Go to full page →

6-cı fəsil
ŞET VƏ XANOK AP 51

(Bu fəsil Yaradılış Kitabının 4:25-6:2 fəsillərinə əsaslanır)

Adəmə İlahi əhdin və ruhani ilkinliyin vəliəhdi olacaq başqa oğul bəxş edildi. Onu Şet adlandırdılar, bu “təyin edilmiş” və yaxud “əvəz” deməkdir, çünki onun anası demişdi ki, “Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi”. Şet zahiri cəhətdən Qabildən və Habildən daha əzəmətli idi və Adəmə bütün başqa oğullarından daha çox bənzəyirdi. O, öz alicənablığı ilə Habili xatırladırdı. Lakin xeyirxah keyfıyyətləri Qabildə olduğundan heç də çox deyildi. Adəmin yaradılışı haqqında deyilmişdir: “onu İlahi surətində yaratdı”, lakin günaha batdıqdan sonra insan “özünə bənzər, öz surətində” övladlar törətdi. Baxmayaraq ki, Adəm məsum, Allah surətində yaradılmışdı, Qabil kimi Şet də öz valideynlərinin günahkar təbiətini miras almışdı. Lakin o da Bağışlayan haqqında bilirdi və ona da salehlik tövsiyə edilmişdi. Allahın lütfü ilə o, Allaha xidmət edirdi və Onu izzətləndirirdi. Günahkarlara müraciət edərkən, necə ki Qabil də sağ olsa idi edərdi, Şet onlara Allahı unutmamağı və öz Yaradanlarına itaət etməyi öyrədirdi. AP 51.1

“Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbə sitayiş etməyə başladılar”. Əvvəllər imanlılar Allaha səcdə edirdibr, lakin yerdə əhalinin sayı artdıqca iki qrup insanlar arasındakı fərq getdikcə daha nəzərə çarpacaq olurdu. Birincibr Allaha öz sədaqətlərini açıq etiraf edirdilər, başqaları isə nifrətlərini izhar edirdilər və Ona itaət etmirdilər. AP 51.2

Günaha batana qədər bizim əcdadlarımız Edendə müəyyən edilən şənbəyə riayət edirdilər və oradan qovulduqdan sonra da onu müqəddəs tuturdular. İtaətsizliyin acı meyvələrindən dadaraq onlar bildibr ki, Allahın hökmlərinə itaətsizlik edən hər bir kəs gec-tez biləcəkdir ki, İlahi qaydalar müqəddəs və dəyişməzdir, onlan pozmağın cəzası qaçılmazdır. Adəmin Allaha sadiq qalan övladlarının hamısı şənbəyə riayət edirdilər. Lakin Qabil və onun törəmələri Allahın Özünün istirahət etdiyi bu günə riayət etmirdilər. Onlar Allahın əmri ilə hesablaşmayaraq, istarahət və iş günlərini öz istədikləri kimi müəyyən edirdilər. AP 52.1

Allahın lənətlədiyi Qabil öz atasınm evini tərk etdi. O əvvəlcə torpağı becərməklə məşğul oldu və şəhər qurdu, ona öz böyük oğlunun admı verdi. O, Allahdan üz döndərdi, günah üçün lənətlənmiş yerdə sərvət və ləzzət axtarışlarına qapılaraq Edenə qayıtmaq haqqındakı vədi qəlbindən çıxanb atdı və beblikb də, bu əsrin allahına sitayiş edən böyük insan qrupunun başlanğıcını qoydu. Qabilin törəmələri işlərində, yerin nemətlərini əldə etməkdə böyük nailiyyətlər qazandılar, lakin onlar Allaha biganə idibr və Onun insan haqqındakı niyyətlərinə zidd hərəkət edirdilər. Birinci dəfə Qabilin etdiyi qətl cinayətinə onun nəslində beşinci olan Lemek çoxarvadlılığı da əlavə etdi və hiyləgər təkəbbürlə Allahı yalnız ona görə qəbul etdi ki, Qabili izləyənlərdən alınacaq qisasla öz şəxsi təhlükəsizliyi üçün təminat əldə etsin. Habil çadırda yaşayaraq köçəri həyat tərzi keçirirdi və Şetin törəmələri də həmin yol ib gedirdibr, özlərini “yerdə qərib və gəlmə” hesab edirdilər, “daha yaxşısına, yəni Səmaviyə” can atırdılar (İbranilərə 11:13,16). AP 52.2

Bir müddət Qabilin və Şetin törəmələri ayrı yaşadılar. Qabilin törəmələri öz birinci məskənlərindən uzaqlaşaraq, Şetin övladlarının məskən saldıqları düzlərə və çöllərə yayıldılar, sonuncular isə onların yolxucu təsirlərindən qaçmaq istəyərək dağlara getdibr və orada öz çadırlarını qurdular. Beləcə ayrı həyat tərzi keçirərək Şetin törəmələri Allaha xidmətlərini bütün təmizliyi ilə qorudular. Lakin zaman keçdikcə onlar tədricən çölbrin sakinləri ib qanşdılar ki, bu da məhvedici nəticələrə gətirib çıxartdı. “O zaman Allah oğullan gördübr ki, insan qızları çox gözəldirlər və bəyəndikləri hər qızı özlərinə arvad etdilər” (Yaradılış 6:2). Şetin övladları Qabil törəmələri qızlarının gözəlliyinə məftun olub, Rəbbi kədərləndirərək onları özlərinə zövcə götürürdülər. Bir çox Allaha sitayiş edənlər daim onları şirnikləndirən müxtəlif tamahlandırmalarla günaha uydular və öz xüsusi salehliklərini itirdilər. Şərəfsizlərə qanşaraq ruhən və əməlcə onlara bənzədilər; yeddinci hökmün məhdudlaşdırmaları ilə hesablaşmayaraq onlar “kim kimi seçdi, onları özbrinə zövcə etdilər”. Şetin övladları “Qabilin yolu ilə” getdilər (Yəhudall); dünyəvi sərvətlərə və ləzzətlərə can atdılar və Allahı dərk edərək, Onu izzətləndirmədilər, “...lakin düşüncələrində batil oldular; və onların anlayışsız ürəklərinə qaranlıq çökdü”. Buna görə də “Allah onları yanlış fıkrə təslim etdi” (Romalılara 1:21,28). Günah, öldürücü cüzam kimi bütün yeri bürüdü. AP 52.3

Adəm demək olar ki, min il insanların arasında günahın nəticələrinin şahidi kimi yaşadı. O, səmimi-qəlbdən şər axınını saxlamağa çalışırdı. Ona öz törəmələrini Allah həqiqəti ilə tərbiyə etmək əmr edilmişdi və o, Allahın ona açdıqlarını böyük səylə qoruyaraq, gələcək nəsillərə verirdi. Adəm öz övladlarına və övladlarının övladlarına, ta doqquzuncu nəslə qədər, insanın cənnətdəki müqəddəs və xoşbəxt həyatı haqqında danışırdı. O, Rəbbin öz qanununu dəqiq yerinə yetirməyin vacibliyinə inandıraraq, onu düçar etdiyi iztirablar haqqında danışa-danışa öz günaha batmasının tarixini təkrar edirdi. Adəm öz törəmələri qarşısında onların xilasının qayğısına qalan Allahın rəhmdilliyindən danışırdı. Lakin onlardan yalnız az bir qismi onun sözlərinə qulaq asırdılar. Onun törəmələrinə bu qədər kədər gətirən baş vermiş günah üçün o, tez-tez acı iradlar eşitməli olurdu. Adəmin həyatı kədər, itaət və peşmançılıqla dolu idi. Edendən qovulduqdan sonra ölüm haqqındakı fıkir onu dəhşətə gətirirdi. Onun ilkin oğlu Qabil öz qardaşının qatili olanda, adamlar arasında o ilk olaraq ölümün reallığı ilə təmasda oldu. öz günahı üçün güclü vicdan əzabı çəkən və Habilin öldürülməsindən, Qabilin rədd edilməsindən dərindən sarsılan Adəm amansız iztirablar çəkirdi. O görürdü ki, insanların pozğunluğu getdikcə artır və nəhayət dünyanı böyük daşqına gətirib çıxaracaqdır; baxmayaraq ki, Yaradanın onun üçün çıxartdığı ölüm hökmü əvvəlcə çox dəhşətli görünürdü, lakin sonra min il ərzində günahın nəticələrini müşahidə edərək, o başa düşdü ki, iztirablarla və kədərlə dolmuş həyata son qoymaq Allah tərəfındən bir mərhəmət imiş. AP 53.1

Böyük daşqına qədərki dünyanın azğınlığına baxmayaraq, o vaxtlar nadanlıq və ibtidailik dövrü deyildi, amma çox vaxt hesab edirlər ki, məhz belə idi. O vaxtlar da ən yüksək dərəcədə mənəvi və əqli inkişafa çatmaq üçün insanlar parlaq imkanlara malik idilər. Onlar çoxlu fıziki qüvvəyə və qeyri-adi şüura malik idilər. Mənəvi və elmi bilikləri əldə etmək imkanları hədsiz idi. Belə fikirləşmək düzgün olmazdı ki, əgər o dövrün insanları bu qədər uzun ömür yaşayırdılarsa, onda onların əqli yetkinlikləri gec başlayırdı. Onların əqli qabiliyyətləri tez inkişaf edirdi və Allahdan qorxaraq, Onun iradəsi ilə yaşayanlar idrakda və müdriklikdə özlərinin bütün ömürləri boyunca inkişaf edirdilər. Əgər bizim dövrün məşhur alimlərini onların böyük daşqına qədərki dünyadakı həmkarlan ilə qarşı-qarşıya qoymaq mümkün olsa idi, onda bizim müasirlərimiz onlar ilə müqayisədə əqli və fıziki cəhətdən çox-çox aciz görünərdilər. İnsanın ömrünün qısalması ilə onun fıziki qüvvəbri və əqli qabiliyyətləri də azaldı. Elə insanlar vardır ki, iyirmi yaşlarından əlli yaşlarına qədər elm öyrənirbr və dünya onların müvəffəqiyyətlərindən heyrətə gəlir; lakin qabiliyyətləri yüzilliklər boyunca inkişaf edənbrin bilikləri ilə müqayisədə onların bilikləri necə də məhdud görünərdi! AP 54.1

Müasirlərimizin özlərindən əvvəl gələnlərin nailiyyətləri sayəsində üstünlük əldə etmələri doğrudur. Tədqiq edən, kəşf edən və yazan yüksək hikmətli insanlar miraslarını özlərindən sonra gəbnlər üçün qoyublar. Lakin qədim dünyanın insanlarının üstünlükbri müqayisəedilməz dərəcədə böyük idi. Onların arasında yüzillikbr boyunca o adam yaşamışdı ki, Allahın surətində yaradılmışdı, onun haqqında Allahın Özü demişdir ki, “çox gözəldir” və bu dünyanın bütün müdriklikbrini Allah ona tövsiyə etmişdi. Adəm yaradılış tarixini Yaradandan öyrənmişdi; doqquz əsr ərzində baş verən hadisələri o, öz gözbri ib görmüşdü və öz dərk etdikbrini gələcək nəsilbrə vermişdi. Böyük daşqına qədərki insanlar yazıya, deməli, kitaba da malik deyildilər, lakin böyük qabiliyyətlərə, gözəl yaddaşa malik idibr və öz biliklərini səhvsiz olaraq törəməbrinə verirdibr. Yüzilliklər ərzində eyni vaxtda yeddi nəsil yaşayırdı, onlar öz biliklərini və təcrübələrini bölüşdürmək imkanına malik idibr. AP 54.2

O dövrün insanları İlahi bilikləri Allahın tayı-bərabəri olmayan işləri vasitəsi ilə əldə etmək üstünlüyünə malik idilər. O dövr dini qaranlıq dövrü deyil, böyük işıq dövrü idi. Bütün dünya həqiqəti Adəmdən öyrənmək imkanına malik idi, Allah qorxusu ilə yaşayanlar isə, bundan başqa, İsa Məsihdən və Onun məbklərindən də öyrənirdilər. Bir çox yüzilliklər boyunca insanların gözü önündə qalmış Allahın bağı həqiqətə sübut idi. Keruvların qoruduğu Cənnət bağının qapılarından Allahın izzəti görünürdü və ilk imanlılar oraya gəlirdilər. Onlar burada qurbangahlar ucaldır və qurbanlar təqdim edirdilər. Qabil və Habil qurbangətirmə mərasimini burada yerinə yetirirdilər və onlarla ünsiyyət etmək üçün Allah göylərdən buraya enmişdi. AP 55.1

Nə qədər ki Eden hamının gözü önündə idi və onun girişi mələklər tərəfındən qorunurdu, skeptiklər (hər şeyə şübhə ilə yanaşanlar) onun varlığını inkar edə bilmirdilər. Yaradılışın ardıcıllığı, bağ, insan taleyi ilə bu qədər bağlı olan iki ağacın taleyi - bütün bunlar inkaredilməz faktlar idi. Nə qədər ki, Adəm sağ idi, çox az adam Allahın varlığı, Onun ali hakimiyyəti və Onun qanununun tələbləri haqqında mübahisə etməyə cəhd edirdi. AP 55.2

Qanunsuzluqların artmasına baxmayaraq, o dövrdə müqəddəs ərlərin sülaləsi mövcud idi - onlar Allahla ünsiyyətdən mənən zənginləşərək və ilhamlanaraq yerdə elə yaşayırdılar ki, elə bil Səmada idilər. Onlar şüurun qüdrətli gücünə və heyrətamiz biliklərə malik idilər. Onların qarşısında müqəddəs və böyük məqsəd dururdu - özbrində saleh xarakter yaratmaq və nəinki öz müasirlərinə, həm də bütün gələcək nəsillərə möminlik nümunəsi qoymaq. Müqəddəs Yazının səhifələrində onlardan yalnız az qisminin, ən görkəmlilərinin adlan xatırlanır; lakin bütün əsrlər boyunca Allah bu cür sadiq şahidlərə və səmimi ardıcıllara malik olmuşdur. AP 55.3

Xanok haqqında deyilir ki, o, altmış beş il yaşadı və oğlu oldu. Bundan sonra o, üç yüz il Allahla gəzdi. Artıq öz ömrünün ilk çağlarında Xanok Allahı sevirdi, Ondan qorxurdu və Onun Hökmlərinə riayət edirdi. O, həqiqi imanı qoruyan və əhd olunmuş zürriyətin əcdadları olan müqəddəs ərlərin sülabsinə məxsus idi. Xanok günaha batmanın qaranlıq tarixi haqqında, həm də Allahın əhdi haqqındakı xoş müjdəni Adəmin özündən öyrəndi və gələcək Bağışlayana etibar etdi. Lakin ilk övladının doğulması Xanoka dərin həyəcanlar gətirdi; o, Allahla daha six yaxınlaşdı. Bir Allah övladı kimi o, öz vəzifələrini və məsuliyyətini daha dərindən dark etdi. Körpəsinin özünə bağlılığını, onun atasının qüdrətinə sadəlövh inamını müşahidə edərək və özü ilk övladına dərin zəriflik duyaraq, Xanok Öz Oğlunu insanlara verən Allahın onlara möcüzəvi Məhəbbətini dark etdi və Allah övladlarının Səmavi Ataya göstərməli olduqları etiban öyrəndi. Allahın İsa Məsihdə görünən hədsiz və əlçatmaz Məhəbbəti onun fasiləsiz düşüncələrinin mövzusu oldu və o, qəlbinin bütün coşqunluğu ilə həmin Məhəbbəti ətrafdakılara göstərməyə can atırdı. AP 55.4

