Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    V. Vicdan azadlığı təhlükə aHtındadır

    İndiki dövrdə protestantlar əvvəlki za.ma.na nisbətən, katolik kilsəsinə xeyli artıq rəğbətlə yana-şırlar. Katolik kilsəsinin nüfuzu artmayan və papaçıların möhkəmlənmək xatirinə barışma mövqeyi tutduqları ölkələrdə, protestant kilsələrilə papa. üsuliidarəsini bir-birindən ayıran məsələlərə etinasızlığın dərinləşməsi müşahidə olunur. Belə bir fikir yayılmaqdadır ki, əsas məsələlərdə bizim fikir ayrılığımız əvvəllər təsəvvür edildiyi kimi, elə də böyük deyil və bizim tərəfimizdən azacıq güzəşt edilsə, bu, Roma ilə ümumi dil tapmaga. kömək göstərə bilər. Vaxt var idi protestantlar böyük qurbanlar bahasına əldə etdikləri vicdan azadlığının qədir-qiymətini yüksək tuturdular. Onlar öz uşaqlarında papaçılığa. qarşı ikrah hissi aşılayır və Roma. ilə barışmanı Allaha xəyanət kimi qiymətləndirirdilər. İndi isə tamam başqa. fikirlər səslənir.iMQ 78.1

    Papaçılığın müdafiəçiləri iddia edirlər ki, katolik kilsəsi barəsində deyilənlər böhtandır və protestant aləmi bu fikirlə razılaşmağa. meyl göstərir. Çoxları deyirlər ki, orta. əsrlər avamlığı və qaranlığı zamanı, katolik kilsəsi hökmranlığı dövründə törədilən iyrənc və qəddar hərəkətləri indiki kilsə ilə əlaqələndirmək ədalətsizlikdir. Bu adamlar katolik kilsəsinin ağıla. sığmaz qəddarlıqlarını o dövrün amansız adətlərilə bağlayırlar və ona bəraət qazandıraraq qeyd edirlər ki, müasir mədəniyyətin təsiri çox şeyə kilsənin münasibətini dəyişdirmişdir.iMQ 78.2

    Bu təkəbbürlü hakimiyyətin səkkiz əsr müddətində qüsursuzluq iddiasında. olmasım adamlar nə tez unudurlar? Papaçılar bu iddialarından nəinki imtina. etmək fikrində deyillər, əksinə, XIX əsrdə bunlar əvvəlkindən daha. artıq qətiliklə təsdiq edilmişdir. Əgər Roma. bəyan edirsə ki: “kilsə heç vaxt səhv etməmiş və Müqəddəs Kitaba əsasən, heç vaxt səhv etməyəcək”, o, keçmiş əsrlərdə rəhbər tutduğu prinsiplərdən necə imtina edə bilər?iMQ 79.1

    Papa. hakimiyyəti qüsursuzluq iddiasından heç vaxt imtina etməz. O, keçmişdə onun qərarları ilə razılaşmayanlara. qarşı apardığı bütün təqiblərə bəraət qazandırırsa, yenidən belə bir fürsət onun əlinə düşsə həmin hərəkətləri təkrar etməzmi? Dünyavi hökumətlər qoyduqları məhdudiyyətləri aradan götürsələr və Roma kilsəsinə əvvəlki hüququnu qaytarsalar - əvvəlki qəddarlıq və təqiblər dərhal yenidən başlayacaq.iMQ 79.2

    Tanınmış bir yazıçı, papa. üsuli-idarəçiliyinin vicdan azadlığınamünasibəti və papa siyasətinin baş tutacağı təqdirdə dünya, və xüsusən Birləşmiş Ştatlar üçün yarana biləcək təhlükə barəsində belə deyir: “Çoxları belə düşünür ki, ABŞ-da Roma katolik kilsəsindən ehtiyat edilməsi uşaq sadəlöhvlüyü və ya fanatizm əlamətləridir. Onlar katolik kilsəsinin qanunları və xasiyyətilə bizim azadlıq təsisatlarımız arasında heç bir ziddiyyət müşahidə etmir və bu kilsənin nüfuzunun artmasında heç bir qəbahət görmürlər. Gəlin bizim dovlətin və katolik kilsəsinin təməli prinsiplərini müqayisə edək.iMQ 79.3

    Birləşmiş Ştatların Konstitusiyası vicdan azadlığına təminat verir. Bundah böyük və qiymətli şey yoxdur. Papa IX-cu Piy özünün 1854-cü il, 15 avqust xütbəsində demişdir: “Vicdan azadlığını müdafiə edən ağılsız və yanlış təlimlər, yaxud axmaq nəzəriyyələr kafirliyin ən təhlükəli formasıdır. Dövlət hər şeydən artıq bu vəba. xəstəliyindən qorxmalıdır”. Həmin papa. 1864-cü il, 8 dekabr Xütbəsində “vicdan və din azadlığı tərəfdarlarım”, həmçinin “kilsənin güc tətbiq etməsinin əleyhinə çıxanları” lənətləmişdir”.iMQ 80.1

    ABŞ-dakı Roma kilsəsinin mülayimliyi papaçılığın xasiyyətinin dəyişməsini sübut etmir. Katolik kilsəsi gücsüz olduğu yerdə hövsələliklə davranır. Yepiskop O’Konnor belə deyir: “Biz, katolik kilsəsinə ziyan vermədən, dini azadlıq qanununu əks prinsipə dəyişmək imkanı əldə edənə kimi, səssiz dözürük...” Sent-Lüis şəhərinin arxiyepiskopu isə belə deyir: “Küfr və imansızlıq - cinayətdir; misal üçün, bütün vətəndaşları katolik olan və katolik dini qanunvericiliyin mühüm tərkib hissəsi olan İtaliya və İspaniyada bu, hər bir başqa cinayətkarlıq kimi cəzalandırılır.'..”iMQ 80.2

    Katolik kilsəsinin hər bir kardinalı, arxiyepiskopu, yepiskopu papaya sadiqlik andı içərək belə sözlər də deyir: “Mən, ağamız päpaya və ya onun əvəzçilərinə təslim olmayan kafir və təfriqəçiləri var qüvvəmlə qovub təqib etməyə boyun oluram”.iMQ 80.3

    Əlbəttə, Roma-katolik kilsəsində əsil məsihçilər də var. Bu kilsəyə mənsub minlərlə adam, malik olduqları işığa müvafiq Allaha. xidmət edirlər. Onlara Allah Sözünü sərbəst şəkildə öyrənməyə icazə verilmir, buna. görə də həqiqət onlara bəlli deyildir. Onlar Allaha. səmimiyyətlə xidmət edilməsi ilə adət-ənənələrin adi icrası arasında. fərq görməmişlər. Qəlbi doyurmayan əsilsiz inamda tərbiyə almış bu adamlara Allah ürək yanğısı ilə baxır. O, mütləq onları əhatə edən qalın dumanı işıq şüalarıyla dağıtmağa çalışacaq. O, həqiqəti olduğu kimi - İsada onlara. açacaq və onlardan bir çoxu Allahın xalqına. qoşulacaqdır.iMQ 81.1

    Lakin əvvəllər olduğu kimi, katolik dünyagörüşü bu gün də Məsih İncilinə uyğun gəlmir. Protestant kilsələri bağışlanmaz səhvə yol verirlər, yoxsa onlar zəmanənin əlamətlərini ayırd edə bilərdilər. Katolik kilsəsinin özünə məxsus iş metodları və uzağa gedən planları var. Onun nüfuzunu genişləndirmək və hakimiyyətini möhkəmlətməkdən ötrü bütün imkanlardan istifadə olunur. Protestantizmin nailiyyətlərini yox eləməyi və yenidən təqiblərə başlamağı nəzərdə saxlayaraq, bütün dünya üzərində hökmranlığını bərpa etmək üçün Roma kilsəsi sərt və qəti mübarizəyə hazırlıq aparır. Katolisizm bütün cəbhə boyu irəliləyir. Protestant ölkələrində bu kilsənin böyüməsinə diqqət yetirin. Görün, əsasən protestantların rəhbərlik etdiyi Amerikada onun seminariyaları və kollecləri necə də məşhurlaşır. İngiltərədə dini mərasimlərə göstərilən meylə, burada. katolik dininə keçənlərin sayının artmasına nəzər salın. Vicdan azadlığı təhlükə attındadır. Xoş Xəbərin yüksək prinsiplərinin qeydinə qalan hər bir kəsdə bu, həyacan hissi oyatmalıdır.iMQ 81.2

    Protestantlar papaçılıqla yaxınlaşır və onu müdafiə edirlər; onlar elə razılaşma və güzəştlərə gedirlər ki, buna hətta katoliklərin özləri də təəccüb edir, onların özləri də məəttəl qalır. İnsanlar katolisizmin həqiqi mahiyyətinə və onun hökmranlığa nail olduğu təqdirdə necə təhlükəli ola bilməsinə göz yumurlar. Vətəndaş hüquqlarının və dini azadlığın bu son dərəcə təhlükəli düşməninin qarşısını almaq üçün xalq oyanmalı və müqavimət göstərməlidir.iMQ 82.1

    Protestantların çoxu katolik dinində cəlbedicilik görmür və onun keçirdiyi xidməti isə cansıxıcı və mənasız mərasim hesab edir. Lakin onlar səhvə yol verirlər. Katolisizm yalana əsaslansa da, bu yalanı kobud və cazibəsiz adlandırmaq olmaz. Roma kilsəsinin dini xidməti güclü təsir bağışlayan mərasimlərdən ibarətdir. Onun mərasimlərinin möhtəşəmliyi və dəbdəbəsi insanların hissiyatına dərindən tə’sir göstərərək, onların şüuru və vicdanını uyuşdurur. Təmtəraqlı kilsələr, təntənəli yürüşlər, parıldayan qızılla örtülmüş mehrablar, qiymətli əşyalarla bəzədilmiş məqbərə - sərdabələr, dahi rəssamların rəsm əsərləri və mərmər heykəllər, misilsiz musiqi - bütün bunlar gözəlliyə vurğunluqdan söz açır. Orqanın şirin və sanki sinədən gələn səsləri oxuyanların səslərinə qarışıb kilsənin hündür qübbəsi altında yayılanda heç kim laqeyd qala bilmir, iştirakçıların ürəkləri sitayiş və müqəddəslik hissiylə dolur.iMQ 82.2

    Günahdan əzab çəkən ruhun qayğılarına yalnız istehza olan bu zahiri təmtəraq, parlaqlıq və mərasimlər, əyani şəkildə daxili çürüklüyü göstərir. Məsih dininin bu cür dəbdəbəli dona geyindirilməsinə ehtiyacı yoxdur. Həqiqi məsihçilik elə paklıq və dolğun məhəbbət nümunəsi göstərir ki, heç bir zahiri bərbəzək onun həqiqi ləyaqətilə müqayisə edilə bilməz. Mülayim və sakit ruhun gözəl müqəddəsliyi - Allah gözündə qiymətli olan budur.iMQ 82.3

    Zahiri parıltı hələ heç də pak və yüksək əqidə göstəricisi deyil. İncəsənət biliciliyi.incə və zərif zövq - bütün bunların çox zaman şəhvanilik və əxlaqsızlıqla yanaşı getdiyinin şahidi oluruq. insanlar ruhi tələbata laqeydlik göstərsin deyə, əbədi həyatı, gələcəyi unutsun, yalnız bu dünya üçün yaşayıb özlərinin əbədi Köməkçisindən üz döndərsinlər deyə, iblis bu cür vasitələrə tez-tez əl atır.iMQ 83.1

    Yeniləşməmiş ürək dinin zahiri görkəminə alüdə ola bilərT Katolik kilsəsinin mərasimləri və dəbdəbəliyi, artıq çoxlarını valeh etmiş sehrlİ; məftunedici, gücə malikdir. Katolik kilsəsinin qapısına gələn adamlar, onu əsil göylərin astanası sanırlar. Yalnız həqiqət bünövrəsində möhkəm duranlar və ürəkləri Allah Ruhu ilə yeniləşənlər onun təsirindən uzaqdadırlar. Müqəddəs Kitabı öyrənməyən, Məsihlə şəxsən və əməli surətdə tanış olmayan minlərlə adam zahiri dindarlığın, mövhumatçılığın toruna düşürlər. Məhz elə bu cür din çoxlarmm xoşuna gəlir.iMQ 83.2

    Katolik kilsəsi günahı bağışlamaq iqtidarında olduğunu bəyan edir və bu səbəbdən onun ardıcıllarına elə gəlir ki, onlar istəyəndə günah iş görə bilərlər. Günahların bağışlanması üçün isə, mütləq keşiş qarşısında günahları etiraf etmək tələb olunur. Bunsuz bağışlanma verilmir. Lakin, kimliyindən asılı olmayaraq təbiəti qüsurlu olan insan qarşısında. diz çökmək, ona ürəyinin ən məhrəm niyyətlərini və istəklərini açmaqla, insan öz qəlbinin ülvi arzularını alçaltmış olur. Təbiəti günahlı, torpaqdan yoğurulmuş və səhvlərdən sığortalanmamış bəndə olan, çox hallarda sərxoşluğa və əxlaqsızlığa meylli keşiş qarşısında öz günahlarını etiraf etməklə, insan özünə qarşı tələbkarlığı azaldır və əksinə, onun qəlbi daha artıq ləkələnir. Onun təsəvvüründə Allah günahlı bəşər övladı ilə eyniləşdirilir, çünki keşiş Allah təmsilçisi rolunda çıxış edir. Bir insanın o biri insan qarşısında bu aJçaldıcı tərzdə günahlarını etiraf etməsi, dünyanı parçalayan, onun tam məhvini sürətləndirən şər qüvvənin xeyli hissəsinin axdığı elə həmin o sirli mənbədir. Əlbəttə, pozğunluğa könlü olanlara öz günahlarını Allah qarşısında deyil, bəşər övladı qarşısında etiraf etmək daha asan, daha münasib və xoşdur. insan qəlbinin xüsusiyyəti belədir ki, ona günahdan əl çəkməkdənsə, dini cəza almaq daha asandır. Ona, öz nəfsani və cismani istəklərini çarmıxa çəkməkdən, ctr-.cındıra bürünüb özünü zəncirlə döymək, özünə fiziki ağrı vermək daha asandır. Cismani ürək, Məsihin mənəvi yükünü boynuna alıb əyilməkdənsə, ağrının ağır yükünü daşımağı üstün tutur.iMQ 83.3

    Katolik kilsəsilə İsanın yerdə olduğu dövrdəki yəhudi kilsəsi arasında qəribə bir oxşarlıq var. Yəhudilər Allah qanununun hər bəndini üstü örtülü şəkildə pozduqları halda, zahirən hər bir göstərişi canfəşanlıqla qoruyur, onu əlavə konkret qayda və adətlərlə ağirlaşdırıb qanunun saxlanmasını cansıxıcı əziyyətə döndərirdilər. Və qanuna. öz hörmətindən danışan yəhudilər kimi, katoliklər də çarmıx qarşısında. dərin ehtiram duyduqlarını söyləyirlər. Onlar Məsihin iztirablarının rəmzini bayraq etməklə eyni zamanda, onun üzərində həyatını qurban vermiş O Kəsdən öz həyatlarında. imtina edirlər.iMQ 84.1

    Papaçılar öz kilsələrində, səcdəgahları və libaslarında. xaç təsvir edirlər. Hər yerdə xaç nişanı görmək olar. Hər yerdə xaç zahirən ehtiram və hörmətdədir. Lakin Məsih dini saysız-hesabsız ənənələr, yanlış yozumlar və sərt rəsmiyyətçilik qalağı altında bastırılıbdır. Xilaskarın yəhudi mövhumatçılarına ünvanladığı sözləri, roma-katolik kilsə rəhbərlərinə daha artıq aid etmək olar: “Onlar ağır və daşınması raha.t olmayan yüklər bağlayıb insanların belinə qoyarlar, özləri isə bu yükləri daşımaq üçün barmaqlarım belə qımıldatmaq istəməzlər” (Matta 23:4). Kilsə rəhbərlərinin çoxu eyş-işrət və israfçılıqda gün keçirdikləri halda, sadə adamlar daima Allah qəzəbi qorxusu altında saxlamlır.iMQ 85.1

    Təsvirlərə, nişanlara, pirlərə və təbərrüklərə səcdə etmək, müqəddəsləşdirilmiş şəxslərdən havadarlıq diləmək, papanı göylərə qaldırmaq - bütün bunlar xalqı Tanrıdan və Onun Oğlundan yayındıran iblis hiylələridir.iMQ 85.2

    Insanları fəlakət uçurumuna. sarı itələmək üçün o, nə mümkünsə edir ki, adamların nəzərini onları yeganə xilas edə biləcək Kəsdən ayırsın. “Ey bütün yorğunlar və yükləri ağır olanlar yanıma gəlin və Mən sizə rahatlıq verərəm” (Matta 11:28) - deyən O Kəsi nə əvəz edə bilərsə, iblis insanları o tərəfə yönəldir.iMQ 85.3

    İblis həmişə çalışır ki, Allahın xasiyyəti, günahın mahiyyəti və böyük mübarizənin əsil səbəb və nəticələri haqqında yanlış təsəvvür yaratsın. öz məkrli öyrətmələrilə o, insanların Allah qanunu qarşısındakı məsuliyyətini azaltmağa və onları, günah etmək haqlarının olmasına inandırmağa səy göstərir. Eyni zamanda o, Allah haqqında onlarda yanlış təsəvvür yaradır, belə ki, insanlar Onu sevmək əvəzinə, Ondan çəkinməyə və uzaqlaşmağa başlayırlar. iblis öz qəddarlığını Yaradanın adına yazır. Bu, kilsənin çox təlimlərinə sirayət edir və xidmət mərasimlərində öz əksini tapır. Beləliklə, insanlar həqiqəti yalandan ayırd edə bilmirlər və Allahla düşmənçilik edən iblis, onları öz müttəfiqlərinə döndərir. Allahın xasiyyətinin eybəcər tərzdə təsəvvür edilməsi, bütpərəstlərdə belə inam yaratmışdır ki, Allahın rəğbətini qazanmaq üçün ona insan qurbanı vermək lazımdır. Bu səbəbdən, bütpərəstlikdə dini görkəm altında ən xəbis qəddarlıqlar törədilirdi.iMQ 85.4

    Bütpərəstlik və xristianlığı özündə birləşdirən Romakatolik kilsəsi, bütpərəstlər sayağı Allahın xasiyyətini təhrif edir, onlara xas olan barışmazlıq və qəddarlıq göstərir. Papaların hökmranlığı dövründə kilsə öz dini nöqteyi-nəzərini işkəncə alətləri vasitəsilə qəbul etdirirdi. Onun tələblərinə boyun əyməkdən imtina edənləri diri-diri ocaqda yandırırdılar. Nə qədər insanın həqiqət yolunda həlak olması yalnız axirətdə məlum olacaqdır. Kilsə xadimləri iblis öyrətmələri sayəsində elə işkəncə alətləri icad etmişdilər ki, onlar işkəncə verilən adamı dərhal öldürməyib, onların iztirablarını şiddətləndirirdilər. Bu cəhənnəm əzabı insan dözə bilənə qədər təkrar olunurdu. Sonra. isə onun orqanizmi tab gətirmir və şəhid edilən kəs ölümü, intizarında olduğu qurtuluş kimi qarşılayırdı.iMQ 86.1

    Romanın bütün əleyhdarlarını bu tale gözləyirdi. Kilsə tərəfdarlarının isə başı üzərində, sərt nizamintizam, əldən salan oruclar və hər cür özünə əzab vermələr qamçısının səsi eşidilirdi. Göyün rəğbətini qazanmaq xatirinə, günahdan peşiman olduqlarını və tövbə etdiklərini göstərərək, onlar təbiətin qanunlarına hörmətsizliklərilə Allah qanununu da pozurdular. İnsanı öyrədirdilər ki, o, Allahın sevinc və səadət üçün yaratdığı hər şeydən imtina etsin. öz insani hislərilə, Allahın qəzəbini doğurmamaqdan ötrü, bütün ömür boyu öz təbii meyllərilə əbəs yerə mübarizə edən milyonlarla. insanlar bu dünyadan nakam ölüb getmişlər.iMQ 87.1

    Allah haqqında məlumatları olmayanlar arasında deyil, məsihçiliyin lap mərkəzində, onun bütün hüdudlarında, əsrlərlə özünü göstərən iblisin soyuqqanlı qəddarlığı haqqında təsəvvür əldə etmək üçün, katolisizmin tarixinə bircə nəzər salmaq kifayətdir. Zülmət knyazı müdhiş yalan sistemi vasitəsilə, Allahı gözdən salaraq və bəşəriyyəti bədbəxtlik və əzaba düçar edərək, öz məqsədinə nail olur. Və əgər biz onun necə bacarıqla maskalandığını və kilsə rəhbərləri vasitəsilə fəaliyyət göstərdiyini aşkar etsək, onun Müqəddəs Kitaba olan hədsiz nifrətinin səbəbini daha tez başa düşərik. Bu Kitabı oxuyarkən Allahın məhəbbəti və mərhəməti özünü göstərir; o saat aydın olur ki, O, heç kimin çiyninə həddindən artıq yük qoymur. Onun insandan dilədiyi - yaJnız itaətli olub tövbə etmiş ürək və sakit, fağır ruhdur.iMQ 87.2

    Özlərini əbədi həyata hazırlamaqdan ötrü monastıra getmələrini Məsih heç bir kişi, ya. da. qadına buyurmamışdır. Onun həyatında. biz belə bir şeyə heç yerdə rast gəlmirik. O, heç vaxt insa.nla.ra, ürəklərində oyanan məhəbbət və şəfqətlilik hislərini boğmağı öyrətməmişdir. Xilaskarın ürəyi həmişə məhəbbətlə aşıb-daşırdı. İnsan nə qədər mənəvi kamilliyə yaxınlaşırsa., o, o qədər həssaslaşır, onun günahı duymaq qabiliyyəti artır və əzab çəkənlərə o, daha. çox can yandırır. Papa. iddia. edir ki, o, Məsihin yerdəki sərdarıdır, lakin o, bizim Xilaskarla. müqayisə edilə bilərmi? Məsih, Ona göylər padşahı kimi ehtiram göstərməyənləri zindanlara. atar, yaxud kiməsə əzab verdirərdimi? Onu qəbul etmək istəməyənləri O, ölümə məhkum etmişdirmi? Bir vaxt Sa.ma.riya. kəndinin camaatı Ona. etinasızlıq göstərdikdə həvari Yəhya bərk acıqlanıb deyir: “Ya Rəbb! İstəyirsənmi ilyas etdiyi kimi, biz də əmr edək göydən atəş tökülsün onları məhv etsin?” Lakin İsa. peyğəmbər Öz şagirdlərinə ürək ağrısıyla. baxıb, onların amansızlığına işarə edərək dedi: “Zira, İnsan Oğlu insanların canını məhv etməyə deyil, qurtarmağa. gəlmişdir” (Luka. 9:54,56). Necə də Məsih Öz saxta. sərdarına oxşamır!iMQ 87.3

    B'u gün Roma kilsəsi, üzündə təbəssüm ifadə edərək, keçmiş dəhşətlərini unutdurmağa çalışır. Lakin o, məsihçi libası geyinsə də, onun mahiyyəti olduğu kimi qalmaqdadır. Papalığın keçmişdə işlətdiyi bütün prinsipləri indi də mövcuddur. Orta. əsrlərin ən qaranlıq dövrlərində yaradılmış nəzəriyyələr bu gün də yaşamaqdadır. Qoy heç kəs aldanmasın. Protestantlar əl uzatmağa hazır olduqları papalıq, Allah mücahidləri öz həyatlarını təhlükə altında. qoyaraq, onun qanunsuzluqlarını ifşa etmək üçün ayağa. qalxdıqları Reformasiya. dövründə necə idisə, eləcə də var. O, əvvəlki təkəbbürlüyünü, onu hər bir dövlət və şahlıq hakimiyyətindən yüksəyə qaldıran və Allahın səlahiyyətlərini mənimsəməyə sövq edən lovğalıq və cahangirlik iddialarını özündə saxlamaqdadır. Bu kilsədə bu gün hakim olan ruh, qəddarlıq və zalımlıqla insan hüquqlarını tapdalayan və Rəhmanın saleh bəndələrini öldürtdürən ruhdan heç nə ilə fərqlənmir.iMQ 88.1

    Müqəddəs Kitabdakı vəhylərdə göstərilən son günlərin dönüklüyü - məhz papalığı nəzərdə tutur. Papalığın siyasəti olduqca çevikdir, onun məqsədlərinin həyata. keçirilməsinə xeyir edən hər cür görkəm ala bilir, lakin buqələmun özünü necə boyasa. da onun daxili ilan zəhəriilə doludur. Papaçılar deyir: “dini prinsiplər kafirlərə və küfrə meylliyi təxmin olunan şəxslərə aid edilməməlidir”. Tarixi min illərlə salehlərin qanıyla yazılan bu hakimiyyəti Məsih kilsəsi hesab etmək olarmı?iMQ 89.1

    Protestant ölkələrdə inandırıcı tərzdə göstərməyə çalışırlar ki, indi mövcud olan katolisizm protestantizmdən, keçmişdə olduğu qədər kəskin fərqlənmir. Bəli, doğrudan da dəyişmələr baş vermişdir, lakin papalıqda yox. Katolisizm çox şeydə müasir protestantizmlə uzlaşır, lakin bu ona görədir ki, Reformasiya dövrünə nisbətən bu günkü protestantizmin səviyyəsi çox aşağı düşmüşdür.iMQ 89.2

    Protestant kilsələri bütün fikirlərini dünyavi aləmin rəğbətini qazanmağa yönəltdiklərindən, öz aiicənablıqları gözlərini örtmüşdür. Onlar, nə üçün şərə qarşı güzəştə yol verilməməsi barədə düşünmür və bir qayda olaraq, şər qüvvəni xeyir kimi qəbul edirlər. “Birdəfəlik saJehlərə tapşırılmış dini” qoruyub müdafiə etmək yerinə, onlar Roma qarşısında, vaxtilə yol verilmiş qaba hərəkətlər və barışmazlığa görə, bu gün üzr istəyirlər.iMQ 89.3

    Qeyd edək ki, hətta katolisizmin əleyhinə olanların da, onun gücü və nüfuzu arxasında hansı təhlükələrin gizlənməsi barədə təsəvvürləri çox azdır. Çoxları bunun üstündə dayanırlar ki, katolisizmdə ehkamçılıq və mövhumatçılığın yayılması səbəbilə onun sərtləşməsi, orta əsrlərdə elmi-mədəni və mənəvi zülmətin hömk sürməsilə izah olunmaJıdır. İndi isə onlar deyirlər ki, mədəniyyət və maarifin xeyli inkişaf etməsi, dini məsələlərə liberal münasibət - dini zəmində təqiblərin və dözülməzliyin bərpa olunması qarşısında əsaslı maneədir. Təhsil və maarifin çiçəkləndiyi bizim əsrdə belə bir şeyin mümkün olması fikrinin özü gülməli görünür. Elmin, dinin və mənəviyyatın güclü işığı bizim nəsli işıqlandırmasını heç kəs inkar edə bilməz. Kitab səhifələrindən müqəddəs Allah Sözünün ilahi nuru dünya. üzərinə töküldü. Lakin heç vaxt unutmaq olmaz: işıq nə qədər güclü şölə saçsa, onun şüalarından yayınıb kənarda duranlar üçün qaranlıq qatı zülmətə dönür.iMQ 90.1

    Əgər protestantlar dua edərək Müqəddəs Kitabı dərindən təhlil etsəydilər, papalığın əsil mahiyyətini görər və nə etmək lazım olduğunu başa düşərdilər, lakin çoxları öz müdrikliklərinə elə arxayındırlar ki, Allahı və Onun həqiqətini təvazökarlıqla axtarmağa ehtiyac duymurlar. Onlar öz biliklərilə öyünsələr də, nə Müqəddəs Kitabın, nə Allahın gücünü bilmirlər. Onlar yalnız vicdanlarını sakitləşdirən şeyə can atırlar; mənəviyyata və itaətkarlığa az tələbkar olan təlimlər onlara daha xoş gəlir. Onlar Allahı unutmaq istəyir, lakin üzdə guya Onu yaddan çıxarmadıqlarını göstərirlər. Belələri üçün papaJıq ən münasib dindir. O iki qrup insanları qane edir: öz şəxsi xidmətlərilə xilas almağa ümid edənləri və günahlarından asılı olmayaraq xilas ediləcəklərinə inananları. Papalığın məşhurlaşmasının geniş yayılmasının sirri də elə bundadır.iMQ 90.2

    Deyildiyi kimi, qatı nadanlıq dövrü papalığın müvəffəqiyyətli inkişafına kömək göstərmişdir. Ancaq tezliklə aşkar olacaqdır ki, bizim ziyalı və mədəni zəmanəmiz də eyniylə onunçün uğurlu olacaq. Keçmiş əsrlərdə, Müqəddəs Kitabın oxunması qadağan ediləndə, insanlar həqiqəti bilmədiklərinə görə çarəsiz və kor edilib tora salınırdılar. Bizim zamanəmizdə isə insan nəzəriyyələri, “saxta. elm”-lər çoxlarının gözünü qamaşdırdığından, onlar qurulmuş torları görmür və asanlıqla. dolaşıb onlara düşürlər. insan öz dərk etmə qabiliyyətinin ona Allah tərəfindən bəxş olunduğunu anlamalı və əqlinin gücünü salehlik və həqiqət axtarışına sərf etməlidir, lakin lovğalıq və təkəbbürlük nəticəsində öz nəzəriyyələrini Allah Sözündən üstün tuturlarsa, bu cür tərəqqi nadanlıqdan daha çox ziyan verər. Beləliklə, orta əsrlərin nadanlığı papalığın inkişafına necə kömək etmişdirsə, eləcə də Müqəddəs Kitaba inamı sarsıdan müasir “saxta. elm”-lər papalığa, onun bütün cazibəli mərasimlərinə yol açılmasına böyük xidmət göstərəcəklər.iMQ 91.1

    Birləşmiş Ştatlarda protestantlar katoliklərin yolunu davam etdirərək, dövlətin dini təşkilatlara kömək göstərməsini təmin etmək istəyirlər. Bundan da betər, onlar papalığa, onun Qədim zamanlarda itirdiyi hökmranlığının protestant Amerikasında bərpa etməsi üçün zəmin yaradırlar. Bu hərəkatın gizli məqsədi onu daha təhlükəli edir. Bu məqsəd: Roma tərəfindən yaradılan və katolik kilsəsi öz hakimiyyətinin rəmzi hesab etdiyi bazar gününün mütləq şəkildə qeyd edilməsidir. Papalıq ruhu - dünyavi adətlərlə barışma ruhudur, insan rəvayətlərinin Allah nəsihətlərindən üstün tutulmasıdır. Bu ruh protestant kilsələrinə də soxularaq onları da, əvvəl papalar etdiyi kimi, bazar gününə sitayiş etməyə, bu günü xüsusi hörmətə mindirməyə sövq edir.iMQ 91.2

    Əgər oxucu qarşıdakı mübarizəyə hansı qüvvələrin cəlb olunacağını bilmək istəyirsə, həmin məqsədə nail olmaq üçün Romanın keçmiş əsrlərdə istifadə etdiyi vasitələrə diqqət yetirməlidir. Və əgər səni, əziz oxucu, katoliklərin protestantlarla birləşib onların ehkamlarını rədd edənlər əleyhinə necə çıxacaqları maraqlandırırsa, onda Romanın şənbəyə və bu günün müdafiəçilərinə olan münasibətinə nəzər sal.iMQ 92.1

    Bütpərəstlərin bayram günü olan bazar günü pilləpillə, kral göstərişləri, ümumdünya kilsə şurasının qərarları və dövlət hakimiyyəti tərəfindən dəstəklənən kilsənin qoyduğu qaydalar vasitəsilə, məsihçi aləmində hörmətə mindirilmişdir. Bazar gününün mütləq şəkildə bayram günü hesab edilməsini rəsmi təsdiq edən ilk hüquqi akt Konstantinin 321-ci ildə qəbul etdiyi qərar idi. Bu qərar tələb edirdi ki, bütün sakinlər bu “çox hörmətli günəş günü” istirahət etsinlər. Düzdür, əkinçilərə tarla işlərilə məşğul olmağa icazə verilirdi. Bu bayram bütpərəstlikdən gəlsə də o, rəsmi olaraq xristianlığı qəbul etmiş imperator tərəfindən təsdiq edilmişdir.iMQ 92.2

    Lakin Allah qanununu ləğv etmək üçün imperator qərarı kifayət etmədi. Tezliklə Konstantinin dostu və sağ əli olan və knyazların rəğbətini qazanmaq istəyən yepiskop Yevseviy isbat etməyə başladı ki, şənbəni bazar gününə Məsih Özü keçirib. Lakin bu müddəa Müqəddəs Kitabın heç bir mətni ilə əsaslandırılmamışdır. Yevseviy özü dediklərinin doğru olmadığmı etiraf etməyə məcbur olmuş və bu dəyişmənin əsil müəlliflərinin kimlər olduğunu göstərmişdir. “Şənbə günü edilməsi lazım olanları - deyir o, - biz Rəbbin gününə keçiririk”. Ancaq bazar gününün bayram edilməsinin heç bir əsası olmasa. da, buna baxmayaraq insanlar şənbəni ayaqları altına aldılar. Və dünyavi aləmin rəğbətini qazanmaq istəyənlərin hamısı bu göstərişə tabe oldular.iMQ 92.3

    Papaların hakimiyyəti möhkəmlənib gücləndikcə bazar gününün əhəmiyyəti də artırdı. Bir neçə müddət əkin-biçinlə məşğul olan camaat kilsələrə gəlmirdi, lakin müqəddəs yeddinci gün kimi şənbə saxlanılırdı. Ancaq tədricən vəziyyət kökündən dəyişirdi. Papa dəftərxanası işçilərinə, bazar günləri hər hansı mülki məcəlləyə aid məsələlərə baxıb qərar çıxarmaları qadağan olunurdu. Az sonra, bu gün hər hansı işdə işləməyi qadağan edən qərar çıxır və bu qərara riayət etməyən azad vətəndaşlar cərimə olunur, qullar isə qamçıyla döyülürdülər. Bir qədər sonra qərar çıxır ki, bazar günü işləməyə görə varlı adamların əmlakınm yarısı müsadirə ediləcək və inadkarlıq göstərib bu qərara tabe olmaqdan boyun qaçıranlar isə qul bazarında satılacaqlar. Sadə adamlar isə ömürlük dustaqlığa məhkum edilirdilər.iMQ 93.1

    Əmrin təsir gücünü artırmaq üçün, hökm verənlər hətta möcüzələri də işə salmışlar. Bu rəvayətlərin birində söylənilir ki, bazar günü öz torpağını şumlamağa hazırlaşan bir əkinçi, dəmir parçasıyla kotanı torpaqdan təmizləmək istəyir. Bu dəmir parçası onun əlinə batır və dəhşətli ağrı və eybəcərliyə səbəb olan bu dəmiri iki il yaradan çıxarmaq mümkün olmur.iMQ 93.2

    Daha sonra papa. keşişlərə göstəriş verir ki, bazar gününü müqəddəs tutmayanları kilsəyə ibadətə gətirmək üçün təbliğat aparsınlar və bildirsinlər ki, onlar bazar gününü müqəddəs tutmasalar özlərini və yaxınlarını böyük bədbəxtliyə düçar edə bilərlər. Kilsələr şurası bazar günü lehinə belə dəlil sürmüşdür ki,bazar günü işləyənləri ildırım vurur deyə, bu gün şənbə hesab edilməlidir. Sonralar bu izah protestantlar arasında da. çoxlu tərəfdarlar tapmışdır. “Tamamilə aydındır - deyirdilər kilsə rəhbərləri - Rəbb, Onun gününü gözləməyənlərə qəzəblənir”. Sonraşurabütün keşişlər, xidmətçilər, rahiblər, knyazlar, padşahlar və inananları - “Xristia.n dini naminə bu günə layiqli ehtiram göstərilməsi üçün səyləri əsirgəməməyə və xoş gələcək xatirinə daha artıq sədaqətlə onun hörmətini saxlamağa” - çağırırdı.iMQ 94.1

    Kilsə şuralarının qərarları da kifayət etmədiyindən, kilsə müraciət edib dünyavi hakimiyyətdən kömək istədi və bunun nəticəsində, xalqın məcburi olaraq, bazar günləri bütün işlərini dayandırması haqqında dövlət qərarı çıxarıldı. Buna riayət etməyənləri sərt cəza tədbirləri gözləyirdi. Roma kilsəsi rəhbərliyinin yığıncağında çıxarılmış qərarlar təntənəli surətdə təsdiq edildi. Bu qərarlar kilsə qanununun tərkib hissəsinə çevrildi və dövlət hakimiyyəti tərəfindən dəstəklənərək bütün məsihçi aləminə sırındırıldı.iMQ 94.2

    Bunlara baxmayaraq, Müqəddəs Kitabda bazar gününün müqəddəsləşdirilməsi lehinə sübutların olmaması bir çox çətinliklər doğururdu. Xalq, Талппт aydın göstərdiyi - “Yeddinci gün - şənbə, Allahındır” tələbini rədd edərək, “Günəş gününü yad et”-məyi buyuran rəhbərlərin səlahiyyətli olmasınaşübhə edirdi. Müqəddəs Kitabda sübutların yoxluğunu nə iləsə əvəz etməyə ehtiyac duyulurdu. Bazar gününü qızğın müdafiə edən bir nəfər, XII əsrin axırlarında. İngiltərə kilsələrini ziyarət edir. Lakin bu ölkənin dindarları onun qarşısına, həqiqəti inkaredilməz şəkildə sübut edən dəlillər yürüdürlər. Və bu adam məqsədinə çatmayıb ölkəni tərk edir. Tezliklə o, yenidən uğur qazanmaq ümidiylə İngiltərəyə qayıdır. O, bu dəfə.guya Rəbbin Özünün yazısı olan perqament parçası gətirir. Bu yazıda, bazar gününü müqəddəs tutmaq əmr edilirdi və buna. riayət etməyənlər şiddətli təhdidlərlə qorxudulurdular. Çirkin saxtakarlıqdan başqa bir şey оkmауаn bu “qiymətli sənəd”, söylənildiyinə görə guya göydən düşmüş və Yerusəlimdə, Qolqotada, müqəddəs Simeon qurbangahında tapılmışdır. Əslində isə bu yalan Romada, papa sarayında dünyaya gəlmişdir. Papa məmurları bütün əsrlərdə, öz kilsələrinin faydası xatirinə saxtakarlıq, fırıldaqçılıq və bu qəbildən olan başqa vasitələrdən istifadə etməkdən çəkinməmişlər. Təqdim olunan perqament sənəddə, saat doqquzdan, yəni şənbə günü nahardan sonra saat üçdən başlayaraq, birinci gün səhər açılanadək işləri dayandırmaq tələb olunurdu. Bu tələbin zəruriliyi bir çox möcüzəli əhvalatların baş verməsilə əsaslandırılırdı. Misal üçün, söylənirdi ki, qadağan olunmuş saatlarda. işləyənlər iflic xəstəliyinə tutulmuşlar. Bir dəyirmançı həmin vaxt işləyərkən, guya un əvəzinə qan töküldüyünü görmüş və bu vaxt, suyun böyük təzyiqlə gəlməsinə baxmayaraq dəyirman çarxları dayanıbmış. Bazar günü çörək bişirmək istəyən bir qadın, çörəyi isti kürədən çıxaranda xəmir bişməyibmiş. Başqası isə əksinə, xəmiri hazır edib qurtaranda, artıq bazar gününün başlandığını görüb işini birinci günə saxlayır. Sabahı gün o, çörəyin öz-özünə bişib hazır olduğunu görür ki, bu da əlbəttə Allah müdaxiləsilə izah edilirdi. Başqa birisi şənbə günü saat 9-dan sonra çörək bişirir və çörəyi qıranda onun içindən qan axdığını körür. Bu cür cəfəng və əyri yollarla bazar gününün tərəfdarları bu günü müqəddəsləşdirməyə çalışırdılar.iMQ 94.3

    İngiltərə və Şotlandiyada. bazar gününə ehtiramın artması bununla bağlıdır ki, qədim şənbənin bir hissəsi də bazar gününə qatılırdı. Lakin, müqəddəs sayılan vaxt isə dəyişirdi. Şotlandiya kralının verdiyi dekretdə deyilirdi: “Müqəddəs vaxt, şənbə günü günorta saat 12-dən başlanır. Bu vaxtdan başlayaraq birinci gün səhər açılana kimi, heç kəsin dünyavi işlərlə məşğul olmağa hüququ yoxdur”.iMQ 96.1

    Bazar gününün müqəddəsliyini sübut etmək üçün bütün səylərinə baxmayaraq, papaçılar özləri şənbənin ilahiliyini və bazarın insanlar tərəfindən “müqəddəs”-ləşdirildiyini açıq etiraf edirdilər. Papa şurası XVI-cı əsrdə demişdir: “Bütün məsihçilər yadda saxlamalıdırlar ki, yeddinci günü əziz tutmağı Allah Özü buyurmuşdur və bu günü yalnız yəhudilər deyil, Ona xidmət edən bütün insanlar hörmətlə qeyd etmişlər; ancaq biz, məsihçilər, onların şənbəsini Rəbb gününə keçirdik...” Allah qanununu ayaqlar altına alanlar öz işlərinin mahiyyətindən xəbərsiz deyildilər. Onlar tam şüurlu olaraq özlərini Allahdan yuxarı qaldırmışlar.iMQ 96.2

    Başqa fikirdə olanlara qarşı Romanın münasibətinə, şənbəni saxlayan valdensləri necə qəddarlıqla təqib etdiyinə nəzər salsaq, heyrətə gələrik. Qanunun dördüncü bəndinə sadiq qaldıqlarına görə başqa əzab çəkənlər də olmuşlar. Həbəşistan kilsəsinin tarixi bu mənada xüsusi maraq kəsb edir. Zülmətə qərq olan orta əsrlərdə Mərkəzi Afrika məsihçiləri nəzərdən yayınmış, yaddan çıxmışlar və uzun əsrlər boyu dini etiqad azadlığı şəraitində yaşamışlar. Lakin nəhayət onlar haqqında Romaya məlumat çatır və bundan az sonra Həbəşistan imperatoru papanı Məsihin sərdarı kimi tanımağa məcbur olur. Bu güzəştin ardınca bir sıra başqa tələblər də irəli sürüldü. Ən ağır cəzalar qorxusu altında şənbə gününün qeyd olunmasını qadağan edən qərar çıxarıldı. Lakin. tezliklə papa əsarəti elə ağır və dözülməz zülmə döndü ki, afrikalılar onu devirmək qərarına gəldilər. Onlar qanlı mübarizəyə qalxıb papaçıları şöz hüdudlarından qovdular və qədim inamlarını bərpa etdilər. Bütün dindarlar yenidən azad nəfəs aldı. Romanın verdiyi acı dərslər isə həmişəlik yaddaşlara həkk olundu. Onların başqa məsihçilər aləmindən uzaqda yerləşdiklərinə sevinməyə əsasları vardı.iMQ 97.1

    Katolik kilsəsi, öz yolundan çıxana qədər şənbəni saxladığı kimi, Afrika İbadətgahları da şənbəni əziz gün kimi saxlayırdılar. Onlar Allah buyuruğuna uyğun olaraq yeddinci günü qeyd edirdilər. Bununla belə, ümumdünya məsihçi kilsəsinin qərarlarını nəzərə alaraq bazar günü də işləmirdilər. Romanın hakimiyyəti möhkəmləndikdə o, Allahın şənbəsini.ayaq altına atdı və onun yerinə öz gününü zorla qəbul etdirdi. Min il diqqətdən yayınan Afrika ibadətgahları isə dönüklük yolunu tutmadılar. Onlar Roma boyunduruğu altına düşüb həqiqi şənbəni saxtasıyla əvəz etməyə məcbur olunmuşlarsa da, tezliklə itirdikləri müstəqilliyi qaytarıb yenidən qanunun dördüncü bəndinə əməl etməyə başlamışlar.iMQ 97.2

    Bu tarixi faktlar, həqiqi şənbəyə və onun müdafiəçilərinə Romanın necə nifrət bəslədiyini nümayiş etdirir. Eyni zamanda, bu günün hörmətini qaldıran vasitələri də göstərir. Allah Sözü bildirir ki, bazar gününü xüsusi səviyyəyə qaldırmaqdan ötrü katoliklər protestantlarla birləşəndə, keçmişin hadisələri yenidən təkrar olacaq. Peyğəmbərlik (Vəhy 13) deyir ki, quzu buynuzlu vəhşi məxluq kimi təsvir olunan qüvvə “bütün yeri və onun sakinlərini” papaya - (o vəhydə “bəbir sayağı vəhşi məxluq”a bənzədilmişdir) - təzim etməyə məcbur edəcək. Quzu buynuzlu vəhşisima həmçinin yer sakinlərinə deyəcək ki, “onlar vəhşi məxluqun surətini düzəltsinlər”, sonra isə hamıya “kiçik və böyüklərə, varli və kasıblara, azad insanlara və qullara” vəhşi məxluqun rəmzini “qəbul etməyi əmr edəcək (Vəhy 13:11-16). Hakimiyyət rəmzi olan quzu buynuzlu vəhşi məxluq - Birləşmiş Ştatlardır, və ABŞ, papa öz hakimiyyətinin nişanı elan etdiyi, bazar gününün mütləq şəkildə qeyd olunması haqqında qərar çıxardıqda, vəhy həyata keçəcək. Lakin papaya ehtiram göstərən yalnız ABŞ olmayacaq. Nə vaxtlarsa Romanın hakimiyyəti altında olan ölkələrdə onun nüfuzu əvvəlki tək sarsılmazdır. Peyğəmbərlik vəhyi onun hakimiyyətinin bərpası haqqında deyir: “Və mən onun başlarından birini gördüm. Bu baş ölümcül halda yaralanmışdı. Amma onun ölümcül yarası sağaldıldı. Bütün yer üzü təəccüblənərək onun ardınca getdi” (Vəhy 13:3). Papalıq 1798-ci ildə ölümcül yaralanmışdır. Lakin sonra peyğəmbər dediyi kimi, “ölümcül yara sağaJdı” və bütün dünya vəhşi məxluqa təəccüb edirdi. Həvari Polad qətiyyətlə göstərir ki, “günah adamı” Məsihin ikinci gəlişinəcən fəaliyyət göstərəcək” (2 Saloniklilərə 2:3-8). Bəşər tarixinin son anına qədər o, insanları yoldan çıxaracaq. Yəhya peyğəmbər də papalığı nəzərdə tutaraq deyir: “Yer üzündə yaşayanların hamısı, dünya yaranandan bəri boğazlanmış Quzunun həyat kitabında adı qeyd olunmamış hər kəs ona səcdə edəcəkdir” (Vəhy 13:8). Həm qədim və həm də indiki zamanda, yalnız roma kilsəsinin nüfuzuna əsaslanan bazar gününün qeyd edilməsi, papalığa təzim və təslim göstəricisi olacaq.iMQ 98.1

    ABŞ-da peyğəmbərlər vəhyini araşdıranlar, XIX-cu əsrin ortalarından bu həqiqəti dünyaya çatdırırlar. HaJhazırda baş verən hadisələr göstərir ki, bu vəhyin həyata keçməsinə az qaJıb. Protestant təlimçiləri bazar gününün qeyd olunmasının Allah nüfuzu ilə təsdiqlənməsini israr edirlər. Onların da, Allah buyuruğunu saxtalaşdırmaqçün cürbəcür möcüzələr qondaran papaçılar kimi, Müqəddəs Kitaba əsaslanan heç bir dəlili yoxdur. Biz yenə eşidəcəyik ki, bazar gününü saxlamayan bütün insanları Allah qəzəbi gözləyir: bu cür təhdidlər artıq eşidilməkdədir. Bazar gününün mütləq şəkildə qeyd olunması uğrunda hərəkat getdikcə vüsət alır.iMQ 99.1

    Roma kilsəsinin fərasət və ustaJığı heyranedicidir. Hadisələrin gedişini qabaqcadan görərək o, səbrlə öz vaxtını gözləyir. O, protestant kilsələrinin, saxta şənbəni qəbul etməklə artıq ona sarı addım atdıqlarını; keçən əsrdə katoliklərin istifadə etdiyi vasitələrlə bazar gününü tədricən başqalarına da qəbul etdirmək istədiyini müşahidə edir. Həqiqət işığından üz döndərənlər, özünün heç vaxt səhv etmədiyini söyləyən bu hakimiyyətin ixtirasına yol açmaq üçün, onun özünün köməyinə üz tutacaqlan Roma kilsəsinin dərhal və hazırlıqla protestantların köməyinə tələsəcəyini bəri başdan söyləmək olar. Axı kilsəyə boyun əyməyənlərlə rəftar etməyi papa məmurlarından yaxşı kim bacarar?iMQ 99.2

    Bütün dünyada çoxsaylı şaxələri; olan roma-katolik kilsəsi, papaya tabe olub onun mənafeyinə xidmət edən nəhəng təşkilatdır. Onun yer kürəsindəki milyonlarla ardıcılları, papaya tabe olmağı özlərinə borc bilir, ona kilsənin başçısı kimi baxmağa vərdiş etmişlər. öz milliyyəti və vətəndaşlığından asılı olmayaraq, onlar kilsəni hər şeydən yüksək tutmalıdırlar. Onlar yaşadıqları ölkəyə sədaqət andı içsələr də, Romaya tabe olmaq haqda verdikləri əhdpeyman onlar üçün hər şeydən artıqdır. Bu and onları kilsənin maraqları ilə uzlaşmayan öhdəçilikdən azad edı'r.iMQ 100.1

    Tarix göstərir ki, Roma kilsəsi bacarıq və inadla başqa xalqların daxill işlərinə qarışrr və öz mövqeyini möhkəmləndirib niyyətlərini, xalqın qanı bahasına olsa belə, həyata keçirməyi bacarırdı. Papa lll-cü İnnokenti 1204-cü ildə kral ll-ci Pyotrdan aşağıdakı qeyri-adi andı qəbul etmişdir: “Mən, Araqoniya kralı Pyotr, həmişə mənim ağam - papa İnnokentinin sözünə baxıb ona sadiq olacam. Mən papaya, onun katolik varislərinə, roma kilsəsinə and içirəm ki, katolik dinini müdafiə, küfrə yol verənləri isə təqib edərək öz kraJlığımı papaya itaətdə saxlayacağam”. Belə and “imperatorları devirmək” və “zalım hökmdarların təbəəsini öz ağalarına verdikləri sədaqət andından azad etmək” iqtidarinda olduğunu hesab edən papanın ürəyincədir.iMQ 100.2

    Onu da unutmayaq ki, Roma özünün sabitliyilə öyünür. Papa Vll-ci Qriqoriy və lll-cü İnnokentinin rəhbər tutduqları prinsiplərə Roma-katolik kilsəsində bu gün də əməl edilir. Və o, hakimiyyətə malik olsaydı, onları keçmişdə olduğu kimi həyata keçirərdi. Protestantlar bazar gününü tə’sis etmək məsələsində, Romadan kömək istəməyi planlaşdıranda nə etdikləri haqda özlərinə hesabat vermirlər. Protestantlar bu məqsədi yerinə yetirməklə məşğul olduqları vaxt, Romaöz əvvəlki hakimiyyətini və itirilmiş hökmranlığını bərpa etməyə səy göstərəcək. ABŞ-da kilsələr dövlət hakimiyyətindən istifadə və ya ona nəzarət edə bilsələr, qanun gücü ilə dini ayinləri qəbul etdirməyə imkan tapsalar, bir sözlə, vicdan azadlığı kilsə və dövlətin nəzarəti altına düşsə.-Roma. bu ölkədə qələbə çalacaq.iMQ 101.1

    Allah Sözü üzərimizə gələn təhlükədən xəbər verir. Və protestant aləmi bu xəbərdarlıqlara fikir verməsə, tezliklə Roma kilsəsinin əsil niyyətlərinin nədən ibarət olduğunu biləcək. Lakin onda artıq gec olacaq. Katolisizmin səlahiyyətləri tədricən, hiss edilmədən artmaqdadır. Onun qanunverici orqanlara, kilsələrə və insanların ürəklərinə təsir göstərməsi hiss olunur. Dəbdəbəli və əzəmətli, gizli labirintlərində keçmişin qanlı tarixi təkrar olunacaq bina inşa edilir. Heç bir şübhə oyatmadan, gözə girmədən katolik kilsəsi öz mövqelərini möhkəmlədir ki, mübarizənin həlledici vaxtı gəlib çatanda son zərbəsini endirsin. Ona lazım olan yeganə şey - əlverişli mövqedir və demək olar ki, o , artıq onu tutmuşdur. Roma-katolik kilsəsinin niyyət və məqsədlərinin nədən ibarət olduğunu biz tezliklə görüb anlayacayıq. Allah Sözünə inananı və Ona tabe olanı isə yalnız təhqir və təqiblər gözləyir.iMQ 101.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents