(Bu fəsil Yaradılaş Kitabının 34,35,37-ci fəsillərinə əsaslanır)
Yaqub İordanı keçərək “sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı” (Yar.33:18). Beləliklə, Rəbbin onu doğma torpağa sülhlə qaytarmasını xahiş edən ulu atanın Bet-Eldəki duası yerinə yetdi. O, bir müddət Şekem vadisində yaşadı. Bu məhz həmin yer idi ki, yüz il əvvəl İbrahim öz köçünü salmışdı və əhd olunmuş toraqda birinci qurbangahını ucaltmışdı. Yaqub burada “şəhərin qarşısında məskən saldı. O, çadırlarını qurduğu tarlanın bir hissəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. Yaqub orada bir qurbangah qurub, adını El-Elohe-İsrail qoydu”. İbrani dilində Allah, İsrailin Allahı. İbrahim kimi Yaqub da öz çadırının yanında Allaha qurbangah tikdi və bütün ev əhlini səhər və axşam qurbangətirmə mərasiminə topladı. O orada quyu da qazdı, bu quyuya on yeddi əsr sonra Yaqubun Oğlu - Xilaskar gəldi və qızmar gündə onun yanında dincələrək Öz məftun dinləyicilərinə “əbədi hayata axan su çeşməsindən” danışdı (Yəhya 4:14). AP 169.1
Yaqubun və onun oğlullarının Şekem gəlişi zorakılıq və qan tökülməsi ilə qurtardı. Onun ailəsindən yeganə qızın namusuna təcavüz edildi. İki qardaş qətldə iştirak etdi və bütün şəhər ehtiyatsız gəncin cinayətinə qarşı qisas üzündən dağıdıldı və məhv edildi. Bu dəhşətli hadisələr zənciri ondan başladı ki, Yaqubun qızı “o ölkənin qızlarını görməyə çıxdı” və beləliklə şərəfsizlərlə ünsiyyətə girmək qərarına gəldi. Allahdan qorxmayan insanlar arasında ləzzət axtaran şeytanın ərazisinə daxil olur və özünü tamahlara düçar edir. AP 169.2
Şimeonun və Levinin xain qəddarlığı səbəbsiz deyildi, lakin Şekemin sakinlərinə divan tutaraq onlar ağır günah işlətdilər. Onlar öz niyyətlərini Yaqubdan səylə gizlətdibr və onların qisası haqqındakı xəbər onu dəhşətə gətirdi. Öz oğlullarının yalanından və qəddarlığından sarsılaraq o dedi: “Şimeonla Levi qardaşdır, qəddarlıq qılıncları ilə silahlanıblar. Ey qəlbim, onların məclisinə getmə, ey şərəfım, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. Lənət olsun vəhşi qəzəblərinə, lənət olsun qəddar hiddətbrinə. Onları Yaqubda ayıracağam, İsrailə səpələyəcəyəm” (Yaradılış 49:5-7). AP 170.1
Baş verən hadisə Yaqubu dərindən düşünməyə təhrik etdi. Onun oğullarının xasiyyətlərində qəddarlıq və yalançılıq nümayiş olunmuşdu. Onun düşərgəsində bütlər var idi və bütpərəstlik hətta onun ailəsində də kök atmaqla hədələyirdi. Allah onlarla layiq olduqlan kimi rəftar edib onları qisas üçün ətraf xalqların əllərinəmi verəcəkdir? AP 170.2
Lakin narahat hisslərdən əzab çəkən Yaquba Rəbb cənuba, Bet-Elə getməyi əmr etdi. Bu yer haqqındakı fikir ulu ataya yalnız mələklər haqqındakı röyanı və Allahın mərhəmət əhdlərini deyil, həm də onun orada Rəbbə verdiyi sədaqət andını xatırlatdı. O, qərara gəldi ki, bütün ev əhli bu müqəddəs yerə yola düşməzdən əvvəl onlar bütlərin çirkablarından təmizlənməlidirlər. Buna görə də o, düşərgədə olanların hamısına əmr etdi: “Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib, paltarlarınızı dəyişin. Qalxıb Bet-Eb gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm”. AP 170.3
Yaqub dərin həyəcan hissi ilə özünün Bet-Eb birinci gəlişinin tarixçəsini söybdi: atası evini necə tərk etmişdi və öz həyatını xilas etmək üçün tənha didərgin kimi necə qaçmışdı, gecə röyasında Rəbb ona necə görünmüşdü. Allahın onunla necə qeyri-adi rəftar etdiyini xatırlayanda onun cam isindi və Onun övladları da bu hər şeyə qalib gələn qüvvədən riqqətə gəlməbri üçün Yaqub onları ən fəal surətdə hazırlaşdırdı. “Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı”. AP 170.4
Rəbb bu torpağın sakinlərini elə qorxutdu ki, onlar Şekemdə tökülən qan üçün qisas almağa heç bir cəhd göstərmədibr. Səyahətçilər tam müvəffəqiyyətlə Bet-Elə çatdılar. Burada Rəbb Yaquba yenidən göründü və onunla əhdi yenilətdi. “Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu”. AP 171.1
Bet-Eldə Yaquba ağır itki üz verdi. Onun anasının dayəsi, öz xanımını Paddan-Aramdan Kənan torpağına ötürən Devora öldü. O, uzun müddət onun atasının ailəsində yaşamışdı və orada hamı ona hörmət edirdi. Bu qoca qadının hüzuru Yaqub üçün xüsusi olaraq əziz idi, çünki onu ona uşaqlıq və xüsusi olaraq onu zərif və güclü məhəbbətlə sevən anası haqqında xatirələr bağlayırdı. Devora o qədər səmimi kədərlə ağlandı ki, altında dəfn edildiyi palıd “ağlaşma palıdı” adlandı. Qeyd etməmək olmaz ki, həyatı sədaqətli xidmət qəhrəmanlığı olan bu qadının xatirəsi, bu ailənin köhnə dostunun xatirəsi izsiz itmədi, Allah Sözünün səhifələrində saxlandı. AP 171.2
Bet-El Xevronda cəmi iki günlük məsafədə yerbşir, lakin burada Yaquba dəhşətli kədər üz verdi: onun arvadı Rəhilə öldü. O, onun naminə on dörd il xidmət etmişdi və yalnız məhəbbət onun ağır zəhmətini bəzəyirdi. Bu məhəbbətin necə dərin və güclü olması ondan görünür ki, bir çox il sonra Yaqub Misirdə ölüm yatağında olanda Yusif öz atasına baş çəkməyə gəbrkən o, keçmişə nəzər salıb dedi: “Mən Paddandan gələndə Kənan torpağında yolda Efrata yaxm yerdə Rəhilə yanımdaca öldü. Onu eb orada - Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım” (Yaradılış 48:7). Öz aibsinin uzun və həyacanlarla dolu bütün tarixindən Yaqub yalnız Rahilənin ölümünü xatırladı. Rəhilə ikinci oğlunu doğdu və ölərkən onun adını Ben-Oni qoydu, yəni “kədərimin oğlu”. Lakin atası onu Binyamin adlandırdı, yəni “sağ əlimin oğlu”, yaxud “mənim gücüm”. Rəhibni öldüyü yerdə dəfn etdibr. Onun qəbrinin üstünə dirək şəklində abidə qoydular ki, onun xatirəsini əbədibşdirsin. AP 171.3
Efratdan çıxan yolda başqa ağır cinayət Yaqubun ailəsini ləkələdi və Ruveni ilk oğul kimi üstünlü hüququndan və ilkinlik şərəfındən məhrum etdi. AP 171.4
Nəhayət Yaqubun səfərləri çatdı. “Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Məmreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Məmredə qərib idilər. O burada öz atasının ölümünə qədər qaldı. Gücsüz, kor İshaq üçün tənha və ağır itkilərlə dolu illərdə bu qədər il uzaqda olan oğlunun həssas diqqəti əsl təsəlli idi. AP 172.1
Yaqub və Esav öz atalarının ölüm yatağı yanında yenidən görüşdülər. Kiçik qardaşından qisas almaq üçün böyük qardaş nə vaxtsa bu anı gözləyirdi, lakin o vaxtdan onun hissləri kəskin surətdə dəyişmişdi. Yaqub ilkinliyin ruhani xeyir-duaları ilə xoşbəxt olaraq ata sərvətini böyük qardaşına verdi, Esavın qiymətləndirdiyi və can atdığı yeganə miras da elə bu idi. Onlar bir-birlərinə daha qısqanclıq və nifrət bəsləmirdilər, lakin ayrılıqda yaşamağı yenə də üstün tutdular. Esav Seir dağma tərəf hərəkət etdi. Öz xeyir-dualarında bu qədər səxavətli olan Allah Yaqubun can atdığı ruhani sərvətlərə əlavə olaraq dünyəvi sərvətlərdən də bəxş etdi. Hər iki qardaşın var-dövləti o qədər böyük idi ki, “bir yerdə yaşaya bilmədilər; sürüləri çox olduğu üçün qaldıqları torpağa sığmırdılar”. Bu aynlıq Yaqub haqqında İlahi niyyətə əsasən baş verdi. Qardaşlann imanlan bir-birindən kəskin surətdə fərqləndiyi üçün onların aynlıqda yaşamaları daha yaxşı idi. AP 172.2
Esav və Yaqub Allah haqqında bilgiləri eyni dərəcədə almışdılar, hər ikisi Allah əmrlərinə riayət edib Onun xeyir-dualarını qazana bilərdilər; lakin onlardan biri bu yolla getmək istəmədi. Qardaşlar müxtəlif yollarla getdilər, bu yollar getdikcə ayrılırdılar. AP 172.3
Allahın etdiyi seçki Esavı xilas xeyir-dualanndan məhrum etmirdi. Onun lütfünün bəxşləri Məsih vasitəsilə hamıya təmənnasız təklif edilir. Hər bir insan onu xilasa, yaxud da ölümə aparan seçkini özü edir. Rəbb Öz Sözündə şərtlər irəli sürmüşdür ki, bunlara riayət etməklə hər bir can əbədi həyat ala bilər. Bu şərtlər Məsihə iman vasitəsilə Onun əmrlərinə itaətdən ibarətdir. Allah o şəxsləri üstün tutur ki, onların xarakterləri Onun qanunu ilə harmoniyadadır və Onun tələblərinin normalarına cavab verənlər şöhrət padşahlığına daxil olmaq hüququ alacaqlar. Məsih Özü demişdir: “Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir” (Yəhya 3:36). “Mənə: “Ya Rəbb, Ya Rəbb” - deyən hər kəs Səmavi Səltənətə girməyəcəkdir; ancaq göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcəkdir” (Matta 7:21). Vəhy kitabında O deyir: “Öz paltarlarını yuyanlar və bebliklə, həyat ağacından yeməyə haqq qazanaraq, qapılardan keçib, şəhərə girənlər bəxtiyardırlar!” (Vəhy 22:14). Allah Sözünə əsasən insanı xilas edən yeganə prinsip budur. AP 172.4
Öz xilası üçün qorxu və səylə çalışan hər bir can əbədi həyat üçün seçilmişdir. Daim iman zirehini geyinən və imanı uğrunda vuruşan kəs seçilmişdir. Daim duada sayıq duran, Yazıları araşdıran və imtahandan qaçan kəs seçilmişdir. Daim inanan və Allah ağzından çıxan hər bir sözə itaət edən kəs seçilmişdir. Bağışlanma hamı üçün təmin edilmişdir, lakin yalnız bu şərtlərə itaət edənlər onun nəticələrindən həzz alacaqlar. AP 173.1
Esav əhdin xeyir-dualarına etinasızlıq göstərdi. O, ötəri sərvətləri ruhani nemətbrdən çox qiymətləndirdi və nəyə can atırdısa, onu da aldı. Onun Allah xalqından ayrılması öz düşünülmüş qərarı idi. Yaqub iman mirasını seçdi. O onu hiylə və yalan bahasına almaq istədi. Lakin Allah elə etdi ki, onun etdiyi günah onun düzəlməsində müəyyən rol oynadı. Sonrakı illərin bütün acı duyğulanna baxmayaraq Yaqub öz məqsədini heç vaxt unutmadı. O başa düşdü ki, xeyir-duanı almaq üçün insan hiyləgərliyinə və yalana əl atmaqla o, Allaha qarşı çıxmışdır. Yabboq sahilindəki gecə mübarizəsindən sonra o, başqa adam oldu. Onun özünə arxayınçılığı itdi və əvvəlki hiyləgərliyindən iz də qalmadı. Onun bütün sonrakı həyatı hiyləgərliyin və yalanın yerinə sadəlik və düzgünlüklə seçilir. O, Qüdrət Sahibinin əlinə söykənməyi öyrəndi və sınaqlar, bədbəxtliklər içərisində itaətlə Allah iradəsinə tabe oldu. Onun xarakterinin alçaq cəhətləri odlu sobada məhv oldu, xalis qızıl təmizbndi və İbrahimin və İshaqın imanı onun həyatında tam əks olundu. AP 173.2
Yaqubun günahı və onun nəticəsi olan müxtəlif hadisəbr kədərli izbrsiz qalmadılar və onun oğullarının xasiyyəti və həyatlarında öz acı bəhrəbrinin göstərdibr. Yetgin yaşa çatanda onlar ciddi qüsurlar gördübr. Çoxarvadlılığm nəticələri aib həyatında öz əksini tapdı. Bu dəhşətli şər əsl məhəbbət çeşməsini qurutdu və ən müqəddəs telbri zəfilətdi. Bir neçə ananın qısqanclığı aib həyatını zəhərlədi; uşaqlar nadinc və özbaşına böyüdübr, aib başçısının həyatı həyacan və kədərə büründü. AP 173.3
Lakin onların arasında biri - Rəhilənin böyük oğlu Yusif xaraktercə kəskin surətdə fərqlənirdi, onun nadir gözləlliyi sanki əqlinin və qəlbinin daxili gözəlliyini əks etdirirdi. Ürəyi təmiz, enerjili, şən gənc həm də mənəviyyat cəhətcə ciddi və möhkəm idi. O, atasının tövsiyələrini dinləyirdi və Allah iradəsinə həvəslə itaət edirdi. Sonralar onu Misirdə fərqləndirən mənəvi keyfiyyətləri: yumşaqlıq, sadiqlik, düzgünlük - artıq onun gündəlik həyatında üzə çıxırdılar. Onun anası öləndə o, bütün mehrini atasına salmışdı və Yaqub bütün qəlbilə bu gec doğulmuş uşağa bağlanmışdı. O, “Yusifı bütün oğullarından çox sevirdi”. AP 173.4
Lakin hətta bu məhəbbət münaqişəyə və kədərə səbəb oldu. Yaqub ehtiyatsızlıq edib Yusifə olan sevgisinin söyləmişdi və bu onun digər oğullarının qısqanclığını oyatmışdı. Yusif öz qardaşlarının kinini görəndə bu onu çox narahat etdi, o yumşaqcasına qardaşlarına xəbərdarlıq etməyə cəsarət edəndə bununla onların nifrət və qəzəbini daha da gücləndirdi. O, qardaşlarının Allaha qarşı günah etməsinə sakintcə baxa bilmirdi və atasının nüfuzunun onlan ağıllandıracağına ümid edərək hər şeyi atasına danışdı. AP 174.1
Yaqub kobudluq və sərt münasibətlə oğullarının qəzəbini oyatmamağa çox diqqət göstərirdi. O, dərin həyəcan və qayğı ilə onlara yalvarırdı ki, onun ağ saçlarına hörmət etsinlər və onun adına ləkə gətirməsinlər, ən əsası isə - Allahın hökmbrinə etinasızlıq göstərməkb Ona qarşı şərəfsizlik etməsinlər. Qanunsuz hərəkətlərinin aşkar olmasından utanaraq gənclər sanki peşman olmuşdular, lakin həqiqətdə isə onlar öz əsl hisslərini gizlədirdilər, tövbə etdikdən sonra daha da qəddarlaşmışdılar. AP 174.2
Yaqub ehtiyatsızlıq edərək Yusifə bahalı paltar bəxş etmişdi, bu paltarı adətən çox hörmətli adamlar geyirdilər. Yaqubun bu hərəkəti onun Yusifə qarşı xüsusi mövqeyini oğullanna göstərən daha bir sübut oldu və onlar şübhələndilər ki, Yaqub öz böyük oğullarını qoyub ilkinlik xeyir-duasını Rəhilənin oğluna verəcəkdir. Bir dəfə bu oğlan öz gördüyü yuxunu danışanda onların kini daha da artdı. O onlara dedi: “Gördüyüm bu yuxuya qulaq asın: biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb, ona səcdə etdilər”.(Yar.37:6-7) “Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?” -deyə onun qardaşlan qəzəb və paxıllıqla nida etdibr. AP 174.3
Tezliklə o, əvvəlkinə bənzəyən başqa bir yuxu gördü və bunu da onlara danışdı: “yenə bir yuxu gördüm, gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edirlər”. Bu yuxu da əvvəlki kimi tələsik yozuldu. Burada olan atası da iradla dedi: “Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşlann əyilib sənə təzim etmək üçün gələcəyik?”. Sözlərinin ciddi səslənməsinə baxmayaraq Yaqub inandı ki, Allah Yusifə gələcəyi açır. AP 175.1
Bu gənc oğlan qardaşlarının qarşısında öz yuxusunu danışanda onun ilhamverici Müqəddəs Ruhdan ziyalanan gözəl üzü nur saçırdı və onlar ona heyrətsiz baxa bilmirdilər. Lakin onlar öz şər yollarından əl çəkmək istəmirdilər və onların günahına irad olan paklığa nifrət edirdilər. Qabilə rəhbərlik edən ruh onların qəlbində məskən salmışdı. Sürülər üçün otlaqlar axtararaq qardaşlar bir yerdən başqa yerə köçməli olurdular və çox vaxt aylarla evdə olmurdular. Buna görə də onlar atalarının Şekemdən aldığı torpağa tərəf hərəkət etdilər. Vaxt keçdi, lakin onlardan heç bir xəbər yox idi və onların Şekem sakinlərinə əvvəlki nifrətbrini bibn ataları həyəcanlanmağa başladı. Buna görə də, o Yusifı onların yanına göndərdi ki, o onlan axtarsın və hər şeyin yaxşı olduğuna əmin olsun. Əgər Yaqub qardaşlann Yusifə olan həqiqi münasibətini bilsə idi, onu heç vaxt onların yanına tək göndərməzdi, lakin onlar öz kinlərini səyb gizbdirdilər. AP 175.2
Yusif şən qəlbb atası ib vidalaşdı. Nə qoca, nə də gənc heç ağıllarına da gətirmirdilər ki, onlar bir daha görüşməzdən əvvəl nələr baş verəcəkdir. Yusif uzun və tənha səyahətdən sonra Şekemə çatanda o orada nə öz qardaşlarını, nə də heyvanları tapdı. Onları soraqlayaraq Dotana yola düşdü. O artıq əlli mildən çox yol getmişdi və hələ on beş mil də yol getməli idi, lakin o, yorğunluğu unudaraq təbsirdi, atasının həyəcanım xatırlayaraq ona qarşı yad münasibət göstərmələrinə baxmadan əvvəlki kimi sevdiyi qardaşlarını tezliklə görmək istəyirdi. Qardaşlar onun yaxınlaşdığını gördübr və nə onların xatirinə uzun yol gəlməsi haqqında fikir, nə də onun yorğunluğu və aclığı, qonaqpərvərlik borcu və qardaş məhəbbəti onların qızğın nifrətini yumşaltmadı. Yusifın ona qarşı xüsusi ata məhəbbətinə dəlalət edən paltarını görən kimi onlar qəzəbbndilər. “Budur, yuxu görənimiz gəlir!” - kinayə ilə qışqırdılar. Bu qədər vaxt qəlblərində gəzdirdikbri qısqanclıq və qisas hissi onlan bürüdü. Onlar dedilər: “İndi gəlin, onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi bir heyvan onu parçaladı. Onda görərək, yuxulan necə çin çıxır”. AP 175.3
Əgər Ruven olmasa idi, onlar öz niyyətlərini yerinə yetirərdilər. O, qardaşının qətlində iştirak etmək istəmədi və qardaşlarına Yusifı diri-diri xəndəyə atmağı təklif etdi ki, xəlvətdə onu xilas edib atasına qaytarsın. Ruven hamını onun təklif etdiyi kimi hərəkət etməyi dilə tutaraq onları tərk etdi, o ehtiyat edirdi ki, özünü ələ ala bilməz və qardaşları onun əsl niyyətini başa düşərlər. AP 176.1
Yusif təhlükədən xəbərdar olmayaraq qardaşlarına yaxınlaşdı və sevindi ki, üzücü axtanşlarmın məqsədinə çatmışdır, lakin gözlədiyi salamların əvəzində o, dəhşət içərisində qardaşlarınm qəzəbdən və qisas hissindən alışan gözlərini gördü. Onu tutdular və paltarmı dartıb çıxartdılar. Kinli kinayələr və hədələr ölüm təhlükəsindən xəbər verirdi. Onun yalvarışlarına heç kim fıkir vermirdi. O, ağlını itirmiş insanların əlinə keçmişdi. Onlar onu kobudcasına sürüyərək dərin bir xəndəyin yanına gətirdilər və onu ora atdılar, əmin oldular ki, oradan çıxa bilməz. Qardaşlar onu orada acından ölmək üçün buraxıb, “çörək yemək üçün oturdular”. AP 176.2
Lakin onlardan bəziləri özlərində deyildilər, onlar, hesab etdikləri kimi, qisasdan həzz almırdılar. Tezliklə uzaqda ticarət karvanı göründü. Bunlar Yordanın o biri sahilində yaşayan və ədviyyatla və sair mallarla Misirə gedən ismaillilər idilər. Yəhuda qardaşlarına Yusifi bu tacirlərə satmağı təklif etdi. O dedi ki, beləcə Yusifi öz yollarından həmişəlik götürərlər, lakin onun qanına bulaşmazlar: “Çünki, - o təkid edirdi, -bizimlə bir bədəndir”. Bu təklifə hamı razı oldu və Yusifi xəndəkdən çıxartdılar. AP 176.3
Tacirləri görəndə o hər şeyi başa düşdü. Qul olmaqdansa, ölmək yaxşıdır. O, ümidsizlik içərisində gah bu, gah da o qardaşının üstünə atılaraq onu satmamaları üçün yalvarırdı lakin əbəs yerə. Bəziləri tərəddüd edirdilər, lakin məsxərəyə qoyulmaq qorxusu onları susmağa məcbur etdi. Hər biri dark edirdi ki, geri qayıtmaq gecdir. Yusifə rəhm etsələr, o, atasına deyəcək, o isə öz sevimli oğlu ilə qəddarcasına rəftarı bağışlamayacaqdır. Ürəklərini bərkidərək, Yusifın yalvanşlarına fikir verməyərək onlar onu bütpərəst tacirlərin əllərinə verdilər. Karvan yola düşdü və tezliklə gözdən itdi. AP 176.4
Ruven xəndəyin yanına qayıtdı, lakin Yusif orada görünmədi. Güclü vicdan əzabından həyəcana gələrək o öz paltarını çırdı və qardaşlarını taparaq qışqırdı: “Uşaq yoxdur, bəs mən nə edim?” Sonra Yusifın taleyini öyrənərək və ona kömək etməkdə öz gücsüzlüyünü dərk edərək, törədilmiş cinayəti gizlətmək üçün Ruven öz qardaşlarına qoşulmağa məcbur oldu. Çəpişi öldürərək və Yusifın paltarını qana bulayaraq onlar atalarının yanına gəldilər və dedilər ki, onu çöldən tapmışlar və ehtiyat edirlər - bu onların qardışanın paltan deyil ki? “Gör, oğlunun paltandır, ya yox?” Onlar bu anı qabaqcadan qorxu ilə görürdülər, lakin yenə də atalarının düşdüyü qəlb parçalayan kədəri və çıxılmaz ümidsizliyi görməyə hazır deyildilər. “Bu, oğlumun paltandır; yəqin onu vəhşi bir heyvan yemişdir, Yusif, həqiqətən, parçalanmışdır”. Oğulları və qızları əbəs yerə onu sakitləşdirməyə çalışırdılar. “Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o, uzun müddət oğlu üçün yas tutdu”. Zaman sanki onun kədərinə yüngüllük gətirmirdi. Ümidsiz fəryadla deyirdi: “Kədərlə oğlumun yanına - ölülər diyarına enəcəyəm”. Gənclər öz etdiklərindən dəhşətə gəlirdilər və yenə də atalarının danlaqlarından qorxaraq hətta özələrinə ölçüyəgəlməz dərəcədə böyük görünən günahlarını gizlətməkdə davam edirdilər. AP 176.5