(Bu fəsil Yaradılış Kitabının 25:19-34; 27-ci fəsillərinə əsaslanır)
İshaqın övladları əkizlər - Yaqub və Esav bir-birlərindən həm həyat tərzinə və həm də xarakterlərinə görə çox fərqlənirdilər. Bu uyğunsuzluq hələ onların doğulmasından qabaq Allah mələyi tərəfındən deyilmişdi. Rivqanın həyəcanla dolu duasına cavab olaraq mələk xəbər vermişdi ki, onun iki oğlu olacaqdır, o, həmçinin onların gələcəyini də ona açmışdı. O, Rivqaya demişdi ki, onlardan hər biri qüdrətli xalqın başçısı olacaqdır, lakin onlardan biri digərindən böyük olacaqdır və kiçik böyükdən üstün olacaqdır. AP 146.1
Esav böyüdükdən sonra özünün bütün arzularını yerinə yetirməyə adət etdi və onun bütün maraqları indiki zamanda cəmləşmişdi. Məhdudiyyətlərə dözməyərək o, vəhşi ovçu yürüşlərini sevirdi və çox erkən ovçu olmağı qərara aldı. O, atasının sevimlisi idi. Sakit, sülhsevər çobanı böyük oğlunun cəsarəti və gücü özünə cəlb edirdi, bu oğlu dağlarda və çöllərdə qorxmadan gəzərək, evə atası üçün ovla qayıdırdı və ona öz macəra dolu həyatından maraqlı hadisələr danışırdı. İndiki zamandan daha çox gələcəyi fıkirləşən düşüncəli, çalışqan Yaqubu heyvanlara qulluq etdiyi və torpağı becərdiyi evdəki həyatı təmin edirdi. Anası onun təmkinini, ehtiyatlılığını və tədbirliliyini qiymətləndirirdi. Onun hissləri daimi və güclü idi; onun zərif və tükənməz diqqəti, anasına Esavın təsadüfı coşqun oğul məhəbbəti izharlanndan daha çox xoşbəxtlik bəxş edirdi. Rivqa Yaqubu daha çox sevirdi. AP 146.2
İshaqın və Rivqanın bütün ümid və arzuları İbrahimə verilmiş və onun oğluna təsdiqbnmiş əhdlərdə cəmləşmişdi. Esav və Yaqub bu əhdlər haqqında bilirdibr. Onlara ilkinliyi böyük əhəmiyyətə malik iş hesab etməyi öyrədirdilər, çünki o, özünə yalnız dünyəvi sərvət mirasını deyil, həm də ruhani üstünlüyü daxil edirdi. Bu hüququ alan öz ailəsinin kahini olurdu və onun törəmələrinin nəslindən dünyanı Bağışlayan çıxmalı idi. Digər tərəfdən, bu hüquqa malik olanın üzərinə düşən vəzifələr mövcud idi. Bu xeyir-dualara varis olan öz həyatını Allaha xidmətə həsr etməli idi. O, İbrahim kimi İlahi tələblərə itaət etməli idi. Ailədə və cəmiyyətdə o, Allah iradəsini yerinə yetirməli idi. AP 147.1
İshaq oğullarını ilkinlik hüququnun üstünlükləri və şərtləri ilə tanış etmişdi və dəqiq izah etmişdi ki, bu, böyük oğul kimi Esava məxsusdur. Lakin Esav özünü həsr etməyə məhəbbət bəsləmirdi və dini həyata meyli yox idi. İlkinliyin ruhani tərəfi ilə şərtlənən göstərişlər onun üçün xoş deyildilər və hətta nifrət etdiyi məhdudiyyət idi. İbrahimlə İlahi əhdin şərti olan Allah Qanununa Esav qul zülmü kimi baxırdı. İstədiyini yerinə yetirməyə adət edərək o, ağlına gələni etmək azadlığı kimi heç nəyi istəmirdi. Onun üçün həyatın bütün xoşbəxtliyi hakimiyyətdə və sərvətdə, qonaqlıqlarda və şənliklərdə təcəssüm edirdi. O, özünün vəhşi, coşğun, macəralarla dolu sərgərdan həyatının qeyri-məhdud azadlığı ilə fəxr edirdi. Rivqa mələyin sözlərini xatırlayırdı və öz oğullannm xarakterlərini ərindən yaxşı dərk edirdi. O əmin idi ki, İlahi əhdlərin mirası Yaqub üçün nəzərdə tutulmuşdur. O, mələyin sözbrini İshaqa təkrar edirdi, lakin atanın hissləri böyük oğluna yönəlmişdi və o öz niyyətində tərəddüd etmirdi. AP 147.2
Yaqub anasından öyrəndi ki, İlahi sözə əsasən ilkinlik hüququ ona məxsus olacaqdır və onun qəlbi vəd edilmiş üstünlüklərin həsrəti ilə alışdı. Yaqub həsrətlə ata sərvətini istəmirdi; o, ruhani ilkinliyi əldə etməyə çalışırdı. Saleh İbrahim kimi Allahla ünsiyyət etmək, öz ailəsi üçün əfv qurbanını gətirmək, seçilmiş xalqın və əhd edilmiş Məsihin ulu atası olmaq, mübarək əhdin ölməz xəzinələrini miras almaq - onun ən ehtiraslı arzularım alovlandıran üstünlüklər və şərəflər budur. Gözəgörünməz xeyir-duaları dərk etmək üçün onun düşüncələri daim gələcəyə yönəlmişdi. AP 147.3
O, gizli arzu ilə atasının ilkinliyin ruhani mahiyyəti haqqındakı hekayətlərini dinləyirdi; o, anasından öyrəndiyi hər şeyi öz qəlbində ehtiyatla qoruyurdu. Bu haqqda fıkir onun həyatının ən əziz arzusu olana qədər onu nə gündüz, nə də gecə tərk etdi. Yaqub əbədi olanı müvəqqəti xeyir-dualardan uca tutsa da, o, hörmət etdiyi Allahı dərk etmək üçün şəxsi təcrübəyə malik deyildi. Onun qəlbi İlahi lütflə dirçəlməmişdi. O inanırdı ki, onun haqqındakı əhd ilkinlik hüququnun Esava aid olduğu müddətdə yerinə yetə bilməz və daim fikirləşirdi ki, onun qardaşının bu qədər az qiymətləndirdiyini hansı üsulla alsın. AP 148.1
Bir dəfə Esav ovdan taqətsiz, ac halda qayıdaraq Yaqubdan yemək verməsini xahiş edəndə, yalnız bir fikirlə yaşayan Yaqub fürsəti əldən qaçırmamağı qərara aldı və qardaşına onun aclığını ilkinlik bahasına dəf etməyi təklif etdi. Mühakiməsiz, özünü heç bir şeydən məhrum etməməyə adət etmiş ovçu qışqırdı: “Mən acından ölürəm, ilk oğulluq haqqı mənim nəyimə lazımdır?” O, bir nimçə mərcimək şorbası üçün ilkinlik hüququndan ayrıldı və bunu andla təsdiq etdi. Əgər o, bir qədər gözləsə idi, onda öz atasının çadırında yeyərdi, lakin kükrəyən istəyini təmin etmək üçün o, Allahın onun atalarına vəd etdiyi şanlı mirası yüngülcəsinə əldən buraxdı. O, yalnız indiki zamanla yaşayırdı. O, dünyəvi şeylər naminə səmavi olanı qurban verməyə, şərəfli gələcəyi bir dəqiqəlik istəyi təmin etməklə dəyişməyə hazır idi. AP 148.2
“Esav ilk oğulluq haqqına etinasızlıq etdi”. Ondan azad olaraq o, yüngüllük hiss etdi. İndi o, istədiyini edə bilərdi. öz istəklərini cilovlamağa qadir olmayaraq, çoxları ötəri azadlıq naminə indi göylərdəki müqəddəs, pak, əbədi miraslarını satırlar! AP 148.3
Dünyəvi gözəlliklərin zahiri parıltısına təslim olaraq, Esav Xetin iki qızı ilə evləndi. Onlar bütpərəst idilər və onların bütpərəstliyi İshaqa və Rivqaya acı kədər gətirirdi. Esav qanunun seçilmiş xalqla bütpərəstlər arasındakı nikahı qadağan edən şərtini pozmuşdu. Lakin İshaq ilkinlik xeyir-dualarını ona vermək qərarında hələ də tərəddüd etmirdi. Nə Rivqanın gətirdiyi dəlillər, nə xeyir-dua almaq istəyən Yaqubun hərarətli arzusu, nə də Esavın öz vəzifələrinə biganəliyi atanın niyyətini dəyişdirə bilmədi. AP 148.4
İllər ötdü və nəhayət gözləri görməyən qoca İshaq ölümün yaxınlaşmasını hiss edib, təxirə salmadan böyük oğluna xeyir-dua verməyi qərara aldı. Lakin Rivqanın və Yaqubun narazılığını bilərək, o, bu təntənəli mərasimi gizli yerinə yetirməyi qərara aldı. Bu cür hallarda ziyafət düzəltmək adətinə əsasən ulu ata Esava əmr etdi: “İndi silahını, yayını və ox qabını götür, çöllüyə get və mənim üçün heyvan ovla. Sonra da mənim üçün xoşladığım ləzzətli yeməyi hazırla və gətir... Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm”. AP 148.5
Rivqa onun niyyətini başa düşdü. O əmin idi: onlar Allahın onlara açdığına zidd gedirlər. İshaq bu yolla Allahın qəzəbinə düçar ola bilərdi və öz kiçik oğlunu Allahın onun üzərinə qoyduğu vəzifədən məhrum edə bilərdi. Onun İshaqı buna əmin etmək cəhdbri əbəs oldu və nəhayət hiyləyə əl atmağı qərara aldı. AP 149.1
Esav atasının tapşırığım yerinə yetirməyə gedən kimi Rivqa öz planını yerinə yetirməyə başladı. Esava xeyir-dua vermək istəyən İshaqın yanlış etməyin vacibliyini xəbər verdi. O, oğlunu əmin etdi ki, əgər o onun göstərişləri ilə hərəkət etsə, onda Allah tərəfindən vəd olunanı alacaqdır. Yaqub anasının təklif etdiyi planla tezcə razılaşmadı. Atasını aldadacağı haqqındakı fıkir onu məyus etdi. O hiss etdi ki, bu günah xeyir-duadan çox lənət gətirəcəkdir. Lakin vicdan əzabını boğaraq anasının göstərişbrini yerinə yetirməyə yola düşdü. O, birbaşa yalan söyləmək niyyətində deyildi, lakin atasının qarşısında duranda fıkirbşdi ki, geriyə çəkilmək artıq gecdir və arzuladığı xeyir-duanı yalanla əldə etdi. AP 149.2
Rivqanın və Yaqubun niyyəti baş tutdu, lakin yalan onlar üçün həyəcanlara və kədərə səbəb oldu. Allah demişdi ki, Yaqub ilkinlik xeyir-duasmı alacaqdır və əgər imanla bunu gözləsəydilər, Onun sözü öz vaxtında yerinə yetəcəkdi. Lakin indi Allah övladları adlanan bir çoxlan kimi onlar özlərini Allaha təslim etmək istəmədilər. Rivqa çox peşman oldu ki, oğluna beb pis məsbhət vermişdir, çünki bu onların aynlığına səbəb oldu və o öz oğlunu artıq bir daha görmədi. Yaqub ilkinlik hüququnu əldə etdiyi saatdan sonra vicdanı daim ona əzab verdi. O, öz atasına, qardaşına, özünə və Allaha qarşı günah işbtmişdi. Bu işi o, çox qısa müddətə etdi, lakin onun peşmançılığını bütün ömrü boyu çəkdi. Nəticədə bu səhnə onun önündə də canlandı, onun oğulları öz şər əməlləri ilə onun qəlbinə zülm etdilər. AP 149.3
Yaqub atasının çadırından çıxandan bir qədər sonra Esav gəldi. O, öz ilkinliyini sataraq bunu andla möhkəmlətmişdisə də, indi qardaşının etirazlarına baxmayaraq, bu xeyir-duaları almaq qərarına gəlmişdi. İlkinlik hüququ ruhani üstünlüklərdən əlavə maddi mənfəətlər də verirdi. O, ailənin başçısı olmağa və ata mülkünün ikiqat hissəsinə sahib olmağa imkan verirdi. O, bu xeyir-duaları qiymətləndirməyə bilməzdi. O dedi: “Qalx otur və maral ətindən ye ki, mənə xeyir-dua verəsən”. AP 149.4
Qəzəbdən və məyusluqdan əsərək qoca, kor ata başa düşdü ki, onu aldadıblar. Onun bu qədər vaxt ərzində əzizləyib bəslədiyi ümidlər dağılmışdı və o, çox aydın hiss edirdi ki, onun böyük oğlunu necə məyusluq gözləyir. Lakin onda belə bir yəqinlik yarandı ki, onun niyyətlərini Allahın qabaqgörənliyi dağıtmışdır və onun etmək istəmədiyini etmişdir. O, mələyin Rivqaya dediyi sözləri xatırladı və indi təqsirkar olan Yaqubun cinayətinə baxmayaraq, Allah niyyətini ən yaxşı onun yerinə yetirəcəyini gördü. Xeyir-dua sözləri onun dilinin ucunda olduğu vaxt o, Müqəddəs Ruhun xüsusi təsirini hiss etdi və indi bildi ki, nə baş vermişdir və Yaquba verdiyi xeyir-dua sözlərini təsdiqlədi: “Xeyir-dua da onunku oldu”. AP 150.1
İlkinlik xeyir-duası onun üçün nəzərdə tutulanda Esav ona az əhəmiyyət verirdi, lakin indi ondan həmişəlik alınmış olanı almağı həsrətlə arzu edirdi. Onun bütün coşqun, çılğın təbiəti qəzəblənmişdi, onun kədər və acığı dəhşətli idi. O, acı fəryadla atasının üstünə atıldı və ona yalvardı: “Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata”. Lakin söylənən xeyir-duanı artıq geri götürmək olmazdı. O, bu cür qayğısızlıqla dəyişdirdiyi ilkinlik hüququnu artıq qaytara bilməzdi. Esav heç vaxt cilovlamadığı istəklərinə uyaraq bir loxmaya vərəsəni satdı, öz səhlənkarlığını görəndə isə, artıq xeyir-duanı qaytarmaq çox gec idi. “Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə müvəffəq olmadı” (İbranilərə 12:17). Esavın tövbə vasitəsilə Allahdan güzəşt almasına imkanı var idi, lakin ilkinlik hüququnu özünə qaytarmağı artıq bacarmadı. Onun kədəri öz günahını dərk etməyi doğurmadı, - o, Allahla barışmaq istəmirdi. O, öz günahınm nəticələrindən sarsılmışdı, ancaq günahın özündən yox. İlahi xeyir-dualara və tələblərə biganəliyinə görə Esav Müqəddəs Yazıda “allahsız” adlanmışdır (İbranilərə 12:16). O, Məsihin təklif etdiyi əfvi qiymətləndirməyənləri, bu dünyanın fani nemətləri üçün səmavi mirası qurban verənləri təcəssüm etdirir. Minlərlə can gələcəyin fıkir və qayğısın çəkmədən yalnız indiki anla yaşayırlar. Onlar Esav kimi qışqırırlar: “Gəlin yeyək və içək, çünki sabah öləcəyik!” (1 Korinflilərə 15:32). Onların şüuru istəklərinə tabedir və əgər onlar özlərində fədakarlığı inkişaf etdirməsələr, onda ən qiymətlisindən məhrum olacaqlar. Azğın iştahlarının ləzzətini təmin etmək və yaxud yalnız Allahdan qorxan fədakarlara vəd edilən səmavi xeyir-dualardan imtina etmək seçkisinin vacibliyi yarananda alçaq istəklər qalib gəlir, Allah və Səma isə mahiyyətcə rədd edilir. Nə qədər insanlar, hətta özlərini məsihçi adlandıranlar, sağlamlıq üçün zərərli və canın həssaslığını kütləşdirən vərdişlərə ehtirasla bağlanmışlar. Borcları onları Allah qorxusu ilə müqəddəsləşərək bədənin və ruhun bütün çirkablarından təmizlənməyə çağıranda, onlar özlərini təhqir olunmuş hesab edirlər. öz zərərli vərdişlərindən əl çəkmədən əbədi həyatı əldə edə bilməyəcəklərini dərk edərək, onlar bu nəticəyə gəlirlər ki, əgər əbədi padşahlığa gedən yol bu qədər dardırsa, onunla getməsələr yaxşıdır. Çoxları öz ilkinliklərini hissi ləzzətlərə satırlar. Bu ləzzətləri seçməklə onlar sağlamlıqlarını qurban verirlər, öz əqli qüvvələrini zəiflədirlər, Səmanı itirirlər, - bunlar hamısı da özü ilə bədənin dağılmasına və canın məhv olmasına gətirən ani ucuz ləzzətlər naminə. Artıq gec olanda, özünə gəlib düşünülməmiş hərəkətlərinin bütün ağılsızlıqlarını görən Esav və səmavi mirası öz xudbin istəklərinin təmin olunmasına dəyişənlər kimi, onlar Rəbbin gələcəyi gün sarsılacaqlar. AP 150.2