq məbədin damını saxlayan mərkəzi dirəklərə söykənməyə icazə istədi. Sonra o, səssizcə dua etdi: “Rəbb Allah! Məni xatırla və məni yalnız indi möhkəmlət, ay Allah! Qoy birdəfəlik filiştlilərdən qisasımı alım...” Bu sözlərlə o, öz güclü əlləri ilə dirəkbrə sarıldı və ucadan: “Qoy mən də Filiştlilərlə bir ölüm” -deyərək əyildi. Məbədin damı uçaraq oradakı saysız-hesabsız adamların hamısını məhv etdi. “Şimşon öləndə həyatı boyu öldürdüyü adamlardan daha çox Adam qırdı”.AP 507.3

    Büt və onun pərəstişkarları, kahin və əkinçi, döyüşçü və zadəgan -hamısı allah Daqonun məbədinin uçuqları altında basdırıldı. Onların arasında Allahın Öz xalqının azadedicisi seçdiyinin də nəhəng bədəni var idi. Dəhşətli hadisə haqqında xəbər İsrail torpağına da çatdı və onda Şimşonun gələn qohumlan həlak olan qəhrəmanın bədənini maneəsiz olaraq götürdülər “və onu Sora ilə Eştaol arasında, atası Manoahın məqbərəsində dəfn etdilər”.AP 508.1

    Allahın Şimşon vasitəsilə “İsraili filiştlilərin əlindən xilas etməyə başlayacağı” əhdi yerinə yetdi, lakin Allahın şöhrəti və milbtin fəxri ola biləcək kəsin həyat tarixi necə də tutqun və dəhşətlidir! Əgər Şimşon İlahi vəzifəsinə sadiq qala bilsəydi, onda Allahın niyyəti onun şərəfinə və şöhrətinə həyata keçərdi. Lakin tamaha güzəştə gedərək, o, Onun etibarına layiq olmadı və Şimşonun təyinatı yalnız məğlubiyyət, köləlik və ölüm vasitəsilə yerinə yetdi.AP 508.2

    Fiziki cəhətdən Şimşon yer üzünün ən güclü adamlarından biri idi, lakin özünü ələ almaq, şərəflilik və möhkəmlik nöqteyi-nəzərindən o, ən zəiflərdən biri idi. Çoxları güclü ehtirasları güclü xarakter kimi qəbul edirlər, həqiqətdə isə, öz istəklərinə tabe olan zəif adamdır. İnsanın əsl əzəməti onu idarə edən hisbrin gücü ilə deyil, onun idarə etdiyi hisslərin gücü ib ölçülür.AP 508.3

    Allahın qabaqgörənliyi Şimşonun qayğısına qalaraq, onu təyin olunduğu missiyanın həyata keçirilməsinə hazırlayırdı. Həyatının ilk günlərindən fiziki və əqli gücünün, mənəvi saflığının inkişafı üçün o, yaxşı şəraitə malik idi. Lakin allahsız əlaqələrin təsiri altında o, insanın yeganə müdafıəsi olan Allaha güvənməkdən əl çəkdi və şər axınına düşdü. Öz borcunu yerinə yetirərkən sınağa məruz qalan əmin ola bilər ki, Allah onu müdafıə edəcəkdir, lakin əgər insanlar könüllü olaraq yoldan çıxaran qüvvəyə güzəştə gedirlərsə, onlar gec-tez düşkünləşəcəklər.AP 508.4

    Məhz Allahın Öz iradəsini yerinə yetirmək üçün seçdiklərini azdırmaq üçün şeytan xüsusilə səy göstərir. İnsan üzərində tam hakimiyyət əldə etmək üçün o, bizim ən zəif cəhətlərimizə hücuma keçir və çatışmazlıqlarımızdan istifadə edir; o bilir ki, əgər bu zəifliklərə sərbəstlik verilsə, o udacaqdır. Lakin hər kəs bu döyüşdə qalib ola bilər. İnsana təkcə, öz zəif səyləri ilə şərin qüvvəsinə qalib gəlmək lazım deyildir, kömək yaxındadır və o, həqiqətən onu arzulayan hər bir kəsə verilir. Yaqubun yuxuda gördüyü pilləkənlə qalxıb enən Allah mələkləri arzulayan hər bir cana ən yüksək səmavi qatlara qabcmağa kömək edər.AP 509.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents