Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    10-cu fəsil
    BABİL QÜLLƏSİ

    (Bu fəsil Yaradılış Kitabının 9:25-27; 11:1-9 fəsillərinə əsaslanır)

    Böyük daşqının suları ilə mənəvi çirkabdan təmizlənmiş yeri yenidən məskunlaşdırmaq üçün Allah yalmz bir ailə, Nuhun ailəsini qoruyub saxladı. O, Nuha demişdi: “Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm” (Yaradılış 7:1). Lakin Nuhun üç oğlunda tezliklə böyük daşqına qədərki dünyanı fərqləndirən cizgilər inkişaf etdi. İnsan nəslinin əsasını qoymalı olan Sam, Ham və Yafəsdə törəmələrinin xarakteri açıldı.AP 88.1

    Nuh İlahi ilhamla danışaraq, bu üç nəsil başçısından törəməli olan üç xalqın gələcəyini təyin etdi. Hamın törəmələrinə işarə edərək Nuh demişdi: “Kənana lənət olsun, öz qardaşlarının qullarına qul olsun” (Yaradılış 9:25). Hamın dikbaş cinayəti göstərirdi ki, oğulun ataya hörməti çoxdan itmişdir, bunun yerində onun qəlbində alçaqlıq və qanunsuzluq yuva salmışdır. Bu pis meyillər onun oğlu Kənanda və onun törəmələrində inkişaf etməkdə davam edirdi və onların günahlan Allah qəzəbini doğurdu.AP 88.2

    Digər tərəfdən Sam və Yafəs tərəfındən ataya, həmçinin İlahi qaydalara göstərilən hörmət onların törəmələri üçün daha işıqlı gələcək vəd edirdi. Bu oğullar haqqında deyilmişdir: “Şükür olsun Samın Allahı Rəbbə, Kənan ona qul olsun. Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun”. Samın şəcərəsi Allah əhdinin və əhd edilmiş Bağışlayanın xalqının şəcərəsi olmalı idi. Tanrı, Samın Allahı idi. Samdan İbrahim, İsrail xalqı yaranmalı idi, Məsih də onların arasından çıxmışdır. “Nə bəxtiyardır Allahı Rəbb olan xalq!” (Məzmur 144:15). Yafəs “Samın çadırlarında yaşasın”. Yafəsin törəmələri Xoş Müjdənin xüsusi bəxşişlərinə şərik olmalı idilər. Kənanın törəmələri bütpərəstliyin ən alçaq formalarına qədər enmişdilər. Onların qul olacaqları peyğəmbərliklərdə deyilmişdisə də, lakin bu lənətin həyata keçməsi yüzilliklər ərzində təxirə salındı. Onlar İlahi çoxsəbirlilik kasasını doldurana qədər Rəbb onların şərəfsizliklərinə və pozğunluqlarına səbirlə dözürdü. Bundan sonra onlar öz müstəqilliklərini itirdilər və Sam ilə Yafəsin törəmələrinə qul oldular.AP 88.3

    Nuhun peyğəmbərliyi narazılıq və qeyri-məmnunluq hisslərini müəyyən etmədi. Lakin onun peyğəmbərliyi göstərirdi ki, onların hər birinin seçdikləri həyatın nəticələri nə olacaqdır və bu keyfiyyətləri inkişaf etdirməklə onlar nəyə gəlib çıxa bilərlər. Bu peyğəmbərlik Nuhun oğullannın və onlann törəmələrinin xarakterlərinə və həyat tərzlərinə uyğun olaraq, onlar haqqında Allah niyyətinin ifadəsi oldu. Bir qayda olaraq, uşaqlar öz valideynlərinin meyillərini və vərdişlərini miras alırlar və onların nümunələrini təkrarlayırlar, buna görə də valideynlərin günahları onların övladlarında nəsildən-nəslə təkrarlanır. Hamın nadanlığı və saymamazlığı onun törəmələri tərəfındən beləcə təkrar edilirdi və nəsillər boyunca lənətə düçar olurdular. “Bir günahkar hər cür yaxşılığı bərbad edər” (Vaiz 9:18). Digər tərəfdən, Samın öz atasına hörmətkarlığı necə də səxavətlə mükafatlandırılmışdır. Bu nəsilə salehlərin necə də görkəmli sülaləsi daxildir! “Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər” (Qanunun təkrarı 7:9).AP 89.1

    Nuhun törəmələri bir müddət gəminin dayandığı dağların arasında yaşamaqda davam etdilər, lakin dönüklük artan nəsli tezliklə ayrılığa gətirib çıxardı. Yaradanı tərk etmək və Onun qanununa itaətdən çıxmaq istəyənləri tövsiyə ilə Haqq yoluna çağıran, Allahdan qorxan qardaşlarının həyatları bu dönükləri daim acıqlandırırdı; bir müddətdən sonra onlar Allah övladlanndan ayrılmağı qərara aldılar. Onlar Fəratın sahillərində yerləşən Şinar çölünə yönəldilər. Bu yerlərin gözəl mövqeyi və məhsuldar torpağı onları cəlb edirdi və onlar bu diyarda məskən salmağı qərara aldılar.AP 89.2

    Onlar burada şəhər və dünyanın möcüzəsi ola biləcək nəhəng qüllə tikməyi qərara aldılar. Bütün bunlar xalqı pərakəndəlikdən saxlamaq üçün nəzərdə tutulmuşdu. Allah insanlara bütün yer üzünə yayılmağı və onu məskunlaşdırmağı əmr etmişdi. Lakin Babil qülləsini tikənlər gələcəkdə bütün yer üzünü özlərinə tabe etmək üçün monarxiya idarə quruluşunu yaratmaq niyyətində idilər. Bebliklə onların şəhəri imperiyanın mərkəzi olardı, onun şöhrəti hamıda heyranlıq və pərəstiş oyadardı və onun bünövrəsini qoyanları məşhurlaşdırardı. Göylərə qədər yüksələn əzəmətli qüllə onun inşaatçılarının şöhrətini bütün gələcək nəsillər üçün əbədiləşdirərək, onların qüdrətinin və müdrikliyinin abidəsi olmalı idi.AP 90.1

    Şinar diyarının sakinləri böyük daşqının bir daha olmayacağını təsdiqbyən Allah əhdinə etibar etmirdilər. Onların çoxusu Allahın varlığını inkar edirdilər və hesab edirdilər ki, böyük daşqın sırf təbii səbəbbrdən törənmişdir. Başqaları fövqəladə Varlığa inanırdılar və hesab edirdilər ki, böyük daşqını da O törətmişdir və qədim dünyanı məhv etmişdir və Qabil kimi Ona qarşı üsyan etdibr. Qülbnin qurulmasının yeganə məqsədi daha bir daşqın olarsa, sığınacaq tapmaq idi. Daşqının sularından qorxusu olmayan nəhəng hündürlüyə malik qüllə ucaltmaqla insanlar özlərini gələcək təhlükədən qorumaq istəyirdibr. Buludlardan yüksəyə qalxmağı özləri üçün tamamib real hesab edərək, onlar böyük daşqının səbəbini aydınlaşdırmağa ümid edirdibr. Bu, qülbni tikənlərin qürurunu daha da yüksəltməli idi və gələcək nəsilləri bütpərəstliyə sövq edərək onların düşüncəbrini Allahdan yayındırmalı idi.AP 90.2

    Qüllə hələ tam hazır olmamışdan onun bir hissəsini inşaatçılann yaşaması üçün ayırdılar, təmtəraqla bəzədilmiş digər hissəsi isə bütlərə həsr edildi. İnsanlar öz müvəffəqiyyətlərinə sevinirdibr və gümüş, qızıl allahları tərifləməklə göyün və yerin Hökmdarına mübarizə elan edirdilər. Birdən müvəffəqiyyətlə irəlibyən iş qəfildən dayandırıldı. Səmadan göndərilən məbklər insanların planlarını dağıtmaq tapşırığı aldılar. Qüllə artıq qeyri-adi yüksəkliyə çatmışdı və yuxarıdakı inşaatçılar aşağıda işləyənbrə birbaşa müraciət edə bilmirdilər. Buna görə də qüllənin bütün qatlarında müxtəlif yerlərdə insanlar dururdular, onlar vacib materiallar və yaxud işə aid göstərişlər haqqmda əmrləri zəncirvari olaraq biri-birinə ötürürdülər. İşçilər bu qayda ilə biri-birlərinə müxtəlif göstərişləri xəbər verərkən birdən məlum oldu ki, hamı müxtəlif dillərdə danışır. Aşağıdan o şeyləri göndərirdilər ki, lazım deyildi, göstərişlər hərdən tərsinə yerinə yetirilirdi. Qarışıqlıq və həyəcan hökm sürürdü. İş dayandı. Birgə əmək haqqında söhbət belə ola bilməzdi. Meydana çıxmış anlaşılmazlığı izah etməyə qadir olmayan insanlar qəzəb və dilxorçuluqla biri-birlərinə irad tuturdular. Onların ümumi işi münaqişə və qan tökülməsi ilə qurtardı. Allah qəzəbinin şahidləri kimi səma şimşəkləri qüllənin yuxarı hissəsini dağıtdılar və o uçdu. insanlar etiraf etməyə məcbur oldular ki, göylərdə Allah hökmranlıq edir.AP 90.3

    Bu vaxta qədər bütün insanlar bir dildə danışırdılar, indi isə hər kəs o qrupa birləşirdi ki, onun dilini başa düşürdü, hər qrup bir tərəfə getdi. “Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdılar” - insanlar yer kürəsini beləcə məskunlaşdırdılar. Beləliklə, Allah məramı o vasitələrlə yerinə yetirildi ki, insanlar bu vasitələrlə onun yerinə yetirilməsinə mane olmaq istəyirdilər.AP 91.1

    Allah məramı yerinə yetirildi, - lakin Ona qarşı üsyan edənlər necə də zərər çəkdilər! Allah istəyirdi ki, insanlar yer kürəsinin müxtəlif hissələrində dövlətlər yaradaraq bütün yer üzünə yayılsınlar, onlar Onun iradəsinin tanınmasını özləri ilə daşısınlar və həqiqət işığı gələcək nəsilbrə parlaq nur saçsın. Həqiqətin sadiq vaizi Nuh böyük daşqından sonra üç yüz əlli il yaşadı, Sam isə beş yüz il yaşadı və bu ərlərin sayəsində onların törəmələri Allah tələbləri ilə tanış olmaq üçün və onların atalarına göstərilən Allah mərhəmətini dərk etmək üçün gözəl imkana malik idilər. Lakin onlar özləri üçün xoş olmayan bu həqiqətləri eşitmək istəmirdilər, Allah haqqmda idrakı öz qəlblərində saxlamağa onların heç bir istəkləri yox idi və bunun nəticəsində də, dillərin qarışması baş verəndə çox vaxt onlara həqiqət işığı verə bilənlərdən uzaq düşürdülər.AP 91.2

    Babil qülbsini tikən insanlar Allahdan narazılıq ruhunun böjnäməsinə imkan verdibr. Allahın Adəmə mərhəmətini, əhdini minnətdarlıqla xatırlamaq əvəzinə, onlar birinci cütün Edendən qovulması və dünyanın daşqınla məhv ediliməsi zamanı Rəbb tərəfındən göstərilən amansızlıqdan gileybnirdibr. Lakin Allahın sərtliyinə və despotizminə görə Ona hiddətlənərək, onlar ən qəddar tiranlardan birinin qulları oldular. Şeytan bütün gücü ilə çalışırdı ki, insanların qəlbində Məsihin ölümünün timsalı olan qurban gətirmələrə nifrət oyatsın və xalqın şüuru bütpərəstliklə kor olduğuna görə o, onlara öz uşaqlarını məbədə allahlara qurban gətirərək, bu qurbanı təqlid etməyi öyrədirdi. İnsanlar Allahı tərk etdiklərinə görə İlahi prinsiplər - ədalət, əxlaq və məhəbbət sıxışdırmalarla, zorakılıqla və qəddarlıqla sıxışdırılmışdılar. Babilin sakinləri Allahdan asılı olmayan hakimiyyət qurmaq istəyirdilər. Onların arasında Allahdan qorxan insanlar da var idi, lakin onlar da şərəfsizlərin pozğun hərəkətləri ilə aldadıldılar və onların planlarına cəlb edildilər. Bu imanlılara görə Rəbb Öz cəzalarını gecikdirirdi və insanlara öz əsl səylərini büruzə verməyə vaxt verirdi. Bu baş verən zaman Allah övladları onların öldürücü yanılmalarını dağıtmaq istəyirdilər, lakin şərəfsiz niyyətlər insanların bütün hisslərinə dərindən yiyələnmişdilər. Əgər onlara fəaliyyət azadlığı verilmiş olsaydı, onda mənəviyyatsızlıq dünya hələ yeni doğularkən bütün yer üzünü bürüyərdi. Onlann əlbirliyi qəzəbə əsaslanırdı. Onlar öz adlarını şöhrətləndirən və ucaldan padşahlıq qurmaq niyyətində idilər, elə bir padşahlıq ki, orada Allah adının izzətləndirilməsinə və ucaldılmasma yer olmamalı idi. Əgər bu cür plan yerinə yetsə idi, onda bu idarənin qüdrəti yer üzündə ədaləti, onunla birlikdə isə sülhü, xoşbəxtliyi və təhlükəsizliyi də məhv edərdi. Çünki insanlar çalışırdılar ki, İlahi qaydaları və “müqəddəs, ədalətli və xeyirxah” (Romalılara 7:12) olan hər bir hökmü öz xudbin və qəddar ürəklərinə tabe etsinlər.AP 91.3

    Allahdan qorxanlar Ondan kömək diləyirdilər. “Rəbb insanlann tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi”. Dünyaya mərhəmət üzündən Allah insanların bu cür zəhmətlə tikdiklərini məhv etdi və onların ağılsız dikbaşlıqlarının abidəsini dağıtdı. Onlara mərhəmət üzündən O, dilləri qanşdırdı və beləliklə onları öz məqsədlərini həyata keçirmək imkanından məhrum etdi. İnsanlann tövbə etməsinə geniş imkan verərək, Allah uzun müddət onların qanunsuzluqlanna səbirlə dözdü. Lakin O, Onun ədalətli və müqəddəs qanununun hakimiyyətinə qarşı onların bütün hiddətləndirici niyyətlərinin hamısmı görür. Şərəfsizliyi dayandırmaq üçün hakimiyyətin əsasını tutan gözəgörünməz əllər vaxtaşırı uzanırlar. Bu inkaredilməz sübutlar insanlan inandınrlar ki, müdrikliyi, Məhəbbəti və həqiqəti nəhayətsiz olan Kainat Yaradıcısı Səmanın və yerin ən uca Hökmdarıdır və heç kim Onun hakimiyyətini cəzasız olaraq tapdalaya bilməz.AP 92.1

    Babil inşaatçılarının planları biabırcasına pozuldular. Onların fəxr abidəsi onların ağılsızlıq abidəsi oldu. Lakin insanlar özlərinə güvənərək bu cür hərəkət etməkdə inadkarlıqla davam edirbr və Allah Qanununu inkar edirlər. Şeytan da öz niyyətini həyata keçirməyə çalışanda bu prinsipi rəhbər tuturdu. Öz töhfələrini gətirəndə Qabib də bu cür hissbr rəhbərlik edirdi.AP 93.1

    Bu cür qülb inşaatçılan bizim günlərimizdə də yaşayırlar. İmansız insanlar öz nəzəriyyələrini elmi nəticələr üzərində qururlar və həqiqi Allah Sözünü inkar edirlər. Onlar Allah idarəsinin prinsipbrini tənqid etməyə cəsarət edirlər. Onlar Onun qanununu inkar etmişbr və insan ağlının inkişafı ib lovğalanırlar. Ona görə ki, “pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır” (Vaiz 8:11).AP 93.2

    Məsihçi adlanan ölkələrdə çoxları aydın Müqəddəs Kitab həqiqətlərindən dönürlər və öz etiqadlannı insan uydurmalan və uydurucu miflər üzərində qururlar, üstəlik də öz ucaltdıqları qülbnin köməyi ib Səmaya çatmağı mümkün olan vasitə kimi göstərirlər. İnsanlar heyranlıqla gözəl sözlərə qulaq asırlar ki, guya qanunsuzluq edən ölməyəcəkdir, guya Allah Qanununa riayət etmədən də xilas olmaq olar. Əgər Məsihin davamçıları adlananlar Allah meyannı rəhbər tutsaydılar, onlar birliyə gəlib çıxardılar. Lakin nə qədər ki, insan müdrikliyi Allah Sözündən yüksək tutulacaqdır; o vaxta qədər də bir-birinə zidd olan dini təlimlər və təriqətlər mövcud olacaqdır ki, “Babil” sözünü tam bunlara aid etmək olar, peyğəmbərlik (bax Vəhy 14:8; 18;2) bunları dünyəvi şeybri sevən son dövr imanlılar cəmiyyətləri adlandınr.AP 93.3

    Çoxları sərvət toplamaq və hakimiyyət əldə etməklə öz xüsusi padşahlıqlarım yaratmağa çalışırlar. Onlar insan hüquqlarını tapdalayaraq və İlahi nüfuza nifrət edərək, “pis niyyətli sözbri ib insanlara istehza edirbr, onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər” (Məzmur 73:8). Bir müddət elə görünür ki, qanunsuzlar hamıdan güclü və qüdrətlidirlər, lakin axırda onları yalnız məyusluq və iztirab gözbyir.AP 93.4

    Allah məhkəməsinin vaxtı çox yaxındır. Tezliklə Qüdrət Sahibi insan oğullarınm nə tikdiklərinə baxmaq üçün gəbcəkdir. O, Öz ali hakimiyyətini göstərəcəkdir; məğrur insan ağlının nailiyyətləri külə dönəcəkdir. “Rəbb göylərdən baxır, bütün bəşər övladlarını görür. Odur hər bir insanın ürəyini yaradan, əməllərini anlayan” (Məzmur 33:13,14). “Lakin Rəbbin məsləhəti əbədi olar, ürəyinin məqsədi nəsillər ötsə də, qalar” (Məzmur 33:10,11).AP 93.5

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents