Loading...
Larger font
Smaller font
Copy
Print
Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    Məhəbbətin Gücü

    Məhəbbət qüdrətlidir, çünki İlahi köklərə malikdir. “Hirsi yatıran” həlim cavab (Məs. 15:1), “səbirli, xeyirxah” (1 Kor. 13:4), “bir çox günahın üstünü örtən” məhəbbət (1 Pet. 4:8) - bu cür ənamlar bizim həyatımızda izhar olunsaydı, belə şəfaverici qüvvə sayəsində necə dərslər öyrənərdik! Həyat necə dəyişik olardı! Bu qiymətli dərslər o qədər sadədirlər ki, hətta uşaqlar da öyrənə bilərlər.XAS 45.1

    Ümumi nöqteyi-nəzərdən pul hakimiyyətdir, lakin məsihçi nöqteyi-nəzərindən məhəbbət hakimiyyətdir. Bu prinsipdə həm əqli, həm də ruhi qüvvə fəaliyyət göstərir. Saf məhəbbət yaxşılıq etmək qüvvəsinə malikdir və yaxşılıqdan başqa heç nə edə bilməz. O, münaqişə və ağrıları aradan qaldırır və həqiqi xoşbəxtlik bəxş edir. Var-dövlət Çox vaxt insanları korlayır və onları uçuruma aparır; güc ziyan gətirmək iqtidarındadır; lakin həqiqət və yaxşılıq saf məhəbbətin əlamətləridir.XAS 45.2

    Sülh, əməkdaşlıq, məhəbbət və xoşbəxtliyi gündən-günə böyütmək lazımdır. Məhəbbət cücərtisi qayğı tələb edir, əks təqdirdə məhv ola bilər. Hər hansı yaxşı cəhətin ürəyimizdə çiçəklənməsini istəyiriksə, onu qorumalıyıq. Paxıllıq, qısqanclıq, pisniyyətli fikirlər, acıdillik, hövsələsizlik, mənfi fikirlər, eqoizm, acgözlük və şöhrətpərəstlik kimi keyfiyyətləri aradan qaldırmaq lazımdır.XAS 45.3

    Uşaqlar, sadəcə olaraq, uşaqdırlar. Öz uşaqlığınızı unutmayaraq, uşaqlarınızla sərt davranmayın. Unutmayın ki, onlar sadəcə olaraq uşaqdırlar. Onların dərhal kamilləşəcəyinə ümid etməyin, uşaqlarınızı böyüklər kimi davranmağa məcbur etməyin. Valideynlər öz uşaqlıq illərini unutmamalıdırlar, mehribanlıq və məhəbbət yanğısı ilə necə alışırdılar, valideynlər əsəbiləşən zaman onları danlayanda və cəzalandıranda özlərini necə bədbəxt hiss edirdilər. Onlar öz uşaqlıq hisslərini ürəklərində yenidən canlandırmalı və uşaq düşüncəsi səviyyəsinə enməyi bacarmalıdırlar ki, uşaqların təlabatlarını başa düşə bilsinlər.XAS 46.1

    Uşaqların xeyirxah, ruhlandırıcı sözlərə böyük ehtiyacları var. Körpələrin ürəklərinə günəşin şüaları kimi işıq sacacaq və bütün çətinlikləri onlara unutduracaq səmimi, ürəkdən gələn sözləri söyləmək nə qədər sadə bir işdir!XAS 46.2

    Valideynlər, sizə səslənirik! Uşaqlarınızı sevin: onları körpə yaşlarında sevin, onları uşaq yaşlarmda sevin, onları gənc yaşlarında sevin. Onların yanında heç vaxt qaşlarınızı düyünləməyin, əksinə həmişə şən olmağa çalışm.XAS 46.3

    Məhəbbətlə intizam arasındakı tarazlıq. Qələbə çalmaqda uşaqlarınıza kömək edin. Onları məhəbbət ab-havasında böyüdün. Bu yolla siz onların inadını və ərköyünlüyünü aradan qaldıra bilərsiniz. Siz elə şərait yaratmalısınız ki, uşaqlarınız onları sevdiyinizi, onlar üçün çalışdığınızı, onların xoşbəxtliyinin sizin üçün vacib olduğunu, hər bir şeyi onların xeyri üçün etmək istədiyinizi başa düşə bilsinlər. Mümkün saydığınız hər bir şəraitdə onların kiçik arzularını həyata keçirə bilərsiniz.XAS 46.4

    Uşaqlarla ünsiyət zamanı heç vaxt hiddətlənməyin. Qoy sizin avtoritetiniz və yaxınlığınız bir-birilə uyuşsun. Uşaqlarınızdakı bütün yaxşı və xoş cəhətləri qoruyun və dəstəkləyin. Onlara zərər gətirə biləcək şeyləri etməyə etiraz etdiyiniz zaman başa salmağa çalışın ki, onları sevirsiniz və hər şeyi onların xoşbəxtliyi üçün edirsiniz.XAS 46.5

    Uşaq nə qədər az cazibəlidirsə, onun nəvaziş və məhəbbətə bir o qədər çox ehtiyacı var. Uşağınız onun xoşbəxtliyi üçün çalışdığınıza əmin olan zaman, məhəbbət aranızdakı bütün maneələri dəf edəcəkdir. Məsih insanlarla ünsiyyətində bu prinsipə əsaslanırdı: biz də bu prinsipə uyğun hərəkət etməliyik.XAS 47.1

    Bir çox ailələrdə yaxın adamlar bir-birlərinə olan hisslərini heç cür açıqlamırlar. Sentimentallığa ehtiyac yoxdur, lakin hər kəsin kiçik iltifata, ürəkdən gələn sözlərə, qayğıkeş diqqətdə ifadə olunmuş məhəbbət və nəvazişə böyük ehtiyacı var. Ərlə arvad, valideynlərlə uşaqlar, bacılarla qardaşlar arasındakı bağlılıq möhkəm qorunmalıdır. Düşünülməmiş sözlərdən uzaq durun; kiminsə digərini xoşlamadığına, hətta ən kiçik işarə belə vurmayın. Başqaları üçün xoşagələn olmaq, mehriban danışmaq daha yaxşıdır.XAS 47.2

    Səmimi olaraq uşaqlarının qayğısına qalan və onları düzgün tərbiyə edən zaman valideynlərin nümayiş etdirdiyi məhəbbət müəyyən dərəcədə Allahın bizə olan məhəbbətini əks etdirir.XAS 47.3

    Mən uşaqlarıma olan məhəbbətimi necə büruzə verirəm?XAS 47.4

    Dəstəkləmə

    Aşağıda qeyd olunmuş halları nəzərdən keçirin və öz uşaqlarınıza münasibətdə mövqeyinizi aydınlaşdırmağa çalışın.XAS 47.5

    Yaxşı davranışı dəstəkləmək lazımdır, bu yolla onu möhkəmləndiririk. Pis davranışla da bu cür baş verir. Ona görə də onu görməyə çalışmayın, yaxud da yüngülcə düzəliş verin.XAS 47.6

    1. Qardaşı ilə kiçik mübahisəni nəzərə almasaq, oğlunuz bütün gün ərzində özünü yaxşı aparıb.XAS 48.1

    2. Oğlunuz könüllü surətdə çirkli qabları yuyub, lakin yuyucu tozu yerinə qoymağı unudub.XAS 48.2

    3. On yaşlı oğlunuz öz qiymət cədvəlini gətirib: dörd beş, üç dörd, iki üç.XAS 48.3

    4. Oğlunuz mağazadan aldığınız şeyləri daşımaqda sizə kömək edir, lakin bağlamalardan birini əlindən yerə salır.XAS 48.4

    5. Oğlunuz salatdan başqa bütün naharını axıracan yeyib.XAS 48.5

    Bizim ev - zəhmət çəkməyə çağırıldığımız əsas tarladır.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents