(Bu fəsil Yaradılış Kitabının 24-cü fəslinə əsaslanır)
İbrahim qocalmışdı və yaxınlaşan ölümü gözləyirdi, lakin hələ əhdin yerinə yetməsi üçün öz törəmələrinin xeyrinə olacaq tamamlanmamış iş qalmışdı. İlahi təyinata görə İshaq İbrahimin yerinə Allah Qanununun qoruyucusu və seçilmiş xalqm atası olmalı idi. Lakin o, hələ evli deyildi. Kənanın sakinləri bütpərəst idibr və Allah Öz xalqına nikah əlaqələri vasitəsib onlara qanşmağı qadağan etmişdi, çünki bilirdi ki, bu cür nikahlar dönüklüyə aparır. Ulu ata öldürücü təsirlə əhatə olunmuş oğlu üçün ehtiyat edirdi. İbrahimin dəyişməz imam və Allah iradəsinə itaəti həssas sevən qəlbə malik, güzəştə getməyə hazır olan İshaqın xarakterində özünü göstərirdi. Əgər o, Allahdan qorxmayan qadın ib evbnsə idi, onda ailədə sülh naminə o, öz imanının prinsipbrini də qurban verə bibrdi. İbrahim üçün öz oğluna həyat yoldaşı seçmək böyük əhəmiyyətə malik iş idi. O çox ehtiyat edirdi ki, oğlunun həyat quracağı qadın onu Haqq yolundan döndərməsin. AP 139.1
Qədim dövrlərdə nikah müqavilələri valideynlər tərəfindən bağlanırdı və bu, həmçinin Allah xalqının da adəti idi. Heç kimi sevmədiyi adama evbnməyə və ya ərə getməyə məcbur etmirdilər, lakin həyat dostunun seçilməsində gənclər məsləhət üçün təcrübəli, Allahdan qorxan valideynlərinə müraciət edirdilər. Əgər kim isə öz istədiyi kimi hərəkət edirdisə, bu, valideyn üçün şərəfsizlik, hətta cinayət sayılırdı. AP 139.2
İshaq atasınm müdrikliyinə və məhəbbətinə arxalanaraq bu işi ona həvalə etməyə şad oldu, o inanırdı ki, Allah Özü lazım olan adamı seçməkdə ona kömək edəcəkdir. Ulu atanın fıkirləri öz atasının Aram-Naharayimdə yaşayan qohumlarına yönəldi. Onlar bütpərəstlikdən tam azad olmasalar da, Allah haqqında həqiqi biliyi yenə də saxlayır və Ona xidmət edirdibr. İshaq Kənanı tərk edib onların yanına getməli deyildi; lakin yəqin ki, onların arasından eb qız tapılacaqdı ki, öz evini tərk edəcəkdi və onunla müqəddəs Allaha müqəddəs xidmətdə birbşəcəkdi. İbrahim bu vacib işi öz baş quluna tapşırdı, o, uzun müddət ona şərəf və sədaqətlə xidmət edən xeyirxah, təcrübəli və sağlam əqidəli insan idi. O öz qulunu Rəbb qarşısında təntənəli and içməyə məcbur etdi ki, o, İshaq üçün həyat yoldaşını kənanlıların arasından deyil, ancaq Aram-Naharayimdə yaşayan Naxorun evindən seçəcəkdir. O, həm də ona İshaqı özü ib götürməməyi əmr etdi. Əgər qul öz atası evini tərk etməyə razı olan qız tapmazsa, onda o, anddan azad olacaqdır. Ulu ata qulunu bu çətin və incə işdə ruhlandıraraq onu əmin etdi ki, Allah onun səfərini müvəffəqiyyətə uğradacaqdır. “Məni atamın evindən və doğulduğum yerdən çıxaran... Öz mələyini sənin önündə göndərəcək”. AP 140.1
Xidmətçi bngimədən yola düşdü. O, həm öz adamları üçün, həm də geri qayıdanda toy dəstəsi üçün özü ilə on dəvə götürdü, İshaqın gələcək arvadı və onun rəfıqəbri üçün hədiyyələr hazırladı və Dəməşqə uzun səyahətə yola düşdü, oradan isə daha uzaqlara, Şərqin böyük çayına qədər uzanan məhsuldar çölbrə səyahət etdi. “Naxorun şəhəri” Xarana çatdıqda o, şəhər divarları yaxmlığındakı quyunun yanında dayandı, axşamüstü qadınlar buraya su üçün gəlirdibr. Yalnız onun ağasının ailəsinin deyil, həm də bütün gələcək nəsillərin rifahının asılı olduğu həlledici saat çatmışdı. Bəs ona tamamilə tanış olmayan insanlar arasından ağıllı seçkini o necə edə bilərdi? Allahın Öz Mələyini onun önündə göndərəcəyi haqqında İbrahimin sözbrini xatırlayaraq o, kömək üçün ürəkdən dua etdi. Öz ağasının ailəsində o daimi hörmətə və qonaqpərvərliyə öyrəşmişdi və indi dua edirdi ki, Allah tərəfındən seçibn qız nəzakət göstərməklə seçilsin. AP 140.2
O, duasım təzəcə qurtarmışdı ki, artıq cavab aldı. Quyunun yanına yığışan qadınların arasında bir qız öz nəzakətli davranışı ilə onun diqqətini cəlb etdi. Bu qız quyudan aralanan kimi naməlum adam ona yaxınlaşdı və onun çiynində saxladığı kuzədən bir qədər su verməsini xahiş etdi. Qız nəzakətlə cavab verdi. O, həmçinin onun dəvələrinə də su verdi - adətən rəislərin qızları belə atalarına məxsus olan heyvanlara özləri su verirdilər. Beləliklə, xidmətçinin gözlədiyi əlamət ona verildi. Qız çox gözəl idi və onun nəzakətlə xidmət etməyə hazır olması onun xeyirxah qəlbinə və eneıjili, canlı təbiətinə şəhadət edirdi. İlahi əl bu vaxta qədər xidmətçiyə istiqamət verirdi. Onun mehribanlığına minnətdarlıq əlaməti olaraq, ona qiymətli hədiyyələr verib, qızdan valideynləri haqqında soruşdu və biləndə ki, o, İbrahimin qohumu Betuelin qızıdır, o “əyilib Rəbbə səcdə etdi”. AP 140.3
İbrahimin xidmətçisi soruşdu ki, onun atasının evində gecələyə bilərmi və minnətdarlığını ifadə edərək, özünün İbrahimin evinə məxsus olduğunu söylədi. Qız evə qayıdaraq bütün baş verənlər haqqında danışdı və onun qardaşı Lavan dərhal həmin adamı və onun yoldaşlarını evə dəvət etmək üçün tələsdi. AP 141.1
Eliezer öz tapşınğı haqqında, quyunun yanında etdiyi dua haqqında və sonra baş verən bütün hadisələr haqqında damşmayınca bir tikə də yemədi. Sonra o dedi: “İndi mənə deyin görüm, siz ağama xeyirxahlıq və sədaqət göstərmək istəyirsiniz, ya yox? Bunu mənə bildirin ki, mən də nə edəcəyimi bilim”. Cavab bu oldu: “Bu iş Allahdan oldu; sənə yaxşı, yaxud pis bir söz deyə bilmərik. Bax, Rivqa qarşmdadır; onu götürüb get və qoy o, Rəbbin söylədiyi kimi ağanın oğluna arvad olsun”. AP 141.2
Ailənin razılığı alınandan sonra Rivqanı çağırıb soruşdular ki, İbrahimin oğlunun arvadı olmaq üçün öz atası evindən bu qədər uzaq olan yerə düşməyə razıdırmı? Bütün baş verənləri götür-qoy edərək Rivqa inandı ki, Allah onu İshaqm arvadı seçmişdir və cavab verdi: “Gedirəm”. AP 141.3
Onun səfərinin bu cür xoşbəxt nəticəsindən öz ağasının necə sevinəcəyini qabaqcadan görən xidmətçinin evə yola düşməyə səbri çatmırdı. Səhər açılan kimi karvan geriyə yola düşdü. İbrahim Bəer-Şevədə yaşayırdı və öz atasınm qonşu otlaqlarda otlayan sürülərinə baxan İshaq xidmətçinin Xarandan gəlməsini gözləyərək evə qayıtdı. “Axşam düşəndə İshaq bir qədər düşünmək üçün çöllüyə getdi. O, başını qaldırıb baxanda gördü ki, dəvələr gəlir. Rivqa da başını qaldırıb İshaqı görəndə dəvədən düşdü. O, nökərdən soruşdu: “Bizi qarşılamaq üçün çöllüyə gələn bu adam kimdir? Nökər: “Ağamdır”, - dedi. Rivqa rübəndini üzünə çəkib örtündü. Nökər bütün işləri barədə İshaqa danışdı. İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı”. AP 141.4
İbrahim, Qabilin günlərindən onun dövrünə qədər, Allahdan qorxanlarla Allah qorxusu olmayanların nikahlarının nəticələrini müqayisə etdi. Onun Həcərlə olan nikahının nəticələri, İsmailin və Lutun evlənmələrinin nəticələri ona aydın idi. İbrahimin və Sarayın imansızlığı İsmailin doğulması ilə - saleh toxumun şərəfsiz toxumla qarışması ilə nəticələndi. Atanın oğula təsiri ananın bütpərəst qohumları və İsmailin imansız arvadları tərəfindən sərt müqavimətə rast gəldi. Həcərin qısqanclığı və onun İsmail üçün seçdiyi arvadların qısqanclıqları onun ailəsinin ətrafında İbrahimin səylə dəf etməyə çalışdığı divar yaratmışdı. AP 142.1
İsmailin uşaq vaxtı ata evində aldığı tərbiyə izsiz qalmamışdı, lakin öz arvadlarının təsiri altında o, bütpərəstliyi öz ailəsinə buraxdı. Atasından ayrılan və Allaha məhəbbətin, Allah qorxusunun olmadığı evdəki daimi mübahisələrdən və ziddiyyətlərdən gic olan İsmail vəhşi həyat tərzi keçirərək səhrada quldur dəstəsinin başçısı oldu. “O hamıya, hamı isə ona qarşı çıxacaq” (Yaradılış 16:12). Nəticədə o, öz qanunsuzluqlarından peşman oldu və öz atasının Allahına qayıtdı, lakin onun xarakterinin cizgiləri onun törəmələrinə miras qaldı. Ondan törəyən qüdrətli xalq qızğın xasiyyətə malik idi, bunlar bütpərəstlərdi -İshaqın törəmələri üçün daimi bədbəxtlik və narahatçılıq mənbəyi idilər. AP 142.2
Lutun arvadı xudbin, imansız qadın idi, Lut onun təsiri altında İbrahimdən ayrıldı. Əgər o olmasa idi, Lut müdrik və Allahdan qorxan ulu rəhbərin məsləhətlərindən məhrum olaraq Sodomda qalmazdı. Əgər onun vaxtilə İbrahimdən aldığı müqəddəs tövsiyələr olmasa idi, arvadının və şərəfsiz şəhərin sakinlərinin təsiri onu Allaha dönük çıxmağa gətirərdi. Lutun evlənməsi və onun Sodomda məskən salması çoxlu nəsillər boyunca dünyanı çoxsaylı bədbəxtliklərə düçar edən hadisələr zəncirinin ilk halqaları idi. AP 142.3
Öz canını təhlükəyə məruz qoymadan, Allahdan qorxanlardan heç kim Ondan qorxmayanlarla öz həyatlarını bağlaya bilməzlər. “İki nəfər razılaşıb görüşməsə, birgə yol gedərmi?” (Amos 3:3). Ailə ittifaqının xoşbəxtliyi və rifahı hər iki tərəfın baxışlarının birliyindən asılıdır. İmanlı ilə imansız arasında meyillərdə, zövqlərdə, səylərdə böyük fərq vardır. Onlar aralarında ümumi heç bir şey olmayan iki ağaya qulluq edirlər. Həyat yoldaşlarının birinin prinsipləri nə qədər müqəddəs və ədalətli olsa da, imansız həyat yoldaşının təsiri həmişə onu Allahdan uzaqlaşdıracaqdır. AP 142.4
Əgər kimsə hələ imana gəlməzdən əvvəl nikah bağlamışdırsa, onda o, ailəyə sədaqəti qorumaq üçün bununla üzərinə daha böyük məsuliyyət götürmüş olur, baxmayaraq ki onların dini baxışlan arasındakı fərq nə qədər böyükdür. Lakin sınaqlar və təqiblərlə nəticələnsə də, Allahın tələbləri həmişə hər bir dünyavi əlaqədən yüksək tutulmalıdır. İmanlı ər və yaxud arvad tərəfindən edilən məhəbbətli, həlim münasibət imansız qəlbi Allaha gətirə bilər. Lakin imanlı insanların imansızlarla nikahı Müqəddəs Kitabda qadağan edilmişdir. Allahın əmrində deyilir: “İmansızlarla eyni boyunduruğa girməyin” (2 Korinflilərə 6:14). AP 143.1
Dünyada xeyir-dua gətirən əhdlərin varisi olmaqla İshaq Allah tərəfindən xüsusi şərəfə layiq görülmüşdü. Onun artıq 40 yaşı olsa da, onun üçün həyat yoldaşı seçməyi təcrübəli və Allahdan qorxan xidmətçiyə etibar edən atasmın iradəsinə tabe oldu. Müqəddəs Yazının şəhadət etdiyi kimi, bu nikahın nəticəsi ailə xoşbəxtliyinin riqqətəgətirici gözəl səhnəsi oldu. “İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı və Rivqa onun arvadı oldu. İshaq onu sevdi və anasının ölümündən sonra onunla təsəlli tapdı”. AP 143.2
İshaq ilə müasir gənclərin davranışı arasında necə də fərq vardır! Hətta özlərini məsihçi adlandıranlarla da! Gənclər çox vaxt fıkirləşirlər ki, həyat yoldaşınm seçilməsi elə məsələdir ki, bunu yalnız onlar özləri həll etməlidirlər və nə Allah, nə də valideynlər də qarışmamalıdırlar. Gənc oğlan və qızlar hələ yetkinliyə çatmamışdan valideyn köməyindən istifadə etmədən müstəqil seçmək üçün özlərini tam yetkin hesab edirlər. Adətən, bir neçə il ailə həyatı kifayət edir ki, öz səhvlərini başa düşsünlər, lakin çox vaxt məhvedici nəticənin qarşısını almaq həddindən artıq gec olur. Çünki onları tələsik seçkiyə sövq edən müdrikliyin və özünü ələ almağm həmin yoxluğu, ailə həyatı nəhayət dözülməz işgəncəyə çevrilənə qədər edilən səhvi daha da dərinləşdirir. Çoxlan bu qayda ilə bu həyatda tam qəzaya uğramışlar və əbədi həyata olan bütün ümidlərini itirmişlər. AP 143.3
Əgər böyüklərin, daha təcrübəli adamlarm ən diqqətli götür-qoyunu və məsləhətlərini tələb edən məsələ vardırsa, onda bu, nikah haqqında məsələdir. Əgər Müqəddəs Kitabın köməyinə təlabat yaranırsa, əgər dualarda İlahi rəhbərliyi axtarmaq vacibdirsə, onda bu, hər şeydən əvvəl o vaxt lazımdır ki, insanlar onları ömürlük bağlayan addımı atmaq niyyətindədirlər. AP 144.1
Valideynlər övladlarının gələcək xoşbəxtliyi üçün öz məsuliyyətlərini həmişə dərk etməlidirlər. İshaqın atasının rəyinə hörməti oğlunu itaətə öyrədən tərbiyənin bəhrəsidir. İbrahim öz övladlarından valideyn nüfuzunun tanınmasını tələb edirdi, onun gündəlik həyatı isə şəhadət edirdi ki, atanın hakimiyyəti eqoizm və qəddarlığa deyil, onlar üçün xeyir-dua və xoşbəxtlik axtaran məhəbbətə əsaslanır. AP 144.2
Övladlarının özbrinə byaqətli həyat yoldaşı seçə bilmələri üçün atalar və analar öz övladlarının hissbrinə rəhbərlik etmək məsuliyyətini öz üzərlərində hiss etməlidirlər. Onlar Allah lütfünün köməyi ilə tövsiyələr verməli və şəxsi nümunə vasitəsilə öz övladlarının xarakterlərini ilk yaşlanndan elə formalaşdırmalıdırlar ki, onlar təmiz və alicənab olsunlar, yalnız xeyirxah və həqiqi şeylər onların diqqətini cəlb etsin. Oxşar oxşarına can atır, tay tayına hörmət edir. Öz uşaqlarımzın qəlblərində ilk yaşlarından həqiqətə, paklığa və xeyirxahlığa məhəbbət tərbiyə edin və onlar böyüyəndə bu cür keyfıyyətə malik olanların cəmiyyətlərini axtaracaqlar. AP 144.3
Qoy, valideynlər öz ailə həyatları və öz xarakterləri ilə Səmavi Atanın Məhəbbətini və xeyirxahlığını göstərməyə çalışsınlar. Qoy, ev günəş işığı ilə dolu olsun. Bu, sizin övladlarmız üçün puldan və yerdən də qiymətli olacaqdır. Qoy, onların öz ailələrində gördükləri məhəbbət həmişə onların qəlblərində canlansın ki, onlar öz uşaqlıq evlərini bizim əbədi vətənimizdən bir qədər geri qalan ən xoşbəxt yer kimi xatırlaya bilsinbr. Ailədə hərənin öz xarakteri vardır, bu isə artıq səbir və güzəşt etmək kimi keyfiyyətləri daim məşq etdirmək üçün əsasdır; qoy məhəbbət və təmkin ailənin bütün üzvbrini bir yerə bağlayan zərif tellər olsunlar. AP 144.4
Əsl Məhəbbət, ağır sınaqlar zamanı o saat sönən ötəri coşqunluqla heç bir oxşarlığı olmayan, uca və müqəddəs hissdir. Valideynbrin evində vəzifələrini sədaqətlə yerinə yetirmək, gəncləri öz xüsusi ocaqları üçün hazırlayır. Qoy, onlar burada fədakarlığa, nəzakətliliyə, şərikliyə və məsihçi mərhəmətinə öyrəşsinlər. Onda məhəbbət heç vaxt qəlbdə sönmür və öz ailəsini qurmaq üçün bu cür ailədən çıxan kəs artıq seçdiyi həyat dostunu necə xoşbəxt etməyi biləcəkdir. Onda nikah məhəbbətin sonuna çatmaq əvəzinə, onun başlanğıcı olacaqdır. AP 144.5