“Xanok Allahm yolu ilə gedirdi”, ekstaz (uyma) və yaxud xülya halında deyil, öz həyatının bütün gündəlik vəzifələri ilə olurdu. O, tərki-dünya olmadı və insanlardan uzaqlaşmadı, çünki Allah üçün dünyada çalışmalı idi. Həm öz ailəsində və həm də cəmiyyətdə o, Allahın dəyanətli və dönməz qulluqçusu idi. AP 56.1

Onun qəlbi Allahın iradəsinə ahəngdarlıqla səs verirdi, çünki “iki nəfər razılaşıb görüşməsə, birgə yol gedərmi?” (Amos 3:3). Bu müqəddəs ittifaq üç yüz il davam etdi. Çox az məsihçi tapılar ki, öz ölüm saatlarını və Məsihin gəlişinin yaxın vaxtını bilsəydilər, daha ciddi və daha həsr edilmiş olmazdılar. Xanokun imanı isə getdikcə möhkəmlənirdi, məhəbbəti isə hətta yüzilliklər boyunca da güclənirdi. Xanok güclü, qeyri-adi ağıla və geniş dərrakəyə malik idi. O, Allah tərəfındən xüsusi vəhylərə layiq oldu. Lakin Səma ilə öz fasiləsiz ünsiyyətinə və onu heç bir zaman tərk etməyən İlahi əzəmət və kamillik hissinə baxmayaraq o, dünyada ən itaətkar insan idi. O, Allahla nə qədər sıx ünsiyyətdə olurdusa, öz qeyri-kamilliyini və zəifliyini bir o qədər dərindən dark edirdi. AP 56.2

Allahdan dönənlərin artan qanunsuzluqlarından sıxılan və onların imansızlığının onun Allaha olan ehtiramlı münasibətini zəiflədə biləcəyindən ehtiyat edən Xanok insanlarla daimi ünsiyyətdən qaçırdı və düşüncələrə, duaya qapılaraq vaxtının çoxunu tənhalıqda keçirirdi. Yerinə yetirməli olduğu Allah iradəsini daha dərindən dərk etməyə çalışaraq, Xanok beləcə Allaha arxalanırdı. Dua onun üçün həyat nəfəsi idi, o, Səma atmosferində yaşayırdı. AP 56.3

Müqəddəs mələklər vasitəsilə Allah dünyanı böyük daşqınla məhv etmək niyyətini Xanoka bildirdi, həm də bağışlanma planını ona daha tam açdı. Peyğəmbərlik ruhunun köməyi ilə Allah ona böyük daşqından sonrakı bütün gələcək nəsilləri və dövrlərin sonunda Məsihin İkinci gəlişi ilə bağlı olan böyük hadisələri göstərdi. AP 56.4

Xanoku ölülər haqqındakı sual həyəcanlandırdı. Əvvəllər ona elə gəlirdi ki, həm salehlər, həm də şərəfsizlər qəbrə girəcəklər və bununla da hər şey qurtaracaqdır. O dərk edə bilmirdi ki, ölüm xəttindən sonra həyat ola bilər. Ona Məsihin ölümü haqqında peyğəmbərlik bəsirəti (qabaqgörənliyi) verildi, o, Öz xalqını qəbirdən azad etmək üçün gələn Məsihi bütün izzəti ilə, bütün müqəddəs mələklərin saysız-hesabsız ordusunun müşayiətində gördü. O, həmçinin Məsihin İkinci gəlişindən qabaq dünyanın pozğunlaşmış halını gördü, vahid Allahı və Rəbb İsa Məsihi inkar edən, Onun qanununu ayaqları ilə tapdalayan, Onun xilasım rədd edən lovğa, inadcıl, özünə güvənən insanların nəslini gördü. O, şöhrət və şərəf tacı qoyulmuş salehləri gördü, Rəbbin hüzurundan qaçan qanunsuzları isə odda məhv edilən gördü. AP 57.1

Xanok, Allahın ona açdıqlarını insanlara danışa-danışa salehlik vaizi oldu. Allah qorxusu ilə yaşayanlar bu müqəddəs ərlə ünsiyyət axtarırdılar ki, onun tövsiyələrini eşitsinlər və onunla birlikdə dua etsinlər. O, xəbərdarlıq sözlərini qəbul etməyə çalışanların hamısına Allah müjdəsi haqqında geniş xalq kütləsi arasında moizə edirdi. O, yalnız Şetin törəmələrinə moizə etmirdi. Qabilin Rəbdən gizlənmək üçün qaçdığı yerdə Allah peyğəmbəri ona görünən möcüzəli gələcək hadisələr haqqında danışırdı. “Budur, Rəbb onminlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və /aralarındakı/ allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarlann Ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14,15). AP 57.2

O, günahlann qorxmaz ifşaedicisi idi. Məsihdə açılan Allah Məhəbbəti haqqında öz müasirlərinə moizə edərək və günah yolunu tərk etmələri üçün onlara yalvararaq, Xanok artan qanunsuzluğu məzəmmətləyirdi və xəbərdarlıq edirdi ki, şərəfsizləri mühakimə edəcək Allah məhkəməsi ləngiməyəcəkdir. Məsihin Ruhu Xanokun dodaqları ilə danışırdı. Bu ruh yalnız məhəbbət, şəfqət və yalvarış kəlmələrində görünmür; bu, yalnız müqəddəs ərlərin söylədikləri xoş sözlər deyil. Allah Öz mücdəçilərinin dodaqlarına və qəlblərinə ikiağızlı qılınca bənzəyən sarsıdıcı həqiqətlər də qoyur. AP 57.3

Xanoku dinləyənlər bu Allah qulluqçusunda fəaliyyət göstərən İlahi qüvvəni hiss edirdilər. Bəziləri onun xəbərdarlıqlarını qəbul etdibr və öz əvvəlki günahkar həyat tərzlərini tərk etdibr, lakin əksəriyyət qəzəbli xəbərə istehza etdibr və daha böyük inadkarlıqla şər yolu ib getməkdə davam etdibr. Son günlərdə Allah xidmətçiləri buna bənzər xəbəri elan edəcəklər və o zaman da bu xəbəri həmin imansızlıq və istehza ilə rədd edəcəklər. Böyük daşqına qədərki dünya Allahla gəzənin sözbrini və xəbərdarlıqlarını rədd etdi. Beləcə də son nəsil Allah müjdəçilərinin xəbərdarlıqlarına yüngül münasibət göstərəcəkdir. AP 57.4

Yorulmadan moizə edərək, Xanok hər addımı ilə Allahla əlaqəsini möhkəmlədirdi. Onun zəhmətləri nə qədər ağır və təxirəsalınmaz olurdusa, duaları da bir o qədər səmimi və davamlı olurdu. Hərdən o, insanlarla bütün ünsiyyəti kəsirdi. Sonra bir qədər insanların arasında qalıb, sözbri və nümunəsi ilə onlara kömək edərək, doğru yol göstərirdi və tənhalıqda yalnız Allahın verə biləcəyi ilahi həqiqətlərə olan yanğını söndürmək və duymaq üçün yenidən uzaqlaşırdı. Allahla bu cür ünsiyyətdə olaraq Xanok getdikcə Rəbbə daha çox bənzəyirdi. Onun üzü İsanın üzündə parıldayan müqəddəs işıqla nurlanırdı. O, Allahla ünsiyyət etdikdən sonra hətta qanunsuzlar da onun Səmanın möhürü olan üzünə ehtiram dolu qorxu ib baxırdılar. AP 58.1

Dünyanın qanunsuzluğu o həddə çatmışdı ki, onun məhvi artıq müəyyən edilmişdi. İlbr keçirdi, insan cinayətlərinin axını genişbnirdi və İlahi qisasın buludlan getdikcə daha tutqun sıxlaşırdılar. Lakin iman şahidi Xanok xəbərdarlıq edərək, yalvararaq, dib tutaraq, var qüwəsi ib cinayətlərin axınını və qisas oxlarını saxlamağa çalışaraq, seçilmiş yolla yorulmadan irəli gedirdi. Baxmayaraq ki, onun xəbərdarlıqları günahkar, yüngül xasiyyətli xalq tərəfındən rədd edilirdi, Rəbb tərəfındən ruhlandırılan Xanok günahkar yerdən Allahın onu müqəddəs Səma məskəninə götürdüyü vaxta qədər artan şərlə sədaqətlə mübarizə etməkdə davam edirdi. AP 58.2

Xanokun müasirləri bu adamı ağılsız hesab edirdilər, çünki o, yerin qızıl, gümüş və başqa cəvahirləri haqqında düşünmürdü. Xanokun qəlbi əbədi xəzinələrə can atırdı. O, Səmavi şəhərə nəzər yetirirdi. O, Padşahı Sionda bütün izzəti ilə oturmuş görürdü. Onun şüuru, qəlbi, bütün düşüncələri Səmaya məxsus idi. Şərəfsizlik nə qədər çox yayılırdısa, o, Atasının evinə o qədər qəlbən can atırdı. Xanok hələ yerdə olarkən, imanla artıq işıq məskəninin sakini idi. AP 58.3

“Ürəyi təmiz olanlar nə bəxtiyardırlar! Çünki onlar Allahı görəcəklər” (Matta 5:8). Üç yüz il ərzində Xanok mənəvi təmizliyə can atırdı ki, Səma ilə harmoniyada olsun. Üç yüzillik ərzində o, Rəblə gəzdi. O, günbəgün Allahla daha sıx birliyə can atırdı: Allah onu öz yanına götürənə qədər bu ünsiyyət getdikcə daha yaxın olurdu. O, əbədiyyət astanasında dururdu, vəd olunmuş yerdən onu yalnız bir addım ayınrdı və budur, qapılar açıldı və yerdə daim Allahla gəzən birinci olaraq, başqa insanlardan əvvəl müqəddəs şəhərə daxil oldu. AP 59.1

Xanokun olmaması yerdə hiss olunurdu. Hər gün xəbərdarlıq və tövsiyə edən səs susmuşdu. İmanlılardan bəziləri, həmçinin qanunsuzlar da Xanokun getməsini gördülər. Onun yoxluğunu görüb fikirləşərək ki, o, adətən olduğu kimi, tənhalığa qapılmışdır, Xanokun dostları onu sonra çox uzun müddət və səylə axtardılar, necə ki şagirdləri İlyası axtarmışdılar, lakin hamısı da əbəs idi. Sonra onlar başqalarına danışdılar ki, onu heç yerdə görmədilər, çünki Allah onu öz yanına götürmüşdür. AP 59.2

Xanoku Səmaya qaldırmaqla Allah insanlara vacib dərs vermək istəyirdi. Adəmin günaha batmasının dəhşətli nəticələrini görərək insanlann çıxılmaz məyusluğa düşmək təhlükəsi mövcud idi. Çoxları hazır idilər ki, nida etsinlər: “Bizim Allah qorxusu ilə yaşamağımızın, Onun hökmlərinə riayət etməyimizin nə faydası vardır?! Onsuz da dəhşətli lənət ağır yük kimi bəşəriyyətin üzərindədir və hamının qisməti ölümdür”. Lakin Allah tərəfındən Adəmə açılan, sonra isə Şet tərəfındən ötürülən və Xanok tərəfindən həyata keçirilən həqiqətlər zülmət və qaranlığı dağıtdı və insanlara ümid verdi ki, Adəm vasitəsilə ölüm dünyaya necə girmişdirsə, eləcə də həyat və ölməzlik əhd olunmuş Bağışlayan vasitəsilə gələcəkdir. Şeytan insanlara təlqin etməyə çalışırdı ki, qüsursuz həyat mükafatlandırılmır, günah isə cəzalandırılmır və ümumiyyətlə insanın İlahi qaydalara riayət etməsi qeyri-mümkündür. Lakin Xanokla olan hadisədə Allah təsdiq edir ki, “O, var və Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). Rəbb göstərdi ki, Onun hökmlərinə riayət edənlər üçün O nə edəcəkdir. Beləliklə, insan Allah Qanununa itaət etməyə qabildir; hətta pozğun, günahkar dünya içərisində yaşadıqda insanlar Allah lütfü ilə tamahlara qarşı dura bilərlər və müqəddəs, qüsursuz ola bilərlər. Xanokun nümunəsində onlar bu cür həyatın xeyir-dualandığını gördülər; onun səmaya qaldırılması onun gələcək haqqındakı peyğəmbərliyinin həqiqiliyinə onlar üçün sübut oldu: Allah iradəsini yerinə yetirənlər üçün - şöhrət və əbədi həyat sevinci tacı, Ona zidd gedənlər üçün isə - kədər, mühakimə və ölüm. AP 59.3

“Xanok iman vasitəsilə dünyadan köçürüldü ki, ölümü görməsin və o tapıla bilmədi, çünki Allah onu dünyadan köçürtmüşdü. Zira köçürülməzdən qabaq, o, Allaha məqbul olduğuna dair şəhadət aldı” (İbranilərə 11:5). ölümə məhkum edilmiş dünyada Xanok, Allah ilə elə yaxın ünsiyyətdə yaşayırdı ki, ona ölümün hakimiyyəti altına düşməyə imkan verilməmişdi. Bu peyğəmbərin xeyirxah təbiəti Məsihin İkinci gəlişi zamanı “yer üzündən satın alınmışların” (Vəhy 14:3) həyatının müqəddəsliyini özündə canlandırır. Böyük daşqından əvvəl olduğu kimi, dünyada qanunsuzluq artacaqdır. Öz pozğunlaşmış qəlblərinin və bu dünyanın yalançı müdrikliyinin həvəslərinə uyaraq, insanlar Səma hakimiyyətinə qarşı üsyan edəcəklər. Lakin həyatları Məsihin həyatına bənzəyənə qədər Allah övladları, Xanok kimi, könül təmizliyinə və Onun iradəsinin yerinə yetirilməsinə can atacaqlar. Onlar da, Xanok kimi, Məsihin İkinci gəlişi haqqında, günahkarlann düçar olacaqları məhkəmələr haqqında dünyada moizə edəcəklər. öz xüsusi nümunələri ilə, öz sözlərinin müqəddəsliyi ilə onlar qanunsuzlann günahlarını mühakimə edəcəklər. Böyük daşqından qabaq Xanoku göylərə necə götürmüşdülərsə, diri salehləri də yerin odla məhv edilməsindən qabaq eləcə göylərə götürəcəklər. Həvari deyir: “Hamımız gözlərimizi həyata yummayacağıq, amma hamımız dəyişiləcəyik. Bir an içində, bir göz qırpımında, son şeypur çalmanda dəyişiləcəyik”. “Çünki Rəbb özü yüksək nida ilə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək və Məsihə aid olan ölülər ən əwəl diriləcəklər. Ondan sonra yaşayıb, sağ qalan bizlər, onlarla bərabər Rəbbi havada qarşılamaq üçün buludlar içində havaya qaldırılacağıq və bu yolda daim Rəbb ilə olacağıq. Buna görə, biri-birinizə bu sözlərlə təskinlik verin” (1 Korinflibrə 15:51,52; 1 Saloniklilərə 4:16-18). AP 60.1