Go to full page →

9-cu fəsil
HƏRFI HƏFTƏ AP 81

Şənbə kimi həftə də öz başlanğıcını dünyanın yaranmasından götürür; o, Müqəddəs Kitab tarixi vasitəsi ilə bizə qədər dəyişməz qalaraq gəlib çatmışdır. Allah Özü birinci həftəni dövrlərin sonuna qədər bütün gələcək həftələr üçün nümunə kimi ölçmüşdür. Hər bir həftə yeddi gündən ibarətdir. Altı gün ərzində Allah yaradılış işlərini yerinə yetirmişdir, yeddinci gün isə istirahət etmişdir və bundan sonra bu günə xeyir-dua verərək, onu insan üçün istirahət günü kimi ayırmışdır. AP 81.1

Sina dağında verilən qanunda Allah həftənin və onun əsaslandığı prinsiplərin mövcudluğunu təsdiq etmişdir. Altı gündə hansı işin yerinə yetirilməli olduğunu və yeddinci gündə nəyin edilməməsini qərara alaraq, “müqəddəs tutmaq üçün şənbə gününü yadda saxla” hökmünü verdikdən sonra O özünü nümunə göstərərək həftəyə riayət etməyin səbəbini müəyyən etdi: “Şənbə gününü yadda saxlayıb təsdiq et. Altı gün çalışıb bütün işlərini gör, lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qaravaşın, heyvanların yanında qalan yadellin də heç bir iş görməsin. Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı” (Çıxış 20:8,11). Biz yaradılış günlərini sözün hərfı mənasında qəbul edəndə bu səbəb bizim üçün kifayət qədər inandırıcı və uca görünür. Həftənin hər altı günü iş günüdür, çünki Allah bu zaman hissələrindən Öz yaradıcı əməyi üçün istifadə etmişdir. Yeddinci gün isə Yaradanın istirahəti haqqında xatirəyə hörmət edərək insan işləməməlidir. AP 81.2

Lakin birinci həftə ərzində baş verən bütün hadisələrin guya bir çox minilliklər ərzində inkişaf etməsi fərziyyəsi dördüncü hökmün əsasına birbaşa zərbədir. Bu, düşünməyə məcbur edir ki, Yaradan genişləndirilmiş, nəhayətsiz zaman dövrləri haqqında xatirə olaraq, yeddigünlük həftəni qorumağı insanlara əmr etmişdir. Bu, Onun öz məxluqlarına münasibətinə kökündən ziddir. Bu, Onun çox aydın surətdə etdiklərini qeyri-adi və müəmmalı edir. Bu, imansızlığın ən məkrli və təhlükəli formasıdır; onun əsl xarakteri elə müvəffəqiyyətlə maskalanmışdır ki, Müqəddəs Kitaba inananların bir çoxu bu fərziyyəyə əsaslanırlar və başqalarına da bu cür öyrədirlər. AP 82.1

“Göylər Rəbbin sözü ilə, səma cisimləri Onun hökmü ilə yarandı... Çünki nə söylədi, mövcud oldu, nə əmr etdi, quruldu” (Məzmur 33:69). Müqəddəs Kitab yerin uzun yüzilliklər boyunca yavaş-yavaş inkişaf edərək qanşıq qaydasızlıqdan əmələ gəlməsini qəbul etmir. Yaradılışın hər yeni günü haqqında Müqəddəs Yazı deyir ki, o, bütün sonrakılar kimi gecədən və gündüzdən ibarət olmuşdur. Hər bir günün sonunda Yaradanın işlərinin nəticəbri xəbər verilir. Birinci həftənin sonunda isə deyilmişdir: “Rəbb Allahın göyləri və yeri yaratmasının tarixçəsi belədir” (Yaradılış 2:4). Lakin bu, o demək deyildir ki, yaradılış günbri əsl günlərdən forqlənmişbr. Hər bir gün yenisinin gəlməsi ib təyin edilir, çünki həmin gün Allah öz işinin yeni hissəsini yerinə yetirmişdir. AP 82.2

Geoloqlar təsdiq edirbr ki, tapılmış sübutlara əsasən yerin yaşı Musanın kitablarında bu barədə deyildiyindən daha çoxdur. İnsanların və heyvanların sümükbri, həmçinin silah, daşlaşmış ağaclar və sairə bu kimi şeybrin öz ölçübri ib bu gün bizə məlum olan şeybrdən və min il bundan öncə mövcud olan şeylərdən ölçücə daha böyük olması, alimləri bu nəticəyə gətirir ki, dünyanın yaradılması haqqında yazılmış dövrdən çox-çox əvvəllər yer üzündə fıziki inkişaf cəhətcə insan nəslinin müasir nümayəndələrindən çox üstün olan insanlar yaşamışlar. Bu cür nəticəbr Müqəddəs Kitaba iman edən adlanan bir çoxlarını düşünməyə məcbur edir ki, yaradılış günləri zamanın uzun, qeyri-müəyyən hissəsindən ibarət olmuşdur. AP 82.3

Lakin Müqəddəs Kitabın verdiyi xəbərlərə geologiya heç nə əlavə edə bilmir. Müxtəlif cür kəşflərə bu cür kor-koranə inananlar böyük daşqına qədərki insanların və heyvanların fiziki vəziyyətləri haqqında, ağaclann nəhəngliyi və yaxud o vaxtdan bəri baş verən böyük dəyişikliklər haqqında müəyyən təsəvvürə malik deyildirlər. Yerdə tapılan qalıqlar indiki şəraitdən kəskin surətdə fərqlənən tamamilə başqa şəraitlərə dəlalət edirlər. Lakin yalnız Müqəddəs Yazı həmin şəraitlərin mövcudluq dövrlərini işıqlandıra bilər. Böyük daşqının tarixində vəhy Sözü geologiyanın da heç vaxt aça bilməyəcəyi şeyləri izah edir. Nuhun günlərində insanlar, heyvanlar, ağaclar ölçücə müasir dövrdəkindən çox böyük idilər və onlar yerin altında basdırılıb orada saxlandılar ki, qədim dünyanın böyük daşqın vasitəsilə məhv edilməsi haqqında gələcək nəsillərə şəhadət etsinlər. Allah istəyirdi ki, qədim keçmişin açılması insanların müqəddəs tarixə imanını möhkəmləndirsin, lakin insanlar öz şöhrətpərəst nəticələri ilə böyük daşqına qədərki dünyanın sakinləri kimi yanlış yola düşdülər, onlar da Allahın bəxşişbrindən düzgün istifadə etməyərək, onları lənətə çevirmişdibr. AP 82.4

Şeytanm fəndlərindən biri də budur ki, o, imansızlıq nağılları ilə xalqın başını qatmağa çalışır, çünki bu yolla o, aydın ifadə edilmiş Allah Qanununu təhrif edə bilir və insanları Allah idarəsinə qarşı üsyana qızışdınr. Yaşar Allahın yerin və göyün Yaradanı olduğunu aydın surətdə göstərən dördüncü hökmə onun qəzəbi xüsusib çox tutur. İnsanlar zəifləmiş enerji ilə izah etməyə çalışırlar ki, məxluq təbiət prosesbrinin nəticəsidir və bu cür əqli nəticələr, Müqəddəs Yazıdakı aydın dəlillərin ziddinə olaraq, hətta məsihçi adlananlar tərəfındən də qəbul edilirlər. Çoxlan peyğəmbərlikləri, xüsusib Danielin və Vəhy kitablanndakıları öyrənməkdən imtina edirlər, onlar təsdiq edirbr ki, guya bunlar ağlabatan deyildirbr və onları dərk etmək mümkün deyildir; bununla yanaşı eb həmin bu insanlar Musanın kitablarına zidd olan geoloqların fərziyyələrini həvəslə qəbul edirbr. Lakin Allahın bizə açdıqları başa düşülmək üçün bu qədər çətindirsə, onda Onun açmadığı fərziyyələri qəbul etmək də bir qədər düzgün deyildir! “Allahımız Rəbbin sirbri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu Tövratın bütün sözbrinə əməl edək” (Qanunun təkrarı 29:29). Allah yaradılış işinin məhz hansı yolla yerinə yetirildiyini insanlara açmamışdır. İnsan elmi Uca Olanın sirlərinə daxil ola bilməz. Onun yaradıcılıq qüdrəti Onun varlığı kimi əlçatmazdır. AP 83.1

Allah həm elm, həm də incəsənət sahəsində dünyanı işığa qərq etmişdir, lakin əgər alimlər bu sahələrə yalnız insan nöqteyi-nəzərindən baxsalar, onlar yanlış nəticələrə gəlib çıxacaqlar. Əlbəttə, Allah Sözündə açıldığından əlavə də biz müxtəlif növ fərziyyələr qura bilərik, lakin yalnız bu şərtlə ki, bizim baxışlarımız Müqəddəs Kitabdaki faktlara zidd olmasın. Lakin Yazıları buraxıb yaradılış işini elmi nöqteyi-nəzərdən izah etməyə çalışanlar xəritəsiz və kompassız olaraq sahilsiz okeanın naməlum sularında azırlar. Əgər dahi ərlər öz tədqiqatlarında Allah Sözünü rəhbər tutmasalar, elm və Allah Vəhyi arasındakı əlaqəni müəyyən etmək cəhdlərində çıxılmaz yola düşəcəklər. Yaradanın Özü, Onun işləri, onlatrın idrakı üçün əlçatmaz olduğuna görə və təbii qanunlar nöqteyi-nəzərindən izah edilmədiyinə görə alimlər Müqəddəs Kitab tarixini qeyri-həqiqi kimi sadəcə olaraq inkar edirlər. Əhdi-Ətiq və Əhdi-Cədidin həqiqiliyinə şübhə edənlər daha uzağa gedəcəklər və Allahın Özünün varlığına şübhə edəcəklər, beləliklə də lövbəri itirərək imansızlıq qayalarında parçalanana qədər onlar dalğalar üzərində sərgərdan olacaqlar. AP 84.1

Belə insanlar imanın sadəliyini itirirlər. Allahın Müqəddəs Sözünün İlahi nüfuzuna möhkəm inanmaq vacibdir. Müqəddəs Kitab insanlann elmi baxışları ilə yoxlamla bilməz. İnsan biliyi etibarsız bələdçidir. Nəyə isə irad tutmaq üçün Müqəddəs Kitabı oxuyan skeptiklər elm və yaxud Allah Sözü sahəsində kifayət qədər bilikləri olmadığına görə, ola bilsin, təsdiq edəcəklər ki, elm və Müqəddəs Kitab bir-birinə ziddir. Lakin düzgün dərk edilərkən aydın olur ki, onların arasında mükəmməl ahəngdarlıq mövcuddur. Musa Allahın Ruhundan ilham alaraq yazırdı və geologiyanın həqiqi nəzəriyyəsi onun məlumatına zidd olan kəşflərin doğruluğunu heç vaxt təsdiq etməmişdir. Təbiətdə və Allah Sözündə olan hər bir həqiqət özünün bütün təzahürlərində öz-özünə qanunauyğundur. AP 84.2

Müqəddəs Yazıda elə suallara toxunulur ki, hətta ən məşhur alimlər də onlara heç vaxt cavab verə bilməzlər. Onlar üzərində düşünərkən biz anlayırıq ki, hətta gündəlik həyatın adi təzahürlərində də elə çoxlu şeylər vardır ki, insan şüuru öz lovğa müdrikliyi ilə onlan heç vaxt dərk etməyəcəkdir. AP 84.3

Alimlər isə hesab edirbr ki, onlar Allahın yaratdıqlarında və yarada biləcəklərində Onun müdrikliyini dərk etməyə qadirdirlər. Allahın Öz qanunlan ilə məhdudlaşması ideyası geniş yayılmışdır. İnsanlar ya Allahın varlığını inkar edirlər, ya Onun haqqında nə isə bilməkdən inadla imtina edirlər, ya da hər şeyi, hətta Müqəddəs Ruhun insan ürəyinə təsirini də izah etməyə çalışırlar. Onlarda Onun adı önündə pərəstiş, Onun gücü önündə qorxu yoxdur. Onlar fövqəladə olana inanmırlar, nə Allah Qanunlarını, nə də Onun iradəsini yerinə yetirmək üçün onlarda fəaliyyət göstərən hədsiz Allah gücünü başa düşmürbr. Adətən “təbiət qanunları” anlayışı altında o qanunlar nəzərdə tutulur ki, insanlar onları açmağa qadir olmuşlar və onlar fıziki dünyanı idarə edirlər. Lakin onların bilikləri necə də məhduddur və fani varlıqlann idrak və şüur sərhədlərindən çox-çox kənara çıxaraq, Yaradanın Öz xüsusi qanunları ib fəaliyyət göstərə bildiyi şeydən necə də nəhayətsizdir! AP 84.4

Çoxlan öyrədirlər ki, materiya həyat qüvvəsinə malikdir, bu onun dəyişməz xüsusiyyətidir, o, öz xüsusi enerjisi sayəsində də fəaliyyət göstərir, təbiət hadisəbri Allahın özünün də hakim olmadığı dəyişməz qanunlar tərəfmdən idarə olunur və bu qanunlara da tabedirbr. Bu, yalançı elmdir və o, Allah Sözü tərəfındən təsdiq edilmir. Təbiət Yaradanın xidmətçisidir. Allah Öz qanunlarını dəyişmir və onlann ziddinə olaraq fəaliyyət göstərmir, lakin O, həmişə onlardan alət kimi istifadə edir. Təbiət həm öz qanunlarında, həm də bu qanunlar vasitəsib təzahür edən şüurlu, daim fəaliyyət göstərən qüvvəyə şəhadət edir. Ata və Oğul yorulmadan təbiətdə fəaliyyət göstərirlər. Məsih deyir: “Atam indiyədək işbməkdədir və Mən də işləyirəm.” (Yəhya 5:17). AP 85.1

Nehemya tərəfmdən yazılmış himndə Levilibr oxuyurlar: “Sən, yalnız Sən Rəbsən, göybri, göybrin ən uca qatlarını və bütün səma cisimbrini, yer üzünü... hər şeyi Sən yaratdın və hamısına həyat verirsən” (Nehemya 9:6). Bizim yer planetinə gəldikdə isə, Allahın yaradıcı işi qurtarmışdır. Çünki “Onun işləri dünya yaradılandan bəri başa çatmışdır” (İbranibrə 4:3). Lakin Onun qüvvəsi həmişə bütün yaradılmışların idarəsində görünür. Bir dəfə fəaliyyətə gətirilmiş mexanizm ona görə etirazsız işbmir ki, onda qoyulan qüwə hərəkət edir; bütün canlıların nəbzləri də bu səbəbə görə vurmur; lakin hər bir nəfəs, ürəyin hər bir döyüntüsü Yaradanın hər şeyi əhatə edən qayğısına dəlalət edir ki, biz Onun sayəsində “yaşayınq, hərəkət edirik və mövcuduq” (Həvarilərin işləri 17:28). Yer yalnız onda qoyulmuş enerji sayəsində hər il bütün canlılara həyat vermir və günəş ətrafında dövr etmir. Allahın əli planetlərin Kainatdakı ciddi hərəkətini idarə edir. “Rəbb göy cisimləri sıraya düzüb çağırar, onların hamısmı adları ilə çağırar. Bol qüvvəsinə, böyük qüdrətinə görə onlardan heç biri də əksik olmaz” (Yeşaya 40:26). Yalnız Onun qüdrəti sayəsində bitkilər yaşıllaşır, yarpaqlar görünür, çiçəklər açılır... O, “dağlarda ot bitirər” (Məzmurl47:8) və Onun sayəsində çölbr məhsuldar olur. Bütün meşə heyvanlarına O, qida göndərir və ən xırda böcəkdən tutmuş insana qədər, bütün canlı varlıqlar hər gün Onun tükənməz qayğısından asılıdır. Zəbur oxuyanın sözləri necə də gözəldir: “... öz yembrini Allahdan istəyərlər. Sən yemək verərkən onlar yem yığırlar, açıq əlinin nemətindən doyurlar” (Məzmur 104:20, 21, 27,28). Onun Sözü təbiət qüvvələrini idarə edir: “O, göybri buludlarla bürüyər və уег üzünü yağışla təmin edər”. “Ağ yun kimi qar yağdırar, kül kimi qırov salar” (Məzmur 147:16). “O guruldayanda göybrdəki sular çağlayır, yerin ucqarlarından buludları yüksəldir, yağış üçün şimşək çaxdırır, anbarlarından külək çıxardır” (Yeremya 10:13). AP 85.2

Allah hər şeyin əsasıdır, bünövrəsidir. Hər bir həqiqi elm Onun yaradıcılıq işləri ib ahəngdarlıqdadır; һәг bir həqiqi təhsil Onun idarəsinin qanunlarına itaətə aparır. Elm bizim baxışlanmıza yeni möcüzəbr açır, o, səmanın ənginliklərinə daxil olur və yeni dərinlikbri tədqiq edir, lakin İlahi vəhyə zidd olan heç bir şey tapmır. Allaha yanlış baxışları müdafıə etmək üçün nadanlıq elmi sübutlara əsaslana bibr, lakin təbiət kitabı və Allah Sözü bir-birbrini işığa qərq edirbr. Bu şahidlərin sayəsində biz Yaradana itaət etməyi və Onun Sözünə şüurlu surətdə inanmağı öyrənə bibrik. AP 86.1

Heç kimin məhdud ağlı Nəhayətsizin varlığını, qüdrətini, müdrikliyini və işbrini dərk etməyə qadir deyildir. Allahın müqəddəs xidmətçisi yazmışdır: “Allahın dərin sirbrini dərk edə bibrsənmi? Külli-İxtiyarın sərhədbrinə çata bibrsənmi? Onlar göybr qədər ucadır, axı nə edə bilərsən? Ölübr diyarından dərindir, nəyi dərk edə bilərsən? Meyarı aləmdən uzundur, dənizlərdən genişdir” (Əyyub 11:7-9). Ən görkəmli dahibr Allahı dərk edə bilmirbr. İnsanlar tədqiq və kəşf edə bibrbr, lakin yenə də əlçatmazlıq sonsuzluğu qalacaqdır. AP 86.2

Yaradılış işləri Allahın qüdrətinə və əzəmətinə dəlalət edir. “Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir” (Məzmur 19:1). Kim Allah Sözündən rəhbər kimi istifadə edəcəkdir, o, Allahı dərk etmək üçün elmi bir vasitə kimi əldə edəcəkdir. “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni, əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqlan ilə anlaşılaraq, açıqca görünür” (Romalılara 1:20). AP 87.1