(Yaradılış Kitabı 16; 17:18-20; 21:1-14; 22:1-19)
İbrahim suallar vermədən oğlu olacağı haqqındakı əhdə inandı, lakin o, Rəbbin Öz sözünü təyin etdiyi vaxtda və Öz vasitələri ilə yerinə yetirəcəyini gözləmədi. İbrahimin Allah gücünə imanını sınağa çəkmək üçün əhdin yerinə yetirilməsi gecikdirildi; o, sınağa dözə bilmədi. Sarayın yaşı ötdüyü üçün o fikirləşdi ki, onun uşağı ola bilməz və İlahi planın yerinə yetməsi üçün o, İbrahimə öz qulluqçusu ilə ikinci arvadı kimi evlənməyi təklif etdi. Çoxarvadlılıq o qədər geniş yayılmışdı ki, artıq günah sayılmırdı, lakin buna baxmayaraq, bu, Allah Qanununun pozulmasi idi və nəticədə ailə münasibətlərinin müqəddəsliyinə və əmin-amanlığına öz acı təsirini göstərirdi. İbrahimin Həcərlə nikahı nəinki onun ailəsində, həm də gələcək nəsillərdə öz pis nəticələrini göstərdi. AP 115.1
İbrahimin arvadı olmaq şərəfındən və İbrahimdən törəyəcək böyük xalqın anası olmaq ümidindən Həcərin ayağı yer aldı və məğrur, dikbaş oldu, öz xanımına həqarətlə baxdı. Qarşılıqlı qısqanclıq nə vaxtsa xoşbəxt olan ailənin rahatlığını pozdu. Hər iki arvadın şikayətlərini eşitməyə məcbur olan İbrahim əvvəlki ahəngdarlığı səylə bərpa etməyə çalışırdı. O, məhz Sarayın təkidi ilə Həcərlə evlənsə də, indi o, İbrahimi baş verən hadisədə yeganə təqsirkar hesab etdirdi. O, öz rəqibini qovmaq istəyirdi, lakin İbrahim bunu etməyə icazə vermədi, çünki Həcər onun uşağının, onun çox ümid etdiyi kimi, əhd edilmiş oğlunun anası olmalı idi. Həcər Saranın qulluqçusu idi, İbrahim də heç nəyə baxmayaraq, onu hələ də xanımının sərəncamında saxlayırdı. Təkəbbürlü Həcər öz dikbaşlığına cavab olaraq Sara tərəfindən göstərilən sərtliyə dözmürdü. “Saray qaravaşı ilə sərt rəftar etməyə başladı və qaravaşı onun yanından qaçdı”. AP 115.2
Həcər səhraya qaçdı və o, tənha və tərk edilmiş halda bulağın yanında oturanda Allahın Mələyi insan görkəmində ona göründü və müraciət etdi: “Ey Sarayın qaravaşı Həcər!” - Bununla ona öz mövqeyini və borcunu xatırladaraq əmr etdi: “Xammmın yanına qayıt və ona tabe ol”. Sonra ona irad tutaraq, təsəlliverici sözlər dedi: “Rəbb əziyyət içində fəryadını eşitdi”, “sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək”. Rəbbin mərhəmətini əbədi xatırlatmaq üçün ona əmr edildi ki, öz oğlunu İsmail adlandırsın, bu, “Allah eşidəcək” deməkdir. AP 116.1
İbrahimin artıq yüz yaşı olanda Allah öz əhdini yenə də təkrar etdi və əmin etdi ki, gələcək varis Saraydan doğulacaqdır. Lakin İbrahim hələ də bunu başa düşmürdü. Onun fıkri yenə də İsmailə yönəlmişdi, inamını artınrdı ki, Allahın mərhəmətli niyyətləri onun vasitəsi ilə yerinə yetəcəkdir. Oğluna zərif məhəbbəti onu nida etməyə təhrik etdi: “Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!” Doğruluğunda heç bir səhv olmayan əhd yenidən təkrar edildi: “Xeyr, arvadın Saray sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm”. Lakin Allah atanın xahişinə biganə qalmadı. O dedi: “İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, ...nəslini lap çoxaldacağam”. AP 116.2
Uzun illərin üzücü gözbməbrindən sonra ən əziz ümidlərin yerinə yetməsini gətirən İshaqın doğuluşu İbrahimin və Sarayın çadırlarını böyük sevincb doldurdu. Lakin bu hadisə Həcərin bütün şöhrətpərəst niyyətbrıni dağıtdı. İsmail, o vaxta kimi artıq bir gəncə çevrilmişdi və İbrahimin yurdunda onun törəmələrinə vəd edilən sərvətin və xeyir-duaların varisi sayılırdı. İndi isə o, birdən hər şeydən məhrum oldu. Amansızcasına məyus olmuş ana və oğul Sarayın körpəsinə nifrət edirdirlər. AP 116.3
Ümumi sevinc onlarda qısqanclıq oyadırdı və nəhayət İsmail, Allah əhdinin varisinə rişxənd etməyə başladı. Saray İsmailin qeyri-itaətkar mənəviyyatında əbədi çəkişmələrin mənbəyini görürdü və İbrahimə yalvardı ki, Həcər və İsmaili onlardan uzaqlaşdırsın. Ulu atanın qəlbini böyük kədər bürüdü. O, öz hələ də sevimli oğlu İsmaili necə qova bilərdi? O, ümidsizlik içərisində Allaha yalvanrdı ki, ona düz yol göstərsin. Rəbb Öz elçisi vasitəsilə ona əmr etdi ki, Sarayın istəyini yerinə yetirsin; onun İsmailə və Həcərə məhəbbəti buna mane olmamalı idi, çünki o, yalnız bu yolla aibsinə sülh və xoşbəxtliyi qaytara bilərdi. Mələk həmçinin İbrahimə təsəlliverici əhdi də bildirdi ki, İsmail ata evindən uzaq düşsə də, Allah onu çoxsaylı xalqın nəsil başçısı edəcəkdir. İbrahim Mələyin sözlərinə əzabverici iztirabla itaət etdi. O, Həcər və İsmaili izharedilməz ağrı ib öz yurdundan uzaqlaşdırdı. AP 116.4
Ər-arvad münasibətlərinin müqəddəsliyi haqqında İbrahimə veribn tövsiyələr bütün dövrbr üçün dərs olmalı idi. Bu onu göstərir ki, hətta əgər bunun üçün böyük qurban tələb olunsa da, aib ocağmın hüquq və xoşbəxtliyi qayğı ilə qorunmalıdır. Saray İbrahimin yeganə qanuni arvadı idi. Onun zövcəlik və analıq hüququ başqa qadınla bölüşdürülməməli idi. O, öz ərinə hörmət edirdi və buna görə də Yeni Əhddə təqlid olunmağa layiq nümunə kimi göstərilir. Lakin o istəmirdi ki, İbrahim öz məhəbbətini onun və başqa qadının arasında bölsün və buna görə də onun öz rəqibinin qovulmasını tələb etməsinə görə Allah onu günahlandırmırdı. İbrahim kimi Saray da Allahın qüdrətinə şübhə etdi və bu səhv İbrahimin Həcərlə evbnməsinə gətirdi. AP 117.1
Allah ibrahimin üzərinə bütün imanlılann atası olmaq vəzifəsini qoymuşdu və onun həyatı gələcək nəsillər üçün iman nümunəsi olmalı idi. Lakin onun imanı mükəmməl deyildi. Bir dəfə o, Allahın qüdrətinə şübhə etdi; Sarayın onun arvadı olduğunu gizbtdi, sonra o biri dəfə isə Həcərlə evbndi. Onun ruhani inkişafın ən yüksək mərhələsinə çata bilməsi üçün Allah onu nə vaxtsa insanın üzərinə qoyulmuş başqa bir daha çətin sınağa çəkdi. Gecə yuxuda ona əmr edildi ki, Moriya torpağına yola düşsün və oradakı dağda öz oğlunu qurban gətirərək yandırsın. AP 117.2
İbrahim bu əmri aldığı vaxt artıq onun yüz iyirmi yaşı var idi. Hətta öz nəslinin arasında o, qoca sayılırdı. Gənc yaşlarında o, bütün çətinliklərə dözürdü və təhlükənin üzünə cəsarətb baxırdı, lakin indi gənclik atəşi sönmüşdü. Qüvvənin çiçəkləndiyi dövrdə istənilən məhrumiyyətləri və bədbəxtlikləri cəsarətlə qarşılamaq olar, lakin titrək yorğun ayaqlar artıq qəbrin kənarında dayananda ürək onların önündə əsir. Lakin Allah, Öz ən yüksək dərəcədə əzabverici sonuncu sınağını o vaxta təxirə salmışdı ki, illər ağır yük kimi İbrahimin çiyinlərindən asılmışdı və onun canı qayğılardan, zəhmətlərdən istirahət etmək həsrətində idi. AP 117.3
Ulu ata Beer-Şevada əmin-amanlıq və rahatlıq içərisində yaşayırdı. O çox varlı idi və qüdrətli rəis kimi ölkənin hökmdarları arasında böyük hörməti var idi. Onun yurdunun ətrafındakı düzənliklərdə saysız-hesabsız qoyunları və mal-qarası otlayırdı. Ona sadiq olan yüzlərlə qulluqçularının çadırları hər tərəfə səpələnmişdi. Onun əhd olunmuş oğlu onun gözləri önündə böyüyüb həddi-buluğa çatmışdı. Sanki Səma verilən əhdin yerinə yetməsini səbirlə gözləyənin fədakar həyatını xeyir-dualarla əhatə etmişdi. AP 118.1
İbrahim imana itaət edərək doğma vətənini, atalarının uyuduğu yeri və öz yaxınlarının torpağını tərk etmişdi. O, özü varis olduğu torpaqda sərgərdan kimi səyahət edirdi. O, əhd edilmiş varisin doğulmasını çox gözləmişdi. Allahın əmri ilə o, öz oğlu İsmaili özündən uzaqlaşdırmışdı. İndi isə çox gözlədiyi uşağı böyüməyə başlayanda və ulu ata sanki artıq öz ümidlərinin yerinə yetməsini görəndə o, bütün başqalarından çox çətin olan sınağa məruz qaldı. AP 118.2
Əmr dəhşətli əzabla atanın qəlbini parçalayan sözlərlə ifadə edilmişdi: “Sevdiyin yeganə oğlun İshaqı götür... oğlunu yandırma qurbanı olaraq təqdim et”. İshaq onun evinin işığı idi, qocalıq illərinin təsəllisi idi, bundan əlavə, əhd olunmuş xeyir-dualann varisi idi. Əgər onun oğlu xəstəlikdən ölsəydi və yaxud hər hansı bir bədbəxt hadisənin qurbanı olsaydı, bu sevən atanın qəlbini sındırardı; onun saçlan ağarmış başı kədərdən əyilərdi. Lakin ona əmr edilirdi ki, öz əlləri ilə öz yeganə oğlunun qanını töksün. Bu, ona dəhşətli və qeyri-mümkün görünürdü. Şeytan ona pıçıldayırdı ki, o, yəqin yanılır, çünki İlahi qanun əmr edir: “Öldürmə” Allah nə vaxtsa Özü qadağan etdiyini ondan tələb edə bilməz. İbrahim çadırdan çıxaraq öz nəzərlərini buludsuz səmanın sakit ənginliklərinə dikdi və əlli il əvvəl ona verilmiş bu əhdi xatırladı ki, onun zürriyəti ulduzlar qədər çoxsaylı olacaqdır. Əgər bu əhd İshaq vasitəsi ilə yerinə yetməlidirsə, o, necə ölə bilər? İbrahimin yanıldığını fikirləşmək böyük azdırma olardı. Şübhələrdən və amansız əzabdan qovrularaq o, yerə yıxıldı və əvvəllər heç vaxt etmədiyi kimi hərarətb dua etdi ki, Allah Öz hökmünü təsdiqləsin: o, bu dəhşətli işi doğrudanmı yerinə yetirməlidir? O, Sodomun məhv ediləcəyi haqda Allah niyyətini ona açan mələklərin necə göndərildiyini xatırladı. Oğlu İshaq haqqında müjdəni elə həmin mələklər gətirmişdilər və o, səma elçilərini gördüyü həmin уегә yola düşdü, o ümid edirdi ki, onları yenidən görər və onlardan sonrakı göstərişbri alar; lakin heç kim ona köməyə gəlmədi. Sanki zülmət onu hər tərəfdən bürüyürdü. Onun qulaqlannda İlahi əmrin sözləri səslənirdi: “Sevdiyin yeganə oğlun İshaqı götür...”. O bu səsə itaət etməlidir. O, daha təxirə salmayacaqdır. Sübh yaxınlaşırdı və yola düşmək lazım idi. AP 118.3
O, çadıra qayıdaraq, İshaqın dərin, sakit, məsum gənclik yuxusu ilə yatdığı yerə yaxınlaşdı. Ata bir neçə an öz oğlunun əziz simasına baxdı və sonra bütün bədəni əsərək üzünü çevirdi. O, yatan Saraya yaxınlaşdı. Öz balasını bir daha bağrına basmaq üçün onu oyatsınmı? Ona Allah əmri haqda desinmi? O, bu dəhşətli məsuliyyəti onunla bölüşdürməyi necə də istəyirdi. Lakin onun mane ola biləcəyi haqda fikir onu saxladı. İshaq onun sevinci və fəxri idi. O onun həyatı idi və ana məhəbbəti bu qurbanı gətirməyə razı olmaya bilərdi. AP 119.1
Nəhayət İbrahim oğlunu oyatdı və uzaqdakı dağda qurban gətirmək haqda İlahi əmri ona xəbər verdi. İshaq, atasının səyahət etdiyi müxtəlif yerlərdə yerləşən qurbangahlara onunla birlikdə ibadət etmək üçün birinci dəfə deyildi ki getmirdi və atasının bu tələbi onu təəccübləndirmədi. Tez yola hazırlaşdılar. Odun bağlamalarını uzunqulağa yükbdilər və iki qulluqçunun müşayiəti ilə yola düşdübr. Ata və oğul sakitcə yanaşı addımlayırdılar. Ulu ata öz dəhşətli sirrinin əzabı altında danışmağa söz tapmırdı. O, oğlu üçün fərəh hissi ilə dolu olan sevən ana haqqında və onun yanına tək qayıdacağı gün haqqında düşünürdü. O, yaxşı bilirdi ki, oğlunun həyatına qəsd etdiyi anda bıçaq onun da qəlbini parçalayacaqdır. AP 119.2
İbrahim üçün ən uzun görünən həmin gün yavaş-yavaş sona yaxınlaşırdı. Oğlu və gənc qulluqçular yatdıqları zaman İbrahim bütün gecə dua etdi, o hələ də ümid edirdi ki, səma elçisi görünəcək və deyəcəkdir ki, sınaq qurtarmışdır və gənc sağ-salamat anasının yanına qayıda bilər. Lakin onun əzab içirisində olan qəlbinə heç bir yüngüllük göndərilmədi. Daha bir uzun gün, itaətkar dua ilə keçən daha bir gecə, ancaq onu oğlundan məhrum edəcək əmr yenə də qulaqlarında səslənməkdə davam edirdi. Şeytan isə şübhə və imansızlıq səpərək həmişə hazır durmuşdu, lakin İbrahim onun təkliflərinə qarşı durdu. Üçüncü gün onlar yolu davam etdirməyə hazır olanda ulu ata şimala baxaraq vəd olunmuş əlaməti gördü. Şöhrət buludu Moriya dağının üzərində idi. O başa düşdü ki, onunla danışan səs Səmadan gəlirmiş. O, hətta indi də Allaha gileylənmədi, lakin Rəbbin mərhəmət və sədaqət sübutlarına arxalanaraq öz qəlbini möhkəmlətdi. Bu oğul ona elə gözlənilmədən verilmişdi ki, indi ona belə bir qiymətli bəxşişi Bəxş Edənin Ona məxsus olanı geri götürməyə haqqı çatmırdımı? İman səsi ona əhdi xatırlatdı: “sənin nəslin İshaqla davam edəcək”, onlar dəniz sahilindəki qum qədər çoxsaylı olacaqlar. İshaq möcüzə balası idi və ona həyat verən qüvvə onu bərpa edə bilməzdimi? İbrahim bütün ətrafına göz gəzdirərək İlahi sözdən möhkəm tutdu və hesab etdi ki, Allah “qüdrətlidir və ölülərdən də dirildir” (İbranilərə 11:19). AP 119.3
Yenə də Allahdan başqa heç kim başa düşə bilməzdi ki, öz oğlunu ölümə verən atanın qurbanı necə də böyük idi. İbrahim qərara gəldi ki, Allahdan başqa heç kim onun oğlu ilə ayrılığının şahidi olmamalıdır. O, qulluqçulanna yerlərində qalmağı əmr etdi: “Mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq”. Odunları İshaqa yüklədilər, odunlar qurbanın özünə yüklənməli idi, ata bıçaq və od götürdü, onlar birlikdə dağın zirvəsinə yola düşdülər. İshaq sakitcə heyrətlənirdi: qurban üçün heyvanı sürüdən uzaqda haradan götürəcəklər? Nəhayət o danışdı: “Ay ata!... od və odun var; bəs yandırma qurbanı olacaq quzu haradadır?” Ah, bu necə sınaq idi! “Ay ata!” - bu mehriban sözlər İbrahimin qəlbinə necə də sancıldı! Yox, hələ hər şeyi ona açmağın vaxtı deyildi və İbrahim cavab verdi: “Oğlum, yandırma qurbanı olacaq, quzunu Allah Özü hazırlayacaq”. AP 120.1
Təyin olunan yerdə onlar qurbangah qurdular və onun üzərinə odun yığdılar. Onda İbrahim titrək səslə İlahi iradəni oğluna açdı. Dəhşətdən sarsılan İshaq onu gözləyən qisməti bildi, lakin müqavimət göstərmədi. Əgər o istəsəydi, bundan tamamilə yaxa qurtara bilərdi. Üç dəhşətli gün ərzində daxili çarpışmadan və dərddən üzülmüş qoca möhkəm cavan adamla mübarizə etməyə qadir deyildi. Lakin İshaqı uşaqlıqdan etibar etməyə və itaətə hazır olmağa öyrətmişdilər, indi də Allahın niyyətini bilib, o könüllü olaraq tabe oldu. Onun imam İbrahimin imam kimi şübhəsiz idi və öz həyatını Allaha qurban gətirməyi o, özü üçün şərəf bildi. Titrək əlləri ilə oğlunu qurbangaha bağlayan atasının dərdini o, mehribanlıqla yüngülləşdirməyə, onu sakitləşdirməyə çalışırdı. AP 120.2
Budur, artıq sonuncu məhəbbət sözləri deyilmişdir, sonuncu göz yaşları axıdılmışdır, onlar sonuncu dəfə biri-birlərini qucaqladılar. Ata artıq bıçağı qaldırmışdı ki, öz oğlunu öldürsün, birdən onun əli saxlandı. Mələk səmadan ulu ataya səsləndi: “İbrahim, İbrahim! O: “Mən buradayam!” - dedi. Mələk dedi: “Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin”. AP 121.1
Onda İbrahim öz buynuzlan ilə kolluğa ilişmiş qoçu gördü. Buradaca “oğlunun əvəzinə” başqa qurbanı gətirdi. İbrahim sevinc və minnətdarlıqla həmin yerə yeni ad verdi: “Yahve-İre” - “Rəbbin dağında hazırlanacaq”. AP 121.2
Moriya dağında Allah İbrahimə onu və onun bütün gələcək nəsillərdəki zürriyətini mübarək qılacağını təntənəli andla vəd edərək Öz əhdini yenidən təkrarladı: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə, Mən sənə böyük xeyir-dua verəcəyəm, sənin nəslini göydəki ulduzlar kimi, dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam; sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaqlar, çünki sən Mənim sözümə qulaq asdın”. AP 121.3
İbrahimin böyük iman qəhrəmanlığı od sütunu kimi bütün əsrlər boyu Allah qullarınm yollarım işıqlandırır. İbrahim, Allah iradəsini yerinə yetirməkdən bu və ya başqa yolla yaxa qurtarmağa çalışmırdı. Üç günlük səyahət ərzində əgər onun buna meyli var idisə, Allahın sözlərini şübhəyə məruz qoyaraq fikirləşmək üçün kifayət qədər vaxtı var idi. Bu fıkir tam ağlabatan ola bilərdi ki, oğlunun qətli çoxlarını ona qatil, ikinci Qabil kimi baxmağa məcbur edərdi, bu, insanlann onun tövsiyələrini nifrətlə rədd etmələrinə səbəb olardı və beləliklə, o, həmvətənlərinə xeyirxah təsir göstərə bilməzdi. İbrahim insan idi, o da, bizim kimi hisslərə və meyillərə malik idi, lakin o soruşmadı ki, əgər İshaq olmasa, əhd hansı yolla yerinə yetəcəkdir. O öz əzab çəkən qəlbində cavab axtarmırdı. O bilirdi ki, Allah Öz bütün tələblərində ədalətli və salehdir, hər şeydə Onun əmrinə itaət edirdi. AP 121.4
“İbrahim Allaha iman etdi, bu da onun hesabına salehlik kimi qeyd edildi” - və İbrahimə Allahın dostu deyildi” (Yaqub 2:23). Həvari Pavel deyir: “İndi bilin ki, İbrahimin əsl oğulları imanla yaşayanlardır” (Qalatiyalılara 3:7). Lakin İbrahimin imanı əməlləri ilə təsdiqlənirdi. “Məgər atamız İbrahim öz əməlləri ilə saleh sayılmadımı? O, oğlu İshaqı qurbangahın üstündə Allaha təqdim etdi. Görürsən ki, iman onun əməlləri ilə birgə hərəkət edirdi və iman əməllərlə kamil olmuşdur” (Yaqub 2:21,22). Çoxları iman və əməllər arasındakı qarşılıqlı əlaqəni başa düşmürlər. Onlar deyirlər: “Yalnız Məsihə iman edin və siz xilas olacaqsımz. Sizin qanunlara riayət etməyə ehtiyacınız yoxdur”. Lakin əsl iman itaətdə üzə çıxır. Məsih imansız yəhudilərə demişdir: “Əgər siz İbrahimin övladları olsaydınız, onda İbrahimin işlərini görərdiniz” (Yəhya 8:39). Bütün imanlıların atası haqda Allah deyir: “çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qanunlarıma və təlimlərimə əməl etdi” (Yaradılış 26:5). Həvari Yaqub deyir: “İman da bu cürdür: əgər yaxşı əməlləri yox isə, özü-özlüyündə ölüdür” (Yaqub 2:17). Məhəbbətə bu qədər sətirlər həsr edən Yəhya bizə deyir: “Zira, Allahı sevmək Allahın əmrlərinə əməl etmək deməkdir” (1 Yəhya 5:3). AP 121.5
Allah simvollarm və əhdlərin köməyi ilə İbrahimi xoş müjdədən xəbərdar etmişdi (bax Qalatiyalılara 3:8). İbrahimin imanı gələcək Bağışlayanda idi. Məsih yəhudilərə demişdi: “Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu; gördü və sevindi” (Yəhya 8:56). İshaqın əvəzinə qurban gətirilən qoç bizim əvəzimizdən Özünü qurban edəcək Allah Oğlunun simvolu idi. İnsan, Allah Qanununu pozaraq ölümə məhkum ediləndə, Allah Öz Oğluna nəzər salaraq günahkara dedi: “Yaşa, Mən sənin qan bahanı tapdım”. AP 122.1
Allah İbrahimə öz oğlunu öldürməyi əmr etdi ki, Xoş Müjdənin reallığım dərk etsin, həm də onun imanını yoxlasın. O üç zülmətli gün ərzində onun keçirdiyi dəhşətli sınağın əzabına ona görə yol verildi ki, o, öz xüsusi təcrübəsi sayəsində Nəhayətsiz Allahın insanın bağışlanması naminə necə böyük qurban gətirdiyini qismən də olsa başa düşsün. Oğlunun qurban gətirilməsi kimi heç bir başqa sınaq İbrahimə bu qədər iztirablar verməzdi. Allah Öz Oğlunu işgəncələrə və təhqiramiz ölümə verdi. Allah Oğlunun təhqir edilməsinin və ölüm əzablarının şahidi olan mələklərin, İshaqın qurban gətirilməsində olduğu kimi, mane olmağa ixtiyarları yox idi. Heç kim demədi: “Kifayətdir!” Günaha batmış insan nəslini xilas etmək üçün şöhrət Padşahı ölməli idi. Allahın hədsiz mərhəmətinin və Məhəbbətinin bundan güclü sübutu ola bilərmi? “Məgər Öz Oğlunu əsirgəməyib hamımız üçün təslim edən, Onunla bərabər bütün şeyləri bizə ehsan etməyəcəkdirmi? (Romalılara 8:32). AP 122.2
Belə böyük qurban yalnız İbrahimin şəxsi xeyri naminə və ondan olacaq bütün gələcək nəsillərin naminə deyil, bu qurban həm də məsum səma sakinləri və başqa dünyalar üçün də dərs idi. Məsih ilə şeytan arasındakı döyüş meydanı, bağışlanma planının yerinə yetdiyi meydan, bütün Kainat üçün bir dərslikdir. İbrahim, Allah əhdlərinə şübhə etdiyi üçün şeytan onu mələklərin və Allahın qarşısında bunda günahlandırırdı ki, o, əhdin şərtlərini yerinə yetirməmişdir və buna görə də Onun xeyir-dualarına layiq deyildir. Allah istəyirdi ki, bütün Səma Onun qulunun sədaqətini görsün, O, həm də istəyirdi ki, insanlar bilsinlər: O, tam itaətdən az heç nə qəbul edə bilməz. Allah həm də çalışırdı ki, bunun əsasında xilas planını insanların önündə daha geniş açsın. AP 123.1
Səma varlıqları İbrahimin imanınm və İshaqın itaətinin sınağa çəkilməsinin şahidləri oldular. Bu sınaq Adəmin məruz qaldığı sınaqdan çox-çox ağır idi. Bizim ilk əcdadımıza edilən qadağaya itaət heç bir iztirab gətirmirdi. Lakin İbrahimə verilən əmr yüksək dərəcədə əzabverici qurban tələb edirdi. Bütün Səma heyrət və heyranlıqla İbrahimin sözsüz itaətini müşahidə edirdi. İbrahim Allaha sadiq qalanda bütün Səma sevincindən şənləndi. Bu yolla aydın oldu ki, şeytanın ittihamları yalan idi. Allah Öz quluna dedi: “İndi Mən bilirəm ki, sən Allahdan qorxursan və (şeytanın bütün ittihamlarına baxmayaraq) öz oğlunu, öz bircəciyini Mənim üçün əsirgəmədin”. Başqa dünyaların sakinləri önündə andla möhkəmlənən Allahın İbrahimlə əhdi ondan xəbər verir ki, itaət Allah tərəfindən mükafatlandırılır. AP 123.2
Hətta səma mələkləri üçün də bağışlanmanın sirrini - Səma Hökmdannm, Allah Oğlunun günahkar bəşəriyyət uğrunda ölməli olmasım başa düşmək çətin idi. İbrahimə öz oğlunu qurban gətirmək əmr edibndə bütün Səma hər bir incəlikləri böyük diqqətb izləyərək, bu hadisəyə dərin maraq göstərdi. İshaqın sualına: “bəs yandırma qurbanı olacaq quzu haradadır?” - İbrahim cavab verəndə: “yandırma qurbanı olacaq quzunu Allah özü hazırlayacaq”, öz oğlunu öldürmək üçün bıçağı qaldıran atanın əli tutulanda və Allahın hazırladığı qoç İshaqın əvəzinə qurban gətiriləndə, bağışlanma sirrinə işıq saçıldı və hətta mələklər də insanın xilası üçün Allah tərəfindən nəzərdə tutulan heyrətli planı daha dərindən dərk etdilər (bax. 1 Peter 1:12). AP 123.3