Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    VI. Qarşıdakı mübarizə

    Göydə başlamış böyük mübarizənin əvvəlindən, iblisin niyyəti Allah qanununu devirmək idi. O, məhz bu səbəbdən Yaradanın əleyhinə qiysm etdi və Göydən qovulduqdsn sonrs yerdə də həmin mübsrizəni devem etdirir. İnsanları şirnikdirib, onları Allahın qanununu pozmağa vadar etmək - onun inadkarlıqla güddüyü məqsəd budur. Buna yetişməkçün isə ya bütün qanunu rədd etməyin, ya onun bəndlərindən birini pozmağın məzmunu son nəticədə eynidir. “Nədə isə bir şeydə” günah edən, bütün qanuna hörmətsizlik göstərir; Öz timsalı və mənfi təsir ilə qanunsuzluğa rəvac verir və “Qanunun bütün müddəalarına qarşı günahkar olur” (Yaqub 2:10).iMQ 103.1

    Allah göstərişlərinə kölgə salmaq istəyərək, iblis Müqəddəs Kitab dərslərini təhrif etmişdir və nəticədə Müqəddəs Yazılara inanan minlərlə adam yanlış fikrə düşmüşdür. Həqiqətlə saxtakarlığın axırıncı qəti döyüşü - insan qanunları ilə Tanrının nəsihətləri, Müqəddəs Kitab imanı ilə əfsanə və rəvayətlər dini arasında qədimdən davam edən mübarizənin son mərhələsidir.iMQ 103.2

    Bu mübarizədə həqiqət və salehlik əleyhinə birləşəcək qüvvələr artıq fəallaşmışlar. Böyük çətinliklərlə - iztirablar və qan bahasına bizə doğru yol tapmış müqəddəs Allah Sözü necə də az qiymətləndirilir! Müqəddəs Kitabı indi hamı oxuya bilir, lakin konkret həyatda çox az adam onu həqiqi mənada rəhbər tutur. Nəinki dünyavi aləmdə, hətta İbadətgahlarda də inamsızlığın yayılması təhlükəli həddə çatmışdır. Çoxları o yerə gəlib çıxmışlar ki, məsihçi dininin dayaq sütunları olan həqiqətləri inkar edirlər. Müqəddəs Ruhla ilhamlandırılan şəxslər tərəfindən bizə çatdırılan, dünyanm yaradılması haqqında əzəmətli səlnamənin əsasları; insanın günaha batması; Allahla barışma; Allah qanununun pozulmazlığı - bunlar hamısı bütövlüklə olmasa. da, əslində məsihçilərin əksəriyyəti tərəfindən qəbul olunmur. Özlərİnin müdrikliyi və cəsarətindən məst olan mİnlərlə insan, Müqəddəs Kitaba sidqi-ürəkdən etibar göstərməyi özlərinə ar bilirlər. Müqəddəs Kitabın tənqid atəşinə tutulması, onun əsas həqiqətlərinin sərbəst şəkildə yozulması, onlar tərəfindən istedad və dərin bilik göstəricisi kimi qiymətləndirilir. Bir çox ruhani alimlər, kilsə xadimləri və bu sahədə müəllimlik edənlər, xalqın beyninə belə bir fikir yeridirlər ki, Allah qanununun saxlanması artıq vacib deyil, onun dövrü keçib və hələ də, heç nəyə baxmayaraq bu qanunlärın pozulmazlığına inananlar isə yalnız istehza və təəssüfə layiqdirlər.iMQ 104.1

    Həqiqəti inkar edərək insanlar onun Banisini də inkar edirlər. Allah qanununu ayaq altına alaraq, onlar Qanunvericinin nüfuzunu da inkar edirlər. Saxta təlim və nəzəriyyələrdən büt yaratmaq, onu daşdan və ya taxtadan düzəltmək qədər asandır. İblis Allahın mahiyyəti haqqında. yanlış təəssürat yaradaraq insanların beyninə Onun barəsində təhrif edilmiş anlayışlar yeridir. Çoxları Tanrını devirib fəlsəfəyə sitayiş edirlər. Öz Sözündə, Məsihdə və yaratdığı işlərində Özünü aşkar edən Diri Allaha çox az adam iman gətirir. Minlərcə insan təbiəti ilahiləşdirir və eyni zamanda Təbiətin Yaradıcısmı inkar edirlər. Bütpərəstlik müxtəlif görkəmlər alsa dä, ömür sürməkdə davam edir və İlyas peyğəmbərin dövründə qədim İsraildə necə geniş yayılmışdısa, eləcə də müasir məsihçi aləmində bu gün mövcuddur. Bir çox öz müdrikliyindən razı olan filosofların, siyasətçilərin, jurnaJistlərin Allahı, ictimaiyyətin ən ali təbəqələrinin; koleclərin, universitetlərin və hətta bəzi ilahiyyət elmi ocaqlarmın tapındıqları Allah, finikiyalıların Günəş aJlahı - Vaaldan çox da yaxşı deyil.iMQ 104.2

    Məsihçi aləmində kök salmış yanlışlıqlar sırasında, Allah qanununa insanın mütləq riayət etməsinin artıq vacib olmamasını iddia edən yeni nəzəriyyə - Göyün nüfuzu əleyhinə ən ədəbsiz, məntiqə açıqdan-açığa zidd olan və ən ağır nəticələr doğura biləcək təlimdir. Hər bir ölkə, onun vətəndaşlarının hörmət göstərməli və əməl etməli olduqlan qanunlara. malikdir; heç bir dövlət qanunsuz yaşaya bilməz, və necə təsəvvür. etmək olar ki, göyü və yeri Yaradanın, yaratdıqlan məxluqları idarə etməsi üçün Öz qanunu olmasın? Fərz edək, görkəmli din xadimlərindən biri kafedradan bəyan etsəydi ki, ölkədə qüvvədə olan və vətəndaşların hüquqlarını qoruyan qanunlar artıq lazım deyil, onlar yalnız xalqın azadlığını məhdudlaşdırır və buna görə onlara əməl olunmamalıdır - necə düşünürsüz, belə adarn kafedrada çoxmu qala bilərdi? Lakin hər hakimiyyətin əsasını təşkil edən Allah göstərişlərinin pozulması, dövlət qanunlarına etinasızlıqdan daha artıq cinayət deyilmi?iMQ 105.1

    Dövlətin, öz qanunlarını ləğv edərək vətəndaşlarını başlı-başına buraxması ehtimalı daha mümkündür, nəinki Kainat Hökmdarının Öz qanunlarını ləğv etməsi. O, günahkarın cəzasını müəyyənləşdirən, günahsıza. isə bəraət almağa kömək edən meyarı dünyadan götürməz. Allah qanununa etinasızlığın nə ilə nəticələnə bilməsi sizə məlumdurmu? Belə təcrübə artıq vardır. Ateizm Fransada bərqərar olduqda, bu ölkə necə qorxulu günlər yaşamışdı. O zaman bütün dünyada bəlli oldu ki, biz Rəbbin hökmdarlığından qaçan zaman ən qəddar tiraniyanın əsarətinə düşürük. Salehliyin meyarı qırağa atılan zaman, qaranlığın knyazına yer üzərindəki ağalığının bərpası üçün yol açılır.iMQ 106.1

    O yerdə ki, İlahi sərəncamlar inkar edilir, günah yolverilməz, salehlik isə - cazibəli görünmür. O kəslər surətdə yanaşmağı öyrədir, qiyam ruhu səpir, əvvəlaxır tufan onların öz başları üzərində qopacaq. Allahın qanunlarına riayət etmədiyiniz zaman görəcəksiniz ki, insan qanunları da. çox tezliklə unudulacaq. AllahTəala mənəviyyatsızlığı, yalanı və paxıllığı pisləyir deyə, insanlar Onun qoyduğu qayda-qanunu kənara. atmağa hazırdırlar, çünki bu, onların bu dünyada vardövlət əldə etmələrinə əngəl törədir. Lakin mənəvi normaların kənar edilməsi onlar üçün gözlənilməz nəticələr doğurar. Əgər qanun vacib deyilsə, onu pozmaqdan çəkinməyə dəyərmi? Bu zaman xüsusi mülkiyyət təhlükə altına düşür. Adamlar öz qonşularının əmlakını mənimsəyəcək və qoldan daha güclü olan ən varlı olacaq. Belə olsa. həyatın özü qiymətdən düşərdi. Nigah andı artıq ər-arvad sadiqliyinə xidmət etməzdi. Güclü olan istədiyi vaxt başqasının arvadını özünə götürərdi. Qanunun beşinci bəndi də, dördüncü ilə bir yerdə rədd edilərdi. Hər şeydə korlanmış təbiətlərinə göz yumaraq, uşaqlar hətta valideynlərini öldürməkdən belə çəkinməzdilər. Bütün dünya quldur yığnağına. dönər; sülh, əminamanlıq və səadət yer üzündən уоха. çıxardı.iMQ 106.2

    Allahın qanunlarına. riayət olunmasından insanları azad olması təlimi, mənəvi məsuliyyəti artıq zəiflədərək pozğunluğa yol açmışdır. Qanunsuzluq, israfçılıq və əxlaqsızlıq sel kimi çoxalır. İblis çox ailələrdə özünü ev sahibi kimi hiss edir. Hətta özlərini məsihçi adlandıranların da. evlərinin üzərində onun bayrağı dalğalanır. Çünki bu evlərdə bir-birindəh şübhələnmə, ikiüzlülük, yadlaşma, çəkişmə, satqınlıq və zinakarlığa dözümlü münasibət bərqərar olmuşdur. İctimai həyatın bünövrəsini təşkil etməli olan dini prinsiplər və baxışlar sistemi, daxili möhkəmliyini itirmiş və hər an dağılıb-tökülə biləcək vəziyyətə düşmüşlər.iMQ 107.1

    Qatı cinayət üstündə dusta.qxana.ya salınan cinayətkarlara. çox vaxt layiq olmadıqları diqqət göstərilir. Onlara, sanki nə isə bir qəhrəmanlıq etmiş adamlar kimi hədiyyələr göndərilir. Onların həyatına və cinayətlərinə böyük diqqət yetirilir. Mətbuatda iyrənc əxlaqsızlıqlar təfərrüatla təsvir olunur.-bu yolla başqaları da dələduzluq və zorakılığa qoşulurlar. İblis isə öz alçaq niyyətlərinin müvəffəqiyyətlə həyata keçməsindən məmnun olur. Dərinləşən əxlaqsızlıq, hər cür azğmlıq və qanunsuzluq axınının qarşısının alınması məsələsi, Allahdan qorxan hər bir adamı düşündürməlidir.iMQ 107.2

    Hakimlər rüşvətxordurlar. Hakimiyyətdə olan adamlar var-dövlət və eyş-işrət hərisidirlər. Nəfsanilik çoxlarının gözünü örtərək, onları iblisin nökərlərinə döndərib. Ədalət keşiyində durmalı olanlar, rüşvətxor və mənəviyyatsız olublar. Sərxoşluq, özbaşınalıq, paxıllıq, alçaqlıq - “qanunlar keşiyində” durmağa qoyulmuşlar arasında bütün bu naqisliklər yaşamaqdadır. “Və doğruluq uzaqlaşdı, çünki həqiqət meydanda büdrədi və vicdan daxil ola bilmir” (Yeşaya. 59:14).iMQ 108.1

    Papalıq hökmranlığı dövründə vüsət almış vicdansızlıq və dini nadanlıq, Müqəddəs Yazıların saxlanması və oxunmasının qadağan edilməsinin labüd nəticəsiydi. Lakin tam dini azadlıq və Xoş Xəbər ilə işıqlanan bizim dövrümüzdə, Allah qanunlarının inkar edilməsi və acınacaqlı nəticələr verən allahsızlığın geniş yayılması nə ilə izah olunmaJıdır? Bu gün iblis Müqəddəs Yazıları dünyanın əlindən almağa qadir deyil, buna görə o, öz köhnə məqsədlərinə çatmaq üçün başqa üsullara. əl atır. Müqəddəs Kitaba inamın sarsılması, Müqəddəs Kitabın özünün məhvi deməkdir ki, bu da. iblisin istəyinə uyğundur. Allah qanununun vacib olmaması fikrini yayıb tətbiq edərək, o, insanları elə asanlıqla bu qanunları pozmağa. sövq edir ki, sanki onların Allahın qanunlardan heç xəbərləri belə yoxdur. Əvvəllər olduğu kimi, iblis indi də öz niyyətlərini kilsə vasitəsilə həyata keçirməkdə davam edir. Müasir dini təşkilatlar, Müqəddəs Kitabda bu qədər aydın göstərilən, lakin əksəriyyətinin ürəyincə olmayan həqiqətləri belə dinləmək istəmirlər. Bu həqiqətlərlə mübarizədə onların müxtəlif yozumları peyda olur və beləliklə, şübhə toxumu səpilir. Ruhun ölməzliyi və ölümdən sonra insanın ruhunun şüurlu halda var olması haqqında papalıq təlimini qəbul edərək, insanlar spiritizm ovsunu qarşısında müdafiəsiz qalırlar. Əbədi əzablar təlimi Müqəddəs Kitabı çoxlarının gözündən salmışdır. Qanunun dördüncü bəndi izah ediləndə və insanlar ona əməl olunmasının vacibliyini dərk etməyə başlayanda, məşhur müəllimlər, xoşları gəlməyən bu qanundan insanları ayırmaq üçün deyirlər ki, qanun ümumiyyətlə lazım deyil. Bu yolla onlar həm qanunu və həm də şənbəni kənara atırlar. Şənbə gününün bərpası uğrunda hərəkat genişləndikcə, qanunun bütövlüklə rədd edilməsi kütləvi şəkil alacaq. Dini müəllimlərin öyrətmələri Müqəddəs Allah qanununa sayğısız münasibət yaratmış, allahsızlığa və spiritizmə qapı açmışdır. Məsihçi aləmində mövcud olan qanunsuzluğun məsuliyyəti bütün ağırlığı ilə bu adamların üzərinə düşür.iMQ 108.2

    Bununla belə, bu adamlar bəyan edirlər ki, pozğunluğun belə sür’ətlə yayılmasının səbəbi məhz elə budur ki, “məsihçi şənbəsi” deyilən şənbə murdarlanıb və hamının mütləq şəkildə bazar gününü saxlaması, cəmiyyətdəki abı-havanı xeyli yaxşılaşdıra bilərdi. Başqa ölkələrə nisbətən şənbə haqqında daha artıq məlumatı olan Amerikada bu tələblər xüsusi inadkarlıqla. səslənir. Burada nəfsanilik əleyhinə mübarizəyə səsləyən çağırışlar, - bu doğrudan da mənəvi yeniləşmənin vacib göstəricilərindəndir - bir qayda olaraq bazar gününün təbliğ edilməsilə müşaiyət olunur. Bu günü müdəfiə edənlər, cəmiyyətin ən ali mənafeyi uğrunda mübarizə apardıqlarını zənn edirlər. Onlara qoşulmayanları isə tənqid atəşinə tutub pisləyirlər. Lakin yanlış əqidənin təbliğ edilməsinin, doğrudan faydalı işlərlə birgə apanlması, heç də yanlış əqidənin xeyrinə olan dəlil deyildir. Zəhəri yeməyə qataraq biz onu gizli edə bilərik, lakin bu onun öldürücü keyfiyyətini itirə bilməz. Əksinə o, daha təhlükəli olur, çünki yararlı görünən azüqə heç bir şübhə oyatmır. İblisin bicliklərindən biri də elə bundan ibarətdir ki, yalana bir qədər həqiqət qatıb qarışdırmaqla onu doğruya oxşar etsin. Bazar gününü saxlamaq tərəfdarları Müqəddəs Kitaba uyğun olan, xalqın ehtiyaclarına cavab verən islahatların müdafiəsinə yönəlmiş çıxışlar edə bilərlər. Lakin, eyni zamanda Allah qanununa. zidd tələblər irəli sürdüklərindən, Allahın xalqı onlarla birləşə bilməz. Allahın qanunlarını insan göstərişlərilə əvəz edənlərə heç nə bəraət qazandıra. bilməz.iMQ 109.1

    İki böyük yanlışlıq - ruhun ölməzliyi və bazar gününün müqəddəsliyi, - insanları iblisin ixtiyarına verir. Bunlardan birincisi spiritizmə zəmin yaradırsa, ikincisi protestantları Roma. ilə yaxınlaşdırır. Birləşmiş Ştatların protestantları birinci olaraq uçurum üzərindən spiritizmə əl uzadacaqlar; sonra onlar, Roma. hakimiyyətinə əl vermək üçün ikinci dərin uçurumdan adlayacaqlar; və bu üçlüyün ittifaqı bizim ölkəni Roma yolu ilə -vicdan azadlığının boğulmasına. doğru aparacaqdır.iMQ 110.1

    Müasir spiritizmin daha məharətlə özünü məsihçiliyə bənzətməsi, onun hiyləgərliyinin təsirini artırmışdır. İblis özü ımüasir qayda və adətlərə uyğunlaşır; o, işıq mələyi görkəmi alır. Spiritizm vasitəsilə möcüzələr göstəriləcək, xəstələr sağaldılacaq və bir çox başqa danılmaz fövqəltəbii hadisələr baş verəcək. Və ruhlar, Müqəddəs Kitaba olan inamlarından və kilsə təsisatlarına hörmət bəslədiklərindən danışdıqlarına görə, Allah gücünün təzahürü kimi qəbul ediləcəklər. “Məsihçi” adlananlan aJlahsızlardan ayıran xətt çox az gözə çarpır. Kilsə üzvləri dünyanın sevdiyi şeyləri sevir və onunla birləşməyə hazırdırlar. İblis onları bir yerə toplayır ki, bu yolla hamını spiritizmə cəlb etsin. Möcüzələri kilsənin həqiqilik əlamətləri hesab edən katoliklər bu möcüzələrə aldana.ca.qlar; həqiqət sipərini kənara atmış protestantlar da yalana uyacaqlar. Katoliklər, protestantlar, dünyavi insanlar - hamısı cansız dindarlığın əsiri olacaqlar. Eyni zamanda, onlar bu qüvvələrin birliyini, . - dünyanm haqq yoluna qaytarılmasına xidmət edən və çoxdan gözlənən, “minillik Rəbb padşahlığım” yaxınlaşdıran qüvvə kimi qiymətləndirəcəklər. iMQ 111.1

    Spiritizm vasitəsilə iblis özünü insanların xeyirxahı kimi göstərir. İnsanların xəstəliklərini müalicə edərək o, dünyaya sanki yeni, daha. üstün dini anlayış təklif edir, lakin elə bu vaxt o, öz dağıdıcı fəaliyyətindədir. Onun şirnikdirmələri minlərlə insanı məhvə aparır. Nəfsanilik insanları başdan eləyir ki, bu da. öz növbəsində azğınlığa, qan tökülməsinə və sair dəhşətlərə səbəb olur. İblis müharibədən xüsusi həzz alır, çünki bu, insan ürəyində ən alçaq hislər oyadır, sonra isə günah və qanla murdarlanmış xilqətini əbədi ölüm zülmətinə süpürüb atır. Onun məqsədi budur ki, xalqları birbirinin üstünə qaldırsın, çünki bu minvalla o, insanlann diqqətini Məsihin gəlişinə hazırlanmaqdan yayındıra. bilər.iMQ 111.2

    Daha çox adam məhv etmək üçün iblis təbiət qüvvələrindən də istifadə edir. O, təbiətin sirlərinə yiyələnib, var qüvvəsilə çalışır ki, Allah icazə verdiyi dərəcədə, təbii ünsürləri özünə tabe etsin. Ona Eyyubu sınağa çəkməyə icazə verildikdə sürülər, evlər, nökərlər və uşaqlar necə qeyri-adi sürətlə yoxa çıxırdı. Bədbəxtlik bədbəxtliyin ardınca gəlirdi. Öz yaratdığı bəndəni insan qənimindən yalnız Allah Özü qoruyur. Lakin məsihçi aləmi Tanrının qanunlarından təkəbbürlə üz döndərdi və Allah verdiyi xəbərdarlıqları həyata keçirəcək: O, yeri Öz lütfündən məhrum edəcək, Onun qanunu və təlimi əleyhinə qalxan və başqalarını da bu yola sövq edənləri o, artıq müdafiə etməyəcək. Allah müdafiə edib saxlamadığı adamların hamısı isə iblisin ixtiyarına keçirlər. Bəzilərinə iblis öz rəğbətini göstərir və öz maraqları çərçivəsində onların rifahını təmin edir. Başqalarına xeyli bədbəxtliklər və kədər kətirir və inandırmağa çalışır ki, bu iztirabların səbəbkarı guya Allah-Təaladır.iMQ 112.1

    Özünü insanların bütün xəstəliklərini müalicə edə bilən dahi həkim kimi qələmə verərək o, bədbəxtlik və xəstəliklər gətirəcək. Çoxsaylı əhalisi olan şəhərlər boşalıb xarabazara çevriləcək. O indi artıq bu işlə məşğuldur. Bədbəxt hadisələr, quruda və suda baş verən fəlakətlər, dəhşətli ziyan vuran yanğınlar, qorxunc qasırğa, tufanlar və zəlzələlər - bütün bunlarda onun zalım iradəsi özünü büruzə verir. O, öz zəmisini biçir, aclıq və bədbəxtlik onu müşaiyət edir. O, havanı azarlı buxarlarla yoluxdurur və külli miqdarda insan epidemiyalardan tələf olur. Xəstəliklərin bu cür məhvedici yürüşləri daha təhlükəli və tez-tez olur. Ölüm heyvanları da, insanları da yaxalayır. “Dilə gəlib, məyusdu yer; ümidini itirib, məyusdur kainat; xalqı əhatə edən torpaqlar solub. Yaşayanların ayaqları altındakı yer murdarlanıb; zira onlar qanunlar üstündən addamış, qaydaları dəyişmiş, əbədi əhdi pozmuşlar” (Yeşaya 24:4,5).iMQ 112.2

    O zaman böyük hiyləgər insanları inandırmağa çalışacaq ki, bütün bu müsibətlərin səbəbkarları Allaha xidmət edənlərdir. Allahı qəzəbləndirmiş günahkarlar öz bədbəxtliklərində, Allahın qanunlarına sadiq münasibətlərilə qanun pozucularına həmişə örnək olanları təqsirləndirəcəklər. Bildiriləcəkdir ki, bazar gününə hörmət qoymayanlar Allahı təhqir edirlər; guya ba-ş verən müsibətlərə səbəb bu günahdır və hər yerdə bazar günü bayram günü elan edilməyənə.qədər, bu müsibətlərə son qoyulmayacaq. Deyiləcəkdir ki, dördüncü qanuna əməl edənlər bazar gününü təhqir edir, xalqda çaşqınlıq yaradır və onu Alİah kəramətindən məhrum edirlər. Beləliklə, bir vaxtlar Allah qulu əleyhinə irəli sürülmüş ittiham təkrarolacaq: “Əxav İlyası görəndə öna dedi: “Ey İsralli dərdə salan adam, bu sənsənmi?” O cavab verdi: “İsraili mən yox, sən və atanın evi dərdə saldınız; siz Rəbbin əmrlərindən dönüb, Bəəl bütlərinə xidmət etdiniz“” (1 Padşahlar 18:17,18). Bu cür fitnəkar ittihamlarla qızışdırılan xalqın qəzəbi son həddə çatdıqda, o da yolunu azmış İsrail xalqı İlyasla. necə rəftar etmişdisə, Allah elçilərilə o cür rəftar edəcək.iMQ 113.1

    Spiritizm vasitəsilə üzə çıxan möcüzəvi qüvvədən əsasən Allaha itaət edənlər əleyhinə istifadə olunacaq. Spiritlər iddia edəcəklər ki, onlar, bazar gününü qəbul etməyənlərin yanıldıqlarını onlara başa. salmaq üçün, Allah tərəfindən göndərilmişlər. Onlar təkidlə belə fikir yayacaqlar ki, ölkə qanunlarına da Allah qanunu kimi riayət edilməlidir. Onlar dünyanın korlanmasından giley-güzar etməklə eyni zamanda, bu mənəvi düşgünlüyün səbəbini bazar gününün pozulması ilə izah edən dini rəhbərləri dəstəkləyəcəklər. Bu cür dəlilləri qəbul etməyənlər onları hiddətləndirəcək.iMQ 114.1

    Allahın xalqı ilə bu böyük müharibədə iblis, Göydə qiyama başlayanda tətbiq etdiyi fəndlərdən istifadə edəcək. Əvvəlcə o, bir yandan deyirdi ki, yalnız Allahın hakimiyyətini möhkəmləndirməyə çalışır, digər tərəfdən isə, Onu yıxmaq üçün əl altdan bütün mümkün vasitələrdən istifadə edirdi. Bununla belə, o, Allaha sadiq mələkləri bəd niyyətlərdə təqsirləndirirdi, halbuki bu niyyətləri özü həyata keçirirdi. Bu fəndlər Roma kilsəsinin tarixinə də səciyyəvidir. O, özünü Göyün sərdarı elan edir və eyni zamanda Allahdan yüksəyə qalxmaga və Onun qanununu dəyişdirməyə can atırdı. Romanın hökmranlığı dövründə Xoş Xəbərə sadiq qaldıqlarına görə şəhid edilənlər, xalqa. cinayətkar kimi təqdim olunurdular; onları iblislə əlaqədə olmaqda təqsirləndirirdilər; onları rüsvay etmək, nəinki xalqın, hətta. öz gözlərində belə qatı cinayətkar kimi göstərmək üçün, bütün vasitələrə əl atılırdı. Bizim zəmanəmizdə də bu cür olacaq. Allahın qanununa itaət edənləri məhv etmək istəyən iblis, işləri elə quraşdıracaqdır ki, bu adamlar - Allahı hörmətdən salan, Onun qanunlarını pozan və dünyanı Allah qəzəbinə düçar edən adamlar kimi mühakimə olunsunlar.iMQ 114.2

    Allah heç vaxt insanın iradəsini və vicdanını məcbur etmir, iblis isə əksinə, hiylə və şirnikdirmələrlə ələ ala. bilmədiyi insanları özünə tabe etməkçün, bir qayda. olaraq qəddarlıq Və zorakılığa əl atır. Qorxu və zor gücünə insanın vicdanını əsarətə alaraq o, istəyir ki; onu; hörmət və itaət göstərməyə məcbur etsin. Bu məqsədə nail olmaq üçün o, dini təşkilat və dövlət hakimiyyətinin köməyindən istifadə edir. Onları təhrik edir ki, Allah qanununa. zidd olan, insan göstərişlərinə riayət olunmasını tələb edən qərarlar çıxarsınlar. Müqəddəs Kitab şənbəsini saxlayanlar qanun-qaydä düşmənləri, hərc-mərcfik və əxlaqsızlıq törədiciləri, mənəviyyat pozucuları elan ediləcəklər. Onlar,yerə tökülən Allah qəzəbinin səbəbkarları kimi qələmə veriləcəklər. Onların düzlüyü və sadiqliyi - inadkarlıq, dövlətə qarşı dikbaşlıq adlandırılacaq. Onları ölkədəki iqtidara qarşı narazı olmaqda ittiham edəcəklər. Allah qanununa. əməl olunmasının vacibliyini inkar edən ruhani müəllimlər xitabət kürsüsünə qalxacaq və Dövlət hakimiyyətinin səlahiyyətlərinin guya Allahdan verilməsindən və hər bir insanın ona ta.be olmaq borcundan damşacaqlar. Qanunverici təsisatların yığıncaqlarında., məhkəmələrdə Allah qa.nunla.rina. riayət edənlərə böhtanlar yağdırılacaq və ittiham olunacaqlar. Onların sözləri təhrif ediləcək, niyyət və hərəkətləri ən mənfi mənada. yozulacaqdır.iMQ 115.1

    Protestant kilsələri, aydın sübutlar əsasında Allah qanununun vacibliyini göstərən Müqəddəs Yazıların şəhadətini özləri inkar etdikləri üçün, Müqəddəs Kitabın yozumları ilə həqiqi inamdan döndərə bilmədikləri adamları susduracaqlar. Onlar bunu boyunlarına almaq istəmirlərsə də, məsihçilərin əksəriyyətindən fərqli olaraq, papanın şənbəsini şüurlu surətdə qəbul etməyənləri təqib etmək yoluna qədəm qoyurlar.iMQ 115.2

    Kilsə və dövlət rəhbərləri birləşib - təbliğat, rüşvət və təzyiqlə bütün zümrələri bazar gününü qeyd etməyə məcbur edəcəklər. Allah nüfuzu təsdiqinin çatışmazlığı, zorakılıq tədbirlərilə əvəz olunacaq. Siyasətçilərin əqidəsizliyi, ədalət həvəsini və həqiqətə hörməti sarsıdır; və hətta azadlıq rəmzi olan Amerikada, cəmiyyətin rəğbətini qazanmaq xatirinə qanunvericilər və iqtidar, kütləyə güzəştə gedərək bazar gününün mütləq şəkildə, hamılıqla qeyd olunmasını qanuniləşdirəcəklər. Çox baha qiymətə əldə olunmuş vicdan azadlığı ayaq altına atılacaq. Bu üzümüzə gələn mübarizədə biz peyğəmbərin dediyinin həyata keçdiyini görəcəyik: “Və əjdaha qadına qəzəbləndi və getdi ki, onun nəslindən olan, Allahın əmrlərinə riayət edib İsaya olan şəhadətə bağlı qalan digər insanlarla vuruşsun” (Vəhy 12:17).iMQ 116.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents