Go to full page →

7-ci fəsil
BÖYÜK DAŞQIN AP 61

(Bu fəsil Yaradılış Kitabının 6-cı və 7-ci fəsillərinə əsaslanır)

Nuhun günlərində Adəmin günaha batmasının və Qabil tərəfindən edilən qətlin nəticəsi olaraq yer ikiqat lənət altında idi. Lakin bu hələ təbiəti çox güclü dəyişdirməmişdi. Günahın izləri aydın görünürdüsə də, lakin yer əvvəlki kimi gözəl və Allah nemətləri ilə zəngin idi. Əzəmətli ağaclar təpələri tac kimi bəzəyirdi, bu ağaclara sarmaşan tənəklərdə şux salxımlar inci dənələri kimi panldayırdılar. Çiçəklənən geniş düzlər yaşıllıqlar və xoş ətirli hər növ güllər içərisində qərq olmuşdular. Yer hər tərəfdə bütün meyvələrini səxavətlə bəxş edirdi. öz nəhəngliyi, gözəlliyi və mütənasibliyi ilə böyük daşqma qədərki ağaclar bu günkü ağaclardan çox-çox əzəmətli idilər. Onların nazik liflərdən təşkil olunmuş və möhkəmlikdə daşı xatırladan möhkəm oduncaqları uzunömürlülükləri ilə fərqlənirdi. Qızıl, gümüş və qiymətli daş-qaşlara hər yerdə bolluca rast gəlmək olurdu. AP 61.1

İnsan nəsli də hələ öz ilkin qüwəsini saxlayırdı. Adəmin həyat ağacına yaxınlaşdığı vaxtdan artıq bir neçə nəsil dəyişmişdi, lakin insanın yerdəki ömrünün uzunluğu hələ də yüzilliklərlə ölçülürdü. Əgər bu uzunömürlü insanlar öz nadir eneıjiləri ilə və ixtiraçılıqları ilə özlərini Allaha xidmətə həsr etsəydilər, onda Allahın öz planını yerinə yetirmək üçün onlara verdiyi həyatda bu planı həyata keçirərək öz Yaradanlarını bütün yer üzündə izzətləndirərdilər. Lakin onlar bunu etmədilər. O dövrdə nəhənglər, görkəmli bədən quruluşuna və gücə malik olan ərlər yaşayırdılar. Onlar öz müdriklikləri ilə, mürəkkəbliyi ilə heyran edən müxtəlif şeylər kəşf etmək məharətləri ilə şöhrətlənmişdilər. Lakin onların özünü artan qanunsuzluğa biganə münasibətdə göstərən təqsirləri ləyaqətləri qədər də böyük idi. AP 61.2

Allah böyük daşqına qədərki dünyanın sakinlərini çoxsaylı və zəngin ənamlarla yaratmışdı, lakin onlar bunlardan öz şəxsi şöhrətləri üçün istifadə etdilər. Bu ənamları onlan Bəxş Edənin özündən çox sevərək Onun xeyir-dualannı lənətə çevirdilər. Onlar qızılı, gümüşü, qiymətli daş-qaşları, qiymətli ağacları öz evlərinin tikintisində istifadə etdilər, evlərini daha böyük məharətlə bəzəmək üçün bir-biri ilə bəhsə girdilər. Yalnız öz qürürlarını təmin etməyə çalışaraq, onlar ləzətlərə uyub pozğunlaşmağa başladılar. İdraklan artdıqca insanlar bunun üçün Allaha şükür etmək əvəzinə, əksinə, tezliklə Onun varlığım inkar etməyə başladılar. Onlar təbiəti Yaradana sitayiş etmək əvəzinə, təbiətə sitayiş edirdilər. Onlar insan dahiliyini şöhrətləndirirdilər, əldəqayırma allahlara xidmət edirdilər və uşaqlara bütlərə sitayiş etməyi öyrədirdibr. AP 62.1

Yaşıl çöllərdə və əzəmətli ağaclann kölgəsində onlar öz bütlərinə qurbangahlar ucaldırdılar. Böyük həmişəyaşıl meşələr bütlərə sitayiş etməkdən ötrü nəzərdə tutulurdu. Bu meşələrə dolanbac xiyabanlı gözəl bağlar birbşmiş olurdu, bu bağlan üzərində bütün bar verən ağaclann budaqları sallanan heykəlbr bəzəyirdi. Burada nəzərləri oxşayan, insanların istək duyğularını oyadaraq onları bütpərəstliyə sövq edən hər bir şey var idi. AP 62.2

İnsanlar Allahdan əl çəkdilər, əldəqayırma allahlara səcdə etdibr və nəticədə getdikcə alçaqlaşdılar. Zəbur oxuyan bütpərəstliyin onun ardıcıllarına təsirini beb təsvir edir: “Bütbri düzəldən, onlara güvənən insanlar bu bütbr kimi cansız olacaqlar” (Məzmur 115:8). Dərk etdikcə biz dəyişməyə başlayınq - bu, insan şüurunun qanunudur. İnsan həqiqəti, paklığı və müqəddəsliyi öz dark edəcəyindən yüksəyə qalxa bilmir. Əgər şüur insan təbiətinə heç vaxt qalib gəlməzsə və imanla hədsiz müdrikliyi və Məhəbbəti dərk etmək səviyyəsinə yüksəlməzsə, insan tənəzzül edər. Bütpərəstlər öz allahlarına insani xüsusiyyətlər və ehtiraslar verirdilər, buna görə də onların şəxsiyyət haqqındakı təsəvvürləri günahkar insan təbiəti surətinə qədər daralırdı. Bunun nəticəsində də onlar pozğunlaşırdılar. “Rəbb gördü ki, yer üzündəki insanlann şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fıkirlər və niyyətlər pisliyə doğru yönəlir... Ancaq Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdılar”. Allah Öz hökmlərini insanlara onların həyatlarına rəhbər kimi vermişdi, lakin onlar Onun qanununu pozdular və bunun nəticəsi də hər cürə günahlar oldu. İnsanların şərəfsizliyi açıq və özbaşına olmuşdu, ədalət pozulmuşdu və əzilənlərin fəryadları göylərə çatırdı. AP 62.3

Demək olar ki, lap əwəldən Allahın əmrinin ziddinə olaraq çoxarvadlılıq yaranmışdı. Allah, Adəmə bir qadın verdi, bununla da bu sualda Öz iradəsini ifadə etdi. Lakin günaha batdıqdan sonra insanlar öz pozğun ürəklərinin ehtirasları ilə hərəkət etdilər və nəticədə cinayətlər və iztirablar sürətlə artdı. İnsanlar nə nigaha, nə də şəxsi hüquqa hörmət qoyurdular. Əgər kiməsə yaxın bir adamın arvadı və yaxud mülkü xoş gəlirdisə, o zorla bunu əldə edirdi, hələ üstəlik öz zorakılığı ilə öyünürdü. İnsanlar heyvanları öldürməkdən və onların ətlərini yeməkdən həzz alırdılar. Bu onları daha qəddar və qaniçən edirdi, insan həyatı onların nəzərində hər bir dəyərini itirirdi. AP 63.1

Dünya yeni doğulan körpə kimi gənc idi, lakin qanunsuzluq o qədər dərin kök atmışdı ki, Allah daha buna dözmək istəmirdi və qərara gəldi: “Yaratdığım insanlan yer üzündən sibcəyəm...” Rəbb dedi ki, günahkar bəşəriyyətlə əbədi olaraq mübarizə etməyəcəkdir. Əgər insanlar yeri və onun sərvətbrini murdarlamaqdan əl çəkməsələr, O onlan yer üzündən siləcəkdir və bu cür Məhəbbətlə onlara xeyir-dua verdiyi hər şeyi məhv edəcəkdir. O, çölbrdəki heyvarlan və bu qədər bol qida verən bütün bitkibr aləmini məhv edəcəkdir və gözəl yer üzünü yalnız xarabalıqlann qalacağı sonsuz səhraya çevirəcəkdir. AP 63.2

Artan mənəviyyatsızlıq içərisində Metuşelah, Nuh və bir çox başqaları var gücbri ib çalışırdılar ki, xalqın əsl Allah haqqındakı biliyini qorusunlar və mənəvi pozğunluq axınını dayandırsınlar. Böyük daşqından 120 il əvvəl müqəddəs müjdəçi vasitəsi ib Allah öz niyyəti haqqında Nuha xəbər verdi və ona gəmi tikməyi əmr etdi. Gəmini tikərək Nuh başa salmalı idi ki, Allah şərəfsizləri məhv etmək üçün yer üzünü tam suya qərq edəcəkdir. Bu müqəddəs müjdəyə inananlar, peşman olub öz həyatlarını dəyişənlər bağışlanacaq və xilas olacaqlar. Allahın böyük daşqın haqqında Xanoka açdıqlarını o, övladlarına demişdi, Metuşelah və onun oğulları Nuhun moizəsini eşitdibr və gəminin tikilməsində ona kömək etdilər. AP 63.3

Gəminin dəqiq ölçülərini və necə qurulacağını Allah, Nuha başa salmışdı. İnsan müdrikliyi belə güclü və möhkəm qurğunu qurmağa qadir deyildi. Onun Meman Rəbbin Özü, baş inşaatçısı isə Nuh idi. Zahiri görkəminə görə gəmi üzgüçülük üçün nəzərdə tutulan gəmiyə bənzəyirdi, lakin başqa cəhətlərinə görə isə o daha çox evə bənzəyirdi. O, üç qatdan ibarət idi, yeganə qapısı böyürdə yerləşirdi. Gəminin bütün bölmələri elə qurulmuşdu ki, yuxarıdan düşən işıq onları işıqlandırsın. Gəminin hazırlanması üçün uzun əsrlər boyu dağılmayan sərv ağacından istifadə olunmuşdu. Bu nəhəng qurğunun qurulması vaxt və çoxlu əmək sərf edilməsini tələb edirdi. insanların o dövrdə fıziki qüvvə üstünlüyünə baxmayaraq, olduqca möhkəm oduncağa malik çox hündür ağaclardan taxtaların hazırlanması bizim günlərdə olduğundan çox mürəkkəb idi. Gəminin qüsursuz olması üçün insan şüurunun qadir olduğu hər şey bu böyük işə verilmişdi, lakin buna baxmayaraq o, gələcək fəlakətə davam gətirə bilməzdi. Yalnız Allah öz övladlarını coşqun suların arasında qoruya bilərdi. “Nuh iman vasitəsilə, hələ zahir olmayan şeylər haqqında Allah tərəfindən xəbərdar edilib, öz aibsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı; o, bununla dünyanı məhkum etdi və imandan irəli gələn salehliyin varisi oldu” (İbranilərəl 1:7). Dünyanı hədələyən təhlükə haqqında xəbərdarlıq edərək Nuh öz zəhməti ib öz qəlbinin səmimiliyini təsdiq etdi. Bu yolla onun imanı böyüdü və insanlara əyan oldu. O, ətrafdakılar üçün nümunə idi, çünki Allahın dediyi hər şeyə inanırdı. Özünün bütün mülkünü Nuh gəminin tikilməsinə verdi. Gəminin tikilməsi başlayanda müxtəlif yerlərdən adamlar gəlirdilər ki, bu qəribə mənzərəyə heyrətlənsinlər və bu möhkəm əqidəli tənha moizəçinin ilhamlı nitqini dinbsinbr. Gəminin tikintisində səslənən hər bir çəkic zərbəsi xalq üçün onun sözbrinin bir sübutu idi. AP 64.1

Əvvəlcə eb güman etmək olardı ki, xəbərdarlıq müjdəsinin çoxları qəbul etmişdibr, lakin onlar yenə də Allah qarşısında səmimi tövbə etmədibr. Onlar öz günahlarını tərk etmək istəmirdibr. Böyük daşqının əvvəlinə qədər qalan bütün vaxt ərzində onların imanı sınağa məruz qaldı, lakin onlar buna dözmədilər. İmansızlıqları tərəfındən məğlub edilərək, nəhayət öz əvvəlki dostlarının yanına qayıdıb, ciddi xəbərdarlığı inkar etdibr. Bəzilərini vicdanı narahat edirdi və xəbərdarlığa görə ehtiyat edirdilər, lakin onlar kinayə edən istehzaçılarla əhatə olunaraq rəhmdil çağınşı rədd edib, onların əhvali-ruhiyyəsinə uydular və tezliklə ən dikbaş, qəddar rişxəndçilərə çevrildilər, çünki vaxtilə işıq almış, lakin sonra Allahın Ruhunun ifşaedici səsinə müqavimət göstərənlər qədər heç kim bu qədər məsuliyyətsiz olmur və bu qədər günaha batmır. AP 64.2

Böyük daşqına qədərki dünyanın sakinbrinin heç də hamısı sözün tam mənasında bütpərəst deyildilər. Çoxlan özbrini Allaha iman edənlər hesab edirdilər. Onlar təsdiq edirdilər ki, onların bütləri yalmz ilahiliyin simvoludur və bu simvollar vasitəsib insanlar ilahi Varliq haqqında daha aydın təsəvvür əldə edirbr. Bu insanlar Nuhun moizəsini birinci olaraq rədd etdibr. Onlar Allahı gözəgörünən təsvir etməyə çalışdıqlan zaman onların kor olmuş şüurları Allahın qüdrətini və gücünü görmürdü. Onlar Allahın müqəddəsliyini, toxunulmazlığını və Onun tələblərinin dəyişilməzliyini başa düşməyi tərgitdilər. Günah artdıca o, insanlara daha az cinayətkar görünürdü və nəhayət onlar təsdiq etməyə başladılar ki, Allah Qanunu hər bir qüvvəsini itirmişdir və günah üçün cəza vermək Rəbbin mahiyyətinə ziddir. Onlar həmçinin Allah məhkəməsinin yerə gəlməsi mümkünlüyünü də inkar edirdilər. Əgər o dövrün insanlan İlahi qanuna itaət etsəydilər, onlar Öz qulu vasitəsə ilə onlara xəbərdarlıq edən Rəbbin səsini tanıyardılar. Lakin onlar işığı rədd edərək o dərəcədə kor olmuşdular ki, doğrudan da Nuhun xəbərini yanlış hesab etdilər. AP 65.1

Haqqın tərəfində heç kim yox idi. Bütün dünya Allahın ədalətinə və Onun qanunlarına qarşı üsyan etmişdi, Nuha isə bir fanatik kimi baxırdılar. Şeytan Həvvanı yoldan çıxararaq Allaha itaət etməməsini söybyəndə demişdi: “Yox əsla ölməzsiniz” (Yaradılış 3:4). Böyük məşhür müdrikbr də həmin şeyi təkrar edirdilər. Onlar deyirdilər: “Allahm hədələri yalnız bizi qorxutmaq üçündür, lakin onlar heç vaxt yerinə yetməyəcək. Narahat olmağa dəyməz. Belə bir hadisə - dünyanı Yaradan Allah tərəfindən dünyanın məhv edilməsi və bununla yaratdıqları varlıqlan cəzalandırması heç vaxt baş verməyəcəkdir. Arxayın olun, qorxmayın. Nuh sadəcə olaraq vəhşi fanatikdir”. Dünya aldanmış qocanın “ağılsızlığı” ib əybnirdi. Allaha itaət etmək əvəzinə insanlar öz itaətsizliklərində və şərəfsizliklərində inadkarlıq göstərməyə davam edirdibr, elə bil ki Rəbb öz qulunun dodaqları ilə onlara heç xəbərdarlıq etməmişdi. AP 65.2

Lakin Nuh tufan içərisində qaya kimi durmuşdu. Hamının nifrət və rişxəndi ilə əhatə olunsa da o, ləkəsiz təmizliyi, müqəddəs qüsursuzluğu və sarsılmaz imanı ilə fərqlənirdi. Onun sözləri təsirli səslənirdi: axı öz qulunun dodaqları ilə Rəbb danışırdı. Allahla ünsiyyət Nuha o qədər tükənməz güc verirdi ki, 120 il ərzində onun, insan nöqteyi-nəzərincə qeyri-mümkün sayılan hadisələr haqqında moizə edən, təntənəli səsi eşidildi. AP 66.1

Böyük daşqına qədərki dünyanın insanları ona əsaslanırdılar ki, yüzilliklər boyunca təbiətin qanunları dəyişməz qalmışdır. İlin fəsilləri biri-birini müəyyən qayda ilə əvəz edirdibr. Heç zaman yağış yağmırdı, torpaq şehb suvarılırdı. Çaylar heç zaman sahilbrini aşmır, öz sularını sakitcə dənizə axıdırdılar. Dəyişməz qanunlar suları məcrasından çıxmağa qoymurdu. Lakin bu mütəfəkkirlər suları saxlayaraq bu sözbri söyləyən Yaradanı tanımırdılar: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan” (Əyyub 38:11). AP 66.2

Zaman keçirdi, təbiətdə isə nəzərə çarpacaq dəyişikliklər müşahidə edilmirdi, hərdən qəlbbrində qorxu duyanlar isə sakitbşmişdibr. Bizim günbrimizdə çoxlarının etdiyi kimi onlar da belə mühakimə edirdilər ki, guya, təbiət Allahdan yüksəkdir və onun qanunları eb möhkəm təsdiq olunmuşdular ki, Rəbb özü də onları dəyişdirə bilməz. Onlar mühakimə edirdilər ki, əgər Nuh düz deyirsə, onda təbiət başqa qanunlarla inkişaf etməlidir, bu isə, onların fıkrincə, qeyri-mümkün idi. Buna əsaslanaraq onlar elan edirdibr ki, bu xəbər yalan və böyük yanılmadır. Allahın xəbərdarlığına nifrət özünü onda göstərirdi ki, insanlar əvvəlbr etdikləri kimi hərəkət etməkdə davam edirdilər. Onlar hər şeydə həddini aşdıqları şənliklər keçirərək əybnməkdə davam edirdilər; yeyirdilər, içirdilər, səpirdilər, tikirdilər, gəbcəkdə onlara çoxlu mənfəət verə bibcək müxtəlif faydalı sövdələşmələrə girirdilər. Allahın tələblərini açıqca rədd edərək və bununla hər şeydən uca Tanndan qorxmadıqlarına şəhadət edərək onlar şərəfsizlik girdabına getdikcə daha dərin batırdılar. Onlar ona əsaslandırdılar ki, əgər Nuhun sözbrində azca da olsa həqiqət varsa, onda öz müdriklikləri ilə məşhur olan ərlər bunu bilərdilər. AP 66.3

Əgər böyük daşqına qədərki dünyanın sakinləri xəbərdarlıq sözbrinə inansaydılar və öz şər əməllərindən peşman olsaydılar, Allah Öz qəzəbini onlardan kənar edərdi, necə ki gələcəkdə Nineviyadan kənar etmişdi. Lakin vicdan səsinə və Allah peyğəmbəri vasitəsilə onlara göndərilən xəbərdarlıqlara inadla müqavimət göstərərək onlar qanunsuzluq kasasını doldurdular və onların taleyi həll olundu. AP 66.4

Sınaq dövrü sona yaxınlaşırdı. Rəbbin ona tapşırdığı bütün hər şeyi Nuh sədaqətlə yerinə yetirdi. Rəbb necə əmr etmişdisə, gəmi də eləcə hazırlanıb tamam oldu. İnsanlar və heyvanlar üçün çoxlu qida ehtiyatı hazırlandı. Allahın qulu axınncı dəfə ciddi çağırışla xalqa yenə də müraciət etdi. Sözlə təsvir edilməz coşqunluqla o onlara yalvarırdı ki, nə qədər ki imkan vardır, özlərinə sığınacaq axtarsınlar, lakin cavabında yalnız istehza və kinayələr eşidildi. Birdən istehza edən kütlə susdu. Müxtəlif heyvanlar, ən quduzları da, ən fağırlan da, yavaş-yavaş gəmiyə yönələrək dağlardan enib, meşəni tərk edirdilər. Bunun ardınca sanki kübk səsi gəldi - hər tərəfdən quşlar uçub gəlirdilər. Onlar o qədər çox idilər ki, göyün üzü qaraldı. Lakin mükəmməl bir qayda hökm sürürdü: insanlar öz itaətsizliklərində inadkarlıq göstərdikləri vaxtda, heyvanlar gəmiyə can atarkən Allahın əmrinə itaət edirdilər. Müqəddəs mələklər tərəfındən əyan edilərək onlar “erkək və dişi olmaqla cüt-cüt”, təmiz heyvanlar isə yeddi cüt olaraq Nuhun gəmisinə daxil oldular. İnsanlar heyrətlə, bəziləri isə hətta qorxu ib bütün bu baş verənləri müşahidə edirdilər. Alimlərdən heç biri heyvanların bu cür qeyri-adi davranışını heç cür izah edə bilmirdibr. Bu onların açmağa qadir olmadıqları sirr idi. Lakin işığı rədd edərək onların qəlbləri o qədər sərtləşmişdi ki, hətta bu hadisə də onlara dərin təsir bağışlamadı. Məhkum olunmuş insanlan onların üzərində bütün şöhrətilə parlayan günəşə və demək olar ki Eden qədər gözəl geyinmiş yerə baxaraq artan qorxusu şiddətli sevinc və zorakılıqla boğub, Allahın artıq axmağa hazır olan qəzəbini sanki qəsdən özlərinə cəlb edirdibr. AP 67.1

Nuha Allah əmr etdi: “Sən bütün aibnb birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm”. Dünya Nuhun xəbərdarlıqlarına etinasızlıq göstərdi, lakin onun nümunəsi onun ailəsi üçün xeyir-dua oldu. Sadiqliyinə və sədaqətinə görə Allah onunla birlikdə onun bütün ailəsini də xilas etdi. Valideynlik sədaqəti üçün necə böyük mükafatdır! AP 67.2

Günahkar nəsil üçün lütfkarlıq dövrü qurtarmışdı. Çöl heyvanları və səma quşları sığınacaqda gizlənmişdilər. Nuh və onun bütün ailə üzvləri gəmiyə daxil oldular və Rəbb onların arxasınca qapını bäğladı. Gözqamaşdıncı işığın ani panltısı səmanı işıqlandırdı və ildınmdan da parlaq olan şöhrət buludu göydən endi və gəminin girişi yanında dayandı. Gözəgörünməz əllər yavaş-yavaş ağır qapını bağladı ki, buna da içəridə olanların gücü çatmazdı. Nuh gəmidə qaldı, Allah rəhmdilliyinə etinasızlıq göstərənlər isə ondan kənarda qaldı. Səmanın möhürü Allahın bağladığı qapının üstündə idi və yalnız təkcə O onu aça bilərdi. Səmavi buludların üzərində Öz İkinci gəlişindən əvvəl Məsih günahkar nəsil üçün Öz xahişini başa çatdıranda lütf qapısı da beləcə bağlanacaqdır. Onda İlahi mərhəmət şərəfsizləri artıq daha saxlamayacaqdır və Allah lütfünü rədd edənlər üzərində şeytan tam hakimiyyət əldə edəcəkdir. Onda onlar Allah xalqını məhv etməyə çalışacaqlar, lakin Nuh gəmidə gizlədildiyi kimi, salehlər də İlahi qüvvənin tərəfindən qorunacaqlar. AP 67.3

Nuh və onun ailəsi gəmiyə daxil olduqdan sonra yeddi gün ərzində, elə bil ki, yaxınlaşan tufandan heç bir əlamət yox idi. Bütün bu vaxt ərzində onlarm imanı smanılırdı. Bu, zahiri dünyanın təntənə zamanı idi. Hesab edilən gecikmə şərəfsizlərin buna inamını daha da artırdı ki, Nuh tərəfındən onlara verilən xəbər səhvdir və böyük daşqın heç vaxt baş verməyəcəkdir. Qeyri-adi hadisələrə baxmayaraq, baxmayaraq ki, heyvanların və quşların gəmiyə necə girdiklərini, Allah mələyinin qapını necə bağladığını öz gözləri ilə görmüşdülər, onlar hətta Allahın bu qüdrətli əyani sübutlarına lağ edərək əylənməklərində, şənlənməklərində davam edirdilər. Qara kütlə gəmini əhatə edərək onun sakinlərini əvvəlkindən də şiddətli lağa qoyurdular. AP 68.1

Lakin səkkizinci gün qara buludlar səmanı bürüdü. Şimşək çaxdı və göy gurultuları eşidildi. Tezliklə yağışın birinci ağır damcılan düşdü. İnsanlan əvvəllər heç vaxt belə şey görməmişdilər və indi hamını qorxu bürüdü. Onlar yavaşca bir-birlərindən soruşurdular: “Doğrudanmı Nuh düz demişdir və bütün dünya məhvə məruzdur?” Getdikcə səma tutqunlaşırdı və yağış güclənirdi. Hər yerdən vəhşi dəhşət içərisində vurnuxan heyvanların nəriltisi eşidilirdi, onlar öz fəryadları ilə sanki həm özlərinin qismətlərini, həm də insanların telelərini ağlayırdılar. Onda “böyük dərinliklərin bütün çeşmələri və səmanın bütün pəncərələri açıldılar”. Güclü şəlalələr kimi yerə axdılar. Çaylar sahillərindən çıxdılar və düzənlikləri batırdılar. Yerin dərinliklərindən güclü su axınları fəvvarə vurmağa başladılar, bu fəvvarələr nəhəng daşları yüz metrlərlə yüksəkliklərə tullayırdılar və bu daşlar düşəndə dərin çalalar yaradırdılar. AP 68.2

İnsanlar ilk dəfə görürdülər ki, onların əllərinin yaratdıqları necə uçub dağılır. Təmtəraqlı saraylar, onların bütbrinin yerləşdikləri gözəl bağlar və meşələr göy şimşəyi ilə məhv edildilər, hər şey xarabalığa çevrildi. İnsanların qurban gətirdikləri qurbangahlar dağıldı və yalvaranlar Yaşar Allahın gücündən və qüdrətindən titrəyərək başa düşdülər ki, bu fəlakət onların pozğunluqlannın və bütpərəstliklərinin nəticəsidir. AP 69.1

Tufan getdikcə coşurdu, o, evləri, ağacları, qayaları və torpağı hər tərəfə sovururdu. insanların və heyvanların dəhşətini təsvir etmək qeyri-mümkündür. Cövlan edən fəlakətin uğultusu içərisindən Allah hakimiyyətini rədd edən insanların fəryadları eşidilirdi. Hətta fəlakətin içərisində qalmağa məcbur olan iblis də öz həyatı üçün qorxurdu. O, insan nəsli üzərində öz qüdrətli hakimiyyətindən həzz alırdı və ehtirasla arzu edirdi ki, insanlar çirkablarda batmaqda davam edərək və Səma Hökmdarına qəzəblənərək yaşasınlar. O indi Allahı ədalətsizlikdə və qəddarlıqda təqsirləndirərək Ona nifrət edirdi. İblis kimi çox adamlar Allaha qarğış edirdilər və əgər bacarsaydılar Onu qüdrət və şöhrət taxtından devirərdibr. Başqalan qorxudan ağıllarını itirərək əllərini gəmiyə uzadıb yalvanrdılar ki, onları da buraxsınlar. Lakin onların yalvanşlan əbəs idi. Axır ki, onların vicdanları oyandı və onlar Allahı - Kainatın Hökmdarını tanıdılar. Onlar hərarətlə Ona yalvanrdılar, lakin O onları eşitmək istəmirdi. Həmin dəhşətli saatda onlar başa düşdübr ki, onlan məhvə Allah Qanununun pozulması gətirib çıxarmışdır. Lakin ona baxmayaraq ki, cəza önündəki qorxu onlan öz cinayətlərini dərk etməyə məcbur etmişdi, onlar həqiqi sarsılma və yaxud günaha ikrah duymadılar. Əgər cəza ləğv edilsə idi, onlar yenidən Allaha qarşı üsyan edərdilər. Dünyanın odla məhv edilməsindən qabaq Allah məhkəməsi yerə enəndə də belə olacaqdır: peşman olmayan günahkarlar başa düşəcəklər ki, onların təqsiri nədədir - müqəddəs Allah Qanununu rədd etməkdə. Lakin onların peşmançılığı qədim dünyanın qanunsuzlarının müraciətindən səmimi olmayacaqdır. AP 69.2

Bəziləri ümidsizlik içərisində zorla gəmiyə soxulmağa çalışırdılar, lakin ağacın möhkəmliyi sayəsində onların cəhdləri faydasız qaldı. Başqalan gəmidən yapışırdılar, lakin ağac və qaya sınıqları gətirən nəhəng dalğalarla yuyulub atıldılar. Amansız külək və dalğalar gəmini bir tərəfdən o biri tərəfə tullayanda, o tamamilə silkələnirdi. Bu vaxt içəridən qorxu və ağn keçirən heyvanların nəriltisi gəlirdi. Lakin gəmi coşan fəlakət içərisində tam təhlükəsizliyi ilə üzməkdə davam edirdi. Qüdrətli mələklərə onu qorumaq əmr edilmişdi. AP 70.1

Tufandan qorxan heyvanlar insanlara tərəf atılaraq, onlarda elə bil ki, müdafıə axtarırdılar. Bəzi insanlar özlərini və öz uşaqlarını güclü heyvanlara sarıyırdılar, onlar ümid edirdilər ki, bu heyvanlar yüksək dağlarda sulardan xilas olaraq onları da çıxaracaqlar. Bəziləri özlərini təpələrin, dağların zirvəbrində bitən nəhəng ağacların gövdələrinə sarıyırdılar, lakin onlar köklərindən qoparaq insanlarla birlikdə coşqun qara dalğalann ağuşuna atılırdılar. Xilas vəd edən yerbr biri-birinin ardınca itirdibr. Su daha yuxarılara qalxdıqca insanlar ən yüksək dağlarda özlərinə sığınacaq tapmağa çalışırdılar. Tez-tez insan və heyvan arasında dalğalar onların hər ikisini aparana kimi bir parça yer üstündə mübarizə baş verirdi. AP 70.2

Dağlann yüksək zirvələrindən insanlar sahilsiz okeana baxırdılar. İndi Allah qulunun ciddi xəbərdarlıqları daha onlara gülməli və cılız görünmürdü! Ölümə məhkum edibn günahkarlar əldən çıxmış o imkanları qaytarmağı necə də ehtirasla arzu edirdilər! Onlar yalnız bir saat sınaq üçün necə də xahiş edirdilər! Daha bir lütf anı, Nuhun dodaqlarından çıxan daha bir söz olaydı! Lakin zərif mərhəmət səsini bir daha eşitmədibr. Ədabtdən heç də az olmayan Məhəbbət tələb edirdi ki, Allah məhkəməsi günaha son qoysun. Qisas suları son sığınacaq yerbrini batırırdı və Allaha nifrət edən insanlar tutqun girdabda ölürdülər. AP 70.3

“Allahın kəlamı ilə... o zamankı dünya da həmin sularla boğulub məhv oldu. İndiki göybr və yer isə oda verilmək üçün eyni kəlam ib saxlanıb, allahsız adamların məhkəmə və həlak gününə qədər hifz olunurlar” (2 Peter 3:5-7). Lakin ikinci tufan yaxınlaşır. Allahın yoxedici qəzəbi ilə yer yenidən təmizbnəcəkdir, günah və günahkarlar isə öləcəklər. AP 70.4

Allahı böyük daşqına qədərki dünyaya qəzəbləndirən günahlar bizim günbrdə də mövcuddur. Allah qorxusu qəlbbrdən qovulmuşdur və Allah Qanununa laqeyd, etinasız münasibət göstərilir. Bütün dünyəvi şeylərə öz güclü bağlılıqları ilə müasir nəsil böyük daşqına qədərki sakinlərə bənzəyirlər. Məsih deyir: “Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə insanlar yeyib, içib, evlənib, ərə gedirdilər və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır” (Matt 24:38,39). Allah böyük daşqına qədərki dünyanın insanlarını ona görə mühakimə etməmişdi ki, onlar yeyir və içirdilər. Vacib tələbatlarının ödənilməsi üçün O onlan yerin bəhrələri ilə bolluca təmin etmişdi. Onların günahı ondan ibarət idi ki, onlar bu bəxşləri Bəxş Edənə şükranlıq duymadan onlardan istifadə edirdibr və həddindən artıq yeməyə uymaqla öz ləyaqətlərini alçaldırdılar. Allahın niyyəti ilə nikah münasibətləri nəzərdə tutulmuşdu. Nikah Allahın ən birinci təşkilatlarından biri olmuşdur. Rəbb bu müqəddəs qaydanı müqəddəsliyə və gözəlliyə bürüyərək onun haqqında xüsusi göstərişlər vermişdi. Lakin bu göstərişlər yaddan çıxarıldı: nikahın əsl təinatı təhrif edildi və o yalnız ehtirasların təmin edilməsinə xidmət etməyə başladı. AP 70.5

Bu cür vəziyyət bu gün də müşahidə olunur. Qanuni olan şeylərdən sui-istifadə olunur. İştahın həddi-hüdudu yoxdur. Məsihin ardıcılları adlanan çoxlan sərxoşlarla birlikdə yeyib-içir, halbuki onların adları fəxri ibadətgah kitablarına salınmışdır. İfrata varmaq mənəvi və ruhi qüvvələri kütləşdirir və alçaq ehtiraslann ödənilməsinə yol açır. Minlərlə insan öz həvəslərini saxlamaq üçün mənəvi məsuliyyət hiss etmirlər və beləliklə ehtirasların qulu olurlar. İnsanlar yalnız hissi ləzzətlər, ancaq bu dünya və ancaq bu həyat üçün yaşayırlar. İfrata varmaq cəmiyyətin bütün qatlarında mövcuddur. Ləyaqət ləzzətlərə və xudbinliyə qurban verilmişdir. Varlanmaq hərisləri ədaləti təhrif edir və yoxsula zülm edirlər; qullar və insan canları hələ də satılır və alınırlar. Yalan, rüşvətxorluq və oğurluq həm yuxarılarda, həm də aşağılarda cəzasız olaraq ağalıq etməkdə davam edir. Qəzetlər soyuqqanlılıqla və heç bir səbəbi olmadan edilən qətllər və cinayətlər haqqındakı xəbərlərlə o qədər dolmuşlar ki, elə bil bütün insanlıq hissi itmişdir. Bu vəhşiliklər elə vərdiş olunmuş hadisələr olmuşlar ki, artıq nə bir söz-söhbət, nə də heyrət doğururlar. Özbaşınalıq ruhu bütün milbtbri bürümüşdür və dünyanı dəhşətə gətirən, sarsıdan, vaxtaşırı alovlanan müharibə ocaqları - bütün bunlar yığılmış ehtiraslar və qanunsuzluqlar alovunun təzahürləridir, əgər müəyyən edilmiş məhdudlaşdırmalar aradan götürülərsə, onda bunlar dünyanı kədər və boşluqla doldurardılar. Müqəddəs Yazının səhifələrində dəqiq və aydm əks olunan böyük daşqına qədərki dünyanın vəziyyəti o halı göstərir ki, müasir dünya da sürətlə bu vəziyyətə doğru gedir. Hətta indi, bizim yüzillikdə, məsihçi adlanan ölkələrdə hər gün elə alçaq və dəhşətli cinayətlər baş verir ki, bunlar böyük daşqına qədərki dövrdə baş verirdilər və dünyanı tam məhvə düçar etmişdilər. AP 71.1

Böyük daşqından əvvəl Allah Nuhu göndərmişdi ki, dünyanı hədələyən təhlükə haqqında xəbərdar etsin və insanları tövbəyə gətirsin. İndiki dövrdə də Məsihin İkinci gəlişinin yaxınlaşdığına görə Allah Öz xidmətçilərini göndərir ki, dünyanı bu böyük hadisə haqqında xəbərdar etsin. Minlərlə insanlar Allah Qanununu pozurlar, O isə Öz böyük rəhmdilliyi ilə onlan dönüb Onun müqəddəs əmrlərini yerinə yetirməyə çağırır. Allah qarşısında tövbə edənlərin və İsa Məsihə iman vasitəsi ilə öz günahlarından əl çəkənlərin hamısı bağışlanacaqlar. Lakin çoxları öz günahlarından imtana etməyi özləri üçün həddindən böyük qurban hesab edirlər. Onlar həyatlarını Allahın idarəsinə verməyi böyük qurban hesab edirlər. Onların həyatı Allah idarəsinin müqəddəs prinsiplərinə cavab vermədiyi üçün, onlar Onun xəbərdarlıqlarını və Onun qanununun nüfuzunu rədd edirlər. AP 72.1

Böyük daşqına qədərki dünyanın çox böyük saya malik olan bütün sakinlərindən yalnız səkkizi Nuh vasitəsi ilə göndərilən Allah sözlərinə inandılar və itaət etdilər. Yüz iyirmi il ərzində salehlik carçısı dünyanı gələcək həlak haqqında xəbərdar etdi, lakin onu lağa qoydular və rədd etdilər. İndi də belə olacaqdır. İtaətsizləri cəzalandırmaq üçün Qanunverici gəlməmişdən qabaq şərəfsizbrə tövbə etmələri və öz şər işlərinə son qoymaları üçün xəbərdarlıq göndəribcəkdir, lakin əksəriyyət buna əhəmiyyət verməyəcəkdir. Həvari Peter deyir: “Hər şeydən qabaq bunu bilin ki, axır günlərdə rişxəndçilər istehza edərək gələcək və öz ehtiraslanna görə hərəkət edib deyəcəklər: “Bəs Onun vəd edilmiş zühuru hanı? Çünki əcdadımız gözbrini həyata yumandan bəri hər şey ilk yaranan zaman olduğu kimi qalır” (2 Peter 3:4). Həmin bu sözləri biz bu gün də eşitmirikmi? Bu sözlər yalnız imansızlar tərəfındən təkrar edilmir, həm də ibadətgah kafedralarından da eşidilir. Onlar ucadan deyirbr: “Narahat olmağa heç bir əsas yoxdur, Məsih gəlməmişdən qabaq bütün dünya imana gəlməlidir və salehlik min il hökm sürəcəkdir. Sülh, sülh! Hər şey əvvəldən necə idisə, eləcə də qalır. Bu panikaçıların moizələri qoy heç kimi narahat etməsin”. Lakin min illik padşahlıq haqqında bu cür təlim Məsihin və Onun həvarilərinin təliminə ziddir. İsa dərin məna ilə dolu suallar verirdi: “Bəs İnsan Oğlu gəldiyi zaman yer üzündə iman tapacaqmı?” (Luka 18:8). Necə ki görürük, Onun sözlərindən aydın olur ki, müasir dünyanın vəziyyəti Nuhun günlərində olduğu kimi olacaqdır. Pavel artan şərəfsizlik haqqında xəbərdarlıq edir və onu yaxınlaşan sonun əlaməti kimi göstərir. “Ruh isə aydın şəkildə deyir ki, axır zamanlarda bəziləri imandan dönəcək, yoldan çıxaran ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar” (1 Timoteyə 4:1). Həvari təsdiq edir ki, “axır günlərdə çətin anlar gələcəkdir” (2 Timoteyə 3:1) və bizə xeyirxah görkəmə malik insanlara məxsus olacaq günahların heyrət doğurucu siyahısını verir. AP 72.2

Böyük daşqın ərəfəsində, lütf dövrü sona yaxınlaşanda, bəşəriyyət əyləncələrə və şənliklərə getdikcə daha çox uyurdu. Nüfuzlu şəxslər bütün səylərini göstərirdilər ki, şənliklərə və ləzzətlərə qapılmış insanlar xəbərdarlıq sözlərinə biganə qalsınlar. Məgər bizim günbrdə də həmin səhnəni görmürükmü? Allah xidmətçilərinin yaxınlaşan son haqqında moizə etdikbri vaxtda dünya ləzzətlərə və əyləncəbrə qapılmışdır. İnsanlar şənbnməbrin fasibsiz axınına uymuşlar və buna görə də Allahın iradəsinə və dünyanı məhvdən yeganə olaraq xilas edə bibcək həqiqətə biganədirbr. AP 73.1

Nuhun vaxtında müdriklər təsdiq edirdilər ki, dünyanı böyük daşqınla məhv etmək mümkün deyildir. Eyni ib bizim günlərdə də elm ulduzları sübut etməyə çalışırlar ki, dünya alovla məhv edib bilməz, çünki bu, təbiət qanunları ilə heç cür düz gəlmir. Lakin təbiətin Allahı, onun qanunlarının Yaradıcısı və Hökmdarı öz yaratdıqlarından öz niyyətlərinin yerinə yetməsi üçün istifadə edə bilər. AP 73.2

Böyük müdrik insanlar hamının məmnunluğuna səbəb olaraq sübut edirdilər ki, guya dünya su ib dağıla bilməz və insanların ehtiyatkarlığı itirdi, Nuhun peyğəmbərlik sözbrini səhv hesab edirdilər, onun özünə isə bir fanatik kimi baxırdılar - onda Allahın fəaliyyət göstərmək vaxtı çatdı. “Böyük dərinliyin bütün çeşmələri çağladı və səmanın pəncərələri açıldı”, istehzaçılar böyük daşqının sularında həlak oldular. İnsanlar özlərinin bütün lovğa elmləri ilə həddindən gec əmin oldular ki, onların müdrikliyi ağılsızlıqdır, Qanunverici təbiətin qanunlarından qüdrətlidir, Ən Güclünün Öz planlarını həyata keçirməsi üçün heç bir vasitə çatışmazlığı yoxdur. “Nuhun günlərində necə oldusa, İnsan Oğlunun günlərində də elə olacaqdır” (Luka 17:26). “Rəbbin Günü isə, oğru kimi gələcəkdir. O Gündə göylər böyük gurultu ilə keçəcəklər, ünsürlər yanaraq əriyəcəklər, yer və orada olan bütün işlər tamamilə yandırılacaqdır” (2 Peter 3:10). Elmi sübutlar xalqın qəlbindəki Allah məhkəməsi qorxusunu dağıdandan, din müəllimləri uzun yüzilliklər davam edəcək sülh və çiçəklənmə haqqında moizə edəndə, dünya öz işlərinə və ləzzətlərinə, planlarına və tikintilərinə, bayramlarına və şənliklərinə qapılanda, Allah xəbərdarlıqlarını rədd edəndə və Onun elçilərini ələ salanda, o zaman ölüm qəflətən onları yaxalayacaq və onlar ondan yaxa qurtara bilməyəcəklər (bax. 1 Saloniklilərə 5:3). AP 73.3