(Bu fəsil Yaradılış Kitabının 13-15; 17:1-6; 18-ci fəsillərinə əsaslanır)
İbrahim Kənana qayıdanda “çoxlu mal-qarası və qızıl-gümüşü vardı”. Lut hələ də onunla idi və onlar yenə də Beyt-Elə gəldilər, nə vaxtsa özlərinin ucaltdıqları məbədin yanında öz çadırlarını qurdular. Tezliklə onlar əmin oldular ki, sərvətin artması problemləri də artırmışdır. Məhrumiyyətlər və sərgərdanlıqlar dövründə onlar öz aralarında tam razılıq əsasında yaşayırdılar, indi isə, əmin-amanlıq dövründə çəkişmə təhlükəsi yaranmışdı. Mal-qara üçün otlaq çatışmırdı və çobanlar arasında tez-tez baş verən mübahisələr onların sahiblərini bu məsələni həll etməyə məcbur etdi. Aydın oldu ki, onlar ayrılmalı olacaqlar. İbram yaşca Lutdan böyük idi, həm qohumluq münasibətlərinə görə, həm də mövqecə ondan yüksək idi, sərvəti onunkundan artıq idi, lakin işi sülhlə yoluna qoymağı birinci o təklif etdi. Baxmayaraq ki, Allah özü bütün torpaqlan ona vermişdi, o, ürək açıqlığı ilə seçmək hüququndan imtina etdi. AP 102.1
“İbram Luta dedi: “Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq. Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, man sola gedəcəyəm”. AP 102.2
Bu sözlərdə İbramın xeyirxah, saf xarakteri açıldı. Nə qədər insanlar bu cür şəraitlərdə hər şeylə risk edərək, prinsip üzündən öz hüquqlarını və üstünlüklərini saxlamağa çalışardılar! Nə qədər ailələr bu yolla dağılmışdır! Həqiqəti atalar sözü edərək və şərəfsizlərə irad tutmaq üçün ondan istifadə edərək nə qədər icmalar ayrılmışlar! “Qoy mənimlə sənin aranda mübahisə olmasın” - dedi İbram, “çünki biz qohumuq”, yalnız hərfı mənada deyil, həm də həqiqi Allahın övladları və pərəstişkarları olan qardaşlar kimi. Allah övladları bir ailəni təşkil edirlər və bu cür məhəbbət və sülh ruhu onların arasında hökm sürməlidir. “Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; hörmətdə bir-birinizi qabaqlayın” (Romalılara 12:10). Xilaskarımızın təlimində deyilir. Əgər biz həmişə biri-birimizə qarşı həssas olsaydıq və onların bizə necə münasibət bəsləməsini istədiyimiz kimi də öz yaxınlarımızla rəftar etsəydik, onda dünyada pislik ikiqat az olardı. özünü yüksək tutmaq ruhu iblis ruhudur, lakin Məsihin Məhəbbətinin sakin olduğu qəlb özünüinkarla doludur və özünün mənfəətini axtarmır. Belələri həmişə İlahi göstərişlə hərəkət edəcəklər: “Hər kəs yalnız öz mənfəətini deyil, başqalarının də mənfəətini güdsün” (Filipililərə 2:4). AP 102.3
Baxmayaraq ki, Lut bu qədər mülkü yalnız İbrahimin sayəsində əldə etmişdi, lakin o, öz xeyirxahına minnətdarlıqla cavab vermədi. Nəzakət borcu tələb edirdi ki, Lut seçmək hüququnu İbrama həvalə etsin, lakin bunun əvəzində o, xəsisliklə onun təklifındən yapışdı. “Lut başını qaldırıb, İordan çayının bütün ətrafmı gördü; o vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi”. Fələstinin ən məhsuldar yerlərindən biri Erden hövzəsi idi, bura itirilmiş cənnəti xatırladırdı və gözəllikdə, məhsuldarlıqda onlann yaxınlarda tərk etdikləri Nil sahillərindəki düzənliklərə bərabər idi. Orada gözəl və dəbdəbəli şəhərlər var idi, bu şəhərlərin zəngin bazarları faydalı ticarət vəd edirdi. Dünyəvi sərvət səhnəsi ilə gözləri örtülmüş Lut öz canını məruz qoyduğu təhlükələr haqqında düşünmürdü. Oranın sakinləri “Rəbbin önündə qəddar və olduqca günahkar idilər”, lakin o, bunu bilmirdi və yaxud da bilirdi, lakin buna heç bir əhəmiyyət vermirdi. “Lut bütün Erden hövzəsini özünə seçdi” və “Sodoma qədər çadırlarını qurdu”. O öz eqoist seçkisinin dəhşətli nəticələrini qabaqcadan görə bilmədi. AP 103.1
Lutun ayrılmasından sonra İbram yenidən Rəbdən əhd oldı ki, o, bütün yerə sahib olacaqdır. Bundan az sonra İbram Xevrona tərəf hərəkət etdi və öz çadırlarını Mamre palıdlığı yanında qurdu, orada Rəbbə qurbangah ucaldı. Sodom diyatrının təhlükəli dəbdəbəsini Luta buraxaraq sadə patriarxal həyat tərzini xoşlayan İbram zeytun meşəlikləri, üzümlüklər, küləkdən dalğalanan buğda tarlaları və təpələrlə əhatə olunmuş geniş otlaqlarla örtülən azad yaylaqlar məskənində yaşayırdı. AP 103.2
İbramın qonşuluğunda yaşayan xalqlar ona qüdrətli rəis, müdrik, qeyri-adi rəhbər kimi hörmət edirdilər. İbram öz qonşularından uzaq qaçmırdı, lakin onun həyatı da, özü də həqiqi imanın canlı sübutu olaraq, bütpərəstlərin həyat tərzindən kəskin fərqlənirdi. O, Allaha hədsiz sədaqətli idi. Onun xoşrəftarlığı və mehribanlığı ətrafdakılarda dostcasına münasibət və etibar doğururdu; onun qondarma olmayan əzəməti hörmət və ehtiram doğururdu. AP 104.1
O, öz imanını təkcə özü həzz almaq üçün qiymətli xəzinə kimi qısqanclıqla gizbtmirdi. Həqiqi dinə bu cür münasibət göstərmək olmaz, çünki bu cür ruh Xoş Müjdənin prinsiplərinə ziddir. Əgər Məsih qəlbdə yaşayırsa, Onun hüzurunun işığını gizlətmək, yaxud ona kölgə salmaq mümkün deyildir. Əksinə, Salehlik Günəşinin həyatverici şüaları qəlbi bürüyən eqoistlik və günahın qatı zülmətini dağıtdıqca, o, gündən-günə daha parlaq olacaqdır. AP 104.2
Allahın xalqı Allahın yerdəki nümayəndəsidir və Rəbb istəyir ki, Onun övladları bu dünyanın mənəvi qaranlığı içərisində çıraq olsunlar. Bütün yer üzünə: şəhərlərə, kəndlərə dağılmış halda onlar Allahın şahididirbr, Allah onların vasitəsi ib imansızlara Öz iradəsini və Öz mərhəmətinin möcüzələrini xəbər verir. Onun iradəsi bundan ibarətdir ki, böyük xilas planında iştirak edənlərin hamısı Onun missionerbri olsunlar. Məsihçibrin xeyirxahlığı eb bir nümunədir ki, onun köməyi ilə imansız insanlar Xoş Müjdə haqqında bilik əldə edirlər. Cismani, xudbin qəlb zülmət saçdığı halda, səbirlə dözübn sınaqlar, minnətdarlıqla qəbul edibn xeyir-dualar, gündəlik həyatda təzahür edən barışıqlıq, mehribanlıq, rəhmdillik və məhəbbət məsihçini işıqsaçan edir. AP 104.3
Dərin inamlı, alicənab, səxavətli, itaətdə mətin və sadəlikdə həlim olan İbrahim öz qonşularına münasibətdə müdrikliyi ilə fərqlənirdi, cəsarətli və çevik döjrüşçü idi. Baxmayaraq ki, onu onlar üçün yeni olan dinin vaizi kimi tanıyırdılar, İbramın yaşadığı Əmaleq düzünün hökmdarları üç padşah qardaş ümumi təhlükəsizlik naminə onlarla ittifaq bağlamağı ona təklif etdilər, çünki ölkədə zorakılıq və sıxışdırmalar hökm sürürdü. Tezliklə onu müttəfiq hüququndan istifadə etməyə məcbur edən hadisələr baş verdi. AP 104.4
Elam padşahı Kedorlaomer on dörd il ondan əvvəl Kənanı işğal etmişdi və onun sakinlərinin üzərinə vergi qoymuşdu. Lakin rəislərdən bəziləri qəzəblənmişdilər və onda Elam padşahı dörd müttəfiqi ilə birlikdə üsyanı yatırmaq qərarına gəldilər. Beş Kənan rəisi birləşmiş qüwələri ilə Siddim vadisində əsarətçibrə qarşı çıxış etdilər, lakin tam məğlubiyyətə uğradılar. Ordunun böyük hissəsi qırıldı, sağ qalanlar isə dağlara qaçdılar. Qalibbr şəhərləri talan etdilər, dərələri müflis etdilər və zəngin qənimətlə çıxıb getdilər. Onlar özbri ib çoxlu sayda əsir apardılar, Lut və onun aibsi də bu əsirlərin içərisində idi. AP 105.1
Mamre palıdlığı yanında sülh içərisində yaşayan İbram hansı qaçqındansa baş verən döyüş və qohumuna üz verən bədbəxtlik haqqında öyrəndi. Onun qəlbində Lutun naşükürlüyünə görə ona qarşı heç bir kin yox idi, əksinə, Luta məhəbbət hissi ib o, onu xilas etməyi qərara aldı. Hər şeydən əvvəl İlahi məsləhətə ümid edərək, İbram müharibəyə hazırlaşdı. O, Öz adamları içərisindən Allah qorxusu olan, öz ağasına itaət edən, həm də hərbi sənətə öyrənmiş üç yüz səkkiz kişi seçdi. Onun müttəfıqləri Mamre, Eşkol və Aner öz adamları ib birlikdə ona qoşuldular və onlar hamısı birlikdə işğalçıların dalınca düşdübr. Həmin vaxt Elam padşahı və onun müttəfıqləri Kənanın şimal sərhəddi Danda dayanmışdılar. Onlar müvəffəqiyyətdən məst olaraq və məğlub olmuş düşmən tərəfındən hücum gözbməyərək öz qəbbələrini səs-küyb qeyd edirdilər. Ulu qəbilə başçısı insanları eb bölüşdürdü ki, bütün düşərgəni mühasirəyə aldılar və gecə onlara hücum etdi. Onun sürətli və qəfıl hücumu sürətli qələbə ib başa çatdı. Elam padşahı öldürüldü, onun vəlvəbyə düşmüş ordusu isə tamamilə dağıdıldı. Lut, onun ailəsi və digər əsirbr özbrinin bütün mülkləri ib azad edildibr və qaliblərə zəngin qənimət qismət oldu. Allahın ardıcılı nəinki ölkəyə böyük xidmət göstərdi, həm də özünü şanlı döyüşçü kimi göstərdi. Hamı əmin oldu ki, salehlik qorxaqlıq deyildir və İbramın imanı onda əzibnlərin hüquqlarım qorumaq üçün igidlik aşılamışdır. Onun qəhrəman hərəkəti onu bütün ətraf qəbiləbr arasında şöhrətləndirdi, o qayıdarkən, Sodom padşahı qalibi salamlamaq üçün onu qarşılamağa çıxdı. O təkid edirdi ki, İbram bütün qəniməti özünə götürsün və yalnız əsirləri ona qaytarmağı xahiş edirdi. Baxmayaraq ki, hərbi adətə görə qənimət qalibə çatırdı, bu yürüşə qənimət xatirinə getməyən İbram başqalarının bədbəxtliyindən özü üçün fayda götürməkdən imtina etdi və yalnız qaydaya görə onun müttəfıqlərinə düşəcək hissə haqqında damşdı. AP 105.2
Az adam bu cür sınağa çəkilərkən İbram kimi alicənab hərəkət edərdi. Bu cür zəngin qəniməti almaq, tamahına qarşı və acgözlüyə qarşı iraddır. İbram ədalət və humanistlik prinsiplərinə hörmət edirdi. Onun davranışı İlahi prinsipi canlandırır: “qonşunu özün kimi sev” (Levililər 19:18). “Əllərimi göyün və yerin sahibi Allah-Taala Rəbbin dərgahına qaldırıram ki, sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm; ta deməyəsən ki, mən İbramı varlandırdım”. O, hətta fikirləşməyə də əsas vermək istəmirdi ki, o, müharibəyə mənfəətpərəstlikdən qoşulmuşdur və öz rifahı üçün onların bəxşişlərinə və iltifatına borcludur. İbramı mübarək qılmağı Allah vəd etmişdi və bütün şöhrət də Ona məxsus olmalıdır. AP 106.1
Qalib ulu qəbilə başçısını salamlamağa Salem padşahı Melkisedeq də çıxmışdı, o, yorulmuş döyüşçübri gümrahlaşdırmaq üçün çörək və şərab gətirmişdi. O, “Allah-Taalanın kahini” kimi İbrama xeyir-dua verdi və Öz qulu vasitəsib bu cür böyük qurtuluşu yerinə yetirən Allaha şükür etdi. “İbram bütün qənimətin onda birini Melkisedeqə verdi”. AP 106.2
İbram sevinc içərisində öz çadırlarına və sürülərinin yanına qayıtdı, lakin həyəcanlı fıkirlər onun qəlbini narahat edirdi. O, mümkün qədər düşmənçilikdən və mübahisədən qaçan sülhsevər insan idi və indi o qanlı döyüş meydanında həlak olan insanlar əsasən ondan qisas almaq üçün, şübhəsiz, öz hücumlarını təkrar edəcəklər. Əgər o, bu yolla qəbilələrarası çəkişmələrə sövq edilsə, onda onun həyatı öz asayişini itirəcəkdir. Üstəlik də o hələ əhd olunmuş yerə sahib olmamışdı, həm də üzərində bu əhdin həyata keçəcəyi varisi olacağına da ümid edə bilmirdi. AP 106.3
İbram gecə yuxuda İlahi Səsi yenə eşitdi: “Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq”. Lakin o, müxtəlif cür duyğulardan o qədər əzab çəkmişdi ki, bu əhdə əvvəlki kimi tam etibarla yanaşa bilmədi. O, Rəbbə dua etdi ki, Allah əhdinin yerinə yetəcəyi haqqında ona hər hansı bir sübut versin. Həm də əgər onun oğlu yox idisə, əhd necə yerinə yetə bilərdi? O dedi: “Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq”. O, Öz sadiq qulu Eliezeri oğulluğa götürərək, onu öz varisi etmək niyyətində idi. Lakin Allah İbramı əmin etdi ki, onun varisi öz doğma oğlu olacaqdır. O, İbrama əmr etdi ki, çadırdan çıxsın və səmanın ənginliklərində sayrışan saysız-hesabsız ulduzlara baxsın. İbram ulduzlara baxanda bu sözləri eşitdi: “Nəslin o qədər olacaq”. “İbram Allaha iman etdi, bu da onun hesabına salehlik kimi qeyd edildi” (Romalılara 4:3). AP 106.4
Ulu əcdad yenə də xahiş edirdi ki, onun imanının möhkəmlənməsi və Allahın onlara qarşı Öz mərhəmətli niyyətini yerinə yetirəcəyinin gələcək nəsillərə sübutu olaraq, ona hər hansı bir aydın əlamət göstərsin. Rəbb Öz xidmətçisi ilə əhd bağlamaq üçün o qədər güzəştə getdi ki, insanların təntənəli müqavilələr bağladıqları zaman adətləri olan formadan istifadə etdi. İlahi əmrə əsasən, İbram üçillik düyəni, keçini, qoçu qurban gətirdi, hər bir heyvanı parçaladı və biri-birlərindən müəyyən məsafədə ayrı-ayn qoydu. Bu qurbanlardan başqa o, qumru və cavan göyərçin də qurban gətirdi, onlar parçalanmadılar. Bütün bunlar ediləndən sonra, o, həmişə hər şeydə Allaha itaət edəcəyi haqqında təntənəli vəd verərək, pərəstişkar qorxu hissi ilə qurban gətirilmiş heyvanlann ayrı-ayrı qoyulmuş hissələri arasından keçdi. Quşların və yaxud başqa heyvanların qurbanları yeməməsi üçün o, günəş batana qədər onları səbirlə və diqqətlə qorudu. Günəş üfüq arxasında gizlənməyə başlayanda o, dərin yuxuya getdi və budur, “onun üzərinə dəhşət və qatı qaranlıq çökdü”. İlahi Səs ona əmr etdi ki, əhd edilmiş yer haqqında peyğəmbərliyin ani olaraq yerinə yetməsini gözləməsin, lakin onun törəmələrinin Kənan torpağında məskən salmalanndan əvvəl hansı iztirabları çəkməli olacaqlarından danışdı. Ona həmçinin, İsa Məsihin ölümü vasitəsilə bəşəriyyətin xilas planı, Onun böyük qurbanı və şöhrət içərisində gələcəyi açıldı. İbram həm də Eden gözəlliyi ilə panldayan yeri də gördü, bu yer əhdin tam və mükəmməl yerinə yetməsi kimi əbädi olaraq ona bəxş edilirdi. AP 107.1
Allahla insanlar arasındakı bu əhdi təsdiqləyərək, İlahi hüzuru simvolizə edən “tüstü çıxan bir təndir və alovlanan məşəl” şaqqalanmış heyvanların arasından keçərək onlan uddu. İbram Kənan torpağını onun törəmələrinə miras verəcəyi əhdini təsdiqləyən Allah səsini yenə də eşitdi: “Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları Mən sənin nəslinə verirəm”. AP 107.2
İbram Kənanda təxminən iyirmi beş il yaşayandan sonra Rəbb ona göründü və dedi: “Külli-İxtiyar Allah Mənəm; Mənim yolumla get və kamil ol”. Müqəddəs qorxuya bürünmüş ulu qəbilə başçısı yerə döşəndi, Allah Səsi isə davam etdi: “Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam”. Bu əhdin yerinə yetirilməsi əlaməti olaraq, onun əvvəlki İbram adı dəyişdirilib İbrahim oldu, bunun mənası “çoxlu millətin atası” deməkdir. Sarayin adı dəyişdirilib Sara - “mələkə” oldu, çünki İlahi Səs demişdi ki, “səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq”. AP 108.1
Bu zaman İbrahimə sünnət mərasiminə dair göstəriş verildi, o, “sünnətsiz ikən malik olduğu imanla saleh sayıldığının dəlili olaraq sünnətlilik əlamətini aldı” (Romalılara 4:11). Sünnət ulu qəbilə başçısı və onun törəmələri üçün vacib olmalı idi, onlar bununla özbrini Allaha həsr etməli idilər və bu qayda ilə bütpərəstlərdən ayrılmalı idilər, Allah isə onları Öz şəxsi xəzinəsi kimi qəbul edirdi. Bu mərasim vasitəsi ilə onlar İbrahimlə bağlanan əhdin şərtbrini yerinə yetirməyi vəd edirdilər. Onlar nigah telləri ilə özbrini bütpərəstbrə bağlamamalı idibr, çünki əks halda onlar Allaha və Onun müqəddəs qanununa pərəstişi itirərdibr, başqa xalqların günahkar adətlərinə uyardılar və bütpərəstliyə cəlb olunardılar. AP 108.2
Allah İbrahimi böyük şərəfə layiq görmüşdü. Səma mələkləri onu ziyarət edirdilər və onunla dostcasına söhbət edirdilər. Allah cəzası Sodomun üzərində çaxmağa hazır olanda, bu, İbrahimdən gizlədilmədi və o, günahkarlar üçün Allah qarşısında xahişçi oldu. Onun mələklərlə söhbəti qonaqpərvərliyin gözəl nümunəsidir. AP 108.3
Bir dəfə isti yay günündə ulu qəbib başçısı sülh və rahatlıqdan həzz alaraq, çadırm girişi yanında oturmuşdu. Birdən o, uzaqdan yaxınlaşan yolçuları gördü. Qəribbr dayandılar və nə barədəsə məsbhətləşməyə başladılar. İbrahim onların ona nə barədəsə xahiş edəcəklərini gözbmədən tez ayağa durdu, yolçular isə, eb bil ki, əks tərəfə getməyə hazırlaşırdılar. İbrahim onların arxasınca təbsdi. Onlara çataraq o, böyük hörmətlə onların ona şərəf göstərib, onun yanında qalaraq istirahət etməbrini təkidlə xahiş etdi. Onlar toza bulaşmış ayaqlarını yuya bilsinlər deyə, o, özü onlara su gətirdi. Onlar sərin kölgədə istirahət etdikləri müddətdə onun tapşırığı ilə qonaqlıq hazırlanırdı. Süfrə hazır olanda və onlar yemək üçün oturanda o, hörmətb onların yanında durdu. Allah bu qayğını Müqəddəs Yazının səhifələrinə həkk etməyi tam layiq bilmişdir. Bir neçə min il sonra Allah Ruhu ilə ziyalanmış həvari buna əsaslanaraq yazırdı: “Qonaqpərvər olmağı da unutmayın. Çünki belə davranan bəziləri, bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər” (İbranilərə 13:2). İbrahim öz qonaqlannda yalnız üç yorğun yolçunu görürdü, o, heç ağlına da gətirmirdi ki, onların arasında onun günahsız olaraq səcdə edə biləcəyi Şəxs vardı. Lakin tezliklə səma elçilərinin həqiqi mahiyyətləri açıldı. Baxmayaraq ki, qəzəb silahlan idilər, onlar iman əri İbrahimə əvvəlcə xeyir-dua sözləri ilə müraciət etdilər. Allah hər bir şərəfsizliyi üzə çıxarsa da və qanunsuzluğa görə cəzalandırsa da, qisas Ona heç bir ləzzət vermir. Məhv etmək işi məhəbbəti hədsiz Olana yaddır. AP 108.4
“Rəbb Ondan qorxanlara sirrini açar” (Məzmur 25:14). İbrahim, Allaha hörmət edirdi və O da, öz növbəsində ona öz plan və niyyətlərini agah etməklə şərəf göstərdi. “Sodom və Homorraya qarşı qalxan fəryad böjnäk, oranın adamlarının günahı çox ağırdır; buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığmı bilim”. Sodom sakinlərinin təqsirləri Allaha yaxşı məlum idi, lakin O, adətən insanların etdikləri kimi, elə ifadədən istifadə etmişdi ki, Öz hərəkətlərinin ədalətliliyini aydın etsin. Öz cəzalarını şərəfsizlərin üzərinə yağdırmazdan əvvəl O, Özü baxacaqdır ki, onlar hansı vəziyyətdədirlər; əgər görsə ki, onlar İlahi mərhəmətin sərhəddini keçməyiblər, onda onlara tövbə etmək üçün hələ vaxt vərəcəkdir. İbrahimi, indi bildiyi kimi, Allah Oğlu ib təklikdə qoyaraq, iki səma elçisi getdi. İman əri Sodom sakinlərinin əfv edilməsi üçün yalvardı. O, bir dəfə onları öz qılıncı ilə xilas etmişdi, indi isə öz duaları ilə xilas etməyə çalışırdı. Lut öz ailəsi ib hələ də orada yaşayırdı və Lutu elamlılardan xilas edərkən İbrahimə rəhbərlik edən təmənnasız məhəbbət indi də, əgər bu Allah iradəsinə xoş olarsa, onu İlahi qəzəb tufanından qorumaq hissi oyadırdı. AP 109.1
Dərin hörmət və itaətlə o, təkidlə xahiş edirdi: “Mən önündə toz və kül kimi bir şey olsam da, indi bunu Rəbbə söyləməyə cəsarət edirəm”. Onda heç bir özünəgüvənmə yox idi, öz salehliyi ilə lovğalanmaq yox idi. O, öz itaətinə ümid edərək və yaxud Allahın iradəsini yerinə yetirərək gətirdiyi qurbanlara arxalanıb güzəşt xahiş etmirdi. Özü günahkar olduğu halda, o, günahkarlar üçün xahiş edirdi. Allaha yaxınlaşanların hamısı bu ruhla dolmalıdırlar. Ancaq İbrahim bununla öz sevən atasına yalvaran uşağın etibarını göstərdi. O, səma Elçisinə yaxınlaşdı və hərarətlə Ondan himayəçilik haqqında xahiş etdi. Lut Sodomun sakini olsa da, o onun sakinlərinin şərəfsiz işlərində iştirak etmirdi. İbrahim fıkirləşirdi ki, o pozğun şəhərdə Allahın başqa həqiqi övladları da olmalıdırlar. Buna görə də o yalvarırdı: “Axı Sən bunu eləməzsən, saleh adamı günahkarla birgə öldürməzsən. Saleh adamın aqibətini günahkarınkı kimi etməzsən, Sən bunu eləməzsən. Bütün dünyamn Hakimi belə ədalətsizlik etməz”. İbrahim yalnız bir xahişlə kifayətlənmədi, o, dəfələrlə xahiş etdi. Öz suallarına müsbət cavab alandan sonra bir qədər cəsarətlənərək, o, o vaxta qədər xahiş etməkdə davam etdi ki, əgər on saleh də tapılsa, onların xatirinə şəhərin əfv edələcəyi haqda əhdə nail oldu. AP 109.2
Ölən canlara məhəbbət İbrahimi onlar üçün xahiş etməyə təhrik edirdi. Pozğun şəhərin günahlanna nifrət edərək, o, onun şərəfsiz sakinlərini xilas etməyə çalışırdı. İbrahimin Sodom sakinlərinin taleləri ilə dərindən maraqlanması o qayğıdan xəbər verir ki, biz onu tövbə etməyən günahkara göstərməliyik. Biz günaha nifrət etməliyik, lakin günahkara mərhəmət və məhəbbət bəsləməliyik. Ətrafımızda hər kəs, Sodomdakı insanlar kimi, ümidsiz və dəhşətli şəkildə məhv olur. Hər gün kimin üçünsə sonuncu sınaq günüdür. Allahın səxavətli mərhəməti haqqında heç nə eşitmədən hər saat insanlar ölür. Günahkarı dəhşətli ölüm haqqında agah edən o xəbərdarlıq səsi hanı? Günahkarı ölümdən qorumaq üçün uzanan əllər hanı? İtaət və sarsılmaz imanla günahkarı xilas etmək üçün Allaha yalvaran insanlar ham? AP 110.1
İbrahimdə təzahür edən ruh Məsihin ruhudur. Allah Oğlu günahkarlar üçün Böyük Xahişçidir. Bağışlanma haqqını Ödəyən, insan canının qiymətini bilir. Məsih günaha elə nifrət bəsləyirdi ki, buna yalnız qüsursuz paklıq qadirdir, bununla bərabər O, günahkara elə məhəbbət göstərdi ki, buna yalnız hədsiz mərhəmət qadirdir. Çarmıxda ölümqabağı iztirablar içərisində bütün dünyanın günahının dəhşətli yükü altında inildəyərək, Ona işgəncə verənlər və öldürənlər üçün dua edirdi: “Ata! Bağışla onları, çünki nə etdiklərini bilmirlər” (Luka 23:34). AP 110.2
İbrahim haqqında yazılmışdır ki, o, “Allahın dostu” adlanır və “o bütün iman edənlərin atası olmuşdur” (Yaqub 2:23; Romalılara 4:11). Bu sadiq ulu ata haqqında Allah şəhadətində deyilir: “İbrahim sözümə qulaq asıb və Mənim buyuruğuma, əmrlərimə, qanunlarıma və təlimlərimə əməl etdi” (Yaradılış 26:5). Allah əminliyini ifadə edir ki, “öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin”. Bu, İbrahim üçün böyük şərəf idi ki, o, yüzilliklər ərzində Allah həqiqətini dünya üçün qoruyub saxlayan və vəd olunmuş Məsihin gəlişinin yer üzərində bütün qəbilələr üçün xeyir-duası olacaq xalqın atası olmalı idi. İbrahimi buna Təyin Edən, onu buna layiq görmüşdü. Budur, Allah deyir, insanların qəlblərindəki niyyətlərini Görən və insanın qiymətini Bilən deyir: “Mən onu tanıyıram” (bax Yaradılış 18:19). İbrahim öz tamahkar məqsədləri üçün həqiqəti sata bilmirdi. Allah bilirdi ki, o Onun qanununa riayət edəcəkdir və saleh, ədalətli olacaqdır. Bilirdi ki, nəinki yalnız o özü Allahdan qorxacaqdır, həm də öz evində imanı artıracaqdır, öz ailəsini salehliyə yönəldəcəkdir və öz həyatında Allah qanununu rəhbər tutacaqdır. AP 111.1
İbrahimin evində mindən çox adam var idi. Onun tövsiyələrinə qulaq asanlara və vahid Allaha sitayiş edənlərə onun ailəsində həmişə şad idilər və burada məktəbdə olduğu kimi, insanlar həqiqi imanın nümayəndələri olmağı öyrənirdilər. Onun üzərinə bu cür böyük məsuliyyət düşürdü. İbrahim ailə atalarmı tərbiyə edirdi, onlar da öz evlərindəkiləri tərbiyə edirdilər. AP 111.2
Çox qədimbrdə ata öz aibsinin başçısı və kahini idi, onun uşaqlarının özbrinin uşaqları olduqda da, o, onların üzərində hakimiyyətə malik olurdu. Onun törəməbri dini və dünyəvi işlərdə onu ali nüfuz sahibi hesab etməyə öyrədilirdilər. İbrahim, Allah haqqında biliyi qorumağa kömək edən bu cür patriarxal idarə sistemini əbədibşdirməyə çalışırdı. Yayılmaqda olan bütpərəstliyin qarşısını almaq üçün öz nəslinin bütün üzvbrini birləşdirmək vacib idi. Onun ixtiyannda olan bütün vasitəbrb o çalışırdı ki, öz adamlarını bütpərəstbrb tanışlıqdan və onlann mərasimbrində iştirak etməkdən çəkindirsin, çünki o bilirdi ki, şərə vərdiş müqəddəs prinsipləri hiss olunmadan dağıdar. Ən əsas qayğı yalançı dinlərin bütün formalarına yolları bağlamaq və insanların idraklarında Yaşar Allahın əzəmətini və şöhrətini, Onun sitayişə layiq yeganə Varlıq olduğunu həkk etmək idi. AP 111.3
Bu, Öz xalqını bütün gücü ilə bütpərəstbrlə hər cürə ünsiyyətdən qorumağa çalışan Rəbbin müdrik planı idi, O istəyirdi ki, xalqı ayrı yaşasın və bütpərəstlərlə qarışmasın. Ulu atanın öz ailəsini Mesapotamiyada hökm sürən pozucu təsirdən uzaqda öyrədə bilməsi və tərbiyə edə bilməsi üçün, onun törəmələrinin həqiqi imanı pak saxlaya bilmələri üçün, Allah İbrahimi onun bütpərəst qohumlarından ayırmışdı. AP 112.1
İbrahimin uşaqlara və öz evindəkilərə məhəbbəti onda onların dini əqidələrinin keşiyində durmaq, İlahi qaydalar biliyini onlara və həmçinin bütün dünyaya ən qiymətli miras kimi vermək hissi oyadırdı. Hamıya Səmavi Atadan öz asılılığını yadda saxlamağı öyrədirdilər. Beləliklə, valideynlərin övladlara təzyiq göstərmələrinə ehtiyac qalmırdı, övladların tərəfındən isə tam itaət tələb olunurdu. Allah Qanunu hər bir kəsə onun vəzifələrini göstərirdi və yalnız tam itaətdə xoşbəxtlik və əmin-amanlıq mümkün idi. AP 112.2
İbrahimin şəxsi nümunəsi, onun gündəlik həyatının sözsüz təsiri daimi dərs idi. Onun padşahları heyrətə salan dəyişməz düzgünlüyü, mehribanlığı və könül mərifəti onun evində yaşayanlara da təsirini göstərirdi. Onun həyatı xoş rayihə saçırdı, onun xarakterinin alicənabhğı və gözəlliyi hamının önündə şəhadət edirdi ki, o, Səma ilə ünsiyyətdə olur. O, öz evində ən təvazökar qula da etinasızlıq göstərmirdi. Onun ailəsində ağa üçün bir, qulluqçu üçün isə başqa qanun mövcud deyildi; zəngin də kasıb kimi yaşayırdı. O, hamı ilə həyatın böyük töhfəsinin həmvarisləri kimi ədalətlə və mərhəmətlə rəftar edirdi. AP 112.3
O “öz oğluna və öz nəslinə ağalıq edəcək”. Nə uşaqların inkişaf etməkdə olan pis meyillərinə günahkarcasına laqeydlik, nə də sevimliləri üstün tutmaq istəyinə mühakiməsizcəsinə uymamalı idi; kor məhəbbətin cazibəsinə güzəştə gedərək, öz borcunun prinsipləri qurban verilməmə idi. İbrahimin işi yalnız övladlanna düzgün tərbiyə verməkdən ibarət deyildi, o, ədabtli və saleh qanunların nüfuzunu saxlamalı idi. AP 112.4
Onun nümunəsi ib gedənbr bizim günlərimizdə necə də azdırlar! Çox valideynlər öz uşaqlarının yetişməmiş mühakimələrinə əhəmiyyət verməməyə və onların özbaşına istəklərinə hədd qoymamağa aparan şüursuz eqoist incəliklə, kor məhəbbətlə doludurlar. Valideynlər İbrahim kimi öz bildiklərini uşaqlarına öyrətməlidirlər. Uşaqlara öyrədin ki, valideynlərə itaət İlahi hakimiyyətə itaətə birinci addımdır. Hətta müxtəlif hökmdarlar tərəfındən Allah Qanununa hörmətsiz münasibət çoxlu pisliklər törədir. İlahi qaydaların daha insan üçün məcburi olmadığı haqda geniş yayılmış ideyalar insanların mənəviyyatına bütpərəstlik kimi təsir edir. Müqəddəs Allah Qanununun tələblərinin əhəmiyyətini kiçiltməyə çalışanlar, ailənin əsaslanna və xalqların firavanlığına birbaşa zərbə vururlar. Allahın qanunlanna riayət etməyib iman edən valideynlər öz evlərini Rəbbin yolu ilə getməyə yönəltmirlər. Allah Qanunu onların həyatında əsas olmamışdır. Onların övladları öz ocaqlarını qurmağa başlayanda onlar özbrinin heç vaxt öyrədilmədikləri şeyləri öz uşaqlanna öyrətmək üçün heç bir məsuliyyət hiss etməyəcəklər. Buna görə də allahsız ailələr bu qədər çoxdur. Buna görə də pozğunluq bu qədər dərin və geniş yayılmışdır. AP 112.5
Valideynlər yalnız bütün qəlbləri ilə Allah Qanununa tabe olanda öz övladları üçün layiqli miras qoyacaqlar. Bu münasibətdə əsaslı və çoxcəhətli dəyişikliklər tələb olunur. Valideynlərin dəyişmələri vacibdir. Ailənin kahinbrinin dəyişilməyə ehtiyaclan vardır. Onların öz aibbrində Allahın hüzuruna ehtiyacları vardır. Valideynlər öz ailəbrində Allah Sözünə lazımı yer ayırmalıdırlar və onu ən əsas məsləhətçi etməlidirblər. Onlar öz uşaqlarına təlqin etməlidirlər ki, Müqəddəs Kitab onlara müraciət edən Allah Səsidir və ona tam itaət etmək lazımdır. Allaha xoş getmək üçün necə yaşamağı onlar öz uşaqlarına səbirb öyrətməyə və diqqətlə düz yola yönəltməyə borcludurlar. Bu cür ailədə tərbiyə olunan uşaqlar müxtəlif cür ateist nəzəriyyələrlə görüşə hazırlıqlı olacaqlar, çünki Müqəddəs Kitab onların imanının əsası olacaqdır və onlar şübhə dalğalarının qoparmaqda gücsüz olduqlan dayaq əldə edəcəklər. AP 113.1
Çox aiblərdə duaya əhəmiyyət vermirlər. Valideynlər hiss edirlər ki, onların səhər və axşam ibadətlərinə vaxtları yoxdur. Onlar bir neçə an ayıra bilmirlər ki, Allaha şükür etsinlər, Onun səxavətli mərhəmətləri üçün: mübarək günəş işığı üçün, sayəsində hər şeyin yaşıllaşdığı yağış üçün, müqəddəs mələklərin mühafizəsi üçün; İlahi kömək və rəhbərlik üçün, İsanın onların ailəsində daimi hüzuru üçün, şükür etsinlər. Onlar heyvan kimi heç Səma, Allah haqqında düşünmədən işə gedirlər. Allah Oğlu onların bağışlanması üçün Öz həyatını verdiyinə görə onların canları belə qiymətli olsa da, onlar Onun böyük mərhəməti üçün ölümə məhkum olunmuş heyvanlardan da naşükürdürlər. AP 113.2
Allahı sevdiklərinə şəhadət edənlərin hamısı qədim dövrlərin ulu atası kimi öz çadırlarını qurduqları hər yerdə Ona qurbangah ucaldacaqlar. Əgər hər bir evin dua evi olması vaxtı nə vaxtsa çatmalıdırsa, onda o vaxt indi çatmışdır. Atalar və analar həmişə itaətkar dualarla bütün qəlbləri ilə özləri və öz uşaqları üçün Allaha müraciət etməlidirlər. Qoy ata ailənin kahini kimi Allah qurbangahına səhər və axşam qurbanını gətirsin, bu vaxt onun arvadı və uşaqları da şükür duaları və xahişləri ilə ona qoşulsunlar. Bu cür evdə İsa həmişə olacaqdır. AP 114.1
Hər bir məsihçi evi işıq saçmalıdır. Məhəbbət haqqında bizim əməllərimiz şəhadət etməlidir. O, özünü həssas diqqətlilikdə, zərif və təmənnasız qarşılıqlı hörmətdə göstərərək, ailə üzvlərinin bütün münasibətlərində üzə çıxmalıdır. Elə ailələr vardır ki, bu prinsip orada lazımi yüksəkliyə qaldırılmışdır, orada Allaha pərəstiş edirlər və orada əsl məhəbbət hökm sürür. Bu cür ailələrdə səhər və axşam xoş ətir kimi Allaha dualar yüksəlir və Allahın xeyir-dualan və mərhəmətləri səhər şehi kimi dua edənlərin üzərinə enir. AP 114.2
Düzgün qurulmuş məsihçi ailə həyatı məsihçi dininin lətafətinə canlı sübutdur, imansızlar üçün inkaredilməz dəlildir. Hamı görə bilər ki, bu cür ailədə uşaqlara öz danılmaz təsirini göstərən qüvvə fəaliyyət göstərir və İbrahimin Allahı onlarladır. Əgər məsihçi adlananlann evləri əsl iman ruhu ilə dolu olsa idi, onda məsihçilər güclü xeyirxahlıq mənbəyi olardılar. Onda onlar həqiqətən “dünyaya işıq” olardılar. Səmavi Ata hər bir iman edənə - ataya və anaya - Onun nə vaxtsa İbrahim haqqında dediyi sözlərlə müraciət edir: “Çünki Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın. Rəbb də İbrahim barədə dediyi sözü yerinə yetirsin” (Yaradılış 18:19). AP 114.3