Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

Ağsaqqallar və Peyğəmbərlər

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    22-ci fəsil
    MUSA

    (Bu fəsil Çıxış Kitabının 1 -4-cü fəsillərinə əsaslanır)

    Aclıq vaxtı özlərini dolandırmaq üçün misirlilər öz heyvanlarını və torpaqlarını fırona satdılar və nəhayət özləri də həmişəlik onun qulu oldular. Yusif ağıllı surətdə beşinci hissəsini ödəmək şərti ilə onların torpağı icarəyə götürməsinə icazə verdi.AP 204.1

    Lakin Yaqubun övladlarının bu cür müqavilələr bağlamasına ehtiyac yox idi. Yusifın Misirə göstərdiyi böyük xidmətə minnətdarlıq əlaməti olaraq onlara məskən salmaq üçün nəinki ölkənin bir hissəsini verdibr, üstəlik onlar vergilərdən azad edildibr və aclıq vaxtı vacib olan bütün şeybrb kifayət qədər təchiz edildibr. Padşah ellikb tanıdı ki, yalnız Yusifın Allahının mərhəmətli himayəsi sayəsində onun ölkəsində bolluq hökm sürmüşdür, halbuki o vaxt başqa xalqlar acından ölürdübr. O həm də gördü ki, Yusifın idarəsi onun padşahlığının çiçəkbnməsinə səbəb olmuşdur və Yusifə xüsusi minnətdarlıq əlaməti olaraq Yaqubun aibsini öz padşahlıq mərhəməti ib əhatə etmişdi.AP 204.2

    Lakin zaman keçirdi və Misir xalqının çox şeyb borclu olduqları böyük ər və onun əməlbrindən xeyir görən nəsillər məzara girdi. “Misirdə Yusifı tanımayan yeni bir padşah taxta çıxdı”. Məsəb onda deyildi ki, Yusifın onun xalqına göstərdiyi xidmətlər haqqında bilmirdi, onda idi ki, o daha bununla hesablaşmaq istəmirdi və onları unutmaq istəyirdi. “Baxın İsrail övladlan sayca bizdən çox və daha qüvvətlidirlər. Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər”.AP 204.3

    Bu vaxt ərzində israillilər artıq çox artmışdılar; onlar “çoxalıb böyüdülər, sayları artırdı onlar qüvvətləndilər; ölkə onlarla doldu”. Yusifın tükənməz qayğısı və onun yanında hökmdarlıq edən padşahın himayəsi sayəsində onlar ölkədə tezcə artdılar. Lakin onlar ayrı yaşayırdılar və misirlilərin adət və dinlərinə heç də qarışmırdılar, onların artan sayı padşahı və onun xalqını qorxudurdu, onlar ehtiyat edirdilər ki, müharibə olarsa, israillilər Misirin düşmənləri ilə birləşərlər. Lakin onların ölkədən çıxmasına ciddi əsaslar mane olurdu. Onların arasında istedadlı və ağıllı insanlar az deyildi, bunlar çox şeydə dövlətin çiçəklənməsinə kömək edirdilər; gözəl sarayların və məbədlərin ucaldılması üçün padşahın bu cür işçilərə ehtiyacı var idi, buna görə də o onların hüquqlarını özbrini bütün mülkbri ilə dövlətə satan misirlilərlə bərabərləşdirdi. Tezliklə onlara nəzarətçilər təyin etdilər və onlar sözün əsl mənasında padşahın qulları oldular. “Onları sıxıntılı əsarətdə saxladılar. Misirlibr İsrail övladlarını ağır işlərlə -palçıq tapdalamaq, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər”. “Ancaq İsrail övladlarına əziyyət verməbrinə baxmayaraq, onlar çoxalıb artırdılar”. Firon öz yaxınları ib birlikdə ümid edirdi ki, israilliləri ağır zəhmətlə üzsün və bebliklə onların sayını azaltsın və müstəqil ruhlarını qırsın. Bunda uğursuzluğa uğrayaraq misirlilər daha dəhşətli tədbirlərə əl atdılar. Doğuşu qəbul edən qadınlara əmr edildi ki, doğulan vaxt israilli oğlan uşaqlarını öldürsünbr. Bu dəhşətli təşəbbüs şeytana məxsus idi. O bilirdi ki, tsrail xalqının arasından Xilaskar çıxmalıdır və padşahı uşaqları öldürməyə təhrik etməklə İlahi planı pozmağa ümid edirdi. Lakin mamalar Allahdan qorxurdular və dəhşətli əmri yerinə yetirməyə cürət etmirdibr. Buna görə Rəbb onlara səxavətlə xeyir-dua verdi. Uğursuzluqdan qəzəblənən padşah daha qəti və geniş tədbirlərə əl atdı. Bütün xalq köməksiz qurbanlan təqib etməyə və onları öldürməyə çağrıldı. “Firon bütün xalqına əmr edib dedi: “İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər bir qız uşağını isə sağ qoyun””.AP 205.1

    İsraillibrin Levi qoluna mənsub olan Amram və Yokebedin ailəsində oğlan doğulanda bu əmr tam gücündə idi. Körpə çox gözəl idi və onun valideynləri inanırdı ki, İsrailin azadlıq vaxtı yaxınlaşır və Allah Öz xalqının Xilaskarını irəli çıxaracaqdır, onlar öz körpələrini xilas etməyi qərara aldılar. Allaha iman onları möhkəmlətdi və onlar “hökmdann fərmanından qorxmadılar” (İbranilərə 11:23).AP 205.2

    Üç ay ərzidə ana öz körpəsini gizlədə bildi. Sonra gördü ki, daha onu gizlətməyə imkan yoxdur, qamışdan səbət toxudu, ona yapışqan və qətran sürtdü ki, su keçirməsin və körpə oğlanı səbətin içinə qoyaraq onu çay sahilindəki qamışların arasına buraxdı. Uşaqla birlikdə həyatından keçməmək üçün ana özü onu qorumağa cəsarət etmədi, lakin oğlanın bacısı Məryəm guya təsadüfən yaxınlıqda oynayaraq öz balaca qardaşına diqqətlə göz qoyurdu. Orada başqa qoruyucular da var idi. Ana hərarətli dualarla körpəsini Allah himayəsinə tapşırdı və gözəgörünməz mələklər onun sadə sığınacağı üzərində uçurdular. Mələklər fıronun qızını ora yönəltdilər, balaca səbət onda maraq oyatdı və onun içərisində qəşəng körpəni görən kimi hər şeyi başa düşdü. Körpənin göz yaşları onda mərhəmət oyatdı, öz uşağını xilas etmək üçün bu cür vasitəyə əl atan anaya onun yazığı gəldi. O, körpəni xilas etmək və oğulluğa götürmək qərarına gəldi.AP 206.1

    Məryəm onun hər bir hərəkətini izləyirdi və görəndə ki, onun qardaşı ilə incə rəftar edirlər, yaxınlaşmağa cəsarət etdi və nəhayət dedi: “Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?”. Razılıq alındı.AP 206.2

    Bacı xoş xəbərlə ananın yanına qaçdı və dərhal onunla fıronun qızının yanına qayıtdı. “Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm”.AP 206.3

    Allah ananın dualarını eşitdi, onun imanı mükafatlandırıldı. O, dərin minnətdarlıq hissi ilə indi özünün təhlükəsiz və xoşbəxt vəzifəsini yerinə yetirməyə başladı. Allahdan qorxan qadın bu imkandan uşağı Rəbb üçün tərbiyə etməkdən ötrü istifadə etdi. O inanırdı ki, oğlunun həyatı hansına böyük missiyanı yerinə yetirmək üçün hifz olunmuşdur və bilirdi ki, tezliklə oğlu öz şahzadə analığına qaytarılacaqdır və orada şirnikləndirmələr onu Allahdan ayırmağa çalışacaqlar. Bütün bunlar ananı bu oğlunu özünün başqa uşaqlarından da böyük səy və diqqətlə tərbiyə etməyə sövq edirdi. O, oğluna Allah qorxusu və haqq-ədalətə məhəbbət təlqin etməyə çalışırdı, hərarətlə dua edirdi ki, onun oğlu hər bir məhvedici təsirdən uzaqlaşdıra bilən və bütün çətinliklərdə ona gömək edə bilən canlı Allaha diz çökərək dua etməyi öyrənsin.AP 206.4

    O nə qədər mümkün idi oğlunu öz yanında saxladı, lakin onun on iki yaşı tamam olanda ayrılıq vaxtı çatdı. Uşaq öz sadə evindən götürülüb firon qızını şahanə otaqlarına gətirildi və “onun oğlu oldu”. Lakin hətta burada da uşaqlıq təəssüratları itmədi. Ananın dərsləri unudula bilməzdi. Onlar dəbdəbəli padşah sarayında çiçəklənən məğrurluğa, imansızlığa və günaha qarşı onun qalxanı idilər.AP 207.1

    Əsir qul olan İbrani qadının təsiri necə də böyük olmuşdur! Musanın bütün gələcək həyatı, İsrail xalqının rəhbəri kimi yerinə yetirdiyi böyük missiya məsihçi-ananın işinin vacibliyinə şəhadət edir. Heç bir başqa iş bununla müqayisə edilə bilməz. Öz uşaqlarının taleyi əsasən ananın əllərindədir. O yalnız bu həyat üçün deyil, həm də əbədiyyət üçün ağlın və xarakterin inkişafı üçün çalışır. Onun səpdiyi toxumlar böyüyür və xeyir, yaxud da şər meyvələri gətirirlər. Ana kətan üzərində rənglərlə gözəl surət çəkmir, onu mərmərdən yonmur, lakin uşağın qəlbində İlahi surət həkk edir. Xüsusilə uşaqların həyatının ilk illərində onların xarakterinin formalaşmasında o, böyük məsuliyyət daşıyır. İnkişaf edən şüurun aldığı təəssüratlar ömürlük qalır. Valideynlər övladları məsihçi olana qədər onları tərbiyə edib düz yol göstərməlidirlər. Onlar bizim himayəmizə tapşırılmışlar və biz onları dünyəvi padşahlıq taxtının varisləri kimi deyil, Allahın padşahlan kimi tərbiyə etməliyik, əbədiyyət boyunca idarə edən padşahlar kimi.AP 207.2

    Qoy hər bir ana təntənəli məhkəmə günündə hesabat verəcəyi işinin əvəzsiz qiymətini dərk etsin. Onda görünəcəkdir ki, insanların uğursuzluqlarının və cinayətlərinin çoxu vəzifələri uşaq qəlblərini düz yola yönəltmək olanların biganəliklərinin və ehtiyatsızlıqlarının nəticəsidir. Onda görünəcəkdir ki, dünyanı öz dahiliyini, həqiqətin və müqəddəsliyin nuru ilə işıqlandıraraq onun xeyir-duası olanların çoxu öz nüfuzları və uğurları üçün imanlı ananın dualanna bocrludurlar. Fironun sarayında Musa çoxlu bilik əldə etdi. Monarx oğulluğa götürülən nəvəsini taxtın varisi etmək qərarına gəldi və gənc bu yüksək vəzifə üçün tərbiyə edildi. “Musa misirlilərin hər bir elminə öyrədilmiş, sözündə və əməllərində qüdrətli idi” (Həvarilərin işləri. 7:22). öz sərkərdəlik qabiliyyəti sayəsində o, döyüşçülərin sevimlisi oldu və hamının tanıdığı görkəmli insan oldu. Şeytan məğlub oldu. İbrani uşaqlarını ölümə məhkum edən əmr Allah tərəfındən Öz xalqının gələcək rəhbərinin təlim və tərbiyəsi üçün istifadə olundu. Mələklər İsrailin ağsaqallarına xəbər verdilər ki, qurtuluş vaxtı yaxınlaşır və Musa Allahın bu vəzifəni yerinə yetirmək üzərinə qoyduğu həmin adamdır. Musa da mələklərdən öyrəndi ki, o, Tanrı tərəfındən Onun xalqının köləlik zəncirini qırmaq üçün seçilmişdir. İsrail xalqının öz azadlığını silahlı üsyan yolu ilə əldə edəcəyini güman edərək, o, İbrani qüwələrini Misir ordusuna qarşı aparacağı anı gözləyirdi. Bu cür düşünərək o öz hisslərini cilovlayırdı ki, analığına və fırona bağlılıq onun Allah iradəsini yerinə yetirməsinə mane olmasın.AP 207.3

    Misir qanunlarına əsasən, fironun bütün varisləri kahinlər sülaləsindən çıxırdılar və Musa da tac-taxtm qanuni varisi kimi dini həyatın sirlərindən agah olmalı idi. Bu vəzifə kahinlərin üzərinə düşürdü. Lakin Musanın çalışmaq və yorulmaz şagird olmasına baxmayaraq onlar onu öz dini mərasimlərində iştirak etməyə məcbur edə bilmirdilər. Onu taxt-tacı itirməklə hədələyirdilər, xəbərdarlıq edirdilər ki, əgər İbrani dininə tərəfdarlığında inadkarlıq etsə öz anası, fıronun qızı, tərəfındən rədd ediləcəkdir. Lakin Musa özünün yeri və göyü Yaradan Allahdan başqa heç kimə xidmət etməmək qərarında möhkəm idi. O, kahinlərlə və sadə duaçılarla söhbət edərək hissiz əşyalara mövhumatçıcasına pərəstiş etməyin cəfəngliyini göstərirdi. Heç kim onun dəlillərini inkar etmək, yaxud onun niyyətlərini dəyişdirmək iqtidarında deyildi və onun yüksək mövqeyini, fıronun və xalqın ona xoş münasibətini nəzərə alaraq müəyyən vaxta qədər onun inadkarlığına dözürdülər.AP 208.1

    “Musa böyüdükdə Fironun qızının oğlu adlanmağı iman vasitəsilə rədd etdi. Günah ilə müvəqqəti olaraq zövq almaqdansa, Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi, Məsih üçün çəkdiyi sitəmi Misirin xəzinələrindən daha böyük sərvət saydı; çünki əvəzində alacağı mükafatı gözləyirdi” (İbranilərə 11:24-26). Musa kifayət qədər qabiliyyətli idi ki, yerin böyükləri arasında birincilər sırasında dursun, ən şöhrətli padşahlığın saraylarında parlasın və hakimiyyət əsasına sahib olsun. Onun dahi ağlı onu bütün dövlərin böyük ərlərindən yüksəklərə qaldırdı. Tarixçi, şair, mütəfəkkir, mahir sərkərdə, qanunverici kimi onun tayı-bərabəri yox idi. Bütün dünya onun ayaqları altıda olsa da, yenə də o, kifayət qədər möhkəmliyə malik idi ki, sərvətin, əzəmətin və şöhrətin aldadıcı perspektivlərini rədd etsin və “Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi”.AP 208.2

    Musa Allahın təvazökar, itaətkar xidmətçilərinin alacaqları sonuncu mükafat haqqında bilirdi, bu mükafatla muqayisədə müvəqqəti şöhrət kül idi. Fironun gözəl sarayı və padşahlıq taxtı Musa üçün tələ yemi kimi istifadə olunurdu, lakin o bilirdi ki, dəbdəbəli saraylarda insanları Allahı unutmağa məcbur edən günahkar ləzzətlər yuva salmışlar. O, dəbdəbəli saraydan və padşah tacından yuxarı, günahla murdarlanmamış sarayda Uca Tanrının müqəddəslərinin layiq görüləcəkləri böyük şərəflərə baxırdı. O, Səma Padşahının qalibin başına qoyacağı solmaz çələngə inamla baxırdı. Bu iman ona yerin böyüklərinin cəmiyyətini tərk etməyə və günaha xidmət etməkdənsə, Allaha itaət etmək istəyən təvazökar, yoxsul və miskin xalqla birləşməyə kömək etdi.AP 209.1

    Musa qırx yaşına kimi fıronun sarayında qaldı. O öz xalıqının köləliyi haqqında tez-tez düşünürdü və öz qardaşlan ilə görüşərək, onları inandınb ruhlandırırdı ki, Allah öz xalqını azad edəcəkdir. Əzabkeş xalqa zülm edənlərdən intiqam almaq üçün onun qəlbi səbirsizliklə alışırdı. Bir dəfə misirlinin israillini döydüyünü görüb o, işə qarışdı və misirlini öldürdü. İsraillidən başqa bir şahid yox idi və Musa tezcə cəsədi qumda basdırdı. O beləliklə göstərdi ki, öz xalqınm hüquqlarını müdafiə etmək üçün çıxış etməyə hazırdır. “O elə düşünürdü ki, qardaşları onun əli ilə Allahın onlara nicat vermək istədiyini anlayacaqlar; lakin onlar başa düşmədilər” (Həvarilərin işləri 7:25). Onlar hələ azadlığa hazır deyildilər. O birisi gün o, iki ibraninin necə dalaşdığını gördü və onlardan biri açıq-aydın haqsız idi. Musa təqsirkarı danladı, o isə cavabında onun onların işinə qarışmaq haqqını inkar etdi və həyasızcasına onu cinayətdə təqsirləndirərək soruşdu: “Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fıkrindəsən?”AP 209.2

    Bu hadisə tezliklə misirlilərə agah oldu və çox şişirdilmiş şəkildə fırona çatdı. Bu, padşaha çox mühüm iş kimi təsvir edildi. Musanı öz xalqını misirlilərə qarşı qaldırıb mövcud hakimiyyəti devirmək və taxt-tacı ələ keçirmək niyyətində ittiham edirdilər. Monarx dərhal Musaya ölüm hökmü çıxardı. Musa onu hədələyən təhlükədən xəbər tutanda gizləndi və Midyana qaçdı.AP 209.3

    Allah Musanı yönəltdi və o, canlı Allaha sitayiş edən kahin və Midyan rəisi Yetronun yanında sığınacaq tapdi. Bir müddətdən sonra Musa onun qizlarından biri ilə evləndi və burada qırx il qalaraq öz qaynatasına çobanlıq etdi.AP 210.1

    Misirlini öldürməklə Musa öz atalarının səhvlərini təkrar etdi, onlar da Allahın onlara vəd etdiyini özləri yerinə yetirmək istəmişdilər. Musanın fikirləşdiyi kimi, Rəbb Öz xalqının müharibə nəticəsində azad olmasını istəmirdi. Onlar Allahın qüdrəti ilə azad olmalı idilər ki, şöhrət Ona məxsus olsun. Lakin hətta bu ehtiyatsız hərəkəti də Rəbb öz niyyətinin həyata keçməsinə yönəltdi. Musa öz böyük işini yerinə yetirməyə hələ hazır deyildi. O da İbrahimin və Yaqubun aldığı dərsləri almalı idi, - Allahın əhdlərinin yerinə yetməsi üçün insan gücünə və müdrikliyinə deyil, Allahın gücünə arxalanmalı idi. Musa dağlar arasında tənhalıqda bir çox başqa şeyləri də dərk etməli idi. Fədakarlıq və məhrumiyyətlər məktəbində o, səbirliliyi və təmkinliliyi öyrənməli idi. Başqalarını müdriklikb idarə etməzdən əvvəl o özü itaətə öyrəşməli idi. İsrail xalqına Allah iradəsini öyrətməzdən əvvəl onun qəlbi Allahla tam harmoniyada olmalı idi. Onun üçün hazırlanan həyat təcrübəsi ona bütün ehtiyacı olanlara ata qayğısı ib yanaşmağı öyrədəcəkdi. İnsan mühakiməsinə görə, bunu həddindən artıq böyük vaxt itkisi hesab edərək, bu uzun ilbr ərzində çəkilən ağır zəhmət və qeyri-müəyyənlikb də ötüşmək olardı. Lakin Hədsiz Müdriklik Onun xalqının rəhbəri olmalı olanı qırx il davam edən sadə çoban zəhmətinə çağırdı. Fədakarlıq, diqqətlilik və sürüyə həssas qayğıkeşlik kimi keyfıyyətbrin inkişafı Musanı İsrailin mərhəmətli, çoxsəbirli çobanı edəcəkdi. Musanın bu məktəbdə əldə etdiyini heç bir insan elmi və mədəniyyəti əvəz edə bilməz.AP 210.2

    Musa başa düşdü ki, nə vaxtsa öyrəndiklərinin çoxunu indi unutmalıdır. Onu Misirdə əhatə edən hər şey: analığının məhəbbəti, padşah nəvəsi kimi onun yüksək mövqeyi, pozğun şənlikbr, nəfislik, incəlik, yalancı dinin əsrarəngizliyi, bütpərəst mərasimlərinin təntənəsi, arxitektura və heykəltəraşlığın dəbdəbəli əzəməti - bütün bunlar gənc qəlbdə dərin iz buraxmışdı və onun vərdişbrini və xarakterini müəyyən dərəcədə formalaşdırmışdı. Zaman, şəraitin dəyişməsi, Allahla ünsiyyət bu təəssüratları sib bibrdibr. Yalanı rədd edib həqiqəti qəbul etmək üçün Musanın özündən ölüm-dirim mübarizəsi tələb olunurdu, lakin mübarizə insan üçün həddindən artıq sərt olanda Allah ona kömək etməyi vəd etdi.AP 210.3

    Allah işini yerinə yetirməyə çağınlanların hamısınm bu və ya digər çatışmamazlıqları vardır. Lakin onlar öz vərdişlərindən yapışmamışlar, özlərindən razı qalmaqda inadkarlıq etməmişlər. Onlar Allahın müdrikliyini dərk etməyi və Onun üçün işləməyi öyrənməyi səmimi qəlbdən istəyirdilər. Həvari deyir: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir” (Yaqub 1:5). Lakin nə qədər ki insanlar zülmət içərisində qalmaqdan razıdırlar, Allah onlara İlahi işıq bəxş etmir. Səmavi kömək almaq üçün insan öz zəifliklərini və qüsurlarını dərk etməlidir. Onun diqqəti onda baş verəcək böyük dəyişikliklərə cəmlənməlidir, o, qəlbdən gələn inadkar dua ilə alışmalı, səylə çalışmalıdır. Ləyaqətsiz vərdişlər və adətlər tərk edilməlidirlər; yalnız durmadan öz qüsurlarından qurtularaq və müqəddəs prinsiplərə tabe olaraq qalib gəlmək olar. Çoxları tuta biləcəkləri səviyyəyə heç vaxt çatmırlar, çünki özləri yerinə yetirməli olduqları işi Allahın yerinə yetirəcəyini gözləyirlər, O isə bunun üçün onlara güc vermişdir. Bu və ya digər qabiliyyətlər bəxş edilənlərin hamısı əqli və mənəvi intizam məktəbindən keçməlidirlər və Allah İlahi qüvvəni insan səyləri ilə birləşdirərək onlara kömək edəcəkdir.AP 211.1

    Musa əlçatmaz dağların əhatəsində Allahla təklikdə idi. Misirin dəbdəbəli məbədləri öz illüziyalan və yalanları ilə daha ona təsir etmirdilər. Əbədi dağların əzəmətli gözəlliyində o, Qadir Allahın əzəmətini dark etdi və Misir allahlarının gücsüzlüyünü və miskinliyini gördü. Hər şeydə Yaradanın möhürü var idi. Musaya elə gəlirdi ki, o, Allahın önündədir, Onun gücünün kölgəsindədir. Əvvəlki məğrurluqdan və özündən razılıqdan əsər də qalmamışdı. Sadə, sərt, tənha həyat onu Misirdəki yüngül və dəbdəbəli həyatı unutmağa məcbur etdi. Musa səbirli, hörmətli və itaətkar, “yer üzərində yaşayan bütün adamlardan daha təvazökar bir insan” oldu (Saylar 12:3), onun Yaqubun qüdrətli Allahına imanı sarsılmaz idi.AP 211.2

    İllər ötürdü, Musa öz xalqının ağır vəziyyəti haqqında düşünərək sürülərlə birlikdə çöllük yerlərdə gəzirdi, o, öz atalarına göstərilən Allah mərhəmətini və seçilmiş xalqın mirası olan əhdləri xatırlayırdı, gecə-gündüz İsrail üçün dua edirdi. Səma mələkləri onu öz işıqları ilə əhatə edirdilər. Müqəddəs Ruhdan ilham alaraq o burada Yaradılış Kitabını yazdı. Tənhalıqda keçirilən uzun illər yalnız Musa və onun xalqı üçün deyil, həm də bütün gələcək nəsillər üçün bol xeyir-dualar gətirdi.AP 211.3

    “Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladaları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər; ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı”. İsrailin azad olması vaxtı çatmışdı. Lakin Allah planı elə yerinə yetməli idi ki, insan məğururluğunu cəzalandırsın. İsraili azad edən adi çoban kimi yalnız əlində əsa ilə çıxış etməli idi, lakin Allah bu əsanı Öz qüdrətinin simvoluna çevirmək istəyirdi. Bir dəfə sürünü Xorev, “Allahın dağı”, yaxınlığında otararkən Musa alova bürünmüş kol gördü, - budaqları, yarpaqları, gövdəsi alovlanırdı, lakin yanmırdılar. Bu qeyri-adi mənzərəyə daha yaxşı baxmaq üçün yaxınlaşanda alovdan onun adını çağıran səs eşitdi. O, titrək dodaqlarla cavab verdi: “Mən buradayam”. Sitayişsiz yaxınlaşmaması üçün o xəbərdar edildi: “Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır... Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”. Bu, keçmiş əsrlərdə onun atalarına Əhd Mələyi kimi Görünən idi. “Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu”.AP 212.1

    Rəbbin hüzuruna gələn hər kəs itaət və pərəstiş duymalıdır. İsa naminə biz inamla onun önünə gələ bilərik, lakin heç bir vəchlə biz ona dikbaş özündənrazılıqla, Onunla bərabər səviyyəli kimi yaxınlaşmamalıyıq. Elə insanlar var ki, Böyük Qüdrətli Allaha, əlçatmaz işıqda olan Allaha bərabər kimi, hətta aşağı səviyyəli kimi müraciət edirlər. Ebbri də var ki, Allah evində özbrini eb aparırlar ki, dünyəvi rəisin qəbul otağında özbrini o cür aparmağa cəsarət etməzbr. Bu cür insanlar unutmamalıdırlar ki, onlar məbkbrin səcdə etdikləri və qarşısında öz üzbrini örtdükləri Allahın önündədirlər. Allah hər kəsdən çox səcdəyə layiqdir və Onun hüzürunu dərk edən hamı Ona itaətlə sitayiş etməlidirlər və Allahdan yuxu görən Yaqub kimi nida etməlidirlər: “Bu yer necə də qorxuludur. Bu, Allahın evindən başqa bir şey ola bilməz, bura göybrin qapısıdır”.AP 212.2

    Musa pərəstişli qorxu içərisində Allahın qarşısında durmuşdu, səs isə davam etdi: “Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikbri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, bal və süd axan torpağa aparım... Bu yerə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan”.AP 212.3

    Bu əmrdən heyrətlənən və qorxan Musa belə dedi: “Axı mən kiməm ki, fıronun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?” Lakin cavab gəldi: “Səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz”.AP 213.1

    Musa onu gözbyən çətinliklər haqqında düşündü: korluq, imansızlıq və Allah haqqında bilginin, demək olar ki, çoxusu tərəfindən itirildiyi həmqəbiləlibrinin məlumatsızlığı haqqında düşündü. “İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bibrbr: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?” Cavab gəldi:AP 213.2

    “Var olan Mənəm... İsrail övladlanna beb söylə: “Mənəm” sizin yanınıza məni göndərdi”.AP 213.3

    Musaya əmr edildi ki, hər şeydən əvvəl İsrail xalqının ağsaqqallarını, ən əsilzadələri və salehbri, köblikdə çox iztirab çəkənləri toplasın və onlara Allah əmri və gəbcək qurtuluş haqqında elan etsin. Bundan sonra o, ağsaqqallarla birlikdə fıronun yanına getməli və ona deməlidir:AP 213.4

    “İbranibrin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbb qurban gətirək”. Musa xəbərdar edildi ki, firon müqavimət göstərəcək və İsraili buraxmayacaqdır. Lakin Allah xidmətçisi məyus olmamalı idi, çünki Allah Öz qüdrətini misirlilərə və Öz xalqma göstərəcəkdir. “Mən də əlimi uzadıb orada hər cür möcüzələr edərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq”.AP 213.5

    Özbri ib yola nə götürmək haqqmda da göstərişbr verildi. Rəbb dedi: “Bu xalqa qarşı Misirlibrin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin”. Misirlibr israillilərin ağır zəhməti sayəsində varlanmışdılar və indi, uzaq yola çıxdıqları vaxt, uzun ilbr üzücü iş üçün onların mükafat tələb etməyə haqlan vardı. Onlar özləri ilə aparmağa çətin olmayan cəvahirat götürməli idilər, Allah isə misirlilərin onlara güzəştə gedəcəyini vəd etdi. Onlarm azad olmaları naminə yerinə yetiriləcək qüdrətli möcüzələr onların zülmkarlarını elə qorxudacaq ki, onların qullarının xahişləri yerinə yetiriləcəkdir.AP 213.6

    Musanı əhatə edən çətinliklər ona keçilməz kimi görünürdü. Xalqa necə sübut etsin ki, o, həqiqətən Allah tərəfindən onların yanına göndərilmişdir? “Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib deyəcəklər”?”. Onda onun özünə də inandıncı görünən sübut verildi. Ona öz əsasını yerə atmaq təklif olundu. O bunu edəndə “əsa ilan oldu. Musa onun qabağından qaçdı”. Ona ilanı tutmaq əmr edildi və ilan əlində əsaya çevrildi. Sonra ona əlini qoynuna salmaq əmr edildi. O, əmri yerinə yetirdi və “çıxaranda cüzama tutulub qar kimi ağappaq oldu”. Onda əlini yenidən qoynuna qoymaq və sonra çıxarmaq əmr edildi, bundan sonra əli əvvəlki görkəmini aldı. Bu əlamətlə Allah Musanı əmin etdi ki, Onun xalqı da, fıron da inanacaqlar ki, Misir padşahından da güclü Hökmdar vardır. Lakin Allah xidmətçisi onun üzərinə qoyulmuş qeyri-adi heyrətamiz iş haqqında fıkirdən hələ də sıxılırdı. Ümidsizlik və qorxu içərisində o dedi ki, asan və tez danışa bilmir. “Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dilim ağır, səlis danışmayan bir adamam”. O, misirliləri o qədər çoxdan görmürdü ki, özünü əvvəlki kimi onların dilində tez və asan danışmağa qadir hiss etmirdi.AP 214.1

    Allah ona dedi: “Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən, Man - Rəbb deyiləmmi?” Həm də Öz köməyinə əmin etdi: “İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm”. Lakin Musa yalvarmaqda davam edirdi ki, Allah bu məsuliyyəti daha münasib adamın üzərinə qoysun. Əvvəlcə bütün bu bəhanələr təvazökarlıq və utancaqlıqla izah olunurdu, lakin Rəbbin bütün bu maneələri aradan qaldıracığını və onun missiyasını axırda uğurla nəticələndirəcəyini vəd etməsindən sonra bütün sonrakı yayınmalar və qabiliyyətsizliklərindən şikayətlər Allaha etibar etməməyi göstərirdi. Bu, Musanın ehtiyatlandığını sübut edirdi, o şübhə edirdi ki, Allah çağırdığı bu cür böyük iş üçün onu hazırlaya bilər və məhz onu seçməkdə səhv etməmişdir.AP 214.2

    Musa öz böyük qardaşı Harunun yanına göndərildi, Harun hər gün misirlilərlə ünsiyyət edərək onların dilini mükəmməl bilirdi. Musaya deyildi ki, Harun onun qarşısına çıxacaqdır. Rəbbin sonrakı sözləri təkzibedilməz əmr kimi səsləndi:AP 215.1

    “Mən isə sənin və onu ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. Bu əsanı əlinə götür, onunla əlamətlər göstərəcəksən”. O daha müqavimət göstərə bilmədi, çünki bəhanə üçün hər bir əsas yox edilmişdi.AP 215.2

    Allah əmri özünü cəsarətsiz, pəltək və istedadsız hesab edən Musaya verilmişdi. İsrail üçün Allahın dodağı ola bilməməsini dərk etmək ona əzab verirdi. Lakin bir dəfə bu məsuliyyəti öz üzərinə götürdükdən sonra o, Allaha tam etibar edərək özünün bütün qəlbini onun həyata keçməsinə həsr etdi. Bu işin əzəməti ondakı bütün yaxşı duyğuları oyatdı. Allah onun Ona itaət etməyə hazır olmasına xeyir-dua verdi və o, gözəl nitqli, ümid və təmkinlə dolu, nə vaxtsa insan üzərinə qoyulmuş ən böyük iş üçün tamamilə münasib oldu. Bu ona nümunədir ki, Allah Ona tamamilə etibar edən və Onun əmrlərinə danışıqsız tabe olan insanların qüvvəsini necə möhkəmlədir.AP 215.3

    İnsan Allah tərəfindən onun üzərinə qoyulan məsuliyyəti qəbul edərsə və bütün qəlbilə onu yerinə yetirməyə çalışarsa, qüvvə və bacanq əldə edəcək. Mövqeyinin nə qədər aşağı və bacarığınm nə qədər az olmasından asılı olmayaraq, Allahın gücünə etibar edərək öz işini sədaqətlə yerinə yetirməyə çalışan insan həqiqi əzəmətə çatacaqdır. Əgər öz böyük missiyasını yerinə yetirərkən Musa öz gücünə, müdrikliyinə və enerjisinə ümid etsə idi, o, uğursuzluğa düçar olardı. İnsan öz miskinliyini etiraf edəndə bu onu göstərir ki, o, üzərinə qoyulmuş işin vacibliyini dərk edir və Rəbbin köməyinə ümid bəsləyir. Musa öz qaynatasınm yanına qayıdaraq öz Misirdəki qardaşlarmın yanına getmək niyyətində olduğunu söylədi. Yetron ona xeyir-dua verdi: “Salamat get”. Musa öz həyat yoldaşı və uşaqları ilə yola düşdü. Ailəsinin onunla getməsinə mane olmasınlar deyə, öz səyahətinin məqsədi haqqında danışmağa o cəsarət etmədi. Lakin hələ Misirin hüdudlanna çatmamış Musa yenə fıkirləşdi ki, təhlükəsizlik məqsədilə öz ailəsini Madiam torpağına qaytarsa daha yaxşı olar.AP 215.4

    Qırx il öncə qəzəbləndirdiyi fıron və misirlilər önündə gizli qorxu Musanı Misirə qayıtmaqdan hələ də ehtiyat etməyə təhrik edirdi, lakin o, İlahi əmrə itaət edərək ora yola düşəndən sonra Rəbb ona göründü və dedi ki, onun bütün düşmənləri ölmüşlər.AP 215.5

    Midyan torpağından yola düşəndə Musa belə bir sarsıdıcı, qəzəbli xəbərdarlıq aldı ki, Allah ondan narazıdır. O sanki onu öldürmək məqsədilə hədələyici görkəmlə onun üzərinə gələn mələyi gördü. O bunu heç nə ilə izah edə bilmirdi, lakin Musa xatırladı ki, Allahın bir tələbini yerinə yetirməmişdir. Arvadmm sözlərinə güzəştə gedərək o, öz kiçik oğluna sünnət eləməmişdi. Yerinə yetirilməsi sayəsində onun oğluna İsrailb Allah əhdinin xeyir-dualarını almaq hüququna malik olması şərtinə o etinasızlıq etmişdi və seçilmiş rəhbər tərəfındən bu cür etinasızlıq xalqın gözündə İlahi qaydaların əhəmiyyətini azalda bilərdi. Sippora ərinin öldürüləcəyindən ehtiyat edərək özü oğlu üçün bu mərasimi yerinə yetirdi və onda səyahətlərini davam etdirməyə mələk icazə verdi. Fironun yanına getmək missiyasmı öz üzərinə götürməklə Musa özünü böyük təhlükəyə məruz qoyurdu və onun həyatı yalnız müqəddəs məbklərin müdafıəsi sayəsində qoruna bilərdi. Lakin ona məlum olan vəzifənin yerinə yetirilməsinə etinasızlıq etdikdə o, təhlükəsizlikdə olmazdı, çünki bu halda mələklər onu qoruya bilməzdibr.AP 216.1

    Kədər zamanında, Məsihin gəlişi ərəfəsində, salehbrin həyatı səma məbklərinin sayəsində qorunacaqdır; lakin Allah Qanununu pozanlar onlarm müdafiəsindən məhrum olacaqlar. İlahi göstərişbrdən bircəciyinə də etinasızlıq edənləri mələklər onda qoruya bilməyəcəklər.AP 216.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents