Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    72-ci fəsil
    AVŞALOMUN ÜSYANI

    (Bu fəsil Şamuelin ikinci Kitabının 13-19-cu fəsillərinə əsaslanır)

    “O dörd qat ödəməlidir” - peyğəmbər Natanı dinləyərkən Davudun qeyri-ixtiyari olaraq özünə çıxartdığı hökmdə belə deyilirdi və böyük hökm yerinə yetməli idi. Onun oğlanlarından dördü həlak olmalı idi və onların hər biri öz atasının günahı üzündən öldü.AP 659.1

    Öz ilki Amnonun namussuz cinayətini Davud cəzasız və ifşasız qoydu. Zina ölümlə cəzalanırdı, Amnonun günahının əkstəbiiliyi isə onun təqsirini ikiqat edirdi. Lakin Davud özünü təqsirkar hiss edərək, cinayətkarı ədalətlə cəzalandıra bilmədi. Amansızcasına rəftar edilmiş öz doğma bacısının qanuni himayəçisi olan Avşalom iki il ərzində öz qəlbində qisas hissini gəzdirdi ki, nəhayət fürsət düşəndə qəti zərbəni endirsin. Padşah oğullarının iştirak etdikləri bayramda qanqarışıqlığında təqsirkar olan sərxoş Amnon öz qardaşının əmri ilə öldürüldü.AP 659.2

    Davud ikiqat cəzaya düçar oldu. O, dəhşətli bir xəbər aldı ki, “Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb”. Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar”. Padşah oğulları həyəcan içərisində Yerusəlimə qayıtdılar, padşaha söylədilər ki, yalnız Amnon öldürülmüşdü və “padşahla bütün əyanları da acı göz yaşları tökdülər”. Avşalom isə öz anasının atası, Geşur padşahı Talmayın yanına qaçdı.AP 659.3

    Davudun başqa oğulları kimi Amnon da tam sərbəstlikdə böyümüşdü. O, özünün bütün şıltaqlıqlarını ödəməyə çalışırdı, Allahın tələbləri ilə hesablaşmırdı. Rəbb bu böyük günahkara uzun müddət səbirlə yanaşmışdı. Onun tövbə edə bilməsi üçün ona iki il vaxt verilmişdi, lakin Amnon günah etməkdə davam edirdi və beləcə, Allaha dönmədən, öz vaxtında Allahın dəhşətli məhkəməsi qarşısında durmağa məhkum şəkildə öldü.AP 660.1

    Davud özünün Amnonu cəzalandırmaq vəzifəsinə etinasızlıq göstərmişdi. Padşahın və atanın sədaqətsizliyi, oğulun tövbə etməməsi buna səbəb oldu ki, Allah hadisələrin təbii yolla inkişafına imkan verdi və Avşalomu saxlamadı. Valideynlər və ya hökmdarlar özlərinin qanunsuzluğu cəzalandırmaq vəzifələrinə etinasızlıq göstərəndə, Allah Özü bu işi edir. O, şeytanın tərəfdarlarının qarşısını almaqdan əl çəkir və beləliklə, zəncirvari şəkildə günahın günahla cəzalandırılması şəraiti yaranır.AP 660.2

    Davudun Amnonu cəzasız buraxmasının məhvedici nəticələri bununla qurtarmadı, çünki o vaxtdan Avşalom ilə ata arasında yadlaşma başladı. Avşalomun Geşura qaçmasından sonra Davud hiss etdi ki, oğlunun cinayəti necə olsa cəzalandırılmalıdır, buna görə də ona Yerusəlimə qayıtmağa icazə vermədi. Lakin padşahın qarşılaşmalı olduğu həlledilməz problemlər bununla azalmadı və tezliklə, gözlədiyinin əksinə olaraq, kəskinləşdi. Enerjili, şöhrətpərəst və prinsipsiz Avşalom, dövlət işlərində iştirak etməkdən uzaqlaşdığı halda, tezliklə təhlükəli tədbirlər törətdi.AP 660.3

    İkinci ilin sonuna yaxın Yoav ata ilə oğulu barışdırmağı qərara aldı. Bu məqsədlə o öz müdrikliyi ilə tanınmış Teqoadan olan qadının xidmətlərindən istifadə etdi. Yoav tərəfindən öyrədilən qadın, padşaha həyatda yeganə təsəllisi və dayağı iki oğlu olan dul qadın kimi təqdim olundu. Mübahisə zamanı onlardan biri o birini öldürmüşdü və indi bütün qohumları tələb edirdilər ki, sağ qalan oğlu qardaşının qanını öz həyatı ilə ödəsin. “Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigan qalacaq”. Qadının yalvarışları padşahın qəlbini riqqətə gətirdi və o vəd etdi ki, onun oğluna padşah himayəsi göstərəcəkdir.AP 660.4

    Gəncin sağ qalacağı vədini alaraq, qadın mərhəmətlə onu dinləməsi üçün padşaha yalvardı və ona dedi ki, öz sözləri ilə padşah “özü-özünü ittiham etdi” və onun təqsiri üzündən qaçqın evə qayıtdı. Çünki, qadın dedi, “Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da cam insandan çəkib almaz, rədd edilmiş də Özündən rədd etməməyi düşünür” (qeyd müəllifindir). Yoav kimi kobud və hissiyyatsız bir döyüşçüdən gələn, Allahın günahkara məhəbbətinin bu zəif və riqqətli ifadəsi xilas planının böyük həqiqətlərini israillilərin dərindən bilməsinə gözəl sübutdur. Özünün də Allah mərhəmətinə ehtiyacı olduğu üçün, padşah bu xahişə qarşı dura bilmədi. Yoava əmr verildi: “Get, o cavanı, Avşalomu geri qaytar”. Avşaloma Yerusəlimə qayıtmağa icazə verildi, lakin o, padşah sarayında görünməməli və atası ilə görüşməməli idi. Davud özünün uşaqlara güzəştə getməsinin məhvedici nəticələrini dərk etməyə başlamışdı və öz gözəl, istedadlı oğlunu dərindən sevməsinə baxmayaraq, o, edibn cinayətə öz nifrətini həm Avşaloma, həm də xalqa göstərmək zərurətini hiss etmişdi. Avşalom öz evində iki il yaşadı, lakin saraydan kənarlaşdırılmışdı. Onun yanında yaşayan bacısı daim ona öz düzəlməz dərdi haqda xatırladırdı. Xalq isə Avşalomda bir cinayətkar deyil, qəhrəman görürdü. O, bundan istifadə edərək adamların könüllərini ələ almağa başlamışdı. Onun zahiri görünüşü heyranlıq doğururdu. “Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi”. Şöhrətpərəst, coşqun, dəliqanlı Avşalomu iki il ərzində mərhəmətdən kənar saxlamaqla atası düşüncəsizlik etmişdi. Davudun Avşalomu öz yanına buraxmamaq qərarı ona gətirib çıxartdı ki, xalq Avşaloma şəfqət göstərməyə başladı.AP 660.5

    Allah Qanununu pozaraq etdiyi günahı həmişə xatırlayaraq, Davud özünü buxovlu kimi hiss edirdi. Əvvəllər cəsarətli və qətiyyətli olan o, indi inamsız və sınqın olmuşdu. Onun xalq arasında nüfuzu xeyli zəifləmişdi. Bütün bunlar hamısı bir yerdə onun qəlbsiz oğlunun planlarına şərait yaradırdı.AP 661.1

    Yoavın sayəsində Avşalom padşahm yanma yenidən buraxılsa da, o, zənn edilən barışığa baxmayaraq, şöhrətpərəst fikirlərindən əl çəkməmişdi. Hərb arabalarına, atlara və əlli qasidə malik olmaqla o özünü az qala padşah hesab edirdi. Padşah tənhalığa və qapalı həyata getdikcə daha çox meyl etdiyi halda, Avşalom var qüvvəsi ilə adamları öz tərəfinə çəkməyə çalışırdı.AP 661.2

    Davudun biganəliyi və qətiyyətsizliyi onun tabeliyində olanlara da sirayət etmişdi, haqq məhkəməsinin işi ehtiyatsızlıq və ləngliklə seçilirdi. Avşalom hər bir narazılıq hadisəsindən məharətlə öz xeyri üçün istifadə edirdi. Bu nəcib və xoş görünüşlü gənc oğlan hər gün şəhər qapısı yanında otururdu, adamlar öz xahiş və şikayətləri ilə buraya toplaşırdılar. O, kütlənin içərisinə gedirdi, incidilənləri dinbyirdi, dərdlərinə acıyırdı və padşah məmurlarının fəaliyyətsizliklərinə öz təəssüfünü bildirirdi. Məsələn, hər hansı bir adamın işini ətraflı dinləyərək Avşalom deyirdi: “Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq”. Bu zaman əlavə edirdi: “”Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım”. Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi”.AP 662.1

    Padşah oğlunun qızışdıncı fəaliyyəti ona gətirib çıxartdı ki, xalq arasında qanuni hökmdardan narazılıq artdı. Avşalomun adı bütün dilbrdə gəzirdi. O, taxt-tacın hamı tərəfindən tanınmış varisi idi və xalq ona belə yüksək mövqeyi tutmağa layiq adam kimi qürurla baxırdı; onun taxta çıxmaq arzusu güclənirdi. Beləcə, “Avşalom İsraillilərin qəlbinə girdi”. Lakin oğluna məhəbbətdən bunları sezməyən padşah heç nədən şübhələnmirdi. Avşalomun özünü əhatə etdiyi padşahlıq nişanələrinə Davud sarayının şərəfini artırmaq istəyi kimi, barışığın sevincli ifadəsi kimi baxırdı.AP 662.2

    Adamlar çevrilişi dəstəkləmək üçün yetişəndə, Avşalom bütün soylara gizli adamlar göndərərək üsyana hazırlaşmağa çağırdı. İndi öz xain məqsədlərini həyata keçirmək üçün o, din tərəfdarı örtüyü altında gizləndi. Bundan xeyli əvvəl, didərgin olarkən, o, Allaha əhd etmişdi və indi onu Xevronda yerinə yetirməli idi. Avşalom padşaha dedi: “Rica edirəm, izın ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim. Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”. Sevan ata öz oğlunun mömin niyyatinə sevinarak onu xeyir-dua ilə buraxdı. Qasd tamam yetişmişdi. Avşalomun ikiüzlülüyünün zirvəsi yalnız padşahın gözünü bağlamaq niyyati deyil, həm də xalqın etibarını qazanmaq və Allah tərəfindən seçilmiş padşaha qarşı üsyana başçılıq etmək idi.AP 662.3

    Avşalom Xevrona yola düşdü və “Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi”. Avşalomla yola düşən bu adamlar düşünmürdülər ki, padşah oğluna məhəbbət onları onun atasına qarşı üsyana gətirib çıxarmışdır. Xevrona çatanda Avşalom dərhal Davudun baş məsləhətçilərindən biri olan Axitofeli çağırtdırdı, bu adamın müdrikliyi hamı tərəfindən tanınmışdı və onun ağıllı fikirləri ilə qabaqgörən adamın sözləri kimi hesablaşırdılar. Axitofel üsyançılara qoşuldu və onun dəstəyi bu tədbirin müvəffəqiyyətlə başa çatmasına ümid etməyə hər əsas verirdi; onun üsyanda iştirak etməsi bütün ölkədə xeyli nüfuzlu ərləri cəlb edirdi. Üsyanın başlanmasına işarə olan borular səslənəndə, padşah oğlunu dəstəkləyən üsyançılar hər yerdə inandırmağa başladılar ki, Avşalom padşah olmuşdur və xalqın çoxu ona qoşulmuşdur.AP 663.1

    Eyni zamanda bu xəbərlər Yerusəlimə, padşaha da çatdı. Davud qəfil ayıldı və gördü ki, üsyan onun taxt-tacına bu qədər yaxın olan adamın təqsiri üzündən qızışmışdır. Onun doğma oğlu, çox sevdiyi və etibar etdiyi oğlu hakimiyyəti öz əlinə keçirmək və şübhəsiz ki, onu öldürmək niyyəti ilə üsyan təşkil etmişdi. Bu böyük təhlükə içərisində Davud bu qədər vaxt ərzində onun qəlbini əzən biganəliyə üstün gəldi və ona xas olan əvvəlki enerji ilə üzərinə gələn bədbəxtliyi qarşılamağa hazırlaşdı. Avşalom öz ordusunu paytaxtın cəmi iyirmi milliyində olan Xevronda toplamışdı. Gözlənildiyi kimi, tezliklə Yerusəlimin qapıları yanında üsyançılar görünməli idilər.AP 663.2

    Davud öz sarayından paytaxta, “gözəl yüksəkliyə, bütün yerin sevincinə... böyük Padşahın şəhərinə” baxırdı (Məzmur 48:2). O, şəhərin qırğına məruz qalacağı fikrindən titrədi. Öz sadiq təbəələrinə müraciət edib şəhəri qorusunmu? Yerusəlimin qana batmasına imkan versinmi? O qərara gəldi ki, seçilmiş şəhərin müharibənin dəhşətlərinə məruz qalmasının qarşısını alsın. O, Yerusəlimi tərk edəcəkdir və öz xalqının sədaqətini sınayacaqdır, xalqına öz padşahını dəstəkləmək üçün birləşmək imkanı verəcəkdir. Bu ağır, böhranlı saatda onun Allah və Onun xalqı qırşısındakı borcu ondan ibarət idi ki, Göylər tərəfindən ona verilmiş hakimiyyəti həyata keçirsin. O, bu mübarizənin taleyini Allaha tapşırdı.AP 663.3

    Sevimli oğlu tərəfindən təqib olunan Davud taxt-tacı, sarayı, Allahın əhd mücrüsünü tərk edərək, itaət və kədərlə Yerusəlimin qapısından çıxdı. Dəfn mərasiminə bənzər tərzdə xalq onun arxasınca uzun, kədərli dəstə ilə gedirdi. Davudun Keretlilərdən, Peletlilərdən, Qatlılardan ibarət olan altı yüz nəfərə qədər keşikçisi Yettaym rəhbərliyi altında onu müşayiət edirdi. Lakin ona xas olan təvazökarlıqla Davud razılaşmaq istəmirdi ki, himayəsində olan bu gəlmələr onunla birlikdə bəlaya düşsünlər. Onların onun naminə özlərini qurban verməyə hazır olduqlarını görəndə o, təəccübünü gizlədə bilmədi. Padşah Qatlı Yettaya dedi: “Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan əsir aparılmış adamsan, qayıt öz yerinə. Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!”AP 663.4

    Yettay ona cavab verdi: “Var olan Rəbbə, ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq”. Bu adamlar bütpərəstlikdən yəhudi dininə dönmüşdülər və Tannya xidmət edirdibr, indi onlar bu cür möminliklə özbrinin Allaha və padşaha sadiqliklərini sübut edirdibr. Davud bu cür böhranlı vaxtda onların sədaqətini böyük minnətdarlıqla qəbul etdi, onlar hamısı bir yerdə Qidron vadisini keçdilər və səhraya yola düşdülər.AP 664.1

    Dəstə yenidən dayandı. Kahin paltarı geyinmiş bir qrup kişi yaxınlaşırdı. “Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi”. Davudla olan adamlar bunda xoş əlamət gördülər. Müqəddəs simvolun hüzuru onlar üçün azadlığa və tam qələbəyə zəmanət idi. Bu, padşahı daha qətiyyətlə dəstəkləməyə kömək edirdi. Əhd mücrüsünün Yerusəlimdən itməsi Avşalomun bütün tərəfdarlarını dəhşətə gətirməli idi.AP 664.2

    Əhd mücrüsünü görəndə Davudu sevinc və ümid bürüdü. Lakin tezliklə onun fikri dəyişdi. Allah mirasının qanuni hökmdarı kimi o, öz üzərində müqəddəs məsuliyyət daşıyırdı. Padşahı şəxsi maraqları deyil, hər şeydən əvvəl Allahın izzəti və Onun xalqının rifahı düşündürməli idi. Mələklər arasında olan Allah Yerusəlim haqqında demişdi: “Bura əbədi olaraq istirahət edəcəyim yerdir” (Məzmur 132:14). İlahi göstəriş olmadan nə kahinin, nə də padşahın Onun hüzurunun bu simvolunu oradan uzaqlaşdırmağa haqlan yox idi. Davud bilirdi ki , o, İlahi göstərişlərlə tam ahəngdarlıqda olmalıdır, çünki əks halda əhd mücrüsü uğur əvəzinə bədbəxtlik gətirə bilərdi. İşlətdiyi böyük günah həmişə onun önündə idi. ‘O, ona qarşı təşkil edilmiş üsyanda Allah cəzasının ədalətliliyini etiraf edirdi. Deyildiyi kimi, “onun evindən uzaq olmayacaq” qılınc qından çıxmışdı. O, mübarizənin nəticəsini bilmirdi. Millətin paytaxtını İlahi Hökmdarın iradəsini təcəssüm etdirən və qayda-qanunun, xalqın rifahının əsaslandığı müqəddəs əşyalardan məhrum etməyə Onun haqqı yox idi. Davud Sadoqa əmr etdi:“Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər. Lakin “səndən razı deyiləm”, desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin”.AP 664.3

    “Padşah kahin Sadoqa dedi: “Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzb apann. Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə - çayın dayaz yerində gözləyəcəyəm””. Şəhərdə olanda kahinlər ona dəyərli xidmət göstərə bilərdilər, üsyançıların hərəkətlərini və planlarını öyrənib və öz oğulları Yonatan və Evyatar vasitəsilə bu barədə padşaha gizli xəbər göndərə bilərdilər.AP 665.1

    Kahinlər Yerusəlimə geri dönəndə, uzaqlaşan adamları daha tutqun kölgə bürüdü. Onların padşahı - qaçqın, özləri - qaçqın, Allahın əhd mücrüsü aralarında yox: gələcək qaranlıq idi, ağır hisslər onlara əzab verirdi. “Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı. Kimsə: “Axitofel Avşalomun yanında - qiyamçılar arasındadır” deyə Davuda xəbər verdi.” Davud yenidən etiraf etməyə məcbur oldu ki, düçar olduğu bədbəxtlik onun günahının nəticəsidir. Ən istedadlı və ən məkrli Axitofelin xəyanəti təhqir üçün qisasdan törəmişdi, Davudun Bat-Şevaya etdiyi yamanlıq onun aibsini təhqir etmişdi, çünki o, Axitofelin nəvəsi idi.AP 665.2

    “Davud dedi: Ya Rəbb, Səndən dibyirəm, Axitofelin məsbhətlərini boşa çıxar”. Davud dağın başına çatıb orada diz çökdü və öz qəlbinin yükünü Allaha tapşıraraq İlahi mərhəmət üçün Ona yalvardı. Onun duası sanki həmin vaxt da eşidildi. Həmişə Davudun sadiq dostu olan müdrik və istedadlı məsləhətçi Arklı Xuşay cınlmış paltarda, başına toz ələnmiş halda onun yanına gəldi ki, qaçqın padşahın qismətinə şərik olsun. Ucalıqdan müdrikliklə ziyalanan Davud dərhal başa düşdü ki, sədaqətli və səmimi olan bu adam paytaxtdakı məclisdə padşahın maraqlarına xidmət edən məhz həmin adamdır. Davudun xahişi ilə Xuşay Yerusəlimə qayıtdı ki, öz xidmətlərini Avşaloma təklif etsin və Axitofelin hiyləgər məclisini dağıtsın.AP 665.3

    Onu əhatə edən zülmət içərisində bu ümid qığılcımı ilə Davud öz adamlarıyla bərabər yoluna davam etdi, daşlı cığırlarla ayaqdəyməz qayalıqlardan, sərt uçurumlardan keçərək Zeytun dağının şərq enişi ilə İordana tərəf getdilər. “Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı. Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi. Şemey Davuda lənət edərkən deyirdi: “Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam! Yerinə padşah olduğun Şaulun nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan”. Davudun xoş günlərində Şimey öz əsl münasibətini nə bir sözlə, nə də bir işlə göstərməmişdi. Lakin padşah üçün bu bəlalı zamanda bu Binyaminli öz əsl xarakterini göstərdi. Davud taxt-tacda olanda, o, ona hörmət edirdi, lakin rəzalət saatında ona lənət edirdi. Alçaq və xudbin olan bu adam hamını özü ilə ölçürdü, çünki özü şeytan tərəfindən qızışdırılmışdı və öz nifrətini Allahın cəzalandırdığının üzərinə tökürdü. Bəlada olana gülməyə, təhqir etməyə və ya iztirab verməyə təhrik edən ruh şeytanın ruhudur.AP 666.1

    Şimeyin Davuda qarşı ittihamı sözün əsl mənasında yalan idi, onlar əsaslanmamış şər və iftira idi. Davud Şaul və onun evi qarşısında heç nədə günahkar deyildi. Şaul onun əlində olanda və Davudun onu öldürmək imkanı olanda, yalnız onun paltarının ətəyini kəsmişdi və sonra buna görə özünü qınamışdı ki, öz hərəkətilə Rəbbin məsh etdiyinə hörmətsizlik göstərmişdir.AP 666.2

    Davudun insan həyatına necə müqəddəs yanaşmasına, zəhərlənmiş heyvan kimi özünün vurnuxmağa məcbur olduğu zaman baş verən bu hadisə şəhadət edir. Bir dəfə o, Refaim vadisində gizləndiyi və xəyalən öz sakit uşaqlığına qayıtdığı zaman köksündən belə bir nida qopdu: “Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!” (2 Şamuel 23:15). Bet-Lexem o zaman Filiştlilərin əlində idi, lakin Davudun dəstəsindəki üç ən cəsur igid, keşikçilərin arasından keçərək Bet-Lexem quyusundan öz ağalarına su gətirdilər. Davud onu içə bilmədi. “Ya Rəbb bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəjəyəm?” (17-ci ayə) - deyərək Allaha qurban kimi onu pərəstişlə yerə axıtdı. Davud döyüşçü idi. O, zorakılığı çox müşahidə etmişdi, lakin Davud kimi bu cür şəraitdə olanlardan yalnız bəziləri zorakılığın qəddarlaşdırıcı və məhvedici təsirindən yaxa qurtara bilmişdilər.AP 666.3

    Davudun qardaşı oğlu Avişay, onun ən cəsur sərkərdələrindən biri, Şimeyin təhqiredici sözlərinə sakit qulaq asa bilmədi. O acıqlandı: “Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm!” Lakin padşah bunu etməyi ona qadağan edib dedi: “Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir. Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər”. Vicdanı Davuda acı və ədalətli həqiqətləri söyləyirdi. Onun təbəələri təəccüb edirdilər ki, uğur padşahdan belə sərt üz döndərmişdir, lakin padşah bunu olmalı olan hadisə kimi qəbul edirdi. O, çox vaxt hiss edirdi ki, bu cür saat gələcəkdir. O təəccüb edirdi ki, Allah onun günahlarına qarşı çoxsəbirlidir və layiqli qisası təxirə salır. İndi bu tələsik və kədərli qaçqınlıqda, ayaqyalın, şahanə geyim əvəzinə cırıq paltar geymiş halda, ətrafındakıların təpələrdə əks-səda verən ağılarını dinləyərək, o, özünün sevimli paytaxtı, günah etdiyi yer haqda düşünürdü və Allahın xeyirxahlığını, çoxsəbirliliyini xatırlayaraq ümidini itirmirdi, çünki hiss edirdi ki, Rəbb əvvəl-axır ona Öz böyük mərhəmətini göstərəcəkdir.AP 667.1

    Çoxları qanunsuzluq edərək və öz günahlarına haqq qazandıraraq, Davudun günaha batmasını göstərirlər, lakin Davud kimi dərindən peşman olan və dərindən itaət edənlər az tapılar! O, öz günahını etiraf etmişdi və uzun illər ərzində öz vəzifəsini Allahın sadiq qulu kimi yerinə yetirməyə çalışmışdı. O çalışırdı ki, onun dövləti inkişafa və qüdrətə çatsın. Allah evini ucaltmaq üçün o, artıqlaması ilə material ehtiyatı toplamışdı, doğrudanmı onun həyatının bütün zəhməti hədər getməli idi? Doğrudanmı onun fədakar əməyinin, dahiyanə rəhbərliyinin və diplomatiyasının bəhrələri nə Allahın şərəfi üçün, nə də İsrailin rifahı üçün qəlbi yanmayan namərd, azğın oğlunun əllərinə keçəcəkdir? Belə böyük bədbəxtlikdə Davudun Allaha gileyi necə də təbii olardı!AP 667.2

    Lakin o görürdü ki, bu bədbəxtliyin səbəbi onun öz günahıdır. Peyğəmbər Mikeyanın sözləri Davudun qəlbində ümid doğururdu. “Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, çünki Ona qarşı günah işlətdim” (Mikeya 7:8,9). Rəbb Davudu tərk etmədi. Ədalətsizcəsinə şər atılanda və təhqir ediləndə özünü itaətkar, eqoistlikdən uzaq, mərd və müti göstərməsi onun bütün həyatının ən alicənab səhifələrindən biridir. Özünün ən böyük alçaldılmasının bu saatında olduğu kimi, İsrail padşahı Göylərin gözündə həqiqətən bu qədər böyük olmamışdı.AP 668.1

    Əgər Allah imkan versəydi ki, Davud öz günahı üçün cəzasız qalsın və İlahi qanunları pozaraq ölkəni əvvəlki kimi müvəffəqiyyətlə idarə etsin, onda şübhə edən və imansız insanlar Davudun tarixindən Müqəddəs Kitab dininə irad kimi istifadə etmək imkanına malik olardılar. Lakin Rəbb Davudun keçirtdiyi sınaqlar vasitəsilə sübut etdi ki, O, günaha dözümlə yanaşa bilmir və ona göz yuma bilməz. Davudun tarixi həm də bizə Allahın günaha münasibətilə güddüyü böyük məqsədləri görmək imkanı verir. Bu, bizə hətta ən qatı cəzalarda da Onun mərhəmət və xeyirxahlıq planlarının yerinə yetməsini görməyə imkan verir. O, Davudu iztirablardan keçməyə məcbur etdi, lakin onu məhv etmədi. Bu cür onu yandırmalı deyil, əritməli idi. Rəbb deyir: “Bu asiliklərini kötəklə cəzalandıracağam, təqsirlərini qamçı ilə tənbeh edəcəyəm. Amma yenə də ... Öz əhdimi pozmaram, dilimdən çıxan sözləri dəyişmərəm ” (Məzmur 88:32-34).AP 668.2

    Davudun Yerusəlimi tərk etməsindən tezliklə sonra Avşalom öz ordusu ilə şəhərə daxil oldu və müqavimətsiz olaraq İsrailin qalasını ələ keçirdi. Xuşay yeni monarxı birinci salamlayanlardan biri oldu və atasının köhnə dostunun, dövlət məsləhətçisinin ona qoşulduğunu biləndə padşah oğlunu xoş təəccüb bürüdü. Avşalom uğura əmin idi. Onun bütün fikirləri həyata keçmişdi və o öz taxt-tacını möhkəmlətməyi və xalqın etibarını qazanmağı çox istəyərək Xuşayı saraya dəvət etdi.AP 668.3

    İndi Avşalomun çoxsaylı ordusu var idi, lakin o əsasən hərbi təcrübəsi olmayan adamlardan təşkil olunmuşdu. Bu vaxta qədər onlar heç bir döyüşdə iştirak etməmişdilər. Axitofel bilirdi ki, Davudun vəziyyəti heç də ümidsiz deyil. Xalqın böyük hissəsi hələ də ona sadiq qalırdı. O, döyüşlərdə sınanmış, öz padşahlarına sadiq olan döyüşçülərlə əhatə olunmuşdu. Onun ordusuna istedadlı və təcrübəli sərkərdələr komandanlıq edirdilər. Axitofel bilirdi ki, yeni padşaha birinci heyranlıqdan sonra əks reaksiya gələcəkdir. Avşalom hətta öz üsyanıın məğlubiyyəti zamanı da atası ilə barışmaq imkanına malik idi - onda, onun baş məsləhətçisi kimi, qiyam üçün təqsirin ən böyük payı və cəzanın ən ağırı Axitofelin üzərinə düşəcəkdir. Avşalomun bütün geriyə çəkilmək yollarını kəsmək üçün Axitofel onu ata ilə oğul arasındakı barışığı qeyri-mümkün edən hərəkətə təhrik etdi. Bu məkrli və prinsipsiz məsləhətçi şeytani şirnikdirmə ilə üsyan cinayətinə qan qarışığı cinayətini də əlavə etməyə Avşalomu inandırdı. Bütün İsrailin gözləri önündə o öz atasının kənizlərinin yanına girməli idi - şərq adətlərinə görə bu ona şəhadət edirdi ki, o, atasının taxt-tacını miras almışdır. Avşalom bu murdar məsləhətə əməl etdi. Peyğəmbər vasitəsilə Davuda deyibn Allah Sözü beləcə yerinə yetdi: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm... Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm” (2 Şamuel 12:11,12). Bu o demək deyil ki, Allah bu bədbəxtliyə imkan verdi, lakin Davudun günahı üzündən onun qarşısmı almadı.AP 669.1

    Müdrikliyinə görə Axitofelə dərin hörmət edirdilər, lakin onda Allahdan gələn nur yox idi. “Rəbb qorxusu hikmətin başlanğıcıdır” (Məsəllər 9:10). O elə məhz buna malik deyildi, çünki əks təqdirdə o, dövlət çevrilişinin müvəffəqiyyətini qan qarışması cinayətinə əsaslandırmazdı. Qəlbi korlanmış adamlar müxtəlif cür qanunsuzluqlar düşünürlər, eb bil ki, onların fəsadlarını dağıda biləcək Qüdrətli Uzaqgörənlik mövcud deyildir. “Göylərin sakini gülür, Xudavənd onlara istehza edir” (Məzmur 2:4). Rəbb deyir: “Nəsihətimi istəmədilər, hər məzəmmətimi rədd etdibr. Buna görə də öz yollarının bəhrəsini yeyəcəklər, öz nəsihətləri ilə doyacaqlar... axmağı laqeydliyi məhv edəcəkdir” (Məsəllər 1: 30-32).AP 669.2

    Axitofel öz şəxsi təhlükəsizliyi üçün hazırladığı planı həyata keçirəndən sonra o təkid etdi ki, Avşalom Davuda qarşı dərhal hərbi tədbirlər görsün. O dedi: “İndii seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm. Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm. Bütün xalqı isə sənə qaytararam”. Bu plan padşah məsləhətçiləri tərəfindən bəyənildi. Əgər belə olsaydı, onda Davud, şübhəsiz, öldürülərdi, lakin Rəbb mane oldu və onu xilas etdi. Hadisələri Axitofelin müdrikliyi deyil, ali müdriklik idarə edirdi. “Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdi”.AP 670.1

    Xuşay məclisə cağırılmamışdı və dəvətsiz oraya getmək istəmirdi ki, ondan cəsus kimi şübhələnməsinlər. Lakin yığıncaq qurtarandan sonra öz atasının məsləhətçisinin hər bir rəyinə dərindən hörmət edən Avşalom ona Axitofelin planı haqqında danşdı. Xuşay gördü ki, əgər Axitofelin məsləhət etdiyi kimi olsa, onda Davud həlak olar. O dedi: “Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil... bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz”. O, Avşalomu inandırdı ki, Davudu təqib etməklə onu tutmaq mümkün olmayacaqdır, məğlubiyyət isə mütləq məyusluq doğuracaqdır, bundan isə xüsusilə ehtiyatlanmaq lazımdır. “Çünki, - o dedi, - bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir”. O öz planını təklif etdi, bu plan öz hakimiyyətini göstərmək istəyən Avşalomun şöhrətpərəst və eqoist təbiətini məharətlə oxşadı. “Mən məsləhət verirəm: Dandan Veer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən. Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz. Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq”.AP 670.2

    “”Avşalomla bütün İsrail adamları dedilər: “Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır”. Lakin onların arasında aldatmaq mümkün olmayan, Avşalomun faciəvi səhvinin nəticələrini qabaqcadan aydın görən adam da var idi. Axitofel dark edirdi ki, üsyan uduzulmuşdur. O bilirdi ki, padşah oğlunu nə gözləsə də, onu bu cür ağır cinayətə təhrik edən məsləhətçiyə əfv yoxdur. Axitofel Avşalomu üsyanda dəstəkləyirdi; o onu ən alçaq hərəkətə təhrik etmişdi və oğul öz atasını şərəfsizləşdirmişdi. O ona Davudu öldürməyi məsləhət etmişdi və bunu necə etməyi öyrətmişdi; o, padşahla barışmağın son imkanını məhv etmişdi, indi isə hətta Avşalom da başqasını ondan üstün tuturdu. Qısqanclığa, qəzəbə və ümidsizliyə bürünmüş Axitofel “...eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü”. Öz müdrikliyinə və parlaq istedadına baxmayaraq Allahı öz məsləhətçisi etməyən beləcə həlak oldu. Şeytan insanları ən şirnikləndirici vədlərlə yoldan çıxarır, lakin hiyləyə uyan hər can əmin olur ki, “günahın əvəzi ölümdür” (Romalılara 6:23).AP 670.3

    Qərarsız padşahın onun məsləhəti ilə gedəcəyinə əmin olmayan Xuşay vaxt itirmədən Davuda xəbərdarlıq göndərdi ki, o dərhal İordanı keçsin. Bunu öz oğlanlarına çatdıracaq kahinlərə o bunları dedi: “Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim...Davuda belə deyin: bu gecə çöldə, çaym dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”.AP 671.1

    Gənc adamlar, onlara şubhə ilə yanaşmalarına və onları izləmələrinə baxmayaraq, tapşırığı uğurla yerinə yetirdilər. Keçiddən və qəm-qüssədən əzab çəkmiş Davud xəbər aldı ki, o, həmin gecə İordanı keçməlidir, çünki oğlu onu öldürmək istəyir.AP 671.2

    Ağır təhlükə saatında amansızcasına rəftar edilən ata və padşah nə hisslər keçirməli idi? “Cəsur və igid insan”, şanlı döyüşçü, sözü qanun olan monarxa sevdiyi, əzizlədiyi və korkoranə etibar etdiyi oğlu tərəfindən xəyanət edilmişdi, o, şərəf və sədaqət telləri ilə sıx bağlı olduğu təbəələri tərəfindən tərk edilmişdi. İndi bu cür vəziyyətə düşdüyü halda o öz dərdini hansı kədər sözləri ilə söyləyirdi? Ağır sınaq saatında Davud bütün qəlbi ilə Allaha güvənirdi və oxuyurdu:AP 671.3

    “Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb?
    Əleyhimə qalxanlar nə qədər artıb?
    Mənim üçün çoxları deyir:
    “Allah onu xilas etməyəcək”.
    Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,
    Şərəfimsən, başımı uca edən Sənsən!
    Rəbbi ucadan səsləyirəm,
    O, müqəddəs dağından mənə cavab verir.
    Yatıram, yuxuya gedirəm, yenə oyanıram,
    Çünki Rəbb mənə kömək edir.
    Hər yandan məni mühasirəyə alan
    On minlərlə xalqdan qorxmuram...
    Qurtuluş Rəbbdəndir,
    Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!”
    AP 672.1

    (Məzmur 3:1-8).

    Davud və onunla olanların hamısı: döyüşçülər, məsləhətçilər, qocalar, cavanlar, qadınlar və kiçik uşaqlar - gecə dərin və iti axan çayı keçdilər. “Səhər açılana qədər İordan çayını keçməmiş adam qalmadı”. Davud və onun adamları Maxanayimdə möhkəmləndilər. Bu, hər tərəfdən dağlarla əhatə olunan, yaxşı möhkəmlənmiş şəhər idi, müharibə hallarında çox gözəl sığınacaq yeri idi. Bu diyar yaxşı təmin olunmuşdu və onun sakinləri Davuda dostacasına yanaşırdılar. Burada çoxları ona qoşuldular, imkanlı adamlar isə Davudu və onun adamlarını ərzaqlarla və bütün zəruri şeybrlə bol-bol təmin etdilər.AP 672.2

    Xuşayın məsləhəti öz məqsədinə çatdı və Davud ölüm təhlükəsindən müvəffəqiyyətlə canını qurtardı; səbirsiz, coşqun Avşalom gözləyə bilmədi və öz atasını təqib etmək üçün yola düşdü. “Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər”. Avşalom Davudun bacısı Aviqailin oğlu Amasanı özünün bütün ordusuna rəis qoymuşdu. Onun ordusu böyük, lakin nizamsız idi və atasının əsgərləri kimi təcrübəli döyüşçülərlə vuruşmaq üçün zəif hazırlıqlı idilər.AP 672.3

    Davud öz adamlarını üç dəstəyə ayırmışdı, onlara Yoav, Avişay və Qatlı Yettay başçılıq edirdilər. Döyüşə Davud özü rəhbərlik etmək istəyirdi, lakin döyüşçülərin rəisləri, məsləhətçilər və xalq buna mane oldular. “Yox, - onlar ona dedilər, - sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır. Padşah onlara dedi: sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm” (2 Şamuel 18:3,4).AP 672.4

    Şəhərin divarlarında üsyançıların ordusunun uzun cərgələri yaxşı görünürdü. Yalançı padşahın ətrafında saysız-hesabsız qoşun var idi, Davudun adamları onlarla müqayisədə bir ovuc kimi görünürdülər. Lakin padşah rəqibin ordusuna baxanda nə padşahlıq taxt-tacı, nə padşahlıq haqqında, nə də döyüşün nəticəsindən asılı olan öz həyatı haqqında düşünmürdü. Atanın qəlbini öz üsyankar oğluna məhəbbət və mərhəmət doldurmuşdu. Ordu şəhərin qapılarından çıxaraq onun yanından keçəndə Davud öz döyüşçülərini ruhlandırdı, onlara əmr etdi ki, irəli getsinlər və qələbə çalmağa kömək edən İsrail Allahına güvənsinlər. Lakin hətta burada da o, Avşaloma öz məhəbbətini boğa bilmədi. Çoxlu döyüşlərdə qələbə qazanmış İoav birinci dəstənin önündə padşahın yanından keçib öz məğrur başını monarxın qarşısında əyəndə o, titrək səslə söylədi: “Mənim xatirimə o cavanla -Avşalomla mülayim davranın”. Avişay və Yettay da bu cür göstəriş aldılar: “Avşalomla mülayim davranın”. Lakin padşahın narahatlığı sanki belə bir təəssürrat yaradırdı ki, Avşalom onun üçün padşahlıqdan, sədaqətli təbəələrdən də çox qiymətlidir və bu, döyüşçülərin qəlbsiz oğula qəzəbini yalnız artınrdı.AP 673.1

    Döyüş İordan yaxınlığındakı meşədə baş verdi, burada Avşalomun ordusunun sayının böyük üstünlüyü özünə qarşı çevrildi. Meşənin bataqlıq yerinə düşəndə Avşalomun nizamsız dəstələri qarmaqarışıq düşdülər və idarə olunmaz oldular. “İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı”. Avşalom döyüşün uduzulduğunu görərək gizlənmək istədi, lakin saçları ağacın six budağına dolaşdı, üstündə getdiyi qatır qaçdı və o, köməksiz halda asılı qalıb rəqibin asan şikanna çevrildi. Bu cür vəziyyətdə o, hansısa döyüşçü tərəfindən tapıldı, bu döyüşçü padşahm qəzəbindən ehtiyat edərək onu öldürmədi, lakin Yoava məlumət verdi. Yoav çox tərəddüd etmədi. O, Avşaloma dostcasına yanaşmışdı, onu atası ilə iki dəfə barışdırmışdı və Avşalom onun etibarından alçaqcasına istifadə etmişdi. Yoavın vasitəçiliyi olmasaydı, Avşalom lazımi imkanları ala bilməzdi və bu qanlı, qurbanlı üsyan da qızışmazdı. İndi bu şər törədəni bir zərbə ilə məhv etmək Yoavın ixtiyarında idi. O, “əlinə üç mizraq alıb onun sinəsinə sapladı. Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü... Avşalomu götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar”.AP 673.2

    İsraildə qiyam törədənlər beləcə həlak oldular. Axitofel özünü öldürməklə həyatına son qoydu. Göz qamaşdırıcı gözəlliyi bütün İsrailin fəxri olan şahanə Avşalom yaşının çiçəklənən dövründə həlak oldu, onun cansız bədənini çuxura atdılar, əbədi ittiham əlaməti olaraq daş qalağı ilə basdırdılar. Avşalom hələ sağlığında padşah vadisində özünə dəbdəbəli abidə ucaltmışdı, lakin onun məzarını fərqləndirən yeganə xatirə əlaməti səhradakı daş qalağı oldu.AP 674.1

    Üsyanın rəhbəri öldürüldü və Yoav boru səsi ilə qaçan rəqibi təqib etməyi dayandırmağı əmr etdi, qasidləri isə həmin saat padşahın yanına xəbərə göndərdi.AP 674.2

    Şəhərin divarı üstündə duran və döyüşü müşahidə edən keşikçi təkbaşına qaçan adam gördü. Tezliklə başqası da göründü. Birincisi yaxınlaşanda keşikçi qapının yanında duran padşaha dedi: “”Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir”. Padşah dedi: “O yaxşı adamdır, müjdə ilə gəlir”. Aximaas bərkdən padşaha belə dedi: “Salamatlıqdır”. Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: “Allahım Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi”. Padşah dedi: “O cavan - Avşalom salamatdırmı?””. Aximaas yayındırıcı cavab verdi.AP 674.3

    İkinci qasid bu sözlərlə gəldi: “Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən qisasını aldı”. Atanın dodaqlarından yenə də onu narahat edən yeganə sual qopdu: “O cavan - Avşalom salamatdırmı?” Ağır xəbəri gizlətməyə qadir olmayan qasid cavab verdi: “Ağam padaşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun”. Bu kifayət idi. Daha heç nə soruşmayaraq Davud başl aşağı halda “..darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: “Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!”AP 674.4

    Döyüş meydanından qalib ordu qayıdırdı, təntənəli qışqırıqlar dağlarda əks-sadə verirdi, lakin döyüşçülər şəhərə daxil olanda, sevinc səsləri susdu, bayraqlar endi və onlar artıq qaliblər kimi deyil, məğlubiyyətə uğrayanlar kimi küt baxışlarla hərəkət edirdilər. Çünki padşahın alqış sözləri əvəzinə qapının üstündəki otaqdan onlara kədərli ağı səsləri çatırdı: “Oğlum Avşalom! Kaş sənin yerinə mən öbydim, oğlum Avşalom!”AP 675.1

    “Həmin günün qələbəsi bütün xalq üçün ağıya çevrildi; çünki həmin gün xalq eşidirdi və deyirdi ki, padşah öz oğlu üçün kədərlənir. Onda xalq şəhərə döyüş zamanı qaçan adamlar utandığından gizləndikləri kimi gizlicə çıxırdılar”.AP 675.2

    Yoav çox qəzəblənmişdi. Allah onlara sevinmək və şənlənmək üçün səbəb vermişdi. İndicə İsrail xalqının tarixində nə vaxtsa məlum olan ən böyük üsyanlardan biri əzilmişdi və budur, bu parlaq qələbə xəyanəti minlərlə şanlı döyüşçünün həyatını qurban edənin üzündən ağıya dönmüşdü. Sərt və kəskin sərkərdə padşahın yanına gəldi və cəsarətlə ona bildirdi: “Bu gün sənin canını, oğullarının, qızlarının və cariyəbrinin canlarını xilas edən bütün qullarını xəcalətli etdin. Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın. İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə tək bir nəfər beb, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq”.AP 675.3

    Kədərli Davud bu kobud və hətta amansız irada müqavimət göstərmədi. Sərkərdənin haqlı olduğunu görərək, o, qapının yanına endi və onun yanından keçən öz şanlı döyüşçülərini alqışladı, onları təriflə ruhlandırdı.AP 675.4

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents