İlahi qayğıya cavab verməyən ürək sərtləşir və nəticədə Müqəddəs Ruhu dinləmək qabiliyyətini itirir. Bu zaman hər halda hökm ifadə olunur: “Onu kəs; niyə boş yerə torpaq tutur?” HD 162.2
Allah bu gün də bizi dəvət edir: “Dua sözləri ilə Rəbbə tərəf dönün... Onların dönüklüyünə əlac edəcəyəm, onları ürəkdən sevəcəyəm... Mən İsrailə bir şeh olacağam, o, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq... Adamlar yenə də onun kölgəsi altında oturub, buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacaqlar... Sənin bar verməyin Məndən olacaq” (Huş.14:2-8). HD 162.3