Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    57-ci fəsil
    ƏHD SANDIĞINI FİLİŞTLİLƏRİN ƏLƏ KEÇİRMƏSİ

    (Bu fəsil Şamuelin Birinci Kitabının 3-7-ci fəsillərinə əsaslanır)

    Elinin evinə daha bir xəbərdarlıq edilməli idi. Allah baş kahin və onun oğulları ilə ünsiyyət edə bilmirdi - onların günahları qatı bulud kimi Müqəddəs Ruhun hüzurunu gizlədirdi. Lakin hökm sürən allahsızlıq içərisində yeniyetmə Şamuel Göylərə sadiq qaldı və Uca Tanrının peyğəmbəri kimi ona hökmü Elinin evinə xəbər vermək tapşırıldı.AP 524.1

    “O vaxt Rəbbin sözünün nazil olması və bu görüntülərin görülməsi nadir hallarda baş verirdi. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü. Şamuel isə Rəbbin məbədində - Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi. Rəbb Şamueli çağırdı”. Onu baş kahinin çağırdığını zənn edərək Şamuel qalxdı və onun yanına gedərək dedi: “Məni çağırdın, man burdayam”. O cavab verdi: “Mən çağırmamışam, get yat”. Şamuel üç dəfə onu çağıran səsi eşitdi və üç dəfə həmin qaydada cavab verdi. Onda Eli başa düşdü ki, sirli səs Allahın səsidir. Rəbb Öz seçilmiş xidmətçisinin, ağsaçlı ərin yanından ötərək uşağa müraciət etmişdir. Öz-özünə aydın idi ki, bu, Eli və onun evi üçün acı, lakin layiqli irad idi.AP 524.2

    Lakin Elinin qəlbində nə paxıllıq, nə də qısqanclıq oyandı. O, Şamuelə məsləhət verdi ki, əgər həmin səsi yenidən eşitsə cavab versin: “Danış, ya Rəbb, qulun Səni eşidir”. Şamuel böyük Allahın onunla danışacağı haqda fikirdən pərəstişkar qorxuya elə bürünmüşdü ki, Elinin ona deməyi əmr etdiyi sözləri dəqiqliklə yadında saxlaya bilmədi.AP 524.3

    “Rəbb Şamuelə belə dedi: ” Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək. Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm. Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərinin alçatdılar. Eli isə onların qarşısını almadı””.AP 525.1

    Bu ana qədər “Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin Sözü ona açılmamışdı”, yəni peyğəmbərlərdən fərqli olaraq Allahın hüzuru ona görünməmişdi. Allahın niyyəti də elə o idi ki, Özünü Şamuelə elə gözlənilməz açsın ki, Eli haqda gənc oğlanın təəccübündən və sorğularından bilsin.AP 525.2

    Şamuel biləndə ki, ona necə qorxulu xəbər verilmişdir, onun qəlbini dəhşət və heyrət bürüdü. Səhər, adətən olduğu kimi, o öz işi ilə məşğul oldu, lakin ağır yük gənc qəlbi sıxırdı. Rəbb bu dəhşətli sözləri çatdırmağı ona əmr etməmişdi, buna görə də o susurdu, lakin var qüvvəsi ilə Elinin hüzurundan qaçmağa çalışırdı. Fikirləşəndə ki, Elinin sorğuları onun belə sevdiyi və hörmət etdiyi adam üzərində olacaq İlahi cəza haqqında onu söyləməyə məcbur edəcək, o həyəcandan titrəyirdi. Lakin Eli əmin idi ki, bu xəbər ona və onun evinə böyük bədbəxtliklərdər xəbər verir. O, Şamueli çağırdı və Allahın ona açdığı hər şey haqqında açıq danışmağı əmr etdi. Gənc oğlan sözünə qulaq asdı və qoca ər itaətlə dəhşətli hökmü dinlədi. Sonra dedi: “O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin”.AP 525.3

    Lakin Eli səmimi peşmançılıq göstərmədi, o öz günahını etiraf etdi, lakin günahdan imtina etmək imkanına etinasızlıq göstərdi. Rəbb ildən-ilə Öz dəhşətli cəzalarını təxirə salırdı. Həmin illərdə keçmişin səhvlərinin bağışlanması üçün çox şey etmək olardı, lakin qoca kahin Allah məbədini murdarlayan və minlərlə israilli canını ölümə sürükləyən şərin qarşısını olmaq üçün heç bir şey etmədi. Allahın çoxsəbirliliyi Xofni və Pinxası daha çox zalımlaşdırdı və onlar öz azğınlıqlarında daha çox cəsarətli oldular. Eli onun evinə göndərilən xəbərdarlıq və ifşa sözlərini bütün xalqa xəbər verdi. O özünün keçmişdəki imansız davranışının məhvedici təsirinə nə cürsə mane olmağa çalışırdı. Lakin kahinlər özləri bu xəbərdarlıqlara etinasız yanaşdıqları kimi xalq da o cür hərəkət edirdi, İsrailin aşkar qanunsuzluqlarını bilən onları əhatə etmiş qəbilələr isə bütpərəstliyə və cinayətlərə daha çox qərq olurdular. Onlar öz günahları üçün təqsirkarlıq hissi keçirmirdilər, əgər İsrail öz saflığını qorusa idi, onlar bunu hiss edərdilər. Lakin qisas günü yaxınlaşırdı. Allahın nüfuzu tapdalanmışdı, Ona ibadətə etinasızlıq göstərilirdi və buna görə də Öz adının şərəfini qorumaq üçün Onun işə qarışmaq anı çatmışdı.AP 525.4

    “O dövrdə İsraillilər Filiştlilərə qarşı döyüşmək üçün çıxdılar. İsraillilər Even-Ezerde, Filiştlilər isə Afeqdə ordugah qurdular. İsraillirən bu yürüşə Allahın, baş kahin və ya peyğəmbərin məsləhəti və razılığı olmadan başlamışdılar. Filiştlilər İsraillilərlə döyüşmək üçün düzüldülər. Döyüş qızışanda İsraillilər Filiştlilərə məğlub oldular və döyüş meydanında dörd minə yaxın İsrailli qırıldı.”. Filiştlilər İsrailə qarşı düzüldülər və döyüş başladı, İsrail filiştlilər önündə məğlub oldu, onlar döyüş meydanında dörd minə qədər adam həlak etdilər”. Əzilmiş və ruhdan düşmüş adamlar düşərgəyə qayıdanda “İsrail ağsaqqalları bir-birindən soruşdu: ” Görəsən Rəbb bu gün bizi Filiştlilər qarşısında nə üçün məğlub etdi?” Xalqın azğınlığı həddini aşmışdı. dolmuşdu, lakin insanlar dark etmirdilər ki, onların öz günahları bu dəhşətli bədbəxtliyin səbəbi olmuşdur. Onlar dedilər: “Şilodan Rəbbin Əhd sandığını yanımıza gətirək. Qoy aramızda olsun və bizi düşmənlərin əlindən qurtarsın”. Rəbb Əhd sandığını müharibəyə götürmək üçün heç bir göstəriş və ya icazə verməmişdi. Lakin israillilər əmin idilər ki, bununla onlar döjnäşün uğurunu təmin edəcəklər və Elinin oğulları Əhd sandığını düşərgəyə gətirəndə, orada uca şənlik qışqırıqları eşidildi.AP 526.1

    Filiştlilər Əhd sandığını İsrailin allahı kimi qəbul edirdilər. Allahın öz xalqı üçün etdiyi bütün böyük işləri bütpərəstlər Əhd sandığına aid edirdilər. “İbranilərin ordugahında niyə beb böyük qışqırıq və gurultu var? Ordugaha Rəbbin sandığının gəldiyini bildikdə Filiştlibr qorxub dedibr: “Ordugaha Allahlar gəlib vay halımıza! Çünki bundan əvvəl bir şey olmamışdır. Vay halımıza! Bu qüdrətli allahların əlindən bizi kim qurtaracaq? Səhrada Misirlibrə hər cür bəlalar verən allahlar bunlardır. Ey Filiştlilər cəsur olun, kişi kimi dayanın! Yoxsa İbranilərə siz necə boyun əyəcəksiniz! Kişi kimi dayanın və döyüşün!”.AP 526.2

    Filiştlilər qızğın zərbə ilə israilliləri məğlub etdilər, onlar böyük itki verdilər. Otuz min döyüşçü döyüş meydanında həlak oldu, Allahın Əhd sandığı isə ələ keçirildi və onu müdafiə edən Elinin iki oğlu isə öldürüldü. Beləcə, bütün gələcək nəsillər üçün tarix daha bir şəhadəti də həkk etdi ki, Allah xalqının allahsızlığı cəzasız qalmayacaqdır. İnsanlar Allahın iradəsini nə qədər çox bilirlərsə, ona etinasızlıq edəndə cəzaları da bir o qədər ağır olur.AP 527.1

    İsraillilər mümkün olan bədbəxtliklərdən ən böyüklərindən birinə düçar olmuşdular - Rəbbin Əhd sandığı düşmənlər tərəfindən ələ keçirilmişdi. Tanrının daimi hüzurunun və qüvvəsinin bu simvolundan məhrum olanda, İsraili şöhrət həqiqətən tərk etdi. Allah həqiqətinin və qüdrətinin ən möcüzəli vəhyləri müqəddəs sandıq ilə bağlı idi. Əvvəlki günbrdə Əhd sandığı göründüyü hər yerdə əlamətdar qələbələr qazanılırdı. Ona keruvlar qızıl qanadları ilə kölgə salırdı və Uca Tanrının görünən simvolu olan Hüzurun təsviredilməz şöhrəti onun üzərində ən Müqəddəs yerdə idi. Lakin o indi onlara qələbə gətirmədi. Bir qədər əvvəlki məğlubiyyət şəhadət edirdi ki, artıq o onların müdafiəsi deyildir və bütün İsrail xalqını kədər bürüdü.AP 527.2

    İnsanlar dark etmirdilər ki, onların imanı həqiqi deyildir və bu cür ruhani vəziyyətdə artıq Allahla birgə qələbə qazanmaq mümkün deyildir. Əhd sandığında olan Allah Qanunu Rəbbin hüzurunun simvolu idi, lakin bu qanunun prinsiplərinə etinasız yanaşmaqla və onun tələbbrini rədd etməklə onlar Rəbb Ruhunu incitdilər və O, onlan tərk etdi. Nə qədər ki israillilər müqəddəs göstərişlərə itaət edirdilər, Allah onlarla idi və Öz hədsiz qüdrətini onlara bəxş edirdi. Lakin onlar Əhd sandığına baxaraq onu Allahla bağlamayanda, Onun iradəsinin vəhyinə heç bir hörmət göstərməyəndə və Onun qanununa itaət etməyəndə, onda sandıq onlar üçün adi yeşikdən xeyirli ola bilməzdi. Onlar Əhd sandığına bütpərəst xalqların öz allahlarına yanaşdıqları kimi yanaşırdılar, sanki o öz-özlüyündə qüvvəyə və xilasa malik idi. Onlar sandıqda qorunan Qanunu pozdular, çünki sandığın özünün qarşısında səcdə etmək onları formalizmə, ikiüzlülüyə və bütpərəstliyə gətirib çıxartdı. Günahlar onları Allahdan uzaqlaşdırdı və onlar peşman olub öz azğınlıqlarından əl çəkməyincə, O onlara qələbə bəxş edə bilmədi.AP 527.3

    Əhd sandığının və məbədin İsrailin içərisində olması kifayət deyildi. Kahinlərin qurban gətirməsi və israillilərin Allah övladları adlanması kifayət deyildi. Rəbb öz qəlbində allahsızlıq daşıyanın xahişlərini yerinə yetirə bilməzdi. Yazılmışdır ki, “Kim ki qanunu eşitməmək üçün qulaqlarını bağlayır, onun duaları iyrəncdir” (Süleymanın məsəlləri 28:9).AP 527.4

    Ordu döyüşə gedəndə qoca və kor Eli Şiloda qalmışdı. O, tutqun hisslər içərisində döyüşün sonunu gözləyirdə, “Allahın sandığından ötrü ürəyi çırpınırdı”. O, günlərlə yolun kənarında hüzur çadırının qapısı ağzında oturub həyəcanla döyüş meydanından xəbər gözbyirdi. Nəhayət şəhərə aparan dik cığırda bir Binyaminli göründü, “onun paltarı cırılmış, başı toz-torpaq içində idi”. Yolun kənarında oturan qocaya heç bir fikir vermədən o, şəhərə qaçdı və səbirsiz kütləyə məğlubiyyət və itkilər haqda danışdı.AP 528.1

    Hüzur çadrının yanında oturan qocanın qulaqlarına fəryadlar və ağılar çatdı. Xəbər gətirən adamı onun yanına gətirdilər və o, Eliyə dedi: “İsraillilər Filiştlilərin qabağından qaçdılar və xalq arasında böyük qırğın oldu. İki oğulun Xofni və Pinxas öldülər”. Xəbər nə qədər dəhşətli olsa da, yenə də Elidə onu dinləməyə güc tapıldı, çünki o bunu gözbyirdi. Lakin xəbər gətirən əlavə edəndə ki: “Allahın sandığı isə ələ keçirilmişdir”, - təsviredilməz əzab qocanın sifətini bürüdü. Onun gunahı Allahı nə qədər şərəfsizləşdirmişdir ki, Onu İsraili tərk etməyə məcbur etməsi haqda fikir onun üçün o qədər dəhşətli idi ki, o buna dözə bilmədi. Qüvvələr onu tərk etdi, o yıxıldı, ‘’boynu qırıldı və öldü”. Ərinin allahsız həyat tərzinə baxmayaraq Pinxasın arvadı dindar qadın idi. Qaynatasının, ərinin ölümü və hər şeydən çox Əhd sandığının ələ keçirilməsi haqda dəhşətli xəbər onun ölümünə səbəb oldu. O hiss etdi ki, israilin son ümidi dağıldı və həmin bədbəxtlik saatında doğulan öz körpəsinə İkavod - “şərəfsizlik” adı verərək kədərlə, nəfəsi zəifləyərək təkrar edirdi: “Allahın sandığı ələ keçirildi, İsrail şərəfdən düşdü”. Lakin Rəbb öz xalqını tamamilə rədd etmədi. O daha bütpərəstlərin təntənəsinə dözə bilmədi. O, israilliləri cəzalandırmaq üçün filiştlilərdən öz əlində bir silah kimi istifadə etdi, Əhd sandığının köməyi ilə filiştliləri bəlaya düçar etdi. Əvvəlki vaxtlarda Allahın itaətkar xalqının qüvvəsi və şöhrəti olmaq üçün Onun hüzurunu Əhd sandığı müşayiət edirdi. Bu gözəgörünməz hüzur Onun müqəddəs qanununu pozanlara dəhşət və ölüm gətirmək üçün indi də onunla birgə idi. Öz xalqını imansızlıqlarına görə cəzalandırmaq üçün Rəbb Öz qəddar düşmənlərindən tez-tez istifadə edir. Qoy allahsızlar cəzasını çəkən İsrailin iztirablarını görərək bir müddət təntənə etsinlər, lakin vaxt gələcək ki, günaha nifrət edən, müqəddəs Allahın hökmü onlara da çatdırılacaqdır. Allahsızlıq harada artsa da, orada tezliklə və qarşısı alınmadan Allah cəzaları baş verəcəkdir.AP 528.2

    Filiştlilər Əhd sandığını təntənə ilə özlərinin əsas beş şəhərlərindən biri olan Azota gətirdilər və allah Daqonun evində yerləşdirdilər. Onlar düşünürdülər ki, Əhd sandığını indiyə qədər müşayiət edən qüwə onlara məxsus olacaqdır və onu Daqonun qüdrəti ilə birləşdirməklə onlar məğlubedilməz olacaqlar. Lakin o biri gün məbədə girəndə onların hamısını təsviredilməz dəhşətə gətirən səhnə gördülər: allah Daqon üzü üstə Tanrının sandığı önündə yerə sərilmişdi. Kahinlər bütü pərəstişlə qaldırdılır və əvvəlki yerində bərqərar etdilər. Lakin o biri səhər onlar onu qəribə şəkildə eybəcərləşmiş və yenidən Əhd sandığı önündə yerə sərilmiş halda tapdılar. Bütün yuxan hissəsi insana, aşağı hissəsi isə balığa bənzər idi. İndi insanı xatırladan hər şey kəsilmişdi və yalnız balıq bədəni qalmışdı. Kahinləri və xalqı böyük qorxu bürüdü. Onlar bu sirli hadisənin onların özlərinin və allahlarının ibranibrin Allahı önündə məhv olacağından xəbər verən pis əlamət kimi qəbul etdibr. Onlar Əhd sandığını məbəddən çıxartdılar və ayrıca yerbşdirdibr.AP 529.1

    Aşdodun sakinlərini işgəncəli və ölümcül xəstəlik tutdu. İsrail Allahı tərəfindən Misirə göndərilən bəlaları xatırlayaraq xalq öz bədbəxtliklərini Əhd sandığının hüzurunda gördü. Onu Qata göndərmək qərara alındı. Lakin bəla da həmin vaxt onun ardınca getdi və bu şəhərin sakinləri onu Eqrona göndərdilər, onun sakinbri isə Əhd sandığını dəhşətb qəbul edərək dedibr: “Bizi və xalqımızı öldürmək üçün İsrailin Allahının sandığını bura gətirdilər!”. Onlar Qat və Aşdod sakinləri kimi öz allahlarına yarvarırdılar ki, onları müdafıə etsinlər, lakin məhvedici öz işini görməkdə davam edirdi, “şəhərin fəryadı ərşə qalxırdı”. Əhd sandığını bundan sonra da əhali olan yerdə saxlamaqdan ehtiyat edərək, xalq onu açıq çölə çıxartdı, lakin bu, siçanların hücumuna səbəb oldu - onlar anbarlarda və tarlalarda olan hər şeyi məhv edərək hər yeri doldurdular. İndi xalqı ya xəstəliklərdən, ya da aclıqdan tam məhv olmaq hədələyirdi.AP 529.2

    Əhd sandığı yeddi ay ərzində fıliştli torpağında qaldı və bütün həmin vaxt ərzində israillilər onu qaytarmaq üçün heç bir cəhd göstərmədilər. Lakin filiştlilər onu ələ keçirməyin əvvəllər necə güclü həsrətində idilərsə, indi də eləcə ondan azad olmağın həsrətində idilər. Onlar üçün güc mənbəyi olmaq əvəzinə, o, ağır yük və dəhşətli lənət olmuşdu. Lakin onlar bilmirdilər ki, nə etsinlər, çünki onu harada yerbşdirirdilərsə, hər yerdə onun ardınca Allahın cəzaları gəlirdi. Xalq rəislərə, kahinbrə və falçılara müraciət edərək həyəcanla onlardan soruşurdu: “Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın”. Onlara onu qiymətli töhfələrlə geri qaytarmağı məsləhət etdibr. Kahinbr dedilər: “O zaman sağalacaqsınız və O, sizdən nə üçün əl çəkmədiyini bildirəcək”.AP 530.1

    Bütpərəstlərin arasında qədim adət hökm sürürdü: bədbəxtliyin qarşısını almaq və ya hər hansı xəstəlikdən müalicə olunmaq üçün onlar qızıldan, gümüşdən və ya başqa qiymətli metaldan özü ib ölüm gətirənin və ya bədənin xəstəliyə xüsusib tutulan hissəsinin təsvirini düzəldirdilər. Sonra bu təsviri dirəkdə və ya digər görkəmli yerdə yerbşdirirdilər - insanlar inanırdılar ki, bu, bədbəxtlikdən etibarlı müdafiədir. Bəzi bütpərəst xalqlar arasında bu cür adətlər hələ də mövcuddur. Kim nə vaxt iztirab çəkirsə, o sağalmaq üçün öz bütünün məbədinə gedir və özü ilə bədənin xəstəliyə tutulmuş hissəsinin təsvirini və ya heykəlini gətirərək onu öz allahına qurban kimi orada qoyur.AP 530.2

    Hökm sürən mövhumata uyğun olaraq, filiştli rəislər xalqa düşdükləri bəlanın təsvirini düzəltməyi məsləhət etdilər, - “Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəsi ib beş qızıl sıçovul surəti düzəldib göndərin. Çünki həm sizin, həm də ağalarınızın üstündədir”.AP 530.3

    Bu müdriklər Əhd sandığını müşayiət edən sirli qüwəni, sarsıtmağa müdriklikbri çatmayan qüvvəni etiraf etdibr. Lakin onlar xalqa bütpərəstlikdən imtina etməyi və Rəbbə ibadət etməyə başlamağı məsbhət etmədibr. Dəfedilməz cəzaların təzyiqi altında Onun hakimiyyətinə təslim olmalarına baxmayaraq onlar İsrail Allahına nifrət etməkdə davam edirdibr. Allah cəzalar vasitəsilə günahkarları bebcə əmin edə bibr ki, Onunla mübarizə əbəsdir. Hətta onlar Onun qüdrətinə tabe olsalar da, onların qəlbləri Onun hakimiyyətinə qəzəblənəcəkdir. Bu cür itaət günahkarı xilas etməz. İnsanın tövbəsi qəbul olunmazdan əvvəl o öz qəlbini Allaha verməlidir, İlahi lütfə tabe olmalıdır.AP 530.4

    Allahın allahsızlara səbri necə də böyükdür! Bütpərəst fıliştlilər və dönük israillilər Onun qabaqgörənliyinin bəxşləri ilə eyni dərəcədə bəhrələnirdilər. Naşükür, üsyankar insanların həyat yollarına sakitcə on minlərlə görünməz mərhəmət enmişdir. Hər bir bərəkət onlara bu nemətləri Bəxş Edəndən danışırdı, lakin onlar Onun Məhəbbətinə biganə idibr. Allahm insan oğullarına səbri böyük idi, lakin onlar öz azğınlıqlarında inadkarlıq edəndə, O onları Öz müdafiəsindən məhrum etdi. Onlar onun yaratdıqlarında, xəbərdərlıqlarında, məsləhətlərində və Onun ifşaedici Sözündə Allah səsini eşitməkdən imtina etdibr və buna görə də O onlara öz cəzalan vasitəsilə danışmağa məcbur oldu.AP 531.1

    Filiştlilər arasında elələri də tapıldı ki, onlar Əhd sandığının öz yerinə qayıtmasına mane olmağa hazır idilər, ona görə ki, İsrail Allahının qüdrətinin bu cür etiraf edilməsi onların milli qürurunu alçaldardı. Lakin “kahinlər və falçılar” xalqa fironun və misirlilərin inadkarlığını təqlid edərək bununla öz üzərlərinə daha böyük bədbəxtliklər gətirməməyə inandırdılar. Sonrakı fəaliyyət planı təklif olundu, onu hamı bəyəndi və dərhal icrasına başladılar. Əhd sandığını itaət qurbanı əlaməti olaraq qızıl surətlərlə birgə yeni arabada yerləşdirdilər ki, onu heç nə ilə murdarlamasınlar, sonra arabaya heç zaman boyunduruq görməyən inəkləri bağladılar. Onların buzovlarını tövbdə bağladılar, inəklərə isə istədikləri yerə getmək imkanı verdilər. Filiştlilər belə mühakimə yürüdürdülər: əgər Əhd sandığı İsralə Bet-Şemeşə (levilərin yaxın şəhərinə) aparan yola qayıtsa, onda deməli onlara böyük bədbəxtlik gətirən İsrailin Allahıdır. “Yox əgər oraya getməzlərsə, - onlar deyirdilər - onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir”.AP 531.2

    Azad buraxılmş inəkbr buzovlarının olduğu yerə qayıtmayaraq, birbaşa Bet-Şemeş istiqamətində getdilər. İnsan əli ib idarə olunmayan səbirli heyvanlar öz yollarına davam edirdilər. Əhd sandığını İlahi hüzur müşayiət edirdi və o, təyin olunan yerə rahatca çatdı.AP 531.3

    Buğda yığımı vaxtı idi və Bet-Şemeş sakinləri dərədə biçirdibr. “Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər. Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər”. Əhd sandığını “Bet-Şemeş sərhədinə qədər” izləyən filiştli rəislər Əhd sandığını necə qəbul olunduğunu gördülər və sonra Eqrona qayıtdılar. Bəla qurtardı və onlar əmin oldular ki, bu bədbəxtlik İsrail Allahı tərəfindən göndərilmiş cəza olmuşdur.AP 531.4

    Bet-Şemeş sakinləri Əhd sandığının onlarda olması haqda xəbəri tezcə yaydılar və onun qayıtmasını salamlamaq üçün insanlar bütün yaxın yerlərdən axışıb gəldilər. Əhd sandığını bundan əvvəl qurbangah kimi istifadə olunan daşın üzərində yerləşdilər və onun önündə Rəbbə əlavə qurbanlar gətirdilər. Əgər qurban gətirən insanlar öz günahlarından peşman olsaydılar, onlara Allahın xeyir-duaları göndərilərdi. Lakin onlar Allah qanununa sədaqətlə itaət etmədilər və Əhd sandığının qayıtmasına xoş müjdə kimi sevinərək onun müqəddəsliyi haqda həqiqi təsəvvürə malik olmadılar. Onun üçün münasib yer hazırlamaq əvəzinə, onlar onu tarlada saxladılar. Bu müqəddəs sandığa baxmaqda davam edərək və onun möcüzəli qayıdışını müzakirə edərək, onlar onun xüsusi qüvvəsinin harada gizlənə bilməsi haqda hər cür tapmacalar söyləməyə başladılar. Nəhayət maraqlarını saxlaya bilməyərək onlar onun üstündən örtüyü götürməyə və onu açmağa cəsarət etdilər.AP 532.1

    Bütün İsrail Əhd sandığına pərəstişlə və hörmətlə yanaşmağa öyrədilmişdi. Onu bir yerdən başqa yerə aparmaq tələb olunanda, Levililərə yalnız ona nəzər salmağa icazə verilirdi. İldə bir dəfə baş kahinə Allahın sandığına baxmaq icazə verilirdi. Hətta bütpərəst olan fıliştlilər də onun üzərindən örtüyü götürməyə cəsarət etmədilər. Allahın gözəgörünməz mələkləri bütün səfərlər zamanı onu müşayiət edirdilər. Bet-Şemeş sakinlərinin hörmətsiz cəsarəti ani olaraq cəza doğurdu. Onların bir çoxu qəflətən öldü.AP 532.2

    Onların düçar olduqları cəzaya baxmayaraq sağ qalanlar öz günahlarından tövbə etmədilər, yalnız Əhd sandığına mövhumi qorxu ilə yanaşmağa başladılar. Ondan yaxa qurtarmağı çox istəyən, lakin buna cürət etməyən Bet-Şemeş sakinləri Qıryat-Yearimə xəbər göndərib onun sakinlərini Əhd sandığını özlərinə götürməyə dəvət etdilər. Bu şəhərin adamları müqəddəs sandığı böyük sevinclə qarşıladılar. Onlar bilirdibr ki, o, bütün itaətkar və sadiq olanlar üçün İlahi mərhəmətin zəmanətidir. Onlar Əhd sandığını təntənəli sevinclə öz şəhərlərinə gətirdilər və onu Levili Aminadavın evinə yerləşdirdilər, o öz oğlu Eleazara onun qayğısına qalmağı tapşırdı. Əhd sandığı da uzun illər orada qaldı.AP 532.3

    Rəbb Xannanın oğluna birinci dəfə açıldığı vaxtdan Şamuelin peyğəmbərlik xidməti vəzifəsi bütün xalq tərəfindən tanındı. Onun üçün nə qədər əzablı və ağır olsa da İlahi xəbərdarlığın Elinin evinə verməklə Şamuel Tanrının elçisi kimi öz sədaqətini sübut etdi. “Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi”.AP 533.1

    Bir millət kimi israillilər imansızlıqda və bütpərəstlikdə qalmaqda davam edirdilər və cəza olaraq filiştlibr tərəfindən köləyə çevrilmişdilər. Bütün bu vaxt ərzində Şamuel ölkənin şəhər və kəndlərini gəzərək xalqın qəlbini onların atalarının Allahına yönəltməyə çalışırdı və onun səyləri əbəs qalmadı. İyirmi il ağır zülmdən sonra israillilər “Rəbbin intizarını çəkirdi”. Şamuel onlara məsləhət etdi: “Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin”. Biz görürük ki, əməli möminlik və ürəkdən gələn dindarlıq Məsihin yerdə olduğu vaxtdakı günlərdə olduğu kimi, Şamuelin günlərində də təbliğ olunurdu. Qədim İsrail üçün Məsihin lütfü olmadan dinin zahiri formaları heç bir dəyərə malik deyildi. Müasir İsrail üçün də onlar eləcə qalmışdır.AP 533.2

    Qədim İsrailin günlərində olduğu kimi bu gün də əsl ürəkdən gələn beləcə dirçəlməyə ehtiyac vardır. Allaha qayıtmaq istəyən hər kəsin atmalı olduğu birinci addım tövbədir. Heç kim bunu başqasının əvəzinə edə bilməz. Bizim hər birimiz ayrılıqda Allah önündə itaət etməliyik və öz bütbrimizi tərk etməliyik. Biz etməyə qadir olduğumuz hər şeyi edəndə Rəbb Öz xilasını bizə göstərəcəkdir.AP 533.3

    Soyların başçılarının birgə fəaliyyəti sayəsində Mispada çoxlu xalq toplaşdı. Burada hamı təntənəli surətdə oruc tutdu. İnsanlar dərin peşmançılıqla öz günahlarını etiraf etdilər və eşidibn göstərişlərə itaət etmək qərarına sübut olaraq onlar Şamueli xalqın üzərində hakim qoydular.AP 533.4

    Filiştlilər fikirbşdibr ki, israillilər hərbi iclas üçün toplaşmışlar və israillilərin planları hazır olmamışdan qabaq onları qovmaq ümidilə bu yerə böyük ordu gətirdilər. Onların yaxınlaşması haqda xəbərdən bütün İsraili dəhşət bürüdü. Xalq Şamuelə yalvardı: “Bizi Filiştlilərin əlindən qurtarmaq üçün Allahımız Rəbbə durmadan yalvar”.AP 533.5

    Şamuel quzunu qurban gətirməklə məşğul olduğu zaman Filiştlilər döyüşmək üçün yaxına gəldilər. Onda od, tüstü və gurultu içərisində Sinaya enən, Qırmızı dənizi ayıran və İsrail xalqına İordandan yol açan Qadir Allah yenidən Öz qüdrətini göstərdi. Hücuma keçən ordunun üzərində dəhşətli tufan qopdu və qüdrətli döyüşçülərin cəsədləri hər yerə səpələndi.AP 534.1

    İsraillilər qorxu və ümiddən titrəyərək müqəddəs sükut içərisində durmuşdular. Düşmənlərin məğlubiyyətini seyr edərək onlar dərk etdibr ki, Allah onların tövbəsini qəbul etmişdir. Döyüşə hazır olmasalar da, onlar həlak olmuş Filiştlibrin silahlarını əllərinə götürdülər və qaçanları Bet-Kara qədər təqib etdilər. Bu parlaq qələbə iyirmi il əvvəl israilliləri Filiştlilərin məğlub etdiyi, kahinlərin öldürüldüyü və Allah sandığının ələ keçirildiyi həmin yerdə qazanıldı. Bütöv dövbtlər üçün olduğu kimi, ayrılıqda hər bir insan üçün də Allaha itaət yolu təhlükəsizlik və xoşbəxtlik əldə etmək üçün yeganə yoldur, günah isə yalnız bədbəxtliyə və məğlubiyyətə aparır. İndi Filiştlilər o qədər sarsıldılar ki, İsraillirərdən aldıqları bütün qalaları onlara verdibr və uzun illər boyunca onlara qarşı heç bir düşməncəsinə hərəkət etmədilər. Başqa xalqlar da bu cür hərəkət etdilər və Şamuel israillilərin yeganə hakimi olduğu dövr ərzində onlar sülh içində rahat yaşadılar.AP 534.2

    Bu hadisə xalq yaddaşından heç vaxt silinməsin deyə, Şamuel Mispa torpağı ilə Şen arasında böyük xatirə daşı qoydu. O bu yeri “Even-Ezer” - “kömək daşı” adlandıraraq xalqa dedi: “Rəbb bizə buraya qədər kömək etdi”.AP 534.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents