Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    IV. Spiritizm

    Müqəddəs mələklərin xidməti haqqında Müqəddəs Kitabda. deyilənlər, hər bir Məsih ardıcılı üçün ən dəyərli.ən ümidverici həqiqətlərdəndir. Lakin Müqəddəs Kitabın öyrətdiyi elm təhrif edilmiş və mövhumatçılıq arxasında itib-batmışdır. Bütpərəst xalqların fəlsəfəsindən götürülmüş və məlum “böyük dönüklük” dövründə məsihçi dininə yeridilmiş, ruhun, guya təbiətindən irəli gələn ölməzliyi təsəvvürü, Müqəddəs Kitabda çox dəqiq və aydın - “ölülər heç nə bilmir” - şəklində verilmiş həqiqətin yerini tutdu. Bu səbəbdən, çoxları inandılar ki, “xilasa. varis olanlara xidmət etmək üçün göndərilən xidmətçi mələklər” elə ölənlərin ruhlarıdır. Göydə mələklərin mövcudluğu və insanın son mənzilədək, bütün həyatı boyu onlarla. əlaqədə olması barədə Müqəddəs Kitabın açıq birmənalı şəhadətinə baxmayaraq, bu əqidə kök atıb möhkəmləndi.iMQ 63.1

    insanın ölümdən sonra. şüurlu vəziyyətdə olması, xüsusən də ölənlərin ruhlarının dirilərə xidmət etməsinə inamı, müasir spiritizmin təşəkkül tapmasına zəmin yaratmışdır. Əgər ölənlər Allah və müqəddəs mələklərlə ünsiyyətə girmək hüququ qazanıblarsa. və onlara. əvvəllər malik olduqlarından çox-çox artıq biliklər verilibsə, nə üçün də yerə qayıdıb dirilərə öyüdnəsihət verməsinlər? Və əgər, görkəmli din xadimlərinin dediyi kimi, ölənlərin ruhları onların dost və əzizlərinin başı üstündə dolanırlarsa, niyə də onlara dirilərlə əlaqə yaratmağa, onları bədbəxtlikdən qorumağa, dərdlərinə şərik olmağa icazə verilməsin? İnsanın ölümdən sonra şüurlu vəziyyətdə olmasına. inananlar, məşhur ruhlar vasitəsilə İlahi həqiqət kimi verilənləri necə rədd edə bilərlər? Geniş yayılmış fikrə görə, bu müqəddəs məsələdir və iblis bundan istifadə edərək öz məqsədlərini həyata. keçirir. İblisə qoşulub onun buyuruqlarını həyata keçirən mələklər, insanlara ruhlar aləminin elçisi kimi görünürlər. Ölülərlə ünsiyyətə girməyin mümkünlüyünə insanları inandıraraq, şər hökmdarı onların şüurlarına təsir edir, avamlaşdırır.iMQ 63.2

    İblis insanlara onların ölmüş əzizlərini və dostlarını həqiqi qiyafədə göstərməyə qadirdir. O, onların nəinki zahiri görünüşlərini, hətta gözlərinin ifadəsini, danışıq tərzini də heyrətamiz məharətlə yamsılayır. Çoxları öz yaxınlarının Göylərdə xoşbəxt gün keçirdiklərini görüb sevinir və təhlükədən xəbərsiz, “şirnikdirici ruhlara və şeytan təliminə” qulaq asırlar. Onlar, ölülərin dirilərlə ünsiyyətə girmək üçün doğrudan da qayıda. bilmələrinə inanmağa başlayanda, iblis elə edir ki, hazırlıqsız qəbirə getmişlərin surətləri adamların gözü qabağına gəlir. Onlar peyda olaraq özlərinin göylərdəki firavan həyatından, orada guya. yüksək mövqe tutduqlarından söz açırlar və beləliklə, salehlə kafirin arasında heç bir fərq olmaması haqda. yanlış fikir hər yerdə geniş yayılır. Ruhlar aləmindən gəlmələri zənn edilən qonaqlar, bəzən öz yaxınlarını hansısa. olacaq hadisədən xəbərdar edirlər və sonradan bu xəbərdarlıqlar doğrulur. Bunun ardınca, etibar qazanaraq onlar Müqəddəs Kitaba. inamı sarsıda. biləcək fikirləri zorla. qəbul etdirməyə başlayırlar. Öz dost və yaxınlarının yerdəki həyatının dərindən qeydinə qaldıqlarım göstərməklə, bu ruhlar çalışırlar ki, onların fikrini yanlış və çox təhlükəli səmtə yönəltsinlər. Bəzən doğru danışmaq, yaxud öncədən nəyi isə xəbər verməklə, onlar etibar və nüfuz qazanır və bu səbəbdən saxta təlimlər çoxları tərəfindən elə həvəs və şəksiz inamla qəbul olunur ki, sanki bu, Müqəddəs Kitab həqiqətləridir. Budur, nəticədə Allah qanunu unudulur, lütfkarlıq ruhu rədd olunur, müqəddəs əhd-peymanı bağlayan qanın əhəmiyyəti onların gözündən düşür. Spiritlər Məsihin İlahiliyini danırlar və hətta. Yaradan Allahı da. özlərinə bərabər tuturlar. Bu minvalla, böyük qiyamkar yeni maska aJtında gizlənərək, Allaha qarşı hələ Göydə başladığı və yerdə artıq təxminən altı min ildən bəri uzanan düşmənçəliyini davam etdirir.iMQ 64.1

    Çoxları müxtəlif spiritizm hadisələrini, seansa. rəhbərlik edən mediumun əl itiliyindən başqa. bir şey olmadığını söyləyirlər. Çox zaman doğrudan da, həqiqət deyil, fokus nömrələri nümayiş etdirilir, lakin şübhəsiz, fövqəltəbii qüvvənin də bu seanslara qarışmasını qeyd etməliyik. Səbəbi bəlli olmayan taqqıltılar - müasir spiritizm məhz bununla. meydana. çıxdı - insan kələkbazlığı və bicliyi nəticəsində törənməmişdir, bu insan qəlbini çox asanlıqla məhvə sürükləyən azdırma. üsuluna. əl atmış cinlərin müdaxilə etməsi və fəaliyyətinin nəticəsidir. Çoxları spiritizmə əvvəlcə sadə hoqqabazlıq kimi baxır, lakin fövqəltəbii qüvvənin iştirakını inkaredilməz surətdə göstərən hadisələrlə üz-üzə gələndə, onlar yalana. uyur və gördüklərini böyük Allah qüdrəti hesab edirlər.iMQ 65.1

    Belə adamlar iblisin və onun əlaltılarının möcüzələrinə aid Müqəddəs Kitabın xəbərdarlığına diqqət verməmişlər. Məhz iblisin köməkliyilə fironun cadugərləri Allahın elədiyinə bənzər işlər görə bilirdilər. Həvari Polad deyir ki, Məsihin ikinci gəlişi ərəfəsində buna. bənzər şəkildə iblis gücü özünü göstərəcək. Rəbbin gəlişini “şeytanın fəaliyyətinə əsaslanaraq tam qüdrət, əlamətlər və yalançı xariqələrlə və həlak olanlar üçün hər növ haqsız hiylə qabaqlamalıdır (2 Saloniklilərə 2:9,10). Həvari Yəhya. son günlərdə özünü göstərəcək möcüzəvi qüvvəni təsvir edərək deyir: “0, elə böyük əlamətlər yaradır ki, hətta insanlar qarşısında. göydən yerə atəş yağdırır və canavar qarşısında törətməsinə icazə verilən əlamətlərlə yer üzündə yaşayanları azdırır” (Vəhy 13:13-14). Həvari bu hadisələri adi aldatma. sanmır. Cinlər insanları saxta deyil, əsil möcüzələrlə məftun edirlər.iMQ 66.1

    Əsrlərdən bəri bəşər övladını aldatmaqda təkmilləşən zülmət knyazı, insanları hansı vəzifə tutmaları və hansı təbəqəyə mənsub olmaqlarına baxmayaraq, ustalıqla tovlayır. Yaxşı tərbiyə və təhsil görmüş adamlara. o, spiritizmi elə intellektual və incə tərzdə təqdim edir ki, çoxları qurulmuş bu torlara düşür. Həvari Yaquba. görə spiritizm biliciliyi “yuxarıdan enən hikmət deyildir. Bu, dünyavi, nəfsani və şeytani hikmətdir” (Yaqub 3:15). Lakin böyük hiyləgər, pla.nla.rının müvəffəqiyyətlə həyata. keçirilməsindən ötrü bunu gizlədir. Məsihi səhrada. sınağa. çəkəndə parlaq şölə saçan mələk kimi gəlmiş o kəs, insanlara. da. ən cəlbedici şəkildə - işıq mələyi qiyafəsində görünür. İnsanla. ali mövzular ətrafında. söhbət edərək onun ağlını valeh edir; cürbəcür cəzbedici xəyallarla. onun təsəvvürünü coşdurur, aJicənablıq və məhəbbəti gözəl boyalarla. təsvir edərək insanın hisslərinə tə’sir edir. Möhtəşəm təsvirlərlə insan idrakını qanadlandırır, təkəbbürlük və öz müdrikliyinə hədsiz inam hisləri oya.dır ki, onlar Allahı ürəklərindən çıxarıb rədd etsinlər. Xilaskarı qeyri-adi hündür bir dağ başına. çıxarıb, Ona oradan yerin bütün məmləkətlərini və onların büsatını göstərən möhtəşəm düşmən, Allah qüvvəsilə müdafiə olunmayaniara. yanaşmaq üçün lazımı vasitə və yol ta.pa.ca.qdir.iMQ 66.2

    İblis insanları bizim zamanda. da, vaxtilə Ədəmdə Həvvanı sınağa çəkdiyi kimi sınayır, yaltaqlıqdan istifadə edir, qadağan qoyulmuş şeylərin səbəbini tapmaq şövqünü qızışdırır, özünü öyməyə həvəsləndirir. Onun özünü məhz bu ehtiraslar yoldan çıxarmışdır və insanları da o, məhz bunların vasitəsilə məhvə doğru aparır. O, demişdi: “Xeyirlə şəri bilərək Allah kimi olacaqsınız” (Yaradılış 3:5). Spiritizm öyrədir ki,“insan öz təbiətinə görə yaradıcı şəxsdir, onun ali məqsədi - özünü durmadan təkmilləşdirərək inkişaf etmək və bu yolla. Tanrı səviyyəsinə çatmaqdan ibarətdir”. Və sonra: “Hər kəs başqasını deyil, yalnız özünü mühakimə etməlidir” “... Taxt bizim daxilimizdədir”. Spiritizm korifeylərindən biri, “ruhi şüuru” oyandıqda demişdir: “Mənim insanhəmkarlarımın hamısı günahsız ya.rı-ta.nrı idilər.” O birisi isə deyir: “Hər ədalətli və kamil məxluq - Məsihdir”.iMQ 67.1

    Beləliklə, iblis, itaət etməyə yeganə layiq olan, sonsuz böyüklüyə malik Allahın müqəddəsliyi və kamilliyi əvəzinə; insan niyyət və istəklərinin həqiqi meyarı olan Allah qanununun nöqsansız salehliyi əvəzinə, xasiyyətlərin ölçüsü və mülahizələrin yeganə əsası kimi günahlı, qüsurlu təbiətə malik insana itaət etməyi təklif edir. Bu doğrudan da inkişafdır, lakin irəli yox - geriyə doğru.iMQ 68.1

    İnsanın zəkası və ruhunun təbii xüsusiyyəti belədir ki, hansısa fikri qəbul edəndə biz dəyişirik. İnsan, haqqında düşündüyü şeylərə tədricən uyğunlaşır, sevdiyinin bənzərinə çevrilir. İnsan heç vaxt özü təsəvvür etdiyi paklıq, möminlik və həqiqət nümunəsindən yuxarı qalxa bilməz. insanın ən uca idealı özünün “mən”- liyidirsə, o, bundan daha ali bir mərtəbəyə çata bilməz. Əksinə, o tədricən, lakin labüd olaraq get-gedə aşağı yuvarlanacaqdır. Yeganə olaraq Allah lütfü insanı ucaltmaq gücünə malikdir. Öz öhdəmizə buraxıldıqda biz mütləq tənəzzülə məhkumuq.iMQ 68.2

    Həssas təbiətə və intellektə malik insanlara spiritizm incə formalarda, hər cür eyş-işrəti sevən, şəhvətpərəst adamlara isə daha qaba şəkildə təqdim olunur; bu bayağılıqda onlar öz vərdişlərinə uyğun olan şeyləri tapırlar. iblis insan təbiətinin bütün zəif cəhətlərini öyrənir; o, hər bir insanın eybli cəhətini qeydə aJır, sonra isə bütün gücünü buna yönəldir ki, bu pis adətlərin boy atması üçün tez bir zamanda. əlverişli şərait yaransın. O.insanları ifrata varmağa, tələbatlarını əcaib şəkildə artırıb təbiətlərini korlamağa, nəfsin qulu olaraq fiziki, əqli və mənəvi qüvvələrini zəiflətməyə məcbur edir. O, ehtirasları qane edərək, insanların təbiətini sərtləşdirərək minlərlə həyatı məhv etmiş və etməkdədir. Öz işini başa çatdırmaq üçün isə spiritlər vasitəsilə deyir ki, “həqiqi bilik insanı bütün qa.nunla.rdan yuxarı qaldırır”, və “baş verən hər şeyyaxşıdır”, və “Allah qınamır”, və “bütün törədilən günahların zərəri yoxdur”. İnsanlar inanmağa başlayırlar ki, onların istək və tələbatları ən ali qanun, azadlıq isə - ürəyindən keçənləri icra. etmək hüququdur. Düşünürlər ki, insan yaJnız özü qarşısında məsuliyyət daşıyır. Bu halda., mənəviyyatsızlıq və əxlaqsızlığın hər yerdə hökm sürməsinə təəccüb etmək olarmı? Cismani ürəklərə nəfsin ardınca getmək azadlığı verən bu cür təlimləri, çoxları böyük məmnuniyyətlə qəbul edir. Beləliklə, özünü saxlama - əxlaqsızlığa qurban verilir, insanın zehni və ruhi qüvvələri rəzil həvəslərə ta.be olur və qələbə çalan iblis, özlərini Məsih ardıcılları hesab edən minlərlə qurbanı öz toruna salır.iMQ 68.3

    Lakin spiritizmin ustalıqla qurulmuş fırıldaqlarına. aJdanmaq lazım deyil. İnsanlar iblis tələlərini aşkar edə bilsinlər deyə, Allah dünyaya. kifayət qədər işıq göndərmişdir. Əvvəldə göstərdiyimiz kimi, spiritizm təlimi mahiyyət etibarilə Müqəddəs Kitabın dəqiq və aydın elminə kəskin surətdə ziddir. Müqəddəs Kitab öyrədir ki, ölülər heç nə bilmir və heç nə haqqında düşünmürlər; onların bu dünyanın işlərindən və vaxtilə onlara əziz olanların sevinc və həyəcanlarından xəbərləri yoxdur. Deyilənlər bir yana, Allah, ölülər ruhu zənn edilən ruhlarla hər hansı əlaqəyə girməyi aydın surətdə qadağan etmişdir. Qədim yəhudilərdə də müasir spiritlərə bənzər belə adamlar vardı ki, ölülərlə guya əlaqə saxladıqlarını söyləyirdilər. Lakin.bu “dost ruhlan”adlanan,o dünyadan gəlmələrə Müqəddəs Kitab “iblisanə ruhlar” adı verir (Siyahıyaalma. 25:1-8; Zəbur 28; 1 Korinflilərə 10:20; Vəhy 16:14). Belə ruhlarla hər hansı ünsiyyət Allah qarşısında. murdar iş sayılmış və ən ciddi surətdə, ölüm cəzası qorxusu altında. qadağan edilmişdir (Levililərl9:31; 20:27). Hətta “cadu” sözünün özü bizim günlərdə nifrətlə a.dı çəkilir. İnsanların şər qüvvə ruhlarıyla. əlaqə saxlaması fıkri orta əsrlər uydurmalarını xatırladır. Lakin yüz minlərlə və hətta milyonlarla. tərəfdarları olan spiritizm, elm aləminə, İbadətgahlara, qanunverici orqa.nla.ra. və hətta şah saraylarına yol tapmışdır. Bu misilsiz oyunbazlıq, hələ qədimdə məhkum və qadağan edilmiş cadugərliyin yeni maska altında bərpa edilməsindən başqa bir şey deyil.iMQ 69.1

    Spiritizmin əsil mahiyyətini göstərən başqa heç bir sübut olmasa belə, məsihçilər üçün bu kifayət etməlidir ki, spiritlər salehliklə günah arasında, Məsihin alicənab və vicdanlı həvarilərilə iblisin ən pozğun nökərləri arasında heç bir fərq qoymurlar. Ən pozğun adamların Göydə olmaları və orada yüksək mövqe tutmalarını iddia edən iblis, bununla dünyaya bəyan edir: “Sizin пз dərəcədə günahlı olmanızın; Allaha və Müqəddəs Kitaba inanıb-inanmamanızın heç bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi yaşayın, sizin eviniz - göydədir”. Əslində spiritizmin təbliğçilərinin sözlərinin həqiqi mənası budur ki, “şər iş görən adamdan Allahın xoşu gəlir və O, ona rəğbət bəsləyir”; yaxud “Ədalət hakimi Allah haradadır?” (Məlaki 2:17). Lakin Allahın Sözü göstərir: “Yazıq o kəslərə ki, şərə xeyir, xeyirə isə şər deyir, zülmətə işıq, işığı isə zülmət samrlar” (Yeşaya. 5:20). Özlərini həvarilər kimi qələmə verən yalanın bu ruhları, Məsih həvarilərinin Müqəddəs Ruh təsiri altında. yazdıqlarına. qarşı çıxırlar.iMQ 70.1

    Onlar Müqəddəs Kitabın Allahdan nazil olmasını inkar edir və beləliklə də göyə gedən yolu işıqlandıran işığı ortadan götürürlər. İblis məcbur edərək insanları inandırmağa. çalışır ki, Müqəddəs Kitab uydurmadır, yaxud, ən çoxu bəşəriyyətin uşaqlıq dövrünə münasib olan kitabdır və indi onu ciddi qəbul etmək düzgün deyil; ola. bilsin bu köhnəlmiş kitabı ümumiyyətlə unutmaq lazımdır. Allah Sözü əvəzinə isə onlar müxtəlif spiritizm “vəhy”-ləri təqdim edirlər. Bu, bütövlüklə onun nəzarəti altında. olan vasitədir; onun köməyilə o, bəşəriyyəti nəyə istəsə inandıra. bilər. Onu və ardıcıllarını mühakimə edəcək Kitabı iblis, məhz görmək istədiyi yerə, kölgəyə itələyir. Dünyanı xilas edəni o, utanmadan adi insan kimi təqdim edir. İsanın qəbrinə qarovul qoyulmuş əsgərlərin, Onun dirilməsini inkar etmək üçün kahin və rəislərin təkidiylə, yalan xəbərlər yaydıqları kimi, spiritizmə ina.na.nlar da Xilaskarımızın həyatında. möcüzəvi heç nəyin olmadığını sübut etməyə çalışırlar. Və İsanı arxa. plana. çəkərək, dediklərinə görə, Məsihin işlərini xeyli ötüb keçən, öz möcüzələrinə diqqəti cəlb edirlər.iMQ 71.1

    Doğrudur, müasir spiritizm görkəmini dəyişir və ən çox etiraz doğuran cəhətlərini gizlədərək, məsihçi libasına. bürünür. Lakin bu nəzəriyyənin əsasları uzun illərdir təbliğ edilir və xalq arasında. yayılır. Buna. görə onun həqiqi mahiyyəti heç cür gizlədilə bilməz. Bu öyrətmələri nə ört-basdır etmək.nə danmaq mümkün deyil. Qeyd edək ki, hazırkı şəkildə o daha təhlükəlidir, çünki ya.lanla.ri daha artıq hiylə və bacarıqla. örtülmüşdür. Əgər əvvəllər spiritizm Məsihi və Müqəddəs Kitabı inkar edirdisə, hal-hazırda. o guya hər ikisini qəbul edir. Lakin Müqəddəs Kitab elə yozulur ki, bu, yeniləşməyən ürəklərə xoş gəlsin, halbuki bu zaman onun möhtəşəm və mühüm həqiqətləri kiçildilir və əhəmiyyətini itirir. Allahın ən başlıca. xüsusiyyəti olan məhəbbət - xeyir və şər arasında. heç bir fərq qoymayan miskin sentimentalizm səviyyəsinə endirilir. Rəbbin ədalətliyi, günaha münasib xəbərdarlığı, Onun müqəddəs qanununu saxlamaq tələbi - bütün bunlar xalqdan gizlədilir. Xalqı öyrədirlər ki, Allahın On qanununa. ölü hərif kimi yanaşsınlar. İnsanların şüuru və hissləri ürək oxşayan, valehedici nağılların əsarəti altına düşür və onları, dinin əsası olan Müqəddəs Kitabdan imtina etməyə vadar edir. Məsih yenə də inkar edilir, lakin iblis insanın gözünü elə örtmüşdür ki, bu hiyləni o qətiyyən görmür.iMQ 71.2

    Spiritizmin məkrli gücü və onun təsirinin təhlükəsi haqqında. çox adamın aydın təsəvvürü var. Bu nəzəriyyə ilə adətən təsadüfən maraqlanmağa. başlayırlar. İnsanların spiritizmə həqiqi imanı yoxdur və onların qarşısında spiritlərə tabe olmaq məsələsi qoyulsaydı, onlar dəhşətə gələrdilər. Lakin qadağan qoyulmasına. baxma.ya.raq, möhtəşəm düşmənin ərazisinə cürət edib ayaq basdıqda, insanlar onun təsiri altına. düşür və iblis onları, iradələrindən asılı olma.yara.q, özünə xidmət etməyə məcbur edir. Bircə dəfə öz ağıllarını onun ixtiyarına. verdikdən sonra, artıq öz güclərilə bədniyyət təsir aJtından çıxa bilməyərək, onlar iblisin qullarına dönürlər. Yalnız səylə etdikləri duaJara, Allahın cavab olaraq bağışladığı gücündən başqa. heç nə bu aldanmış bəndələri azad edə bilməz.iMQ 72.1

    Günahlı meyllərinə göz yuman, yaxud könüllü olaraq qəlbində sevimli, lakin qüsurlu bir cəhəti əzizləyənlər, özləri özlərini iblisin cənginə verir, ona. qapı açırlar. Onlar özlərini Allahdan ayıraraq, Onun mələklərinin müdafiəsindən özlərini məhrum edirlər və iblis onlara. yanaşanda asanlıqla onun şikarına çevrilirlər. Özlərini iblisin təsirinə təslim edənlər, bunun nə ilə nəticələnə biləcəyini təsəvvürlərinə gətirmirlər. Hiyləgər onları özünə ta.be edir, sonra. başqalarını da. yoldan çıxarmaq üçün onlardan istifadə edir.iMQ 73.1

    Yeşaya. peyğəmbər deyir: “Sizə deyəndə ki, “ölüləri çağıranla.ra, cadugərlərə, ovsunçulara. və fa.la.baxa.nla.ra müraciət edin” - cavab verin: xaJq öz Allahına. müraciət etməli deyilmi? Ölülərdən diriləri soruşarlarmı? Qanuna. və peyğəmbərlik vəhyinə müraciət edin. Əgər onlar bu söz kimi danışmırlarsa, onda onlarda. işıq yoxdur” (Yeşaya 8:19,20) Müqəddəs Kitabın insan təbiəti və ölülərin vəziyyəti haqqında bu cür aydın göstərdiyi həqiqətləri adamlar qəbul etsəydilər, görərdilər ki, spiritizm əsilsiz möcüzələr vasitəsilə öz işində olan iblisin fitnə-fəsadlarıdır. Lakin cismani ürəyi bu qədər nəşələndirən mütləqiixtiyarlıqdan və sevimli qəbahətlərdən əl çəkmək əvəzinə, çoxları işıqdan üz döndərərək, heç bir xəbərdarlığa məhəl qoymadan və ‘heç nə ilə hesablaşmayaraq öz yollarına davam edirlər; o vaxtacan ki, iblisin töruna düşüb onun qəniməti olurlar. Belə ki “xilas olmaları üçün həqiqəti sevməyə razı olmadılar. Və Allah bu səbəbdən onlara aldadıcı bir xəyalın təsirini göndərir ki, onlar yalana inansınlar” (2 Saloniklilərə 2:10,11). Spiritizm nəzəriyyəsinə müqavimət göstərənlər yalnız insanlarla deyil, iblisin özü və onun mələklərilə də mübarizə aparırlar. Onlar “rəhbərliklər, hakimiyyətlər və aləmdəki şeytani ruhlar” əleyhinə mübarizəyə qalxırlar. İblis göylər elçilərinin qüvvəsilə geri oturdulmasa, bir addım belə mövqeyindən çəkilməyəcək. Allahın xalqı onu Xilaskar qarşıladığı kimi: “Belə yazılıb!” sözlərilə qarşılamalıdır. İblis, İsa Məsih zamanında olduğu kimi, indi də Müqəddəs Kitabdan sitatlar gətirə bilər və o, öz yalanını mühafizə etməkdən ötrü Müqəddəs Kitab elmini təhrif edəcək. İndiki təhlükəli zamanda. öz əzmini saxlamaq istəyənlər Müqəddəs Yazıların şəhadətliyini özləri üçün aydınlaşdırmalıdırlar.iMQ 73.2

    Şeytani ruhlar çoxlarına. ölmüş qohum və ya dostlar görkəmində gələcək və onlara çox məkrli və yalan anlayışlar təlqin edəcəklər. Onlar bizim ən incə hislərimizə müraciət edəcək və iddialarını təsdiqləmək üçün möcüzələr göstərəcəklər. Biz onları, ölülərin heç nə bilməməsini təsbit edən Müqəddəs Kitab həqiqətilə qarşılamağa. hazır olmalıyıq və bilməliyik ki, onların qiyafəsində gələnlər-şeytani ruhlardır.iMQ 74.1

    Bizi “yer üzündə yaşayanları imtahana. çəkmək üçün bütün dünya üstünə gələcək imtahan saatından qoruyacağı” gözləyir (Vəhy 3:10). İmanları Allah Sözünə əsaslanmayanların hamısı şirnikdirilib məğlub ediləcəklər. İblis, bütün yer üzündə yaşayanları özünə tabe etmək üçün “hər cür namussuz şirnikdirmələr” işlədəcək, və onun şirnikdirmələrinin təsiri getdikcə artacaqdır. Lakin o, yalnız insanlar könüllü olaraq şirnikdirmələrə meyl göstərsələr öz məqsədinə nail ola bilər. Səmimi qəlbdən həqiqətə can atan və Allaha. təslim olmaqla öz vicdanlarını təmizləməyə çalışanlar bununla qarşıdakı mübarizəyə hazırlaşırla - Allahın həqiqətində məhz bu adamlar etibarlı müdafiə tapacaqlar. Xilaskarın vədində deyilir: “Madam ki, təhəmmül etmək haqqındakı əmrimə əməl etdin, Mən də səni qoruyacağam” (Vəhy 3:10). Lazım gəlsə O, bütün göydəki mələkləri Öz xalqının müdafiəsinə göndərər, ancaq Ona pənah gətirmiş bəndələrin bircəsini belə, iblisin əlində qalmasına yol verməz.iMQ 74.2

    Yeşaya. peyğəmbər göstərir ki, Allahın məhkəməsindən yaxa qurtaracaqlarını güman edən kafirlər çox acınacaqlı dərəcədə səhv edirlər. “Biz ölümlə ittifaq və cəhənnəmlə müqavilə bağlamışıq; hər şeyi puç edən fəlakət gələndə bizə toxunmayacaq, çünki biz yalanı özümüz üçün sığınacaq etmişik və saxtalıqla üstümüzü örtmüşük” (Yeşaya 28:15). Öz günahlarından inadkarlıqla əl çəkməyən və günaha. görə heç bir cəzanın olmamasıilə özünə təsəlli verənlər; insanın nə qədər əxlaqsız olmasına baxmayaraq, onun göylərə götürülüb Allah mələklərinə bənzəyəcəyini zənn edənlər də, yuxarıda qeyd olunan adamlar sırasına daxildirlər. Lakin ölümlə andlaşma. və cəhənnəmlə müqavilə bağlayanlar; qiyamət günü salehlərin müdafiə olunması üçün Allahın təklif etdiyi həqiqətləri rədd edərək, bunların yerinə iblis uydurmalarını qəbul edənlər, bu yolda nə qədər artıq səy göstərsələr - o qədər tam və köləcəsinə spiritizm nəşəsinə uyacaqlar.iMQ 75.1

    İndiki nəslin nadanlığı həqiqətən heyrət doğurur. Minlərlə insan Allahın Sözünü etibarsız sayaraq rədd edir və kor-koranə sadəlöhvlüklə iblisin fırıldaqlarına inanır. Skeptiklər və lağbazlar peyğəmbər və həvarilərin dininə təəssübkeşliklə inananları məzəmmət edir, Müqəddəs Kitabın Məsih barəsində, xilas planı və kafirlərin cəzalandırılması haqqında möhtəşəm həqiqətlərini lağa qoyurlar. Onlar Allahın tələblərinə və Onun qayda-qanunlarına riayət edənləri avam, yazıq və ya divanə hesab edərək, onlara. öz təəssüflərini nümayiş etməkdən usanmırlar. Bu adamlar özlərini elə amiranə aparırlar ki, elə bil həqiqətən ölümlə saziş və cəhənnəmlə müqavilə bağlamış, sanki Allah cəzası ilə özləri arasında keçilməz sədd inşa etmişlər. Heç bir şey onlarda. qorxu hissi oyada bilməz. Onlar bütün varlıqlarıyla hiyləgərə təslim olmuş, onunla sıx birləşmiş və onun ruhunu canlarına. elə hopdurmuşlar ki, artıq onun torlarından azad olmağa onların nə gücü, nə də niyyətləri var.iMQ 75.2

    İblis dünyanı axırıncı dəfə aldatmaq üçün uzun müddətdir son təcrübəsinə hazırlaşır. O, Ədəmdə Həvvanı inandıranda ki, “Yox, ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız” (Yaradılış 3:4,5), artıq öz işinə başlamışdır. O, tədricən, öz məkrli aldatmaiarının zirvəsi olan spiritizmə doğru hərəkət edirdi. O, hələ öz niyyətlərinin hamısını həyata keçirə bilməmişdir, lakin qalan vaxtda buna da nail olacaq. Peyğəmbər deyir: “Və əjdahanın ağzından, canavarın və yalançı peyğəmbərin ağzından çıxan, qurbağalara bənzər üç murdar ruh gördüm, çünki onlar, əlamətlər göstərən cin ruhlarıdır. Onlar dünyanın bütün padşahlarının yanına gedirlər ki, onları Küllİxtiyar Allahın böyük günündə baş verəcək müharibəyə toplasınlar” (Vəhy 16:13,14). Allahın Sözünə inamlarıyla və Onun qüvvəsilə hifz olunanlardan başqa. bütün dünya bu yalana cəlb ediləcək. Bu yalana uyaraq arxayınlaşıb yuxulamış adamlar, pis nəticələnə biləcək təhlükəsizlik hissinə qapılacaqlar və yalnız Allah qəzəbinin tökülməsi onları oyadacaq.iMQ 76.1

    Rəbb deyir: “Və məhkəməni ölçü, həqiqəti tərəzi edəcəm; ya.la.nın sığınacağı dolu ilə məhv ediləcək və pənahgahları su basacaq. Və sizin ölümlə ittifaqınız dağılır, və cəhənnəmlə bağladığınız müqavilə də davam gətirməyəcək. Hər şeyi puç edən fəlakət gəldikdə siz əziləcəksiz” (Yeşaya 28:17,18).iMQ 77.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents