Go to full page →

8-ci fəsil
BÖYÜK DAŞQINDAN SONRA AP 75

(Bu fəsil Yaradılış Kitabımn 7:20-9:17-ci fəsillərinə əsaslanır)

Su ən yüksək dağlardan on beş dirsək yuxarı bir səviyyəyə qalxdı. Gəmidəki ailəyə çox vaxt elə gəlirdi ki, onlar həlak olmalıdırlar, çünki dalğaların və kübklərin ixtiyarına verilmiş gəmi beş ay idi ki, dalğalar üzərində üzürdü. Bu, dəhşətli sınaq idi, lakin Nuhun imanı zəifləmirdi, çünki o əmin idi ki, hər şeyi İlahi əl idarə edir. AP 75.1

Su enməyə başlayanda Rəbb gəmini hər tərəfdən dağlarla mühafızə olunan yerə yönəltdi, bura Onun mərhəməti sayəsində salamat qalmışdı. Dağlar hündür divar kimi durmuşdular və gəmi bir daha sahilsiz okeanda gəzməyərək, sakit limanın dalğalarında rahatca yırğalanırdı. Bu, tüğyan edən fəlakətdən əzab çəkmiş yorğun insanlara böyük yüngüllük gətirdi. AP 75.2

Nuh və onun ailə üzvləri o anı səbirsizlikb gözbyirdibr ki, su enəcək və onlar yenidən yerə qədəm qoyacaqlar. Qırx gündən sonra nəhayət dağların zirvələri görünəndə Nuh iti həssaslığa malik olan quzğun quşunu buraxdı ki, öyrənsin, yer quruyubdurmu. Quş isə heç bir tərəfdə quru yer tapmayaraq, gəminin üzərində uçmaqda davam edirdi. Daha yeddi gün keçəndən sonra Nuh göyərçini buraxdı, lakin o da, quru yer tapmadı və gəmiyə qayıtdı. Nuh daha yeddi gün də gözbdi və yenidən göyərçini buraxdı, o, axşam dimdiyində zeytun yarpağı qayıtdıqda gəmidə əsl təntənə hökm sürürdü. Bundan sonra Nuh gəminin örtüyünü açdı “və baxdı, budur, yerin üstü qurumuşdur”. Lakin o, səbirlə gözləməkdə davam edirdi. Vaxtilə o, gəmiyə Allahın əmri ilə girmişdi və indi onu tərk etmək üçün səbirlə xüsusi göstəriş gözləyirdi. AP 75.3

Nəhayət, səmadan mələk endi, gəminin ağır qapısını açdı, bu ulu əcdada və onun ailəsinə çıxmağı və heyvanları da özləri ilə götürməyi əmr etdi. Böyük sevinc içərisində olan Nuh azadlıq günündə Allahını unutmadı, çünki Onun həssas qayğısı sayəsində o və onun bütün ailəsi sağ qalmışdılar. Gəmidən çıxdıqdan sonra Nuh hər şeydən əvvəl qurbangah tikdi və azadlıq üçün Allaha şükür əlaməti olaraq və Məsihin Böyük Qurbanına öz imanının sübutu olaraq, hər təmiz heyvandan və quşdan qurban gətirdi. Bu qurban gətirmə Allaha xoş gəldi və özü ilə nəinki yalnız ulu əcdada və onun ailəsinə, həm də yer üzündə yaşayacaq hamıya böyük xeyir-dua gətirdi. “Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: ...insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm... Dünya durduqca əkin-biçin, isti-soyuq, yay-qış və gecə-gündüz sona yetməyəcək”. Bunda bütün gələcək nəsillər üçün dərs vardır. Nuh gəmidən çıxaraq boşalmış yerə endi və özünə ev tikməzdən əvvəl Allah məbədini tikdi. Onun bu cür çətinliklə qorunmuş heyvanları çox az idi, lakin o, yenə də bütün hər şeyin Allaha məxsus olduğunu etiraf etmək əlaməti kimi onların bir hissəsini sevinclə Allaha qurban etdi. Bu qayda ilə biz də həmişə könüllü olaraq Allaha qurban gətirməyin qayğısına qalmalıyıq. Onun bizə olan mərhəmətinin və Məhəbbətinin hər bir təzahürünə biz sədaqətlə cavab verməliyik və Onun işinə kömək etmək üçün öz töhfələrimizi verməliyik. AP 76.1

Qaçan buludlann və yağan yağışların insanları ikinci böyük daşqınla qorxutmamalan üçün Nuhu və onun bütün ailəsini Allah bu vədlə ruhlandırdı: “Mən sizinlə, sizdən sonrakı nəslinizlə öz əhdimi bağlayıram... heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək... buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında əhdin əlaməti olsun. Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək... Man Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam”. AP 76.2

Gözəl göy qurşağında - Allahla insanlar arasındakı əhdin nişanəsində görünən Allah iltifatı və Onun yerin azmış övladlarına mərhəməti necə də böyükdür! Rəbb deyir ki, göy qurşağına baxdıqda O, həmişə yerin sakinləri ib bağladığı əhdi xatırlayacaqdır. Lakin bu o demək deyildir ki, O, əhdini unuda bibr. Rəbb bizə öz dilimizdə müraciət edir ki, gələcək nəsillərin uşaqlan göybri haşiyələyən bu gözəl qurşağın mənası haqqında soruşanda öz valideynlərindən böyük daşqın haqqında eşitsinbr, o haqda ki, Uca Tanrı böyük daşqının sularının yeri bir daha batırmayacağına əmin edərək, göy qurşağını buludlarda necə yerbşdirmişdir. Beləliklə əhd göy qurşağı nəsildən-nəsilə insana İlahi Məhəbbət haqqında şəhadət etməlidir və onun qəlbində Allaha etibar aşılamalıdır. AP 76.3

Səmada bu cür göy qurşağı taxt-tacı əhatə edir və Məsihin başının ətrafmda parıldayır. Peyğəmbər deyir: “Yağmur günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi” (Yezekel 1:28). Vəhyin müəllifı yazır: “Budur, göydə bir taxt qurulmuş və taxtda biri oturmuşdu... və taxtın ətrafında zahirən zümrüdə bənzər göy qurşağı var idi” (Vəhy 4:2,3). İnsanların qanunsuzluqları Allah məhkəməsinə cəlb ediləndə Xilaskar tövbə edən günahkara Allah mərhəmətinin nişanəsi kimi taxtın ətrafında olan buludlardakı və Onun başı üzərindəki göy qurşağını göstərərək, Ata önündə onlar üçün xahiş edir. AP 77.1

Böyük daşqın haqqında Nuha verdiyi təminatla Allah Öz lütfunün ən qiymətli əhdlərindən birini bağladı: “Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqın sulan bir daha yer üzünü örtməyəcəyi haqda necə and içmişdimsə, indi də and içirəm ki, sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm. Dağlar yerini dəyişsə də, təpələr sarsılsa da, sənə olan məhəbbətim dəyişməz, sülh əhdim sarsılmaz” bunu sənə rəhm edən Rəbb deyir” (Yeşaya 54:9,10). AP 77.2

Nuh onlar ilə birlikdə gəmidən çıxan nəhəng yırtıcılara baxanda çox qorxdu ki, onun cəmi səkkiz nəfərdən ibarət azsaylı aibsi onların qurbanı olmasın. Lakin Allah Öz qulunun yanına məbk göndərərək bu sözbrb ruhlandırdı: “Qumdakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə-gələcək. Onlar sizin ixtiyarınıza verilib. Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm”. Bu vaxta qədər insanların ət yeməsinə Allah icazə vermirdi, O istəyirdi ki, onlar yalnız yerin bəhrələri ib qidalansınlar. Lakin indi, bütün bitkilər məhv edildiyi zaman, Nuhla birlikdə gəmidə olan təmiz heyvanların ətindən yeməyə onlara icazə verdi. AP 77.3

Böyük daşqın zamanı yerin zahiri görünüşü çox güclü dəyişmişdi. Günahın nəticəsi olaraq, üçüncü dəhşətli lənət onun üzərini almışdı. Su enməyə başlayanda ucsuz-bucaqsız bulanıq dənizlə əhatə olunmuş təpələr və dağlar göründülər. Hər tərəfdə insanların və heyvanların cəsədləri atılmışdı. Lakin Allah imkan vermədi ki, çürüyən cəsədlər havanı zəhərbsinbr. O, yeri ümumi nəhəng məzarlığa çevirərək, cəsədlərin hamısını yerin altında dəfn etdi. Rəbb tüğyan edən güclü küləklə yerin üstünü qurutmaq qərarına gəldi. Bu külək dəhşətli qüvvə ilə cəsədbri süpürürdü, dağların zirvələrini uçururdu, ağacları, daşları və torpağı üst-üstə qalayaraq cəsədləri onların altında basdırırdı. Böyük daşqına qədərki dünyanı zənginləşdirən, bəzəyən və onun sakinləri tərəfındən ilahibşdiribn qızıl, gümüş, qiymətli ağac növbri, bahalı daş-qaşlar da bu cür basdırıldı. Bu xəzinələr suyun güclü axınları ib torpağın altında qaldılar, qayalarla örtüldübr, bəzi yerlərdə isə onların üstündə bütöv dağlar qalandılar. Allah gördü ki, O, günahkarlara nə qədər çox var-dövbt bəxş edirsə, onların həyatlan bir o qədər pozğunlaşır. Səxavət Sahibini izzətbndirmək əvəzinə insanlar Rəbbi inkar etdilər və Ona nifrət etdilər, bu xəzinəbrə sitayiş etməyə başladılar. AP 78.1

Böyük daşqından sonra yer təsviredilməz qarışıqlıq və boşluq səhnəsinə çevrilmişdi. Vaxtib öz mütənasiblikbri ib olduqca gözəl olan dağlar torpağın və müxtəlif şeybrin qaydasız qalaqlarına çevrilmişdibr. Onların üstünü daş və qaya qırmtıları örtürdü. Çox yerbrdə təpəbrin və dağlann heç izi də qalmamışdı, əvvəllər düzənlik olan yerbrdə isə indi dağlar zəncir kimi uzanırdı. Lakin hər yerdə eyni dərəcədə dəyişiklikbr baş verməmişdi. Nə vaxtsa zəngin qızıl, gümüş və qiymətli daş qaş ehtiyatları ib şöhrətbnmiş yerbr lənətin ən ağır izbrini daşıyırdılar, yer kürəsinin məskunlaşmamış hissəbrinə və günahın güclü hökm sürmədiyi yerbrə isə lənət az toxunmuşdu. Nəhəng meşələr torpağın altında basdırılmışdılar. Onlar tədricən bizim günlərə qədər də mövcud olan kömür yataqlanna və külli miqdarda neftə çevrildibr. Kömür və neft tez-tez yerin altında alovlanıb yanırlar. Bunun nəticəsində də daşlar közərir, əhəng və filiz əriyir. Suyun əhəngə təsiri qeyri-adi dərəcədə yüksək temperatur əmələ gətirir ki, bu da müxtəlif zəlzələlərə və vulkan püskürmələrinə səbəb olur. Od və su, filiz və əhənglə qarışaraq göy gurultusuna bənzər ağır yeraltı partlayışlara gətirib çıxanrlar. Hava sıxılır, vulkan partlayışı baş verir. Çox vaxt bu cür yeraltı partlayışlar zamanı közərmiş şeylər çıxış tapa bilmirlər, yer titrəyir, onun qabığı qabarır və dəniz dalğalan kimi qalxır. Bəzən şəhərləri, kəndləri və nəhəng dağlan udan böyük çatlar əmələ gəlirbr. Məsihin ikinci gəlişindən və dünyanın sonundan əvvəl bu cür sarsıdıcı hadisələr getdikcə daha tez-tez və faciəli şəkildə baş verəcəkdir ki, bu da dünyanın məhvinin yaxınlaşdığını göstərəcəkdir. Yerin dərinlikbri Allahın anbarlarıdır. Köhnə dünyanı məhv etmək üçün O orada saxlanan silahdan istifadə etmişdir. Yeraltı su mənbələri yerin altından fəvvarə vuraraq, göydən tökülən su ilə qarışıb öz boşaldıcı işlərini gördülər. Böyük daşqın dövründən su kimi od da şərəfsiz şəhərləri məhv etmək üçün Allahın əlində silah olmuşdur. ^llah bu cəzaları yerə göndərir ki, Onun Qanununu etinasızlıqla rədd edənlər və Onun nüfuzunu tapdalayanlar qorxsunlar, Onun gücünü və ali hakimiyyətini tanısınlar. İnsanlar püskürən odu, közərmiş lava axınlarını, bu axınların çayları və bütöv şəhərləri örtməsini, hər yerdə hökm sürən dağıntıları və qırğınları görəndə, hətta ən cəsarətli ürəklər də dəhşətə gəldilər, Allahsız və həyasız söyüşçülər də Allahın hədsiz qüdrətini tanımağa məcbur oldular. AP 78.2

Qədim dövrlərin peyğəmbərləri bu cür səhnələrə işarə edərək nida etmişlər: пҮа Rəbb, kaş göyləri yarıb enəydin, dağlar hüzurunda sarsılardı! Alov kolluğu yandıran kimi, od suyu qaynadan kimi Adını yağılarına tanıtdıraydın, millətlər önündə lərzəyə gələrdi! Sən gözləmədiyimiz əzəmətli işlər edəndə endin yer üzünə, dağlar önündə sarsıldı” (Yeşaya 64:1-3). “...Rəbbin yolu fırtınadadır, qasırğadadır, buludlar ayaqlarının tozudur, dənizə əmr edib onu qurudar, bütün çayların sularını da qurudar” (Nahum 1:3,4). AP 79.1

Məsihin İkinci gəlişi zamanı insanlar daha dəhşətli səhnələrin şahidləri olacaqlar. “Rəbbin hüzurundan dağlar titrəyir, təpələr əriyir, yer üzü Rəbbin önündə sarsılır, dünya və onun sakinləri brzəyə gəlir. Onun qəzəbinə qarşı kim dura bibr? Qızğın hiddətinə kim tab gətirər? Rəbbin qeyzi od kimi tökülər, qarşısında qayalar dağılar” (Nahum 1:5,6). “Ya Rəbb, göyləri yar, aşağı en, dağlara toxun, qoy tüstübnsin. Şimşəyini çaxdır, düşmənbri dağıt, oxlarını yağdır, yağıları darmadağın et” (Məzmur 144:5,6). AP 79.2

“Yuxarıda, göydə xariqələr, aşağıda, yer üzündə də əlamətlər göstərəcəyəm, qan, od və duman buğu hasil edəcəyəm” (Həvarilərin işləri 2:19). “Şimşəklər, uğultular və göy gurultulan baş verdi. Elə güclü bir zəlzələ oldu ki, insanın yer üzündə olduğu vaxtdan bəri onun kimi elə böyük zəlzələ olmamışdı... Hər ada qaçdı və dağlar yox oldu. Göydən insanların üstünə hər biri bir talant (təqribən 41 kq) ağırlığında olan böyük dolu dənələri yağdı” (Vəhy 16:18-21). AP 80.1

Səma şimşəkləri yeraltı odla birləşəcək və onda bağlan, çölləri, kəndləri və şəhərləri batıran dəhşətli lava axınlan püskürərək, dağlar sobalar kimi yanacaq. Üzərinə püskürülən közərmiş kütlələrdən qaynayan sular iri qayaları təsviredilməz qüvvə ilə yerindən qoparacaq, daş parçalarını yer üzünə səpəbyəcəklər. Çaylar qumyacaq. Yer titrəyəcək, hər yerdə dəhşətli zəlzələlər və partlayışlar baş verəcək. Allah bu yolla yeri şərəfsizlərdən təmizləyəcəkdir. Lakin bu çaxnaşma içərisində salehlər Nuh böyük daşqın zamanı gəmidə qorunduğu kimi qorunacaqlar. Allah onların sığınacağı olacaqdır və onlar Onun qanadlan altında təhlükəsizlikdə olacaqlar. Zəbur oxuyan deyir: “Ya Rəbb, sığmacağımsan!” dediyin üçün, Haqq-Taalaya sığındığın üçün şərə düçar olmazsan, bəla çadınndan uzaq qaçar” (Məzmur 91:9,10). “Dar gündə məni çardağında gizlər, çadırının örtüyü ilə örtər, qaya başındakı yüksək yerə gətirər” (Məzmur 27:5). Allah əhdində deyilir: “Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, ismimi tanıdığına görə onu yüksəldəcəyəm” (Məzmur 91:14). AP 80.2